Jamaat, bura sifariş zalı deyil. Biri gəlib deyir əsl sələfi bizik, o biri deyir əsl sələfi bizik. Ona görə də birinizə "terrorçu sələfi", birinizə "mülayim sələfi" demək ən doğrusu olur. Hərəniz də gündə bir amerika kəşf edirsiz. Məsələn biz deyirik əsl şiə bizik. Amma taixdə "zeydi şiə", vaqifi şiə", "on iki imamçı şiə" terminləri var. Bunu niyə problem edirsən mən başa düşmürəm.
'master_ier',bəlkə maraqli oldu . mənə elə gəlir ki burada kimin sələfi olduğunu neytrallar aydin görə biliblər. səndən fərqli olaraq bu məqaləni yazanin qərəzi yoxdur burada. qərəz deyəndə mən maraqi nəzərdə tuturam.
28.08.2012 [9:27]
Gündəm
DİN QİYAMINI KİM HAZIRLAYIR?
Azərbaycanı kafir ölkəsi adlandırıb cihada çağıranların hakimiyyətdə himayədarları var
1352 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, Azad Suriya Ordusunun tərəfində vuruşanlar arasında xarici ölkə vətəndaşları da var. “Frans Press” agentliyinin məlumatına görə, Hələb döyüşlərində onlarla ölkədən olan könüllülər iştirak edir. “Frans press” müxbiri Liviyadan olan döyüşçü ilə söhbət edərkən əlindən yaralanan və ərəb dilində bilməyən birini görür.
Məlum olur ki, oralarda onu bu vaxta qədər görən olmayıb. “Əlindən yüngül yaralanan gənc döyüşçü qarşısına çıxanlardan kimin türk dilində bildiyini soruşur, məlum olur ki, o, Azərbaycandandır, növbəti toqquşmalardan birində öz dəstəsindən ayrı düşüb.
“Mən televizorda Suriyada baş verənləri izləyəndə şoka düşdüm və qərara aldım ki, Bəşər Əsədlə mübarizədə suriyalılara kömək etməliyəm. İlk dəfədir ki, mən bu cür mübarizədə iştirak edirəm”, deyə, adı göstərilməyən həmin azərbaycanlı bildirib.
Xatırladaq ki, Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki münaqişə bölgələrində hərbi əməliyyatlarda iştirakı barədə ən müxtəlif məlumat yayılmaqdadır. Şimali Qafqazdakı münaqişə nöqtələrindəki iştiraka görə Azərbaycan məhkəmələri tərəfindən mühakimə olunan şəxslər də az deyil. Azərbaycan həbsxanalarında xarici ölkə vətəndaşları olan, adıçəkilən döyüşlərdə, artıq mühakimə olunmuş azərbaycanlılarla birlikdə iştirak edənlər də kifayət qədərdir. Ümumiyyətlə, “dini əqidəsinə” görə bir sıra qətllər törətməkdə ittiham olunaraq həbs olunanlar (Ziya Bünyadov, Etibar Erkin və s. qətlləri ilə bağlı işlər) da var.
Odur ki, Azərbaycan ictimaiyyətini həmin radikal dini qrupların kimliyi maraqlandırır. Maraqlıdır ki, bir çoxları həmin şəxsləri sələfi cərəyanı ilə bağlayırlar. Lakin proseslərin təhlili daha ciddi siqnallardan xəbər verir. Bu gün radikallığı ilə seçilənlər də sələfilər deyil, tamamilə başqa dini cərəyanın nümayəndələridir.
Son zamanlara qədər Azərbaycanda ən radikal dini qrup kimi Qamət Süleymanovun rəhbərlik etdiyi icma sayılıb. Lakin 2003-cü ildən başlayaraq, həmin icma üzvləri arasında ciddi qarşıdurmanın baş verməsi və parçalanması barədə geniş ictimaiyyətə az məqamlar bəllidir. Məsələnin kökündə ideoloji baxışlar dursa da, parçalanmaya səbəb və sonrakı proseslər demək olar ki, geniş təhlil edilməyib.
2003-ci ildə eks-prezident Heydər Əliyev vəfat edərkən, “Əbu Bəkr” məscidində Qamət Süleymanovun rəhbərliyi ilə ona cənazə namazı qılındı. Bu zaman bir qrup icma üzvü Azərbaycanı kafir ölkəsi adlandıraraq Hacı Qamətdən dinsiz dövlət strukturları ilə əlaqəni tam kəsmək tələb olundu. Həmin şəxslər Q.Süleymanovun qarşına belə bir sual qoydular: “Azərbaycan kafir ölkəsidirmi? Əgər, belədirsə, onda cihad elan olunmalıdır”.
Bu münaqişə onsuz da dərinləşməkdə olan qarşıdurmanı daha da çıxılmaz vəziyyətə saldı. Nəticədə Hacıbala adlı şəxsin rəhbərliyi ilə bir qrup şəxs icmanı tərk edərək, Q.Suleymanovu münafiq və satqın adlandırdı. Dini terminologiya ilə desək, təkfir elədi. Q. Süleymanov isə icmanı tərk edənləri xəvaric (xaric olunanlar) adlandırdı.
İstər şiə, istər əhli sünnə məzhəbinə qarşı sərt mövqe nümayiş etdirən xəvariclər birinciləri müşrik (Allaha şərik qoşan), ikinciləri bidət əhli (dinə sonradan gətirilmə) adlandırmaqla kifayətlənmədilər və sələfilərdən təkfir etməyi və cihada başlamağı tələb etdilər. Əslində, Əbu Bəkr icması ətrafında baş verənlərin və bu məscidin indiyənə qədər qapalı qalmasının səbəblərindən biri də budur.
Azərbaycanda radikal fəaliyyət göstərə bilməyən xəvariclər öz potensiallarını göstərə bilməkdən ötrü Şimali Qafqaza üz tutmağa başladılar və əsas ssenari də məhz bundan sonra yazılmağa başladı.
Əslində onların Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə olunduğu barədə məlumatlar elə o zaman yayılırdı. Təhlillər rus kəşfiyyatının xüsusisi dəstələr yaratdığını və “Şimali Qafqaz laboratoriyasında” onları uğurla təcrübədən keçirdiyini göstərirdi. Hərbi təlim və döyüşlər keçmiş, zombiləşmiş, əsasən idmançı və azsaylı xalqlardan ibarət olan bu qrup Moskva üçün kataklizmlər anında Azərbaycanda diversiyalar törətməyə lazım idi. Lakin hədəfi özündən yayındıra bilməkdən ötrü həmin qrupların yaxın Şərqə göndərilməsi mühüm idi. Bu, eyni zamanda hazırlıq üçün daha effektli laboratoriya ola bilərdi. Odur ki, Suriya və digər ərəb ölkələrindəki döyüşlərdə iştirak edən insanların arasında Azərbaycan vətəndaşları daha çox şimal qonşumuzun sifarişlərini həyata keçirənlər kimi səciyyələndirilə bilərlər.
Bəlkə də burada bitirmək olardı. Lakin indiyənədək Azərbaycan əleyhinə hazırlanmış insanların gələcək fəaliyyətlərinə nəzər yetirməmək mümkün deyil.
Şimali Qafqazdakı əməliyyatlarda “meşə qardaşlığı” və s qruplarda fəaliyyət göstərən şəxslərin Azərbaycana dönərkən həbs edilməsində bəlkə heç bir ədalətsizlik yoxdur. Lakin o insanların qrup halında eyni həbsxanalara yerləşdirilməsi və oradakı fəaliyyətləri son dərəcə qorxulu tendensiyalardan xəbər verir.
Keçmiş məhbuslarla söhbət və araşdırmadan bəlli olur ki, həbsdə olan xəvariclər üçün xüsusi şəraitlər yaradılıb. Əgər, sələfilər və şiələr belə imtiyazlardan məhrumdularsa, xəvariclərin birgə toplaşmaq, kitablarını yaymaq, təbliğatlarını genişləndirmək və təşkilatlanmaq imkanları var. Bu insanlar azadlığa hazır komanda kimi çıxacaqlar və ən qorxulusu odur ki, təkfir etməkdə, özləri kimi olmayanları günahkar, kafir və s epitetlərlə damğalayıb, mübarizəyə başlaya bilərlər. Bir çoxları səmimi dindar olan bu insanlar Rusiya kəşfiyyatına dolayısı ilə xidmət etmələrindən xəbərsizdilər. Onlar Dağıstanda baş verənləri, Azərbaycanın şimal rayonlarında hazırlanan təxribatları, dini müstəvidə ölkənin şərti olaraq, şiə, sünni bölgələrinə parçalamaq və qarşıdurma yaratmaq ssenarisindən xəbərsizdilər. Lakin bu barədə onları təşkilatlandırmaqla məşğul olanlar ciddi şəkildə düşünməlidirlər; bunun adi bir səriştəsizlik olduğunu söyləmək sadəlövhlük olardı.
Qısa bir zamanda Penitensiar sistemdə dəmir intizam yarada bilən, hətta kriminal aləmi darmadağın etməyə müvəffəq olmuş, böyük iddialara malik olan general Mədət Quliyevin bu məsələni nəzərə almaması bir çox suallar doğurur. Ən acınacaqlı hal odur ki, bu məsələ hüquq müdafiəçiləri, mətbuat və müxalifətin diqqətindən də kənardır. Odur ki, Azərbaycanda təkfirçi bir qrupun törədə biləcəyi təhlükələr barədə həyəcan siqnalı çalmağın vaxtı çoxdan çatıb. Əks təqdirdə, “Şimal təhlükəsi” bu dəfə həbsxanalardan başlayacaq. Rusiya emissarı da hakimiyyətə gələ bilməkdən ötrü, həbsxanalarda olan “zombi komandası”ndan gen-bol yararlana bilər...
Azər RƏŞİDOĞLU
p.s cavab verməyin vacib deyil.
Сообщение отредактировал jamaat: 29 августа 2012 - 03:33
"Allahin bütün işləri çaşdiricidir, ancaq xəbəriniz olsun ki, Allah, Özünü sizə tanitdiği səviyyədə məsuliyyətli etmişdir". İmam Sadiq (r.a), Usuli Kafi.