http://az.313news.net/video/o-5.html
Bu sohbet necenci ilde olub?Zehmet olmasa.
Salam aleykum və rahmətullah
Qamət qardaş bu forumda sizə verilən sualların birində oxudum ki siz təzə peyda olan yalançı bir peyqəmbər ilə mucadilə etmisiniz.Bəzi qardaşlar da mənə dedilər ki siz onun ilə mubahisə edərkən hər ikinizin səsi yazılib.Mənim ücün sizin onun ilə etdiyiniz mubahisə cox maraqlıdır.Mən də həmin mubahisəni dinləmək istərdim.Əgər sizdə o zapis varsa zəhmət olmasa onu forma yerləşdirin.Və yaxud da bildirin ki mən o yaziya harda qulaq asa bilərəm.Bir də ki bilmək istərdim ki həmin yalançı peyqəmbər harada fəaliyyət gostərir? Onu nece tapmaq olar?Həmçinin eşitmişəm ki ətarfına bəzi səfeh insanları da toplaya bilib.Hətta eşitmişəm ki ona inananlar yalançı peyqəmbərlərinə zəng edeib nəsə soruşduqda ona ya rasulullah deyə muraciət edirlər.Sadəcə olaraq mənə onun unvanı lazımdı cünki mən onun ilə mübqahisə etmək istəyirəm . əminəm ki o axmaqı əqli və şəri dəlillər ilə susdura bilərəm.
Asalamu aleykum və rahmətullah
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bəli, Aleksey deyilən biri ilə belə söhbətimiz olub. Təxminən on beş il bundan əvvəl. Mən hələ Mədinədə oxuyurdum. Eşitdik ki, bir səfeh iddia edir ki, Əmircana peyğəmbər göndərilib. Biz onu tanıyırdıq, çünki yayda bizimlə bir-iki rayonda düşərgələrdə olmuşdu. Mən də qardaşlara dedim ki, gedək onu başa salaq ki, belə demək olmaz. Əhmədlidə görüşdük. Biz ona dedik ki, belə demək səhfdir. O isə artistlik etməyə başladı. Yəni beləsi ilə danışmaq mənasızdır, özü də etiraf edib ki, başı çatmır. Bir az oturduq, gördük ki, bu adam heç nə qbul etmək istəmir, durub gəldik. Sonra elan etdi ki, artıq bütün Azərbaycana peyğəmbər göndərilib. Əmircan onlar üçün Məkkədir və qiblədir. Deyirlər ki, Bakının adı Quranda var, Allah buyurur ki, “Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır” (Ali İmran, 96). Ayədəki Bəkkə sözünü Bakı kimi qəbul edirlər. Yaxşı ki, surənin adına Ali Əmircan deməyiblər.
Amma gedib beləsi ilə danışmağın məsləhət deyil, çünki artistdir, heç nə qəbul etmir. Özünü də elə göstərir ki, guya ancaq Quranla danışır. Quranla da yuxarıda gördüyünüz kimi, hər şey Azərbayacana çevirib. Hazırda o başqalarını da imenovat eliyir, yəni “peyğəmbərləri” çoxdur. Əsas işləri də obşaka pul yığmaqdır, yəni xums adı ilə pul yığırlar və s.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
http://www.abubakr-m...opic=890&st=345