İslamın əsası Tövhiddir.
Kəlməyi şəhadətin birinci sətri: Allahdan başqa ilahi (ibadətə layiq olan) yoxdur.
Fatihə surəsi: Yalnız sənə ibadət edir, yalnız səndən kömək diləyirik
Kürsi ayəsi: Allah, Ondan başqa ilah yoxdur,...
İxlas surəsi: De, O Allah təkdir
Əsas birinci tövhidi öyrənməliyik. İbadətlərdə Allahı təkləşdirməliyik: Təkcə Allaha dua etməliyik, təkcə Allahdan kömək istəməliyik, təkcə Allahdan qorxmalıyıq, təkcə Allaha sığınmalıyıq, təkcə Allah üçün qurban kəsməliyik, təkcə Allaha təvəkkül etməliyik, təkcə Allaha təslim olmalıyıq.
Birinci biz şirkdən uzaq olmağa çalışmalıyıq. Şirkin növlərinin və fəsadlarını bilməliyik. Çünki şirk ən böyük günahdır.
Peyğəmbərləri, əməlisaleh insanları, onların qəbirlərini, onların əşyalarını müqəddəsləşdirməməliyik, bütləşdirməməliyik, ilahiləşdirməməliyik.
3:80
O sizə mələkləri və peyğəmbərləri özünüzə Tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?
9:31
Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı Tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yox-dur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır.
88:21
(Onlara) nəsihət ver! sən yalnız nəsihətçisən.
Axırıncı ayədə "yalnız" sözünə diqqət yetirin.
Peyğəmbər (s) demişdir:
Xristianlar İsa Məsihi ucaltdıqları kimi məni ucaltmayın. Deyin Allahın qulu və elçisidir.
Diqqət yetirin: Birinci "qul" sözü gəlir, sonra "elçi" sözü gəlir.
Biz peyğəmbərlərdən və əməlisaleh insanlardan tövhidi öyrənməliyik. Onlardan Allaha necə ibadət etməyi, necə Allahdan kömək diləməyi, necə Allahı zikri etməyi, necə Allah yolunda çalışmağı, necə Allahın sevgisini qazanmağı öyrənməliyik.
Məsələn: hədisdə gəlir ki, Əli (rad) namaz qılarkən ayağına batmış nizəni və ya oxu çıxardırlar, O bunu hiss etmir.
Biz Əlidən (rad) öyrənməliyik ki, namazı necə xuşu ilə qılmaq lazımdır, necə Allahın qarşısında müti olmalısan, namaza necə yanaşmalısan.
başqa bi hədisdə gəlir ki,
Əli (rad) dəstəmaz alarkən rəngi qaçardı, qolları əsərdi. Ondan soruşurlar ki, sənə nə olub belə? Deyir: "Siz bilmirsiniz mən kimin qarşısında duracam?"
Biz Əlidən (rad) öyrənməliyik ki, necə Allahdan qorxmalıyıq, necə Allahın əzəməti, qüdrəti, böyüklüyü qarşısında özümüzü necə aciz və möhtac hiss etmək lazımdır.
Yoxsa "ya Əli" deyib Əlidən kömək istəməli deyilik, qəbrini ibadət yerinə çevirməli deyilik, Onun ayaq izləri hesab olunan yerləri pirlərə döndərməli deyilik.
Doğru söz:
2:45
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.
Buna isə "Şiələrə suallar" bölməsində ətraflı cavab yazmışıq və burda təkrar etməyə ehtiyac görmürük!