Перейти к содержимому

Фотография

Əhzab surəsi ayə 33

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 44

#31 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 02 февраля 2012 - 10:22

26 cı postda deyirsiniz ki ---Şeytan haqqında olan ayə onun məqsədini bildirir və bu bütün insanlara yönəlmiş olan məqsəddir.

Sonra 29-cu pstda deyirsiniz ki ---bəli ayə müsəlmanlara xitab edir
Niyə bir mövqedən çıxış etmirsiniz?

bir mövqedən çıxış edirəm sadəcə olaraq müsəlmanların nasibilərdən bir fərqli cəhəti var. o da budur ki, səhvlərini gördükdə etiraf edirlər, daha nasibilər kimi üzərində həyasızca israr etmirlər. mən bu ayədən öncəki ayəyə yəni "ey iman edənlər" qisminə nəzər salmamışdım, onun üçün bütün insanların nəzərdə tutulduğunu zənn etmişdim. sonradan isə səhvimi gördüyüm üçün müsəlmanların nəzərdə tutulduğunu qəbul etdim.

sonra maidə surəsinin 6 cı ayəsini əhzab 33 cü ayəsi ilə birgə yazıb müqayisə edirsiniz.halbuki maidə 6 cı ayə əhzab 33 cü ayənin misli deyil.Çünki maidə 6 cı ayədəki يريد feli ما ədatı ilə işlənib ancaq əhzab 33 cü ayədəki يريد feili ilə انما ədatı ilə işlənib.Bu iki ayə qramtik düzümü baxımından eynilik təşkil etmədiyinə görə onları müqayisə etmək olmaz.

sən səfehsən və səfehliyindən nə dediyini bilmirsən. mən ayəni müqayisə etmirəm sənə açıq aydın sual verirəm:

مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلَٰكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.

Miadə surəsi 6-cı ayə

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
Ey əhli-beyt! Allah ancaq sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!

Əhzab surəsi 33-cü ayə

sual: Allah c.c bütün müsəlmanları təmizləmək istəyir yoxsa ancaq Əhli Beyti? özüdəki bir yerdə "sizi" deyərək müsəlmanları nəzərdə tutr, digər yerdə isə təmizləmək istəyini Əhli Beyt a.s ilə sərhədlədiyini deyir. Quranda ziddiyət var?

məhz bu səbəbdən mən Quranda qramatik quruluşu əhzab surəsin 33 cü ayəsi ilə eynilik təşkil edən maidə surəsinin 91 ci ayəsini misal kimi irəli sürdümki əhzab 33cü ayəni öz mislində olan bir ayə ilə müqayisə edəsiniz . Hər iki ayədə hasr ədatı işlənib və hər iki ayədə hasr ədatı iradə feilinin önünüdə işlənib və hər iki hasr ədatının hədəfə aldıqı nişan şeyin bütünü yox şeyin bir qismidir.Mənə iki ayə arasında fərqi göstərmədən məna fərqinin olduqunu deməyin .Buyurun davam edin...

hər iki ayədə hasr ədatı vardır, lakin birinci ayədəki ədat Şeytanın məqsədindən danışır.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنْصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ ۖ فَهَلْ أَنْتُمْ مُنْتَهُونَ
Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.
Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?

Maidə surəsi 90-91-ci ayələr

burada Allah c.c iman gətirənlərə yəni müsəlmanlara xitab edir və onlara deyir ki, Çeytanın məqsədi sadəcə bu pis işlədir. burada "innəma" hasr ədatı Şeytanın əməllərini sərhədləndirir yoxsa Şeytanın əməllərinin sadəcə müsəlmanlarla sərhədli olduğunu demir. çünkü Şeytanın bu pis əməlləri etdirmək istəyi sadəcə müsəlmanlara üçün deyil bütün insanlar üçündür. yəni burada hasr Şeytanın niyətinə yönəlikdir o sadəcə bu cür pis işlər etmək istəyir.

amma ikinci ayəyə gəldikdə isə:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
Ey əhli-beyt! Allah ancaq sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!

Əhzab surəsi 33-cü ayə

burada artıq hasr Allah c.c-ın təmizləmək istədiyi şəxslərlə bağlıdır. dəlili də budur ki, Allah c.c-ın iradəsi sadəcə Əhli Beyti a.s təmizləməkdən ibarət deyil, O c.c yağış yağmağını, kainatın idarəsini və s. kimi bizim bildiyimiz və bilmədiyimiz şeyləri də iradə edir. deməli ayədə mövcud olan hasr təmizləmənin sadəcə Əhli Beyt a.s ilə sərhədli olduğunu bildirməyə yönəlikdir.

əgər sənin üçün çox çətindirsə özünü yormağını məsləhət bilmirəm, məsləhət odur ki, səni əl-Albaninin əmizdirmə fətvası haqqındaki mövzuda gücəndirməyə çalışan qardaşlarından kömək alasan.

#32 cafari

cafari

    Mulazzim – lieutenant

  • Murid
  • 306 сообщений

Отправлено 02 февраля 2012 - 18:11

وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَىٰ ۖ وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Evlərinizdə فِي بُيُوتِكُنَّ qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin.أَهْلَ الْبَيْتِ Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!

ayədəndə göründüyü kimi ayınin əvvəli peygəmbərimiz saas xanimlarina buyutukunnə axrı isə qeyd olunmuş 1 evən gedir əhlilbeyti .
o evdə Ali İmran 61 də deyilən kəslərdir.
(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”
bütün hədislərdə orda İman Əli əs hz Xanım Zəhra sa və imam Həsən əs və İmam Huseyin əs olmuşdur.

ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِير

#33 sel

sel

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 28 сообщений

Отправлено 02 февраля 2012 - 21:14

sizin yazınız

sual: Allah c.c bütün müsəlmanları təmizləmək istəyir yoxsa ancaq Əhli Beyti? özüdəki bir yerdə "sizi" deyərək müsəlmanları nəzərdə tutr, digər yerdə isə təmizləmək istəyini Əhli Beyt a.s ilə sərhədlədiyini deyir. Quranda ziddiyət var?

mənim cavabım

Maidə 6 cı ayədə xitab bütün müsəlmanlara yox ancaq iman edənlərədir.Əhzab 33 cü ayədə انما kəliməsi səbəbi ilə çirkinliyin yox edilməsi hədəfinin ancaq əhli beyt olması qənaətində olub bunu Allahın təkvini iradəsi kimi yorumlayırsınızsa onda gərək şeytanın da iradəsinin önündə həsr ədatının işlənməsi səbəbi ilə şeytanın bu iradəsini təkvini hesab edib onun hiyləsinə düşənlərin ancaq iman əhli olduqunu qəbul edib, əhli beytin də iman əhli olduqu üçün şərab içib qumar oynadıqını etiraf etməlisiniz. Məgər Quranda ziddiyyət var?

siz yazırsınız

hər iki ayədə hasr ədatı vardır, lakin birinci ayədəki ədat Şeytanın məqsədindən danışır.

mənim cavabım

Hər iki ayədə istəkdən danışılır.Sözləri yerində dəqiq işlədin.

siz yazırsınız

burada "innəma" hasr ədatı Şeytanın əməllərini sərhədləndirir yoxsa Şeytanın əməllərinin sadəcə müsəlmanlarla sərhədli olduğunu demir.

Baxın ən incə məqam budur bunu başa düşsəniz hər şey aydın olacaq .Sizin dolaşdığınız məqam burdadır.Məhz bu ayədə hasr ədatı şeytanın muradını müsəlmanlar (daha doğrusu iman əhli ) ilə sərhədləyib.Yəni Hasr ədatının nişana aldıqı hədəf sizin düşündüyünüz kimi şeytanı əməlləri yox bir qrup insan dəstəsidir.Çünki ayədə ان يوقع بينكم məfulun bih əvvalu-dur (مفعول به الاول ) şeytanın əməlləri olan العداوة والبغضاء isə məfulun bin əs-səni-dir. (مفعول به الثاني )
Ona görə də hasr ədatının nişana aldıqı hədəf daxilində كم əvəzliyinin işləndiyi məfulun bih əl əvvalu-dur .Bu əvəzlik isə ayədə zikr edilən iman əhlinin əvəz edicisidir.
siz yazırsınız

amma ikinci ayəyə gəldikdə isə: burada artıq hasr Allah c.c-ın təmizləmək istədiyi şəxslərlə bağlıdır.

mənim cavabım

Elə maidə 91 ci ayədə də hasr ədatının nişana aldıqı hədəf müəyyən şəxslərdir

Сообщение отредактировал sel: 02 февраля 2012 - 21:21

#34 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 03 февраля 2012 - 10:54

Maidə 6 cı ayədə xitab bütün müsəlmanlara yox ancaq iman edənlərədir.

hə olsun elə.

Əhzab 33 cü ayədə انما kəliməsi səbəbi ilə çirkinliyin yox edilməsi hədəfinin ancaq əhli beyt olması qənaətində olub bunu Allahın təkvini iradəsi kimi yorumlayırsınızsa onda gərək şeytanın da iradəsinin önündə həsr ədatının işlənməsi səbəbi ilə şeytanın bu iradəsini təkvini hesab edib onun hiyləsinə düşənlərin ancaq iman əhli olduqunu qəbul edib, əhli beytin də iman əhli olduqu üçün şərab içib qumar oynadıqını etiraf etməlisiniz. Məgər Quranda ziddiyyət var?

bu mənim sualıma cavab deyil. sualı təkrar edirəm:

مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلَٰكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.

Miadə surəsi 6-cı ayə

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
Ey əhli-beyt! Allah ancaq sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!

Əhzab surəsi 33-cü ayə

sual: Allah c.c bütün müsəlmanları təmizləmək istəyir yoxsa ancaq Əhli Beyti? özüdəki bir yerdə "sizi" deyərək müsəlmanları nəzərdə tutr, digər yerdə isə təmizləmək istəyini Əhli Beyt a.s ilə sərhədlədiyini deyir. Quranda ziddiyət var?

və əlavə olaraq, bunu da qeyd etməliyəm ki, Şeytan təkvini vilayətə sahib deyil. bunu bilirsiniz? yoxsa sizin dininizdə şeytan kafirlərə yaxşılıq və saleh əməlləri öyrətməklə bərabər təkvini vilayətə də sahibdir?

Hər iki ayədə istəkdən danışılır.Sözləri yerində dəqiq işlədin.

Baxın ən incə məqam budur bunu başa düşsəniz hər şey aydın olacaq .Sizin dolaşdığınız məqam burdadır.Məhz bu ayədə hasr ədatı şeytanın muradını müsəlmanlar (daha doğrusu iman əhli ) ilə sərhədləyib.Yəni Hasr ədatının nişana aldıqı hədəf sizin düşündüyünüz kimi şeytanı əməlləri yox bir qrup insan dəstəsidir.Çünki ayədə ان يوقع بينكم məfulun bih əvvalu-dur (مفعول به الاول ) şeytanın əməlləri olan العداوة والبغضاء isə məfulun bin əs-səni-dir. (مفعول به الثاني )
Ona görə də hasr ədatının nişana aldıqı hədəf daxilində كم əvəzliyinin işləndiyi məfulun bih əl əvvalu-dur .Bu əvəzlik isə ayədə zikr edilən iman əhlinin əvəz edicisidir.

bu səfehcə söylənmiş bir sözdür. çünkü hər kəs bilir ki, Şeytanın əməlləri sadəcə müsəlmanlar ilə sərhədli deyildir. Şeytanın əməlləri bütün insanlar üçündür. sən bu sözləri söyləmək ilə demiş olursan ki, Şeytan sadəcə müsəlmanlar arasında pis işlər görmək istəyir. həqiqətə isə Şeytan sadəcə müsəlmanlar arasında yox, bütün insanlar arasında bu pis işləri görmək istəyir və ona görədə buradaki hasr Şeytanın niyətinə yönəlikdir, insanlara deyil.

#35 sel

sel

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 28 сообщений

Отправлено 03 февраля 2012 - 18:12

yazırsınız

bu mənim sualıma cavab deyil. sualı təkrar edirəm: sual: Allah c.c bütün müsəlmanları təmizləmək istəyir yoxsa ancaq Əhli Beyti? özüdəki bir yerdə "sizi" deyərək müsəlmanları nəzərdə tutr, digər yerdə isə təmizləmək istəyini Əhli Beyt a.s ilə sərhədlədiyini deyir. Quranda ziddiyət var?

cavabım

Allah həm bütün iman əhlini həm də əhli beyti təmizləmək istəyir amma bu istək təkvini istək deyil.Əhzab surəsinin 33 cü ayəsində mənə Allahın istəyinin təkvini olmasına dəlalət edən bircə məqam belə göstərə bilmədiniz.انما ədatının təkvini iradəyə mütləq olaraq dəlil kimi göstərməyiniz isə sizi şeytanın da iradəsinin təkvini olmasını qəbul etmək məcburiyyətinə sürükləməlidir.Ona görə də yarı yoldan bu mülahizələrinizdən də geriyə rucu(رجوع) etdiniz.

siz yazırsınız

görədə buradaki hasr Şeytanın niyətinə yönəlikdir, insanlara deyil.

subut edin .

#36 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 03 февраля 2012 - 19:09

Allah həm bütün iman əhlini həm də əhli beyti təmizləmək istəyir amma bu istək təkvini istək deyil.

bu necə olur? halbuki bir ayədə bütün iman edənləri, digərində isə ancaq Əhli Beyt a.s-ı təmizləmək istədiyini deyir?

Əhzab surəsinin 33 cü ayəsində mənə Allahın istəyinin təkvini olmasına dəlalət edən bircə məqam belə göstərə bilmədiniz

göstərə bilmədim? sən hələ sualın cavabı haqqında gücən.

انما ədatının təkvini iradəyə mütləq olaraq dəlil kimi göstərməyiniz isə sizi şeytanın da iradəsinin təkvini olmasını qəbul etmək məcburiyyətinə sürükləməlidir.Ona görə də yarı yoldan bu mülahizələrinizdən də geriyə rucu(رجوع) etdiniz.

təəssüflər olsun ki, sadəcə vəhhabi həyasızlığı və qəribə vəhhabi dini ilə üzləşdim. ikinci sualımı da təkrar edirəm: vəhhabi dinində Şeytanın təkvini vilayəti var?

subut edin

burada sübut etməli olan sizsiniz. çünkü mövzuya daxil olub bu ayədəki hasrın iman edənlərə sərhədləməyə yönəlik olduğunu, həmçinin Şeytanın təkvini vilayəti olduğunu iddia edən sizsiniz.

#37 Youthcolour

Youthcolour

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 26 сообщений

Отправлено 27 февраля 2012 - 16:46

Şiələr Əhzab surəsi ayə 33 əldə bayraq tutaraq 14 nəfəri məsum kimi qələmə verirlər.Görək əslində həqiqətdə nə cürdür.
İnnəmə yuridullahu liyuzhibə ankumur ricsə əhləl beyti: Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.
..............
2.Ayədə məlum olur ki Allah Təala onlardan çirkinliyi yox eləmək istəyir lakin bunu felən olduğunu qəbul etmək ağlasığmazdır. Beləki Allah Təala digər ayələrdə də bu barədə buyurub : Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz. İndi əgər yuridullahu kəlməsini əldə bayraq edib bunu məsumluğa aid edirsinizsə onda gərək əvvəlki misal çəkdiyim ayəyə əsasəndə bütün ümməti məsum bilərsiz.

Maidə 5 surəsinin 6-cı ayəsində Allahın imana gələnlərə qarşı çətinlik yaratmaması və onların təmizlənməsi qədəru şəriyyədir (şərtidir).Şərti olmağına bir nömrəli və açıq aşkar dəlalət elə ayənin içindədir.Allah Təala imana gələnlərə bir sıra göstərişlər/əmrlər/tövsiyyələr edir.Öz növbəsində imana gələnlərin bu göstəriş/əmr/tövsiyyələrin düzgün yerinə yetirib yetirməməsi sual altındadır. Ayənin axırındada Allah Təala buyurur ........bəlkə şükür edəsiniz.

Yəni açıq aydın görünür ki burada Allahın imana gələnləri təmiz etmək istəyi qədəru şəriyyədir (şərtidir).

http://www.quran.az/5/6

Indi isə keçək Əzhab 33 surəsinin 30-33 - cü ayələrinə və tutuşduraq onları Maidə 5 surəsinin 6-cı ayəsi ilə

Сообщение отредактировал Youthcolour: 27 февраля 2012 - 16:48

Muslim.Şiə.

#38 Youthcolour

Youthcolour

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 26 сообщений

Отправлено 27 февраля 2012 - 16:53

Baxaq Əzhab 30-33 də olan şərtlərə :

Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın. :flowers1:

Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. :flowers1:

Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. :flowers1:

http://quran.az/quran/index/33/page:2

Bax gül əlavə etdiyim şərtlərin hamısı qadınlara cəm şəkildə olan müraciətdir.Əli , Həsən və Hüseyn barədə burada söhbət gedə bilməz.

Bax bu isə :
Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. - kişilərə aid cəm şəkildə müraciətdir.

Yəni ailənin qadınlarına aid ola bilər , amma tək onlara aid olması mümkün deyil.Burada kişilərdə olmalıdı.Yəni artıq bu cümlədə Əli , Həsən , Hüseyn ayəyə daxil olur.

Amma göstərdiyim kimi Əli , Həsən və Hüseynə aid heç bir göstəriş/şərt yoxdur ki , deyəsən ki Allahın bu istəyi onlara qarşı qədəru şəriyyədir(şərtidir).

Muslim.Şiə.

#39 Youthcolour

Youthcolour

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 26 сообщений

Отправлено 27 февраля 2012 - 17:09

Sual yaranır :
Əgər - Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir - onların hamısına aiddirsə və əl qədəru şəriyyə (şərti) mənasındadırsa , onda Əli və onun ailəsi qarşısında qoyulmuş şərtlər hanı ?

Yox əgər - Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir -onların hamısına aiddirsə və əl qədəru kovniyyə (şərtsiz) mənasındadırsa , onda niyə Peyqəmbərin zövcələri qarşısında tələblər qoyulur ?

Axı bir cümlənin içində , eyni kütləyə qarşı müraciətdə Allahın həm şərti , həm şərtsiz istəyi ola bilməz.

Əvvəla Maidə 5/6 , Əzhab 33/33 -ilə heç müqaisəyə getmir - təmizlənmə , pak olma barədə sözlər Əzhab 33/33-də xüsusi vurğu ilə verilir , Maidə 5/6-da isə belə deyil.Bunu ayələrin tərcüməsindən də görmək olur.

Sonrada kı hətta müqaisənin özü belə imaməti qəbul etməyənlərin əleyhinə işləyir.İkisinin arasında seçim qarşısında qalırlar : 1.Həmin cümlədə ancaq Peyqəmbərin zövcələri/qadınlar nəzərdə tutulub və Allahın onlara qarşı istəyi şərtidir. 2. Həmin cümlədə ancaq Əli və onun ailəsi nəzərdə tutulub və Allahın onlara qarşı istəyi şərtsizdir.

Yuxarıda göstərdiyim kimi 1-ci variant mümkün deyil - tək zövcələr/qadınlar ola bilməz ,qramatik qaydaya görə ən azından bir və ya bir neçə kişi bu cümlədə nəzərdə tutulub.

Qalır ikinci variant.Əlhəmdulillah.

Anlaşılmayan məqam qaldısa - buyurun , soruşun.

Muslim.Şiə.

#40 Malik Eshter

Malik Eshter

    Mulazzim – lieutenant

  • Murid
  • 371 сообщений

Отправлено 29 февраля 2012 - 11:21

Allah sizi hifz etsin, elminizi kamil etsin, inşəllah!

Malik qorxub yavaşıyan, acizliyə düşən, tez tərpənmək ağla, ehtiyata daha uyğun olan zaman durub gözləyən, ehtiyatla hərəkət etmək məsləhət olduğu zaman tələsən adamlardan deyildir.

Hz.Əli (ə.s) - Nəhcül Bəlağə, VII - 13

#41 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 01 июня 2012 - 17:41

[font="Palatino Linotype"]Şiələr Əhzab surəsi ayə 33 əldə bayraq tutaraq 14 nəfəri məsum kimi qələmə verirlər.Görək əslində həqiqətdə nə cürdür.
İnnəmə yuridullahu liyuzhibə ankumur ricsə əhləl beyti: Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.

SubhanAllah! ))

Sən nə bilirsən ki, yazdığın həqiqətdi ?

Ömər , əxican, niyə görə hər dəfə yekə-yekə danışır , yekə-yekə iddialar edirsiz ?

Sən ayənin izahını, şərhini, Allah rasulunun (s.a.s) özündən yaxşı bilirsən, ya Allahın özündən yaxşı bilirsən ?

Yoxsa, sizdə belə "dahi şəxsiyyətlər" mövcuddur ki, ayənin izahını Allah va rasulundan (s.a.s) yaxşı bilir ? )

Həqiqətən də tutduğun iradlar gülünc və mənasızdı. Hələ bir utanmadan-qızarmadan bu mənasız iradları "həqiqət " də adlandırmısan )

Nə isə )

Gələk iradlarıva :

İradlar.
1. İlk öncə ayə keçmiş zamanı əhatə eləmir .

Budu sənin iradın ?

Qurani-Kərimdə bir çox ayələr var ki, keçmiş zaman formasında işlədilir. Halbuki, hələ baş verməmiş, məsələn, qiyamət günü baş verəcək hadisəələrdən bəhs edilir.

Sənin məntiqinlə götürsək, o zaman artıq qiyamət baş verib qurtarıb, nə sənün , nə də mənim budan xəbərimiz olmayıb. ) Axı, bu ayələrdəki fellər keçmiş zamanda işlədilib, gələcək zamanda işlədilməyib. Qiyamət isə GƏLƏCƏK zamanda olucey ) Elə deyil əxican ? )

Daha ətraflı fikrimi izah edim

BU sənin ŞƏXSİ FİKRİNDƏ ya alimlərivizin fikridi ?

Tamam... "et bakalım!"

Allah Təala burda əhli beyti çirkinliklərdən tər-təmiz eləmək istəyir. Yəni bunlarda çirkinlik olub vaxti ilə və Allah əhli beytdən çirkinliyi yox eləmək istəyir. Bu isə şiələrin əqidələri ilə ziddir.Beləki şiələr 14 nəfəri anadan olandan məsum hesab edirlər. Halbuki ayədən zahir olan budur ki onlarda çirkinlik olub və Allah əhli beytdən çirkinliyi yox eləmək istəyir.

Yaxşı deyək ki, onlarda çirkinlik olub ( HAŞA! ) və Allahu subhənəhu və təala sonradan onları bu çirkinliklərdən təmizləmək istəyib.

İndi sən de görək Allahu təala sonradan onları bu çirkinliklərdən təmizləyib, ya sonradan bu fikrindən vaz keçib ? )

2. Gördündüyü kimi, "çirkinliklər" sözündə , yəni, "rics" sözündə "əlif-ləm" var. YƏni, "Ər-rics" ... Bu da özündə "BÜTÜN ÇİRKİNLİKLƏR"-i cəm edir. Sənün sözündən belə çıxır ki, əhli-beyt (ə) -də qabaqlar BÜTÜN ÇİRKİNLİKLƏR ... Xəbislik, namərdlik, ikiüzlülük və s. digər BÜTÜN çirkinliklər mövcud olub, sonra da ALlah bunları təmizləmək istəyib.

Amma, ayədən bilinmir ki, Allah istədiyini reallaşdırıb ya yox , düzdü ? )

SubhanAllah! )

Sən adi insanların ən xəbis insanlara belə arzuladıqlarını İDDİA EDİRSƏN Kİ, Allah əhli-beyt (ə) haqqında istəyib. Məsələn, deyək ki, mən də istərdim ki, BÜTÜN çirkinlikləri özündə cəm edən sizin ağavız Muaviyə Allah qarşı çıxmazdı, Allahın rasuluna (s.a.s) , xəlifəsinə qarşı çıxmazdı. Həəə... Mən də istədim... Amma, olmadı ...

Sən deyirsən ki, Allah da BÜTÜN ÇİRKİNLİKLƏRƏ malik olan əhli-beyti (ə) təmizləmək istəyib. Sonra təmizləyib , təmizləməyib ?

SubhanAllah! )

Elə danışırsan ki, elə bil bir ananın NARKAMANLARA QOŞULUB PİS YOLA DÜŞMÜŞ, AVARA ADAMLARA QOŞULMUŞ ÖVLADI haqqında arzuladığı, istədiyi "TƏMİZLƏNMƏDƏN" danışırsan )

Allah səni islah eləsün! )

Bundan əlavə!

Sizin iddianıza görə əhli-beytə (ə) peyğəmbərin (s.a.s) xanımları da daxil idi . İndi deyirsən ki, onlar da BÜTÜN ÇİRKİNLİKLƏRƏ malik olublar ? )

SubhanAllah! )

Yəni, sən hətta, xanım Aişə haqqında da bu iddianı edirsən ki, xanım Aişə BÜTÜN ÇİRKİNLİKLƏRƏ BULAŞMIŞDI, ALlah da istəyirdi ki, onları paklasun.. Amma... Amma, noldu ? istəyini reallaşdırdı , ya reallaşdırmadi ?

Darıxma əxican ... yavaaaaş-yavaşşş ardını oxu inşaAllah )

2.Ayədə məlum olur ki Allah Təala onlardan çirkinliyi yox eləmək istəyir lakin bunu felən olduğunu qəbul etmək ağlasığmazdır.

Əhsən səndəki "ağıla, düşüncəyə, təfəkkürə" ... Sən nə "gözəl bir əqidəyə" sahibsənmiş əxican !)

Deməli, sənün sözündən belə çıxır ki, məsələn, xanım Aişə BÜTÜN ÇİRKİNLİKLƏRƏ BULAŞMIŞDI. ALlah da istəyirdi ki, onu və digər əhli-beyt(ə) mənsublarını təmizləsin...Amma, felən bu iş baş vermədi elədi əxican ? )

Beləki Allah Təala digər ayələrdə də bu barədə buyurub : Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz. İndi əgər yuridullahu kəlməsini əldə bayraq edib bunu məsumluğa aid edirsinizsə onda gərək əvvəlki misal çəkdiyim ayəyə əsasəndə bütün ümməti məsum bilərsiz.

Əxican , xahiş edirəm, get bu variantlarıvızı öz aravızda bir ibirivizə gəlün! )

BU mənasız iradları səndən qabaq da tutanlar olub. Böyük İslam alimi Şeyx Məkarim Şirazi ( Allah onu hifz eləsün! ) bu mənasız iradı çox gözəl şəkildə cavablandırıb ki, eynilə burda yazıram :

Əvvəldə işarə etdiyimiz kimi, Allahın ayədə qeyd olunan iradə və istəyi “təşrii” yox, “təkvini” iradə və istəkdir. Başqa sözlə, Allah-taala Əhli-beytə günahlardan çəkinmək göstərişi vermir. Çünki bu ilahi göstəriş (günahlardan çəkinmək) təkcə “Kisa” əhlinə deyil, bütün müsəlmanlara ünvanlanmışdır. Mə’lum olur ki, Allahın təkvini iradə və istəyi ilə Əhli-beyt (ə) bütün günahlardan pak, şərdən və nəfsani istəklərdən uzaqdır. Şübhəsiz ki, Allah-taala Öz iradə və istəyinə qarşı çıxmaz. Bə’zilərinin Allah-taalanın Öz iradəsinə qarşı çıxdığını deməsi tam nadanlıqdandır. Maddi aləmdə ilahi istəyə hansı amil mane ola bilər?! Əlbəttə, bu yalnız o zaman baş verə bilər ki, ilahi iradə və istək müəyyən bir şeylə şərtlənsin və həmin şərt də gerçəkləşsin. Mə’lum olduğu kimi, “Təthir” ayəsində ilahi iradə mütləqdir və heç bir şeylə şərtlənməmişdir.
Bə’ziləri deyirlər ki, bu fikir Peyğəmbərin (s) bütün səhabələrinin, xüsusilə Bədr müharibəsində iştirak edənlərin də mə’sum olduğunu nəzərdə tutur. Çünki Allah-taala səhabələr haqda da belə buyurmuşdur: “Allah sizi pak-pakizə qərar vermək, ne’mətini sizə tam çatdırmaq istəyir. Bəlkə, Onun ne’mətləri müqabilində şükür edəsiniz!”
Təəssüflər olsun ki, təəssübkeşlik odu şö’lə çəkib alovlandıqda, hər şeyi bürüyüb külə döndərir. Qur’ani-kərimdə Bədr müharibəsi haqda belə bir ayə yoxdur və həmin müharibə ilə əlaqədar nazil olan ayə yalnız budur:

وَیُنَزِّلُ عَلَیْکُم مِّن السَّمَاء مَاء لِّیُطَهِّرَکُم بِهِ وَیُذْهِبَ عَنکُمْ رِجْزَ الشَّیْطَانِ

“Allah sizi pak-pakizə etmək və Şeytanın çirkinliyindən təmizləmək üçün səmadan sizə yağış endirdi!”
Aydındır ki, bu ayə Bədr müharibəsi zamanı yağışın yağması müsəlmanların ehtiyaclarının ödənməsi, onların qüsl və dəstəmaz almaları ilə bağlıdır və bunun bizim mövzumuza heç bir aidiyyatı yoxdur. Lakin təəssübkeş alim bütün səhabələrin pak və günahsız olduğunu sübut etmək üçün ayənin əvvəlinə diqqət yetirmədən, yalnız “li-yutəhhirəkum” (sizi təmizləmək üçün) fe’lini əsas götürür. “Və lakin yuridu li-yutəhhirəkum...” (Allah sizi pak-pakizə qərar vermək, ne’mətini sizə tamamlamaq istəyir. Bəlkə, Onun ne’mətləri müqabilində şükür edəsiniz!) cümləsi isə Bədr döyüşçülərinə aid deyil və qüsl, dəstəmaz və təyəmmüm ayəsinin davamıdır. Mə’lum olduğu kimi, İslamda qüsl, dəstəmaz və təyəmmüm də paklıq nişanəsidir. Həmin təfsir aliminin bu ayəni “Bədr” döyüşü ilə əlaqələndirməsi, qüsl, dəstəmaz və təyəmmümlə bağlı məsələni “ismət və günahsızlıq” bəhsi ilə qarışdırması çox maraqlıdır!

Odur ki, əxican, sənə hiyləgərlik edərək məsələləri bir-birinə qatıb şübhələr yaratmağa çalışma!

Ayədən də göründüyü kimi, iki ayənin mənası eyni deyildir.

Bundan əlavə !

Əxican, lap tutalım ki, sən dediyin düzdü və Allahu təala səhabələrdən də ÇİRKİNLİYİ uzaqlaşdırmaq istəyir )

Yenə də sən dediyin nəticə alınmır )

Çünki, səhabələr üçün deyilən "ÇİRKİNLİK" sözü içərisində "BÜTÜN" çirkinlikləri cəm eləmir ki, bu da məsumiyyəti lazımlı etmir. Çünki, məsumiyyətdə bütün çirkinliklər yox olur. Halbuki, səhabələr haqqında deyilən "çirkinlik"-də "əlif-ləm" yoxdur. Amma, əhli-beyt(ə) üçün deyilmiş çirkinlikdə "əlif-ləm" mövcuddur və "BÜTÜN ÇİRKİNLİKLƏR"-i nəzərdə tutur ki, bu da məsumiyyəti açıq-aşkar lazımlı edir )

Yenə də qayıdaq əvvələ.

Sənin çox "ağıllı" bir iradın olmuşdu .

Yazmışdın ki,

İlk öncə ayə keçmiş zamanı əhatə eləmir

Deməli, sən يُرِيدُ اللَّه yəni, "Allah istəyir" sözünə əsasən deyirsən ki, "ALLAH İNDİ İSTƏYİR" eləmi ?

Yəni ki, fel indiki zamandadı, keçmiş zamanda deyil.

ALlah indi istəyir ki, onları pak-pakizə etsin, deməli, haçansa pak-pakizə olmayıblar eləmi ? )

SubhanAllah! )

Belə mənasız iradı Ancaq vahabi tuta bilərdi )

BU iradıvın da cavabını yenə də böyük islam alimi Şeyx Nasir Məkarim Şirazinin ( Allah onu hifz eləsün! )

izahı ilə izah edəcəyəm inşaAllah. Şeyx ( Allah onu hifz elsəün! ) buyurur :

Başqa bir sual yarana bilər ki, əgər ayə beş nəfərin ismət və günahsızlığına aiddirsə, nə üçün “yuridu” (istəyir) fe’li indiki zaman formasında işlədilmişdir? Əgər onlar mə’sumdurlarsa, nə üçün “Allah əzəldən sizin pak olmağınızı istəmişdir” yox, “Allah sizin pak olmağınızı istəyir” buyurulmuşdur?
Əgər bu irad Qur’an ayələrində işlədilən “yuridu” (istəyir) ifadəsi ilə birgə araşdırılsa, əsla şübhə yeri qalmaz. Çünki Qur’anın əksər ayələrində bu söz keçmişdən indiyə, indidən gələcəyə qədər zamanı bütünlüklə əhatə edir. Başqa sözlə, keçmiş, indiki və gələcək zamanlar hər üçü bu sözlə ifadə olunur və aşağıdakı ayələr buna sübutdur:
وَمَا اللّهُ یُرِیدُ ظُلْمًا لِّلْعَالَمِینَ
“Allah aləmlərə əsla zülm etmək istəmir!”
َ یُرِیدُ اللّهُ بِکُمُ الْیُسْرَ وَلاَ یُرِیدُ بِکُمُ الْعُسْرَ
“Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir!”
یُرِیدُ اللّهُ أَن یُخَفِّفَ عَنکُمْ
“Allah üzərinizdə olan çətinliyi asanlaşdırmaq istəyir!”
Şübhəsiz ki, bu ayələrdə Allah-taalanın keçmişdə zülm etməsi, insanların çətinlikdə olmasını istəməsi və sonradan öz qərarından dönüb, onun əksinə çıxması nəzərdə tutulmur. Əksinə, bu ayələrdə Allah-taalanın istəyi bütün zamanları əhatə edir. Qur’ani-kərimdə şeytan haqda belə buyurulur:
وَیُرِیدُ الشَّیْطَانُ أَن یُضِلَّهُمْ ضَلاَلاً بَعِیدًا
“Şeytan onları çox uzaq olan bir azğınlığa sürükləmək istəyir!”[7]
إِنَّمَا یُرِیدُ الشَّیْطَانُ أَن یُوقِعَ بَیْنَکُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِی الْخَمْرِ وَالْمَیْسِرِ

“Şübhəsiz ki, şeytan şərab və qumarla aranıza ədavət və kin-küdurət salmaq istəyir!”[8]
بَلْ یُرِیدُ الْإِنسَانُ لِیَفْجُرَ أَمَامَهُ
“Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyir!”[9]
Bu ayələrdə də şeytanın insanları azğınlığa sürükləməsi, yaxud şərab və qumarla onların arasında ədavət və kin yaratması bütün zamanlara aiddir. Üçüncü ayədə buyurulduğu kimi, nankor insan həmişə günah və çirkin işlərə meyllidir və buna görə də qiyamət gününü danır.
Qur’ani-kərimdə “yuridu” (istəyir) fe’linin bütün zamanlara aid olmasını göstərən yuxarıdakı altı ayədən əlavə, (müddəamızı təsdiqləyən) ayələr də var. Beləliklə, “Təthir” ayəsi Allahın istək və iradəsinin bütün zamanlara aid olduğunu, “Kisa” əhlinin, mə’sum imamların həmişəlik paklığını göstərir.

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#42 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 01 июня 2012 - 18:05

Ömər, sənin bu "keçmiş zaman, indiki zaman" iradıva altı dənə ayə yazılıb ... Qalan beş ayənin izahını istəmirəm .

Sən bu mənasız iradıvızın batil edilməsi üçün Şeyxin ( Allah onu hifz eləsün! ) gətirdiyi ilk ayəni, Ali-İmran surəsinin 108-ci ayəsini bir mənim üçün izah elə görüm )

Allahu təala buyurur :

وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِلْعَالَمِينَ

Allah aləmlərə haqsızlıq etmək istəmir.

Burda da , eynilə sən əhzab surəsində irad tutduğun zaman, irad tutduğun sözdü ) . Burda da . İNdi sənin bu "dahiyanə" iradundan belə çıxır ki, ALlah qabaqlar aləmlərə zülm etmək istəyirdi, amma, sonra istəmədi ? ))

Allah sizi islah eləsün! ))

SubhanAllah!

Sənin sözündən belə çıxır ki, nəinki, əhli-beyt (ə) hətta, Allahın özü də bir zamanlar qeyri-məsum ( HAŞA) olub )).

Axı, bir zamanlar o da zülm edib, sonra zülm etmək istəməyib ( HAŞA! ) ..Elədi əxican ? )

"Əhsən" süzün əqidəvizə!

Allaha verdiyi ağıl nemətinə görə şükür edirik!

#43 cihad

cihad

    Jundi – Soldier

  • Ibtidai
  • 3 сообщений

Отправлено 10 июля 2012 - 00:24

#44 cihad

cihad

    Jundi – Soldier

  • Ibtidai
  • 3 сообщений

Отправлено 10 июля 2012 - 00:25

Allah elmivize bereket versin qardash

#45 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 10 июля 2012 - 12:57

Allah elmivize bereket versin qardash

Allah sizdən razı olsun qardaş

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru