Отправлено 17 мая 2010 - 18:59
Zəbur!
Va aleykuma salam va rahmatullahi va barakatuhu.
Halıvı soruşmamışdan qabag vəziyyətin çox pis idi?
Uzatmagın mənası yoxdur keçirəm mövzuya.
Yazmısan
“Men harda "El" -e mecazi sifet demishem. Bunu mene postlarimdan tapib mutleq göstermelisen.”
Cavab; Sən demisə ki, "El"in heqiqi menasi nöqsanliga qaildir.Nöqsanlıga qaildirsə, deməli “əl” həqiqi deyil və əgər həqiqi deyilsə deməli MƏCAZİDİR. Yenə düz demədim həə??? Eybi yox qoy sənə görə düz olmasın amma Əlhəmdulilləh qoy oxuyanlar görsünlər. Çünki mənim məqsədim sən deyilsən, heç aglımnan belə keçmir ki sənə nəsə sübut edim, səadəcə olaraq yazılarım ilə niyyətim, camaata Allah barəsində düzgün etiqadı göstərməkdir. Əlhəmdulilləh məqsədim demək olar ki hasil olub, sən başa düşməsəndə olar. Nəisə.
Yazmısan
“Harda demishem ki, "Yed" sözünün nisbet etdiyi sifet mecazidir??? Yeke oglansan ayibdir axi.. Men deyirem ki, "El" lefzi mecazidir, istiaredir. SIFET YOX!!”
Cavab; Deyirsən söz məcazidir həə? Bəs Allah təala elə “söz” deyibdə, məgər “səmi” söz deyil ki? Mənim üçün nə fərqi var ki istər söz məcaz olsun istər sifət, mənim üçün fərqi yoxdur, odur ki sən demiş səlləmnə qoy olsun “Söz”,çünki Allah təala “Yəd” –kəlməsi işlədib, Fakt Allah təala bu “SÖZÜ” özünə nisbət edib, necə ki, “Səmi”-ni özünə nisbət etmişdir. Sən isə Allahın bir sözünə həqiqi bir sözünə isə Məcazidir deyirsən, həə indi razısan? İndi razısan ki Allahın dediyi sözlərin birinə həqiqi digərinə isə məcazidir demisən? Problem yoxdur bunada razılaşmaya bilərsən, inşallah mən istədiyimi alandan sonra xoş münasibətlə səninlə sagollaşacam.
İndi cavab ver görüm, sənin nə ixtiyarın var və ya sənin nə dəlilin var ki, Allahın dediyi sözün birinə məcaz birinə isə həqiqi deyəsən? Aglıva müvafiq olmadı? Xoşuva gəlmədi yoxsa ləzət eləmədi? Bəlkə Allah təala sənə bunu vəhylə deyib?
Təbbi ki sənin bunu deməkdə iddian budur ki “Əl”-sözünün ləfzi həqiqi mənası nöqsandır. Cavab vermədiyin üçün bu sözü sənə yenə Yazıram “Allahın öz işlətdiyi ləfzi özünə vermək nöqsandır? Sual verməknən, mən verdiyim sualdan qaça bilməyəcəksən, odur ki cavab ver, nə qədər ki cavab verməyəcəksən hər dəfə təkrarlayacam. ““Allahın öz işlətdiyi ləfzi özünə vermək nöqsandır”?
Yazmısan
"El" lefzinin heqiqi menasini YAZ! Sonra o "heqiqi menani" bize nisbet ver, daha sonra Allaha! Görek ne alinir?
Cavab; Sən nə tutmusan ee bunnan? Sübhənallah sən bu qədər savadsızsan? Mən buna cavab vermişəmdə, hər dəfə niyə soruşursan ki? əgər yazılarımı başa düşmürsənsə müraciət et asan tərzdə yazım.
Yenə yazıram, eybi yox sən başa düşmə, inşallah bunu əqildən ən aşagı insanda başa düşər ki mənim verdiyim cavab sənin sualıvın cavabıdır.
Yazıram oxu, yuxulusansa get təzədən gəl. “əl”-ləfzinin həqiqi mənası məxluqa nisbətdə orqan, rəng, cism, tərkib və.s bu kimi üzvülərdən ibarətdir, həə bax beləcə məxluqa nisbətdə nöqsandır. Allaha nisbətdə isə kəməldir və dediyim şeylərdən (Nöqsanlardan) münəzzəhdir (Uzaqdır). Elementar bir şeyidə başa düşmürsən, Allah hidayət versin.
Həə, indi isə keeçək ən sevdiyim məsələyə yəni, “mutəkəllim” söhbətinə. Əvvəla onu deyim ki, Həmd olsun Allaha ki, siz bu sifəti həqiqi mənada heç bir məcaz və heç bir nöqsanlıq olmadan qəbul edirsiniz, mənə isə bax bu lazımdır. Düzdü mən bura qədər gətirmək istəmirdim amma sən məni vadar edirsən. Mən sənə göstərəcəm ki sənin Allah barəsində olan əqidən ziddiyatlıdır,daha dogrusu sənə yox, oxuyanlara.
Yazmısan
"Mütekellim" sözünün heqiqi menasi dile, agiza ehtiyaci olaraq danishmaq demek deyil. Bu sözün heqiqi menasi "danishan, kelime ifade eden," demekdir. Göründüyü kimi sözün heqiqi menasini Allaha nisbet etmek nöqsanliga getirmir. Eger sözün heqiqi menasi "dile, agiza ehtiyac duyaraq danishmaq" olsaydi onda bu menani Allaha nisbet vermek naqislik olardi. Halbu ki, sözün "ma vuzie lehu"-su bu deyil. "El" de ise tam bashqa cürdür.”
Cavab; Camaat diqqətlə və insafla oxuyun, görün əqidə necədə ziddiyatlıq təşkil edir.
Deməli, “mutəkəllim” sözünün həqiqi mənası “Danışan deməkdir. Məlumdur ki bizə görə danışmaq dil, dodaq, agız və.s kimi üzvlərlə mümkündür, çünki danışmaq üçün mütləq agız və.s orqanlar olmalıdır, çünki əgər deyəndə ki, filankəs “danışandır” deməli onun agzı, dodagı, dili və.s üzvləri vardır, yəni bunlarsız “danışan adamı” təsəvvür etmək mümkün deyildir, bunları inkar edən demək olar ki insan deyil. Nə bilim belkədə ZƏBUR qardaşımız inkar edir, amma çox ümid edirəm ki etmir.
Şiələr isə həmd olsun Allaha ki, Allahın “Danışan” olmagını isbat edir. Fikir verin, görün nə deyirlər, deyirlər ki, “Allah danışandır”, bəli bəli, şiələr deyir ki Allah “danışandır”“danışmqa isə necə olur bunu yuxarda qeyd etdim.
Amma çox təəssüf ki şiələr Allahın “əl”-inin olmasını isbat etmir, burda isə sual çıxır niyə etmirər? Biz bu sualı onlara çox vermişik və hamsınnanda bir cavab almışıq, onlar deyirlər ki, həmçini bizim Zəbur qardaşımızda deyir ki “Əl”-sözünün həqiqi ləfzi məcazdır, təbii ki məcaz olmagınada səbəb var, səbəb isə budur ki, “əl”- cismdir, tərkibdir orqandır, nəbilim rəngi var, və.s bu kimi şübhələr, Yəni, “əl”-in həqiqi mənası özü özlüyündə bu kimi mənalar daşıyır deyə şiələr bu sifəti Allaha verməkdən çəkiniblər. Xülasə Allaha “əl” nisbət etməmələrində səbəb “əl”-Ləfzinin Həqiqi mənası nöqsan olmasıdır və ona görədə məcaz deyərək canlarını qurtarmaq istəyiblər.
İndi mən onlarda istəyirəm ki mənim bu sualıma və həmçinin yuxarda keçən suallarıma cavab versinlər.
Şiələr deyirlər ki, “əl”- cismdir, tərkibdir orqandır, nəbilim rəngi var, və.s bu kimi şeylər, Yəni, “əl”-in həqiqi mənası özü özlüyündə bu kimi mənalar daşıdıgına görə Allaha nisbət etmək nöqsandır.
Əgər belədirsə, onda mən sizə sual verirəm, bəs niyə Allahın “Danışan” sifəti məcaz deyil? Niyə Allahın “danışmagı” nöqsana gətirmir? Axı sizin “əl” barədə tutuqlarınız nöqsanlar eyni kimi “danışmaq sifətində də vardır, məgər “Danışmaq” orqanlarnan dil, dodaq, agız bu kimi şeylərnə olmur? Təbii ki, bu kimi şeylərnən olur, yəni bunların hamsı cisimdir, tərkibdir özüdə “əl”-dən də pisdir, bəs niyə siz Allaha “danışandır” deyirsiniz amma “Əl”-i var demirsiniz? Bax buna cavab verin mən sizdən heçnə istəmirəm.
Allah şahiddir ki bizim bura qədər söhbətimizdə məqsəd bu olub ki, mən istəmişəm ki sənə sübut edəm Allahın “əl” sifəti həqiqidir və özünə layiqdir, amma sən bütün yazılarında çalışmısan mənə sübut edəsən ki “əl”kəlməsinin həqiqi ləfzini və həqiqi mənasını Allaha vermək nöqsanlıga qaildir. Həmçinin bu dediklərivi əsaslandırmaq üçün bütün postlarında mənə sübut etmək istəmisən “əl” tərkibdir, cisimdir orqandır və.s hissələrdən ibarətddir, bu isə Allah təala barəsində nöqsanlıga qaildir. İndi isə mən deyirəm və diqqətlə qulaq as. Bəli Allah təala bu dediklərindən uzaqdır, Allah təala məxluqata bənzəmir və onun mislində heçnə yoxdur. Lakin bununla belə “əl”-i inkar etmirik, Allahın “əl”-i onun özünə layiqdir, necə ki Allahın “danışmagı” onun özünə layiqdir. Bəli, “danışmaqda”-da orqanlar var, danışmaq deyəndə adamın ilk aglına gələn agız, dil dodaq və.s bu kimi şeylər olur, amma “danışmagı” Allaha nisbət edəndə artıq bütün bu dediklərimdən Allahı uzaq tuturuq, çünki çünki Allah təala cismnən tərkibdən mürəkkəb olmuyub, Allah belə şeylərdən münəzzəhdir, lakin “danışmaq” Allaha nisbət olunursa, yəni əgər biz desək ki, Allah “danışandır, deməli Allah təala özünə layiq danışır və bütün nöqsanlarda uzaqdır. Təbii ki, bu “Danışmaq” sifətinə razılaşacaqsan, amma “əl” sifətinə” cəsarətin çatmayacaq, amma hamı açıq aydın görür ki bu ziddiyatlıqdır, əgər ziddiyatlıq deyilsə, onda sən mütləq “danışmaq” sifətinidə inkar etməlisən, çünki “əl”-ə dediklərin, yəni cins (şübhə)eynidir. Həə Zəbur qardaşım düz dedim yoxsa yox? Yəqin ki razılaşarsan. Baxda ikisindən birini seç, ya “əl”-i isbat et, ya da ki, “danışmagı inkar et və ya (məcaz) de bununlada qurtarsın.
Zəbur! Əgər sən desən ki Allah “danışandır” amma dil, dodaq, agız və.s bu kimi şeylərdən uzaqdır, bəli, mən səninlə razılaşacam, çünki həqiqətəndə Allah bu şeylərdən uzaqdır, amma biz bununlada səninlə söhbəti qurtaracagıq.
Başa düşənlər başa düşdü.