Axşam ustu sərin kulək əsəndə,
Gozləyirəm,gəlsən də,gəlməsən də.
Bahar oldu gullər acdi konlumdə,
Yoxdun ey gul,yaralıydi konlum də,
Amma bir inamim vardi ozumdə,
Acacaqdir qəlbim gulu,susən də,
Axşam ustu sərin kulək əsəndə,
Gozləyirəm,gəlsən də,gəlməsən də
Necə vaxtdir cismim səndən aralı,
Necə vaxtdir qəlbim evi yaralı,
Belim bükük,əlim isə əsalı
Gozum yolda ,yoxluğunu bilsəm də,
Axşam ustu sərin kulək əsəndə,
Gozləyirəm,gəlsən də,gəlməsən də
Yoxluğundur,bu dunyamı qaraldan,
Xəzan edib baxca-bağımı saraldan,
Cəmən necə aralı dursun Maraldan,
Yola baxiram."gəlməyəcəm"desən də,
Axşam ustu sərin kulək əsəndə,
Gozləyirəm,gəlsən də,gəlməsən də
Bilirəm ki, qəlbin sınıq körpüdur,
Bu dərd məni canli-canli öldürür,
Zalım qızı arzu-kamı sondurur,
İnsafsizsan,bilsən də bilməsən də,
Axşam ustu sərin kulək əsəndə,
Gozləyirəm,gəlsən də,gəlməsən də
Nə gəzirsən yenə məndən aralı,
Başin duman,özun isə havalı,
Gəl yanıma verim sənə sualı,
Ehtiyac yox,dinsən də,dinməsən də,
Axşam ustu sərin kulək əsəndə,
Gozləyirəm,gəlsən də,gəlməsən də
Ay ömrumun ləpəli olan sahili,
Ay ömrumun elmli olan cahili,
Şax duruşlu qəddim olub maili,
Sərin mehsən,əssən də,əsməsən də,
Axşam ustu sərin kulək əsəndə,
Gozləyirəm,gəlsən də,gəlməsən də
Son sozum bu,səni sevdim əzəldən,
Misra yazdim şəninə mən qəzəldən,
İstəyim yox,başqa sən tək gözəldən,
SƏN MƏNİMSƏN, ölsən də,ölməsən də,
Axşam ustu sərin kulək əsəndə,
Gozləyirəm,gəlsən də,gəlməsən də
Сообщение отредактировал MIROTVORES70: 21 апреля 2010 - 01:23