Cənnət (Əbu Bəkr Və Ömərin Yox) Əlinin, Əmmarın Və Salmanın (R.a) Həsrətindədir
#1
Отправлено 05 августа 2015 - 22:07
Ənəs ibn Malik nəql edir:Peyğəmbər (saav) buyurdu:"Cənnət (Əbu Bəkr və Ömərin yox) Əlinin, Əmmarın və Salmanın (r.a) həsrətindədir".
حدثنا أبو بكر بن إسحاق أنبأ محمد بن عيسى بن السكن الواسطي ثنا شهاب بن عباد ثنا محمد بن بشر ثنا الحسن بن حي عن أبي ربيعة الأيادي عن الحسن عن أنس قال : قال رسول الله صلى الله عليه و سلم : اشتاقت الجنة إلى ثلاثة علي و عمار و سلمان
هذا حديث صحيح الإسناد و لم يخرجاه
تعليق الذهبي قي التلخيص : صحيح
əl-Hakim deyir:Bu hədisin sənədi səhihdir.Lakin onlar (Buxari və Muslim) nəql etməyiblər.
əz-Zəhəbi "ət-Təlxis" də deyib:Səhihdir.
Mənbə:"əl-Mustədrək alə əs-Səhiheyn",cild 3,səh 148,hədis 4666.Təhqiq,Mustafa Abdul-Qadir Ata,Zəhəbinin ət-Təlxis kitabı ilə birgə.
http://islamport.com...n/1/20/372.html
Tirmizi bu hədisə həsən ğərib deyib.
Mənbə:"Sünən Tirmizi", hədis 3797.
http://library.islam...bk_no=2&ID=2041
Albani bu hədisə həsən deyib.
Mənbə:"Səhih əl-Cəmius-Səğir",hədis 1598.
http://waqfeya.com/book.php?bid=477
#2
Отправлено 09 августа 2015 - 19:51
Hədis yaxşı hədisdir, Allah razı olsun, amma istidlal qaydası düzgün deyil. Bu hədisə əsaslanıb Əbu Bəkr və ya Ömərin cənnətlik olmamalarını isbat etmək olmaz. (Bunun üçün başqa yollar var). Çünki bir şeyin isbatı, heç də həmişə ondan qeyrisinin inkarı anlamına gəlmir. Başqa sözlə, "Cənnət Əlinin,Əmmarın və Salmanın həsrətindədir" sözündən Cənnətin digər şəxslərin həsrətində olmadığı anlaşıla bilməz. Əks halda müxalif də: "Hədisdə Əbu Zərin, Miqdadın, Hüzeyfənin və s. səhabələrin, hətta səhabələr bir yana, keçmiş peyğəmbərlərin belə adları belə gəlməyib, indi bu onlama gəlir ki, Cənnət Peyğəmbərlərin həsrtətində deyil? Peyğəmbərlər üstündür, yoxsa Salman və Əmmar?", - deyər. Odur, hədis gözəl hədisdir, amma istidlalı düzgün etməliyik. Əks halda iradla qarışlaşarıq. Vəssəlamu aleykum.
Сообщение отредактировал Mutaallim: 09 августа 2015 - 19:52
#3
Отправлено 09 августа 2015 - 20:03
Üstəlik, həsrətdə olmaq başqa şeydir, cənnətlik olmaq başqa şey. Nə çox insan var ki, Cənnət onun həsrətində deyil, amma o şəxslər cənnətlikdirlər. Cənnətin bir şəxsin həsrətində olmamasından o şəxsin cəhənnəmlik olduğu nəticəsi çıxarıla bilməz. Odur, qeyd etdiyimiz kimi, hədis gözəl hədisdir, amma istidlalı düzgün etsək yaxşı olar.
#4
Отправлено 10 августа 2015 - 00:11
http://313news.net/forum/topic/6082/
- Mutaallim это нравится
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей