Перейти к содержимому


Фотография

Vahhəbilərə rəddiyyələr


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 98

#91 hənbəli_84

hənbəli_84

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 225 сообщений

Отправлено 09 июля 2012 - 10:16

Yuxarıda alimin fikrini yazmışdıq :

" ( Peyğəmbərin (s.a.s) atası ) Adəm (ə) də Allahın ona qadağan etdiyi ağacdan ( meyvə ) yedikdə (, buna görə cənnətdən çıxarıldıqda ) ağamız ( Muhəmməd ) peyğəmbər (s.a.s) dünyaya gəlməmişdən qabaq onunla ( peyğəmbərlə (s.a.s) Allaha təvəssül etmişdi"

Alim daha sonra buyurur :


رواه البيهقي بإسناد صحيح في كتابه المسمى دلائل النبوة الذي قال فيه الحافظ الذهبي عليك به فأته كله هدى ونور فرواه عن عمر بن الخطاب رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم لما اقترف آدم الخطيئة قال يا رب أسألك بحق محمد الا ما غفرت لي فقال الله تعالى يا آدم كيف عرفت محمدا ولم أخلقه قال يا رب إنك لما خلقتني رفعت رأسي فرأيت على قوائم العرش مكتوبا لا إله إلا الله محمد رسول الله فعلمت أنك لم تضف إلى اسمك إلا أحب الخلق إليك فقال الله تعالى صدقت يا آدم إنه لأحب الخلق إلى وإذ سألتني بحقه فقد غفرت لك ولولا محمد ماخلقتك


" ( Adəmin (ə) peyğəmbərimizlə (s.a.s) təvəssül etməsi hədisini ) Hafiz Zəhəbinin " hamısı hidayət və nurdur" deyə öydüyü Beyhəqinin "Dələilun-nubuvva" adlı kitabında Beyhəqi səhih isnadla rivayət etmişdir . Beyhəqi (hədisi belə) Ömər bin Xattəbdən (r.a) rivayət edir :

( Ömər deyir ki, peyğəmbər (s.a.s) ) dedi :

"Adəm xətaya düşdüyü zaman dedi : "Ya Rabb, Muhəmmədin haqqı üçün səndən istəyirəm ki, məni bağışlayasan".

Allahu təala dedi : " Ey Adəm, Mən hələ ki, Muhəmmədi yaratmamışam, sən onu necə tanıdın ?"

Adəm dedi : " Ya Rabb, sən məni yaratdıqda mən başımı qaldırıb ərşin sütunlarında gördüm ki, yazılıb : " Lə iləhə illəllah, Muhəmmədun rasulullah" ( ALlahdan başqa ilah yoxdur, Muhəmməd onun rasuludur ) . Bİldim ki, öz adının yanına sənə ən çox sevimli olan adamın adından başqasının adını bağlamazsan. "

Allahu təala dedi : " Doğru dedin ey Adəm. O həqiqətən də yaratdıqlarımın içində ən çox sevdiyim kimsədir. Madəm ki, onun haqqı üçün məndən səni bağışlamağımı istədin, mən də səni bağışladım. Zatən Muhəmməd olmasaydı , səni yaratmazdım."







Həqiqətən də hədis birbaşa aşağıdakı ayəyə ziddir

51:56
Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.

Сообщение отредактировал hənbəli_84: 09 июля 2012 - 10:17

2:165
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.

3:80
O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?

39:3
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.

10:18
Onlar Allahı qoyub özlə­­rinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.


#92 hənbəli_84

hənbəli_84

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 225 сообщений

Отправлено 09 июля 2012 - 10:50

Sələfilərin əqidəsi və dəlilləri:

İnsan öldükdən sonra hansı əməllərdən xeyir görür?
Ölən insan başqalarının etdiyi bu əməllərdən xeyir görür:
1.����������� Müsəlmanın onun üçün dua etməsi: Uca Allah buyurur: "Onlardan sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!""[1].
2.����������� Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Müsəlmanın kimsənin digər qardaşı üçün qeybən etdiyi dua məqbuldur. Onun başı üzərində təyinat verilmiş bir mələk dayanar. Hər dəfə qardaşı üçün x(Allah ondan razı olsun) ölən adamın əvəzinə iki dinarlıq borcunu ödəməsi[2] hədisi dəlildir.
Onun vəd etdiyi nəziri ödəmək: Bu oruc tutmaq və ya başqa əməl ola bilər. Demək Səd ibn Ubadə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun): Anam ölüb, amma boynunda nəzir qalıb - deyərək ondan fitva eyirli dua etdikdə təyinat verilmiş mələk belə deyər: Amin, sənin üçün də onun mislində olsun!"[3]
3.����������� Kiminsə onun borcunu ödəməsi: Bu məsələyə, Əbu Qatadənin aldım. O dedi: "Onun əvəzinə sən ödə"[4].
4.����������� Əməlisaleh övladın gördüyü yaxşı işlər:
Uca Allah buyurur: "İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!"[5]
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: "İnsanın ən gözəl yeməyi, onun öz qazancıdır. Həqiqətən övladı da onun qazancındandır"[6].
5.����������� Ölən insanın özündən sonra qoyub getdiyi yaxşı izlər və daimi sədəqələr:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "İnsan öldükdə bütün əməlləri dayanır. Yalnız üç əməli istisnadır: daimi qalan sədəqə, öyrətdiyi faydalı elm, yaxud onun üçün dua edən əməlisaleh övlad"[7].

Qəbirləri ziyarət etmək:
Axirəti yada salmaq və ibrət almaq üçün qəbirləri ziyarət etmək olar. Lakin bir şərtlə ki, orada Uca Allahı qəzəbləndirən ifadələr işlədilməsin. Yəni, dua edib ölüləri çağırmaq, Allahı qoyub onlardan kömək istəmək və s. bu kimi.
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Amma indi onları ziyarət edin. Həqiqətən bunda bir ibrət dərsi vardır. Amma orada Uca Allahı qəzəbləndirən ifadələr işlətməyin"[8].
Qəbirləri ziyarət etməyin icazəli olması kişilər kimi qadınlara da şamildir. Çünki onların hər ikisi ziyarətə səbəb olan amildə (yəni, axirəti xatırlamaqda və ibrət dərsi almaqda) eynidirlər. Həmçinin ötən hədislərdə də Aişənin (Allah ondan razı olsun) qəbiristanlıq ziyarəti zamanı nə deməsi haqqında soruşması, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona dua öyrətməsi və ziyarəti qadağan etməməsi buna bir dəlildir. Çünki bu zaman Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınların qəbiristanlığı ziyarət etmələrinin qadağan olmasını vurğulamamışdır.

Qəbirlərin önündə bunları etmək haramdır:
1.����������� Allah üçün qurban kəsmək: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "İslamda "Aqr" (kəsmək) yoxdur". Əbdürrəzzaq ibn Həmmam adlı alim hədisdəki "Aqr" sözünə aydınlıq gətirərək deyir: "Cahiliyyət dövründə qəbirin üzərində inək və ya qoyun kəsərdilər"[9].
2. 6. ��Aşağıdakı hədisdə deyilənləri etmək:
Cabir (Allah ondan razı olsun) deyir ki, "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəbiri hündür etməyi, qəbirin üzərində oturmağı, tikili tikməyi, qəbiri artırmağı və ya üzərinə yazmağı qadağan etmişdir"[10].
7.����������� Qəbirə tərəf namaz qılmaq: Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Qəbirlərə tərəf namaz qılmayın..."[11].
8.����������� Qəbirin yanında namaz qılmaq: Hətta qəbirə tərəf yönəlməsə də, orada namaz qılmaq qadağandır.
Demək, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Qəbiristanlıq və hamamdan başqa, yer üzünün hər yanı namazgahdır"[12].
9.����������� Qəbirlərin üzərində məscidlər tikmək: Aişə və Abdullah ibn Abbas (Allah onlardan razı olsun) deyirlər: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölüm xəstəliyi gəldikdə əynindəki paltarını üzünə çəkdi. Sonra özünə gəldikdə paltarı çəkib üzünü açdı və elə vəziyyətdə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Bununla Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz ümmətini onların etdiklərindən çəkindirirdi.[13]
Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonuncu xəstəliyində belə dedi: "Allah yahudi və xaçpərəstlərə lənət etsin. Onlar öz peyğəmbərlərinin qəbirlərini səcdəgah ediblər". Daha sonra Aişə (Allah ondan razı olsun) sözünə davam edərək deyir: "Əgər bu qadağa olmasaydı, onun qəbiri hündür edilərdi. Belə ki, onun qəbirinin səcdəgah ediləcəyindən ehtiyat edilirdi"[14].
10.������� Bəlli vaxtlarda və müəyyən mövsümlərdə ibdaət və ya başqa məqsədlə qəbiri daimi ziyarətgaha çevirmək: Demək, Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Mənim qəbirimi daimi ziyarətgaha çevirməyin. Evlərinizi də qəbir etməyin. Harada olsanız mənə salavat deyin. Həqiqətən sizin salavatınız mənə yetişir"[15].
11.������� Qəbirə görə səfər etmək:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Üç məsciddən başqa heç bir yerə ziyarət səfəri etmək olmaz: Məscidül Həram, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidi və əl-Əqsa məscidi"[16].
12.������� Qəbirlərin üzərində çıraq yandırmaq: Belə ki, bu bir bidətdir və saleh sələflərimiz belə bir əməl etməzdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Hər bidət zəlalətdir. Hər zəlalətin sonu isə oddur"[17]. Həmçinin belə səfərlər, mal-dövləti boş-boşuna xərcləməkdir. Bu isə açıq-aşkar şəkildə qadağan edilmişdir. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah sizə üç şeyi: dedi-qodu etməyi, malı israf etməyi və çoxlu sual verməyi - qadağan etmişdir"[18].
13.������� Meyitin sümüklərini sındırmaq: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mömin ölü ikən onun sümüyünü sındırmaq, diri ikən sındırmağa bərabərdir"[19].

***


[1] əl-Həşr: 10.
[2] Bax: (Bölüm) İnsan öldükdə və ruhunu tapşırdıqda qohumları aşağıda deyilənləri etməlidirlər:... 5-ci bənd. (tərc.)
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 3381. Müslim: 4/ 2094/ � 2733.
[4] Buxari: 5/ 389/ � 2761. Müslim: 3/ 1260/ � 1638. Əbu Davud: 9/ 134/ � 3283. Tirmizi: 3/ 51/ � 1586. Nəsai: 7/ 21.
[5] ən-Nəcm: 39.
[6] Hədis səhihdir. əl-İrva: � 1626. Əbu Davud: 9/ 444/ � 3511. Rəvayətin mətni onundur. Tirmizi: 2/ 406/ � 1369. İbn Macə: 2/ 723/ � 2137. Nəsai: 7/ 241.
[7] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 893. Müslim: 3/ 1255/ � 1631. Əbu Davud: 8/ 86/ � 2863. Tirmizi: 2/ 418/ � 1390. Nəsai: 6/ 251.
[8] Hədis səhihdir. əl-Cənaiz: səh. 179. Hakim: 1/ 374. Beyhəqi: 4/ 77. Onların rəvayətlərində sonuncu cümlə yoxdur. Bu cümlə, Bəzzarın (1/ 407/ � 861) rəvayətindədir.
[9] Hədisin sənədi səhihdir. əl-Cənaiz: səh. 203. Əbu Davud: 9/ 42/ � 3206.
[10] Hədisin sənədi səhihdir. əl-Cənaiz: səh. 204. Əbu Davud: 9/ 45/ � 3219. Qeyd olunan rəvayət ona məxsusdur. Hədisi bəzən artıq, bəzən isə əksik ifadələrlə rəvayət edənlər bu alimlərdir: Müslim: 2/ 667/ � 970. Tirmizi: 2/ 258/ � 1058. Nəsai: 4/ 86.
[11] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 7348. Müslim: 2/ 668/ � 972. Əbu Davud: 9/ 49/ � 3213. Tirmizi: 2/ 257/ � 1055. Nəsai: 2/ 67.
[12] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 2767. Əbu Davud: 2/ 158/ � 488. Tirmizi: 1/ 199/ � 316.
[13] Buxari: 8/ 140/ � 4444. Müslim: 1/ 377/ � 531. Nəsai: 2/ 40.
[14] Buxari: 3/ 200/ � 1330. Müslim: 1/ 376/ � 529. Nəsai: 2/ 41.
[15] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 7226. Əbu Davud: 6/ 31/ � 2026.
[16] Buxari: 3/ 63/ � 1189. Müslim: 2/ 1014/ � 1397. Əbu Davud: 6/ 15/ � 2017. Nəsai: 2/ 37.
[17] Buxari: 2/ 414/ � 934. Müslim: 2/ 582/ � 851. Nəsai: 3/ 104. İbn Macə: 1/ 352/ � 1110. Əbu Davud: 3/ 460/ � 1099. Müxtəsər rəvayət etmişdir. Tirmizi: 2/ 12/ � 5111. Onun rəvayətinə oxşar.
[18] Buxari: 3/ 340/ � 1477. Müslim: 3/ 1340/ � 1715.
[19] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 2143. Əbu Davud: 9/ 24/ � 3191.İbn Macə: 1/ 516/ � 1616.

________________________________________________________________

Sələfilər bütün etdiyi əməlləri dəlil ilə edir.
Əgər bu alimdən sələfilərə rəddiyə verirsə sələfilərin gətirdikləri dəlilləri şərh etməlidir.
Sələfilərin gətirdikləri dəlillərin ya zəif ya da düzgün şərh olunmadığını göstərməlidir.
Dəlillərdən açıq-aydın görsənir ki, bu hədislər alimin gətirdiyi hədislərlə ziddiyyət təşkil edir.

Bundan əlavə hədislərin yoxlanmasının əsas şərtlərindən biri də hədisin sənədi daha möhkəm olan hədislərlə və ya mütəvatir hədislərlə ziddiyyət təşkil edib-etməməsini yoxlamaqdır.
Bu sünni alim gətirdiyi hədislərin yuxarıda qeyd olunan hədislərlə ziddiyyətini izah etməlidir.

Сообщение отредактировал hənbəli_84: 09 июля 2012 - 10:51

2:165
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.

3:80
O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?

39:3
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.

10:18
Onlar Allahı qoyub özlə­­rinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.


#93 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 09 июля 2012 - 13:36

Bütün bunlar hamısı sənin məsələyə münasibətindi! :rolleyes:

Sənin və sənin "sələfi" dediklərivin nə fikirləşdikləri, hansı fikirlər üzərində əqidə qurması bizim üçün huccət deyil.

Mən alimin sözünü yazıram. Sən də alimin sözünü gətir. Mənə nə var sən nə yazırsan, nə məqalə hazırlayırsan ?

Mənə nə var sən Quran ayələrinin mənasını, hədislərin mənasını necə təhrif edirsən ? :rolleyes:

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#94 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 09 июля 2012 - 13:37

[size="3"][font="Palatino Linotype"]Müəllif: Muhəmməd Saleh əl-Münəccid | | |


Sən niyə görə əl-munəccidə ibadət edirsən ki ? :rolleyes:

Bəlkə əl-munəccid yolunu azıb ? Axı, xristian alimləri də yolunu azıb! :rolleyes:

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#95 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 09 июля 2012 - 16:01

Həqiqətən də hədis birbaşa aşağıdakı ayəyə ziddir

51:56
Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.



Nəyə əsasən deyirsən ki, ziddir ?

Axı,burda ziddiyyətli bir şey yoxdur. :rolleyes:

Bir də ki, nəyə əsasən hədisə də , quran ayəsinə də öz ağlıva görə şəhr verib iki nassı ziddiyətli hesab edirsən ki ? :rolleyes:

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#96 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 09 июля 2012 - 16:06

Sələfilər bütün etdiyi əməlləri dəlil ilə edir.


Biz sələfilərdən yox, vahabilərdən danışırıq.


Əgər bu alimdən sələfilərə rəddiyə verirsə



Bu alim sələfilərə yox, vahabilərə rədiyyə verib. Kitabın adı da bunu sübut edir.

sələfilərin gətirdikləri dəlilləri şərh etməlidir.


vahabilər nəyə əsasən dəlil gətirirlər ki ?

Sələfilərin gətirdikləri dəlillərin ya zəif ya da düzgün şərh olunmadığını göstərməlidir.


Göstərir də !


Dəlillərdən açıq-aydın görsənir ki, bu hədislər alimin gətirdiyi hədislərlə ziddiyyət təşkil edir.



Nəyə əsasən deyirsən ki, ziddiyyət təşkil edir ?

Axı, bu iddianı sən edirsən. Sənin bu elmin əhli deyilsən, o isə alimdir. Əgər alimlə cahilin fikirləri , HƏDİSLƏRDƏN ÇIXARDTIĞI NƏTİCƏLƏR ziddiyət təşkil edirsə, deməli, alim haqlıdı.

Odur ki, sənin nəticələrivi apar çırp divara. Sən cahilsən! )


Bundan əlavə hədislərin yoxlanmasının əsas şərtlərindən biri də hədisin sənədi daha möhkəm olan hədislərlə və ya mütəvatir hədislərlə ziddiyyət təşkil edib-etməməsini yoxlamaqdır.


Sən nəyə əsasə deyirsən ki, sənin gətirdiyin hədislər daha möhkəm və daha mutəvatirdi ?

Kim deyib ki, sənin gətirdiyin hədislər daha möhkəm və daha mutəvatirdi ? )


Bu sünni alim gətirdiyi hədislərin yuxarıda qeyd olunan hədislərlə ziddiyyətini izah etməlidir.


Sən nəyə əsasən deyirsən ki, sünni aliminin gətirdiyi dəlillər sənin yuxarıda ayzdıqlarınla ziddiyət təşkil edir ? )

Lap əgər ziddiyət təşkil edirsə də , sən kimsən ki, deyəsən sənin aldığın nəticələr doğrudu, amma, alimin aldığı nəticələr doğru deyil ?

Sən cahilsən, o isə alim.

Yox əgər əl-Munəccidin sayıqlamarına görə belə deyirsənsə, deyək ki, Munəccid alimdi.

Sən alimə niyə ibadət edirsən ki əxican ? :rolleyes:

  • Arif это нравится
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.

#97 Muhaqqiq

Muhaqqiq

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 17 июля 2012 - 23:00

Necə deyərlər bidətçi bidətçinin dostudur. Müşrik müşrikin dostudur. Hamısı haqq yolu ilə gedənlərə qarşıdır. İstəyirsiniz bütün ordularınızı yığın gəlin hətta yəhudilər, xristianlar və şeytan ordularını çağırın. Yenə haqq yolu ilə gedənlərə məğlub olacaqsınız.


Burda dostluq və qardaşlıqdan söhbət getmir.Vəhhabilərə rədd yazan yüzlərlə sünni üləması heç də şiənin qardaş hesab etdiyi kəslər də olmamışdır.Sizi Sələfiyyə adı altında alddıb sünnilərin tarixboyu çoxunun mənsub olmadığı əqidəyə yönəldiblərsə problem özünüzdədir.
O ki qaldı ordu yığmaq,yəhudi və xristianlara falan biraz son əsrlərdə islam dünyasında baş verənləri təhlil etsəz əslində məhz Vahabilərin xristian və yəhudilərin yardımlarıyla at oynatdığı nəticəsinə gələcəksiz.Öz doğma atası və qardaşı tərəfindən sapıq sayılıb rədd edilən Muhamməd ibn Abdilvahhab necə gücləndi?Hələ bunları oxu.Müsəlmanların qanını necə halal sayaraq,mallarını necə talayaraq güc və hakimiyyət sahibi oldular.Səudiyyə Ərəbistanı adlanan kukla anqlo-saks əsəri dövlətin dünyavi hakimiyyəti Muhamməd ibn Abdilvahhabın adaşı ibn Saudun nəslindən olanlar,dini monopoliyaya isə Aluş Şeyx adlanan onun özünün nəslindən olanlar rəhbərlik edir və tamamilə maddi güclə ,şirnikləndirmələrlə vahhabiliyi dünyada yayırlar.

#98 Muhaqqiq

Muhaqqiq

    Arif – Corporal

  • Murid
  • 50 сообщений

Отправлено 17 июля 2012 - 23:07

1) Diqqət yetirsəniz Quran ayələrini səhih hədislərlə deyil öz ağlına görə izah edir.
2) Gətirdiyi hədislər diqqət yetirsəniz Əhli Sünnənin mötəbər hədis ktablarından (Buxari, Müslim, Tiirmizi, Əbu Davud, Nəsai, İbn Macə və s.) deyil.


Qeyd etdiyin xüsusiyyət məhz sizin müasir şeyxlərinizə aiddir.Onlar məhz öz ağıl və havasına tabe olaraq ümmətin keçmişini şirkdə ittiham edir və yalnız özlərini tövhid əhli kimi görürlər.

#99 Abu AZRAİL

Abu AZRAİL

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 16 сообщений

Отправлено 10 мая 2023 - 16:29

Hacıcan ❤❤❤

Сообщение отредактировал Abu AZRAİL: 10 мая 2023 - 16:30





Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru