Отправлено 30 декабря 2010 - 15:16
Bismillah,həə,səhih sayırlar
Əbu Hureyrə nəql edib: Rəsulullahdan (s) eşitdim deyirdi: “İlahi Muhəmməd də bir bəşərdir. Adi bəşər necə qəzəblənir o da o cür qəzəblənir. Mən səninlə əhd peyman bağlamışam. İlahi mənimlə bağladığın peymana xilaf etməyəsən! Hər vaxt bir mömini incitsəm ya ona nasəza desəm və ya ona şallaq vursam etdiyim əməli onun üçün kəffarə kimi qərar ver. Həmin əməli Qiyamətin günündə onun üçün sənə yaxın olmağa vasitə qərar ver”(Səhih Muslim kitab 45, əl-birr vəssilə vəl-ədəb bab 25, mən ləənəhunnəbiy (s) ov səbbəhu ov dəa ələyhi cild.4, səh 2008 hədis 2601 mətbəə “daru ihyautturas” Beyrut, Səhih Buxari kitabuddəəvat, bab qovlunnəbiy (s) mən azəytəhu..... cild 8, səh 435 “darul-qələm” Beyrut)
“Get Muaviyəni mənim yanıma çağır” Mən Muaviyəni çağırmağa getdim. Muaviyə dedi:- mən yemək yeyirəm. Mən Rəsulullahın yanına qayıdıb Muaviyənin yemək yediyi üçün gəlmədiyini xəbər verdim. Rəsulullah (s) yenə də təkidlə Muaviyəni onun yanına çağırmağı əmr etdi. Mən ikinci dəfə yenə də onun yeməyə məşğul olduğunu xəbər verəndə Rəsulullah (s) dedi: “Allah heç vaxt onun qarnını doyuzdurmasın”(Səhih Muslim kitabul-birri vəssilə 2/968, hədis 1827 mətbəə Darussəlam Məkkə)
Əbu Hureyrə nəql edib: Cəm namazı qılmaq üçün camaat cərgələri qurdular. Rəsulullah (s) gəlib namazdakı yerində duranda yadına düşdü ki, qusl etməyib, camaata tərəf dönüb dedi:-“Yerinizdə durun!” Sonra Rəsulullah (s) qusl etmək üçün evinə qayıtdı. Bir qədər keçəndən sonra Rəsulullah (s) saçlarını darayan halda bizə tərəf qayıtdı. Biz cərgələrdə durduğumuz halda o qusl etmişdi. (“Sünəne Əbu Davud” kitabuttəharət bab 94, 1/110, “Səhih Buxari” kitabulazan, bab iza qaləl imamu məkanəkum hətta rəcəə 1/ 164)
Huzeyfə nəql edib:- “Rəsulullahın (s) ilə bir qəbilənin zibillərini tulladıqları xarabalığa yetişəndə Həzrət (s) orada dayanıb ayaq üstə bovl etdi. Mən bir qədər uzaqda dayandım. Rəsulullah (s) dedi: Yaxın gəl. Mən də o qədər yaxın getdim ki, onun arxasında dayandım. Rəsulullah (s) dəstəmaz aldı və ayaqlarına məsh etdi”.(“Səhih Muslim” bab 29, əl-məsh ələl-xoffeyn hədis137, 1/116, “Səhih Buxari” kitabul vuzu, ayaq üstə və oturan halda bov etmək babu 1/66, “Sunəne Əbu Davud” kitabuttəharət, bab 12, ayaq üstə bovl etmək, cild 1, səh 53)
“Səhih Buxari” kitabına şərh yazmış Nəvəvi bu hədis haqda deyib:- “Rəsulullahın ayaq üstə bovl etməsinə görə alimlər o cümlədən Xəttabi, Beyhəqüi və s.... həmçinin Şafei bir neçə izahat söyləyiblər:
1. O zaman ərəblər bel ağrısını müalicə etmək üçün ayaq üstə bovl edərdilər. Deməli Rəsulullah (s) ayaq üstə bovl edəndə onun belində ağrı olub.
2. Beyhəqi deyib ki, ola bilsin Rəsulullahın (s) dizinin altında yara olub və o Həzrət bovl etmək üçün otura bilmədiyindən ayaq üstə bu işi görməyə məcbur olub.
3. Ola bilsin Rəsulullah (s) oturmaq üçün yer tapa bilmədiyindən ayaq üstə bovl etməyə məcbur olub. Çünki zibilliyin qarşı tərəfi yoxuş olub.
4. İmam Əbu Əbdillah Mazəri və Qazi Əyaz ® deyiblər: Rəsulullahın adətinə zidd olaraq ayaq üstə bovl etməsinin səbəbi bu ola bilər ki, qarşı tərəfdən (zibillikdən) nagəhan bir kəs çıxıb onu görməsin deyə o Həzrət ayaq üstə bovl etməyə məcbur olub. Buna görə də Ömər deyib ki, ayaq üstə bovl etmək arxanı gözləməkdən daha etibarlıdır.
5. Rəsulullahın adəti həmişə oturan halda bovl etmək olub, amma mümkündür ayaq üstə bovl etməsinin səbəbi camaata göstərmək istəyib ki, ayaq üstə də bovl etmək olar və Aişənin nəql etdiyi hədis “Hər kəs sizə nəql etsə ki, Rəsulullah (s) yalnız ayaq üstə bovl edərdi onun sözünü təsdiqləməyin” buna dəlalət edir”.(Səhih Muslim Nəvəvinin şərhi, kitabu təharət, bab əl-məsh əla xoffəyn cild 3, səh 165)
Rəsulullahın (s) həyat yoldaşı Aişə nəql edib:- “Birimiz heyz olanda Rəsulullah (s) ona fitə (qurşaqdan aşağıya parça) bağalamağı əmr edərdi və ondan sonra yaxınlaşq edirdi” (Səhih Muslim 3-cü kitab heyz, bab 7, 1/135 hədis 177, Səhih Buxari kitabul heyz, 1/83)
Aişə deyir: “Mən heyz olduğum halda mənə fitə bağlamağı əmr edərdi və sonra mənimlə yaxınlıq edərdi” (Musnəde Əhməd ibn Hənbəl , musnəde Aişə cild 6, səh 209, 113, 134, 143)
Əlbəttə İbn Həcər Əsqəlani hədisdə “mubaşirət” sözünün cinsi əlaqə yox bədənin digər üzvləri ilə təmasda olması kimi izah etməyə çalışıb. (“Fəhul bari” kitabul heyz, bab 5, cild 1, səh 403) -yuxarıdakılarla əlaqəli olduğunda yazdım.
Amma səhv ediI:Ərəb dilində ən mühüm lüğətnamələrdən olan “lisanul-ərəb” kitabında (1/413) deyilir:- “mubaşirət” yəni “mucamət”(cinsi yaxınlıq).
Quani-kərimin kəlimələrini araşdıran “Məcməul-Bəhrəyn”:-“başiruhunnə” ey “camiuhunnə” (yəni cinsi əlaqədə olun).
Aişə ® nəql edib: “Rəsulullah məsciddə bir kişinin Quran oxuduğunu eşidəndə dedi: Allah ona rəhmət etsin. Filan surədən və filan surədən yaddan çıxartdığım filan ayəni və filan ayəni yadıma saldı” (Səhih Buxari, kitabu şəhadat, bab şəhadətu ə`əma, cild 3, səh 225, Səhih Buxari kitabu də`vat bab qolullahi təala “və səlli ələyhim.. ” cild 8, səh91)
Mən bilmirəm məhzəb təəssübkeşlərinə Allah qiyamətdə nə cəza verəcək,amma yaxşı cəza verəcəyinə əminəm.İnsan bu qədər təəssükeş olarmı ki,Allahın Rəsuluna şər ata üstəlik namusuna toxuna.