Перейти к содержимому


Фотография

Qəlbimdən süzülən sözlər


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 474

#421 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 03 сентября 2010 - 01:26

gozlerim vedreni axtarir her an
sozlerim mehv olmush, ozum perishan
dedim ki ne olub, xetasizam men
dediler gunahkar bu cellad zaman

Sənin sözlərində vardır həqiqət,
İnsana zamandır verən əziyyət,
Neyləyək,belədir dünyanın işi,
Yaman dəyişibdir indi vəziyyət.

Hər gecəm əhyadır, gündüzüm əhzan
Gecəmdə yox savab, səhərim yaman
Bu tüstü içində alışan beynim
Sən demə daşıyıb qurumuş saman

#422 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 сентября 2010 - 01:33

gozlerim vedreni axtarir her an
sozlerim mehv olmush, ozum perishan
dedim ki ne olub, xetasizam men
dediler gunahkar bu cellad zaman

Sənin sözlərində vardır həqiqət,
İnsana zamandır verən əziyyət,
Neyləyək,belədir dünyanın işi,
Yaman dəyişibdir indi vəziyyət.

Hər gecəm əhyadır, gündüzüm əhzan
Gecəmdə yox savab, səhərim yaman
Bu tüstü içində alışan beynim
Sən demə daşıyıb qurumuş saman

Cox rəhimlidir bizi yaradan,
Nicat gələcək bir gün səmadan,
Edəcək bizləri öz mücahidi,
12-ci imam MƏHDİ ƏZ ZAMAN(Ə.F)
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#423 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 03 сентября 2010 - 01:38

gozlerim vedreni axtarir her an
sozlerim mehv olmush, ozum perishan
dedim ki ne olub, xetasizam men
dediler gunahkar bu cellad zaman

Sənin sözlərində vardır həqiqət,
İnsana zamandır verən əziyyət,
Neyləyək,belədir dünyanın işi,
Yaman dəyişibdir indi vəziyyət.

Hər gecəm əhyadır, gündüzüm əhzan
Gecəmdə yox savab, səhərim yaman
Bu tüstü içində alışan beynim
Sən demə daşıyıb qurumuş saman

Cox rəhimlidir bizi yaradan,
Nicat gələcək bir gün səmadan,
Edəcək bizləri öz mücahidi,
12-ci imam MƏHDİ ƏZ ZAMAN(Ə.F)

Sabah gələcəksə, o böyük İmam,
Nə üzlə verərik biz ona salam?
O nur gətirəcək, biz isə zülmət
Kömək olsun bizə Haqqu Təalam. (C.C)

#424 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 03 сентября 2010 - 02:05

Qəzəbim ildırım və mərhəmətim yağış...

Bu gecə heç kəsim yoxdur yanımda
Hər kəs dolaşır öz otağında
Fəqət, fəqət, biri var
O nə insandır ki, sirrimi anlar
Nə də sirrdaşımdı halıma ağlar.
O bir ildırımdır şiddəti yüksək
Verilən əzaba o dözməyəcək.
Mən sakit susacam, o susmayacaq
Mən otuzdurulacam, oturmayacaq.
İldırım, bu həyat vecinə deyil?
Bilirsən sən kimə etmisən meyil?
Şair tək bir yarı sən nə edirsən,
Onun söylədiyi 3 kəlmə şeir...
Sənsə, sənsə, sənsə...
Çax ildırım, çax
Baxma heç kəsə, yarın yoxdu bu aləmdə,
Hərdən üzüqaraların,
qaraldılmışların
üzlərinə bax.
Bax və şiddətlə çax.
Sənnin şiddətin bizim məzlumiyətimiz qədər olsun
Çax çax çax
qoy hər kəsin gözü
Hər kəsin üzü
Dolsun və
Ədalət sorağında olsun.
Sənin çaxmağına şeir qoşmuşam,
Qeyrətə gəlginən şiddətlən biraz
Hər günü hər gecə dəli olmuşam
Şiddətlə çax, çox yorulmuşam.
Ya da ki, çaxma nəyimə gərək?
Mən mövlamı gör nə vaxt yadıma saldım
Yenə öz otağımda mən tənha qaldım.
İldırım şiddəti, payız yağışı
Günəşin aləmə küskün baxışı.
Şimşək çəkil, çəkil
Hirsimi sənə söylədim
Millət üçün əzab istədim
Yox yox get.
Bizim məmləkəti gəl sən tərk et.
Səninlə birgə olan o yagiş
Dərdimə dərmandır bil ki o yalnız.
Ağlayır o da intizardadır
Deyir zamanın sahibi
ədalət çırağı haralardadır?
Bizdən də qeyrətli olub bu yağış
Gözümüz çətinlikdə yalnız ağlayır,
Yağışın saçdığı bu kövrək baxış
Yaralı qəlbimi mənim dağlayır...

  • Shemsi это нравится

#425 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 сентября 2010 - 02:45

Şəhriyara rəğmən
Zaman getdi omrum sona yetişdi,
Anlamadım bunə sirrdi,nə işdi,
Bu dunyanın yolu yoxuş -enişdi
Bir nurani mənə bədbəxt demişdi.

Dua elə,küləklərlə,göndər gəlsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.

Nələr gəldi,nələr getdi ömrümdəm,
Min-min arzu,dilək getdi könlümdən,<
Ay ALLAHIM özüm bezdim özümdən,
Bu dünyada iz qalmadı izimdən.

Zalım fələk sənin yazın dayana,
Bəlkə mənim yatmış bəxtim oyana,

Soldu getdi illərim də,ayım da,
Boran oldu,yetişmədi yayım da,
Dağlar qopdu,qurudu axar cayım da,
Tək sayıldı,tənha olan sayım da.

Ey Allahım ,əta eylə,salma məni dumana
Bəlkə mənim yatmış bəxtim oyana.

Сообщение отредактировал MIROTVORES70: 03 сентября 2010 - 17:43

  • fidan это нравится
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#426 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 03 сентября 2010 - 03:05

Bilmirəm bu Qədr gecəsinin bərəkətindəndirmi. Amma bu günə qədər mən elə bilirdim, ölüm günüm ruhumun cismimdən ayrılacağı gündür. Bu gecə dərk elədim ki, mən o vaxt öləcəm ki, qəlbimdən Əlinin (ə) məhəbbəti çıxsın. Allah məni ölümsüz eləsin!

Сообщение отредактировал al-Islam: 03 сентября 2010 - 03:06

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#427 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 03 сентября 2010 - 10:21

Bilmirəm bu Qədr gecəsinin bərəkətindəndirmi. Amma bu günə qədər mən elə bilirdim, ölüm günüm ruhumun cismimdən ayrılacağı gündür. Bu gecə dərk elədim ki, mən o vaxt öləcəm ki, qəlbimdən Əlinin (ə) məhəbbəti çıxsın. Allah məni ölümsüz eləsin!

Amin! Allah bütün Əli (ə.s.) həsrətində olanları ölümsüz eləsin!

Heç mən də bilmirəm bu mübarək günlərinmi, bu mübarək ayınmı təsirindəndir... Amma bu ilki Ramazan ayı çox fərqlidir. Kaş bitməyə bu ay.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#428 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 03 сентября 2010 - 10:25

Şair və Mirotvores qardaş,bu son şerləriniz nə gözəldir.

Şair qardaşın bu son şeri hərdən düşdüyüm halı xatirlatdı
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#429 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 03 сентября 2010 - 15:44

RƏBBİNƏ BAĞLAN...


Rəbbinə bağlanıb get öz yolunu
Sözünlə əməlin düşsun üstü-üstə
Möhkəm saxla Nəfsivin cilovunu
Allah qorxusunu tut gözün üstə

Şeytan işidir duz yoldan azdırmaq
Sığın sən Rəbbinə onu əlindən
Möhmunun ruhudur Təqvalı olmaq
Rəbbinin düşməsin zikri dilindən

Bizləri sapdırandır Dünya malı
Az deyil tələsinə duşənləri
Möhmunun itkidə dəyişməz halı
Nə gözəldir Axirət nehmətləri!

Qorxma ruzinin azından bəndə!
Catmaz hecnə halal olan payına
Bilki Rəbinin diqqəti var səndə
Xeyir əməl hec gedərmi ziyanına?
  • Shemsi это нравится
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#430 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 сентября 2010 - 14:57

ŞAİRƏ VƏ QƏLƏMƏ BİR ATMACA!

Yaman nalədəsiz  təbin əlinnən,

Niyə nallələr əyibdi sizi?

Ay Şair,ay Qələm,birdən usansaz,

Cağırın-səsləyin,qacıb gəlim mən


Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#431 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 08 октября 2010 - 12:22

Yol

Dünyada bir haqq yolu var
Tək Allaha gedib çıxar
O gəlməsin sənə hamar
Sona çatan saleh çıxar

Yollar bizi daşıyandır
Mənzilə o yetişdirir
Duz yol tutmaq əqildəndır
Əqil Rəbbə yetişdirir!

Azdırandır Şeytan səni
Yol boyunca səninlədir
Xilas edər təqva səni
Allah səbr edənlədir!

Yola cıxdın de “Bismillah”
Umidin Rəbbinə olsun
Darda qoyan deyil Allah
Zikri dilində qoy olsun

Yaxınıvı tərk edəndə
Sənə yaxşı yol deyər
Arxança suyu səpəndə
Yolun acıq olsun deyər


İşlərin tam dolaşanda
Deyirlər yollu bağlanıb
Həyatda səflər edəndə
Deyilər yollunu çaşıb

Yollar yeri bəzəyəndir
Ona gözəl naxış verir
Hardəm o yoxuşa gedir
Hərdəm isə enişəndir

Ruhları yaxın insanlar
Qəlbləri möhkəm bitişib
Bir birinə deyər onlar
Şükür yolumuz kəsişib

Ey yolcu! Bu yoldan olma
Əgər bu yol haqqa gedir
Sənə nəfsinə tabe olma
Bilki bu iş yoldan edir!
  • fidan это нравится
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#432 nigar_clever

nigar_clever

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 27 сообщений

Отправлено 11 ноября 2010 - 12:04


GƏLƏCƏYƏM YANINA

Mən bir dəli dağ çayı,
sən bir sahilsiz dəniz,
Gecə-gündüz qoynuna
axacağam mən sənin.
Açan arzularımı, gümüşü sularımı,
Muncuq kimi boynuna
taxacağam mən sənin.


Mən bir ərköyün aşıq,
axıb dolmusan qana,
Buludum, yağışımsan,
səninlə gəldim cana.
Gözlərimi heç zaman
çəkmərəm səndən yana,
Gözlərinə ürəklə
baxacağam mən sənin.

Çay dənizə bağlıdır,
dəniz çaya, yer göyə,
Kainat nizamdadır
bu bağlılıq var deyə.
Gələcəyəm yanına
daşlara dəyə-dəyə
Həmişə əllərini
sıxacağam mən sənin.

Сообщение отредактировал nigar_clever: 11 ноября 2010 - 12:06


#433 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 11 ноября 2010 - 14:46

Mən bir dəli dağ çayı,
sən bir sahilsiz dəniz,
Gecə-gündüz qoynuna
axacağam mən sənin.
Açan arzularımı, gümüşü sularımı,
Muncuq kimi boynuna
taxacağam mən sənin.


200 qram arıqladım :rolleyes:
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

#434 nigar_clever

nigar_clever

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 27 сообщений

Отправлено 19 ноября 2010 - 11:21

Fikirlər


Duyğular qəlbimə olanda hakim,
Tək özüm oluram qəm-evdə sakin.
Yoxdur ürəyimdə nə nifrət,nə kin,
Acı xatirələr yaddan silinib,
Kim yaxşı,kim pisdir,çoxdan bilinib.

Ovçu tək sərçəni gözündən vurdum,
Haqsızı elə öz sözündən vurdum.
Hicrana dərmanı özündən vurdum,
Onunçun dumana bürünüb getdi,
Taqəti qalmadı,sürünüb getdi.

Deyirlər yaxşılıq qalır dünyada,
Fərəhin canın qəm alır dünyada.
İşıqlı xəyala dalır dünya da,
Bir gözü ağlayır,bir gözü gülür.
Yaşarmış didədən ağ nur tökülür.

İnsanın yazılmış qanunu vardır,
Dost dosta çətində arxadır,yardır.
Nədən bəzi dostlar bietibardır,
Zaman öz sözünü deyib gedəcək.
Əyninə al köynək geyib gedəcək.

#435 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 23 ноября 2010 - 00:12

Demə bu bəndə fəqət qəzəlindən bəhs eliyir...
O bir olan Allahdı ki höccətiylə fəxr eliyir...
Cahanda Zaur da öz sevgisiylə hərb eliyir...
Məhbubunun dərdini öz dərdinə əfzəl eliyir...

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#436 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 26 декабря 2010 - 20:07

Surəti ay,zülfü qarə, söylə sənə mən neyləyim,

Vurmusan qəlbə yarə söylə sənə mən neyləyim.

Nə qədər dedim dayan,cəkilmədin günah yoldan,

Ötdü yaş,yoxdu carə ,söylə sənə mən neyləyim.

Dilimdən düürr tokülsə,sözüm yanında hec olar,

Doğradın parə-parə, söylə sənə mən neyləyim.

Mən namaz qıldım,sənsə əğyar ilə eyş-işrətdə,

Cismin cəkirlər darə,soylə sənə mən neyləyim.

Məni ALLAHIM sevdi,sən sevişdin şeytan ilə,

Həqqi kor,ruh avarə,soylə sənə mən neyləyim.

Sən necə tövbə etdin ,yenə yolun yalan oldu,

Tövbə gəldi zunharə,söylə sənə mən neyləyim.

Əbuzərəm həqq dedim,anlamadın həqq sözümü,

Tök göz yaşın dübarə,söylə sənə mən neyləyim.


Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#437 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 06 января 2011 - 16:18

*** Maşallah! Amma yaxşı olardı ki, şeir (şe`r deyim Seyid təəssüflənməsin :) ) yazaydı, şeir yazmayanlar bu mövzuda. Seyid əgər mövzu apastrof barəsindədirsə, mövzunun istiqamətini dəyişmək istəmirəm, son zamanlarda çap olan dini ədəbiyyatlara baxmanızı məsləhət görürəm.


Şair gec yazdığım üçün bağışla. İndi gördüm postunu. Bəli, apastrof yığışdırılandan sonra, dini ədəbiyyat da apastrofsuz yazılır. Elə biri özüm. Tərcümələrimdə apastrofa riayət etmirəm.

P.S. Bir az fikirlərdən uzaq olmaq üçün bu mövzuya müraciət elədim.

Сообщение отредактировал Gunahkar: 06 января 2011 - 16:21

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#438 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 06 января 2011 - 16:38

Seyid gələcək, deyəcək Şair,
Akt yazıram sənin şeirnə dair
Şeirə bizlərdə deyilir şe`r
Siyasətə oldun qurban, hali ol!


Həəə... Şair qardaş, deyəsən bu "şeir"i "şe`r"ə döndərəsssən...
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#439 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 06 января 2011 - 18:23

Şair (10 Март 2010 - 17:47) писал: Seyid gələcək, deyəcək Şair,
Akt yazıram sənin şeirnə dair
Şeirə bizlərdə deyilir şe`r
Siyasətə oldun qurban, hali ol!

Şair vəhhabi-nə sözündə düz var,
Bizə qarşı cıxdın-səndə də üz var,
Al -islam rəhbərdi-belə bir soz var,
Sənsə həbs olacaqsan,buna hali ol.


Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#440 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 06 января 2011 - 19:11

Şair (10 Март 2010 - 17:47) писал: Seyid gələcək, deyəcək Şair,
Akt yazıram sənin şeirnə dair
Şeirə bizlərdə deyilir şe`r
Siyasətə oldun qurban, hali ol!


Şair vəhhabi-nə sözündə düz var,
Bizə qarşı cıxdın-səndə də üz var,
Al -islam rəhbərdi-belə bir soz var,
Sənsə həbs olacaqsan,buna hali ol.


Al-İslamda bir lider ləyaqəti var
Onun Murtəza Heydərə (ə) sədaqəti var

Kimdə yoxdursa Heydərə (ə) sədaqət,
Qəlbində şeytana məhəbbəti var

Al-İslam olacaq İslama sütun
Bu sütuna ALLAHın bərəkəti var

O qaldıracaq İslamın bayrağını
Foruma bəxş edəcək ədaləti var

Forumun inqilabı görünür yaxın
İnqilaba userlərin hərəkəti var

Gunahkaram, etdim HAQQa bir dəstək
Bu dəstəyə zamanın tələbatı var...

P.S. İLAHİ, mən də şe`r yazarmışam... :loool:

  • Şair это нравится
Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#441 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 07 января 2011 - 23:50

Şair (10 Март 2010 - 17:47) писал: Seyid gələcək, deyəcək Şair,
Akt yazıram sənin şeirnə dair
Şeirə bizlərdə deyilir şe`r
Siyasətə oldun qurban, hali ol!


Şair vəhhabi-nə sözündə düz var,
Bizə qarşı cıxdın-səndə də üz var,
Al -islam rəhbərdi-belə bir soz var,
Sənsə həbs olacaqsan,buna hali ol.


Al-İslamda bir lider ləyaqəti var
Onun Murtəza Heydərə (ə) sədaqəti var

Kimdə yoxdursa Heydərə (ə) sədaqət,
Qəlbində şeytana məhəbbəti var

Al-İslam olacaq İslama sütun
Bu sütuna ALLAHın bərəkəti var

O qaldıracaq İslamın bayrağını
Foruma bəxş edəcək ədaləti var

Forumun inqilabı görünür yaxın
İnqilaba userlərin hərəkəti var

Gunahkaram, etdim HAQQa bir dəstək
Bu dəstəyə zamanın tələbatı var...

P.S. İLAHİ, mən də şe`r yazarmışam... :loool:


Söz deməyə geniş meydanım var
El arasında böyük ad-sanım var.

Canıma qəsd etmə ey təbib
Dəvası olmayan dərdli canım var.

Neynirəm al-İslam tək rəhbəri?
al-Fath kimi ləyaqətli xanım var. (Xan-ım mənsubiyyət şəkilçisidir)

Qorxaq məni bu yolda bilmə sən
Davam üçün axıdacaq qanım var.

Sevinmə bilirsən zəif yanımı
Bir də görmədiyin güclü yanım var.

Gəl ordan Bakıya eylə nəzər
Xalq arasında şöhrəti şanım var.

Şair ağlama ki, yardan uzaqsan
Ona qovuşacaq bir zamanım var...


#442 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 08 января 2011 - 00:11

Şairin Komandirə ilk şanlı məktubu

Məktubum şanlıdır, ürəyim qanlı
Mənə dəva verən, kağız üstə söz
Gördüyün yekəpər, ağlı dumanlı
Atəşi soyuyub, olub bir köz.

Gözləri yaşlanıb, qəm çəkir yenə
Yarından ayrıdır, həsrət içində
Yoxumdur bir təsəlli verənim mənə
Qəlbimin yaralı, dərdli günündə.

Yazdım bu məktubu, deyim ki sənə
Çoxdandır məktublar səndən səngiyib
Məktubun çoxdandır çatmır ki, mənə
Qırılmış qəddimi, tənahlıq əyib.

Sözlərim bir közdür, qəlbə düşməsin
Vücudu yandırıb məhv eyləyəcək
Dərdimlə dərmanın heç görüşməsin
Dərdsiz göz heç nəyi görməyəcək.

Gözümə nur verən bu dərdlərimdi
Yox oolsa, gözlərim bəlkə məhv oldu
Hər dərddə günahkar öz əllərimdi
Ağılsız addımlar özü səhv oldu.

Alıram mən indi məsləhət səndən
İnqilab deyərək, məni üzmə gəl
Səni tutmuşamsa özümə həmdəm
Göydən baxaraq məni süzmə gəl.


#443 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 08 января 2011 - 15:01

Söz deməyə geniş meydanım var
El arasında böyük ad-sanım var.

Canıma qəsd etmə ey təbib
Dəvası olmayan dərdli canım var.

Neynirəm al-İslam tək rəhbəri?
al-Fath kimi ləyaqətli xanım var. (Xan-ım mənsubiyyət şəkilçisidir)

Qorxaq məni bu yolda bilmə sən
Davam üçün axıdacaq qanım var.

Sevinmə bilirsən zəif yanımı
Bir də görmədiyin güclü yanım var.

Gəl ordan Bakıya eylə nəzər
Xalq arasında şöhrəti şanım var.

Şair ağlama ki, yardan uzaqsan
Ona qovuşacaq bir zamanım var...[/size][/font]


Mossad arasında böyük hörmətin var
Mossada söz deməkdə məharətin var


Yəqin canına qəsd etməz israillilər
Çünki, onlarla güclü təbabətin var

Al-İslam olacaq foruma ali lider
Ona tabe olsan, foruma sədaqətin var

Al-İslamı bu yolda zəif bilmə sən
Onun qanıyla coşacaq hərarətin var

Mossada namizədlik zəif sayılsa da
Oraya rəhbərlik üçün qüdrətin var

Mən baxdım Tel-Əvivə, gördüm orda,
Sənin adınla sayğı-ləyaqətin var

Günahkar deyir ki, hönkürmə Şair
Vəzifəyə çatmaq üçün çoxlu ətin var... :loool:

Сообщение отредактировал Gunahkar: 08 января 2011 - 15:01

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение


#444 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 08 января 2011 - 19:36

Şairim şanlı məktubuna Komandirin cavabı.
Şair dostum Salam olsun köməyin,
Catsın qadir YARADANA diləyin,
Məktub ilə göndər bahar küləyin,
Tək canımdan şer istə,söz istə,

Fərəh ilə deyim Sənə göz üstə.

Nədir yenə bu fəraqlar,gileylər,
Şükürlü ol,arzularmız gül eylər,
Xəbis ürək,kamil qəlbə de neylər?
Gəl könlümdən alov istə,köz istə,

Sevinc ilə deyim Sənə göz üstə.

O afətin mən də cəkdim cəfasın,
Cahil idi ,hec görmədim səfasın,
Əğyar duydu,mən duymadım vəfasın,
Unut getsin,yoxuş yolu düz istə

Qəlbim ilə,deyim Sənə göz üstə.

Düzdü yazmamışam namələr Sənə,
Vətən dərdi,ağır yük olub mənə,
Allaha qurbanam birdə Vətənə,
Qələbə olsun,məndən gülər üz istə,

Əzmim ilə ,deyim Sənə göz üstə.

İnqilab bir gülüş,xəfif zarafat,
Bədgüman olma gəl,kədərləri at,
Şəmşir götür ,cəng ilə arzuna cat,
Şəhidlik yoluycun məndən iz istə,

Əqidəm ilə,deyim Sənə göz üstə !!!




Сообщение отредактировал MIROTVORES70: 08 января 2011 - 19:37

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#445 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 09 января 2011 - 18:12

SÖZÜM VAR
Canımı verdiyim gül üzlü dilbər,
Ürəyim yaralı,canım dərbədər,
Cəmalına həsəd cəkər kölgələr
Asi olma,gözlərində gözüm var,

Ayaq saxla,getmə dayan sözüm var,


Sən ceyransan,cicəklərdən aralı,
Mən Məcnunam,cananından yaralı,
Ormana gəl,göy cəmənin maralı,
Sənə catmaq əzab olsa,dözüm var,

Ayaq saxla,getmə dayan sözüm var,

Uca dağlar başı duman- qar olar,
Dərdim ücün,məlhəm ancaq yar olar,
Kecər xəzan,baxca bağım bar olar,
Gəl söndürmə,xatirəndə özüm var.

Ayaq saxla,getmə dayan sözüm var,

Gül ləblərin,məhəbbətin ünvanı,
Hayqırımmı? səsim tutsun hər yanı,
Zülflərindir,mən yazığın dərmanı,
Hayasızam ee,bunu deməyə üzüm var,

Ayaq saxla,getmə dayan sözüm var.

Сообщение отредактировал MIROTVORES70: 09 января 2011 - 19:08

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#446 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 11 января 2011 - 22:56

Səndə eşq fəvvarə vurur,məndə isə kədər-qüssə,
Sən zinət düz bədənə,mən dağılım hissə-hissə,
Sən qatıl keyf icinə,mənsə soyuq səngər icrə,
Mən covğuna dözürəm, dözməzsən külək əssə.

Səni mən secən günə,yağdiraydı tanrı daşı,
Ey üzü şeytan məkan,neyliyirdim gözü-qaşı,
Səni mən kuyimdə,cahana tən bilmiş idim,
Sonda xain cıxdın,ağartdın bu dərdli başı.

İndi mən can üstə,həyata son bir nəfəsdə,
Dünyaları istədim,soldum ancaq dar qəfəsdə,
Sənə əyər yenidən qəlbim qonsa,candan kənar,
O qəlbi tullayaram,qanqal olar qəbrim üstə.

  • Şair это нравится
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#447 indulqentsiya

indulqentsiya

    Mulazzim – lieutenant

  • Murid
  • 403 сообщений

Отправлено 12 января 2011 - 16:22

bir gun deveye mindin ,bir gun qatira.
bir az da yawasaydin file minerdin?
bir wey ki ,her evin oz sahibi olduqu halda
sen doqquz eve sahib olardun.
Huseyni,Kerbelani ve Ashurani derk etmek ucun,en azi,gerek doqulduqun etek Peygember balasinin qatillerinin doqulduqlari etekden ferqlensin.
قال رسول اللّه (ص): ان الحسين مصباح الهدى و سفينة النجاة
-------------------------------------------------
"Ey Kitab Ehli! Niye haqqı batılla qarıştırır ve bile bile gerçeyi gizlidirsiniz?" (Âl-i İmrân, 3/71),...........
<Bu kishi sayiqlayir....ALLAHIN KITABI BIZE BES EDER>............
---------------------------------------------------

#448 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 января 2011 - 21:11

Şər qarışdı bu gecə,qəlbim oldu yanan ocaq
Amma ocaq da yanıb, sonunda bir kül olacaq,
Sübh acılanda külək ,əsib bu üzgün könlümə,
Xatirələr itəcək,onu da külək aparacaq.

Bəlkə daha yazmayım,onsuzda ki,güman yoxdu
Taleyim öz qəlbimə,yaydan yanyınmış bir oxdu,
Dərdimi dağa dedim,dağda qopdu məhvərindən,
Mənim də günahım var,Sənin günahınsa coxdu.

Dərdimlə qərq elədim,ümmanlarda kecən ömrü,
Hər səhər sənlə durub,sənsizlikdə kecən ömrü,
Get Səni islah etsin, Allah kecsin günahından,
Mən özümlə aparım,Məcnunluğu secən ömrü.

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#449 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 13 января 2011 - 01:02

Sənin ol zülflərinin,günəş cəkdi həsrətini,

Günəşi candan etdin, sən ey cətinlər cətini,

Cəmalında Tanrımın 1001 həya ziyası var,

Bəlkə mələklər gizlədir,qəbdə sənin rəğbətini.



Sən səhrada ilğımsan,gozlər ücün bir arzusan,

Arzu tək yaşa ömrü,nə yorulma,nə də usan,

Kecər ömrünün qışı,bahar döyər pəncərəni,

İtirsən damla-damla,sonda sonsuz ümman qazan.



Necə vəsf edim səni,yamır işıq,sönüb ocaq,

Nə yazsam misralarda,sənə baxıb hec olacaq,

Bir bahar yağışısan,bir şehli cəmən gülü,

Qocalsa da bənizin,qəlbin ətir qoxuyacaq.


  • Şair это нравится
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#450 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 17 января 2011 - 22:39

Tənhayam evimdə yenə bu axşam,
Gözüm yolda xəyallara dalmışam,
Xəyallar uzağa aparır məni,
Dizlimi yox,xatırənı qucaqlamışam,

Yenə də gozümdə o meynəli bağ,
Yenə də axşamlar yanan o ocağ
Qələmim kədərlə yazsa bu halı,
Varaq hönkür cəkib,hey ağlayacaq,

Hanı o qumlu sahil,o qaya üstü,
Nədən ki,könlümüz eşqidən küsdü,
Qizinmaq istərkən eşq atəşinə,
Sonda gözümüzü yaşartdı tüstü.

İndiysə yağış yağır xatirələrə,
Qayığım yan alır qəmə-kədərə,
Hamı ümidlərlə baxır sabaha,
Mənsə inanmıram cıxım səhərə.

Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение




Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru