Отправлено 14 июля 2010 - 07:19
Bismillahir-rəhmanir-rəhim
Sual: Əgər Ömər həzrəti Əli (ə)-la ədavəti var idisə onda niyə həzrət Əli (ə) qızı Ümmi Külsümü ona ərə vermişdir?
Cavab: Ümmi Külsümün Ömərlə evlənməsi həqiqətdən çox əfsanəyə daha yaxındır. Çünki:
1-Həzrət Əli (ə) Ömərlə arası çoxda yaxşı olmayıb. Bunu xəlifə Ömər özü həzrət Əli (ə)-a xitab edərək deyib:
ثمّ توفّي ابوبكر و أنا ولي ابي بكر فرأيتماني كاذباً أثماً غادراً خائناً .
“Əbubəkr vəfat edib və mən onun vəlisi (canişini) olduğdan sonra siz (Əli və Abbas) məni yalançı, günahkar, əhd-peymanını pozan və xain hesab edirdiniz.”
“Səhihi-Müslüm”, 3-cü cild, səh: 143.
2- Bu əhvalat “Səhihi-Buxari” və “Səhihi-Müslim”-də nəql olmayıb. Və bir çox hədislər də var ki, əhli sünnə onları bu səbəbə görə zəif hesab ediblər. Ümümən hadisə Əhli sünnənin ən səhih və etibarlı olan “Sihahi-sittə”-nin heç birində, eləcə də başqa tanınmış kitablarında (Müsnədi Əhməd ibn Hənbəl kimi) nəql olunmamışdır.
3- İbn Sədin, Hakim Nişaburinin, Bihəqinin və Xətib Bağdadinin kitablarında gəlmiş bu rəvayət zəyifdir. Çünki imam Zəhəbi Hakim Nişaburinin “Müstədrək”-də nəql etdiyi rəvayəti münqəti və Bihəqi isə mürsəl biliblər.
Amma İbn Sədin “Təbəqatul-kubra” kitabında bu rəvayətin sənədini nəql ediblər və sənədində “Abdullah ibn Zeyd ibn Əsləm”, “Abdullah ibn Vəhəb “, “Əqəbə ibn Amir” adlı şəxslər zikir olub ki, bir çox əhli-sünnənin “Rical” elminin alimləri onları zəif hesab edirlər. (Əlavə məlumat isdəyənlər əhli-sünnənin aşağıdakı kitblarına müraicə edə bilərlər: “Əz-züəfa” 2-ci cild, səh: 331: “Əl-kamilu fiz-züəfa”, 7-ci cild, səh: 1581; “Əl-məcruhin”, 2-ci cild, səh: 13; “Mizanul-etidal”, 3-cü cild, səh: 663.)
4- Bu rəvayətlər Ömərin həzrət Əli (ə)-ı hədələməyindən söhbət edir: İbn Səd “Təbəqatul-kubra”-da deyir:
انه هدد علياً .
“Ömər Əlini hədələdi”
Və Heysəmi deyir:
التهديد بالدرة هذه درة عمر المعروفه .
“Bu hədələmək xeyir-bərəkətdir Ömərin bu xeyir-bərəkəti tanınmışdır.”
Şeyx Müfid deyir: Əmirəl-möminin Əli (ə) Ömərin hədələdiyinə, özünün və şiələrinin canı təhlükədə olduğu üçün məcburiyyət qarşısında qalaraq bu təklifi qəbul etmişdir. Bu kimi əhvalat Lut qovmunun zamanında da təkrarlanmışdır. Həzrət Lut onlara (kafir olmalarına baxmayaraq) məsləhət bildi ki, qızlarının hansı biri ilə istəyirlərsə evlənsinlər. Allah taala onun dilindən buyurur:
هؤلاء بناتي هن اطهر لكم .
“Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakizədir (onlarla evlənin, pis əməllərdən əl çəkin).”
“Hud” surəsi, ayə 78. “Əl-məsailus-sərviyyə”, səh: 92.
5- Bu mövzuda nəql olunmuş rəvayətlərə müraciət etdikdə gərək iki yoldan birini qəbul edək: Ya Ömərin şəriətin hökumlərinə etina etmədiyini qəbul etməliyik və ya da bu məsələnin kökdən yalan olmasına etiraf etməliyik.
Xətib Bağdadi nəql edir:
Nigahdan əvvəl Əli (ə) xanımı Fatimənin qızı Ümmi Külsümə əmr etdi ki, özünə zinət vurub, bəzənib-düzənib Ömərin yanına getsin. Ömər onu görcək ona tərəf gəlib əlini onun baldırına sürtüb dedi:
-Atana de ki, mən razıyam.
Ümmi Külsüm həzrəti Əli (ə)-ın yanına gəldikdə həzrət “Ömər nə dedi?”-deyə soruşdu. O dedi:
-Məni yanına çaxırıb öpdü, dayandım ayağımdan tutdu.
“Tarixi-Bağdadi”, 6-cı cild, səh: 182.
Bu hadisə həzrət Əli (ə)-ın qeyrətinə müvafiq deyil. Necə mümkündür həzrət öz qızını nigahdan qabaq şəri hökümləri riyaət etməyən bir şəxsə tapşırsın?! Odur ki, Sibt ibn Covzi deyir:
هذا قبيح و الله لو كانت أمة لما فعل بها هذا, ثم باجماع المسلمين لا يجوز لمس الأجنبية فكيف ينسب الي عمر .
“Allaha and olsun ki, bu iş pis işdir, əgər kənizdə olsa belə! Bundan əlavə bütün müsəlmanların qəbul etdiyi məsələdir ki, naməhrəmə əl vurmaq caiz deyil. Onda necə bu işi Ömərə nisbət verirlər?!”
“Təzkirətul-xəvas”, səh: 288.
Bəzi rəvayətlərdə nəql olub:
“Ümmi Külsüm onunla çox acı rəftar edərək buyurdu: Bu nə işidir görürsən? Əgər möminlərin əmir və xəlifəsi olmasaydın burnunu əzərdim. Sonra onun evindəndə çıxıb atasının yanına gəldi. Əhvalatı ona danışdıqdan sonra ərz etdi: Ey ata məni alçaq bir qocanın yanına göndərdin?!...”
“Usdul-ğabə”, 5-ci cild, səh: 614; “Əl-isabə”, 4-cü cild, səh: 492; “Tarixul-islam”, müəllif: Zəhəbi, 4-cü cild, səh: 138.
6- Deyirlər Ömərin ölümündən sonra Cəfər ibn Əbi Talibin Məhəmməd və Ovn adlı oğlanları onunla evləniblər. Halbuki, “Əl-istiab” və “Əl-isabə”-də deyir: Bu iki, nəfər tüstər döyüşündə ölüblər. Və bu döyüş qəti olaraq Ömərin vaxtında baş vermişdir.
“Tarixi-Təbəri” 4-ci cild, səh: 213; “Əl-kamil”, 2-ci cild, səh: 546.
7- Deyirlər bu iki qardaşın ölümündən sonra, Ümmi Külsümlə Cəfərin oğlu Abdullah evləndi. (“Ət-təbəqatul-kubra”, 8-ci cild, səh: 462.) Halbuki o, həzrət Əli (ə)-ın xilafəti zamanı Ümmi Külsümün bacısı Zeynəblə evlənmişdir. Məgər iki bacı ilə bir vaxtda (hər ikisi sağ olarkən) evlənmək mümkündürmü?
8- Deyirlər Ümmi Külsüm Maviyənin zamanında və ya ondan əvvəl vəfat etmişdir. Halbuki o, Kərbəlada olub və xutbə oxuyub. Xutbəsini ibn Teyfur “Bəlağatun-nisa” kitabında və həmçinin başqaları nəql etmişdir.
9- Mərhum ayətullah Mərəşi Nəcəfi “Ehqaqul-həqq” kitabında deyir:
“Ömər Əbubəkrin Əsma binti Umeysdən olan qızı Ümmi Külsümlə evlənib və ondan Zeyd adlı bir oğlu da olub. Və bu Ümmi Külsüm Məhəmməd ibn Əbubəkrin ata-anadan bir olan doğma bacısıdır. Əbubəkr vəfat etdikdən sonra həzrət Əli (ə) Əsma ilə evlənib və bu iki uşağı da öz evinə gətirib: Odur ki, bunlar həzrətin yanında boya-başa çatdığına görə əksər müəlliflər onu həzrətin doğma qızı olduğunu güman ediblər.”
“Ehqaqul-həqq”, 2-ci cild, səh: 250.
İbn Quteybə deyir:
“Ömər Əbubəkrin qızı Ümmi Külsümün elçiliyini edərkən onu Aişənin yanına apardı. Aişə onu qəbul etdi amma Ümmi Külsümün Ömərdən acığı gəlirdi.”
“Əl-məarif”, səh: 175.
Əmri Museli “Ər-rovzətul-fəyha fi təvarixin-nisa” kitabının 303-cü səhifəsində, Ömər Rza Kəhalə “Əlamun-nisa” kitabının 4-cü cild, 250-ci səhifəsində və Əbul-Fütuh İsfahani “Əl-əğani” kitabında bu əhvlatı nəql ediblər.
10- “Miratul-uqul” kitabının 21-ci cild, 198-ci səhifəsində, İbn Şəhr Aşub “Əl-mənaqib” kitabında, mərhum Şeyx Cavad Bəlaği, Mərhum Seyyid Nasir Hüseyn Ləknovi- bu barədə ayrıca bir kitab yazıb və mərhum Ayətullah Xoi kimi şiə məzhəbinin böyükləri bu əhvalatı təkzib edərək tarixin əfsanələri, uydurmaları hesab ediblər.
11- Nigah, qız alıb və qız vermək həmişə iki tərəfin arasında olan səmimiyyətə, xoş rabitəyə sübut deyil. Bəzən hədələyərək qız alır o da məcbur olub məsələni qəbul edir, bəzən töhmətdən uzaq olmaq üçün və bəzən gözəlliyə, məqama, cahi-cəlala... muxtəlif məsləhətlərə görə razılıq verirlir.
Bu mövzuda nəql olan rəvayətlərdən də məlum olur ki, əgər bütün bu nöqsanlardan göz yumub və Ümmi Külsümün Ömərlə evlənməsini həqiqi hadisə hesab etsək də Ömərin həzrət Əli (ə)-ı hədələməsi nəticəsində olub. Bu da onların arasında olan dostluğa sübut deyil, əksinə bu özü onların arasında olan pis münasibəti bildirir.
İlahiyyatçı Hacı İlham Əliyev
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)