Omar qardash, bu yazdıqlarınız sizin öz "səhih" hədislərinizə istinad etdiklərinizdir. Amma o "səhih"lər hansılar ki,sizə sərf eləyir. Sərf eləməyənlərə "zəifdir" deyib,bir daha öz reputasiyanıza "köhnə hamam,köhnə tas" adı verirsiniz.
Fatiməni incitməmək üçün olan əmr, hər cür incitməyin demək deyil.
Bu da təzə söz birləşməsidir?
Çünki, Əli də, onu, bir neçə dəfə incitdi. İncitməsi günah olmadı.
İmam Əlinin (ə) Xanımı incitməsi barədə heç sünni mənbələrində belə rast gəlməmişdim,amma ölmədik bu günü də gördük
Rəsulullah buyurmuşdu. Aişəni incitmənin, özünü incitmək olduğunu bildirdi.
Siz Aişənin yerinə Fatimə (s.ə.) adını yazmalı idiniz, amma əliniz gəlmədi,hə?
Halbuki, Hz. Aişə, Hz. Əlidən əlbəttə incidi.
Marağlıdır axı niyə?
aaaa bəlkə adlar tərsinə yazılmalı idi?!
Axı Aişə İmam Əli (ə.)-a qarşı Osmanın "öldürülməsinə" görə savaşa qalxan Yaali ibn Müaviyyənin hədiyyələrinə valeh olub,onunla birgə İmama qarşı döyüşdə iştirak etmişdir.Döyüşdə iştirak edirdi deyəndə,Yaalinin ona bağışladığı "cəməl" adlı dəvədə oturub,tarixdə ilk dəfə müsəlman qırğını, qardaşın qardaş qanını axıdmasına tamaşa edirdi. Əslində Osmanın ölümü bəxanə idi,çünki onun "Qolbağ əhvalatı" ilə bağlı Əli və Fatimə (ə.s)-yə qarşı kini hələ soyumamışdır axı. Onlar Bəsrəyə çatanda Havab adlanan yerdə ulaşan it sürüsünün onlara hücum etməsi, Aişənin yadına Peyğəmbərin sözlərini saldı: " Peyğəmbər bir vaxt zövcələrinə deyibmiş ki, kaş biləydim hansınızın üstünə nə vaxtsa Havab itləri hürəcək".
"Blaqodarya" itlərə,Aişənin yaddaşı təzələndi, və o,qorxusundan qayıtmaq istədi,lakin Yaali onu inandırdı ki,onlar artıq havabı keçiblər
Beləliklə ilk müsəlman qırğını baş tutdu. İmam Əlinin (ə.s) savaşı sülh yolu ilə sona çatdırmaq istəyinə qəti razılıq verməyən "cəməllilər" məğlub oldular. Satqın Təlxə və Zubəyr də döyüşdə həlak oldu.Aişə əsir düşdü.
İmam Əli (ə.s) 10 minə qədər həlak olmuş müsəlmanların üstündə namaz qılıb,dualar oxuyub,onları torpağa tapşırdı.
Və Aişəni, ən yüksək hörmətlə,oğulları İmam Həsən (ə.s) və İmam Hüseyn (ə.s)-ın müşayiəti ilə Məkkəyə yola saldı.
K stati bu məlumatları, "Məhəmməd Peyğəmbərin həyatı" adlı kitabdan oxumuşam,qəribəsi isə odur ki,bu kitabı tərtib eləyənlər sünni tədqiqat qrupudur
Yəni orda Əbu-Bəkr,Ömərin fəzilətləri ilə yanaşı,bu "acı həqiqəti" də qeyd eləyiblər
Fatimənin Əbu Bəkrdən inciməsi, özünə Fədəkdən miras vermədiyi üçün idi.
Başa düşmədim, Peyğəmbər (s) Fədəki Fatiməyə (ə.s) haqqı olaraq hədiyyə elədiyi təqdirdə,Əbu-Bəkr kim idi ki də,onu Fatimədən alsın?
Bəlkə Peyğəmbərin vəkili idi,xəbərimiz yox imiş
Fatimənin Əbu Bəkrdən inciməsi, özünə Fədəkdən miras vermədiyi üçün idi. Bir hədisi şərifdə, (Biz Peyğəmbərlər, miras buraxmarıq. Buraxdıqlarımız, kasıblara sədəqə olar) buyurulduğu üçün xəlifə Əbu Bəkr, Rəsulullahın xurmalıqlarının gəlirini kasıblara payladı. Bu hədisi şərifə uyğun gələrək, Fatiməyə vermədi. Yoxsa, nəfsinə, şeytana uyğun gələrək etmədi. Bunun üçün, günah olmaz.
Əbu-Bəkr düzgün hökm, yəni Allahın buyurduğu hökm o cümlədən nəfs və şeytan haqqında Rəsulallahdan (s.ə.v.s) çox bilirmiş,bərəkallah
əslində isə Əstəgfirullah!!!
Biz Peyğəmbərlər, miras buraxmarıq. Buraxdıqlarımız, kasıblara sədəqə olar
Quranı diqqətlə oxumaq lazımdır.Məsələn:
"Süleyman Davudun varisi oldu..."{ 27.Nəml surəsi, 16 } . Buna əlavə olaraq, Zəkəriyyə peyğəmbər Allaha dua edib, özündən sonra varis olsun deyə, bir oğul payı istədi. Allah-təala da onun duasını qəbul edib, Yəhyanı ona ruzi olaraq verdi. Necə ki, Qur'ani-Kərimdə deyilmişdir: "O həm mənə, həm də Yə'qub nəslinə varis olsun. Pərvərdigara! Həm də elə et ki, o sənin rizanı qazanmış olsun! Ey Zəkəriyyə! Sənə bir oğulla müjdə veririk ki, adı da Yəhyadır..." { 19.Məryəm surəsi, 6-7 }. Keçən ayədəki "varisim olsun" sözünün mə'nası, "peyğəmbərliyim ona irs qalsın" mə'nasında deyildir. Peyğəmbərlik irslə olmaz. Rəsulallahın "Biz peyğəmbərlər irs qoymarıq" sözünün mə'nası odur ki, həqiqətən peyğəmbərlər padşahlar kimi dünyada qızıl və gümüş yığıb saylamazlar ki, özlərindən sonra miras qalsın.
Nəisə.. Allah hidayət versin,bəsirət gözləriniz nur tapıb həqiqəti görsün ki, əbədi zülmətə qərq olmasın.