1857-ci ilin mart ayının 8-də ABŞ-ın Nyu-York şəhərində ayaqqabı və tekstil fabrikində çalışan 40.000-ə yaxın qadın işçi Manhetten küçəsi boyunca etiraz yürüşünə başlayırlar. Onların tələbi 16 saatlıq iş vaxtının azaldıması, maaşların artırılması və kişilərlə bərabər eyni hüquqlara sahib olmaqdan ibarət idi.
Amma Nyu-York polisi bu etiraz aksiyasını dərhal darmadağın etdi. Müqavimət göstərən qadınlardan 129-u dünyasını dəyişdi.
Bu hadisədən 50 il sonra 1908-ci ildə Nyu-Yorkda yenə qadınlar eyni tələblərlə nümayişə başlayırlar. Polislər bu dəfə də çirkli və buzlu su şırnaqları vasitəsilə nümayişi dağıtmağa nail olur. Məhz bunnan sonra növbəti illər ərzində bu cür tətillər və nümayişlər öz nəticəsini verir, ilk dəfə olaraq Amerikada qadınların hüquqlarını qoruyan həmkarlar ittifaqı yaranır.
1910-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə sosialist qadınların II Beynəlxalq Konfransının fəaliyyətə başlaması ilə əlaqədar olaraq Amerika qadınlarını təmsil edən nümayəndə heyəti də buraya gəlir və məhz burada feminist qadınların məşhur lideri Klara Setkinlə görüşürlər. Daha sonra həmin konfransda xanım Setkin bütün dünya qadınlarının həmrəylik günü kimi 8 mart tarixini qeyd edilməsini irəli sürür. Bu təklif 17 ölkəni təmsil edən nümayəndələr tərəfindən qəbul edilir.
Lakin 8 mart tarixi barədə bir çox şübhələr mövcuddur. Belə ki, 1857-ci ildə qadınların məhz 8 mart tarixində yürüşə çıxmaları təsdiq edilməyib və onun hansı gün olduğu hələ də sual altındadır.
Bundan əlavə bəzi mənbələrdə iddia edilir ki, Kopenhagen Konfransında 8 mart deyil, başqa bir gün seçilmişdi. Tarix göstərir ki, həmin konfransdan sonra qadınlar günü əvvəlcə 19 mart tarixinə keçirilir və hətta bu tarix ilk dəfə Almaniyada, Danimarkada və Avstriyada bayram kimi qeyd edilir. Amma bir il sonra, yəni 1912-ci ildə 19 mart günü 12 may tarixi ilə əvəzlənir. Yalnz 1914-cü ildə, I Dünya Müharibəsinin başlanması ərəfəsində Beynəlxalq Qadınlar Bayramı nədənsə 8 mart tarixində qeyd edilməyə başlayır. Bir çox hallarda burada dini motivlərin də yer alması istisna edilmir. Bəzi tədqiqatçılar təsdiq edir ki, 8 mart tarixi hansısa bir qadınla əlaqədar olan bir əhvalaatla bağlıdır.
Bütün bunlara baxmayaraq hər halda Birləşmiş Millətlə Təşkilatı 32/ 142 saylı qətnaməsi ilə 1977-ci ildən etibarən 8 mart gününü Beynəlxalq Qadınlar Bayramı kimi rəsmiləşdirib. 8 mart tarixinin iş günü hesab edilməməsini keçmiş SSRİ və Çin, eləcə də digər sosialist ölkələri qəbul etmişdilər.
Məqaləni hazırladığına görə Nigar bacıya dərin təşəkkürümü bildirirəm.
P.S. İndi özünüz qiymət verin, müsəlmana bu cür bayram yaraşar??...Mən çoox mənfi baxıram!Müsəlmanlarda səhv etmirəmsə Fatimeyi-Zəhra(s.a)nın mövludu günü müsəlman ana,bacı,xanımların günü sayılır. İnşaAllah yayda təbrik edərəm
Сообщение отредактировал Hasan_AGA: 06 марта 2010 - 01:13