Перейти к содержимому

Фотография

Ömərlə Ümm Gülsümün nigahı

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 197

#61 iravani

iravani

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 20 Июль 2009 - 21:24

NƏTICƏ
Tarixi sənədləri araşdırıb muqayisə edəndə belə nəticə alırıq ki, xəlifə Ömərin Ummu Gülsüm ilə izdivacı (əgər hədislərin səhih olduğunu fərz etsək) Əli ilə onunla arasinda səmimiyyət və məhəbətt olmasına dəlalət etmir. Bizim muddəamıza subut Qurani Kərimdir. Şunki Allah-təala Qurani Kərimdə nəql edir ki, Lut peyğəmbərin kafir qovmu onun qonaqlarına təcavüz etmək qəsdiylə evinə hucum edəndə onlara dedi: (Lut) dedi: "Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə (buyurun, onlarla evlənin)!" (Hicr, ayə 71) Deməli əgər muəyyən səbəblər insanı bu addımı atmağa məcbur qoyursa hətta Əli həmin səbəblərə xatir buna razılıq verməlidir. Bu izdivac Əli və Ömər arasında dostluğun olmasından xəbər vermir. Biz bu mövzunu ortaya atan əhli sünnət qardaşlarımıza təşəkkür edirik ki, tarixin daha bir ləkəli səhifəsinin üstünü açıb həqiqəti üzə çıxarmağa bais oldular. Buna misal olaraq Əlinin Muaviyənin onu xar etmək qəsdi ilə yazdızdığı məktubun cavabını oxuyaq: Ey Muaviyə! Mənə yazırsan “Sən həmin adamsan ki, beyət almaq üçün boynuna kəndir salınmış dəvə səni məscidə çəkdilər” «وقلت: انّى كنتُ أُقاد كما يُقاد الجملُ المخشوش حتى أُبايِع And olsun Allaha! Bu sözlərlə sən Məni xar və rusvay etmək istəyirdin, amma məni tə`rif etdin. ولعمرُ اللهِ لقد أردتَ ان تَذمَّ فمدحتَ، وأن تفضح فافتضحتَ; Bununla Əmirulmöminin birinci və ikinci xəlifənin cinayətlərini üstünü açır.(Nəhcul-bəlağə 28-ci məktub)
Bəli İmam Əli yenə də bu məsələnin muqabilində səbr etməyə məcbur olub və islam ummətini hifzi üçün bu zəhəri içdi. Ummu Gülsüm Əmirulmuminin Əlinin qızı olduğu üçün onun Ömərlə izdivacı tarixçilərin təəccübünə səbəb olduğundan onların diqqətini özünə cəlb edib. Çünki Əlini xilafətdən uzaqlaşdırmaqda və Fatimənin evinə od vurmaqda Ömər mühüm rol oynadı.Ona görə də tarixçilər arasında sual yaranıb: Görəsən bu izdivac olubmu? Əgər izdivac olubsa görəsən Əli bu zülmə necə səbr edib?

Mövzunun cavabı

Сообщение отредактировал İravani: 20 Июль 2009 - 21:25

Bir şam digərini yandırmaqla işığından heç nə itirməz..

#62 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 21 Июль 2009 - 15:18

Bismilləh
Allahın izni ilə bu mövzu barədə fikrimi bildirmək istərdim, lakin hər şeydən əvvəl bəzi şeylər dəqiqləşdirmək istəyirəm.

Nardarani yazır:

“Heysemi dedi: “Bu hedelemek xeyr bereketdir. Omerin bu xeyr bereketi taninmishdir” (Mecmeuz zevahid c 4 she 2722)”

əl-Heysəmi’nin kitabını nə qədər axtardımsa sənin bu sözlərinə rast gəlmədim. Ola bilər ki, sən həmin sözlərin ərəbcəsini burada yerləşdirəsən?! İnşəallah cavabını gözləyəcəm... ya da "əl-Məcmə" kitabının hansı nəşrindədir? Səhifəsini də dəqiqləşdir...çünki Umm Kulsum ilə fihrista əsasən tapdığım bütün hədislərə baxdım, heç birində belə bir şey rast gəlmədim.

əl-Fəth yazır:

İbn hacər "əl-İsabə" səh 323-də yazır:
Ümm Gülsün hələ anasının bətnində idi ki, Əbu Bəkr 13 Hicri ilində vəfat etdi. Ömər onunla 17 Hicri ilində evləndi və onun o vaxt 4-5 yaşı var idi.

əl-İsabə kitabını nə qədər o yana bu yana çevirdim bu sözləri tapa bilmədim. Fihristə baxdım, həm Umm Kulsim bint Əli, həm də Umm Kulsim bint Əbi Bəkrin qeyd edildiyi bütün yerlərə baxdım, belə bir şyə rast gəlmədim. əl-Fəth bu yazdıqlarını bir daha dəqiqləşdir. Mənim araşdırdığım qədəri ilə "əl-İsabə" kitabında belə bir söhbət yoxdur. Yalana bənzəyir, ola bilsin ki, hansısa ingilis saytında yazıblar...sən də götürüb burada yazmısan. Doğrusunu Allah bilir!

Sonra Abdulqadir əd-Dəhləvi'nin sözlərinə link varsa, təqdim etsəz yaxşı olar. Çünki mən Abdulqadir əd-Dəhləvinin "Ricəlul-Mişkət" kitabını axtardım tapa bilmədim. Bu kitabı axtararkən onun risalələrinin birlikdə çap olunduğu bir məcmuya rast gəldim və orada əksinə onun ayrılıqda bir risalə yazıb bu evliliyi isbat edən risaləsinin adını oxudum. Bu da müəmmalı qalır.
Digər məsələlərə keçməmişdən qabaq bunları dəqiqləşdirmək istərdim...inşəAllah sonra bir-bir digər məsələlər də cavab verməyə çalışacağıq. Allahın izni ilə!

#63 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 26 Июль 2009 - 15:47

Nardarani və Fəth
Cavablarınızı gözləyirəm...mümkündürsə dəqiqləşdirin ki, bu yazdıqlarınızın həqiqət olub olmadığını bilək...!

#64 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 28 Июль 2009 - 15:50

Belə getsə əxi çox gözləməli olacaqsan :flowers1:
Факты не перестают быть фактами, когда их игнорируют

#65 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 28 Июль 2009 - 16:23

Sadəcə olaraq cavabı gözləyirəm ki, digər məsələləri müzakirə edək...

#66 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 28 Июль 2009 - 16:30

əl-Fəth yazır:

İbn hacər "əl-İsabə" səh 323-də yazır:
Ümm Gülsün hələ anasının bətnində idi ki, Əbu Bəkr 13 Hicri ilində vəfat etdi. Ömər onunla 17 Hicri ilində evləndi və onun o vaxt 4-5 yaşı var idi.

əl-İsabə kitabını nə qədər o yana bu yana çevirdim bu sözləri tapa bilmədim. Fihristə baxdım, həm Umm Kulsim bint Əli, həm də Umm Kulsim bint Əbi Bəkrin qeyd edildiyi bütün yerlərə baxdım, belə bir şyə rast gəlmədim. əl-Fəth bu yazdıqlarını bir daha dəqiqləşdir. Mənim araşdırdığım qədəri ilə "əl-İsabə" kitabında belə bir söhbət yoxdur. Yalana bənzəyir, ola bilsin ki, hansısa ingilis saytında yazıblar...sən də götürüb burada yazmısan. Doğrusunu Allah bilir!

Orda tapmadızsa bura baxın:
Tarix Xəmis cild 2 səh 239 Zikr Zavaac Umar yazır:

Ümm Gülsüm Əbu Bəkrin qızı idi və o kiçik qız uşağı idi. Onun anası xristian idi. Əbu Bəkr vəfat edərkən o hamilə idi və Ümm Gülsümü onun vəfatından sonra dünyaya gətirib. O böyüyərkən Ömər ibni Həttab onu Aişədən istədi və o qəbul etdi, amma Ümm Gülsüm bintə Əli onun istəyini rədd etdi və Aişə buna razı oldu.

Həmin şey Ibn Quteybə əl Maarif səh 76, Zikr Aulad Əbu Bəkr:
Həmin şey Riyad əl Nadira cild 1 səh 303, Zikr Aulad Əbu Bəkr:

Ömərlə Ümm Gülsümün igahı 17 Hicri ilində baş vermişdir. O vaxt Ümm Gülsümün 4-5 yaşı olardı. Deməli o 12, ya 13-cü Hicri ilində anadan olub.

Tarix Abul Fida, cild 1 səh 171
"al-Faruq" Şibli Numani, cild 2 səh 539
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#67 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 28 Июль 2009 - 16:48

əl-Fəth mən səndən "Tarix əl-Xamis" haqqında bir şey soruşmadım...səndən soruşdum ki, yuxarıda "əl-İsabə" kitabından sitat gətirmisən...belə bir şeyi kitabda tapa bilmirəm..indi sən mənə başqa bir şey vermə!

Ya de ki, xəta etmisən...ya mənə dəqiq yer göstər! Yəni əməlli başlı bir cavab ver!
Üstəlik verdiyin nəqllərə gəldikdə isə, onlara da baxacağam...
"Tarix əl-Xamis" kitabından yuxarıdakı sözləri yazmısan...
olar ki, "əl-Məarif" kitabındakı sözləri də burada qeyd edəsən? Qoy mən baxım və sənə deyim orda belə bir şey var yoxsa yox...

#68 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 28 Июль 2009 - 16:58

Sizə o sitat lazımdırsa mən Sizə onun yerini digər kitablarda göstərdim. Məhz əl-İsabədən istəyirsizsə bu işdə mən Sizə kömək edə bilməyəcəyəm, çünki ərəbi bilmirəm. Xəta etməmişəm. Əgər o sitat orada yoxdursa, deməli yoxdur və bunu müzakirədən çıxaraq.
Digər kitabları da yoxlayın və davam edək. Vaxtınız olsa birinci posta da fikrinizi bildirin.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#69 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 28 Июль 2009 - 17:03

Sən ərəb dilini bilmirsən, lakin burda ərəb dilini bilən qardaşların var...soruş onlardan tapıb gətirsinlər!

Yaxşı deyək ki, xəta etməmisən...
Amma həmin sözlər tapılıb göstərilməyənə qədər həmin sözlərin orda olmadığını və burada gətirlin nəqlin yalan olduğunu qəbul edək. Çünki mən dediyim kimi kitabın Fihristinə əsasən bütün yerlərə baxdım və belə şey tapa bilmədim, əksinə həmin kitabda Ömərin Əlinin qızı Umm Kulsum ilə evləndiyi yazılır...Ona görə də gördüyüm qədəri ilə həmin sitat uydurma bir sitatdır...
Amma onu da qeyd etməliyəm ki, ərəb dilini bilmədiyin üçün ola bilsin ki, ingilis dilli saytdan götürmüsən. Yəni sənin nə təhrif etdiyini, nə də xəta etdiyini deyə bilmərəm, çünki götürdüyün mənbəyə etibar edib götürmüsən! Amma doğru deyirsən, həmin sözləri müzakirədən çıxar!

#70 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 28 Июль 2009 - 17:08

Sizi gördüyüm kimi o kitab maraqlandırır, amma mən burda bu evliliyin mövcudluğu haqda söhbət edirəm. Deyəsən biz ayrı-ayrı şeylər haqda yazırıq. Mənim üçün fərqi yoxdur bu əhvalar haqda yazılıb. Əgər o digər yazdığım kitablarda varsa, buyurun onları müzakirə edək.

Birinci posta da cavab yazarsız.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#71 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 28 Июль 2009 - 17:42

"Tarixul-Xamis" kitabının köhnə nəşrinə baxdım və sənin verdiyin səhifələr ilə uyğun gələn nəşr də odur. Deməli orada nə yazılıb:

وتوفي عنها فتركها حبلى فولدت بعده ام كلثوم هذه ولما كبرت خطبها عمر بن الخطاب الى عائشة فأنعمت له وكرهت ام كلثوم بنت علي فاحتالت له حتى امسك عنها وتزوجها طلحة بن عبيد الله ذكره ابن قتيبة وغيره وجميع ما ذكرنا في هذا الفصل من كتاب المعارف ومن كتاب الصفوة لابي الفرج ابن الجوزي ومن الاستيعاب لابي عمر بن عبدالبر ومن كتاب فضائل ابي بكر كل منهم خرج طائفة كذا قي الرياض النضرة

"(Əbu Bəkr) ölərək onu dul qoydu və hamilə olaraq tərk etdi, ondan sonra həmin bu Umm Kulsum dünyaya gəldi, böyüdükdə Ömər bin əl-Xattab Aişədən onun əlini istədi, Umm Kulsum bint Əli ona nəzər saldı və onu bəyənmədi, sonra ondan əl çəkənə qədər (Aişə) onu fikrindən daşındırdı. Onunla (yəni Umm Kulsum bint Əbi Bəkr) ilə Talha bin Ubeydullah evləndi. Bunu İbn Quteybə və digərləri zikr edirlər. Bu fəsldə zikr etdiklərimizin hamısı "əl-Məarif" kitabından və Əbul-Fərəc İbnul-Cövzi'nin "əs-Safvə" kitabından və İbn Ömər bin Abdılbərrin "əl-İstiyab" kitabından və "Fədail Əbi Bəkr" kitabındandır. Bir qrup alim onlardan rəvayət etmişdir." Bu şəkildə "ər-Riyad ən-Nədra" kitabında gəlmişdir."

Yuxarıdakı yazını üç ayrı rənglə qeyd elədim, yalnız yaşıl rəng ilə qeyd olunmuş sözlər "Tarixul-Xamis" kitabının sahibi Diyarbəkiriyə aiddir və gördüyünüz kimi, o bunu "ər-Riyad ən-Nudra" kitabından nəql edir. Sitatın zahirindən də görünür ki, sitatın ortasında Əlinin qızı Umm Kulsumun qeyd olunması qəribədir. Çünki söhbət Əbu Bəkrin qızı Umm Kulsumdan gedir və Ömər onun əlini istəyir və məhz Əbu Bəkrin qızı Umm Kulsum ona baxır və onu bəyənmir və sonra Aişə Amrı göndərib Öməri fikrindən çəkindirir. Yəni zahirdən görünən budur.
Üstəlik "ər-Riyad" kitabına nəzər saldıqda görürük ki, xəta "Tarix əl-Xamis" kitabının özündə düşmüşdür, çünki nə "ər-Riyad" kitabında, nə İbnul-Cövzinin "əs-Safvə" kitabında, nə İbn Abdilbərrin kitabında "bint Əli" sözləri yoxdur. Ona görə də onu qırmızı ilə işarələdim. Aydın olur ki, bu kitabın özündəki xətadır, şiələr bunu görüb dəlil gətiriblər...

#72 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 28 Июль 2009 - 17:48

Orda tapmadızsa bura baxın:
Tarix Xəmis cild 2 səh 239 Zikr Zavaac Umar yazır:

Ümm Gülsüm Əbu Bəkrin qızı idi və o kiçik qız uşağı idi. Onun anası xristian idi. Əbu Bəkr vəfat edərkən o hamilə idi və Ümm Gülsümü onun vəfatından sonra dünyaya gətirib. O böyüyərkən Ömər ibni Həttab onu Aişədən istədi və o qəbul etdi, amma Ümm Gülsüm bintə Əli onun istəyini rədd etdi və Aişə buna razı oldu.

Həmin şey Ibn Quteybə əl Maarif səh 76, Zikr Aulad Əbu Bəkr:
Həmin şey Riyad əl Nadira cild 1 səh 303, Zikr Aulad Əbu Bəkr:

Ömərlə Ümm Gülsümün igahı 17 Hicri ilində baş vermişdir. O vaxt Ümm Gülsümün 4-5 yaşı olardı. Deməli o 12, ya 13-cü Hicri ilində anadan olub.

Tarix Abul Fida, cild 1 səh 171
"al-Faruq" Şibli Numani, cild 2 səh 539

Yuxarıda əl-Fəthin sitatında hərflərini böyütdüyüm və altından xətt çəkdiyim sözlər Tarixul-Xamis kitabında yoxdur, bunu kim əslində dəyişibsə təhrif etmək üçün edib (bunu əl-Fəthin etdiyini iddia etmirəm), ola bilsin ki, ingilis dilli təhrifçilər ediblər.
İbn Quteybənin "əl-Məarif" kitabında da belə şey qeyd olunmur, əksinə "əl-Məarif" kitabında Ömərin Əlinin qızı Umm Kulsum ilə evləndiyi qeyd olunmuşdur. Əbul-Fida tarixinə də sonra baxaram...görək elə bir şey var yoxsa yox...

kstati..."Tarixul-Xamis" kitabının ikinci cildini burdan yükləmək olar:
http://www.archive.o...sse/khmais2.pdf

#73 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 29 Июль 2009 - 11:33

hənbəli
Heysəmidə yazılanları tapa bilmirəm. 1-ci səhifədə yazdığım 11-dəlil mənim nickmlə yazılsada amma mənə məxsusu deyil. Onu başqa bir qardaş araşdırıb yazıb. İndi həmin insana əlim çatmır. Çox heyif ki, ərəbcəsini yazmayıb. Amma həmin sözə oxşar kəlmələr var. məsələn 4,472 deyesən.
O ki, qaldı mövzuya konkrət mənə de görüm bu izdivac barədə olan müxtəlif rəvayətlərnən tanışsan?

«لبيــــــــك خــــــــامنئي »

#74 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 29 Июль 2009 - 14:04

"Tarixul-Xamis" kitabının köhnə nəşrinə baxdım və sənin verdiyin səhifələr ilə uyğun gələn nəşr də odur. Deməli orada nə yazılıb:

وتوفي عنها فتركها حبلى فولدت بعده ام كلثوم هذه ولما كبرت خطبها عمر بن الخطاب الى عائشة فأنعمت له وكرهت ام كلثوم بنت علي فاحتالت له حتى امسك عنها وتزوجها طلحة بن عبيد الله ذكره ابن قتيبة وغيره وجميع ما ذكرنا في هذا الفصل من كتاب المعارف ومن كتاب الصفوة لابي الفرج ابن الجوزي ومن الاستيعاب لابي عمر بن عبدالبر ومن كتاب فضائل ابي بكر كل منهم خرج طائفة كذا قي الرياض النضرة

"(Əbu Bəkr) ölərək onu dul qoydu və hamilə olaraq tərk etdi, ondan sonra həmin bu Umm Kulsum dünyaya gəldi, böyüdükdə Ömər bin əl-Xattab Aişədən onun əlini istədi, Umm Kulsum bint Əli ona nəzər saldı və onu bəyənmədi, sonra ondan əl çəkənə qədər (Aişə) onu fikrindən daşındırdı. Onunla (yəni Umm Kulsum bint Əbi Bəkr) ilə Talha bin Ubeydullah evləndi. Bunu İbn Quteybə və digərləri zikr edirlər. Bu fəsldə zikr etdiklərimizin hamısı "əl-Məarif" kitabından və Əbul-Fərəc İbnul-Cövzi'nin "əs-Safvə" kitabından və İbn Ömər bin Abdılbərrin "əl-İstiyab" kitabından və "Fədail Əbi Bəkr" kitabındandır. Bir qrup alim onlardan rəvayət etmişdir." Bu şəkildə "ər-Riyad ən-Nədra" kitabında gəlmişdir."

Yuxarıdakı yazını üç ayrı rənglə qeyd elədim, yalnız yaşıl rəng ilə qeyd olunmuş sözlər "Tarixul-Xamis" kitabının sahibi Diyarbəkiriyə aiddir və gördüyünüz kimi, o bunu "ər-Riyad ən-Nudra" kitabından nəql edir. Sitatın zahirindən də görünür ki, sitatın ortasında Əlinin qızı Umm Kulsumun qeyd olunması qəribədir. Çünki söhbət Əbu Bəkrin qızı Umm Kulsumdan gedir və Ömər onun əlini istəyir və məhz Əbu Bəkrin qızı Umm Kulsum ona baxır və onu bəyənmir və sonra Aişə Amrı göndərib Öməri fikrindən çəkindirir. Yəni zahirdən görünən budur.
Üstəlik "ər-Riyad" kitabına nəzər saldıqda görürük ki, xəta "Tarix əl-Xamis" kitabının özündə düşmüşdür, çünki nə "ər-Riyad" kitabında, nə İbnul-Cövzinin "əs-Safvə" kitabında, nə İbn Abdilbərrin kitabında "bint Əli" sözləri yoxdur. Ona görə də onu qırmızı ilə işarələdim. Aydın olur ki, bu kitabın özündəki xətadır, şiələr bunu görüb dəlil gətiriblər...

Çox gözəl! Razılaşaq bununla. (Gəribə budur ki, Sizin kitablarda bu hallara ras gələndə, bu alimlərin xətasıdır deyirsiz, amma şiə kitablarında olanda şiə alimlərinin yalanı. Buna cavab yazmasaz da olar, bunu bizim mövzuya aid etmirəm, ümumi dedim).

Təbəri də öz Tarixində (cild 5 səh. 2734, Zikr Zavaj Umar) yazır:
Ömər Aişəyə Üm Gülsüm bintə Əbu Bəkri almaq istədiyini deyir və Aişə ona cavab verir ki, "Bu mənim əlimdədir". Amma Üm Gülsüm onu rədd edir. Aişə Əmr bin Ası xahiş etdi ki, Ömərlə bu haqda danışsın və o Ömərə Əbu Bəkrin qızı Üm Gülsümü yox, Əlinin qızı Üm Gülsümü almağı məsləhət gördü.

Mən belə başa düşürəm ki, Siz (və alimləriniz) deyirsiz ki, Ömər əvvəl Əbu Bəkrin qızını almaq istəyir, amma o razı olmur və Ömər Əlinin qızını alır. Bu belədirsə Sizə iki sualım var:
Birincisi: Əhli sünnət imamı və mühəddisi Şah Əbdül Haq Dəhləvi yazır:

"Əsma bintə Üməys əvvəl Cəfər ibn Təyyarın arvadı idi. O şəhid olduqdan sonra Əbu Bəkrə ərə getdi. Bu evlilikdən sonra onun iki uşağı oldu, Mühəmməd və Ümm Gülsüm. Onun vəfatından sonra Əsma Əliyə ərə getdi və Ümm Gülsüm onun evinə girdi. Bu həmin Ümm Gülsümdür ki, Ömər onunla evləndi".
İmam of Ahl'ul Sunnah al Muhaddith Shah Abdul Haq Delavi (Rijal Mishkat page 115)

İkincisi: Deməli Əlinin evində iki Üm Gülsüm böyüyüb? Buna dəlil nədir?
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#75 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 29 Июль 2009 - 14:43

Bütün bunlardan belə nəticəyə gəlmək olar kiii, Ömər просто напросто, Ümm Gülsüm adında помешанный idi :loool: ona görə də onun "hayranları" hansı Ümm Gülsüm var onu yapışdırıblar adına :loool:
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.

Каждый день Ашура, Вся земля Кербела!

#76 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 29 Июль 2009 - 18:35

Amma həmin sözə oxşar kəlmələr var. məsələn 4,472 deyesən.

Nə varsa dəqiq yaz araşdıraq...görək doğurdan varmı yoxsa yox!

#77 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 29 Июль 2009 - 19:19

Çox gözəl! Razılaşaq bununla. (Gəribə budur ki, Sizin kitablarda bu hallara ras gələndə, bu alimlərin xətasıdır deyirsiz, amma şiə kitablarında olanda şiə alimlərinin yalanı. Buna cavab yazmasaz da olar, bunu bizim mövzuya aid etmirəm, ümumi dedim).

Təbəri də öz Tarixində (cild 5 səh. 2734, Zikr Zavaj Umar) yazır:
Ömər Aişəyə Üm Gülsüm bintə Əbu Bəkri almaq istədiyini deyir və Aişə ona cavab verir ki, "Bu mənim əlimdədir". Amma Üm Gülsüm onu rədd edir. Aişə Əmr bin Ası xahiş etdi ki, Ömərlə bu haqda danışsın və o Ömərə Əbu Bəkrin qızı Üm Gülsümü yox, Əlinin qızı Üm Gülsümü almağı məsləhət gördü.

Mən belə başa düşürəm ki, Siz (və alimləriniz) deyirsiz ki, Ömər əvvəl Əbu Bəkrin qızını almaq istəyir, amma o razı olmur və Ömər Əlinin qızını alır. Bu belədirsə Sizə iki sualım var:
Birincisi: Əhli sünnət imamı və mühəddisi Şah Əbdül Haq Dəhləvi yazır:

"Əsma bintə Üməys əvvəl Cəfər ibn Təyyarın arvadı idi. O şəhid olduqdan sonra Əbu Bəkrə ərə getdi. Bu evlilikdən sonra onun iki uşağı oldu, Mühəmməd və Ümm Gülsüm. Onun vəfatından sonra Əsma Əliyə ərə getdi və Ümm Gülsüm onun evinə girdi. Bu həmin Ümm Gülsümdür ki, Ömər onunla evləndi".
İmam of Ahl'ul Sunnah al Muhaddith Shah Abdul Haq Delavi (Rijal Mishkat page 115)

İkincisi: Deməli Əlinin evində iki Üm Gülsüm böyüyüb? Buna dəlil nədir?

Birincisi...biz nə xətadırsa, onu göstəririk...nəyin təhrif olduğunu görürüksə onu da göstəririk...yuxarıdakı yazıda açıq aydın yazı xətası olduğu aydındır... Kimin əsassız yerə təhrif ittihamı etməsi ortadadır. əl-Buxari mövzusuna baxmaq kifayət edər...

Təbəri də öz Tarixində (cild 5 səh. 2734, Zikr Zavaj Umar) yazır:
Ömər Aişəyə Üm Gülsüm bintə Əbu Bəkri almaq istədiyini deyir və Aişə ona cavab verir ki, "Bu mənim əlimdədir". Amma Üm Gülsüm onu rədd edir. Aişə Əmr bin Ası xahiş etdi ki, Ömərlə bu haqda danışsın və o Ömərə Əbu Bəkrin qızı Üm Gülsümü yox, Əlinin qızı Üm Gülsümü almağı məsləhət gördü.

Bu və buna bənzər iddialara bir neçə cür cavab vermək olar:
1. Bu rəvayətlərin heç birində Ömərin Əbu Bəkrin qızı ilə evlənməsi haqqında heç bir şey qeyd olunmur, ona görə bunun mövzumuz ilə əlaqəsi yoxdur. Çünki biz Ömərin kimlə evləndiyini və ya Ömərin doğurdan da Əlinin qızı ilə evlənməsi tarixi bir faktdır yoxsa şiələrin iddia etdiyi kimi bir iddiadır? Biz bunları müzakirə edirik...
2. Onu da qeyd etməliyəm ki, Ömərin Əbu Bəkrin qızı Umm Kulsum’un əlini istəməsi haqqında səhih heç bir şey gəlməmişdir. Bu barədə İbn Cərir ət-Tabəri rəvayət edərək deyir: “əl-Mədəini dedi: “Əbu Bəkrin qızı Umm Kulsumun əlini istəmişdi və o, yaşca kiçik idi...” Bu rəvayətin eynisini İbn Kəsir əd-Dəməşqi “əl-Bidayə van-Nihayə” kitabında İbn Cərirdən nəql etmiş, lakin bunu ondan nəql etdiyini zikr etməmişdir. Bu rəvayətin muttəsil bir sənədi yoxdur. Bunu ət-Tabəri gördüyünüz kimi əl-Mədəini’dən rəvayət edir. əl-Mədəini hicri 244 və ya 245-ci ildə vəfat etmişdir. ət-Tabəri isə hicri 310-cu ildə vəfat etmişdir. Bu iki alimin ölümü arasında 82 il vardır. Sözsüz ki, ət-Tabəri ondan bir şey eşitməmişdir. Üstəlik əl-Mədəini öz rəvayətlərinin çoxunu sənədsiz rəvayət edir. Bunu da əlavə edək ki, əl-Mədəini zəif bir ravidir. əz-Zəhəbi “Mizənul-İtidəl” kitabında deyir: “Əli bin Muhamməd Əbul-Həsən əl-Mədəini əl-İxbəri, çoxlu kitab sahibidir. İbn Adiy onu “əl-Kamil” kitabında (zəif ravilər haqqında kitabdır) zikr edərək deyir: “Əli bin Muhamməd bin Abdilləh bin Əbi Seyf əl-Mədəini, Abdurrahmən bin Sumrə’nin mövlasıdır. Hədisdə güclü deyildir. Xəbərlər rəvayət etmişdir, sənədlə rəvayət etdiyi rəvayətlərin sayı azdır.” (əz-Zəhəbi, “Mizanul-İtidəl”, 3/351 (rəq: 1295) )
3. Ömərin evləndiyi Umm Kulsum'un Əlinin deyil, Əbu Bəkrin qızı olması imkansızdır. Bunun bir neçə səbəbi vardır. Birinci səbəb budur ki, Əbu Bəkrin qızı Əlinin himayəsi altında böyüməmişdir. Çünki Umm Kulsumun anası Əsma bint Umeys deyildir və bu barədə tarixi heç bir şahidlik gəlməmişdir. Əksinə Umm Kulsum bin Əbi Bəkrin anası Həbibə bint Xaricə bin Zeyddir, Əsma deyildir. Əli isə Həbibə ilə deyil, Əsma ilə evlənmişdir və Əbu Bəkrin uşaqları arasında Əlinin himayəsi altında böyüyən Əbu Bəkrin Əsma bint Umeysdən olan oğlu Muhamməd bin Əbi Bəkrdir. Ona görə də Umm Kulsum bint Əli deyildikdə bunun Əlinin əli altındakı Əbu Bəkrin qızı olduğunu söyləmək cahillikdir və heç bir tarixi fakta əsaslanmır. əş-Şeyx əş-Şəblənci “Nur əl-Əbsar” kitabında deyir: “Umm Kulsum onun (Əbu Bəkrin) qızları içində ən kiçiyidir. Anasının adı Həbibə bint Xaricə bin Zeyd’dir. Əbu Bəkr ölərək onu dul buraxmışdır və o, bu zaman Umm Kulsum’dan hamilə idi. Əbu Bəkrin vəfatından sonra dünyaya gəlmişdir və onunla Talha bin Ubeydullah evlənmişdir.” (“Nur əl-Əbsar”, səh: 701)
Üstəlik məlumdur ki, Ömər öləndən sonra onun dul qalmış zövcəsi Cafər bin Əbi Talibin oğulları olan Aun bin Cafər ilə Muhamməd bin Cafər ilə evlənmişdir. Əgər Ömərin evləndiyi Umm Kulsum Əbu Bəkrin qızı olsaydı, belə çıxır ki, Umm Kulsum anadan bir qardaşlarına ərə getmişdir. Çünki əgər Umm Kulsum bint Əbi Bəkrin anası Əsma bint Umeysdirsə, o zaman Aun bin Cafər və Muhamməd bin Cafərin də anası həmin Əsma bint Umeysdir. Əuzu billəh...təbii ki, belə bir iddia yaxşı düşünülmədən ortaya atılmış bir yalandır. Başqa bir dəlil isə budur ki, Əbu Bəkrin qızı Umm Kulsum Ömər ilə deyil, Talha bin Ubeydullah ilə evlənmişdir. Əbu Bəkrin qızı Umm Kulsumun tərcümeyi halını yazan heç bir tarix və nəsəb alimi yoxdur ki, onun Ömər ilə evləndiyini qeyd etsinlər. İbn Xalkən “Vafiyyət əl-Ayən” kitabında (3/07) Umm Kulsum bint Əbi Bəkr haqqında deyir: “Onunla Talha bin Ubeydullah evlənmişdir və ondan Muhamməd adında oğlu olmuşdur, Məkkənin valisi idi və ondan həm də Zəkəriyya və Aişə’ni dünyaya gətirmişdir. Sonra Talha qətl edilir və onunla Abdurrahmən bin Abdilləh bin Əbi Rabia əl-Məxzumi evlənmişdir.” Üstəlik Umm Kulsum bint Əbi Bəkr atasının ölümündən sonra dünyaya gəlmişdir və o, Əbu Bəkrin qızları arasında yaşca ən kiçiyidir. əl-Hafiz İbn Hacər deyir: “Umm Kulsum bint Əbi Bəkr əs-Siddiq ət-Təymiyyə, tabiidir, anasının qarnında olarkən atası (yəni Əbu Bəkr) ölmüşdür və o, atasının ölümündən sonra dünyaya gəlmişdir.” (“əl-İsabə”, 4/964) Deməli aydın olur ki, Əbu Bəkrin qızı Umm Kulsum Ömərin xilafətinin ilk ilində dünyaya gəlmişdir. Ömər isə on il xilafətdə olmuşdur. Ömər ölərkən Umm Kulsum’un hələ 9 yaşı belə tamamlanmamışdı. Necə olur ki, Ömərdən Zeyd və Ruqeyyə adında iki uşağı olmuşdur?! Tarixdən məlumdur ki, Ömər hicri 27-ci ildə Umm Kulsumu Əlidən istəmişdir və həmin bu zamanda Əbu Bəkrin qızının hələ dörd yaşı tamamlanmamışdı. Lakin Əlinin Qızı Umm Kulsum isə peyğəmbərin – salləllahu aleyhi va səlləm – vəfatından əvvəl dünyaya gəlmişdir. Adi insan ağlı da təsdiq edir ki, Ömər Əbu Bəkrin qızı ilə deyil, Əlinin qızı ilə evlənmişdir və ondan iki uşağı olmuşdur.

Qaldı ki, Abdulhaqq əd-Dəhləviyə...bunun cavabı belədir:
1. Əgər Şeyx əd-Dəhləvi bunu doğurdan da deyibsə, o zaman ondan əvvəl belə bir söz deyən alim olmamışdır və əd-Dəhləvinin hicri 11-ci əsrdə yaşadığını nəzərə alsaq 11 əsrdən sonra bunu haradan çıxardığı müəmmalı qalır və bununla da sözlərin əsassız olduğu anlaşılır.
2. Yuxarıda qeyd etdiyim səbəblərə görə Ömərin Əbu Bəkrin qızı ilə evlənməsi imkansızdır.
3. Sonunda isə Şeyx əd-Dəhləvinin bu sözlərini netdə nə qədər axtardımsa rastlaşmadım, əgər kimdəsə onun sözlərinin ərəbcəsi varsa...zəhmət olmasa təqdim etsin və sözləri haradan gətirdiyinə bir link atsın (hardan olursa olsun)... heç olmasa bu sözlərin də digər sözlər kimi əsassız olmadığını görək.

Əgər kimsə yuxarıda yazdıqlarımla razı deyilsə, səbəbini yazsın!

#78 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 30 Июль 2009 - 03:01

Hənbəli, yaqin oxumusan bu barədə rəvayətləri. rəvayətdlərdə deyilir ki, Ümmu Gülsümü görcək Ömər dartıb basır onu bağrına. xahiş edirəm ki, mənə cavab verəsən: o Ömər ki, siz tərifləyirsiz belə əxlaqın sahibi ola bilər? amma lazım deyil o cavabı vermək ki, o niyyətlə özünə dartmadı. çünki, Ümmu Gülsüm Ömərin bu hərəkətindən sonra Ömərə deyir ki, burnuvu dağıdardım.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#79 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 30 Июль 2009 - 11:13

Vusal yəqin bunu deyirsən

أبيه عن عقبة بن عامر الجهني قال خطب عمر بن الخطاب إلى علي بن أبي طالب ابنته من فاطمة وأكثر تردده إليه فقال يا أبا الحسن ما يحملني على على كثرة ترددى إليك الا حديث سمعته من رسول الله  يقول كل سبب وصهر منقطع يوم القيامة الا سببى ونسبى فأحببت ان يكون لي منكم أهل البيت سبب وصهر فقام على فأمر بابنته من فاطمة فزينت ثم بعث بها إلى أمير المؤمنين عمر فلما رآها قام إليها فأخذ بساقها وقال قولي لأبيك قد رضيت قد رضيت قد رضيت فلما جاءت الجارية إلى أبيها قال لها ما قال لك أمير المؤمنين قالت دعاني وقبلني فلما قمت اخذ بساقي وقال قولي لأبيك قد رضيت فأنكحها إياه.........

.....(Tarixu Bəğdad, 6/182)
Xətib Bağdadi yuxarıda nəql olunanlardan daha gülməli hədis nəql edib: ".......Ömər dəfələrlə Əlidən Ummu Gülsümü ona təzvic etməyi tələb etdi, axırda Əli qızına zinət vurub Ömərin yanına göndərdi. Ömər Ummu Gülsümü görəndə ayağa durub onun ayaqlarından yapışıb üç dəfə dedi: Atana de ki, mən razıyam, razıyam, razıyam,.....Qız atasının yanına qayıdandan sonra dedi: Ömər məni yaxına çağırdı və məni öpdü. Mən ayağa duranda ayaqlarımdan yapışıb dedi: Mənim dilimdən atana de: Mən razıyam....

«لبيــــــــك خــــــــامنئي »

#80 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 30 Июль 2009 - 11:42

hənbəli
Bu məsələ ətrafında çox mübahisə etmək olar. Amma nəticəsi sən istəyən kimi olmayacaq.
Səhih Müslimə şərh yazan Nəvəvi تهذيب الاسماء kitabında yazır ki, Ömər Əbu Bəkrin qızı Ummu Gülsümlə izdivac edib.
ختا عائشة: اللتان أرادهما أبو بكر الصديق، رضى الله عنه، بقوله لعائشة: إنما هما أخواك وأختاك، قالت: هذان أخواى، فمن أختاى؟ فقال: ذو بطن بنت خارجة، فإنى أظنها جارية. ذكر هذه القصة فى باب الهبة من المهذب، وقد تقدم بيانهما فى أسماء الرجال فى النوع الرابع فى الأخوة، وهاتان الأختان هما أسماء بنت أبى بكر، وأم كلثوم، وهى التى كانت حملاً، وقد تقدم هناك إيضاح القصة، وأم كلثوم هذه تزوجها عمر بن الخطاب، رضى الله عنه

«لبيــــــــك خــــــــامنئي »

#81 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 31 Июль 2009 - 23:57

bunun da yeri var amma mən bunu deyirəm:

Əbu Ömar deyir: Ömər Əlinin qızını almaq istəyirdi, amma Əli dedi ki, o hələ çox cavandır (uşaqdır), amma Ömər təkid edirdi. Əli dedi ki, mən qızı sizin yanınıza göndərərəm, əgər o sizin xoşunuza gəlsə deyin: “mən razıyam”. Əli qızına bir parça verib dedi: “Bunu Ömərə apar və de: Bu mən sizə dediyim həmin şərfdir”. O Ömərə bu sözləri çatdırdı və Ömər dedi: “Atana de ki, mən qəbul edirəm”. Sonra Ömər əlini qızın belinə qoydu. O dedi: Siz bunu mənə edirsiz? Əgər xəlifə olmasaydız burnunuzu dağıdardım. O evə gedib atasına hər şeyi danışdı. Dedi ki, siz məni murdar bir insanın yanına göndərdiz. Əli dedi: O sənin ərindir. (Asad al Qaybah fi Marifathul Sahaba cild 5 səh 367)

əslində(əslində nə?) bu rəvayət bir az fərqlə elə Tarixi Bağdadda da var.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#82 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 02 Август 2009 - 17:34

hənbəli
Bu məsələ ətrafında çox mübahisə etmək olar. Amma nəticəsi sən istəyən kimi olmayacaq.
Səhih Müslimə şərh yazan Nəvəvi تهذيب الاسماء kitabında yazır ki, Ömər Əbu Bəkrin qızı Ummu Gülsümlə izdivac edib.
ختا عائشة: اللتان أرادهما أبو بكر الصديق، رضى الله عنه، بقوله لعائشة: إنما هما أخواك وأختاك، قالت: هذان أخواى، فمن أختاى؟ فقال: ذو بطن بنت خارجة، فإنى أظنها جارية. ذكر هذه القصة فى باب الهبة من المهذب، وقد تقدم بيانهما فى أسماء الرجال فى النوع الرابع فى الأخوة، وهاتان الأختان هما أسماء بنت أبى بكر، وأم كلثوم، وهى التى كانت حملاً، وقد تقدم هناك إيضاح القصة، وأم كلثوم هذه تزوجها عمر بن الخطاب، رضى الله عنه

Nardarani, bunun nəticəsinin necə olacağını haradan bilirsən?

İmam ən-Nəvəvi'nin "Təhzib əl-Əsma" kitabına baxdım və sənin dediyin sözləri ikinci cild səhifə 369-da tapdım. Bu sözlərə görə təhzibin sahibi Aişənin bacısı Umm Kulsumun Ömər ilə evləndiyi deyilir. Bunun isə xəta olmasını yuxarıda izah etdim, belə bir iddianı isbat edən heç bir dəlil yoxdur. Bütün dəlillər Ömərin Aişədən bacısının əlini istəməsini, lakin bacısının razı olmaması, sonunda isə Aişənin onun fikrindən daşındırmasını göstərir. Üstəlik bu rəvayətlərdən heç biri səhih deyildir.

ikincisi isə kitabdakı bu məlumatın kitabın özündəki digər məlumatlara ziddir. Çünki digər yerlərdə Ömərin Əlinin qızı ilə evləndiyi qeyd olunur. Məsələn Zeyd bin Ömər bin əl-Xattab haqqında deyilir:

مذكور فى المهذب فى صلاة الجنازة. ابن أمير المؤمنين عمر بن الخطاب، رضى الله عنه، من زوجته أم كلثوم بنت على بن أبى طالب من فاطمة بنت رسول الله - صلى الله عليه وسلم ، رضى الله عنهم. قال ابن أبى حاتم سمعت أبى يقول توفى زيد وأمه أم كلثوم فى ساعة واحدة، وهو صغير، ولا يُدرى أيهما مات أول

"əl-Muhəzzəb"də cənazə namazında qeyd olunur. Möminlərin əmiri Ömər bin əl-Xattabın - radiyallahu anhu - oğlu, Ömərin zövcəsi Əlinin peyğəmbərin - salləllahu aleyhi va səlləm - qızı Fatimədən olan qızı Umm Kulsum bint Əli bin Əbi Talibdən olan oğlu, radiyallahu anhu. İbn Əbi Hatim dedi: Atamı belə deyərkən eşitdim: "Zeyd və anası Umm Kulsum eyni saatda vəfat etdilər və Zeyd kiçik idi və onlardan hansının daha əvvəl öldüyü bilinmədi."

Digər babda isə Ömərin övladlarından danışarkən deyir:

وأولاد عمر
عبد الله، وحفصة، أمهما زينب بنت مظعون، وعبيد الله أمه مليكة بنت جرول الخزاعية، وعاصم أمه جميلة بنت عاصم بن ثابت حمى النحل، وفاطمة وزيد أمهما أم كلثوم بنت على بن أبى طالب من فاطمة، رضى الله عنهم

"Ömərin övladları:
Abdullah, Hafsa və bu ikisinin anası Zeynəb bint Mazundur, Abdullah və onun anası Muleykə bint Cərvəl əl-Xazəiyyə, Asim və onun anası Cəmilə bint Asim bin Sabit, Fatimə və Zeyd və bu ikisinin anası Əli bin Əbi Talibin Fatimədən olan qızı Umm Kulsumdur, radiyallahu anhum."

Bir başqa yerdə isə Fatimənin - radiyallahu anhə - uşaqlarından danışarkən deyir:

وولدت لعلى الحسن، والحسين، وزينب، وأم كلثوم، تزوج زينب عبد الله بن جعفر، فولدت له عليًا، وعونًا، وأما أم كلثوم فتزوجها عمر بن الخطاب، رضى الله عنه، فولدت له زيدًا، ثم تزوجها بعد وفاة عمر عون بن جعفر، ومات عنها، ثم تزوجها محمد بن جعفر

"Əlidən əl-Həsən, əl-Hüseyn, Zeynəb və Umm Kulsumu dünyaya gətirmişdir. Zeynəb Abdullah bin Cafər ilə evlənmiş və ona Əli, Aunu dünyaya gətirmişdir. Umm Kulsum isə Ömər bin əl-Xattaba - radiyllahu anhu - ərə getmiş və ondan Zeyd adlı oğlu olmuşdur. Ömər öləndən sonra onunla Aun bin Cafər evlənmiş və ölmüşdür, ondan sonra isə onunla Muhamməd bin Cafər evlənmişdir."

Sonra isə Umm Kulsumun haqqında yazarkən deyir:

أم كلثوم بنت على بن أبى طالب، رضى الله عنه وعنها:
مذكورة فى صلاة الميت من المهذب، هى بضم الكاف، وهى بنت فاطمة، رضى الله عنها، بنت رسول الله
تزوجها عمر بن الخطاب، رضى الله عنه، فولدت له زيدًا، ورقية، وتوفيت أم كلثوم هى وابنها زيد بن عمر فى يوم واحد، وقد تقدم بيان ذلك فى ترجمة زيد

"Umm Kulsum bint Əli bin Əbi Talib - radiyallahu anhu va anhə -
əl-Muhəzzəbdə ölüyə cənazə namazı bölməsində zikr olunmuşdur. Kəf hərfi damməli yazılır. peyğəmbərin - salləllahu aleyhi va səlləm - qızı Fatimənin - radiyallahu anhə - qızıdır. Onunla Ömər bin əl-Xattab - radiyallahu anhu - evlənmişdir. Ondan Zeydi və Ruqeyyəni dünyaya gətirmişdir. Umm Kulsum və oğlu Zeyd bin Ömər eyni gündə vəfat etmişdir. Bu, Zeydin tərcüməsində qeyd olundu."

Nardarani, mən yuxarıda məncə Aişənin bacısı Umm Kulsum ilə Ömərin evliliyi iddiası haqqında kifayət qədər yazmışam. Bu evliliyi zikr edən heç bir rəvayət gəlməmişdir. Əlini istəməsi barədə sənədsiz rəvayətlər gəlmişdir. Bundan sonra belə bir evliliyin olduğunu ən-Nəvəvi kimi bir alim söyləsə belə, bu dəlil sayılmaz. Üstəlik mən ən-Nəvəvinin belə bir şey yazmasından şübhə edirəm, çünki "Təhzib əl-Əsma" kitabında Ömərin zövcələrinin adları qeyd olunmuşdur və Aİşənin bacısı ilə evlənməsi qeyd olunmamışdır.

Əgər yuxarıda Aişənin bacısı ilə evliliyin baş verməməsi haqqındakı dəlilləri yuxarıda izah etmişəm.
İnşəAllah, zənn edirəm ki, bir ara internetdə olmayacam...amma, inşəAllah söz verirəm ki, bu mövzuya bir daha geri qayıdacam...xüsusilə bunu isbat etmək mənim boynuma!

#83 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 04 Август 2009 - 09:29

Mən hadisə barədə axtarış apardım nəticədə...
1.Ümmü Gülsüm adda qızın olmamasına rast gəldim
2.Ümmü Gülsümün Əbu Bəkrin qızı olmasına rast gəldim.
3.Bu hadisənin nəqlində müxtəlif ziddiyətlərin olmasını gördüm.
4.Ömərin Peyğəmbər namusunu ihanət etməsinin şahidi oldum.
5.Ömərin izdivac üçün bəhanəsini gördüm.
6.Ömərin bu izdivacda Peyğəmbər sünnəti ilə müxalifət etməsinidə gördüm.
7.Ömərin Ümmü Gülsümlə böyük yaş fərqinin olmasını gördüm.
8.Bu izdivacın zor və təhdid gücünə olmasını gördüm.
9.Bu izdavacın Bəni Üməyyə tərəfdən uydurulmasını bildim.

«لبيــــــــك خــــــــامنئي »

#84 Насими

Насими

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 11 сообщений

Отправлено 04 Август 2009 - 09:55

Bu bölmədə rus dilində yazmaq qadağandır. Həmçinin yazınız mövzuya aid deyil.

#85 Salafi

Salafi

    Raqib – Seargeant

  • Murid
  • 157 сообщений

Отправлено 07 Август 2009 - 01:43

Mən hadisə barədə axtarış apardım nəticədə...
1.Ümmü Gülsüm adda qızın olmamasına rast gəldim
2.Ümmü Gülsümün Əbu Bəkrin qızı olmasına rast gəldim.
3.Bu hadisənin nəqlində müxtəlif ziddiyətlərin olmasını gördüm.
4.Ömərin Peyğəmbər namusunu ihanət etməsinin şahidi oldum.
5.Ömərin izdivac üçün bəhanəsini gördüm.
6.Ömərin bu izdivacda Peyğəmbər sünnəti ilə müxalifət etməsinidə gördüm.
7.Ömərin Ümmü Gülsümlə böyük yaş fərqinin olmasını gördüm.
8.Bu izdivacın zor və təhdid gücünə olmasını gördüm.
9.Bu izdavacın Bəni Üməyyə tərəfdən uydurulmasını bildim.

1.2 ci punktun 4,5,6,7,8 ci punktlarina ziddir.
umumiyyetle butun punktlarin bir birine ziddir.
birdeki bezi punktlarina henbeli exi aydinliq verib,tezden o sohbeti etmeyin yeri yoxdu..

#86 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 07 Август 2009 - 01:53

salafi və hənbəli, çox xahiş edirəm sualıma cavab verəsiniz: Siz əhli sünnə Öməri çox əxlaqlı və təqvalı bildiyiniz halda necə ola bilər ki, iddia edəsiniz ki, Ömər körpə uşağı basıb bağrına yaxud dizüstə düşüb yalvarıb ki, mənə ərə gəl. bu axı, Ömərin özünə qarşı olan hörmətsizlikdir ki, siz buna inanırsız. mövcud rəvayətlərə nəzər edin. axı, ən axırıncı adam belə bu əməli etməz amma siz bunu Ömərə aid edirsiz.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#87 Salafi

Salafi

    Raqib – Seargeant

  • Murid
  • 157 сообщений

Отправлено 07 Август 2009 - 02:13

salafi və hənbəli, çox xahiş edirəm sualıma cavab verəsiniz: Siz əhli sünnə Öməri çox əxlaqlı və təqvalı bildiyiniz halda necə ola bilər ki, iddia edəsiniz ki,1, Ömər körpə uşağı basıb bağrına .yaxud 2. dizüstə düşüb yalvarıb ki, 3. mənə ərə gəl. bu axı, Ömərin özünə qarşı olan hörmətsizlikdir ki, siz buna inanırsız. mövcud rəvayətlərə nəzər edin. axı, ən axırıncı adam belə bu əməli etməz amma siz bunu Ömərə aid edirsiz.

1.Men basha dushmurem korpe ushagi bagra basmaq olmaz?
2.Yaxud Peygember(s.a.v)-in nevesi,Ali(r.a) ve Fatime(r.a)-inin qizina sahib chixmag uchun deymezmi yalvarmaga?
3.Pis shey isteyib meger?
4.Bu sherefe kim nail olmag istemezki?

Сообщение отредактировал Salafi: 07 Август 2009 - 02:14

#88 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 07 Август 2009 - 02:20

1.Men basha dushmurem korpe ushagi bagra basmaq olmaz?
2.Yaxud Peygember(s.a.v)-in nevesi,Ali(r.a) ve Fatime(r.a)-inin qizina sahib chixmag uchun deymezmi yalvarmaga?
3.Pis shey isteyib meger?
4.Bu sherefe kim nail olmag istemezki?

bərəkallah. rəvayətdə deyilir ki, qız deyir: əgər xəlifə olmasaydız burnunuzu dağıdardım. Ömər bbunu edərdi?
yalvarmalı olsaydı, Fatiməni(s.a) istəyəndə edərdi.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#89 Salafi

Salafi

    Raqib – Seargeant

  • Murid
  • 157 сообщений

Отправлено 07 Август 2009 - 02:27

1.Men basha dushmurem korpe ushagi bagra basmaq olmaz?
2.Yaxud Peygember(s.a.v)-in nevesi,Ali(r.a) ve Fatime(r.a)-inin qizina sahib chixmag uchun deymezmi yalvarmaga?
3.Pis shey isteyib meger?
4.Bu sherefe kim nail olmag istemezki?

bərəkallah. rəvayətdə deyilir ki, qız deyir: əgər xəlifə olmasaydız burnunuzu dağıdardım. Ömər bbunu edərdi?
yalvarmalı olsaydı, Fatiməni(s.a) istəyəndə edərdi.

sen mene denen gorum balaca ushag omer(r.a) onu niye opmek istediyini ne basha dushub?
ola bilmezki basha dushub amma sehv basha dushub?
Fatime(r.a)-ni isteyende terki ovla edib yalvarmayib,sonra ne sozun vvar?

#90 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 07 Август 2009 - 02:36

1.Men basha dushmurem korpe ushagi bagra basmaq olmaz?
2.Yaxud Peygember(s.a.v)-in nevesi,Ali(r.a) ve Fatime(r.a)-inin qizina sahib chixmag uchun deymezmi yalvarmaga?
3.Pis shey isteyib meger?
4.Bu sherefe kim nail olmag istemezki?

bərəkallah. rəvayətdə deyilir ki, qız deyir: əgər xəlifə olmasaydız burnunuzu dağıdardım. Ömər bbunu edərdi?
yalvarmalı olsaydı, Fatiməni(s.a) istəyəndə edərdi.

sen mene denen gorum balaca ushag omer(r.a) onu niye opmek istediyini ne basha dushub?
ola bilmezki basha dushub amma sehv basha dushub?
Fatime(r.a)-ni isteyende terki ovla edib yalvarmayib,sonra ne sozun vvar?

gör Ömər onu necə öpüb bağrına basıbsa uşaq anlayıb ki, nə niyyətlə öpür. bir də ki, özü dizüstə deyir də niyə elə öpür - mənə ərə gəl. səhv sən başa düşürsən. özü də o barədə səhvsən ki, Öməri bu əməli etməyə layiq bilməklə.
yox bir teyyul ərz edib. Fatimə(s.a) ilə evlənmək üstün olardı ya Ümmu Gülsümlə. Ömər özü sonrala Əli(ə) barədə danışanda deyilir ki, ona 3 şey bəxş edilib ki, biri mən də olsaydı bəs idi.. onlardan biri də Fatimə(s.a) ilə evli olmasıdır.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru