Edebiyyatimizda hz Eli (es)
Qılınc çaldı, dil açdı, şahi merdan Əli görklü. (Kitabi Dədə Qorquddan)
Əlidən öyrən əməldə ixlası,
Tanrı aslanını hər türlü fəsaddan pak və uzaq bil. (Mövlana Cəlaləddin Rumi)
Alimsən alim, doğrudur yolun.
Ağzımda dilim hu demək istər.
Əli sirrində tövhid nurunda,
Məhşər yerində hu demək istər. (Yunus Əmrə)
Çün ayinəyi tutdum yüzümə,
Əli göründü gözümə (Nəsimi)
Ta xəyalinlə könül mülkündə seyran eylərəm,
Bən səni ol şahimin mədhində heyran eylərəm.
Bən Nəsimiyəm, şahim, vəsfini dəstan eylərəm,
La fəta illa Əli, la seyfə illa Zülfiqar. (Nəsimi)
Xətayiyəm al atlıyam,
Sözü şəkərdən tatlıyam.
Mürtəza Əli zatlıyam,
Qazilər deyən şah mənəm. (Xətayi)
Hay verin Allaha, seytani qoyun tek qalsin
Tovlanib, tovlanmagin da, bala, endazesi var
Allahin shehri Nebidir, qapisi Sah Veli,
Deshik axtarma, bu shehrin bele dervazesi var.M. Sehriyar
Bir gün sübh namazı vaxtı Həzrət Əli məscidə gedərkən yolda bir ahıl kişiyə rast gəlir. Onun ağsaqqallığına hörmət edib, qarşısına keçmir və yavaş-yavaş ardınca gedir. Məscid qapısına çatanda yaşlı kişi məscidə girməyib, yoluna davam edir. Sonradan Həzrəti Əli onun xristian olduğunu başa düşür. Məscidə girəndə Peyğəmbər Həzrətlərini rukuda görür. Günəşin çıxma vaxtı yaxınlaşmışdı. Həzrəti Əli camaata qoşulub namaz qılır.
Namazdan sonra səhabələr Peyğəmbərdən soruşurlar: "Ya Peyğəmbər! Birinci rukuda adətinizdən daha çox qaldınız. O qədər durdunuz ki, hətta günəşin doğmağına az qalmışdı. Lütf edib, səbəbini deyə bilərsinizmi?"
Həzrəti Mühəmməd Peyğəmbərimiz "Hər zaman olduğu kimi Səmi'allahülimən həmidəh deyib, rukudan qalxmaq istəyəndə, Cəbrayil Əleyhissəlam peyda olub qanadı ilə kürəyimdən basıb, başı ilə başınmı tutub qalxmağıma mane oldu. Bundan başqa hikmətinin nə olduğunu mən də bilmirəm" - buyurdu.
O an Allah Təala Cəbrayıl Əleyhissəlama əmr edir ki, "Həbibimə yetiş, səbəbini bildir. Əshabına bu sirri açsın."
O saat Hz.Cəbrayıl Həbibullahın hüzuruna gəlib, xəbər verdi ki, "Ya Rəsulallah! Mübarək başınızı rukudan qaldırmaq istədiyiniz zaman Allah Təala mənə əmr etdi ki, yetiş, Həbibimi qoyma rkudan qalxsın. MƏnim qulum Əli yolda bir ağsaqqalın saqqalına hörmət edib yavaş yeridiyi üçün camaat namazının savabından məhrum olur. Qalmasın. Həbibimə çatsın. Mən də gəldim, Sultanımı rukuda tutdum, Əli gəldi. Allah Təala məni sizi rukuda tutmağa göndərdiyi zaman, qardaşım İsrafili də günəşi tutmağa göndərdi ki, Hz.Əli sizə çatana qədər çıxmasın. Budur hikmət."
Hedisin menbeyini yaza bilmeyecem. Cunki bu hedisi vehabi dukanindan aldigim teqvimden oxumusam