Перейти к содержимому

Фотография

Şiələrə suallar (II hissə)

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 526

#511 Umm Maryam

Umm Maryam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 549 сообщений

Отправлено 11 сентября 2014 - 16:55

وعليكم السلام ورحمة الله وبركاته

1. Şiəliyi valideynlərimdən, haqq olmasını Allah və rəsulundan (بأبي انت وامي يا رسول الله ) . Dəlili də Allah və rəsulunun ( صلي الله عليه و آله و سلم ) təsdiqidir.

Sual 1. Demisiz ki,Tabarini henbeliler shie sayirdilar.Eslinde,bezi ifratçi henbeliler onu shie saymayiblar,zadece bu cür zenn edibler.Hetta onu behs etmeye çagiriblar.imam at-Tabari behse tek gelib,henbeliler terfden ise heç kim gelmeyib.Sizce,imam at-Tabari (rahimahuLlah) shie olub?

Sual 2. Imam at-Tabari Maide Suresin 55 Ayenin tefsirinde,bu Ayenin imam Ali (radi Allahu anhu) haqqinda nazil oldugunu bildirir,lakin hemen Ayenin tefsirinde yazir ki:"Bu Aye cemi mömünler haqqindadir,lakin Ali ibn abu Talib onlardandir".Tefsirinde bu reyi de getirib.Bunu nece cavablandirarsiz?

Sual 3. Tevessül edende,siz dogrudan da ele fikirleshirsiz ki,imam Eli (radi Allahu anhu) dualari qebul edir,dualara cavab verir?Yoxsa bilirsiz ki,TEK YARADAN ALLAH dualari qebul edir,dualara cavab verir?Ve imam Ali (radi Allahu anhu) sadece Allaha siz üçün dua edir?Ya da ki bashqalari.Ve Allah sizin dualariviza cavab verir.

Sual 4. Shieler niye 15 esr bundan evvel olan hadiselere bu cür fikir verirler?Yani müselmanlar arasinda yaranan fitneler haqqinda olan hadiselere.Bu bizim imanimiza bir xeyir getirecek,sizce?Ya da ki zerer?Ümumiyyetle,bunun ne xeyri var?Qiyamet Gününde Allah bizden bu haqqda sorushacaq?

Sual 5. Shieler çox firqelere bölünüb.Ceferiler,zeydiler,ismailliler ve s. Cahil insan ne bilsin,kim haqqlidir?

Sual 6. Ceferiler 2 firqelere bölünüb.Axbariler ve üsuliler.Axbariler Quranin tehrif olmasina inanirlar.Üsuliler ise yox.Niye shieler deyirler ki,Eli ibn abu Talibin ve 12 imamim (radi Allahu anhu) imametini qebul etmeyen kes kafirdir,lakin Quranin tehrif olmasina inanan shexs kafir deyil?Ehli Sünne Eli ibn abu Talibin (radi Allahu anhu) Xilafetini qebul etmeyen kesi bidetchi sayir.Ne salam verilir,ne de ki o shexs qonag olur.Ümumiyyetle "blok"-da olur o shexs.Quranin tehrif olmasina inanan shexs ise kafirdir.

Sual 7. Siz niye neise sübut edende,Buxarinin bir hissesini delil kimi getirirsiz,bashqa hisseni ise yox.Axi bir hedis bashqasini sherh ede biler.Birde,men deyende ki,ne bilirsiz,belke imamlar adindan filan ve filan hadise uydurulub,men demek istedim ki,sizin zennivizce,Buxari de hedisler uydurmadirlarsa,siz ne bilirsiz,belke siz getirdiyiviz delil uydurmadir?Yani "ehli-xilafin" uydurmasidir" özü özüne delil ola bilmez.Çünki siz deyeceksiz:"Bu hedis uydurmadir",men deyecem:"sizin hedisiviz uydurmadir".Neticede ise,bu sübut kimi hesab olunmur.Ve "bu ehli-xilafin uydurmasidir" kimi sözler delil kimi hesab olunmur)Bu cür delil olmur.Yani sözlerimin menasi bu idi.Ve Ömerin (radi Allahu anhu) Fatimeni (radi Allahu anhu) öldürmesi haqqinda ehli sünnenin menbelerinden delil getire bilersiz?12 imamlarin mesum olmasi haqqinda deliller ve s. Men alimlerin sözlerinden delil getire bilerem ki,bu hadise uydurmadir.Yani ehli Sünne alimleri.Siz ehli Sünne alimlerin sözlerinden bu hadisenin sehih oldugu haqqinda delil getire bilersiniz mi?

Sual 8. Fatime (radi Allahu anha) xeta ede bilmez ki?Hetta Yunus Peygember (aleyhi as salam) öz qövmünden üz dönderende,Allah, ona (Yunusa (aleyhi as salam)) ders olsun deye imtahana çekib.Ve böyük baligin betninde olub.Sizce,Fatime (radi Allahu anha),Cennet qadinlarin bashçisi,lakin insan olaraq,xeta ede bilmez hanisa meselede?Söhbet günahdan yox,xetadan,ictihaddan,sehvden gedir.Yani insan olaraq,balaca sehv buraxa bilerdi,ya yox?

Helelik bu qeder.

#512 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 11 сентября 2014 - 19:12

Sual 1. Demisiz ki,Tabarini henbeliler shie sayirdilar.Eslinde,bezi ifratçi henbeliler onu shie saymayiblar,zadece bu cür zenn edibler.Hetta onu behs etmeye çagiriblar.imam at-Tabari behse tek gelib,henbeliler terfden ise heç kim gelmeyib.Sizce,imam at-Tabari (rahimahuLlah) shie olub?

Mən "hənbəlilər Təbərini şiə sayıblar" deməmişəm, "hənbəlilər Təbərini rafizilikdə ittiham ediblər" demişəm. Xeyr,fikrimcə zahirən görünən budur ki, haqqında danışdığımız Təbəri şiə deyildi.

Sual 2. Imam at-Tabari Maide Suresin 55 Ayenin tefsirinde,bu Ayenin imam Ali (radi Allahu anhu) haqqinda nazil oldugunu bildirir,lakin hemen Ayenin tefsirinde yazir ki:"Bu Aye cemi mömünler haqqindadir,lakin Ali ibn abu Talib onlardandir".Tefsirinde bu reyi de getirib.Bunu nece cavablandirarsiz?

1. Təbərinin nəyi necə izah etməsi zünə aiddir, öz fikirləridir. Təbərinin sözü huccət deyil.

2. Təbəri özü belə bir fikir irəli sürmür. Söhbət "ruku halında zəkat verənlərdən" gedir ki, bu məsələdə Təbəri bildirir ki, bu barədə iki nəzər var : Bəzilərinə görə nəzərdə tutulan bütün möminlərdir, bəzilərinə görə isə nəzərdə tutulan Əli bin Əbi Talibdir (ə).

3.Bəli, siz dediyiniz fikir və Təbəri təfsirində keçir. Ancaq, bu Təbərinin öz fikri deyil. Bir neçə nəfərdən ayənin təfsiri haqqında onların fikirlərini təqdim edir və siz yazdığınız fikir də məhz onların fikirləridir, Təbərinin özünün yox.

4. Ayənin özündən də görünür ki, Təbəri bu məsələdə açıq-aşkar xəta edib. Ətraflı məlumat üçün Əllamə Tabətabəinin - rahiməhullah- "əl-Mizan" təfsirinə müraciət edə bilərsiniz. Əgər təfsiri tapmaq sizin üçün çətin olsa, deyərsiz, bu məsələni sizə geniş izah edərik inşaAllah.

5. Elə ayədə müraciət olunan kimsələr elə möminlərdir. Yəni demək istərisiniz ki, Allah "Ey möminlər sizin vəliniz ... möminlərdir" deyib? Bunun üçün elə "siz bir-birinizin vəlisisiniz" deyilməsi kifayət etməzdimi?

6. Ayədə "vəliyyukum" sözü keçir ki, bu da "sizin vəliniz" sözüdür. "Vəli" sözü təkdə işlənib. İstəsəniz bu məsələləri geniş izah edə bilərik.

7. Ümumiyyətlə həm sünni , həm də şiə mənbələrində keçən hədislərə görə bu ayə Əlinin (ə) rukuda sədəqə verməsi münasibəti ilə nazil olub. BU barədə elə Təbərinin özü də siz dediyiniz təfsirdə hədislər gətirir ki, o hədislərdə bu ayənin Əli (ə) haqqında nazil olduğuna işarə olunur. Yəni, bu hədisi bəkrilər ( özlərinə sünni deyən , Əbu Bəkr tərəfdarı olan qardaşlarımız ) də, ələvilər də ( əsl əhli-sünnə olan şiələr ) nəql ediblər. BU məsələ mütəvatirdir, heç bir şəkk-şübhə yoxdur.

  • qulam это нравится
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#513 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 11 сентября 2014 - 19:31

Sual 3. Tevessül edende,siz dogrudan da ele fikirleshirsiz ki,imam Eli (radi Allahu anhu) dualari qebul edir,dualara cavab verir?Yoxsa bilirsiz ki,TEK YARADAN ALLAH dualari qebul edir,dualara cavab verir?Ve imam Ali (radi Allahu anhu) sadece Allaha siz üçün dua edir?Ya da ki bashqalari.Ve Allah sizin dualariviza cavab verir.

1. Əvvəlcə "duaları qəbul etmək""dualara cavab vermək" anlayışlarını başa düşmək gərək. Ümumiyyətlə, insan Allahın özündən belə istədiyi zaman, hər istədiyinin qəbul ediləcəyi, cavab veriləcəyi anlamına gəlməz. İnsan Allaha dua edər, Allah ya duasını qəbul edib cavab verər, yaxud da qəbul etməz cavab verməz.

2. "Dua etmək" , əslində "çağırmaq" deməkdir. Yalnız bir halda şirkdir. O da əgər kimdənsə nə isə istəsən, həmin adamın sənə Allahın izni olmadan nəyisə verəcəyinə inansan , bu Allaha şirk qoşmaqdır. Ancaq Allahın izni ilə verəcəyinə etiqad bəsləsən bu şirk deyil. Məsələn, İsa (ə) Qurani-Kərimdə "yaradaram" ( əxluqu ) deyir. Deməli, İsa (ə) özünün xaliq olduğunu bildirir. Halbuki, Allah da özünün xaliq olduğunu bildirir. Ancaq İsa özünün biiznilləh ( Allahın izni ilə ) xaliq olduğunu bildirir. Əgər Allahın izni olmadan xaliq olduğunu, yarada biləcəyini desəydi, nəuzubilləh bu şirk olardı.

3. Həmçinin İsa (ə) "Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm" deyir. Ancaq Allahın izni ilə. İndi əgər bir kimsə "Ey İsa! kor gözlərimi sağalt!" desə, yaxud, "Ey İsa! Məni cüzam xəstəliyindən sağalt" , yaxud, "Ey İsa! mənim ölmüş atamı dirilt" desə, əgər niyyətində "biiznilləh" ( ALlahın izni ilə ) olmasa bu şirkdir, olmasa şirk deyil.

4. Əli (ə) İSadan daha elmlidir, əfzəldir. Təbii ki, Allahın izni ilə. Həmçinin bir kimsə "Ey Əli! xəstəmi sağalt" və sair bu kimi sözləri deyərkən niyyətində "biiznilləh" olmasa bu şirkdir. "Biiznilləh" niyyəti ilə desə bu şirk deyil.

5. Allahın şəriki yoxdur, hər kəs hər işdə Allaha , Allahın izninə möhtacdır.

6. Əslində birindən bir şey istəyərkən "Allahın izni ilə" niyyəti edirsənsə deməli, bu işin əsl icraçısının ALlah olduğuna etiqad edirsən. Müdirin izni ilə qapıçı məktəbin qapılarını şagirdlərin üzünə açırsa, əslində şagirdlərin üzünə qapını açıb məktəbə buraxan qapıçı yox, müdirdir. Allah hər şeydən ucadır! Misalları sadəcə, məsələ daha rahat başa düşülsün deyə çəkdim. Əgər yenə də nə isə qaranlıq bir məqam qaldısa daha aydın izah edə bilərik inşaAllah.

Сообщение отредактировал N_ن_N: 11 сентября 2014 - 19:32

  • qulam это нравится
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#514 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 11 сентября 2014 - 19:43

Sual 4. Shieler niye 15 esr bundan evvel olan hadiselere bu cür fikir verirler?Yani müselmanlar arasinda yaranan fitneler haqqinda olan hadiselere.Bu bizim imanimiza bir xeyir getirecek,sizce?Ya da ki zerer?Ümumiyyetle,bunun ne xeyri var?Qiyamet Gününde Allah bizden bu haqqda sorushacaq?

1. Şiələr Allaha , rəsuluna (s.a.s) və əhli-beytinə qarşı edilmiş bütün düşmənçiliklərə fikir verirlər. Fərqi yoxdur o düşmənçilik Əbu Ləhəblə peyğəmbər (s.a.s) arasında olsun, yoxsa Əbu Bəkr və Ömərlə Əli (ə) arasında olsun. Allah ilə, rasulu (s.a.s) ilə, əhli-beyti (ə) ilə düşmənçilik edənin zahirən kafir, yaxud zahirən müsəlman olmasının bu məsələdə heç bir fərqi yoxdur.

2. "gətirəcək" yox, gətirib artıq. Bəli, Allahın dostlarını dost bilməklə yanaşı, düşmənlərini düşmən yox, dost tutmaq insanın imanına xələl zərər gətirər. Əksinə, Allahın düşmənlərini düşmən tutmaq insanın imanına xeyri var.

3. Bunun xeyri odur ki, Allahın, rəsulunun (s.a.s) , əhli-beytinin (ə) düşmənlərini dost tutanların cənnətdən nəsibi yoxdur. Əksinə əməl edənlər isə cənnətə daxil olar.

4. Bəli, soruşulacaq. Allahın , rəsulunun, əhli-beytinin düşmənlərini düşmən yox, dost tutanların cənnətdən nəsibi olmaz. Mustədaflar istisnadır.

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#515 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 11 сентября 2014 - 19:58

Sual 5. Shieler çox firqelere bölünüb.Ceferiler,zeydiler,ismailliler ve s. Cahil insan ne bilsin,kim haqqlidir?

Ümumən müsəlmanlar daha çox firqələrə bölünüblər və onlardan yalnız biri cənnətə daxil olacaq. İnsan nə bilsin kim haqlıdır ? Deməli, araşdırmaq lazımdır.

Sual 6. Ceferiler 2 firqelere bölünüb.Axbariler ve üsuliler.Axbariler Quranin tehrif olmasina inanirlar.Üsuliler ise yox.

1. Xeyr bacı, şiələr iki firqəyə bölünməyiblər. "Əxbarilik" və "üsulilik" hədisə münasibətdə fərqli metodları mənimsəyən iki qrupdur. İkisi də cəfəri şiələridir. Ancaq, indi əxbarilik aradan gedib. Əxbarilər dörd kitabda gələn rivayətlərin hamısının məsum (s.a.s) tərəfindən deyildiyinə etiqad edirdilər. Bəkrilərin Səhihi Buxari və Muslim haqqında dedikləri kimi. Əlbəttə başqa fərqli görüşləri də vardı. Üsulilər isə bunu qəbul etmirdilər. Hədisin sənədini araşdırırdılar və sair.

2. Əxbarilərin hamısı Quranın dəyişdirildiyinə etiqad etmirdilər. Aralarından az bir neçə nəfərin zahirən Quranın təhrifinə etiqad etdiyi görülür. Bunun isə üsuliliklə , əxbariliklə əlaqəsi yoxdur. Əxbari alimləri Quranın təhrif olunmasına inanmayıblar.

Niye shieler deyirler ki,Eli ibn abu Talibin ve 12 imamim (radi Allahu anhu) imametini qebul etmeyen kes kafirdir,

Əli bin Əbi Talibin və 12 imamın imamətini qəbul etməyən kimsə kafir deyil. ŞƏhadəteyni deyən hər kəs zahirən, bu dünyada müsəlmandır.

lakin Quranin tehrif olmasina inanan shexs kafir deyil?

Quranın təhrif olunmasına etiqad edən kəs əgər buna şübhə üzərindən etiqad edirsə kafir deyil, əgər inadkarlıq üzərindən etiqad edirsə kafirdir. Ümumiyyətlə, bir şey Allahı və rəsulunu inkara gətirib çıxararsa küfr sayılır.

Ehli Sünne Eli ibn abu Talibin (radi Allahu anhu) Xilafetini qebul etmeyen kesi bidetchi sayir.Ne salam verilir,ne de ki o shexs qonag olur.

1.Bəkrilər Əlinin birinci hüquqi xəlifə olduğuna, haqqının qəsb edildiyinə inanları da bidətçi hesab edir.

2. Bəkrilərin dediyi sözlər zahiridir. Çünki,bəkrilərin nəzərində bidətçilər cəhənnəm əhlidir. Halbuki, Muaviyyə də Əlinin (ə) xilafətini qəbul etmirdi. Amma, bəkrilərə görə Muaviyyə cənnətdə əbədi qalıb kef çəkəcək.

Ümumiyyetle "blok"-da olur o shexs.

Onların nəzərində Muaviyyə "blok"da deyil, cənnətdədir.

Quranin tehrif olmasina inanan shexs ise kafirdir.

Əgər inadkarlıqla bu etiqadda olsa kafirdir. Əgər şübhə üzündən olsa kafir deyil.

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#516 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 11 сентября 2014 - 20:12

Sual 7. Siz niye neise sübut edende,Buxarinin bir hissesini delil kimi getirirsiz,bashqa hisseni ise yox.Axi bir hedis bashqasini sherh ede biler.Birde,men deyende ki,ne bilirsiz,belke imamlar adindan filan ve filan hadise uydurulub,men demek istedim ki,sizin zennivizce,Buxari de hedisler uydurmadirlarsa,siz ne bilirsiz,belke siz getirdiyiviz delil uydurmadir?Yani "ehli-xilafin" uydurmasidir" özü özüne delil ola bilmez.Çünki siz deyeceksiz:"Bu hedis uydurmadir",men deyecem:"sizin hedisiviz uydurmadir".Neticede ise,bu sübut kimi hesab olunmur.

1. Ümumiyyətlə biz Buxaridən və digər bəkrilərdən dəlilləri özümüz inandığımıza görə yox, bəkrilər inandığına görə gətiririk. Məsələn, mən sizə deyirəm ki, "bu gün İraqda İŞİD-in liderini öldürüblər". Siz mənə inanmırsız, ancaq inandığınız bir kimsə var ( Məsələn, "Zeyd" adında biri ) . Halbuki, mən ona inanmıram. İNdi mən inanmasam da, siz ona inandığınız üçün deyirəm ki, "Zeyd deyir ki, İraqda İŞİD-in liderini öldürüblər". O zaman siz ona inanacaqsız. Bəs mən hardan bilirəm ki, Zeyd düz deyir? Məgər mən Zeydə inanıram? Xeyr! Mənim üçün Zeydin nə dediyinin heç bir önəmi yoxdur. Əsas odur ki, mənim öz etibar elədiyim adamlar deyiblər ki, İraqda İŞİD-in lideri öldürülüb. Odur ki, baxıb görürəm ki, Zeyd də bu məsələdə yalan dmeirmiş. Ancaq mən yenə də Zeyd dediyinə görə yox, öz dostlarım dediyinə görə inanıram.

2. Divarda dörd divar saatı var. Biri saat 5-in üstündə dayanıb,batareyası ölüb, saat yatıb. Amma, o da gündə iki dəfə düz göstərir. Bir səhər saat 5-də, bir də axşam. Bəs haçan düz göstərdiyini hardan bilirəm ? Baxıra.. Əgər digər üç saatda 5 göstərilirsə deməli, həmin vaxt "işləməyən" saat da düz göstərirmiş. ) İNdi mənim üçün Buxari, Muslim və s. həmin "işləməyən saat"dır. Nə vaxt düz göstərdiyini işləyən saatlara baxıb bilirəm.

3. Yəni, Buxari və digər bəkrilər öz -özlüyündə etibar edilməz. Haçan sözləri Quran və səhih-sünnə ilə üst-üstə düşərsə qəbul edilər. )

Ve "bu ehli-xilafin uydurmasidir" kimi sözler delil kimi hesab olunmur)

Əlbəttə əsassız deyilsə dəlil hesab olunmur. Çıxış yolu nədir? Hər iki tərəfin mötəbər hesab etdikləri hədislərə baxmaq lazımdır. Əgər bir hədisi hər iki tərəf mötəbər hesab edirsə qəbul etmək lazımdır )

Bu cür delil olmur

.

Yuxarıda izah etdiyim şəkildə dəlil gətirmək mümkündür. Yoxsa, heç bir əsassız "bu əhli xilafın uydurmasıdır" demək dəlil olmaz əlbəttəə ki )

Yani sözlerimin menasi bu idi

Aydındır bacı )

.Ve Ömerin (radi Allahu anhu) Fatimeni (radi Allahu anhu) öldürmesi haqqinda ehli sünnenin menbelerinden delil getire bilersiz?

1.Şiə iddia etmir ki, Ömər Fatiməni (s.a.s) birbaşa vurub öldürüb.Əksinə, Fatimə (s.a.s) Əbu Bəkrin və Ömərin, xüususən də Ömərin əziyyətləri sayəsində dünyasını dəyişib.

2. Bəli, dediyim məsələ haqqında bərki mənbələrində yetərincə dəlil var, gətirə bilərəm.

12 imamlarin mesum olmasi haqqinda deliller ve s.

1.Bəli, buna da Quran və sünnədən dəlillər gətirə bilərəm. Hətta, bəkri mənbələrindən də dəlil gətirə bilərəm)

2. Ümumiyyətlə, bizə bəkrilərin nəyi qəbul edib etməməsi mühim deyil. Mühim olan odur ki, əsl əhli-sünnə alimləri olan şiələr qəbul edir.

Men alimlerin sözlerinden delil getire bilerem ki,bu hadise uydurmadir.

O sizin alim hesab etdiyiniz kimsələrin öz fikridir ki, bu hadisə uydurmadır. ONların sözü huccət deyil )

Yani ehli Sünne alimleri.Siz ehli Sünne alimlerin sözlerinden bu hadisenin sehih oldugu haqqinda delil getire bilersiniz mi?

Artıq yuxarıdada izah etdim ki, bizə bəkrilərin nə deməsi önəmli deyildir. Çünki, onlar hadisələri təhrif ediblər. Ancaq bəkri mənbələrindən bu hadisənin səhihliyi barədə dəlillər əlbəttə gətirə bilərəm.

Сообщение отредактировал N_ن_N: 11 сентября 2014 - 20:13

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#517 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 11 сентября 2014 - 20:33

Sual 8. Fatime (radi Allahu anha) xeta ede bilmez ki?Hetta Yunus Peygember (aleyhi as salam) öz qövmünden üz dönderende,Allah, ona (Yunusa (aleyhi as salam)) ders olsun deye imtahana çekib.Ve böyük baligin betninde olub.Sizce,Fatime (radi Allahu anha),Cennet qadinlarin bashçisi,lakin insan olaraq,xeta ede bilmez hanisa meselede?Söhbet günahdan yox,xetadan,ictihaddan,sehvden gedir.Yani insan olaraq,balaca sehv buraxa bilerdi,ya yox?

Helelik bu qeder.

1. Həm Yunus (ə) həm də digər peyğəmbərlər (ə) məsumdurlar. Onların bu və bu kimi əməlləri "tərki-övla", yəni, ən yaxşı olanı tərk etməkdir. Çünki, əmrlər iki cürdür : irşadi və mövləvi əmrlər. Əgər istəsəz bu məsələyə ayrıca girərik.

2. Fatimə (s.a.s) məsumədir, siz dediyiniz şeylərdən uzaqdır və bu Quran və sünnə ilə sabitdir. Əbu BƏkr kimi birisiylə müzakirə zamanı onun nəinki günah, hətta xəta edə biləcəyinə belə ehtimal yoxdur.

3. Əgər həqiqətən də peyğəmbər (s.a.s) miras barədə elə bir söz demişdisə bunu Əbu Bəkrə yox, Fatiməyə deməli idi. Çünki, bu övladı əlaqədar edən məsələdir, Əbu Bəkri yox.

4. Fatimənin (ə) bu məsələdə şahidləri var idi.

5. Lap tutalım ki, Fatimənin (s.a.s ) xəta etmək ehtimalı da var. Amma və lakin, xəta etsəydi , Əbu BƏkrin düzəltməsindən sonra xətasını başa düşərdi, bu iddiadan əl çəkərdi. "Temboli" əgər Əbu BƏkr, peyğəmbərdən (s.a.s) sonra ümmətin ən üstünüdürsə, ən doğru danışandırsa, siddiqdirsə, Fatimə ona etimad etməli, xətasını etiraf etməli idi. Məgər Fatimə Əbu Bəkr necə "böyük məqama" sahib olduğunu bilmirdi?

6. Bu adi bir xəta olsaydı, Əbu Bəkrin yanında qəzəbli çıxmazdı, ömrünün sonuna kimi onları dindirməmək nə deməkdir? Niyə görə dindirmədi ki? BU adi xəta idi? Dəfninə onları buraxmadı. BU adi xətadır? Əgər Quran və sünnə ilə Əbu Bəkrin üstün şəxsiyyəti, "siddiq" olması təsdiq olunsaydı nə Fatimə (s.a) nə ƏLi (ə) onları yalançı, vəfasız, xain, günahkar hesab etməzdi. "Siddiq" nədir, "kəzib" nədir? ) Haqq ilə batili ayıran "faruq" nədir, yalançı , vəfasız, xain, günahkar, vəfasız nədir? ) Altı ay onlara beyət eləməmək nədir? ) Bu boyda xəta olar? ) Özü də Fatimə (s.a.s) və Əlidən (s.a.s) danışırıq. ) Allah və rəsulu onları tərifləyib. Bəs Əbu Bər və Öməri də tərifləyibmi? )

7. Əgər tərifləsəydi Əli (ə) onları necə yalançı, vəfasız,xain, günahkar hesab edib? ) Əgər tərifləsəydi Fatimə necə onlardan qəzəblənib gedib, ömrünün sonuna kimi onları dindirməyib , vəfat edəndə də dəfninə buraxılmayıblar, gecə ikən dəfn edilmişdi?

Sizcə Əli və Fatimə haqqında peyğəmbərin (s.a.s) adından hədislər uydurulmuşdu? Xeyr. Bəs Əbu Bəkr və Ömər haqqında belə bir şey mümkün idimi? Bəli! Çünki, hakimiyyətdə idilər və həmişə dövrün arxivi üstündə hakim rejimlərin kölgəsi olur, sənədlərin öz xeyirlərinə saxtalaşdırılmasında barmaqları olur. Saxtalaşdırılmasının dəlili nədir? Çünki, əgər saxta olmasaydı Əli və Fatimə onları yalançı, vəfasız, xain, günahkar hesab etməzdi. ONda belə çıxır ki, Əli (ə) və Fatimə (ə) ya nəuzubilləh ALlaha və rəsuluna qarşı gəlib Əbu BƏkrin əməlini inkar edib əlindən qəzəblənirlər, onu yalançı, vəfasız, xain, günahkar hesab edirlər, ya da haqlı idilər. Bu boyda da xəta olarmı? )

8. Əbu Bəkrin və Ömərin fəzilətləri haqqındakı peyğəmbərin (s.a.s) adından uydurulmuş hədislərə baxsanız əskəriyyətinin və ən əsaslarının ravisinin öz övladları - Aişə və İbn Ömər olduğunu görərsiz.

9. Bu ikisinin nəinki özləri - övladları da Əliyə savaşdılar. Əbu Bəkrin övladları - Aişə və Əbdürrahmən, Ömərin oğlu Ubeydullah. Abdullah bin ÖMər isə lazımlı məqamlarda ƏLiyə (ə) kömək etmədi. Bircə Muhəmməd ( radiyəllahu anhu ) bin Əbi Bəkr istisnadır.

Bacım, bu məsələlərin təsdiqi həm bəkri , həm də ələvi mənbələrində var. Sadəcə, Fədək məsələsinə diqqət eləmək lazımdır. Fədək - və mə ədrakə mə Fədək ?

  • qulam это нравится
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#518 Umm Maryam

Umm Maryam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 549 сообщений

Отправлено 12 сентября 2014 - 21:28

Menim bir qohumum iranlidir.Deyir ki,Eli (radi Allahu anhu) Mehemmed Peygemberden (aleyhi as salam) efzeldir.Peygemberimiz (aleyhi as salam) pis,Eli (radi Allahu anhu) ise ondan yaxshi idir.Maraqldiri,Iranda onlara bu cür "elm" verirler?Sizce,bu iddia küfrdür?Peygembermizden (aleyhi as salam) nelaiq sözler dedi.Lakin tevessül haqqinda vereq ile gelib çixib bura).Indiyene qeder balaca tevessül vereqi buradadir.Evvelce,imam Eliye,sonra Huseyne,Hesene,Fatime,bütün ehli beyte (radi Allahu anhum),sonra ise Xomeyniye salam gonderilir.Xomeyni Ehli Beyt ile bir siradadir)

Qisaca: Bu iddia shielerde küfr sayilir,ya Eli (radi Allahu anhu) ashiqliyi?Allah shahiddir ki,imam Ali (radi Allahu anhu) bu ifratçi zindiqlardan uzaqdir,nece ki qulatlardan uzag olub,bashçisini ise od ile ceza verib.P.S. (mence,shieler bu cür hesab etmirler).

#519 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 12 сентября 2014 - 21:51

Menim bir qohumum iranlidir.Deyir ki,Eli (radi Allahu anhu) Mehemmed Peygemberden (aleyhi as salam) efzeldir.Peygemberimiz (aleyhi as salam) pis,Eli (radi Allahu anhu) ise ondan yaxshi idir.Maraqldiri,Iranda onlara bu cür "elm" verirler?Sizce,bu iddia küfrdür?Peygembermizden (aleyhi as salam) nelaiq sözler dedi.Lakin tevessül haqqinda vereq ile gelib çixib bura).Indiyene qeder balaca tevessül vereqi buradadir.Evvelce,imam Eliye,sonra Huseyne,Hesene,Fatime,bütün ehli beyte (radi Allahu anhum),sonra ise Xomeyniye salam gonderilir.Xomeyni Ehli Beyt ile bir siradadir)

Qisaca: Bu iddia shielerde küfr sayilir,ya Eli (radi Allahu anhu) ashiqliyi?Allah shahiddir ki,imam Ali (radi Allahu anhu) bu ifratçi zindiqlardan uzaqdir,nece ki qulatlardan uzag olub,bashçisini ise od ile ceza verib.P.S. (mence,shieler bu cür hesab etmirler).

Men bir suuni taniyiram, deyirki yezid duz edib her ne edib, cunki Allah bela isteyib?
Deyirki yezid xelife emirelmominin olub, bu sebebdende Imam Huseyn(a) gerek etiraz etmezdir.
deyirki abubakr omer ve osman hazrat Aliden ustundurler.
sunnilik budursa, men tamiz rafiziyem demak.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#520 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 12 сентября 2014 - 22:56

Menim bir qohumum iranlidir.Deyir ki,Eli (radi Allahu anhu) Mehemmed Peygemberden (aleyhi as salam) efzeldir.Peygemberimiz (aleyhi as salam) pis,Eli (radi Allahu anhu) ise ondan yaxshi idir.Maraqldiri,Iranda onlara bu cür "elm" verirler?Sizce,bu iddia küfrdür?Peygembermizden (aleyhi as salam) nelaiq sözler dedi.Lakin tevessül haqqinda vereq ile gelib çixib bura).Indiyene qeder balaca tevessül vereqi buradadir.Evvelce,imam Eliye,sonra Huseyne,Hesene,Fatime,bütün ehli beyte (radi Allahu anhum),sonra ise Xomeyniye salam gonderilir.Xomeyni Ehli Beyt ile bir siradadir)

Qisaca: Bu iddia shielerde küfr sayilir,ya Eli (radi Allahu anhu) ashiqliyi?Allah shahiddir ki,imam Ali (radi Allahu anhu) bu ifratçi zindiqlardan uzaqdir,nece ki qulatlardan uzag olub,bashçisini ise od ile ceza verib.P.S. (mence,shieler bu cür hesab etmirler).

1. Mən sizin qohumunuzu tanımıram. Dediklərini nə dərəcədə doğru anlayıb anlamadığınızı bilmirəm.Amma, əgər məsələ eyniylə siz iddia etdiyiniz kimidirsə, o zaman...

2.Bəli, bu küfrdür. çünki, Allah rəsuluna (s.a.s) nalayiq sözlər demək, onun pis olduğunu iddia etmək doğru deyildir. Hər ikisi yaxşı idi. Allah rəsulu(s.a.s) bütün yaradılmışların
ən üstünüdür. Əlidən (ə) və hər kəsdən üstündür. Əlinin (ə) peyğəmbərimizdən (s.a.s) üstün olduğunu iddia edən bircə nəfər də olsun şiə yoxdur. Deyən varsa şiə deyil. . Belələri Əlidən (ə) , Əli (ə) belələrindən uzaqdır. İranlı-turanlı olmasının da heç bir önəmi yoxdur.

3.Şiə etiqadına görə İmam Xomeyninin (r.a) məqamı , əhli-beytin (ə) , 14 məsumun məqamı ilə eyni deyildir. On dörd məsum (ə) yaradılmışların ən üstünləridirlər. İmam Xomeyniyə salam göndərməyin isə öz -özlüyündə problemi yoxdur.

4. Dediyiniz şəkildə iddialar şiəlikdə küfr sayılır.

5. Postskripti (P.S.) isə başa düşmədim. Şiələr nə cür hesab etmirlər? )

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#521 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 12 сентября 2014 - 23:47

Sual 1. Demisiz ki,Tabarini henbeliler shie sayirdilar.Eslinde,bezi ifratçi henbeliler onu shie saymayiblar,zadece bu cür zenn edibler.Hetta onu behs etmeye çagiriblar.imam at-Tabari behse tek gelib,henbeliler terfden ise heç kim gelmeyib.Sizce,imam at-Tabari (rahimahuLlah) shie olub?

Bacı, siz məndən Təbərinin şiə olub-olmadığını soruşmuşduz. Mən də sizə "zahirən görünən budur ki, şiə deyildi" demişdim. Ancaq bu zahirən görünən tərəfidir fikrimcə. Ancaq fərqli düşünən araşdırmaçılar da var. Bu barədə bir yazını sizə təqdim etmək istəyirəm.Buyurun oxuyun inşaAllah : http://medyasafak.ne...ran-gadir-i-hum

Сообщение отредактировал N_ن_N: 12 сентября 2014 - 23:48

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#522 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 28 января 2016 - 23:54

şiyəlere sualım var, xəndək döyuşu haqqda,deyirsiz ki, imam əli,ve resul .sa.s. dan başqa butun möminler qorxdu çixmaxa abdevednen ,
yani sizin momin saydiqlarinizda var idi,xendek,ezhab döyusunde, salman alfarsi,əmmar ve sair..
yani onlarda qorxdu?
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#523 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 10 февраля 2016 - 12:50

şiyəlere sualım var, xəndək döyuşu haqqda,deyirsiz ki, imam əli,ve resul .sa.s. dan başqa butun möminler qorxdu çixmaxa abdevednen ,
yani sizin momin saydiqlarinizda var idi,xendek,ezhab döyusunde, salman alfarsi,əmmar ve sair..
yani onlarda qorxdu?

Biz "bütün möminlər qorxdu" demirik. Biz səhabələrin arasında hər bir cəhətdən ən üstünü Əlidir (ə) deyirik. Bu bir.

İkincisi budur ki, fikrimcə Əbduvud Qureyşdən özünə bab olan, adlı-sanlı rəqib axtarırdı və onları səsləyirdi. Əbu Bəkr, Ömər, Osman ona bab ola biləcək şəxslərdən idilər. Vallahu əiləm!

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#524 mashadi vuqar

mashadi vuqar

    Mulazzim – lieutenant

  • Murid
  • 360 сообщений

Отправлено 15 февраля 2016 - 00:46

Sual 1. Demisiz ki,Tabarini henbeliler shie sayirdilar.Eslinde,bezi ifratçi henbeliler onu shie saymayiblar,zadece bu cür zenn edibler.Hetta onu behs etmeye çagiriblar.imam at-Tabari behse tek gelib,henbeliler terfden ise heç kim gelmeyib.Sizce,imam at-Tabari (rahimahuLlah) shie olub?

Bacı, siz məndən Təbərinin şiə olub-olmadığını soruşmuşduz. Mən də sizə "zahirən görünən budur ki, şiə deyildi" demişdim. Ancaq bu zahirən görünən tərəfidir fikrimcə. Ancaq fərqli düşünən araşdırmaçılar da var. Bu barədə bir yazını sizə təqdim etmək istəyirəm.Buyurun oxuyun inşaAllah : http://medyasafak.ne...ran-gadir-i-hum

salam aleykum eziz qardaw..Allah Teala sennen razi olsun ,oxudum cox maragli arawdirma idi ve bele gorunur ki bu sunnu alimlerin coxu mecburi teqiyyede olub!! Allahu Alim!

Изображение أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ (46)

Разве они не странствовали по земле, имея сердца, посредством которых они могли разуметь, и уши, посредством которых они могли слушать? Воистину, слепнут не глаза, а слепнут сердца, находящиеся в груди. 22,46

#525 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 27 апреля 2016 - 21:41

şiyələr bu hədisler haqqda ne deyir? albani hedisleri səhih sayıb

 Ənəs (radiAllahu anhu) rəvayət edir ki, Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu : Cənnətdə möminə bu qədər və bu qədər cinsi münasibət qüvvəsi veriləcəkdir. Bir nəfər : 
- Ya Rasulullah..! Onun gücü çatacaqmı..? - deyə soruşdu.
Allah Rasulu (salləllahu aleyhi və səlləm) : 
- Ona yüz kişinin gücü veriləcəkdir deyə buyurdu.
(Tirmizi "Cənnət” 2536, əl-Albani "Mişkət” 3/1567, H. 5636)

Muhəmmədin nəfsi əlində olana and olsun ki, bir gecədə 100 bakirə qadına yaxınlaşacaqdır ]
(Əbu Nuaym "Sıfət əl-Cənnəh” 2/215, Təbərani "Mucəm əs-Sağir” 2/12-13, Beyhəqi "əl-Bas vən Nuşur” 365, Məcmuaz Zəvaid 10/417, əl-Albani "Səhih” 1/641, H. 367)

• Əbu Hureyrə (radiAllahu anhu) rəvayət edir ki, 
Allah Rasulu (salləllahu aleyhi və səlləm) buyurdu :
- Ey Allahın Rasulu..! Cənnətdə cima (yaxınlıq) varmı..?

- Canım əlində olana and olsun ki, Bəli. İstədiyi qədər edəcəkdir. 
Hər şey bitdiyi zaman qadın təkrar tərtəmiz bir bakirə olacaqdır.
(Təbərani "Mucəm Sağir” 1/91, Əbu Nuaym "Sıfət əl-Cənnəh” 393.)
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#526 abdhalim

#527 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 09 мая 2016 - 15:27

abdhalim, sən nəyi öyrənmək istəyirsən? Hədislərin sənədi barədə olan nəzəri, yoxsa məzmunu barədə olan nəzəri? 

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru