bir mövqedən çıxış edirəm sadəcə olaraq müsəlmanların nasibilərdən bir fərqli cəhəti var. o da budur ki, səhvlərini gördükdə etiraf edirlər, daha nasibilər kimi üzərində həyasızca israr etmirlər. mən bu ayədən öncəki ayəyə yəni "ey iman edənlər" qisminə nəzər salmamışdım, onun üçün bütün insanların nəzərdə tutulduğunu zənn etmişdim. sonradan isə səhvimi gördüyüm üçün müsəlmanların nəzərdə tutulduğunu qəbul etdim.26 cı postda deyirsiniz ki ---Şeytan haqqında olan ayə onun məqsədini bildirir və bu bütün insanlara yönəlmiş olan məqsəddir.
Sonra 29-cu pstda deyirsiniz ki ---bəli ayə müsəlmanlara xitab edir
Niyə bir mövqedən çıxış etmirsiniz?
sən səfehsən və səfehliyindən nə dediyini bilmirsən. mən ayəni müqayisə etmirəm sənə açıq aydın sual verirəm:sonra maidə surəsinin 6 cı ayəsini əhzab 33 cü ayəsi ilə birgə yazıb müqayisə edirsiniz.halbuki maidə 6 cı ayə əhzab 33 cü ayənin misli deyil.Çünki maidə 6 cı ayədəki يريد feli ما ədatı ilə işlənib ancaq əhzab 33 cü ayədəki يريد feili ilə انما ədatı ilə işlənib.Bu iki ayə qramtik düzümü baxımından eynilik təşkil etmədiyinə görə onları müqayisə etmək olmaz.
مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلَٰكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.
Miadə surəsi 6-cı ayə
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
Ey əhli-beyt! Allah ancaq sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!
Əhzab surəsi 33-cü ayə
sual: Allah c.c bütün müsəlmanları təmizləmək istəyir yoxsa ancaq Əhli Beyti? özüdəki bir yerdə "sizi" deyərək müsəlmanları nəzərdə tutr, digər yerdə isə təmizləmək istəyini Əhli Beyt a.s ilə sərhədlədiyini deyir. Quranda ziddiyət var?
hər iki ayədə hasr ədatı vardır, lakin birinci ayədəki ədat Şeytanın məqsədindən danışır.məhz bu səbəbdən mən Quranda qramatik quruluşu əhzab surəsin 33 cü ayəsi ilə eynilik təşkil edən maidə surəsinin 91 ci ayəsini misal kimi irəli sürdümki əhzab 33cü ayəni öz mislində olan bir ayə ilə müqayisə edəsiniz . Hər iki ayədə hasr ədatı işlənib və hər iki ayədə hasr ədatı iradə feilinin önünüdə işlənib və hər iki hasr ədatının hədəfə aldıqı nişan şeyin bütünü yox şeyin bir qismidir.Mənə iki ayə arasında fərqi göstərmədən məna fərqinin olduqunu deməyin .Buyurun davam edin...
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنْصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ ۖ فَهَلْ أَنْتُمْ مُنْتَهُونَ
Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.
Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?
Maidə surəsi 90-91-ci ayələr
burada Allah c.c iman gətirənlərə yəni müsəlmanlara xitab edir və onlara deyir ki, Çeytanın məqsədi sadəcə bu pis işlədir. burada "innəma" hasr ədatı Şeytanın əməllərini sərhədləndirir yoxsa Şeytanın əməllərinin sadəcə müsəlmanlarla sərhədli olduğunu demir. çünkü Şeytanın bu pis əməlləri etdirmək istəyi sadəcə müsəlmanlara üçün deyil bütün insanlar üçündür. yəni burada hasr Şeytanın niyətinə yönəlikdir o sadəcə bu cür pis işlər etmək istəyir.
amma ikinci ayəyə gəldikdə isə:
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
Ey əhli-beyt! Allah ancaq sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!
Əhzab surəsi 33-cü ayə
burada artıq hasr Allah c.c-ın təmizləmək istədiyi şəxslərlə bağlıdır. dəlili də budur ki, Allah c.c-ın iradəsi sadəcə Əhli Beyti a.s təmizləməkdən ibarət deyil, O c.c yağış yağmağını, kainatın idarəsini və s. kimi bizim bildiyimiz və bilmədiyimiz şeyləri də iradə edir. deməli ayədə mövcud olan hasr təmizləmənin sadəcə Əhli Beyt a.s ilə sərhədli olduğunu bildirməyə yönəlikdir.
əgər sənin üçün çox çətindirsə özünü yormağını məsləhət bilmirəm, məsləhət odur ki, səni əl-Albaninin əmizdirmə fətvası haqqındaki mövzuda gücəndirməyə çalışan qardaşlarından kömək alasan.