Перейти к содержимому


Фотография

Şiə mə`budunun sifətləri


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 450

#1 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 06 мая 2010 - 23:11

Deməli belə çıxır ki, şiələrin ibadət etdikləri Allahın sifətləri yoxdur, çox qəribədir onlar heç bir sifətlə vəsflənməyənə necə ibadət edirlər, demək olar ki, onların ibadət etdikləri bütə bənzərdi, çünki bütündə heç bir sifəti yoxdur, şiələrin rəbblərinində. Demək olar ki, onların ilahları ibrahim Peygəmbərin atasının ibadət etdiyi ilahla eynidir, çünki İbrahim Peygəmbər atasına eyb tutaraq deyir ki(Bir zaman o, atasına demişdi:

"Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə ibadət edirsən?) Göründüyü kimi İbarahim Peygəmbər atasında eyb tutur ona görə ki, onun atası görməyən və eşitməyən birinə ibadət edirdi, İbrahim Peygəmbərin atasına bu cür deməyi dəlildir ki, İbrahimin Öz Rəbbi sifətlərlə vəsf olunub, çünki mümkün olmayan bir şeydir ki, İbrahim Əlehissələm atasına bunu eyb tutsun və öz Rəbbi Görməsin və eşitməsin.Bu o deməkdir ki, ibrahimin atası heç bir sifəti olmayana ibadət edirdi, ibarahim Peygəmbər isə buna görə atası qınıyırdı.

Şiələrin halı isə İbrahim Peygəmbərin atasının halı ilə eynidir. Çünki burda bütün hamsı elə çalışır ki hamıya sübut etsinlər ki ay camaat başa düşün Allahın sifətləri yoxdur, Allaha sifət vermək onu məxluqa oxşatmaqdır, hətta buna görədə Əhli sünnəyə iradlar tuturlar və istehza edirlər, eybi yox edin, zato mən yəqin bilərəm ki Şiələrin Rəbbinin Sifəti yoxdur.

Xülasə nəticə budur ki,Şiələrin Rəbbi heç bir sifətlə vəsf olunmayıb.

Mən sizə deyirəmdə nə badə deyəsiniz ki Allahın hansısa sifəti var, əgər o sifət insanda olsa srazu deyəcəm ki siz Allahı insana oxşatdınız.

#2 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 06 мая 2010 - 23:40

Yorulmadız bütün forumlarda eyni şeyi kopyalayıb qoymaq? Öz ağlınız yoxdur ki, hətta adi şeylərə də cavabları kopyalayıb qoyursuz.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#3 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 07 мая 2010 - 00:04

yox yorulmadım, çünki cavab verən yoxdur, əgər bütün forumlarda cavab verən olsa idi həə onda yorulardım, amma hələm heç bir şiə buna cavab vermiyib. Biri çıxsın desində, biri desin ki, mənim Rəbbimin filan sifəti var, hanı var elə bir şiə? Yoxdur. Varsa gözləyirəm çıxsın desin ki Mənim Rəbbim Filan sifətlə vəsf olunub, bax bu yoxdur deyə Şiələrin ibadəti İbrahim Peygəmbərin atasının ibadət etdiyinə bənziyir.

#4 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 мая 2010 - 02:28

Allaha and iç ki, cavab verilsə bir daha forumlarda eyni şeyi kopyalamayacaqsan!
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#5 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 07 мая 2010 - 07:32

Deməli belə çıxır ki, şiələrin ibadət etdikləri Allahın sifətləri yoxdur, çox qəribədir onlar heç bir sifətlə vəsflənməyənə necə ibadət edirlər, demək olar ki,.....

Allahı dərk etmək üçün birinci növbədə gərək onun öz izni olsun. İzni olanda o insana məntiq verir. Cünki məntiqi yaradan odur.
Sizdə görünür o məntiq məsələsi hərə yerini tutmayib. Ayəni misal cəkirsiniz Hz. İbrahimin atası haqqında və özünüzün başa düşdüyünüz mətinqlə izah edirsiniz. Allahın eşitməyi və görməyi sizin eşitməyiniz və görməyiniz ilə eyni deyil. Allaha belə primitiv xüsüsiyətləri aid etmək olmaz. Eşitmək və görmək - yəni hər şeydən xəbəri olmaq anlamındadır, yoxsa sizdə olan qulaq və gözlə eşidib və baxmaq anlamında deyil. Amma inanın mənə sizdə olan qulaqda və gözdə hələdə haqqı görmür və eşitmir. Allah hidayət etsin.
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#6 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 07 мая 2010 - 14:57

yox yorulmadım, çünki cavab verən yoxdur, əgər bütün forumlarda cavab verən olsa idi həə onda yorulardım, amma hələm heç bir şiə buna cavab vermiyib. Biri çıxsın desində, biri desin ki, mənim Rəbbimin filan sifəti var, hanı var elə bir şiə? Yoxdur. Varsa gözləyirəm çıxsın desin ki Mənim Rəbbim Filan sifətlə vəsf olunub, bax bu yoxdur deyə Şiələrin ibadəti İbrahim Peygəmbərin atasının ibadət etdiyinə bənziyir.

sən konkret ne demək istədiyini tamamla,inşallah cavab olacaq.
sən nazil olmaq deyəndə nəyi qəsd edirsən ?
ve yaxud dq yukseldi deyəndə nəyi qəsd edirsən ?
yəni ağılnan təsəvvürüvə gətirirsən təsdiq edirsən ?
yoxsa qəlbnən qəlbnən təsdiq gətirirsən ?
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#7 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 07 мая 2010 - 15:53

Allaha and iç ki, cavab verilsə bir daha forumlarda eyni şeyi kopyalamayacaqsan!


Sən cavabıvı ver, narahat olma cavab gələndən sonra kopyalamiyacam. Sən mənə nə cavab verəcəksən ki? Deyəcəksən ki Allahın sifəti var? Hansı üzdən bu sözü deyəcəksən? Qorxmuyacaqsan? Sizin Əqidə başdan ayaga ziddiyatlıdır, sən cavab vermən sənə göstərimn.

sən konkret ne demək istədiyini tamamla,inşallah cavab olacaq.
sən nazil olmaq deyəndə nəyi qəsd edirsən ?
ve yaxud dq yukseldi deyəndə nəyi qəsd edirsən ?
yəni ağılnan təsəvvürüvə gətirirsən təsdiq edirsən ?
yoxsa qəlbnən qəlbnən təsdiq gətirirsən ?


Sən məni neyniyirsən eee? Mən çox şey eliyirəm, söhbət bundan gedir ki, sən neyniyirsən? Sənin İbadət etdiyi Allahın sifətləri var?

Allahı dərk etmək üçün birinci növbədə gərək onun öz izni olsun. İzni olanda o insana məntiq verir. Cünki məntiqi yaradan odur.
Sizdə görünür o məntiq məsələsi hərə yerini tutmayib. Ayəni misal cəkirsiniz Hz. İbrahimin atası haqqında və özünüzün başa düşdüyünüz mətinqlə izah edirsiniz. Allahın eşitməyi və görməyi sizin eşitməyiniz və görməyiniz ilə eyni deyil. Allaha belə primitiv xüsüsiyətləri aid etmək olmaz. Eşitmək və görmək - yəni hər şeydən xəbəri olmaq anlamındadır, yoxsa sizdə olan qulaq və gözlə eşidib və baxmaq anlamında deyil. Amma inanın mənə sizdə olan qulaqda və gözdə hələdə haqqı görmür və eşitmir. Allah hidayət etsin.


Gözəl yazmısan, indi görüm Sənin Məntiqinlə sənin Allahıvın hansısa bir sifəti var?

#8 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 07 мая 2010 - 16:09

Qardaw, inşəAllah bu məqalələri öz əqidə təəssübkeşliyi ilə yox, həqiqəti dərk etmək niyyəti ilə oxuyarsan.

http://www.ihq.az/index.php?news=1362

http://www.ihq.az/index.php?news=1301

http://al-shia.my1.ru/dersler/
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#9 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 07 мая 2010 - 19:24

Sən məni neyniyirsən eee? Mən çox şey eliyirəm, söhbət bundan gedir ki, sən neyniyirsən? Sənin İbadət etdiyi Allahın sifətləri var?

1 ci danışanda eeesiz meeesiz. Çünkü mən Allahı ona xas olan sifətlərnən tanıyanda ola bilsin ki sən dunyada yoxidin.
2. Allaha xas olan sifətlərdən 1 neçəsini sayım
O hər şey qadir olan ,yəni bir şeyi yaratdısa onu hökmü altinda saxlayır
yəni bir şey onun hökmündən çixa bilməz.
bütün nöqsanlardan uzaqdır.
yaratdıqı hər bir şey ona yaxındır,ancaq məxluq yaratılmışa yaxın olduqu kimi deyil
eynilədə her şeydən ucadadır lakin məxluq məxluqun ustündə olduğu kimi deyil.
sənə yaxin olanı ona uzaq bilmə, sənə uzaq olanı Allaha yaxın bilmə.
razısan sən bunuynan ?
ona ağlında təsəvvüür eləyən (sənin kimi,yəni onun göydə olmasıni və sonra enməsini hərfi mənada anlamısan) onu artıq bənzətmışdir ,onu bənzədən də ki , ona şərik qoşmuşdur,və kim ona şərik qoşarsa
Allah onu baqışdamayacaq

ardı var, heləlik sualıma cavab ver .

Сообщение отредактировал ahmed: 07 мая 2010 - 19:26

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#10 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 07 мая 2010 - 19:41

Qardaw, Resad1427, riyadussalihin, Muselman və digər niklərin sahibi!
Bezmədin eyni sualları təkrar verməkdən? Mən oxumaqdan bezdim. Yuxarıda linklər verilib, buyurub oxuya bilərsən, əgər maraqlıdırsa. Maraqlı deyilsə, soruşma bir daha!


#11 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 07 мая 2010 - 19:50

Nolub sizə? nöşü əl ayaga düşmüsünüz? niyə belə narahat olursunuz ki? Məgər bura çaıxıb yazmaq ki, Allahın filan sifəti var, bu əziyyətdir sizə? Niyə qorxursunuz ki? Mən sizdən nə istiyirəm ki? Sadəcə olaraq onu öyrənmək istiyirəm ki, Sənin ibadət etdiyin Allahın sifəti var? Bu sadəcə bir sualdı, əgər varsa denən var və filan sifət, əgər yoxdursa denən yoxdur. Bu adi bir sualdır, əgər suala cavab vermək istəmirsinizsə bu başqa məsələ.

#12 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 07 мая 2010 - 19:55

1 ci danışanda eeesiz meeesiz. Çünkü mən Allahı ona xas olan sifətlərnən tanıyanda ola bilsin ki sən dunyada yoxidin....


Görsənir ki sənin heçnədən başın çıxmır, xüsusəndə ad və sifətlər tövhidindən. Sən konkret deyə bilmirsən ki Allah təalanın filan sifəti var? Day nöşün uzun uzadı yazırsan ki? Konkret denən ki filan sifət Allahındır.

Qardaw, inşəAllah bu məqalələri öz əqidə təəssübkeşliyi ilə yox, həqiqəti dərk etmək niyyəti ilə oxuyarsan.

http://www.ihq.az/index.php?news=1362

http://www.ihq.az/index.php?news=1301

http://al-shia.my1.ru/dersler/


mənə link vermək lazım deyil, sualıma cavab verə bilirsənsə ver, bacarmırsansa yazma. O, linkləri verdiyivə yazradın ki Mənim Rəbbimin filan sifətləri var.

#13 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 07 мая 2010 - 20:01

Sizin suallarınız çox çətindir, biz onlara cavab verə bilmirik.
Link də daha verməyəcəyik, artıq başa düşdük ki, Siz oxuya bilmirsiz.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#14 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 07 мая 2010 - 20:15

Allahu əkbar,məgər çətindir yazmaq ki, Allahın filan sifəti var? Allah sizə hidayət versin. Mən deyirəmdə siz gedin dəqiqləşdirin görün kimə ibadət edirsiniz

#15 Zəbur

Zəbur

    Raqib – Seargeant

  • Murid
  • 147 сообщений

Отправлено 07 мая 2010 - 20:44

Bismillah

Səlam Aleykum.

Allah təbarəkə və təalaya aid etdiyimiz hər bir sifət Onun (c.c.) pak və müqəddəs zatıdır. Yəni Allahın (c.c.)zatı Rəhimdir, Rəhmandir, Əlimdir, Qadirdir, Xaliqdir, və s.. Elm Allahda vardır yox. Allah elmdir. Məsələn ərəb dilində belə bir xüsusiyyət var: Əgər bir kəsin ədaləti çox olsa, həmin adamın "başdan-ayağa" adil olmasını dilə gətirmək üçün , belə deyərlər:Məsələn, "Zeyd ədalətdir." Yəni bununla onu demək istəyirlər ki, o zat (həmin şəxs) təmam ədalətlidir. Bu bir növ ədalət sifətini həmin şəxsin zatından ayrı olmadığını dilə gətirmək üçündür. (Bu sadəcə dilin xüsusiyyətidir)

Əgər biz deyiriksə "Allah əlimdir." Bu o deməkdir ki, O təbarəkə və təalanın mürəkkəblikdən münəzzəh olan müqəddəs zatı elmdir. Elm ondan ayrı deyildir. Ayrılıqda yaradılmayib ki, sonradan ona əlavə edilmiş olsun.

Qaldı ki, misal çəkdiyin Quran ayəsinə, bunu özündən gözəl bilirsən ki şiələrin inancı belə deyil. Bütlər eşitməyən,kor , lal, cansız məxluqlardır. Həmin ayəni şiə əqidəsinə uyğun olduğunu demisənsə gərəkdir ki, zəhmətə düşüb dəlil gətirəsən şiə mənbələrindən ki, Allah təbarəkə və təala nəuzu billah , bəsir, səmi`, deyil. Belə bir dəlil gətirsən iftira və yalançılıq kimi nöqsanlıqdan özünü təmizə çıxarmış olarsan.



İltimasi dua.
نحن أبناء الدليل نميل اين يميل

#16 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 07 мая 2010 - 20:51

Allahu əkbar,məgər çətindir yazmaq ki, Allahın filan sifəti var? Allah sizə hidayət versin. Mən deyirəmdə siz gedin dəqiqləşdirin görün kimə ibadət edirsiniz

1 ci mövzudan kənara çıxma
mövzüda kı Allahın enməsidir hərfi mənada useyminin dediyinə görə.
isbat edə bilirsənsə yaz
birdə mövzudan kənara çixsan bannana bilərsən
əgər Allahın sifəti deyəndə baldır,əl, gözlər qəsd,qivrim saçlar qəsd edirsənsə
onda bura tikla
http://313news.net/f...php?/topic/631/

səndən elmli sələfilər geldi getdi ancaq axırda çıxılmaza düşüb qaçdılar
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#17 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 07 мая 2010 - 22:27

Hmmm, hər şey aydındır, Yaxxşı birdə mövzudan kənara çıxmaram. Mən heç bilməzdim şiələr heç bir sifətlə vəsf olunmayana ibadət edirlər, vəziyyətiniz çətindir. Allah kömək olsun.

O, ki, qaldı bura gələn sələfilərə, hələ ki məni burdan heç kim qaçırtmayıb, amma mən çoxlarını......nəisə.

#18 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 07 мая 2010 - 22:57

Bismillah

Səlam Aleykum.

Allah təbarəkə və təalaya aid etdiyimiz hər bir sifət Onun (c.c.) pak və müqəddəs zatıdır. Yəni Allahın (c.c.)zatı Rəhimdir, Rəhmandir, Əlimdir, Qadirdir, Xaliqdir, və s.. Elm Allahda vardır yox. Allah elmdir.........

İltimasi dua.


Sən heç bilirsən nə danışırsan? Necə yəni, Allahın hər bir sifəti onun zatıdır? Necə yəni Allah elmdir? Yaxşı, əgər belədirsə Sən deyə bilərsən ki
Ey Allahın elmi sifəti məni bagışla?

Yaxşı, deyirsən ki şiələrə görə Allah təala “səmidir və basir” düzdür? Allah təala quranda buyurur ki, (فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا)-biz onu eşidən və görən etdik.

Deməli, sən deyirsən ki Allah təala səmi-dir, basir-dir, indi məndə deyirəm ki Allah təala öz qullarını səmi və basir adlandırıb, düzdür? Həmçinin mənim özümdə də səmi və basir sifətləri var, düzdür? İndi mən iddia etsəm ki Allahda da bu sifət var məndə də və beləliklə mən Allaha oxşuyuram, bu zaman sən mənə nə deyəcəksən? Çünki sizin məntiqlə yanaşsaq mən muşabbih oluram, elədir yoxsa yox? Siz Əhli sünnəyə muşabihhə deyirsiniz, nə var nə var Əhli sünnə Allahın sifətlərini isbat edib. İndi sən mənə konkret cavab ver, məndə də “səmi” sifəti var Allahda da, indi sən məni Allaha oxşadırsan? Yoxsa bunun nəsə izahı var? Fakt bu sifət Allahda da var məndə də, həə de görüm burda oxşarlq var?

#19 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 08 мая 2010 - 00:44

Əssəlamu aleykum və rəhmətullah.

Biz şiələrin etiqadına görə Allahın bilməsi və eşitməsi Onun bunları bilməsilə bağlıdır. Sadəcə bizə aydın olsun deyə buyrulur ki, O görür və yaxud eşidir.

İmam Kazim (ə): «Allahın elmi «haradandır?» sifəti ilə vəsf olunmaz. Allahın elmi «necə?» sifəti ilə təsvir edilməz. Nə elm Allahdan ayrılar, nə də Allah elmdən. Allahla Onun elmi arasında sərhəd yoxdur.»

İmam Əli (ə): «Allah yaranan hər bir şeyi həmişə bilmişdir. Deməli, Onun əşyanı yaranmamışdan tanıması, onu yarandıqdan sonra bilməsi kimidir.»

İmam Əli (ə): «(Allah-taala) xəbər verər, ancaq dil və ya dilçəklərlə deyil. Eşidər, ancaq qulağın dəlikləri və eşitmə alətlərilə deyil. Söz danışar, ancaq tələffüz etməklə deyil. Əzbərləyər, ancaq hafizəsində saxlamaqla deyil...
Mövcudluq qazanmasını istədiyi hər şeyə «ol» deyər və o da yaranar. Ancaq Onun bu deməyi, qulaq pərdələrini döyəcləyən səslə, nə də eşidilən avazla deyil. Əksinə, pak Allahın sözü əvvəl mövcud olmamış, (əməli) yaradan və təcəssüm etdirən əməlidir. Çünki (onun əməli də) qədim və əzəli olsaydı, O, ikinci Allah olardı.»


İmam Əli (ə): «Allah eşidəndir, ancaq eşitmə alətləri ilə deyil.»

İmam Baqir (ə): «Allah eşidən və biləndir. Elə gördüyü şeylə eşidər və eşitdiyi şeylə də görər.»

İmam Rza (ə): «Heç bir gizlin iş, hətta qara qarışqanın zülmət gecədə qara sərt daşlar üzərində, yerin altında və dənizlərdə ayaq izinin belə, Ondan gizlin olmadığına görə deyirik: O görəndir.»

İmam Rza (ə): «Allahın lətifliyi azlıq, darlıq və ya xırdalıq demək deyil, əksinə (elm və qüdrətinin) şeylərə nüfuzu və dərkedilməzliyidir. Agah odur ki, heç nə ondan gizlin və gözündən uzaq olmaz. Allahın (şeylərdən) agahlığı, sınağa və nəticə almağa görə deyil. Çünki, sınamaq və nəticə almaq (bir elmdən başqa bir elmə çatmaq) iki elmdir və bu ikisi olmasaydı, elm və bilik də olmazdı. Belə olan kimsə (elmi və biliyi təcrübə ilə qazanan) əvvəlcə alim olmamışdır. (Allahın biliyi bu yollarla qazanılmadığına görə, deməli, O, həmişə agah olmuşdur).»

İmam Əli (ə): «Dinin başlanğıcı Allahı tanımaqdır. Allahı tanımağın zirvəsi isə Onun varlığına inanıb etiraf etmək və Onu təsdiqləməyin kamalı, tək olduğunu bilməkdir. Onu tək bilməyin zirvəsi (cism və məkandan və bu ikisinə aid olanlardan) xalis saymaqdır. Xalis saymağın zirvəsi, sifətləri Ondan uzaq bilməkdir. Çünki hər bir sifət vəsf edilənlə fərqli olduğunu təsdiqləyir. Hər bir təsvir olunansa, sifətdən fərqlənməsinin təsdiqidir. Belə isə kim Allahı vəsf edərsə, Ona oxşar və bənzər yaratmış, hər kim Ona oxşar və bənzər təsəvvür etsə Onu iki saymış olar. Hər kim Onu iki sayarsa, Onun hissədən ibarət olmasına inanmışdır. Onun hissələri olmasına inanan Onu tanımamışdır. Onu tanımayan Ona işarə edər və Ona işarə edənsə Onu (hədd-hüdud və istiqamətlə) məhdudlaşdırar. Onun üçün hədd müəyyənləşdirən Onu saya gətirmişdir. Hər kim «O nədədir?» deyə soruşsa, Allahı bir məkanda yerləşdirmişdir. Hər kim «O nəyin üstündədir?» demiş olsa, hansısa bir məkanın Onunsuz olduğunu sanmışdır. Varlığı var, ancaq varlığı yaradılmış deyil. Mövcuddur, ancaq yoxluqdan yaranmayıb. Hər bir şeylədir, ancaq belə deyil ki, ona bənzəmiş olsun. Hər şeydən ayrıdır, ancaq belə deyil ki, ondan kənarda və ayrı olmuş olsun. Faildir, ancaq belə deyil ki, fəaliyyətdə olsun və alətdən istifadə etsin. Görmək üçün bir varlıq olmayan zaman da görən idi. O tək və yeganə idi.(Hətta) o zaman ki,ülfət bağlamağa və ya yoxluğundan tənhalıq duymağa kimsə və yaxud nə isə yox idi.»

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#20 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 08 мая 2010 - 07:46

Gözəl yazmısan, indi görüm Sənin Məntiqinlə sənin Allahıvın hansısa bir sifəti var?



Bax səndə öyrən gözəl yazmağı. Amma gərək həmdə məntiqi yazmağı öyrənərsən.
Baş açmaq olmur sən nə isə öyrənmək istəyirsən yoxsa öyrətmək?

Hz. Musa onun camalına baxmaq üçün xahiş etmişdir özünü görsətsin.
7:143. Musa təyin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!” – dedi.

Hansı fiziki sifətlərdən danışırsan ay qafil!? Səninlə boş-boş danışmaq yavaş-yavaş günaha kecir.

Allahın sifətlərini onun adlarında görürük. Bizə yetir.

Daha tez çatsın sənə qəbul etdiyin hədislərdəndə misal var, oxu:

1. Allah ( əl-Bəqərə,255);

2. əl-Əhəd (əl-İxlas, 1); 3. əl-Ə'la (əl-Ə'la, 1);4. əl-Əkram (əl-Ə'ləq, 3);

5. əl-İləh (əl-Bəqərə, 163); 6. əl-Əvvəl (əl-Hədid, 3); 7. əl-Axir (əl-Hədid, 3);

8. əz-Zahir (əl-Hədid, 3); 9. əl-Batin (əl-Hədid, 3); 10. əl-Bəri' (əl-Həşr, 24);

11. əl-Bərr (ət-Tur, 28); 12. əl-Bəsir (əş-Şura, 11);13. ət-Təvvab (əl-Bəqərə, 163);

14. əl-Cəbbar (əl-Həşr, 24); 15. əl-Hafiz (Yusif, 64);16. əl-Həfiz (Hud, 57);

17. əl-Həsib (ən-Nisa, 6); 18. əl-Həfi (Məryəm, 47);19. əl-Həqq (ən-Nur, 25);

20. əl-Mubin (ən-Nur, 25);21. əl-Həkim (əl-Bəqərə, 163); 22. əl-Həlim (əl-Maidə, 101);

23. əl-Həmid (əl-Bəqərə, 267);24. əl-Heyy (əl-Bəqərə, 255); 25. əl-Qayyum (əl-Bəqərə, 255);

26. əl-Xabir (ət-Təhrim, 3); 27. əl-Xaliq (əl-Həşr, 24);28. əl-Xalləq (əl-Hicr, 86);

29. ər-Rauf (ət-Tövbə, 117);30. ər- Rahmən (əl-Bəqərə, 163); 31. ər- Rahim (əl-Bəqərə, 163);

32. ər- Rəzzaq (əz-Zariyat, 58)33. ər- Raqib (ən-Nisa, 1); 34. əs-Sələm (əl-Həşr, 23);

35. əs-Səmi' (əş-Şura, 23);36. əş-Şəkir (əl-Bəqərə, 158); 37. əş-Şəkur (əş-Şura, 23);

38. əş-Şəhid (Ali İmran, 98);39. əs-Saməd (əl-İxlas, 2);40. əl-Alim (əl-Bəqərə, 32);

41. əl-Aziz (əl-Həşr, 23); 42. əl-Azim (əl-Bəqərə, 255); 43. əl-Əfuvv (əl-Həcc, 60);

44. əl-Alim (əl-Bəqərə, 32);45. əl-Ali (əl-Bəqərə, 255);46. əl-Ğaffər (Ta ha, 82);

47. əl-Ğafur (əl-Maidə, 101);48. əl-Ğani (əl-Bəqərə, 267);49. əl-Fəttəh (Səba, 26);

50. əl-Qadir (əl-Ən'am, 65);51. əl-Qahir (əl-Ən'am, 18);52. əl- Quddus (əl-Həşr, 23);

53. əl-Qadir (əl-Bəqərə, 20);54. əl-Qarib (əl-Bəqərə, 186);55. əl-Qavi (əl-Ənfal, 52);

56. əl-Qahhar (Yusif, 39);57. əl-Kəbir (əl-Həcc, 60);58. əl-Kərim (əl-İnfitar);

59. əl- Lətif (əl-Ənam, 103);60. əl- Mumin (əl-Həşr, 23);61. əl- Mutəali (R'ad, 9);

62. əl- Mutəkəbbir (əl-Həşr, 23);63. əl- Mətin (əz-Zariyat, 58);64. əl- Mucib (Hud, 61);

65. əl- Məcid (Hud, 73);66. əl- Muhit (Fussilət, 54);67. əl- Musavvir (əl-Həşr, 24);

68. əl- Muqtədir (əl-Qəmər, 55);69. əl- Muqit (ən-Nisa, 85);70. əl- Məlik (əl-Fatihə, 4);

71. əl- Məliik (əl-Qamər, 55);72. əl- Mövlə (əl-Ənfal, 40);73. əl- Muheymin (əl-Həşr, 23);

74. ən-Nasir (əl-Ənfal, 40);75. əl-Vahid (əl-Bəqərə, 163);76. əl-Varis (əl-Hicr, 23);

77. əl-Vasi (əl-Bəqərə, 115);78. əl-Vədud (əl-Büruc, 14);79. əl-Vəkil (Ali İmran, 173);

80. əl-Vəli (əl-Bəqərə, 257);81. əl-Vəhhab (Ali İmran, 8);Allahın, Məhəmməd Peyğəmbərin (s.a.s) hədislərindəki
adları.

82. əl-Cəmil (Muslim, 147-ci hədis);83. əl-Cəvvad (Sahihul-cami, 1796-cı hədis);

84. əl-Həkəm (Əbu Davud, 4955-ci hədis);85. əl-Həyiyyu(Əbu Davud, 1488-ci hədis);

86. ər-Rəbb (ət- tirmizi, 3579-cu hədis);87. ər-Rafiq (Muslim, 2593-cü hədis);

88. əs-Subbuh (Muslim, 487-ci hədis); 89. əs-Seyyid (Əbu Davud, 4806-cı hədis);

90. əş-Şə'fi (Muslim, 2191-ci hədis);91. ət-Tayyib (Muslim, 1015-ci hədis);

92. əl-Qabid (Əbu Davud, 3451-ci hədis); 93. əl- Bəsit (Əbu Davud, 3451-ci hədis);

94. əl-Muqəddim (Muslim, 771-ci hədis);95. əl-Muəxxir (Muslim, 771-ci hədis);

96. əl-Muhsin (səhih hədislər silsiləsi, 469-cu hədis);97. əl-Mu'ti (əl-Buxari, 3116-cı hədis);

98. əl-Mənnən (Əbu Davud, 1495-ci hədis);99. əl-Vitr (əl-Buxari, 6410-cu hədis);
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#21 сталь

сталь

    Raqib – Seargeant

  • Murid
  • 180 сообщений

Отправлено 08 мая 2010 - 15:50

VAY VAY VAY...DIYESEN AXI HZ.MUSA DA VAHHABI OLUB OZ RABBINI GORMEK ISTEYIB,YOXSA EQIDESINI BILMIRDI?YOXSA TECSIME YOL VERIB?AMMA SIZ ELBETDE KI HZ.MUSADAN YAXSHI BILERSIZ>
257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

#22 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 08 мая 2010 - 16:12

Bunları mənə yazmaga ehtiyac yoxdur, siz mənə başa salın görüm əgər Allah eşidəndirsə, Məndə eşidirəmdə, Allah mənə bənziyir? əgər desən ki, yox bənzəmir, onda mən sənə sual verirəm, niyə bənzəmir ki? Fakt budur ki, sənin məntiqinlə yanaşsaq bənzəməlidir, çünki məndə görürəm də, Allah niyə mənə bənzəmir ki?http://313news.net/forum/index.php?app=forums&module=post&section=post&do=reply_post&f=27&t=614

Biraz məntiqli olunda, mən sizə sual verirəm, "görmək eşitmək sifətdir? konkret cavab verin. Əgər sifətdirsə, deməli Allahın sifəti var. Düzdür? belkə düz deyil? Ola bilsin sənin məntiqinlə düz gəlməsin amma saglam məntiqdən belədir, çünki məlumdur ki, "görmək və eşitmək" bunlar sifətdir, əgər Allahda varsa deməli Allahda artıq iki sifət var.

Deməli isbat olundu ki, Allahın iki sifəti var, həmçinin bu tərəfdəndə isbat olunub ki, insanda da bu iki sifət mövcuddur.

Mən sadəcə demək istiyirəm ki, Allahda görür, məndə görürəm, düzdü? İndi mən sual verirəm ki niyə Allahın görməyi mənim görməyimə oxşamır? mənim bu sualıma cavab verin, axı sizin məntiqivizə görə oxşamalıdır.

İndi məndə demək istəyirəm ki, necəki bizdə eşitmək sifəti ola ola, Allahın eşitmək sifətini isbat etdinsə, eləcədə Allahın əlini isbat elə. Eşitməyə necə demişdinsə, "əl" sifətinədə o cür denən. Mənimdə əlim var Allahında, mənim əlimin necəliyi məlumdur, Amma Allahın əlinin necəliyi məlum deyildir.Necə ki mənim eşitməyim özümə layiqdir, həmçinin Allahın eşitməyi özünə layiqdir, eləcədə Mənim əlim özümə layiqdir, Allahın əlidə Özünə layiqdir.

Məndə konkret bilmək istiyirəm, xeyir ola sən məndə eşitmək sifəti ola ola Allaha eşitmək sifəti nisbət edirsən, amma eyni şeyi "Əl" sifətində və ya başqa sifətlərdə etmirsən? "Eşitmək" və "əl" sifətləri məndə də var Allahda da düzdü? İndi mən bilmək istiyirəm ki Xeyir ola sən eşitməyi Allaha verirsən amma əli vermirsən? Niyə? nəyə görə sifətlərin arasında fərq qoyursan?

Deyəndə ki Allahın Əli var, srazu deyirsiniz ki orda Əl məcazidir, indi mən sual verirəm, əgər əl məcazidirsə onda "Allahın eşitməyidə" məcazidir, niyə biri həqiqi oldu amma digəri məcazi? Çünki siz bunu qorxunuzdan deyirsiniz, amma Eşitmək sifətinə heç biriviz məcazi deyə bilmərsiniz, çünki biabır olarsınız, amma Allahın bir sifətinə həqiqi və digər sifətinə məcazi demək bu insanın əqidəsində ziddiyatlıgın olmasına dəlalətdir.

#23 сталь

сталь

    Raqib – Seargeant

  • Murid
  • 180 сообщений

Отправлено 08 мая 2010 - 16:47

bəlı,və bunuda əlavə etmək istəyirəm ki,"cism" sözünü Allahin özü özünü vəsf etdiyi sifətəri inkar etmək üçün işlədirlər. Oxşadmaqdan qaçarak özləri oxşadib inkar etdilər.Və bununla həm oxşadmak,həm də inkar etmək cinayətlərini etdilər.Halbuki,gəldiyi kimi qəbul etməlıydırlər.

Allah Təalə buyurur:Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” -deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.


“Allah bu məsəllə nə demək istəyir?”yəni, alınmır,necə yozaq.
257. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

#24 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 08 мая 2010 - 17:06

Deyəndə ki Allahın Əli var, srazu deyirsiniz ki orda Əl məcazidir, indi mən sual verirəm, əgər əl məcazidirsə onda "Allahın eşitməyidə" məcazidir, niyə biri həqiqi oldu amma digəri məcazi? Çünki siz bunu qorxunuzdan deyirsiniz, amma Eşitmək sifətinə heç biriviz məcazi deyə bilmərsiniz, çünki biabır olarsınız, amma Allahın bir sifətinə həqiqi və digər sifətinə məcazi demək bu insanın əqidəsində ziddiyatlıgın olmasına dəlalətdir.

"qardash"
sən demək istəyirsən ki,sələfilər heç bir ayəni məcazi qəbul etmir ?
kim yalan deyirsə onda Allahın lənəti olsun onun üzərində ! razısan ?

1.bu ayədə ALLAH özü deyir ki, siz harda olsanız o sizinlədir !
siz isə deyirsiz ki, Allah elmı ilə bizlədir !

.Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.hadid 4
səndə kiməsə yaxınsan
Allahda kiməsə yaxındır
ancaq Allahın kiməsə yaxın olması tamam başqa bir şeydir necə ki, sən deyirsən

düz danışmıramsa Allahın lənəti olsun mənim üzərimdə
razısan buracan sözlərimlə ?
davam eləyim ?
yəni eyni ayədə Allah həm görürəm həm də yaxınam qullarına deyir
görür ayəsini elmi kimi qəbul etmək istəmirsən
ancaq yaxındır ayəsini elmi elmi kimi qəbil edirsiz
bir az qiraqdan baxsan ziddiyyəti görəcəksən

sənə dedim axı sənin kimilər çox gəlib gedib bu foruma hələ
cavab verə bilmirlər bu sualla
sənin 2 yolun var
ya özüvü görməməzliyə vurmalısan
ya daki Allaha dua edəcəksən ki,haqqı haqq, batili batil kimi gostərsin
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#25 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 08 мая 2010 - 17:24

stal ve qaqaw
1. biləndəki Allaın əli var qəlbində nə yəqinlik artdı ?
2biləndə ki,ALlah hər şeyi hökmü altında saxlayır qəlbində nə artdı? (ancaq inamıram kı siz bunu yəqinliknən bilirsiz,yəni kitabdan oxuyub əl ,qivrim saçı necə əzbərləmisizsə o da elə,çünkü siz bunlaarın 2 sinidə bir tutursuz.)
3.əgər 1 insan ölərsə və Allahın hər şeyə qadir olmasına inanmazsa onun hökmü nədir sizə görə ?
4.əgər 1 kimsə durub deyərsəki mən inanmıram ki,Allahın baldırı olsun ! onun hökmü nədir sizə görə ?
inşallah mən sonra yazacağam
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#26 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 08 мая 2010 - 18:02

Sən bunlara məcaz deyirsən? Day sənə sözüm yoxdur. Get təzədən oxu.

Məgər gətirdiyin hədid sürəsinin 4-ayəsinə bu cür “.Allah elmı ilə bizlədir” izah vermək həqiqətdən çıxıb məcaza girməkdir? Sən heç bilirsən nə danışırsan? Cahilsən get cahilliyivi elədə, niyə Allahın dinidən bilmədiklərivi danışırsan? Sənin deməyindən belə çıxır ki əgər hər hansı bir ayəyə izah vermək onu həqiqiliyindən çıxardıb ona məcaz verməkdir, bu isə cahilliyin son dərəcəsidir.

Bəli, sələfilər deyiblər ki hədid sürəsinin 4-cü ayəsində məqsəd “Allahın elmi ilə biznən olmasıdır” Bir gözüvü aç ayənin əvvəlini yaxşı yaxşı oxuda, görmürsən Allah təala Ayənin əvvəlində nə deyir?

Allah təala buyurur; (O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir.) Gördün? Söhbət Allahın elmindən gedir, yəni, Allah təala ayənin əvvəlində buyurur ki onun elmi göyləri və yerləri əhatə edib, bu məsələ günəş kimi aydındır ki, burda söhbət Allahın elmindən gedir, sonar isə Allah təala ayənin arxasınca buyurur ki (Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.) Bu da onu görsədir ki Allah təala elmi ilə bizimlədir, yəni biz harda olsaq belə
Allah təala bizim əməllərimizi bilir və ayənin axırında da açıq aydın deyir ki (Allah sizin nə etdiklərinizi görür.)-necə ki buna ayənin əvvəli dəlalət edir.

Məgər ayəyə bu cür izah vermək məcazdır? Sübhənallah insan nə qədər savadsız olarmış, sən indi bunula demək istiyirsən ki Allah təala zatı ilə bizimlədir? Əgər “elmi” ilə bizimlə olmagını inkar edirsənsə, onda belə çıxır ki, Allah zatı ilə bizimlədir, bu isə küfürdür, məgər Allah təala zatı ilə hər yerdədir? Məgər mən harda olsam Allah mənimlədir? Bunu demək istiyirsən? mən ayagyolunda olanda da mənimlədir? Qorxma cavab ver, mənimlədir? Siz Allahın dinində ən cahil və ən məntiqsiz insanlarsınız, heç özündə bilmirsən nə danışırsan.

O, ki, qaldı ziddiyata, heç olmasa sən bundan danışma, çünki sənin əqidən bunun üzərində qurulub, göstərim sənin ziddiyatın hardadır? sən buna cavb ver mən sənə göstərəcəm sənin ziddiyatın hardadır, sonar görərik kimin əqidəsi ziddiyatlıdır.

Məndə başqa forumlarda sənin kimləri çox yola salmışam,acizliklərindən qaçıb gediblər.

#27 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 08 мая 2010 - 18:06

stal ve qaqaw
1. biləndəki Allaın əli var qəlbində nə yəqinlik artdı ?
2biləndə ki,ALlah hər şeyi hökmü altında saxlayır qəlbində nə artdı? (ancaq inamıram kı siz bunu yəqinliknən bilirsiz,yəni kitabdan oxuyub əl ,qivrim saçı necə əzbərləmisizsə o da elə,çünkü siz bunlaarın 2 sinidə bir tutursuz.)
3.əgər 1 insan ölərsə və Allahın hər şeyə qadir olmasına inanmazsa onun hökmü nədir sizə görə ?
4.əgər 1 kimsə durub deyərsəki mən inanmıram ki,Allahın baldırı olsun ! onun hökmü nədir sizə görə ?
inşallah mən sonra yazacağam


deee, sizin ki budur, belə çətinə düşəndə bu cür suallarla aranı qatırsınız, xeyir sənin variantların keçmiyəcək, dee görüm sənin Rəbbivin heç olmasa bir dənə olsun belə məcaz olmayan həqiqi sifəti var? yoxsa sən ibadət etdiyin Allahın sifətləri hamsı məcazdır? Sən buna cavab ver,yoxsa ki başqa suallar verib söhbətdən qaçma.

#28 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 08 мая 2010 - 18:17

Qardaw, sakit tonda danışsan olar? Yoxsa, kim sənə cavab verəcəksə, ona "cahil", "savadsız" deyib təkfir edəcəksən? Bu elə sənin əqidəni göz qabağına qoyur.

Hədid surəsi 4-cü ayədə, özün də deyirsən Allahın elmidir burda məqsəd. İndi sübut elə ki, Allahın elmidir məqsəd. O qədər ayələr vardır ki, bir hissəsi başqa mövzudan, digər hissəsi isə başqa mövzudan bəhs edir.

Məcaza gəldikdə, de görüm "Allahın ipi" və "Allahın Üzündən başqa hər şey məhv olacaq" nə deməkdir?

O ki, qaldı sənin "ayaqyolu" məsələnə, Allah maddiyyatla qarışmayıb. İndi yenə öz ağlını qoyacaqsan və soruşacaqsan ki, necə bəyəm? Demək istəyirsən yoxdur? Mən də deyəcəyəm ki, Allah məkanı yaradandır, məkanı yaratmamışdan əvvəl O yox idi? Yoxsa məkanı Allaha şərik qoşursuz?

Başqa forumlarda buradakı kimi, gözünü bağlayıb əllərini klaviaturada istənilən klavişə basmısan. Əgər ismarışları oxuyub, təəssüb göstərməsə idin, görərdin ki, cavabın verilib.


#29 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 08 мая 2010 - 18:27

Allahu akbar, yoxdur da, burda mənim sualma cavab verə bilən yoxdur. Sən guya yeni bir şey gətirdin ki? mən burda camaata deyirəm ki suallar verib söhbətdən qaçmıyın, amma sən isə bu mənhəci davam etdirirsən. Sən narahat olma mən sənin suallarıva cavab verəcəm, sən axı mənə demədin sənin Rəbbivin məcaz olmayan həqiqi sifətləri var? Mən bunu bilmək istiyirəm,mən maraqlıdır, siz kimə ibaədət edirsiniz,bura qədər sizin deməyinizdən belə çıxır ki sizin Rəbbinizin Sbütün sifətləri məcazidir, nə badə hiqiqi deyəsiniz.

#30 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 08 мая 2010 - 18:47

qardaw

Deyəsən hədisləri başa düşmədiniz. Allah bir hadisə baş verəndən sonra o hadisə barədə agah olmur. Amma biz insanlar hadisəni görməsək və ya eşitməsək o hadisənin baş verdiyini bilmərik. Odur ki, Allahın görməyi və ya eşitməyi biz insanların görməyi və eşitməsilə eyni deyildir. Allahın görməyi və eşitməyi bu hadisələri əvvəlcədən bilməsilə bağlıdır. Xətrinizə dəyməsin amma bütün bunları anlamamağınızın başında fəlsəfəni inkar etməyiniz durur.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru