Перейти к содержимому


Фотография

Qamətlə Ələsgərin söhbəti


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 147

#91 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 10:42

IBRAHIMOĞLU müəllimin burda yazışmasının bir məqsədi aşkar ğörünür. Öz "peygəmbərini" burda reklam etmək. Ona görədə arada dəvət edir onun yanına, onu leksiyalarına və tez tez saytlarına istinad edir. Bir fikir verin postların altında saytlarının şrifti nə boydadır, maşallah!
Lap gəl-gəl deyir. Ona görədə bu qardaş mənasız sözlərin yazmaqla alt sətirdə reklamını yayır. Kişi marketinqdən xəbəri var!

P.S. Sabah eşitsəm ki bu forumdan bir necə nəfər artıq o "peyğəmbərin" yanına getməyə başlayır təccüblənmərəm.

Mən peyğəmbərimi deyil ALLAHIMI və Onun Yolunu sizlərə reklam edirəm, sizlərə fərqli - ALLAH adamına yaraşan davranış qaydalarını göstərməklə (Quran ayələrinə istinad, təhqirsiz, böhtansız yazışma, gözəl dəvət və təhiyyət və s.) Onun İzni ilə...



Hər şey aydı görünür kimi və nəyi reklam edirsiniz.

Maraqlısı odur ki sifarişci kim və sifarişin məbləği nəqədərdir.

Sizdən sonra vovkalar azda olsa hörmətə minərlər. Onların işində hec olmasa bir prinsiplik sesilir.

Aydın görən yolu Qurandan aydən görə v gedər...
Sifarişçi - məni bura dəvət edən, "məbləğini" də hələ də, özü kimilərlə birlikdə yığır - şeytan öyrətmələri ilə... sonra yığılan "məbləğ" axirətdə ona və onun kimilərə çoox baha başa gələcək... Vovkalar deyəndə kimləri nəzərdə tutduğunuzu bilmədim... Ancaq onların prinsipini görüb, mənim və mənim kimilərin Quranla yol getmə və onunla çağırmaq prinsipini görməməyiniz də də təbiidir. Bunun səbəbini Qurandan deyim,
2-(171).Məsəli o kəslərin ki kafirdirlər o kəsin məsəli kimidir ki səsləyəndə onu eşitməyir ancaq dua və nida Kar, lal və kordurlar və onlar əql etməzlər!
Və bunu da deyim ki, bəlkə düşünəsiz: 6-(50).De: «Mən sizə demirəm ki, mənim yanımdadır Allahın xəzinələri və qeybə alim də deyiləm və sizə demirəm ki, mələyəm. Mən ancaq tabe oluram mənə açılana». De: «Bərabərdirmi kor və bəsirətli? Ə, fikirləşmirsinizmi?» (51).Nəzərinə çatdır bununla o kəslərin ki, xoflanırlar Rəblərinin tərəfinə toplanacaqlarından, onlar üçün Ondan başqa dost və şəfa edən yoxdur, ola ki, onlar təqvalı olsunlar!

#92 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 10:46


Aleykuma salam! Əleyhisalam sözü üzərinə salam olsun deməkdir, bildiyiniz kimi... 33-cü surənin 56-cı ayəsində ALLAH Təala: (56).Həqiqətən, Allah və Onun mələkləri diləyirlər üzərinə nəbinin! Ay o kəslər ki, inanırsınız! Diləyin üzərinə onun və salamı təslimnən. -Buyurur. Ümumən bütün ALLAH rəsullarının, nəbilərinin adı çəkiləndə slam demək lazımdır... 37-ci surə: (180).Sübhandır Rəbbin sənin – izzət sahibi olan Rəbbin nədən ki, vəsf edirlər! (181).Salam üzərinə mürsəllərin! (182).Həmd Allah üçündür, Rəbbidir aləmlərin.... Salam!


salam.... cavaba göre təşəkkür edirəm. bir sualım da var: hər bir rəsul nəbidir ya hər bir nəbi rəsuldur?

ALLAH Razı Olsun!
Hər bir rəsul mütləq nəbidir, amma nəbi isə rəsul olmaya bilər... yəni sadə dildə desək, hər bir ALLAH elçisi - səfiri həm də Ondan xəbər verəndir, amma ALLAHDAN xəbər verən elçi olmaya da bilər. salam!

#93 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 21 мая 2010 - 11:28

ALLAH Razı Olsun!
Hər bir rəsul mütləq nəbidir, amma nəbi isə rəsul olmaya bilər... yəni sadə dildə desək, hər bir ALLAH elçisi - səfiri həm də Ondan xəbər verəndir, amma ALLAHDAN xəbər verən elçi olmaya da bilər. salam!


Allah cəmi möminlərdən razı olsun, doğru yolda olmayanları da doğru yola hidayət eləsin. Yenə təşəkkür edirəm cavaba görə.

Deməli deyirsiniz ki, hər bir rəsul mütləq nəbidir. Yəni bu o deməkdir ki, əgər bir nəfər rəsuldursa deməli o həm də nəbidir. Əgər bir nəfər nəbi deyilsə deməli o rəsul da deyil. Çünki sizin də dediyinizdən belə çıxdı ki, rəsul nəbidən daha ümumidir. Deməli əgər Ələsgər Musayevə Rəsulallah deyirsinizsə deməli o mütləq həm də nəbidir. Çünki özünüz dediniz ki, hər bir rəsul mütləq nəbidir. Əgər onun nəbiliyi aradan gedərsə deməli onun rəsulluğu da aradan getməlidir. Çünki rəsulluq nəbiliyə bağlıdır. Ona görə ki, hər bir rəsul nəbidir.
İndi isə quran ayəsinə baxın:
Əhzab 40:
مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَٰكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ
"Mühəmməd aranızdakı kişilərdən heç birinin atası deyil. Lakin o, Rəsulallahdır və Nəbilərin sonuncusudur."

Bu ayə dəlildir ki, Muhəmməddən (s) sonra NƏBİ gəlmiyəcək. Əgər Ələsgər Allahın Rəsulu olmaqla avtomatik olaraq Nəbi də olursa bu ayəyə ziddir. Çünki ayədə Allah buyurur: "Nəbilərin sonuncusudur".... Yəni daha nəbi olmayacaq.....

İndi bu fikrə diqqət edin:

Dediniz ki, hər bir rəsul mütləq nəbidir. Burdan da belə çıxdı ki, Ələsgər mütləq nəbidir.
Həmçinin burdan belə çıxır ki, rəsul nəbidən ayrı deyil çünki rəsul olan da mütləq nəbidir. Əgər nəbi deyilsə deməli rəsul heç deyil! Çünki özünüz də dediniz ki, hər bir nəbi rəsul deyil. Ama hər bir rəsul isə nəbi olmalıdı. Uzun sözün qısası Rəsulun Nəbiliyi də olmalıdır. Əgər nəbiliyi yoxdursa demək o, Rəsul deyil... Qeyd etdiyim ayə də nəbiliyin Muhəmməddə (s) bitdiyini söyləyir. Yəni o, sonuncu nəbidir. Əgər sonuncu nəbidirsə deməli həm də sonuncu Rəsuldur. Çünki Muhəmməddən (s) sonra rəsul gələcəksə deməli o həm də nəbi olmalıdı. Bir haldaki ayə nəbilikdə Muhəmmədin (s) sonuncu olmasını deyir, bu o deməkdir ki, Rəsulluqda da sonuncudur. Əks halda ayəni inkar etməliyik...


Сообщение отредактировал Zəbur: 21 мая 2010 - 11:32

نحن أبناء الدليل نميل اين يميل

#94 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 21 мая 2010 - 12:48

IBRAHIMOĞLU müəllimin burda yazışmasının bir məqsədi aşkar ğörünür. Öz "peygəmbərini" burda reklam etmək. Ona görədə arada dəvət edir onun yanına, onu leksiyalarına və tez tez saytlarına istinad edir. Bir fikir verin postların altında saytlarının şrifti nə boydadır, maşallah!
Lap gəl-gəl deyir. Ona görədə bu qardaş mənasız sözlərin yazmaqla alt sətirdə reklamını yayır. Kişi marketinqdən xəbəri var!

P.S. Sabah eşitsəm ki bu forumdan bir necə nəfər artıq o "peyğəmbərin" yanına getməyə başlayır təccüblənmərəm.

Mən peyğəmbərimi deyil ALLAHIMI və Onun Yolunu sizlərə reklam edirəm, sizlərə fərqli - ALLAH adamına yaraşan davranış qaydalarını göstərməklə (Quran ayələrinə istinad, təhqirsiz, böhtansız yazışma, gözəl dəvət və təhiyyət və s.) Onun İzni ilə...



Hər şey aydı görünür kimi və nəyi reklam edirsiniz.

Maraqlısı odur ki sifarişci kim və sifarişin məbləği nəqədərdir.

Sizdən sonra vovkalar azda olsa hörmətə minərlər. Onların işində hec olmasa bir prinsiplik sesilir.

Aydın görən yolu Qurandan aydən görə v gedər...
Sifarişçi - məni bura dəvət edən, "məbləğini" də hələ də, özü kimilərlə birlikdə yığır - şeytan öyrətmələri ilə... sonra yığılan "məbləğ" axirətdə ona və onun kimilərə çoox baha başa gələcək... Vovkalar deyəndə kimləri nəzərdə tutduğunuzu bilmədim... Ancaq onların prinsipini görüb, mənim və mənim kimilərin Quranla yol getmə və onunla çağırmaq prinsipini görməməyiniz də də təbiidir. Bunun səbəbini Qurandan deyim,
2-(171).Məsəli o kəslərin ki kafirdirlər o kəsin məsəli kimidir ki səsləyəndə onu eşitməyir ancaq dua və nida Kar, lal və kordurlar və onlar əql etməzlər!
Və bunu da deyim ki, bəlkə düşünəsiz: 6-(50).De: «Mən sizə demirəm ki, mənim yanımdadır Allahın xəzinələri və qeybə alim də deyiləm və sizə demirəm ki, mələyəm. Mən ancaq tabe oluram mənə açılana». De: «Bərabərdirmi kor və bəsirətli? Ə, fikirləşmirsinizmi?» (51).Nəzərinə çatdır bununla o kəslərin ki, xoflanırlar Rəblərinin tərəfinə toplanacaqlarından, onlar üçün Ondan başqa dost və şəfa edən yoxdur, ola ki, onlar təqvalı olsunlar!



Ağsaqqal! Sən müsəlmanları müsəlman etmək fikrin var, yoxsa müsəlmanları kafir?

Sənə bir meydan deyim orda gen bol fəaliyyətin olar. Çinə get. Saylarıda çox. Səhərə kimi reklam elə, pulda gəlsin. Çinlilər milliardan çoxdur, hamıda azıblar. Nə görmüsən az saylı Azərbaycanda, reklam işi aparanda "krupni", "jirni" klietdən yapış. Həmdə işin adı iş olsun, buddizmi islama gətirdin deyerlər. Hörmətində olar, pulunda.

Özüdə "pocti" bizim dildə əksəriyyəti danışır. O qədər milçək öldürən satıblarki burda.

Yoxsa sən yapışmısan bizdən. 1-2 gündən sonra səni burda "neprav" çıxarlar bu forumda qalarsan belə. Yavaş-yavaş sullardan dolaşırsan.

Gəl qulaq as, şələ-şüləvə yığışdır yollan Çinə.

Yoxsa, yumuşaq desəm, gülməli tərcümələrin adamı ağladır. Bu nə deməkdir "Ə, fikirləşmirsinizmi?»". Burda kim-kimə "Ə" ilə müraciət edir???


Getsən məsləhətdir! Qayıdanda komandirovkadan aeroporta qarşılayarıq. İndidən yaxşı yol! Sonra "rezki" çıxıb gedərsən xəbərimiz olmaz.

Сообщение отредактировал MirMustafa: 21 мая 2010 - 12:50

36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#95 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 13:13

Bax mənim podpisimdən saytımızın adını götürməklə sizlər bir daha müşrikliyə yuvarlandığınızı göstərdiniz. Çünki inanan gərəkdir ki, ALLAHDAN başqa bir kəsdən çəkinməsin, sizlərsə bir saytın adından vəlvələyə düşdünüz. Yolunuz düzdürsə, nədən çəkinirsiniz?
nəsə... bu təbiidir, çətini bir balaca şeytanın insanı müşrikliyə yuvarlatmasıdır, ardı davam edəcək...
Bax bu bizim sayt: www.ibrahimi.biz Udalit edin məni burdan, sonra görüm halınız necə olacaq...? Qorxun ALLAHDAN! Daha ondan başqa heç nədən və heç kəsdən....


#96 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 13:16


ALLAH Razı Olsun!
Hər bir rəsul mütləq nəbidir, amma nəbi isə rəsul olmaya bilər... yəni sadə dildə desək, hər bir ALLAH elçisi - səfiri həm də Ondan xəbər verəndir, amma ALLAHDAN xəbər verən elçi olmaya da bilər. salam!


Allah cəmi möminlərdən razı olsun, doğru yolda olmayanları da doğru yola hidayət eləsin. Yenə təşəkkür edirəm cavaba görə.

Deməli deyirsiniz ki, hər bir rəsul mütləq nəbidir. Yəni bu o deməkdir ki, əgər bir nəfər rəsuldursa deməli o həm də nəbidir. Əgər bir nəfər nəbi deyilsə deməli o rəsul da deyil. Çünki sizin də dediyinizdən belə çıxdı ki, rəsul nəbidən daha ümumidir. Deməli əgər Ələsgər Musayevə Rəsulallah deyirsinizsə deməli o mütləq həm də nəbidir. Çünki özünüz dediniz ki, hər bir rəsul mütləq nəbidir. Əgər onun nəbiliyi aradan gedərsə deməli onun rəsulluğu da aradan getməlidir. Çünki rəsulluq nəbiliyə bağlıdır. Ona görə ki, hər bir rəsul nəbidir.
İndi isə quran ayəsinə baxın:
Əhzab 40:
مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَٰكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ
"Mühəmməd aranızdakı kişilərdən heç birinin atası deyil. Lakin o, Rəsulallahdır və Nəbilərin sonuncusudur."

Bu ayə dəlildir ki, Muhəmməddən (s) sonra NƏBİ gəlmiyəcək. Əgər Ələsgər Allahın Rəsulu olmaqla avtomatik olaraq Nəbi də olursa bu ayəyə ziddir. Çünki ayədə Allah buyurur: "Nəbilərin sonuncusudur".... Yəni daha nəbi olmayacaq.....

İndi bu fikrə diqqət edin:

Dediniz ki, hər bir rəsul mütləq nəbidir. Burdan da belə çıxdı ki, Ələsgər mütləq nəbidir.
Həmçinin burdan belə çıxır ki, rəsul nəbidən ayrı deyil çünki rəsul olan da mütləq nəbidir. Əgər nəbi deyilsə deməli rəsul heç deyil! Çünki özünüz də dediniz ki, hər bir nəbi rəsul deyil. Ama hər bir rəsul isə nəbi olmalıdı. Uzun sözün qısası Rəsulun Nəbiliyi də olmalıdır. Əgər nəbiliyi yoxdursa demək o, Rəsul deyil... Qeyd etdiyim ayə də nəbiliyin Muhəmməddə (s) bitdiyini söyləyir. Yəni o, sonuncu nəbidir. Əgər sonuncu nəbidirsə deməli həm də sonuncu Rəsuldur. Çünki Muhəmməddən (s) sonra rəsul gələcəksə deməli o həm də nəbi olmalıdı. Bir haldaki ayə nəbilikdə Muhəmmədin (s) sonuncu olmasını deyir, bu o deməkdir ki, Rəsulluqda da sonuncudur. Əks halda ayəni inkar etməliyik...


www.ibrahimi.biz Salam! İndi sualımən verim siz cavablandırın: Quran ayələri həmişəbahardırmı? Yəni hər dövrdə aktualdırmı?

#97 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 21 мая 2010 - 13:21

İbrahimoglu
Nəyi əsas tutaraq namazda 2 dəyə yox, bir dəfə səcdə edirsiz?
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#98 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 13:24

İbrahimoglu
Nəyi əsas tutaraq namazda 2 dəyə yox, bir dəfə səcdə edirsiz?

Quranın 4-cü "Qadınlar" surəsinin 102-ci ayəsində hər ruku səcdədə 1 səcdə qeyd olunub...

#99 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 13:26

Hazırda yayım gedir istəsəniz baxa bilərsiniz: http://ibrahimi.biz/web.html

#100 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 13:30

8-ci surə : (2).Həqiqətən, inananlar o kəslərdir ki, onda ki, yad edirlər Allahı, qəlbləri onların bərk çırpınır. Onda ki, Onun ayətləri onlara oxunur, imanlarını artırır və onlar Rəblərinə təvəkkül edirlər

#101 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 21 мая 2010 - 13:32

[/font]

www.ibrahimi.biz Salam! İndi sualımən verim siz cavablandırın: Quran ayələri həmişəbahardırmı? Yəni hər dövrdə aktualdırmı?


Siz cavab verdiniz ki, mən də cavab verim??? Siz dediyiniz fikrə əsassən ahzab 40 ayəsinə görə Muhəmməd (s)sonuncu peyğəmbərdir. Mən dediyim dəlilləri inkar edin sonra sual verərsiniz....
نحن أبناء الدليل نميل اين يميل

#102 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 13:35

O ayədə olan xatəmənnəbiyyinə sonuncu nəbi demək deyil axı... bildiyiniz kimi, Quranda sonuncu söz var... məsələn axirət - sonuncu gün və s. siz suala cavab verməkdən niyə çəkinirsiz ki..?

#103 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 21 мая 2010 - 13:40

O ayədə olan xatəmənnəbiyyinə sonuncu nəbi demək deyil axı... bildiyiniz kimi, Quranda sonuncu söz var... məsələn axirət - sonuncu gün və s. siz suala cavab verməkdən niyə çəkinirsiz ki..?


Xatəmən-nəbiyyin bəs nə deməkdir? İzah edin....
Hemin sözü və onun ifadə etdiyi mənanı.... Suallardan çəkinmirəm... Sizin sualdan yayınmanızı istəmirəm...
نحن أبناء الدليل نميل اين يميل

#104 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 21 мая 2010 - 13:41

sizin tərcümədə yazılıb:

yəni xətmidir nəbilərin

Hə bu xətm sözü nə deməkdir?
نحن أبناء الدليل نميل اين يميل

#105 Zerger

Zerger

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 200 сообщений

Отправлено 21 мая 2010 - 13:42

İbrahimi MirMustafanin məsləhətini qəbul edib Çinə gedirsən?

P.S amma bilki forumdan bu yolla(reklam və offtop) qaçmag igidlik deyil.

Baxiram yollara.....

#106 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 13:43

Xatəmən-nəbiyyin bəs nə deməkdir? İzah edin....
Hemin sözü və onun ifadə etdiyi mənanı.... Suallardan çəkinmirəm... Sizin sualdan yayınmanızı istəmirəm...

Xatəm - möhür deməkdir, daha son deyil... xatəmənnəbiyyinə - nəbilərin möhürü... indi isə siz keçin sualın cavabına, yox əgər cavablandıra bilmirsinizsə sizə kömək edə bilərəm və mənim bu sözümü istehza kimi deyil, səmimiyyət kimi qarşılayın zəhmət olmasa...

#107 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 13:54

İbrahimi MirMustafanin məsləhətini qəbul edib Çinə gedirsən?

P.S amma bilki forumdan bu yolla(reklam və offtop) qaçmag igidlik deyil.

Zərgər, belə bir misal var: zər qədrini zərgər bilər... yəni zərgər qədirbilən olur... bir misal da var: Kim bilər söz qədrini, sidq ilə öz qədrin bilər.
Sənə məsləhətim: Zərgərlər kimi qədirbilən ol və sözün də qədrin bil, havaya atma... Mən bura nə igidlik, nə elmimi nə də başqa şeyi göstərməyə gəlməmişəm və məni bura qəlbində şeytanın yuva saldığı sənin əqidədaşın gətirib çıxarıb...
Mir Mustafaya da de ki, mənə məsləhəti aləmlərin Rəbbi olan ALLAH Verir, onun kimi ALLAHIN yolundan uzaq olanın məsləhətinə ehtiyyacım yoxdur! Belə isə kasıb oğlanam... göndərmək istəyir buyursun biletimi də alsın, cibimə də 5-10 min manat qoysun göndərsin gedim gəzim... bu olar dili də oldu, dilçəyi də...


#108 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 21 мая 2010 - 13:55

Xatəm - möhür deməkdir, daha son deyil... xatəmənnəbiyyinə - nəbilərin möhürü... indi isə siz keçin sualın cavabına, yox əgər cavablandıra bilmirsinizsə sizə kömək edə bilərəm və mənim bu sözümü istehza kimi deyil, səmimiyyət kimi qarşılayın zəhmət olmasa...


Budur cavabınız? Xətm sözü bitirmək, sona yetirmək mənasına gəlir. Məsələn Quranı oxuyub butirəndə deyirlər ki, Quranı xətm elədi... Yoxsa bu mənaya gəlir ki, Qurana möhür vurdu?? Xətm sözü möhür mənasını da verir... Hətta siz həmin ayədə xətm sözünü məhz möhür mənasında belə də desəniz yenə də mən deyən olur. Çünki möhür bir şeyi tamam etdikdən sonra olur. Məsələn sənədi yazırlar imzalayırlar sonra isə möhürnü vururlar. Yəni işi bitirirlər.. Bizim dildə də rast gəlmək olur, məsələn deyirlər axır ki, bu işin möhürnü qoydum! Yəni bu işi axır ki, bitirdim... sözün lüğəti mənası isə son qoymaq bitirməkdir... Nə isə suala cavab verin... Əhzab 40 ayəsinə görə MUHƏMMƏD (s) sonuncudur....

Qaldı ki, istehzaya istehza edə də bilərsiniz etməyə də.. Buna siz cavab verəcəksiniz Allahın hüzurunda.. Beqere suresi 15ci ayə
نحن أبناء الدليل نميل اين يميل

#109 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 21 мая 2010 - 14:07

Nəbilərin xətmidir. Yəni artıq nəbi işi bitdi.. Möhür qoyuldu bu işə... Nəbilər xətm oldu.... Necə ki Allah təala Bəqərə surəsində buyurur:
خَتَمَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ

Allah onların qəlbini xətm edib (möhürləyib) yəni artıq xeyri yoxdur. Onları qorxutsan da qorxutmasan da iman etməzlər..
6. Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.
Yəni iman ki, necə qəlbdən girər, həmin qəlbə Allah möhürləyib. Yəni daha bağlıdı qəlbin qapısı. Ordan daha iman daxil olmaz. Bitdi bu iş daha.... Eyni ilə də Əhzab 40 ayəsi:
Yəni daha Nəbi söhbəti xətm olundu. Son qoyuldu bu işə... Nə isə ayənin mənası açıq aşkardır.. Başqa yerə yozmağın mənası yoxdur.... Muhəmməd (s) sonuncudur
نحن أبناء الدليل نميل اين يميل

#110 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 21 мая 2010 - 14:21

həmçinin ərəb dilində olan bir çox kitabların sonunda belə bir söz yazılır:

XATİMƏ-sonluq

Bizim dildə isə "Son söz" deyirlər.
نحن أبناء الدليل نميل اين يميل

#111 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 21 мая 2010 - 14:30

Skinxed...
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!


#112 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 14:31

Zəbur, sən artıq əsəbi tona keçdin, ya da doğurdan da səmimiyyətimə şübhə edirsən... Nə siz deyən olacaq və nə də ki mən deyən: ALLAH deyən olacaq!

...yenə də mən deyən olur.


Təkəbbürlük ALLAHA Yaraşır, təkəbbürlük etməyin.

Məsələn Quranı oxuyub butirəndə deyirlər ki, Quranı xətm elədi... Yoxsa bu mənaya gəlir ki, Qurana möhür vurdu?? Xətm sözü möhür mənasını da verir...


Deyirlər lap yaxşı, lap sizin məntiqlə də Qurana xətm edəndən sonra daha o adam Quranı 2-ci dəfə oxuya bilməz? Yəni son?

Məsələn sənədi yazırlar imzalayırlar sonra isə möhürnü vururlar. Yəni işi bitirirlər.. Bizim dildə də rast gəlmək olur, məsələn deyirlər axır ki, bu işin möhürnü qoydum! Yəni bu işi axır ki, bitirdim... sözün lüğəti mənası isə son qoymaq bitirməkdir...


Sənədi imzalayandan sonra daha o müqavilənin müddətini uzatmırlar? Yoxsa daha bir də elə müqavilə tərtib edilmir 2 tərəf arasında? Bütün möhürlənmiş müqavilələr uzadıla bilər. Nəzərinizə çatdırım ki, təsadüf də olsa müqavilə tərtibi üzrə dövlət qulluqçusu olmuşam vaxtı ikən… Səhv məntiqdir…

Nə isə suala cavab verin... Əhzab 40 ayəsinə görə MUHƏMMƏD (s) sonuncudur....


Məgər mən bu suala cavab vermədim?

#113 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 14:42

həmçinin ərəb dilində olan bir çox kitabların sonunda belə bir söz yazılır:

XATİMƏ-sonluq

Bizim dildə isə "Son söz" deyirlər.

Zəbur, şeytan elə ALLAHIN bir ayəsindən istifadə edib bir belə insanı çaşdırıb... Halbuki Quranda olan 6236 ayənin hamısı eyni qüvvəlidir... ola bilər ki, siz mənim sizə başqa ayələri deyəcəyimdən bərk qorxursunuz... məsələn: 2-151, 3-101, 3-164, 6-130, 7-35, 39-71 və s . 100-lərlə ayələr... sizcə 1 ayə çoxdur yoxsa 50?

#114 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 21 мая 2010 - 14:42

Zəbur, sən artıq əsəbi tona keçdin, ya da doğurdan da səmimiyyətimə şübhə edirsən... Nə siz deyən olacaq və nə də ki mən deyən: ALLAH deyən olacaq!


Əvvəla bura forumdur. Səsli çat deyil ki, danışım tonumu eşidəsiniz.. Həm də əvvəlcədən necə tərzdə yazmışam elə də davam edirəm. Siz tərəfdən dəyişkənlik olmasa, mən tərəfdən də olmayacaq...

Deyirlər lap yaxşı, lap sizin məntiqlə də Qurana xətm edəndən sonra daha o adam Quranı 2-ci dəfə oxuya bilməz? Yəni son?


Sözün düzü mən sizdən tutarlı cavab gözləyirdim.... Mən sözün lüğəti mənasına aid misal çəkdim.. Yəni Quranı bitirəndə deyirlər ki, xətm elədim... Bu da ona dəlalət edir ki, xətm sözü bitirmək deməkdir. Sona yetirmək deməkdir.

Sənədi imzalayandan sonra daha o müqavilənin müddətini uzatmırlar? Yoxsa daha bir də elə müqavilə tərtib edilmir 2 tərəf arasında? Bütün möhürlənmiş müqavilələr uzadıla bilər. Nəzərinizə çatdırım ki, təsadüf də olsa müqavilə tərtibi üzrə dövlət qulluqçusu olmuşam vaxtı ikən… Səhv məntiqdir

Bu nədir qardaş, bəyəm cavabdır bu? Mən yenə də sözün mənasını izah etdim. Qaldı ki, müqavilənin uzadılmasına onu insanlar edir... Allah təbarəkə və təala söz deyib : Nəbilərin sonuncusudur!! Vəssəlam.....
Məntiqə qaldıqda isə mən müqavilə bağlanma məntiqini Allahın kitabına aid eləmədim. Sadəcə olaraq "sözü" izah etmək üçün həyatımızda işlətdiyimiz məqamlardan misal çəkdim....

Sualim yenə də cavabsızdır... Siz hələ də mənim sualıma cavab vermədiniz
نحن أبناء الدليل نميل اين يميل

#115 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 21 мая 2010 - 14:46

Zəbur, şeytan elə ALLAHIN bir ayəsindən istifadə edib bir belə insanı çaşdırıb... Halbuki Quranda olan 6236 ayənin hamısı eyni qüvvəlidir... ola bilər ki, siz mənim sizə başqa ayələri deyəcəyimdən bərk qorxursunuz... məsələn: 2-151, 3-101, 3-164, 6-130, 7-35, 39-71 və s . 100-lərlə ayələr... sizcə 1 ayə çoxdur yoxsa 50?


İbrahimoğlu siz nə danışırsınız?? Bu bir dənə ayə o boyda ayələrə ziddi bəyəm??? Bu bir dənə ayənin mənasını düzgün başa düşsəniz o boyda ayələrin də mənasını düzgün başa düşərsiniz... Yoxsa bu ayə sizə şamil olar: "Siz kitabın bəzisinə inanıb, bəzisini inkarmı edirsiniz?"

Qorxmağa gəldikdə isə, mən günahlarıma görə qorxuram Allahdan
نحن أبناء الدليل نميل اين يميل

#116 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 14:50

Xahiş edirəm cavabdan qaçma mənim kimi səlis cavab ver... mənim cavabım sizi qane etməsə də...

#117 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 21 мая 2010 - 14:52

Xətm- sözü sona yetirmək, bitirmək mənasındadır. Xatəmənnəbiyyin yəni "Nəbilərin sonuncusu" MUhəmməd (s) sonuncudur!
نحن أبناء الدليل نميل اين يميل

#118 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 21 мая 2010 - 14:53

Xahiş edirəm cavabdan qaçma mənim kimi səlis cavab ver... mənim cavabım sizi qane etməsə də...


Qardaşş gülməli danışırsınız.... ))) Nə səlis cavab?? Ayə açıq aşkar deyir Muhəmməd nəbilərin sonuncusudur... Siz nə deyirsiniz??? Buna cavab verdiniz bəyəm??
نحن أبناء الدليل نميل اين يميل

#119 İbrahimoglu

İbrahimoglu

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 21 мая 2010 - 14:58

Oldu aydındır... salam olsun!

#120 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 21 мая 2010 - 15:03

Oldu aydındır... salam olsun!


Allahın salamı həqqi eşitdikdən sonra boyun əyənlərə olsun!
نحن أبناء الدليل نميل اين يميل




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru