Перейти к содержимому


Фотография

Ən dahi azərbaycanlı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 135

#121 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 25 июня 2010 - 19:57

Nə isə...
Müaviyə (l) öz səhvinə görə, İsmayıl öz səhvinə, siz də öz əsassız idianıza görə cavab verəcəksiz. 3 gündür elə deyirsiz öldürüb müsəlmanları. ya sübut göstərin, ya da belə iddia etməyin. Belə məsələlərdə "mənim fikrimdir" sözü keçmir. Desəydiz mənim Xətayidən xoşum gəlmir, deyərdim hə. Deyirsiz ki Xətayi İslamı parçalıyıb, müsəlmanları qırıb və bu aksiomdur. Bu BÖYÜK ittihamdır. İttihamın "məncə" və "səncə"si olmur. İttihamın əsası olmalıdır

Menim size delil subut axtarmaga heleki vaxtim yoxdu, daha vacib islerim var.

Məsləhət bilirəm elə öz vacib işlərinizlə məşğul olasız. - məsləhətdi sadəcə :whistling:

#122 ulka

ulka

    Raqib – Seargeant

  • Murid
  • 111 сообщений

Отправлено 25 июня 2010 - 20:55

Men ittiham elemirem, dediyim sozun kifayet qeder tarixi esasi var. Bunu basa dusmek ucun tarix elmeri namizedi olmaq vacid deyil. Hezreti Movlana duz buyurub : " Siz ne deyirsinizse deyin, dedikleriniz qarshindakinizin anladigi qederdir". Siz israrla menim sozlerimi tehrif etmekle mesgulsunuz. Menim ise siznen mubahise elemeye ne vaxtin ne de hevesim var. Size cox maraqlidisa, gedin oxuyun. Men vaxtinda cox oxumusam, ve oxuduqlarimdan bilirem ne biliremse. Meslehetinize gore ise sag olun, ama sizden meslehet isteyen olmamisdi.

Сообщение отредактировал ulka: 25 июня 2010 - 20:56


#123 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 26 июня 2010 - 15:00

Bu forumda Şah İsmayılı sevənlər var. Siz əsassız olaraq (hələ ki ancaq həvayi nəfsdən söyləyirsiz) onu ittiham edirsiz. Digər mövzuda kimsə III xəlifəni ittiham edən kimi, dərhal başladız bağ belə bostan belə. Halbuki onun barədə dəlillər yazmağa hazır idilər. Yaxşı bir halda ki, III xəlifənin aşiqisiz və bu sözlərin sizə pis təsir eliyir, onda Şah İsmayılın aşiqlərini niyə düşünmürsüz? "Sən müşriklərin tanrılarını söymə ki, onlar da sənin Allahını söyməsinlər"
Boş boş mübahisələrdən (buna sadəcə boş söz savaşı deyərdim) xoşum gəlmir. Əgər dəlil gətirəcəksizsə, bu forum, bu da İsmayıl. Dəlil gətirməyəcəksizsə, "sənin xəlifələrin sənə, mənim İsmayılım ( :gizildish: ) mənə".

Allah amanında.

#124 ulka

ulka

    Raqib – Seargeant

  • Murid
  • 111 сообщений

Отправлено 26 июня 2010 - 17:39

Men Allahimdan ve Peygemberimden(s.a.s.) basqa hec kimin asiqi deyilem. Peygemberimizin(s.a.s.) Ehli Beytine ve yaxinlarina ise derin hormet ve sevgi duyuram. Sadece olaraq Peygemberimizin qohumlari haqqinda daha diqqetli danismagi meslehet gorurem. Shah Ismayil ise sadece shahdi. Ve normal olaraq hakimiyyeti dovrunde bir cox sehvlere yol verib ve her kes de bu haqda fikrini bildire biler, sadece bu. Shah Ismayili soyduyumu kim dedi? Bu qenaete hardan geldiniz? Shah Ismayilin merd serkerde, guclu sexsiyyet oldugunu, bir cox digerlerinden ferqli olaraq mehz Azerbaycan dovleti yaratdigini da qeyd elemisem. Sadece bu menim subyektiv fikrimdi. Shah Ismayil Xetaini sevenler niye incimelidi ki?

#125 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 26 июня 2010 - 17:58

Men Allahimdan ve Peygemberimden(s.a.s.) basqa hec kimin asiqi deyilem. Peygemberimizin(s.a.s.) Ehli Beytine ve yaxinlarina ise derin hormet ve sevgi duyuram. Sadece olaraq Peygemberimizin qohumlari haqqinda daha diqqetli danismagi meslehet gorurem.

Hər kəs öz əməlinə görə cavab verəcək. Qohumluq əlaqəsi qiyamət günü heç kəsə fayda verməz

23:101. Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar. (Qiyamət günü heç bir qohumluq fayda verməz, qohumlar bir-birini tanımaz; hərə öz hayında olar).

Üstəlik, III xəlifənin evləndiyi qızlar, Peyğəmbərin qızları deyil. Heç xanım Xədicənin ® də qızı deyil. bacısı qızlarıdır.

Shah Ismayil ise sadece shahdi. Ve normal olaraq hakimiyyeti dovrunde bir cox sehvlere yol verib ve her kes de bu haqda fikrini bildire biler, sadece bu.

Xəlifə Osman da bir şahdır. Özünüz deyirsiz ki, peyğəmbər (sav) heç kəsi təyin etməyib.

Shah Ismayili soyduyumu kim dedi?

Dediyimi başa düşmədiz deyəsən. Bu ayədəndir dediyim:

6:108. Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər...

Dediyim odur ki, kiminsə sevdiyi şəxsi əsassız ittiham etsəz, qarşılıqlı olaraq o da sizin sevdiyiniz şəxsi əsassız ittiham edə bilər

Bu qenaete hardan geldiniz? Shah Ismayilin merd serkerde, guclu sexsiyyet oldugunu, bir cox digerlerinden ferqli olaraq mehz Azerbaycan dovleti yaratdigini da qeyd elemisem. Sadece bu menim subyektiv fikrimdi. Shah Ismayil Xetaini sevenler niye incimelidi ki?

Ona görə ki (öz adımdan), dəfələrcə deyirsiz vaxtım yoxdur dəlil gətirəm, amma mən ismarış yazandan uzağı 2 saat sonra görürəm cavab yazılıb. Yazın düz edirsiz, amma heç olmasa o dediyiniz dəlili gətirin biz də görək. Yoxsa bunların hamısı söz savaşından başqa bir şey deyil. Belə heç nə əldə etmək mümkün deyil.

Сообщение отредактировал Şair: 26 июня 2010 - 17:59


#126 ulka

ulka

    Raqib – Seargeant

  • Murid
  • 111 сообщений

Отправлено 27 июня 2010 - 00:12

Size cavab yazmaq ucun menim evden cixmagima ehtiyac yoxdu, ama delil subut dediyiniz yeqinki menbedi, bununcun men gerek evden cixaraq kitabxanalari gezim. Bu da menimcun o derecede vacib bir mesele deyil. Cunki bildiyim, emin oldugum seyi deyirem. Bilmeyende deyirem bilmirem, melumatim yoxdu, amma mence beledi. Shah ISmayil movzusu ise ferqlidi. Onda gelin bu meseleni burda helelik saxlayaq. Cunki dediyiniz kimi uzatmaq menasizdi. InshAllah ne vaxt vaxtim, hevesim olar, dediyiniz menbeleri qeyd ederem, yeniden qayidariq bu movzuya.

#127 ulka

ulka

    Raqib – Seargeant

  • Murid
  • 111 сообщений

Отправлено 27 июня 2010 - 00:18

Birdeki siz tenqidle ittihami sehv salmayin. Tarixe tenqid hemise olub, olacaq da. Sizde bunu unutmayin.

#128 Fatime-Zahra

Fatime-Zahra

    Mulazzim – lieutenant

  • Murid
  • 343 сообщений

Отправлено 02 июля 2010 - 18:13

Hörmetli Şair qardaş ! Çox istədim yazmayım, amma dayana bilmədim. Ulka bacının dediyi kimi, Şah İsmayıl sərkərdə kimi çox nümunəvidir. Bunu heç kəs danmır. Amma bir dövlət başçısı kimi səhvləri çoxdur. Bu gün Şah İsmayılın ancaq Azərbaycan dövləti yaradıb deyə, onun səhvlərinə göz yummaq lazım deyil. Onun haqqında məlumat almaq istəyirsizsə, Fərman Kərimzadənin çox gözəl əsərləri var, onlara müraciət edin. Və bir sıra tarixi kitablar var ki, Səfəvilər dövləti haqqında tam məlumat verir. Çox üzr istəyirəm sizdən, bir də məsləhət görərdim sizə ki, məlumat toplayanda hər iki tərəfi, yəni, həm tənqid tərəfi, həm də tərif tərəfi oxuyun. Şah İsmayıl belə bir fərman verir : " Bütün bazar və meydanlarda birinci üç xəlifə, yəni, Əbu Bəkr, Ömər və Osmanı hamısı soyüb-lənətləməli idilər. Kim buna qarşı çıxsa elə yerindəcə öldürülsün". İndi sizdən soruşuram Şair qardaş, bu fərman dövlət başçısına yaraşar? Bu fərmanı uzaqgörən biri verər? Bu dövlətin daxilində vətəndaş müharibəsinə gətirib çıxarmarmı? İndi belə bir fərmanı Türkiyənin prezidenti versə, bütün şıyələr qalxmaz ayağa?
İsmyılın digər hərəkəti. Şiyəlikdə o qədər fanatizmə qapanmışdıki, Abbasilərin tikdirdiyi bütün abidələri dağıtdırmış,sünni müqəddəslərinin məqbərələri dağıdılmış və onların cəsədləri yandırılmış və küləyə erilmişdir. Bütün bünlar ona görə olmüşdu ki, Abbasilər Əlinin düşmənləri olmuşdur. Bundan başqa, nə qədər sünni alimlər, üləmalar və şairlər edam olunmuşdu.
Bunun ardını da yaza bilərəm, amma elə bilirəm yetərlidir. Ve sizdən soruşuram, Şair qardaş, qeyd etdiyiniz kimi, DAHİ bir şəxs bunu edər?
ДА БЛАГОСЛОВИТ АЛЛАХ ПРОРОКА И ЕГО СЕМЬЮ !

#129 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 02 июля 2010 - 20:22

Hörmətli user, siz də yazdız, amma heç demədiniz yazdıqlarınız hansı mənbəyə istinadlanır. Söhbət XVI əsrin tarixçilərindən gedir. Kim belə yazıb? Osmanlılar? düzdümü? Məndə də kitablar var, arxasında "ədəbiyyat siyahısına" dönə-dönə türk ədəbiyyatlarını yazıblar. Əlbəttə ki türklər səfəvilərin düşməni olub, belə yazacaq da.
Ümumiyyətlə mən Şah İsmayılı məsum bilmirəm, səhvləri də olub, bəlkə günahları da. Qəlbindən xəbərdar deyiləm, amma dediyiniz hərəkətləri isbat eləməlisiz ilk öncə.

Şah İsmayıl belə bir fərman verir : " Bütün bazar və meydanlarda birinci üç xəlifə, yəni, Əbu Bəkr, Ömər və Osmanı hamısı soyüb-lənətləməli idilər. Kim buna qarşı çıxsa elə yerindəcə öldürülsün". İndi sizdən soruşuram Şair qardaş, bu fərman dövlət başçısına yaraşar? Bu fərmanı uzaqgörən biri verər? Bu dövlətin daxilində vətəndaş müharibəsinə gətirib çıxarmarmı? İndi belə bir fərmanı Türkiyənin prezidenti versə, bütün şıyələr qalxmaz ayağa?

Belə qərarın olduğunu göstərin.
İkincisi də, o 3 xəlifəni sevənlər illərlə Həzrəti Əliyə lənət oxumuşdular. Fikir verin! Həzrəti ƏLİYƏ! Neçə illərdən sonra Əhməd ibn Hənbəl gəlib "ağıllandırdı" 3 xəlifə aşiqlərini.
Hansısa şəxsi söymək düz deyil, hətta buna layiq olsa belə. Mənə elə gəlir bu elə Osmanlının provakasiyalarındandır. elə aşağıdakılar da:

İsmyılın digər hərəkəti. Şiyəlikdə o qədər fanatizmə qapanmışdıki, Abbasilərin tikdirdiyi bütün abidələri dağıtdırmış,sünni müqəddəslərinin məqbərələri dağıdılmış və onların cəsədləri yandırılmış və küləyə erilmişdir. Bütün bünlar ona görə olmüşdu ki, Abbasilər Əlinin düşmənləri olmuşdur. Bundan başqa, nə qədər sünni alimlər, üləmalar və şairlər edam olunmuşdu.


Nəzərinizdən çıxarmayın ki, Osmanlı sultanı Səfəvilərə hücuma keçəndə, din pərdəsi altında keçmişdi. Bundan ötrü də müxtəlif yollara əl ata bilərdi.

Hə, onu da deyim, hansısa kitabdan sitat gətirəndə, müəllifin hansı orta əsrlər tarix kitabına istinad etdiyini də yazın. Yoxsa hər kitabda yazılan nağıllara inansaydım, səhabələri ulduz eləmişdim mən də :flowers1:

Сообщение отредактировал Şair: 02 июля 2010 - 20:23


#130 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 02 июля 2010 - 23:23

Hörmetli Şair qardaş ! Çox istədim yazmayım, amma dayana bilmədim. Ulka bacının dediyi kimi, Şah İsmayıl sərkərdə kimi çox nümunəvidir. Bunu heç kəs danmır. Amma bir dövlət başçısı kimi səhvləri çoxdur. Bu gün Şah İsmayılın ancaq Azərbaycan dövləti yaradıb deyə, onun səhvlərinə göz yummaq lazım deyil. Onun haqqında məlumat almaq istəyirsizsə, Fərman Kərimzadənin çox gözəl əsərləri var, onlara müraciət edin. Və bir sıra tarixi kitablar var ki, Səfəvilər dövləti haqqında tam məlumat verir. Çox üzr istəyirəm sizdən, bir də məsləhət görərdim sizə ki, məlumat toplayanda hər iki tərəfi, yəni, həm tənqid tərəfi, həm də tərif tərəfi oxuyun. Şah İsmayıl belə bir fərman verir : " Bütün bazar və meydanlarda birinci üç xəlifə, yəni, Əbu Bəkr, Ömər və Osmanı hamısı soyüb-lənətləməli idilər. Kim buna qarşı çıxsa elə yerindəcə öldürülsün". İndi sizdən soruşuram Şair qardaş, bu fərman dövlət başçısına yaraşar? Bu fərmanı uzaqgörən biri verər? Bu dövlətin daxilində vətəndaş müharibəsinə gətirib çıxarmarmı? İndi belə bir fərmanı Türkiyənin prezidenti versə, bütün şıyələr qalxmaz ayağa?
İsmyılın digər hərəkəti. Şiyəlikdə o qədər fanatizmə qapanmışdıki, Abbasilərin tikdirdiyi bütün abidələri dağıtdırmış,sünni müqəddəslərinin məqbərələri dağıdılmış və onların cəsədləri yandırılmış və küləyə erilmişdir. Bütün bünlar ona görə olmüşdu ki, Abbasilər Əlinin düşmənləri olmuşdur. Bundan başqa, nə qədər sünni alimlər, üləmalar və şairlər edam olunmuşdu.
Bunun ardını da yaza bilərəm, amma elə bilirəm yetərlidir. Ve sizdən soruşuram, Şair qardaş, qeyd etdiyiniz kimi, DAHİ bir şəxs bunu edər?

Hormatli bacim icazinizla sizdan bir soz sorushum. Siz deya bilersiz ki na ucun sunniler Shah ismayila garshi galxmayib? Men bilen iceri sheherde girgin olub, sonra icazenizle davam edarik sohbati.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#131 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 03 июля 2010 - 11:10

Osmanlı aşiqlərinə hədiyyəm olacaq :goodL:
Osmanlının gerçek yüzü


p.s. Elə anlaşılmasın ki, mən Osmanlıya nifrət edirəm, xeyr, ƏSLA! Sadəcə reallıqları olduğu kimi qəbul edirəm.

Сообщение отредактировал Shemsi: 03 июля 2010 - 11:10

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#132 Fatime-Zahra

Fatime-Zahra

    Mulazzim – lieutenant

  • Murid
  • 343 сообщений

Отправлено 03 июля 2010 - 18:50

Osmanlı aşiqlərinə hədiyyəm olacaq :goodL:
Osmanlının gerçek yüzü


p.s. Elə anlaşılmasın ki, mən Osmanlıya nifrət edirəm, xeyr, ƏSLA! Sadəcə reallıqları olduğu kimi qəbul edirəm.


Əziz bacım. Mən osmanlıların tərəfdarı deyıləm. Sadəcə İsmayılı dahi kimi qəbul etmirəm.
  • ulka это нравится
ДА БЛАГОСЛОВИТ АЛЛАХ ПРОРОКА И ЕГО СЕМЬЮ !

#133 Black knight

Black knight

    Aqid – Colonel

  • Emir
  • 2 006 сообщений

Отправлено 05 июля 2010 - 19:37

Osmanlı aşiqlərinə hədiyyəm olacaq :flowers1:
Osmanlının gerçek yüzü


p.s. Elə anlaşılmasın ki, mən Osmanlıya nifrət edirəm, xeyr, ƏSLA! Sadəcə reallıqları olduğu kimi qəbul edirəm.


Əziz bacım. Mən osmanlıların tərəfdarı deyıləm. Sadəcə İsmayılı dahi kimi qəbul etmirəm.


Yaxşı əgər belədirsə, xahiş edirəm dahi qəbul etdiyiniz hökmdarın adını çəkin.
Hz.Peyğəmbər(S) və Hz.Əli(Ə)istisna olmaq şərtilə.
Я сам себе судья и никто на этом Свете не может меня судить

#134 Mehdi Ordusu

Mehdi Ordusu

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 25 июля 2011 - 16:54

mehemmed emin resulzade...

#135 Javidan

Javidan

    Arif – Corporal

  • Murid
  • 96 сообщений

Отправлено 15 августа 2011 - 15:21

Black night:

Shah Abbas dahidir. Amma o Azerbaycan uchun hech bir shey etmeyib. Onun etdikleri Iran uchun olub


Shah Abbasi dahi sayib siyahiya salmamaq qeyri-mentiqi hereketdir. Chunki, Shah I Abbas Safavi butun Safavi xanedanin siyasetinin taci sayilir ve oz ecdadlarinin siyasetini en yuksek zirveye chatdirandir.
Babasi Shah Ismayil ve atasi Shah Tehmasp qoyduqlari siyasetini davam edib ve daha onlardan hech kim elemediyini etmishdir.
Sehv orasindadir ki, Azerbaycan respublikasinda Shah Ismayili ve oglunu chalishirlar yalniz Azerbaycan dovlet xadimleri kimi gosterib, onlarin esl miqyaslarini ve qiymetlerini gizletsinler. Bu ebes ishdir, onlar Iran sshhlari olublar, bizim torpaqlari tezrden Irana qatiblar ve bunu ordu gucu ile edibler. Her sheyi duzgun, real demek lazimdir. Kimseler deyirler ki, Shah Ismayil Azerbaycan dovletini qurdu, lakin faktlar gosterir ki, Shah Ismayil Iran imperiyasini berpa etdi, chunki ondan qabaq bu imperiya hele Ereb istilasindan beri chokmushdur.
Faktlara esaslanmayan ferdler tarixchi deyil, sadece nagilbazdilar.
Biz nagilbazlara yox tarixi faktlara inaniriq.
Qafqazda Azerbaycan adinda dovleti M.Resulzade vaxtinda elan etdiler, fakt budur! Ne uchun biz M.Resulzadenini amalina kolge salib bu ishi yazmaliyiq Safavilerin adina? Onlara bu lazim deyil, Safaviler ondan qat-qat boyuk ish gorubler.
Odur ki, Shah Abbas bizimchun de, butun Iran uchun de boyuk tarixi shexsiyyetdir.
Ola bilsin turklere gore bele deyil, amma Azerbaycan tekce turklerden ibaret deyil axi... Tekche turk olsaydi Azerbaycan indi ondan 1/5 qllib-qalmazdi. Allaha shukur bele deyil. Tarix bizim umumi tariximizdi ve her kes ona shexsi qashigini salib qarishdirmasin.

Сообщение отредактировал Javidan: 15 августа 2011 - 15:22


#136 Javidan

Javidan

    Arif – Corporal

  • Murid
  • 96 сообщений

Отправлено 15 августа 2011 - 15:27

Mən osmanlıların tərəfdarı deyıləm. Sadəcə İsmayılı dahi kimi qəbul etmirəm.


Shah Ismayil dahi shexsiyyetdir ve Fatime-Zahra bacimizin qebul edib-etmemesuinden asili deyil. Bunu dunya qebul edir.
Elbette ki, Imam Alini de qebul etmeyenler var, Kerbela mektebini de qebul etmeyenler var... Bu neyi deyishir? Hech neyi, yanilanlar yanlishliqlarinda qalmaqda olsun...Allah ozu onlari hidayet elesin.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru