Sələfilərin əqidəsi və dəlilləri:İnsan öldükdən sonra hansı əməllərdən xeyir görür?
Ölən insan başqalarının etdiyi bu əməllərdən xeyir görür:
1.����������� Müsəlmanın onun üçün dua etməsi: Uca Allah buyurur: "Onlardan sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!""[1].
2.����������� Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Müsəlmanın kimsənin digər qardaşı üçün qeybən etdiyi dua məqbuldur. Onun başı üzərində təyinat verilmiş bir mələk dayanar. Hər dəfə qardaşı üçün x(Allah ondan razı olsun) ölən adamın əvəzinə iki dinarlıq borcunu ödəməsi[2] hədisi dəlildir.
Onun vəd etdiyi nəziri ödəmək: Bu oruc tutmaq və ya başqa əməl ola bilər. Demək Səd ibn Ubadə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun): Anam ölüb, amma boynunda nəzir qalıb - deyərək ondan fitva eyirli dua etdikdə təyinat verilmiş mələk belə deyər: Amin, sənin üçün də onun mislində olsun!"[3]
3.����������� Kiminsə onun borcunu ödəməsi: Bu məsələyə, Əbu Qatadənin aldım. O dedi: "Onun əvəzinə sən ödə"[4].
4.����������� Əməlisaleh övladın gördüyü yaxşı işlər:
Uca Allah buyurur: "İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!"[5]
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: "İnsanın ən gözəl yeməyi, onun öz qazancıdır. Həqiqətən övladı da onun qazancındandır"[6].
5.����������� Ölən insanın özündən sonra qoyub getdiyi yaxşı izlər və daimi sədəqələr:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "İnsan öldükdə bütün əməlləri dayanır. Yalnız üç əməli istisnadır: daimi qalan sədəqə, öyrətdiyi faydalı elm, yaxud onun üçün dua edən əməlisaleh övlad"[7].
�
Qəbirləri ziyarət etmək:
Axirəti yada salmaq və ibrət almaq üçün qəbirləri ziyarət etmək olar. Lakin bir şərtlə ki, orada Uca Allahı qəzəbləndirən ifadələr işlədilməsin. Yəni, dua edib ölüləri çağırmaq, Allahı qoyub onlardan kömək istəmək və s. bu kimi.
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Amma indi onları ziyarət edin. Həqiqətən bunda bir ibrət dərsi vardır. Amma orada Uca Allahı qəzəbləndirən ifadələr işlətməyin"[8].
Qəbirləri ziyarət etməyin icazəli olması kişilər kimi qadınlara da şamildir. Çünki onların hər ikisi ziyarətə səbəb olan amildə (yəni, axirəti xatırlamaqda və ibrət dərsi almaqda) eynidirlər. Həmçinin ötən hədislərdə də Aişənin (Allah ondan razı olsun) qəbiristanlıq ziyarəti zamanı nə deməsi haqqında soruşması, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona dua öyrətməsi və ziyarəti qadağan etməməsi buna bir dəlildir. Çünki bu zaman Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınların qəbiristanlığı ziyarət etmələrinin qadağan olmasını vurğulamamışdır.
�
Qəbirlərin önündə bunları etmək haramdır:
1.����������� Allah üçün qurban kəsmək: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "İslamda "Aqr" (kəsmək) yoxdur". Əbdürrəzzaq ibn Həmmam adlı alim hədisdəki "Aqr" sözünə aydınlıq gətirərək deyir: "Cahiliyyət dövründə qəbirin üzərində inək və ya qoyun kəsərdilər"[9].
2. 6. ��Aşağıdakı hədisdə deyilənləri etmək:
Cabir (Allah ondan razı olsun) deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbiri hündür etməyi, qəbirin üzərində oturmağı, tikili tikməyi, qəbiri artırmağı və ya üzərinə yazmağı qadağan etmişdir"[10].
7.����������� Qəbirə tərəf namaz qılmaq: Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Qəbirlərə tərəf namaz qılmayın..."[11].
8.����������� Qəbirin yanında namaz qılmaq: Hətta qəbirə tərəf yönəlməsə də, orada namaz qılmaq qadağandır.
Demək, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Qəbiristanlıq və hamamdan başqa, yer üzünün hər yanı namazgahdır"[12].
9.����������� Qəbirlərin üzərində məscidlər tikmək: Aişə və Abdullah ibn Abbas (Allah onlardan razı olsun) deyirlər: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölüm xəstəliyi gəldikdə əynindəki paltarını üzünə çəkdi. Sonra özünə gəldikdə paltarı çəkib üzünü açdı və elə vəziyyətdə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Bununla Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz ümmətini onların etdiklərindən çəkindirirdi.[13]
Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonuncu xəstəliyində belə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Daha sonra Aişə (Allah ondan razı olsun) sözünə davam edərək deyir: "Əgər bu qadağa olmasaydı, onun qəbiri hündür edilərdi. Belə ki, onun qəbirinin səcdəgah ediləcəyindən ehtiyat edilirdi"[14].
10.������� Bəlli vaxtlarda və müəyyən mövsümlərdə ibdaət və ya başqa məqsədlə qəbiri daimi ziyarətgaha çevirmək: Demək, Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Mənim qəbirimi daimi ziyarətgaha çevirməyin. Evlərinizi də qəbir etməyin. Harada olsanız mənə salavat deyin. Həqiqətən sizin salavatınız mənə yetişir"[15].
11.������� Qəbirə görə səfər etmək:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Üç məsciddən başqa heç bir yerə ziyarət səfəri etmək olmaz: Məscidül Həram, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidi və əl-Əqsa məscidi"[16].
12.������� Qəbirlərin üzərində çıraq yandırmaq: Belə ki, bu bir bidətdir və saleh sələflərimiz belə bir əməl etməzdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Hər bidət zəlalətdir. Hər zəlalətin sonu isə oddur"[17]. Həmçinin belə səfərlər, mal-dövləti boş-boşuna xərcləməkdir. Bu isə açıq-aşkar şəkildə qadağan edilmişdir. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah sizə üç şeyi: dedi-qodu etməyi, malı israf etməyi və çoxlu sual verməyi - qadağan etmişdir"[18].
13.������� Meyitin sümüklərini sındırmaq: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mömin ölü ikən onun sümüyünü sındırmaq, diri ikən sındırmağa bərabərdir"[19].
***
[1] əl-Həşr: 10.
[2] Bax: (Bölüm) İnsan öldükdə və ruhunu tapşırdıqda qohumları aşağıda deyilənləri etməlidirlər:... 5-ci bənd. (tərc.)
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 3381. Müslim: 4/ 2094/ � 2733.
[4] Buxari: 5/ 389/ � 2761. Müslim: 3/ 1260/ � 1638. Əbu Davud: 9/ 134/ � 3283. Tirmizi: 3/ 51/ � 1586. Nəsai: 7/ 21.
[5] ən-Nəcm: 39.
[6] Hədis səhihdir. əl-İrva: � 1626. Əbu Davud: 9/ 444/ � 3511. Rəvayətin mətni onundur. Tirmizi: 2/ 406/ � 1369. İbn Macə: 2/ 723/ � 2137. Nəsai: 7/ 241.
[7] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 893. Müslim: 3/ 1255/ � 1631. Əbu Davud: 8/ 86/ � 2863. Tirmizi: 2/ 418/ � 1390. Nəsai: 6/ 251.
[8] Hədis səhihdir. əl-Cənaiz: səh. 179. Hakim: 1/ 374. Beyhəqi: 4/ 77. Onların rəvayətlərində sonuncu cümlə yoxdur. Bu cümlə, Bəzzarın (1/ 407/ � 861) rəvayətindədir.
[9] Hədisin sənədi səhihdir. əl-Cənaiz: səh. 203. Əbu Davud: 9/ 42/ � 3206.
[10] Hədisin sənədi səhihdir. əl-Cənaiz: səh. 204. Əbu Davud: 9/ 45/ � 3219. Qeyd olunan rəvayət ona məxsusdur. Hədisi bəzən artıq, bəzən isə əksik ifadələrlə rəvayət edənlər bu alimlərdir: Müslim: 2/ 667/ � 970. Tirmizi: 2/ 258/ � 1058. Nəsai: 4/ 86.
[11] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 7348. Müslim: 2/ 668/ � 972. Əbu Davud: 9/ 49/ � 3213. Tirmizi: 2/ 257/ � 1055. Nəsai: 2/ 67.
[12] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 2767. Əbu Davud: 2/ 158/ � 488. Tirmizi: 1/ 199/ � 316.
[13] Buxari: 8/ 140/ � 4444. Müslim: 1/ 377/ � 531. Nəsai: 2/ 40.
[14] Buxari: 3/ 200/ � 1330. Müslim: 1/ 376/ � 529. Nəsai: 2/ 41.
[15] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 7226. Əbu Davud: 6/ 31/ � 2026.
[16] Buxari: 3/ 63/ � 1189. Müslim: 2/ 1014/ � 1397. Əbu Davud: 6/ 15/ � 2017. Nəsai: 2/ 37.
[17] Buxari: 2/ 414/ � 934. Müslim: 2/ 582/ � 851. Nəsai: 3/ 104. İbn Macə: 1/ 352/ � 1110. Əbu Davud: 3/ 460/ � 1099. Müxtəsər rəvayət etmişdir. Tirmizi: 2/ 12/ � 5111. Onun rəvayətinə oxşar.
[18] Buxari: 3/ 340/ � 1477. Müslim: 3/ 1340/ � 1715.
[19] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 2143. Əbu Davud: 9/ 24/ � 3191.İbn Macə: 1/ 516/ � 1616.
________________________________________________________________
Sələfilər bütün etdiyi əməlləri dəlil ilə edir.
Əgər bu alimdən sələfilərə rəddiyə verirsə sələfilərin gətirdikləri dəlilləri şərh etməlidir.
Sələfilərin gətirdikləri dəlillərin ya zəif ya da düzgün şərh olunmadığını göstərməlidir.
Dəlillərdən açıq-aydın görsənir ki, bu hədislər alimin gətirdiyi hədislərlə ziddiyyət təşkil edir.
Bundan əlavə hədislərin yoxlanmasının əsas şərtlərindən biri də hədisin sənədi daha möhkəm olan hədislərlə və ya mütəvatir hədislərlə ziddiyyət təşkil edib-etməməsini yoxlamaqdır.
Bu sünni alim gətirdiyi hədislərin yuxarıda qeyd olunan hədislərlə ziddiyyətini izah etməlidir.
Сообщение отредактировал hənbəli_84: 09 июля 2012 - 10:51