salam aleykum.mety-ety sual verir gorun ne cavab alir.
Salam aleykum
Şeyx zəhmət olmasa bu sualları cavablandırarsınız
Mənə yalnız aşağıdakı hədislərin açıqlaması (Səhih və ya zəifliyi də olsa yaxşı olar) lazımdır....zəhmət olmasa dəvət üçün dolğun açıqlama verin...Şeyx bu hədislərin tam açıqlamalarını həm özüm üçün , həm də bəzi qardaşlar üçün istəyirəm zəhmət olmasa Allah rızası üçün daha dolğun cavablar verin...
1)“Allah insanı, özü kimi, altmış zira uzunluğunda yaratdı.” ( “Səhihi-Buxari”, 4-cü cild, səh.57; “Səhihi-Müslüm”, 2-ci cild, səh.481...Bu hədisi açıqlayın....
2)Allah-təala qiyamət günü (Məhşərdə) müxtəlif surətlərdə görünəcəkdir
Bu hədis qəribə deyilmi?
3)“Bir gün Süleyman ibni Davud dedi: Bu gecə qadınlarımın yüzü ilə də yatacağam. Qoy onlar mənim üçün Allah yolunda cihad edən (vuruşan) yüz cəngavər dünyaya gətirsinlər. Mələk ona yaxınlaşıb dedi: İnşallah de! Amma Süleyman buna əhəmiyyət vermədi və “inşallah” demədən qadınlarının yanına gedib onlarla yaxınlıq etdi. Qadınlardan cəmi biri doğdu: o da əlil idi. Əgər o gecə Süleyman Mələyin sözünə qulaq assaydı (yə”ni inşallah desəydi) belə bir müsibət başına gəlməzdi və istəyinə də nail olardı
Bu nə dərəcədə düzgündü....Bir peyğəmbər 1 gecədə 100 ylə yata bilərmi ?
4)“İsrail övladları çimərkən tamamilə soyunar və fitədən istifadə etməzdilər. Onlar (çimərkən) bir-birlərinin övrətinə baxdıqları üçün Musa (ə) daim onlardan uzaqda çimərdi. Günlərin biri o su kənarına gəlib çimmək istədi. Yəhudilər onu uzaqdan görüb dedilər: And olsun Allaha, bu kişinin övərtində (xayalarında) mütləq bir eyb (şiş) vardır, yoxsa o bizdən uzaqda çimməzdi!
Musa (ə) paltarlarını soyunub bir daşın üzərinə qoydu. Elə suya girmək istəyirdi ki, daş hərəkətə gəlib qaçmağa başladı. Daş qaçır, Musa (ə) da onu tə”qib edirdi. Bəni İsrail Musa(ə)-ın övrətinə baxıb deyirdilər: Allah bilir ki, biz onda heç bir eyb görmədik. O, tamamilə sağlamdır. Daş onların yanına çatıb dayandı. Musa (ə) paltarlarını geyinib daşı qəzəblə vurmağa başladı”. Əbu Hüreyrə sonra deyir: And olsun Allaha ki, daş yeddi və ya səkkiz yerə bölündü.bu hədisi də açıqlayın zəhmət olmasa...
5)Peyğəmbər (s) buyurur: “Biz şəkk etməyə İbrahim(ə)-dan daha haqlıyıq. Çünki günlərin biri Allaha dua edərkən Ondan ölüləri necə diriltdiyini bilmək istədi:
(İbrahim dedi:) Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər! Allah-təala buyurdu: Məgər inanmırsanmı? İbrahim (ə) dedi: Bəli, inanıram, lakin ürəyim sakit olmaq üçün soruşdum.”
Allah özü Lut(ə)-a rəhm etsin, çünki o, Allahın ona kömək edəcəyinə bir o qədər də arxayın deyildi. Əgər mən Həzrəti Yusif qədər zindanda qalsaydım, onu azadlığa buraxan şəxsə müsbət cavab verərdim
Lut əleyhisSalam Allahın rəhmindən əlini üzmüşdü???
6)Əyyub (ə) çimərkən (qüsl alarkən) qızıl çəyirtgələr onun bədəninə daraşır. O tez çəyirtgələri yığıb paltarlarının ciblərinə doldurur. Allah-təaladan ona belə bir nida gəlir: Ey Əyyub! Mən səni bütün bunlardan ehtiyacsız etməmişəmmi?
Əyyub (ə) dedi: Bəli! Ey mənim Rəbbim, elədir. Amma, and olsun Sənin izzəti cəlalına, bir an olsun belə, Sənin bərəkətindən ehtiyacsız olmamışam.
7)“Peyğəmbər (s) sübh namazından sonra üzünü camaata çevirib onlara belə bir əhvalat danışdı: Bir şəxs otlağa gəlib inəyini otarmağa başladı.
Yorulduğu üçün inəyi minib başqa otlağa getmək istədi. İnək birdən dilə gələrək dedi: “Biz minilmək üçün deyil, yer şumlamaq üçün yaradılmışıq.” Kişi təəccüblənərək dedi: “Subhanəllah! İnək də danışarmı?!” Sonra Peyğəmbər (s) dedi: Mən, Əbu Bəkr və Ömər orada olmasaq da belə bir işin baş verməsinə inanırıq.”
“Qoyunlarını otaran bir şəxs birdən onun qoyunlarından birini canavarın apardığını görür. Tələm-tələsik canavarın ardınca düşür. Canavarı yorulunca qovub qoyunu ondan ala bilir. Birdən canavar dilə gəlib deyir: “Onu mənim əlimdən aldın, amma bil ki, onları bu otlaqda məndən savayı kimsə otarmayırdı.” Camaat heyrətə gələrək dedilər: Sübhanəllah! Canavar da danışarmı?! Peyğəmbər (s) sonra dedi: Mən, Ömər və Əbu Bəkr belə bir əhvalatın baş verməsinə inanırıq.”
8)Əbu Hüreyrə nəql edir: Peyğəmbər (s) əmisi Əbu Talib ölüm ayağında olduğu zaman ona dedi: La ilahə illəllah de ki, qiyamət günü sənin bu işin üçün şahid olum. Amma Əbu Talib kəlmeyi-şəhadəti iqrar etmədi. Bu səbəbdən də Allah-təala bu ayəni Peyğəmbər(s)-ə nazil etdi (Müslüm “Səhih” kitabında (1-ci cild, səh.31)
Həzrəti Əbu Talib (Allah ona rəhmət eləsin!) be”sətin onuncu ilində (bə”zilərinin dediyinə görə 9-cu və ya 8-ci ilində) yə”ni hicrətdən üç il əvvəl vəfat etmişdir.
Əbu Hüreyrə azı on il bundan sonra Hicaza gəlmiş və islamı qəbul etmişdir.
Əbu Hüreyrə bu cəryəanda şəxsən iştirak etməmişdir....bəs bu necə olur?
9)“Peyğəmbər (s) bizi yanına çağırıb belə bir göstəriş verdi: “Yola düşün! Əgər filan şəxsləri tapsanız od vurub yandırın!” Biz yola düşmək istərkən buyurdu: “Yandırmaq tək Allaha aid olduğu bir halda axı mən necə onların yandırılmasını əmr edə bilərəm?! Bəs onları yandırmaqla deyil, digər üsulla öldürün.” ...burada niyə əvvəl hökm verilir...sonra isə rədd edilir....???
10)“Qur”an oxumaq Davud (ə) üçün çox asan bir iş idi, belə ki, o atını (və ya digər minik heyvanını) yəhərləmək istədiyi zaman Qur”an oxumağa başlayar və işini qurtarmazdan əvvəl Qur”anı xətm edərdi (tamamlayardı).” (“Səhihi-Buxari”, 3-cü cild, səh.104. “Biz Davuda Zəburu verdik” fəsli. Həmçinin 2-ci cild, səh.164. Məxluqatın yaradılışı və peyğəmbərlər hədisləri.”)....Bu hədis nə dərəcədə doğrudur....???7Quran axı Muhamməd sallalllahu aleyhi va səlləmə nazil olmuşdur
11)“Bəni İsraildən olan bir kəniz günlərin biri gözlənilmədən yox oldu. Onun necə olduğu və nə etdiyi kimsəyə mə”lum deyildi. Amma mən onu bir siçan surətində görürəm. Onun qarşısına dəvə südü qoyulduğu zaman içər, qoyun südü içməkdən isə imtina edərdi.” (“Səhihi-Buxari”, 2-ci cild, səh.149, Məxluqatın yaradılışı fəsli, “Səhihi-Müslüm”, 2-ci cild, səh.536, Siçana çevrilmiş kəniz fəsli)
12)-”Həzrəti Məhəmməd (s) Yunis ibni Mətadan (Yunis ibni Məta-həmin Yunis peyğəmbərdir) üstün və əfzəldir-demək yalan və iftiradır.” (“Səhihi-Buxari”, 2-ci cild, səh. “xüsumat” fəsli...axı Peyğəmbər sallallahu aleyhi va səlləm bütün peyğəmbərlərdən üstün idi...
Salam aleykum va rahmətullahi va bərəkətuhu
[quote]
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Hədis düzgün tərcümə olunmayıb, çünki hədisdə deyilir ki, Allah Adəmi (a.s.) öz surətində yaratdı, onun boyu (artıq söhbət Adəmdən (a.s.) gedir) 60 dirsək olub. Öz surətində isə - yəni gözəl, eşidən, görən və s. Bu hədis şiələrdə də var.
2. Hədisin mənası budur ki, hər bir insan əməllərinə görə onu müxtəlif cür görəcək, yəni kiməsə qəzəbli, kiməsə gülərüz görünəcək.
3. Bu hədis səhihdir. Suleymanın (a.s.) 100 arvadı olub. Hədisdə də problem yoxdur. Çünki bu hədis şiə kitablarında da yazılıb, hətta onların bəzi rəvayətlərində arvadalrının sayı 1000 göstərilib, bax bu yalandır. Məsələn, Məcməul Bəyanın təfsiri, 8/475; Təfsiri Burhan, 4/43. Hətta Furu ul-Kafidə deyilir ki, “bir gecədə 1000 arvadla olacam”, 5/567.
4. Bu hədisi şiə kitablarında imamlar da rəvayət ediblər. Məsələn, Qumminin təfsiri, Əhzab surəsinin 69-cu ayəsinin təfsirinə bax. Həmçinin, Təbərsinin Məcmaul Bəyan təfsiri, 8/372 və s. Sadəcə məsdərlər çox olduğu üçün bir neçəsi ilə kifayətlənirəm.
5. Burda hədisin yerini göstərmədin. Xeyr, əlini üzməmişdi, necə ki, peyğəmbər (s.a.v.). Gecə namazları qılardı, gündə 70 və 100 dəfə Əstəğfirullah deyərdi, bu o demək deyil ki, o günah edirdi, sadəcə peyğəmbərlər müəllimlərdir, onlar göstərirlər ki, heç vaxt arxayın olma.
6. Burda nə var ki? Düzdür, yenə də məsdər yoxdur.
7. Burda nəsə qəribə var? Bu hədis şiə kitablarında imamlardan rəvayət olunur. Bax, Bihar ul-Ənvar, 65/78-79; 19/129; 17/394. Bu harasıdır. Şiələrin bir kitabında (Mədinətu Məaciz, 1/151-159) 98-ci rəvayəti oxu, bu Camın hədisidir. Burda demək olar ki, bütün heyvanlar aləminin danışması, hətta bitkilərin, badımcan və düyünün və s. (bəzilərini utandım yazmağa).
8. Bunu deyən sadəcə şübhə yayır və ya avamdır. İndi mən desəm ki, 1941-1945-ci illər müharibəsində filan qədər adam olub, mənə desələr ki, sən orda olmamısan biz sənə inanmırıq, bu nə məntiqdir? Sadəcə Əbu Hureyra (r.a.) hədis tələb edən idi, nəinki təzə, köhnə hədisləri də əzbərləyərdi. Əbu Talibin kafir olmasını isə nəinki biz, hətta şiələr özləri də deyirlər. Məsələn, Qumminin təfsirində Qəssas, 56-nın təfsirinə bax. Ona görə Fəzlullah Ravəndi Nəvadir ər-Rəvadni, 10-da deyir ki, peyğəmbər (s.a.v.) deyib ki, Əbu Talibə cəhənnəmdə ayaqlarından əzab veriləcək. Hətta Məclisi bu məsələdə şiələrin özlərinin ixtilaf etdiyini deyir. Məsələn, bax, Biharul Ənvar, 35/155.
9. Peyğəmbər (s.a.v.) ola bilsin ki, deyib, sonra vəhy gəlib və başqa cür deyib. Bu cür çox olub. Əli (r.a.) də onu Allah sayanları yandırırdı, sonra İbn Abbas (r.a.) yadına salandan sonra tərk etdi.
10. Burda Quran lüğəti mənadadır, yəni Oxunan Kitab.
11. Bunu bilmirəm, baxaram, inşəAllah.
12. Hətta Quranda var ki, onları bir-birindən üstün saymayın. “(Ya Rəsulum!) Söylə: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!”” (Ali-İmran, 84). Amma başqa bir ayədə bəzilərini bəzilərindən üstün etmək barədə deyilir: “(Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindəm üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir...” (Bəqərə, 253).
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!
[quote]
deyesen bu Qamet şiə kitablarinda olan zeif hedisleri özüne hoccet bilir.!!!