بسم الله الرحمن الرحيم
الحمد لله ربّ العالمين، والصلاة والسلام على سيّدنا محمّد وآله الطيبين الطاهرين، ولعنة الله على أعدائهم أجمعين من الأوّلين والآخرين
السلام عليكم ورحمة الله وبركاته
Bu mövzumuzda biiznilləhi təala Sünni alimlərinin vahabilərə yazdıqları rədiyyələr haqqında yazacağıq.
Bu barədə yazılan istər türkcə olsun, istər ərəbcə olsun, istərsə də başqa dillərdə olsun, yazılmış rədiyyələri imkan daxilində sizinlə paylaşmağa çalışacağıq.
İçindən müəyyən dəlillər gətirəcəyimiz ilk kitab Şeyxul-İslam əs-seyyid Əhməd bin Zeyni Dehlannın təlif etdiyi الدرر السنیة فی الرد على الوهابیة( "Əd-durarus-səniyyətu fir-raddi əlal-vahhəbiyyəti" ) kitabıdır .
Qeyd edim ki, bu kitabı Böyük İSlam alimi Ayətullah-ul-uzma Şeyx Nasir Məkarim Şirazi həzrətlərinin (h.a) rəsmti saytında "ərəb dilli kiitablar" ==== "Əqaid" === "Vahhəbiyyəyə rəddiyyə" bölməsində tapa bilərsiz!
Mənbələr :
1. "Məzkur kitab"
2. "Məzkur kitab"
Kitabın özünə keçəmişdən öncə istərdik ki, müəllif haqqında qısaca məlumat verək :
Şeyxul-İslam əs-seyyid Əhməd bin Zeyni Dehlan əş- Şafei əl-Məkki Məkkədə şafei müsəlmanların mercəyi , muftisi, alimlərin və xətiblərin rəisi olub.
Görkəmli əhli-sünnə əllaməsidir.
Bir çox əsərlərin müəllifidir. Eləcə də , "Vahhəbiyyə fitnəsi kitabı" -nın müəllifidir.
Hicri-qəməri tarixi ilə 1232-ci ildə ( miladi 1816-ci il ) Məkkə Mukərramədə dünyaya gəlib.
Hicri-qəməri tarixi ilə 1304-cü ildə ( miladı 1886-cı il ) Mədinə Munəvvarada 70 yaşında dünyasını dəyişib.
Alim haqqında ətraflı məlumat : Şeyxul-islam Əhməd bin Zeyni Dehlan
Bir şeyi də diqqətinizə çatdırım ki, gördüyünüz kimi "vahabi" adını vahabilərə şiələr yox, sünnilər özləri veriblər.
Qeyd edim ki, Muhəmməd bin ƏbdilVahhəb miladi tarixi ilə 1703-cü ildə dünyaya gəlib, 1791-ci ildə son mənzilə köçüb. ( Hicri qəməri tarixi ilə 1115-1206 )
Şeyx Əhməd bin Zeyni Dehlan ilə çox yaxın tarixdə yaşayıblar.