Alın yazısı
#1
Отправлено 06 апреля 2009 - 18:21
Buyurun
#2
Отправлено 06 апреля 2009 - 19:19
Bismillah. İnsanın bütün ömrü əvvəlcədən yazılırmı? Yəni bir insan anadan olmadan öncə onun həyatı yazılır və o, o cürə də yaşayıb ölür. Belə bir şey varmı? Allahın ədalətinə bu sığırmı? Əgər belədirsə doğru yola çağıran peyğəmbərlər (s) nəyə gərəkdirlər? Əgər belədirsə qiyamət günü Allah Təala insanı necə cəzalandırar, axı Allah Təala zülm edən deyil! İnsanlar özləri özlərinə zülm edərlər. -ayə var.
Buyurun
Insanin butun omru evvelceden yazilsaydi, onda bize irade niye verilib? Ve imtahan edilmemizin ne menasi vardi?
Bu ilahi edalete sigmir.
Tebii ki, insanin iradesinden asili olmayan nuanslar var. O hadiseler ki, bizim secimimizden, irademizden asili deyil, beli, onlar yazidir. Allahin bize sechdiyidir. Meselen, doguldugumuz yer, zaman, ana-ata, Veten, millet, öldüyümüz tarix, genetik kodumuz, yeni Allahin bize verdiyi irsi zeka ve s. Bunlari secmek bizim elimizde deyil.
Heyatimizda yasadigimiz qalan seyler ise irademizden asilidir. Amma yene unutmayaq ki, iradeni de bize Allah verib, istediyi zaman da ala biler.
Vacib bir nuansi qeyd edim ki, Allah Alimdir, her seyi bilendir, bizim hansi meqamda hansi hereket edeceyimizi, nece davranacagimizi, her xırda nöqteni bele bilir. Bele bir yazi movcuddur. Yeni bizim ne edeceyimizi Allah bilir, amma onu biz edirik -Allahin verdiyi irade ile.
Qusurlu da olsa bir muqayise deyim. Bir muellim 2 telebesinin ne derecede savadi olduguna tam emindir, 1 gün evvelden onlarin qiymet kitabcasina 1ine ela qiymet, digerine "-" yazirsa, imtahan günü netice yazildigi kimi olursa, bu müellimin telebelerinin hemin o qiymeti almaga mecbur etdiyi menasina gelmir. Telebeler o qiymetleri ozleri aliblar, layiq olduqlari qiymeti. Amma müellim evvelceden bilirdi.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#3
Отправлено 07 апреля 2009 - 09:57
Allah Taala hər bir qulunu azad yaratmışdır və bizlərə müxtəlif cür şanslar yaratmışdır,bəzən bizlər bu şansı görmürük,yani istifadə edə bilmirik,qaçırırııq şansımızı,fürsətlər də bulud kimi ötüşüb keçir.Allahın bizə verdiyi ayaqlar bizi cənnətə də apara bilər,cahənnəmə də.Cənnətin acari insanın öz əlindədir.Allah Taala hər kəsə ağıl da vermişdir,baxır indi bu ağıldan kim necə istifadə edir.Görürsüz hansisa balaca bir səhv insanın bütün ömrünü puça çevirə bilir(Allah qorusun).Ümid edirəm ki,bizlər Allahın unudulmuş bəndələrindən olmarıq inşallah.Allah daim bizlərə düz yolda,haqq yolda olmağa yardımçı olsun inşallah və ömrünü islam təriqətinə uyğun tərzdə yaşayanlardan etsin
Amin Rabbil Aləmin
#4
Отправлено 07 апреля 2009 - 12:42
Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı, Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı. 143-144
Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu (küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı. Fusillət 17
... Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz....Ər-Rad, 11
Həzrəti Əli əleyhissəlamdan da belə bir hədis var: «Əgər günah və mə`siyət insanın öz ixtiyarı ilə olmasaydı, onda cinayətkar şəxsin barəsində qisas hökmü yersiz və o, qisas hökmündə məzlum olardı.»
Ayələrdən də aydındır ki, insanlar aqibətlərini öz davranişlarına görə qazanırlar.
Allah Təala mütləq ədalət sahibidir, Adildir. Təbii ki, insan öz davranışıyla və dualarıyla öz müqəddəratını dəyişə bilər. Əgər belə olmasaydı – yəni insan öz iradəsi və ya taleyi qarşısında seçim edə bilməsəydi, onda dualarımızın nə mənası olardi, Bəda fəlsəfəsi insanları bədbinlikdən, ümidsizlikdən, pessimizmdən xilas edir.
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#5
Отправлено 07 апреля 2009 - 20:05
#6
Отправлено 12 апреля 2009 - 14:36
Bismillah. İnsanın bütün ömrü əvvəlcədən yazılırmı? Yəni bir insan anadan olmadan öncə onun həyatı yazılır və o, o cürə də yaşayıb ölür. Belə bir şey varmı? Allahın ədalətinə bu sığırmı? Əgər belədirsə doğru yola çağıran peyğəmbərlər (s) nəyə gərəkdirlər? Əgər belədirsə qiyamət günü Allah Təala insanı necə cəzalandırar, axı Allah Təala zülm edən deyil! İnsanlar özləri özlərinə zülm edərlər. -ayə var.
Buyurun
şair, 1 si bütün nə baş verirsə ,istəyir indi,istəyir gələcəkdə, hamısı allahın hökmü altındadır,buna misal musa (ə) firanun sarayında böyüməsi.
o ki,qaldı
peyğəmbərlərin gəlişinə bu allahın bir mərhəmətidir,yanı onlar sadəcə xəbərdarlıq edirlər,heç bir peyğəmbər deyə bilməz ki,mən hidayət eləyirəm ,mən düz yola çəkirəm.duz yola yönəldən təkcə allahdır.
hətta elə peyğembər olub ki, 1 nəfər ona iman gətirib.
bu o demək deyil ki,peyğəmbər pis dəvət edib,əstəğfurlah,yox,sadəcə olaraq allah o insanlarda yaxşı bir cəhət görməyib.
sual verə bilərsənki,bəs allah o yaxşı cəhəti insanın qəlbinə sala bilərdi,axı?! niyə salmadı ?
bunun cavabıda odur ki,həddi-buluğa çatanda insan ,,allah onun qəlbinə (əgəg müşrük ailəsində ,batil inanclara meyl edirsə)qəm qüssə,narahatçılıq göndərir bəlkə döndü haqqı axtardı,yəni onu 1 ci dəfə necə gözəl yaratmışdırsa qəlbini,yəni həmin o tovhiddə qayıtsın ,yəni allah qəlblərə xəbərdarlıq eleyir,sonra demə ki,eləmir, sonra çətin vəziyyətdədə xəbərdarlıqı ,ölüm vəziyyənində dənizdə ve sair ....
buna misal
Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, (gəmilər də) içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha - dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”. 10\22
yəni allahın kafirlərə elədiyi xəbərdarliqların ardı arası kəsilmir
buna imam cəfər sadiqin sözlərini gətirirəm
“ Allah-taala Həzrət Adəm əleyhissalamı yaratdığı gündən Qiyamətə qədər yer üzü heç vaxt hüccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar hüccət olsun, istərsə də qeybdə və gizlində olan hüccət. Əgər yer üzündə ilahi bir hüccət olmasa, Allaha sitayiş olunmaz”
Bihərul -Ənvar,c 52,səh.92
bunlar hamısı qədər qəzə ilə bağli sözlər idi , bu məsələdə ağlını işə salan firqələrin aqibəti haqqında imam sadiq deyir.
əslində nə mütləq məcburiyyət var (allah tərəfdən) ,nədə ki,mütləq muxtariyyət,haqq bunların ikisi arasındadır.
bu məsəldə ağlını işə salan insan kafir olur,buna ancaq qəlbnən təsdiq etməlidir insan.
bu sözləri burda oxuya bilərsən
http://www.al-shia.r...eologii/ch2.htm
#7
Отправлено 13 апреля 2009 - 13:04
1. "Beda" anlayışı barede kitablarımızda kifayet geder melumat var. Bu barede oxuyun.
2. Şehid Mütehherinin [r.a] "İnsan ve tale" adlı deyerli eserine nezer yetirin.
İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم
#8
Отправлено 07 мая 2009 - 17:43
Imam Ali(a) (teqdir barede sorushan kishiye cavabindan): Derin bir ummandir onun ichinde batma. Erz etdi: Ey Emirel-mominin meni alin yazisindan agah et. Buyurdu: Allahin sirridir. Ozunu(onu oyrenmek uchun) zehmete salma. (uchuncu defe sorushdu) Ey Emirel-mominin meni teqdirden agah et. Buyurdu indiki israr edirsen bil ki, teqdir iki ishin arasindadir. ne alin yazisidir, nede ki, ishleri ozbashina buraxmaq.
#9
Отправлено 11 февраля 2010 - 19:14
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#10
Отправлено 12 февраля 2010 - 15:44
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)#11
Отправлено 12 февраля 2010 - 16:27
Bizim taleyimizin yazilmasinin menasi budur.Amma secim bizim ozumuzundur,Beda deyilen bir termin var ki,yeni insan oz emeliynen oz taleyini deyiwe biler,amma yenede bunuda Allah bilir ki,men hansisa emeli eleyejem ve onunda sayesinde Allah meni taleyimi deyiwir,ya omrum uzanir yadaki oz emelim neticesinde omrum qisalir.Sozsuz ki,bu menim bildiyim qederdi,sozsuz ki,Elm sahibleri daha deqiq bilir,biz onlarin yaninda en kicik insanlariq
#12
Отправлено 12 февраля 2010 - 18:02
Alın yazısı yoxdur...
Birmənalı olaraq "alın yazısı yoxdur" demək yanlış olardı. Sadəcə olaraq insan məhkum deyil.
Alın yazısı yoxdursa, niyə mən anamı-atamı özüm seçə bilmirəm? Niyə doğulduğum məkanı, mənsub olduğum milliyyəti, dünyaya gətirəcəyim uşaqları (daha istedadlı olsunlar, daha zəkalı, sağlam və s.) özüm seçə bilmirəm?
Bizdən asılı olan və olmayan amillər var. Amma hər ikisi Allah qatında bəllidir. Bizdən asılı olanları bizə veridyi iradə ilə biz seçirik, biz reallaşdırırıq, biz edirik. Amma o iradəni də bizdən istədiyi zaman ala bilər. Bu da bizim o iradəni necə istifadə etdiyimizdən asılıdır. Yuxarıda yazdığım hədis elə buna uyğun idi.
Heyder313 qardaş çox doğru qeyd edib.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#13
Отправлено 12 февраля 2010 - 21:48
Bir abid,butun gununu ibadet ve zikrle kecirir,bunu goren Hz.Cebrayil(a.s.) tecublenir ve deyir:Bu insan gor bir ne geder ibadet edir ve gunahdan cekinir,yegin ki,bu insan cennet ehlidir gedim bunun agibetine lovhi mehfuzda baxim.Hz.Cebrayil(a.s.) gedib lovhi mehvuzda onun taleyinin yazisina baxanda gorur ki,bu insanin agibeti cehennemlikdir ve gelib o, abid insana deyir:Ey beni adem sen ki, bu gader ibadet edirsen amma hec bir faydasi yoxdur,cunki senin yazina baxdim gordum sen cehennem ehlisen.Abid ise evezinde deyir:Allah Kerimdir bilmek olmaz.Hz.Cebrail (a.s.)yeniden gayidib onun yazisina baxir gorur ki,abidin agibeti xeyirlidir ve o, cennet ehlidir.
Yani hec neyi bilmek olmaz,lovhi mehvuzda Allahindir,insan oz emeli ve duasi ile taleyini deyishe biler.Allah teala hamimizin agibetini xeyirli elesin.Amin !
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
#14
Отправлено 12 февраля 2010 - 21:52
Alın yazısı yoxdur...
Birmənalı olaraq "alın yazısı yoxdur" demək yanlış olardı. Sadəcə olaraq insan məhkum deyil.
Alın yazısı yoxdursa, niyə mən anamı-atamı özüm seçə bilmirəm? Niyə doğulduğum məkanı, mənsub olduğum milliyyəti, dünyaya gətirəcəyim uşaqları (daha istedadlı olsunlar, daha zəkalı, sağlam və s.) özüm seçə bilmirəm?
Bizdən asılı olan və olmayan amillər var. Amma hər ikisi Allah qatında bəllidir. Bizdən asılı olanları bizə veridyi iradə ilə biz seçirik, biz reallaşdırırıq, biz edirik. Amma o iradəni də bizdən istədiyi zaman ala bilər. Bu da bizim o iradəni necə istifadə etdiyimizdən asılıdır. Yuxarıda yazdığım hədis elə buna uyğun idi.
Heyder313 qardaş çox doğru qeyd edib.
Bunları alın yazısına aid etmək məncə, doğru olmazdı. Bunlar həyatımızın başlanğıc və son nöqtələridir ki, (doğulma və s.) bunları çox vaxt "alın yazısı"na aid etmirlər. Alın yazısı deyəndə başımıza gələn hadisələrə və s. (el arasında) nəzərdə tutulur. O ki qaldı övladın necə olmasına, bunda valideynin roluna- bu haqda hədislər də var, bunun üçün (üzr istəyirəm) müvafiq kitablara müraciət etmək olar.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)#15
Отправлено 14 февраля 2010 - 15:26
Alın yazısı yoxdur...
Birmənalı olaraq "alın yazısı yoxdur" demək yanlış olardı. Sadəcə olaraq insan məhkum deyil.
Alın yazısı yoxdursa, niyə mən anamı-atamı özüm seçə bilmirəm? Niyə doğulduğum məkanı, mənsub olduğum milliyyəti, dünyaya gətirəcəyim uşaqları (daha istedadlı olsunlar, daha zəkalı, sağlam və s.) özüm seçə bilmirəm?
Bizdən asılı olan və olmayan amillər var. Amma hər ikisi Allah qatında bəllidir. Bizdən asılı olanları bizə veridyi iradə ilə biz seçirik, biz reallaşdırırıq, biz edirik. Amma o iradəni də bizdən istədiyi zaman ala bilər. Bu da bizim o iradəni necə istifadə etdiyimizdən asılıdır. Yuxarıda yazdığım hədis elə buna uyğun idi.
Heyder313 qardaş çox doğru qeyd edib.
Bunları alın yazısına aid etmək məncə, doğru olmazdı. Bunlar həyatımızın başlanğıc və son nöqtələridir ki, (doğulma və s.) bunları çox vaxt "alın yazısı"na aid etmirlər. Alın yazısı deyəndə başımıza gələn hadisələrə və s. (el arasında) nəzərdə tutulur. O ki qaldı övladın necə olmasına, bunda valideynin roluna- bu haqda hədislər də var, bunun üçün (üzr istəyirəm) müvafiq kitablara müraciət etmək olar.
Əksinə, bizim bütün həyatımız bizdən asılı olmayan həmin fundamentlər üzərində qurulur. Birinə Allah çox zəka verib, digəri ağıldan kəmdir. 1cisi həyatını zəkasına görə quracaq, amma o zəkanı necə istifadə edəcək, bu onun iradəsindən asılıdır. Bunlar da Allaha bəllidir.
Birinin atası alkagolikdir, anası da cani. Digərinin də ata-anası möminlərdir. Övlad bunlardan sorğu-sual olunmayacaq, bu yazıdır. Allah da yazdığı yazıya görə və qulun iradəsi daxilində hansı əməlləri etdiyinə görə haqq-hesab çəkəcək.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#16
Отправлено 15 февраля 2010 - 02:56
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#17
Отправлено 15 февраля 2010 - 11:26
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#18
Отправлено 15 февраля 2010 - 20:09
El arasında "alın yazısı" deyərək adlandırılan bizim "qəzavü qədər" adlandırdığımızdır yoxsa başqa bir şey?
İlk öncə bunu aydınlatmaq yaxşı olar
#19
Отправлено 15 февраля 2010 - 21:28
Süni mayalanma haqqında fikirlərinizi bilmək olar???Yani indiki zəmanənin cahil alimlərin etdiklərindən deyirəm..Orda insan uşaqlarını irqindən, milliyətindən seçə bilir, buna münasibət??Düzü Allahsızlığıdı, amma fakt ki, var belə şey, sizin buna münasibətiniz??Alın yazısı yoxdur...
Birmənalı olaraq "alın yazısı yoxdur" demək yanlış olardı. Sadəcə olaraq insan məhkum deyil.
Alın yazısı yoxdursa, niyə mən anamı-atamı özüm seçə bilmirəm? Niyə doğulduğum məkanı, mənsub olduğum milliyyəti, dünyaya gətirəcəyim uşaqları (daha istedadlı olsunlar, daha zəkalı, sağlam və s.) özüm seçə bilmirəm?
Bizdən asılı olan və olmayan amillər var. Amma hər ikisi Allah qatında bəllidir. Bizdən asılı olanları bizə veridyi iradə ilə biz seçirik, biz reallaşdırırıq, biz edirik. Amma o iradəni də bizdən istədiyi zaman ala bilər. Bu da bizim o iradəni necə istifadə etdiyimizdən asılıdır. Yuxarıda yazdığım hədis elə buna uyğun idi.
Heyder313 qardaş çox doğru qeyd edib.
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#20
Отправлено 15 февраля 2010 - 23:30
Sьni mayalanma haqqında fikirlərinizi bilmək olar???Yani indiki zəmanənin cahil alimlərin etdiklərindən deyirəm..Orda insan uşaqlarını irqindən, milliyətindən seзə bilir, buna mьnasibət??Dьzь Allahsızlığıdı, amma fakt ki, var belə şey, sizin buna mьnasibətiniz??
Necə yəni cahillik və Allahsızlıq? Əvvəl bunu anladın.
Сообщение отредактировал vusal114: 15 февраля 2010 - 23:31
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#21
Отправлено 16 февраля 2010 - 11:18
Süni mayalanma haqqında fikirlərinizi bilmək olar???Yani indiki zəmanənin cahil alimlərin etdiklərindən deyirəm..Orda insan uşaqlarını irqindən, milliyətindən seçə bilir, buna münasibət??Düzü Allahsızlığıdı, amma fakt ki, var belə şey, sizin buna münasibətiniz??Alın yazısı yoxdur...
Birmənalı olaraq "alın yazısı yoxdur" demək yanlış olardı. Sadəcə olaraq insan məhkum deyil.
Alın yazısı yoxdursa, niyə mən anamı-atamı özüm seçə bilmirəm? Niyə doğulduğum məkanı, mənsub olduğum milliyyəti, dünyaya gətirəcəyim uşaqları (daha istedadlı olsunlar, daha zəkalı, sağlam və s.) özüm seçə bilmirəm?
Bizdən asılı olan və olmayan amillər var. Amma hər ikisi Allah qatında bəllidir. Bizdən asılı olanları bizə veridyi iradə ilə biz seçirik, biz reallaşdırırıq, biz edirik. Amma o iradəni də bizdən istədiyi zaman ala bilər. Bu da bizim o iradəni necə istifadə etdiyimizdən asılıdır. Yuxarıda yazdığım hədis elə buna uyğun idi.
Heyder313 qardaş çox doğru qeyd edib.
http://www.deyerler....mp;newsid=19520
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#22
Отправлено 16 февраля 2010 - 14:57
Süni mayalanma haqqında fikirlərinizi bilmək olar???Yani indiki zəmanənin cahil alimlərin etdiklərindən deyirəm..Orda insan uşaqlarını irqindən, milliyətindən seçə bilir, buna münasibət??Düzü Allahsızlığıdı, amma fakt ki, var belə şey, sizin buna münasibətiniz??Alın yazısı yoxdur...
Birmənalı olaraq "alın yazısı yoxdur" demək yanlış olardı. Sadəcə olaraq insan məhkum deyil.
Alın yazısı yoxdursa, niyə mən anamı-atamı özüm seçə bilmirəm? Niyə doğulduğum məkanı, mənsub olduğum milliyyəti, dünyaya gətirəcəyim uşaqları (daha istedadlı olsunlar, daha zəkalı, sağlam və s.) özüm seçə bilmirəm?
Bizdən asılı olan və olmayan amillər var. Amma hər ikisi Allah qatında bəllidir. Bizdən asılı olanları bizə veridyi iradə ilə biz seçirik, biz reallaşdırırıq, biz edirik. Amma o iradəni də bizdən istədiyi zaman ala bilər. Bu da bizim o iradəni necə istifadə etdiyimizdən asılıdır. Yuxarıda yazdığım hədis elə buna uyğun idi.
Heyder313 qardaş çox doğru qeyd edib.
Qardaş, bu haqda müctehidlərin qərarı var, hökmü var, ƏLHƏMDÜLİLLAH. fidan bacının da yerləsdirdiyi linkdə çox gözəl məlumatlar var. Amma bu da alın yazısı yoxdur deməyə səbəb deyil.
Əgər bir ailənin övladı bu yolla dünyaya gəlirsə, deməli o yol da bir vasitədir. Bu hadisədə ata-ana nə cür imtahan olunur, doğulan övlad nə cür imtahan olunacaq, onu Allah bilir. Bu da onların yazısıdır.
Fikrimi əyani misallarla yazmaq istəyirəm, çünki özüm belə daha yaxşı başa düşürəm. İmtahanın 25 biletinin 24-nü oxumuşam. Oxumadığım 1 bilet qalıb. Digər tələbə 25dən 1ini oxuyub, 24ünü oxumayıb. İmtahan zamanı mənim oxumadığım, digərininoxuduğu 1 bilet qismətimizə düşür. O 5 alır, mən 2. Mən bu məsələyə belə baxıram. Əgər Allah mənə bu qədər zehin veribsə, çalışqanlıq veribsə, mən niyə 1 bileti oxunmamış saxladım??? Onu oxumadığıma görə Allah mənə cəza verdi. (MƏSƏLÇÜN AAA, Allah daha doğrusunu bilir, bu sadəcə mənim düşündüyümdür) Və o digər tələbə hadisəni belə dəyərləndirir: O, bəlkə Allahın sevdiyi bir bəndədir, az oxumasına baxmayaraq, gözəl ədəbi, əxlaqı imanı var, o imtahanı keçməklə hansısa xeyir işlərə vəsilə olacaq.
Bu səbəbdən Allah ona nailiyyət verdi. Səbəblər o qədər çoxdur ki, hadisəyə bir müstəvidən baxmaq düz deyil, hətta çoxüzlü kimi də baxmaq olmz. Bir kürə şəklində baxmaq lazımdı. Burda alın yazısı mənim 1 biletimi oxumadığıma görə kəsilməyim, digərinin də 1 bileti oxuduğuna görə qazanmağıdır.
Səbəblər, vasitələr hamısı bir-biri ilə çoooooooooox sıx zəncirvari bağlıdır.
Сообщение отредактировал Shemsi: 16 февраля 2010 - 15:00
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#23
Отправлено 16 февраля 2010 - 15:11
#24
Отправлено 16 февраля 2010 - 16:10
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.
Каждый день Ашура, Вся земля Кербела!
#25
Отправлено 16 февраля 2010 - 20:50
Baci her eshitdiyinize fikir vermeyin.Xiromantiya bizim dine ziddir,ve shirk sayilir.Alın yazısını deyə bilmərəm lakin eşitdiyimə görə insan doğulanda əlinin içində gələcəyi yazılır və böyüdükcə gördüyü işlərlə, öz əməlləri ilə bu yazını dəyişə bilər həm yaxşı yönə və eyni zamanda da pis yönə. Bilmirəm bu nəqədər həqiqətə uyğundur?!
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"
#26
Отправлено 16 февраля 2010 - 21:00
Eger varsa insani niye giyamet gunu sorgu suala cakarlar????
Сообщение отредактировал tatar.: 16 февраля 2010 - 21:01
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
#27
Отправлено 16 февраля 2010 - 23:23
Accept the argument of one against whom you have no argument. It is me (Ali ibn Abu Talib).. Sermon 17"
#28
Отправлено 17 февраля 2010 - 18:56
Alin yazisi yoxdur.
Eger varsa insani niye giyamet gunu sorgu suala cakarlar????
Çox hörmətli və dəyərli tatar qardaşım,
Sizcə, insan həyatındakı həəəər şey onun öz iradəsindən asılıdır?
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#29
Отправлено 17 февраля 2010 - 18:58
Yoo, mücdəhidlərin fikrini bilirəm, sadəcə mənim soruşduğumun məöqzi ondan idi ki,Shemsi yazıb ki, irqimizi,milliyətimizi seçə bilmirik. Diməyim odu ki, cahil ölkələrdə misalçün bir dənə qara dərili yapon, ya da çin milliyətli uşaq istəyir..Bir az düzü aydın yazmağa əlim gəlmir. Yani umumən soruşuram ki, bir dənə (əri olmayan) qara dərili kitay uşağı istədi, getdi həkim suni yolla bunu həyata keçirdi, doğulur "uskoqlazıy" afrikanets)) indi marağlıdı, belə çıxır ki, həmin uşaqların milliyətini, irqini valideyn seçir?? (en azından ərsiz tək arvad)Konkret bütün bu soruşduğlarım möminlərə aid etmirəm, yani cahil ölkələrə, sizcə bir qara dərilinin çinli balası seçməsi nə qədər Allahlılıqdır?yoxsa??
Başa düşdüm sizi. Burda ata-ana günahkardır. Amma yenə də süni yolla dünyaya gələn uşaq, hansı irqdən olacağını özü seçməyib. Mən bunu demək istəyirəm.
İnsanın iradəsiylə o, həyat yolunu seçə bilər. Amma bu seçdiyi yolda qarşısına nələr çıxacaq, bu onun yazısıdır.
Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.
#30
Отправлено 17 февраля 2010 - 19:44
Day ərsiz qadının süni mayalanmaya getməyinin hökmü hamıya aydın oldu.Yoo, mücdəhidlərin fikrini bilirəm, sadəcə mənim soruşduğumun məöqzi ondan idi ki,Shemsi yazıb ki, irqimizi,milliyətimizi seçə bilmirik. Diməyim odu ki, cahil ölkələrdə misalçün bir dənə qara dərili yapon, ya da çin milliyətli uşaq istəyir..Bir az düzü aydın yazmağa əlim gəlmir. Yani umumən soruşuram ki, bir dənə (əri olmayan) qara dərili kitay uşağı istədi, getdi həkim suni yolla bunu həyata keçirdi, doğulur "uskoqlazıy" afrikanets)) indi marağlıdı, belə çıxır ki, həmin uşaqların milliyətini, irqini valideyn seçir?? (en azından ərsiz tək arvad)Konkret bütün bu soruşduğlarım möminlərə aid etmirəm, yani cahil ölkələrə, sizcə bir qara dərilinin çinli balası seçməsi nə qədər Allahlılıqdır?yoxsa??
Həsənağa qardaşımız Allahsızlığı yəni süni mayalandırmanın Allahın iradəsindən uzaq olduğunu demək istəmir mən başa düşən, sadəcə Allahdan uzaqlaşan insanların əməli kimi qeyd edib. Burda Allahsızlıq dedikdə yəqin ki, qəlbində Allah qorxusu olmayan adamlar nəzərdə tutmuşdur. Elədü qərdeşim?
Mənim bir əvvəlki postumda mənə qalan qaranlıq deyəsən çoxlarına qalıb. Ona görə yenə soruşuram elm əhlindən,
ALIN YAZISI Qəza və Qədər dediyimiz şeydir, ya başqa?!
Shemsinin yazdıqlarında həqiqət var. Şiənin əqidəsinə görə insan nə tam cəbrdir, nə də tam ixtiyar. Haqq bu 2sinin arasındadır. Düzünü Allah bilir...
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей