Перейти к содержимому


Фотография

Əbu Hüreyrə haqqında


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 37

#31 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 12 марта 2011 - 15:35

Oğruya etibar etməzlər.

الكتاب : الطبقات الكبرى
المؤلف : محمد بن سعد بن منيع أبو عبدالله البصري الزهري
الناشر : دار صادر - بيروت
عدد الأجزاء : 8
.......محمد بن سيرين عن أبي هريرة قال قال لي عمر يا عدو الله وعدو كتابه أسرقت مال الله قال فقلت ما أنا بعدو الله ولا عدو كتابه ولكني عدو من عاداهما ولا سرقت مال الله قال فمن أين اجتمعت لك عشرة آلاف قال قلت يا أمير المؤمنين خيلي تناسلت وسهامي تلاحقت وعطائي تلاحق قال فأمر بها أمير المؤمنين فقبضت قال فكان أبو هريرة يقول اللهم اغفر لأمير المؤمنين
Muhəmməd ibn Sirin Əbu Hureyrədən nəql edib: Ömər mənə dedi: Ey Allahın və Allahın kitabının düşməni! Sən Allahın malını oğurlamısan?

Ömərin cavabında dedim: Mən Allahın və kitabın düşməni deyiləm, lakin Allah və kitabı ilə düşmən olanlarla düşmənəm. Mən Allahın malını oğurlamamışam.

Ömər dedi: Bəs bu on min dinar sənin yanında hardan yığılıb?
Dedim: Ya Əmirəlmöminin! Mənim sürülərim artıb, ticarətlə malım artıb və mənə verilən hədiyyələrin üstünə gəlib.

Ömər əmr etdi ki, onların hamısını əlindən alıb beytul mala qatdılar.
Sonralar Əbu Hureyrə həmişə bu hadisəni yad edəndə deyrdi: Allah Əmirulmöminini bağışlasın.

Deməli, rəhmətdlik Ömər Əbu Hureyrənin beytul-mala xəyanətindən xəbərdar olandan sonra onu geri çağırdı və Əbu Hureyrənin oğuladığı malı əlindən alıb təzədən beytul-mala qaytarıb.
Əgər Əbu Hureyrə beytiul-mala xəyanət edibsə onda bu adama etibar etmək olmaz. Əgər xəyanət etməyibsə onda Ömər haqsız olaraq onu oğru adlandırıb və abrını aparıb.

BU MELİKMEEMED NAGİLLARİN HARDAN OYRENMİSİZ? :yahoo:


Öz kitablarınızın nağıl olduğunu dərk etməniz də irəliləyişdi.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#32 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 13 марта 2011 - 03:01

Dəqiq yadımda deyil ki, bu statistikanı qeyd etmişəm ya yox. Amma təkrar edək:
Əhli-sünnə mənbələrində Əbu Hüreyrənin dilindən 5374 hədis qeyd olunub.
Həzrət Əlidən (ə): 586
Əbu Bəkrdən 142
Ömərdən 500
Osmandan 146 hədis var.
O 4 xəlifə Peyğəmbərin ətrafında 20 ildən artıq müddətdə 3 illik Əbu Hüreyrənin eşitdiyinin 10-dan birini eşidə bilmədilər hə? :rolleyes:


Sənin bu köhnəlmiş sualına sualla cavab verirəm.
Fatimə (r.a)-dan sizin kitablarda nə qədər hədis rəvayyət olunub.O ki,sizdə 14 məsumdan biri sayılır.
Həmçinin Həsən və Hüseyn (r.a)-dan nə qədər hədis varid olub?
Xatırlatma:Bir adamı itiham edəndə əvvəlcədən fikirləş.Dediyin söz görə cavab verəcəksən...

Bismillah,gəlin mən sizə izah edin.İlkin olaraq anamız Xanım Zəhra(s.ə) haqqında.Xanım Zəhra(s.ə) məsum olub,amma aydın məsələdir ki,imam deyil.Buna görə də ondan hədis gözləməzlər.Xanımın(sə) bəzi xütbələri olub,səhv etmirəmsə,hədisi də var,amma çox az.İlk olaraq,o xanım olduğu üçün onun vəzifəsi deyil hədis demək,yəni sizin idea burda əsassızdır.Eləcə də,dini inkişaf etdirmək,çatdırmaq,nübuvvəti+imaməti bunlar İmamların(ə) vəzifəsidir.Xanımdan(sə) söz soruşanda cavab verib,amma qeyd etdiyim kimi təbliğ onun işi deyil.Bir neçə xütbəsi var,hədisi də eləcə.. bir də mən Salam Farsiyə(ra) öyrətdiyi "Nur" duasını bilirəm..
Keçək İmam Əli(ə)-a.O Peyğəmbərdən(savv) sonra 3 xəlifə hakimiyyəti dövründə öz təbliğini edib,eləcə də öz səhabələri olub.Bundan əlavə,Peyğəmbər(s) dövründə də yaşadığından,hədis deyibdir və s.Öz hakimiyyəti dövründə isə,möhtəşəm xütbələri olub.Məktublar,hikmətli sözlərini də bura daxil etmək olar,hansı ki,"Nəchül-Bəlağə"dədir.
İmam Həsən(ə),və İmam Hüseyn(ə)-ın dövrü isə hakimiyyəti kafirlərdən təmizləmək olub.Məlum olduğu kimi Muaviyə(l.ə)ilə döyüşlər,sülh və s. bu kimi hadisələr onlara o qədər də dərs keçməyə,hədislər deməyə imkan verməyib.İmam Hüseyn(ə)-ın da İmam Həsən(ə)-ın daim yanında olduğunu nəzərə alsaq bu cəhəttən İmam Hüseyn(ə)-ın İmam Həsən(ə)-ıdan fərqi olmur.Yəni o da təbliği geniş şəkildə edə bilmirdi.Sadəcə Ağaların(ə) xütbələri cəlb edə bilər ki,onlar da döyüş əsnasında,döyüşlə bağlı eləcə də İmam Həsən(ə)-ı Muaviyə(l.ə)-la nədən sülh etməsi və s..Sonra da Kərbəla faciəsi
İnd əldə etdiyimiz nəticə:Xanım Zəhranın(s.ə) bu kimi işlər vəzifəsi deyil.
İlk 3 İmamın(ə) əsas vəzifəsi İmaməti cammata çatdırmaq,bu ruhu onlarda daimiləşdirmək olub.
İmam Səccad(ə) isə sarayda saxlanılıb,amma İmamın(ə) "Səhifeyi-Səccadiyyə"sinə çatan dua əsəri,mən deyərdim ki,yoxdur.
İmam Baqir(ə) və İmam Sadiq(ə) dövrlərin də onların dərs deməyə imkanı olduğundan kifayət qədər hədis çatıb bizə.İmam Sadiq(ə)-ın 4000 tələbəsi olub,siz təsəvvür edin hərəsi 5 hədis desə,ravilər qeyf etsə artıq 20.000 hədis olur.Bunun da nəticəsidir ki,çoxlu sayda hədis var bizdə.
Digər İmamlar(ə) məlum olduğu kimi zindanda və ya sarayha olublar.Onların diqqəti cəlb edəcək şəkildə hədis deməsi mümkünsüzdür.İmam Kazım(ə) 27 il zindanda,İmam Rza(ə) Tusda olub.Digər İmamlar(ə) da eləcə.İmam Həsən Əsgərini(ə) daim nəzərətdə saxlayırdılar.Belə bir şəraitdə onların İmam Baqir(ə),İmam Sadiq(ə) kimi hədis deyib,rahat bir şəkildə dərs demələri mümkünsüzdür.
İnşəllah,Ağa İmami Zaman(əf) gələndə doyacağımız qədər hədis deyər)))
Vəssalam.
P.S Güman edirəm kifayət edər...
P.S.S səhvim olsa qeyd etməkdən çəkinməyin(müraciət hamıyadır)

Сообщение отредактировал Kanan_313N: 13 марта 2011 - 03:05


#33 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 18 апреля 2011 - 14:18

Əbu Hüreyrə deyir: “Günlərin biri Peyğəmbər(s)-in qızı (Osmanın həyat yoldaşı) Rüqəyyənin evinə getdim. Rüqəyyə əlində daraq qarşıma çıxdı və dedi: Elə indicə Peyğəmbər (s) burada idi və mən onun saçını darayırdım. Sonra məndən soruşdu: Əbu Əbdullah (Osman) necə adamdır? Dedim: O yaxşı adamdır. Buyurdu: Onu hamıdan əziz tut. Xasiyyət baxımından mənə hamıdan yaxın olan odur

Rüqəyyə hicrətin 3-cü ilində Bədr döyüşü ərəfəsində vəfat etmişdir. Əbu Hüreyrə isə hələ o zaman islamı qəbul etməmişdi. O islamı yalnız Xeybər döyüşündən sonra qəbul edib müsəlman oldu.Əbu Hüreyrə heç zaman görmədiyi qadını necə görüb ?

Bu sualın cavabı həqiqətən mənə maraqlıdır ?


Bu rəvayyət hansı kitabda keçir?Mənbəni yaz,sonra danışaq.


Uzun zamandır burda yox idim

ok mənbəni tapan kimi yazacam

Zillət bizdən uzaqdır !


#34 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 12 июня 2011 - 23:59

Əslində əhli-sünnətin 2 cür 3 xəlifə anlayışı var-defakto və deyuro.
Deyuro 3 xəlifə-Əbu Bəkr, Ömər və Osmandır.
Defakto 3 xəlifə-Aişə, Abdullah ibn Ömər və Əbu Hüreyrədir. İkinci dəstə 1-ci dəstəni var edib. 1-ci dəstəni dəyərləndirən 2-ci dəstədir. Əhli-sünnə əqidə və fiqhini formalaşdıran 2-ci dəstədi. Mən deyərdim burada Aişədən sonra 2-ci siyasi fiqur Əbu Hüreyrədir.

Сообщение отредактировал al-Islam: 12 июня 2011 - 23:59

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#35 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 13 июня 2011 - 01:16

Yox!!! Bihərdə gələn ravayəti deyirəm (13/18):

جاء في البحار 18/13 باب معجزات النبي في استجابة دعائه" نقلا عن الخرائج : أن أبا هريرة قال لرسول الله صلى الله عليه وآله وسلم إني أسمع منك الحديث الكثير أنساه ، قال : أبسط رداك قال : فبسطته فوضع يده فيه ثم قال : ضمّه فضممته، فما نسيت كثيرا بعده .



Fəsil - Peyğəmbərin (sallallahu aleyhi və səlləmin) duasının qəbul olunmasındakı möcüzə

Əbu Hureyra peyğəmbər sallallahu aleyhi və səlləmə deyir: Mən səndən çoxlu hədis eşidirəm və onu unuduram. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Ridanı sər (yerə). Mən də sərdim. Əlini qoydu onun içinə və sonra dedi: Onu bük və mən də bükdüm. Və mən bundan sonra çox şeyi unutmadım.



MƏn sən dediyin "ŞİƏLƏRİN ƏBU HURƏYRƏNİ TƏRİFLƏMƏSİNİ" Biharda tapa bilmədim axı... Bir link yerləşdirə bilərsənmi girib ordan ŞİƏLƏRİN RƏVAYƏT EDİB TƏSDİQLƏDİYİ bu Hədisi və bu HƏDİS VASİTƏSİLƏ ƏBU HURƏYRƏNİ TƏRİFLƏMƏSİNİ ordan oxuyum ? :rolleyes:

Yamam öis doldurublaraa beynivizi :rolleyes:

Cavab gözləyəcəyəm! Əgər bu istifadəçi cavab verə bilmirsə cavab verən başqa kimsə varsa buyursun!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#36 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 06 января 2015 - 16:28

bu Yaşar Qurbanovun "Əbu Hureyrə müdafiəsi"ni haradan tapmaq olar? baxıram ki, linklər hamısı ölüb.

#37 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 06 января 2015 - 18:36

bu Yaşar Qurbanovun "Əbu Hureyrə müdafiəsi"ni haradan tapmaq olar? baxıram ki, linklər hamısı ölüb.



ваххабизм – это дистилированный суннизм

#38 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 07 января 2015 - 11:44

Arif qardaş, burada ümumi olaraq Əbu Hureyrə haqqında sünnü kitablarından məlumat verilir. Şiələrin Əbu Hureyrəyə qarşı dediklərindən müdafiə yoxdur.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru