hənbəli əgər sən sələfisənsə,onda əqidəvə zidd gedən hədisi necə izah edəcəksən ?
ən 1 ci hər özünə şiyə deyən kafir sayılmaz,
şiyə ola bilər ki,nədənsə bərəkət almağı şirk saysın,rədd eləsin!
ona görə ehtiyatli ol !
Doğru deyirsən mən də şiəyəm. Mən həqiqi şiəyəm, yəni həqiqətən Əlinin tərəfdarıyam. Əli (rad) bizim sələfimiz olur.
Bizim də əqidəmiz budur ki, dini onların dövründə yaşanılan kimi yaşayaq və onların başa düşdüyü kimi başa düşək.
Mən İnşəAllah sən dediyini nəzərdə tuturam.
sözü uzatmayim keçim əsas məsələyə
lüğəti mənası Təbərrük "əl-Bərəkə" sözü ilə əlaqədar olaraq "bərəkət istəmək", "bərəkət ummaq" anlamındadır. "Əl-Bərəkə" isə "ziyədəh" (artım) və "Nəməə" (çoxalma) kimi izah olunur.
şəriyyətdə isə
təbərrük qeyb aləmindən Allahın heç bir dəlil göndərmədiyi bir şeyə,bir əşyaya zənnlərnən ümüd bağlayıb,şəfa tapmaq,cəsarət tapmaq,şücaət tapçaq mənasını verir.
Burda bir məsələ var:
Allahın dəlil göstərdiyi təbərrük şirk deyil. Buna icazəli təbərrük deyilir.
Allahın dəlil göstərmədiyi təbərrük isə şirk hesab olunur.
3.Əsma b. Əbubəkrdən belə dediyi rəvayət edilmişdir: "… İşdə Hz. Peyğəmbərin (s) cübbəsi! (…) Aişə vəfat edənə qədər bu cübbə onun yanında idi. O vəfat edincə mən götürdüm. Rəsulullah (s.ə.v) onu geyərdi. İndi biz də onu xəstələr üçün yıxırıq; onunla şəfa tələb edilir." - Müslim, "Libas", 10.
bu hədisə link qoy. İnşəAllah müzakirə edək. Bu hədisi axtardım tapa bilmədim.
şübhə yox ki,mənə görə bu hədisə inanan, insan şirkdədir.
məs peyğəmbərin cübbəsi olduğu üçün,
şəfa istəyirlər Allahdan,yəni fikir burda burda çübbənin materialından söhbət getmir.
məs kiməsə aid olduğundan gedir.buna aid bir misal verim
Sən niyə iddia edirsən ki, məhz Peyğəmbər (s) cübbəsi olduğuna görə təbərrük edirlər.
Sən elə fikirləşirsən ki, səhabələr şirkin nə olduğunu bilmirdilər.
Bəlkə səhabələrin dəlili var idi ancaq bu hədisdə o qeyd olunmayıb?
rəsul s.ə.v. sağlığında rəsul s.ə.v. bir qonaqlıqda, ev yiyəsinə deyir ki,
get bayırda olan müsəlmanlarıda yeməyə çağır.ev yiyəsi cağırır,lakin qazanda 5 nefer insan üçün yemək olur.
gelenlərin sayı isə 200 nefrden çox olur.
rəsul s.ə.v. deyir ki, sən o qazanı gətir qoy önümə.
və rəsul s.ə.v. hər dəfə əlini atır,və ordan tikə ət çixardıb müsəlmanlara verirdi.
beləliklə balaca qazandan hardasa 200 nəfərdən çox adama ət verir,xəndək döyüşündə.
və bundan sonra evin yiyəsi demədi ki, bu qazan bərəkətlidir,buna 1 kq ət atırsan əvəzində 100 kq ət çıxarırsan.
eynilədə Yusuf.ə. köynəyi də buna misaldır
şübhə yox ki, bütün bunlar rəsullara verilən ayələrdir ki, insanlar şübhə etməsin ki, bunlar Allahın rəsullarıdı.
Doğrudur.
şübhə yox,kimsə rəsul s.ə.v paltarını ,saçını ondan yadıgar saxlaya bilər, lakin onun əşyalarından bərəkət ummaq isə
şirkdir.və onlar isa.ə. səhabələrinin gününə ola bilsin düşüblər.
dəlil olmadan bərəkət ummaq şirkdir, bəs dəlil varsa necə?
Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən. 5.118
və yaxud da bütün bu hədisləri səhabəlirin adından uydurublar belədə ola bilər.
bunu Allah bilir.
Bu hədislər alimlər tərəfindən araşdırılır. Hədislərin araşdırılması ilə bağlı bir az oxu. Hansı şərtlər qoyulur. Mütəvatir hədis nədir. Səhihlik üçün hansı şərtlər qoyulur.
Mən bilmirəm yuxarıdakı hədis səhih olunur yoxsa yox.
Hətta hədis səhih olarsa biz aşağıdakı məsələlərə diqqət yetirməliyik:
1) biz səhabələri şirkdə ittiham edə bilmərik. Çünki ola bilər onlar bu məsələnin dəlilini biliblər. Onlar üçün bu icazəli təbərrük olub.
2) Biz belə təbərrük edə bilmərik. Çünki biz bunun dəlilini bilmirik. Dəlil olmayan bir şey vasitəsilə təbərrük etmək olmaz.
Hədislərdən belə başa düşülür ki, Peyğəmbər (s) vaxtında icazəli olan və olmayan təbərrüklər var idi.
Məsəllən Peyğəmbər (s) qəbri ilə təbərrük qadağan idi.
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölüm xəstəliyi gəldikdə əynindəki paltarını üzünə çəkdi. Sonra özünə gəldikdə paltarı çəkib üzünü açdı və elə vəziyyətdə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Bununla Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz ümmətini onların etdiklərindən çəkindirirdi.
Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonuncu xəstəliyində belə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Daha sonra Aişə (Allah ondan razı olsun) sözünə davam edərək deyir: "Əgər bu qadağa olmasaydı, onun qəbiri hündür edilərdi. Belə ki, onun qəbirinin səcdəgah ediləcəyindən ehtiyat edilirdi"
yəndə deyirəm rəsullar sağ oldu, və ya vəfat etdi, kimsə bilə bilməz ki, onların əşyalarında bərəkət,şəfa var !
bu qeybi məsələdir. və bunu Allah rəsullara bildirər ancaq.
daha bu cür yox. hansısa xəstəlikdə istifadə etsin.
ən qəribəsi odur ki,Əli ibn abu talibinin paltarindan kimsə bərəkət alarsa ,alimləriviz şirk adlandırıb.
bunlara aydınlıq gətir əgər yəqinlyin varsa əqidəndə !
bu hədislər səhihdir yoxsa ?
Doğru deyirsən elədir. Ancaq rəsullar sağlığında hansısa əşyasında ölümündən sonra da və konkret kimlərsə üçün də bərəkətli olduğunu bildirə bilər.
Təkcə Əli ibn Talibin (rad) əşyaları və ya qəbri ilə təbərrük etmək şirk deyil, ümumiyətlə dəlil olmayan istənilən əşya ilə təbərrük etmək şirkdir.
Heç vaxt Əlinin (rad) sağlığında onun vasitəsilə və paltarları vasitəsilə təbərrük etməyib.
Bir şeyi də qeyd edim.
Yuxarıdakı hədisdən nəticə çıxartmaq da düzgün deyil ki, istənilən əməlisaleh insanın istənilən əşyası ilə təbərrük etmək olar.
Əhli Sünnə heç nəyi şişirtmir və heç nəyi itirmir.