[font="Georgia"][size="3"]
'İstifadəçi' сказал(а) 06 Июл 2011 - 23:52:
Sənin söz anlamaqla aran yoxdur deyəsən.
Cümə namazının nə dəxli var bura, ay insan, imam qeybdə olsa da ona beyət vacibdir, qeybdə olmasa da. Çünki bütün hallarda imam Yer üzündə Allahın höccətidir. Sənin gözün onu görsə də o Huccətullahdır, görməsə də. Sənin gözün onu görsə də sənin ona beyətin olmalıdır, görməsə də.
Cümə namazının qılınması şər'i bir məsələdir və şəriətə görə, onun vacib olması üçün imamın cismən aşkar olması şərtdir. Beyətdə isə belə bir şey şərt deyil. Elə olsaydı, qeyb dövründə beyət müvəqqəti olaraq vacib sayılmazdı ki, İslama görə də belə bir şey yoxdur. Əgər Əli (ə)-dan bu yana hər bir zamanda Yer üzündə məsum imam varsa, həmin zamanda yaşayanların ona beyət etməsi vacibdir. Gözlə görsələr də, görməsələr də.
Sizin müctəhidlər isə insanları bu beyətdən yayındıraraq, əvəzində özlərinə təqlid etdirməklə insanları guya beyəti əmələ gətirməklərinə inandırıblar. Guya elə beyət budur, belə olmalıdır. Adı imamın, dadı müctəhidlərin. Ümumiyyətlə, vacib olan beyət və qeyb dövründə onun üsulu haqda danışmayaraq, onu bir kənara ataraq, əvəzində özlərinə milyonlarla müqəllid yığaraq, hakimiyyətlərini əldən vermək istəməyiblər. Özlərini imam naibi kimi qələmə veriblər. Camaatı inandırıblar ki, onlar elə imamla görüşür, ondan göstəriş alır, bir sözlə, onların idarə etdiyi hakimiyyəti guya elə İmam (ə) özü idarə edir. İranda qurduqları tağut rejimlə insanlarda islama, şiəliyə qarşı ikrah hissi yaradıblar. İslamı o cür tanıdıblar. Yanlarına gələnlərə əl, çiyin öpdürüblər, qarşılarında təzim edənlərə qarşı etiraz etməyiblər. Hamısı da mənsəb, hakimiyyət, vəzifə hərisliyindən irəli gəlib. Nəticədə də, özlərindən din düzəltmiş olublar. Hansı ki, bu "dində" müctəhidə təqlid, məsum imama beyətdən üstündür və onu əvəz edir.
İndi İranda baş verənləri məndən yaxşı bilirsən. Yaxşı bilirsən ki, Xameneyi hakimiyyətinin çökməsinə az qalıb. Bunun səbəblərini də yaxşı bilirsən. Siz bir də ayılacaqsız ki, müctəhidləriniz də gedib, onların qurduqları tağut hakimiyyət də, ancaq siz hələ də [size="5"]imamın vilayətini dərk edib, ona beyət etməmisiz.
Burda sizi kimsə öz dədəsinə beyətə çağırmayıb, Yer üzünün məsum imamına beyətə çağırıb, hansı ki, nicatımız fəqət ona etdiyimiz beyətdədir.
Özüvüzü artistliyə qoymayın qaqaş! yazıqsız, heyifsiz, cavan adamlarsız ! azğınlığa düşüb ,müsəlmanlar arasında fitnə salıb şeytana qulluq eləməyin!
2.Çox özüvü ağıllı, imanlı, təmkinli, iftiradan zəhləsi gedən, böhtandan , yalandan, lağ-lağıdan zəhləsi gedən adam kimi göstərməyə çalışırsan amma, alınmır qaqaş! saxtakarların maskası tez cırılır.Necə varsan elə də görün!
"adı İmamın, dadı muctəhidlərin" və sair kimi lağ-lağı sözlər işlədə bilirsən, amma, başqalarını lağ-lağı etməkdə iddiham edirsən?
3.Cümənin bura o dəxli var ki, HANSISA BİR MƏSƏLƏ İMAMIN QEYBDƏ OLDUĞU DÖVRLƏ ,QEYBDƏ OLMADIĞI BİR DÖVR ARASINDA FƏRQLİ ola bilər.
4.Deməli, sən deyirsən ki,İMAM İNSANLARIN ARASINDA OLMASA CÜMƏ NAMAZI VACİB DEYİL.Zəhmət olmasa buyur bu sözün dəlilini öz "QƏDİM ALİMLƏRİVİZDƏN" gətir!
Ağlıva görə burda yazıb tökmə! Din məgər sizin üçün dukan zaddı ki, dünən dükanıvızda filan mallar yox idi, bu gün təzə mallar gətirəsiz, ürəyiviz istəyəni satıb, ürəyiviz istəyəni alasız ? Buyur dəlillərivi gətir!
5.SƏn deyəsən söz qanmırsan ki, AY MƏXLUQ, imam qeybdə olanda da, iman camaatın arasında olanda da , kimliyindən , vəzifəsindən asılı olmayaraq hər bir şiə imamla beyəti təzələyir, imamla əhd bağlayır.ƏHD duası eşitmisən heç ? Cameyi-Kəbirə ziyarətnaməsi eşitmisən, oxumusan, bilirsən orda nələr deyilir ? BİLİRSƏNSƏ BUYUR YAZ GÖRÜM ZİYARƏTNAMƏNİN SON SÖZLƏRİNDƏ NƏ DEYİLİR ? bunun bizim məsələ ilə birbaşa dəxli var!
6.Ağzıva gələni danışırsan, heç özün də bilmirsən nə danışırsan.Sən məgər nəuzubillah Allahsan ki, deyəsən İranda İSlam hokuməti nə vaxt çökəcək, nə vaxtacan qalacaq?
7.Məgər İslam hokuməti çöksə bu o deməkdir ki, haqlı hokumət deyildi ?
8.Ey Qafil, 12 imamın içində cəmi neçəsi hakimiyyətdə olub və ümumən 12 imamın ömrü neçə ildi? Bəs ümumən 12 imamın hakimiyyətdə olduğu dövr neçə ildi ?
9.Əgər hansısa munafiqlər Əliylə(ə) savaşdısa, bu ƏLinin (ə) şəhid edilməsi və haqq hokumətinin dağılmasıyla nəticələndisə bu o deməkdir ki, ƏLi (Ə) haqq yolda deyildi ?
10.Nəuzubilləh, mən Xameneyini Əliylə(ə) bir eləmirəm.Amma, sənin məntiqsizliyivə bundan gözəl misal ola bilməzdi ki, mən çəkdim.
11.SƏn hələ də qanmırsan ki, Bizim beyətimiz imamladı və imama sizdən daha yaxınıq.Çünki, əgər irandakı hokumət xeyirdisə biz düzgün qərar vermişik.Yox, əgər şərdisə nbiz yenə də düzgün qərar vermişik.Həəəə...Maraqlı gəldi sənə ?
Gəl sənə bala-bala,asta-asta izah eləyim ki, bəlkə bu yolla başa düşəsən.
12.Sən məsumlardan eşitməmisən ki, əgər iki şərdən başqa seçimin olmasa, iki şərdən ən xeyirlisini seçməlisən?
13.Tutalım ki, Xomeyninin qurduğu dövlətdə şərdi,Avropanın təklif elədiyi sistemdə.Xomeyni olmur kim olur olsun, belə olmur necə olursa olsun, İslami qaydalarla idarə olunan hokumətə əgər başçısı imamın(ə) özü deyilsə etiraz edirsən düzdü ? Deməli, hər bir halda İSlam hokumətini rədd edirsən və İmamın olmadığı dövrdə dövlətin qeyri-islam rejiminin ( məsllən biri elə Amerikan rejiminin) əlinə keçməsinə razısan! Düzdü ? Ey qafil, bunun ikisi də şərdisə sən niyə görə daha xeyirli olanı seçib, İslam hokumətini qəbul eləmirsən ( hətta, o naqisl olsa belə) ?
bax, görürsən ki, Allah sizə ağıl neməti verib, amma, onu işlədə bilmirsən.Deməli, biz hər iki halda verdiyimiz qərarı düz vermişik.Amma, siz qafillər, bu sapıq əqidəvizlə bilərək, ya bilmədən şeytana qulluq edirsiz! Üstəlik düşünürsüz ki, İmam (ə) sizdən razı qalacaq.(Sizin əqidəvizə görə) iki şərdən , daha da pisini, daha şərlisini seçib Allahın və imamın (ə) razılığını gözləyirsiz.Bundan böyük qafillik və cahillik ola bilərmi ?
Deyirsən ki, burda sizi İmama(ə) beyətə çağırırıq.Axı, siz bədbaxtlər, imamı tanımadığıvız halda necə onun beyətinə çağıra bilərsiz ?
Əgər imamıvızı belə tanıyırsızsa, buyurun ondan heç olmasa 10 dənə hədisi, original mətni ilə burda yazın!
Сообщение отредактировал 3_Rengli_HeyaT: 07 июля 2011 - 15:23