ونصب { أهلَ البيت } على وجهين
أحدهما : على معنى : أعني أهلَ البيت
والثاني : على النداء ، فالمعنى : يا أهل البيت
وفي المراد بأهل البيت هاهنا ثلاثة أقوال
أحدها : أنهم نساء رسول الله صلى الله عليه وسلم ، لأنهنَّ في بيته ، رواه سعيد بن جبير عن ابن عباس ، وبه قال عكرمة ، وابن السائب ، ومقاتل . ويؤكذ هذا القولَ أن ما قبله وبعده متعلِّق بأزواج رسول الله صلى الله عليه وسلم . وعلى أرباب هذا القول اعتراض ، وهو أن جمع المؤنَّث بالنون ، فكيف قيل : { عنكم } { ويطهركم } ؟ فالجواب أن رسول الله صلى الله عليه وسلم فيهنَّ ، فغلّب المذكَّر
والثاني : أنه خاصٌّ في رسول الله صلى الله عليه وسلم وعليَ وفاطمة والحسن والحسين ، قاله أبو سعيد الخدري . وروي عن أنس وعائشة وأم سلمة نحو ذلك
والثالث : أنهم أهل رسول الله صلى الله عليه وسلم وأزواجه ، قاله الضحاك . وحكى الزجاج أنهم نساء رسول الله صلى الله عليه وسلم والرجال الذين هم آله؛ قال : واللغة تدل على أنها للنساء والرجال جميعاً ، لقوله : «عنكم» بالميم ، ولو كانت للنساء ، لم يجز إِلاَّ «عنكنّ» «ويُطهركنّ
Əhzab 33 cü ayədəki ƏHLƏL BEYT sozü 2 yöndən nəsbdir.
1 ci: Sadəcə əhli beyti önəmsəmək olduğu üçündür.
2 ci: nida olduğu üçündür yəni: ey əhli beyt deməkdir.
ƏHLİ BEYTlə nəyin qəsd edilməsi barədə burada 3 görüş vardır:
1-ci: əhli beyt lə qəsd peyğəmbər əfəndimizin xanımlarıdır. Çünki onlar peyğəmbərin evindədirlər. Bu fikri Səid bin Cubeyr İbn Abbasdan rəvayət etmişdir…həmçinin İkrimə, İbn Səib və Muqatil də İbn Abbasdan belə bir görüş rəvayət etmişlər.Ayətin əvvəli və sonrası peyğəmbərin zövcələri ilə əlaqəli olduğundan/onlara xitab olduğundan bu fikri dəstəkləyir.Bu görüş sahiblərinə etiraz vardır.O da budur ki, ayədə müənnəs cəm nununun işlənməməsi məsələsidir deyirlər ki,qadınlara ANKUM və YUTAHHİRAKUM necə deyilər ?
CAVAB:Çünki, peyğəmbər sallallahu aleyhi va səlləm onların arasında olduğu üçün MÜZƏKKƏR TƏĞLİB yoluyla üstünlük qazanmışdır ona görədə kişi cinsini bildirən ANKUM və YUTAHHİRAKUM işlədilmişdir(Təğlib: kişi cinsinə üstünlük vermə)
2-ci: Əhli beyt lə qəsd peyğəmbər sallallahu aleyhi va səlləm, Əli,Fatimə,Həsən,Huseyn (allah onlardan razı olsun) nəzərdə tutulmuşdur bu onlara xassdır.Bu görüşü Əbu Səid Əl hudri söyləmişdir buna bənzər görüş Ənəs,Aişə, Ummu Sələmə dəndə rəvayət olunmuşdur (Allah onlardan razi olsun)
3-cü: Əhli beytlə qəsd Rasulullahın ailəsi və zövcələridir.Bu görüşü Dahhak söyləmişdir.Zəccacdan rəvayət olunduğuna görə:Əhli beytllə qəsd edilən peyğəmbərin xanımları və onun ailəsinin kişiləri nəzərdə tutulub və ərəb dilidə ona işarət edirki, ANKUM daki müzəkkər cinsi bildirən mim hərfinə görə xanımların və kişilərin hamısı qəsd edilmişdir əgər sadəcə xanımlar nəzərdə tutulmuş olsaydı o zaman ANKUNNƏ və YUTAHHİRAKUNNƏ dən başqasın işlətmək caiz olmazdı."
QAYNAQ: Zadul məsir fi ilmit təfsir/Əhzab surəsi 33 cü ayə
bir neçə təfsir daha əlavə edilib ancaq demək olar ki, hamısı eynidir vəya bənzərdir. on a görədə biz bu bir təfsirin üzərində onlara cavab verəcəyik. beləliklə;
1-ci görüş: bu görüş heç bir şəkildə qəbul edilməzdir. çünkü:
1-1: ayənin səbəbi nüzulu haqqında hər iki tərəfin ittifaq ilə nəql etdiyi və hətta tək başına əhli sünnə mənbələrində belə müstəfəz olan hədislər bu ayənin sadəcə 5 nəfər a.s haqqında nazil olduğunu bildirir.
1-2: Səid b. Cübeyrin ibni Abbas r.a-dan olan rəvayəti zəifdir, həmçinin İkrimənin rəvayəti də mürsəldir və İkrimə bunu ibni Abbas r.a-dan rəvayət etmir, özü bəyan edir. bu hədislər haqqında araşdırmanı linkdən oxuya bilərsiniz: Əhzab 33 haqqındaki hədislərin araşdırılması
2-ci görüş: doğru olan görüş də budur. çünkü Nəbi s.a.a-in təqriri də, bəyanı da, əməli də sünnədir və bu ayə nazil olduğunda Nəbi s.a.a imam Əli, Hz. Fatimə, Hz. Həsən və Hz. Hüseyini yanına çağırmış, "Allahım bunlar mənim Əhli Beytimdir" demişdir. səhabələr də Nəbi s.a.a-in bu əməlini bu ayənin onlara xass olması kimi anlamış və beləcə də nəql etmişdirlər və bunlar bizə səhih sənədlərlə, həm Şiə və həmdə əhli sünnə mənbələrində gəlib çatmışdır.
3-cü görüş: bu görüş hədisə əsaslanmır, sadəcə Dahhak və Zəcac kimi şəsxlərin içtihadları və ayəyə verdikləri şəxsi təfsirdir. elə isə bu içtihad səhih sünnə qarşısında necə hüccət ola bilər? bu görüşün zəifliyi aşkardır, belə ki, bu sadəcə sahiblərinin ağlına əsaslanır. əgər ağıla qalsa bəyəm biz Dahhak və ya Zəccadan az ağıllıyıq? bu görüşü dəlili olaraq ortaya atılan "ayəni başı və sonu zövcələr haqqındadır" sözünə gəlincə; bizim səhih sənədlər ilə həm şiə və həmdə əhli sünnə mənbələrindən nəql etdiyimiz hədislər hamısı göstərir ki, ayənin "ey Əhli Beyt" deyə başlayan hissəsi nazil olma baxımından zövcələr haqqında olan ayələrdən ayrı olaraq nazil olmuşdur. çünkü müstəfəz olaraq gələn və ayənin səbəbi nüzulunu açıqlama məqamında hüccət olan bu həidslər açıqca ayənin bu hissəsinin ayrılıqda nazil olduğunu deyir. elə isə bu qədər hədisin inkarı necə mümkündür? hətta bu ayənin Nəbi s.a.a-in zövcələrinə xas olduğunu deyən İkrimə kimi zır nasibilər belə bizim dediyimizi təsdiqləyirlır. çünkü onlar belə bu ayənin nazil olmasından danışarkən sadəcə ayənin "ey Əhli Beyt" deyə başlayan hissəsindən danışırlar.