Отправлено 02 апреля 2009 - 05:45
Xosh gorduk dostlar, yazima bildirdiyiniz munasibetlere gore teshekkurler. Ister Palchiq istersede al-Fath adli istifadechinin fikri ile tam raziyamki bu forum umumi muzakire mekanidir ve her kesin oz fikrini ifade etmek haqqi var. Sadece dostlar, kechen defe fikrimi duz ifade etmedim, men eslinde onu demek isteyirdimki konkret olaraq meqalemin bir hissesini ve ya meqalemde bir fikri goturub onun etrafinda muzakireler aparaq. Onda daha asan olar neinki eyni vaxtda bir neche movzu achsaq. Bax artiq bir neche nefer oz fikrini bildirib ve her biri oz yazilarinda mueyyen suallar qaldiriblar. Indi men eger sizlerden bezilerine cavab yazsam , bezilerine yox bu bir nov onlara qarshi hormetsizlik olar. Ammaki gozel bilirsiz men tekem, ve hamiya cavab vermek sadece imkanim xaricindedir.
- Al-Fath , yazirsanki “forumda təhqir edənləri cəza gözləyir, fərqi yoxdur o kimdir” – qardash bu fikirlerini iki elle algishlayiram ve inaniramki bu sona qederde bele olacaq. Inaniramki aramizda fikir ayriligi olmagina baxmayaraq sonda bir dost kimi ayrilacayiq.
- Sonra yazirsan “Mən Sizin məsləhətinizə qulaq asaraq yazdıqlarınıza böyük şübhə ilə yanaşıram. inanmıram ki, Siz mənim kimi islama sid hisslər keçirəsiz, çünki yazınızı axıra kimi oxuduqda anladın niyə Siz islamdan üz döndərmisiz. Bu məhz Sizin ozuduğunuz kitablar ucbatından olub (Sirat ibn Hişam, ibn İshaq). Sizin kimi Salman Ruşdi də həmişə islama qarşı olan yazılarında Səhih Buxari və bu tip kitablara istinad edir. İslam dini qaranlıq ola bilməz, çünki qaranlıqda yaşayan ərəb və digər xalqları xilas etdi.”
Dostum, sen menim adimdan nece yaza bilersen? Neye gore sizler fikirleshirsinizki eger kimse islama qarshi bir shey yazirsa o adam hech vaxt muselman ve ya dindar olmayib. Bilirsinizmiki dine qarshi yazanlarin boyuk ekseriyyeti kechmishde qati dindarlar olublar. Men qardash islami onun dogum veteni olan Seudiyye Erebstaninda oyrenmishem ve ondan sonra ise diger ereb olkesinde dini biliyimi guclendirmek meqsedi ile ust uste texminen 3,5 il kechirmishem. Hetta Pakistanda indiki Taliban herakatinin ichinde olmusham – duzdur 4 ayliq gondermishdirler ammaki 2 aydan sonra qayitdim . Chunki orada ilk defe olaraq inamimi yox aglimi ishletdim, shubhe etmeye ve suallar sorushmaga bashladim. Bir shubhe o birisine, bir sual o biri suala aparib chixartdi ve 3 ilde elave olaraq daxilimde bir mubarize getdi, inana bilmirdimki bu qeder yanilmisham ve islam dini haqqinda yalan, uydurulmush sozlerle ozumu aldatmisham. Ele bilmeki bu chox asan bir sheydir. Sozlerime inanmaga mecbur deyilsen, sadece bildirmek isteyiremki eger men yazdiqlarima emin olmasaydim onu qazete vermezdim ve ya bu gun siznile burada muzakire aparmazdim. Elebetteki, sizlerden ferqli olaraq yene bildiriremki yanlish ola bilerem ve inaniramki mentiq ve delilerle bunu subut edeceksiniz.
O ki qaldi yazirsanki niye Ibn Ishaqa ve ya hedislere istinad edirem, dostum senden semimi bir cavab isteyirem umumiyyetle islam tarixi ve ya peygemberinizin heyati haqqinda bir shey oxumusanmi? Eger biz bu menbelerden imtina etsek umumiyyetle neinki Qurani basha dushmekden, hetta islamin bir chox “adetlerinden” mehrum olariq. Yox eger sehv ediremse, onda zehmet olmasa bu menbelere istinad etmeden, de gorum Zeyd ve ya Zeyneb (sure 33:37) ve ya Abu Leheb (sure 111) kimdirler? Ve ya namazi nece qilirsan ?
- Yazirsanki islam erebleri ve diger xalqlari qaranliqdan xilas edib – hansi melumata esasen bunlari yazirsan, hansi xalqi islam azad edib? Ona goredirmiki bu gun dunyanin en geride qalan, kasib, acliq ve cahalet ichinde mehv olan, savadsizligin bash alib getdiyi olker islam olkeleridir. Faktlara istinad ele, ozuvu aldatma dostum.
- Yazirsanki “ Biz əlbətdə ki, Sizinlə söhbət etməyə razıyıq, amma şəxsən mənim Sizi geriyə, dinə qaytarmaq fikrim yoxdur. Həmçinin Sizin fikirlərinizi də dəyişmək istəmirəm. Siz öz yolunuzu seçdiz, bu Sizin öz işinizdir. Amma, Siz yazırsız ki, "konkret olaraq, istinad etdiyiniz menbeyi gosterin"! Siz ki, dindən çıxmısız, bu halda bizim dəlilləri qəbul edəcəksiz?”
Dostum, adeten bir sheyi muzakire edende qarshi terefi inandirmaga ehtiyac yoxdur. Sen oz fikirlerini yazirsan mendeki oz fikirlerimi, burda esas rolu oxucular oynayirlar, onlar bizim fikirlerimizi oxuyub kimin haqli ve ya yanlish oldugunu mueyyen edirler. O ki qaldi menbelere, menim bashqa chixish yolum varmi? Istinad etdiyeim menbeler ya Quran, yadaki peygemberin olumunden 150-200 il kechdikden sonra mehz muselmanlar terefinden yazilan ya Sirat ul Resullulahdir, hedislerdir birdeki Quranin tefsirleri – qisasi men sizin menbelerden istifade edirem, bashqa menbeler yoxdurki.
Yazirsanki -
Gəlin Quranı və şəriəti təhrif etməyək və dəlillə danışaq. Siz nəyə əsasən əsir düşmüş qadınlarla cinsi əlaqəni fahişəlik adlandırırsız? Və birdə ki, xahiş edirəm fahişəliklə adi (halal) cinsi əlaqənin fərqini yazın. Tarixdən gördüyümüz kimi bütün müharibələrdə dinsizlər də əsir götürülmüş qadınları zörlayıblar (həmçinin onları və digər insanları qətlə yetirib, mallarını talan ediblər). Buna nəzərə alaraq necə olur ki, Siz onlara bəraət qazandırırsız, amma müsəlmanları ittiham edirsiz?
Dostum , 1-cisi esir dushmush qadinlarla cinsi elaqe fahishelik adlanmir, bu cinsi zorakiliq adlanir. Sonra, men harada dinsizlerin qadinlari cinsi zorlamasina beraet qazindirmisham – ayibdir axi qardashim adima iftira atirsan. Men umumiyyetle, tekce qadinlarin deyil, butun nov zorakiliga qarshiyam. Diger terefden, tarixin hansi dovrunde kishiler isteyiblerki onlari oldurub qadinlarina zorakiliq etsinler? Beli haqlisan muharibeler zamani bele sheyler olur, ammaki unutma Islam buna bir ideologiya olaraq resmi shekilde icaze verir, bashqa hech bir ideologiyada bele shey gormezsen. Ferz edekki, muharibelerde bele sheyler bash verir, bu Quranda yazilana beraet qazandirirmi? Axi sizlere gore bu allahin kitabidir? Dogurdanda inanirsan “merhemtli” allah bele iyrenc sheye revanc versin? Hansi muselman kishi isteyerki onu ya oldurub yadaki gozleri qarshisinda arvadini zorlasinlar, elbetteki hech kim, amma siz buna beraet qazandirirsiz. 1971-ci il Pakistan esgerleri Bangladesdhe hucum ederken 3 millyon adam oldurduler ve resmi shekilde texminen 250 min qadini (qeyri resmi 3 defe artiq) zorladilar, baxmayaraqki onlarda muselman idiler. Sadece Pakistanda din adamlari Banqladeshleri kafir adlandirdilar ve buda onlara bele iyrenc sheyi etmeye esas verdi, chunki Quran icaze verir. Yeri gelmishken eyni sheyi erebler bizi ishgal edende nenelerimizin bashina getiribler, teesufki onlarin neveleri bu vehshiliye bereat qazandirirlar.
O ki qaldi fahisheliye, Hedislerle yanashi, Quranda kifayet qeder sureler var – erebce bu muta adlanir. Bu gun Iranda gensih istifade olunur bu metoddan sige adi altinda. Bunu ilk defe xelife Omer qadagan etdiki biabirchiliqdir, ammaki shieler deyirlerki kimdi xelife Omer, Quranda allah icaze verir , peygember raziliq verib. Eger istesen bu barede genish muzakire aparariq.
- Shair adli istifadechi yazir “ Cinsi azlıqları filanı müdafiə etmək lazım deyil. İndi biz oğrunu, cinayətkarı həbs edib cəza verməsək nə olar? hərc mərclik. Bu cür azlıqlar da özlərinə qarşı cianyət edirlər + camaatı da yoldan çıxardırlar.”
Xahish edirem yazanda bir az mentigli dushunub yazin. Cinsi azliqla ogurlugun ve ya cinayetin ne elaqesi var? Elbetteki cinayetkarlar cezalanmalidir, ammaki cinsi azligin numayendesi ogurluq etmirse, kimise oldurmeyibse dovletin ne haqqi varki onu cezalandirsin? Sizlere gore onu allah yaradib, o biri dunyada allah onlari sehv yaratmagina baxmayaraq onsuzda yandiracaq, bele olan halda dovlet niye onlari oldurmelidir. Men shexse bir shexs kimi onlara hormet etmirem, ammaki basha dushuremki onlarda insandirlar ve bu onlarin tebietdir.
- Babulhavaij70 – e-maile gore teshekkur edirem, eger size cavab e-mail yazmasam inaniramki incimersiz, chunki ele burda oz fikirlerimiz bolushdure bilerik.
Mene Qurandan misal getirdin “” (Bəqərə surəsi111)قل هاتوا برهانکم ان کنتم صادقین
Yeqinki gozel bilirsenki bu aye yehudi ve xristianlardan delil isteyir muselmanlardan yox. Islamda ise muselmanlarin subut istemek haqqi yoxdur. Eger Mehemmedin heyatini oxusan, goreceksenki butperestler ondan subut isteyende deyirdiki onlar kar ve kordurlar. Muselmanlara ise Quranda aye var – onu shubhe etmeden oldugu kimi kor korane qebul etmek eks halda cehennem odu ile hedelenirler. El Meide 5 sure 102 aye
Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə (onlara aid olan hökmləri inkar edib yerinə yetirmədikləri üçün) kafir olmuşdu.
Yazirsanki Qurandan delilim varmiki, “cinsi azlıqlar daş qalaq olunaraq vəhşicəsinə öldürülməlidir” – dostum sen ilk novbede bunu Irandaki cinsi azliqlari asan, Seudiyye Erebstanda cinsi azliqlarin herden 100 dene shallaq vuran ve bezi hallarda boyunlarini vuran ve ya Taliban terefinden cinsi azliqlar ustlerine dash divarlar uchurdmagi emr eden din adamlarina ver. Yoxsa senin fikrince onlari islami yaxshi bilmirler senin kim? Bellke bunun eksi daha heqiqetdir?
Yeqin sheriet qanunlarinin ne oldugunu bilirsen, hedisleride oxumusan.
Ibn Abbas neql edirki, peygember soylemishdirki, eger evlenmeyen bir kishi bashqa kishi ile cinsi elaqeye girerse, onlari olenecen dashlayin. (Sunnah Abu dawud, cild 3, sehife 1245, nomre 4448) eyni sheyi 4447 de de oxuya bilersen.
Bashqa bi menbede: Peygember soylemishdirki, Lot ehlinin etdiyini tekrarlayan inasanlri oldurun, Ali iki neferi yandirmishdir, Abu Bekr ise onalrin ustune divar uchurdmushdur. (Mishkat, cild. 1, sehife. 765,)
Dostlar, artiq gecdir, ola bilerki kiminse fikirlerine tam cavab vere bilmedim, buna da esas sebeb vaxt azligidir, novbeti defe bosh vaxt ancaq bazar gunu tapa bilerem – ona gorede xahish edirem imkaninz daxilinde movzudan qiraga chixmayi. Diqqetinize gore haminiza teshekkur edirem.