Перейти к содержимому


Фотография

Vəhhabilərin "allah"ı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 329

#31 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 05 июля 2009 - 01:01

Allaha şükür ki, öz məzhəbimi öz alimlərimdən öyrənirəm və heç bir şiədən məzhəbim haqqında məlumat almağa ehtiyac yoxdur.
Sənin yazdıqlarının cavabı vardır, Allahın iznilə qarşıda bu cavabını burada yerləşdirəcəm.

Salam aleykum qardaş. Əvvəla Sizi bu forumda görməyimə çox şadam, çünki Sizdən əvvəl burda yazan və özlərini əhli-sünnətə aid edən istifadəçilər elmi olmayan və kiminsə yazılarından istifadə edənlər olub. Onlardan nəinsə sübutunu istəyəndə cavabında yalnız təkfir və təhqir eşidirdin. Ümid edirəm ki, Siz onlardan deyilsiz, çünki yazılarınızda arxayınlıq və bilik (savad) hiss edirəm.

Amma qısa olaraq burda bir şeyi aydınlaşdırmaq istəyirəm.
Heç bir əhli-sünnət alimi Allah haqqında sizin zənn etdiklərinizi söyləmir...Haşa, Allahı bundan tənzih edirlər. Əgər kimsə deyilən sözlərin məğzini anlamırsa, bu onun öz qafilliyidir. Bu məsələdə bir neçə məzhəb var. Quranda və Sünnətdə gələn sifətlər haqqında bir neçə yanaşma mövcuddur.
1. Bir qrup ümumiyyətlə Allahı hər bir şeydən tənzih edirlər, tənzihdə o qədər ifrata varıblar ki, Allahın həm sifətlərini, həm də isimlərini inkar edirlər. Açıq aydın Allahın "əs-Səmi" və ya "əl-Basir" olmadığını deyirlər və bu isimləri elə təvil edirlər ki, sanki Allahın Quranda özünü vəsf etməsi faydasız olur.
2. Digər qrup isə yalnız sifətləri inkar edir, isimləri isbat edirlər.
3. Sifətlərdən bəzilərini qəbul edir, digərlərini nəfy edirlər...qəbul etdikləri sifətləri isə təvil edirlər.
4. Bir digər qrup isə sifətlərdə Allahı məxluqa bənzədirlər.

Bu qrupların hamısı əhli-sünnətə aiddirlər?

5. Hənbəlilər isə səhih sünnətdə və Quranda gəlmiş sifətlərin hamısını qəbul edirlər və bir əsl olaraq onları zahiri mənalarına həml edirlər. Əgər bir başqa dəlil təvilə imkan verirsə, təvil edirlər. Lakin xüsusilə qeyd edirlər ki, bu sifətlərin arxasındakı həqiqət bizlərə məlum deyildir, onların keyfiyyətini biz bilə bilmərik. Biz sadəcə Allahın özü haqqında bizə xəbər verdiklərini təsdiq edir, öz əqlimizə tabe olaraq hər hansı bir sifəti inkar etməkdən qorxuruq. Çünki bu məsələlər ağıl ilə dərk olunmaz. Ona görə də alimlərimiz açıq şəkildə deyir ki, Allahın iki əli, iki gözü, danışması, eşitməsi Onun Özünə məxsus, Özünə yaraşan kamil sifətləridir. Biz bunların həqiqətini dərk etməkdən acizik və qəti olaraq bildiririk ki, bu sifətlər nə orqanlardır, nə də Allah hissələrdən ibarət deyildir, Allah məxluqa bənzəməz...Alimlərimiz bunu eynilə Allahın hakim olması ilə, qullarından kimlərinsə hakim olması kimi izah edirlər.


Amma alimlərinizin başqa sözləridə var və onlardan aydın olur ki, onlar Allahı bir cism kimi təsəvvür edirlər. Misal üçün bura baxa bilərsiz (cavab yazmalı olsaz xahiş edirəm elə orda yazın ki, mövzular qarışmasın).

İndi heç kəs bundan sonra durub yalandan iddia etməsin ki, sünnilər məxluqa bənzər bir ilaha ibadət edirlər. Belə bir iddia onun tərəfindən iftiradır...əgər sadəcə hədis nəql etməklə nəyisə isbat etdiyini zənn edirsə, biz onun açdığı o qapıdan içəri girib öz taktikası ilə onun özünü biyabır etməyə qadirik. Çünki öz kitabları bundan da münkər hədislərlə doludur! Özü də elə hədislər ki, bunların ilk dövr alimləri bu hədislərin səhihliyində ittifaq edirlər.

Qardaşım, əgər ilk dövrün alimləri bu hədisləri səhih adlandırıblarsa bu o demək deyil ki, biz də bu gün onları o cür qəbul edirik. Bizdən fərqli olaraq Siz hədis əhlisiz və aqidənizi hədislər üzərində qurursuz. Bəs nəyə əsasən Siz Quran ayələrinin zahiri mənasını götürürsüz, amma hədisləri şərh edirsiz?

Lakin əgər kimisə xüsusi olaraq mövzudakı ilk hədislər haqqında əhli-sünnətin fikri maraqlandırırsa, normal dildə sualını versin və biz ona lazım olan məlumatı çatdıraq.

Şəxsən məni maraqlandırır. Amma sualım hələ ki yoxdur. Xahişim var ki, ona ətraflı və adi insanlar üçün başadüşülən tutarlı bir cavab yazasız. Biz də bu cavabı oxuyub bir nəticə çıxaraq.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#32 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 июля 2009 - 01:02

Allahın(Allahınızın) iki əli, iki gözü, danışması, eşitməsi

qaçması, gülməsi, oturması, ayağı daha nə qaldı ki,? Sənin tə`birinlə desək bircə çırtma çalıb oynaması. O da yəqin adil səhabələrin peyğəmbər s.a.s.-in adına uydurduqları səhih hədislərdə gəlməyib ona görə. Yoxsa bunu belə Allaha nisbət verməkdən çəkinməzdiniz.


Onun Özünə məxsus, Özünə yaraşan kamil sifətləridir.



Cümlələrin sonunda yaxşı otmazkadır. Yaxşı olar bunları sizi qəbul etməyən əhli-sünnəyə anladasınız. Şəngülüm-şüngülüm nağılındakı çəpişlərin anası kimi hamınız əhli-sünnə olduğunuzu deyirsiniz.


Ona görə də bu hədisləri bura muncuq kimi düzüb elə təsəvvür oyatmayın ki, əhli-sünnət alimləri məxluqa bənzər bir ilaha etiqad edirlər. Kim belə düşünürsə ya şirrir, pis niyyətli biridir, ya da cahildir!
İndi heç kəs bundan sonra durub yalandan iddia etməsin ki, sünnilər məxluqa bənzər bir ilaha ibadət edirlər. Belə bir iddia onun tərəfindən iftiradır...əgər sadəcə hədis nəql etməklə nəyisə isbat etdiyini zənn edirsə,


Mənə görə ümumiyyətlə alim sözünü sizinkilərə şamil etmək səhvdir. Sələfləriniz kor təəssübü ilə seçilirdisə müasirləriniz xəyanətlə daha çox nəzərə çarpırlar.Niyyətimiz isə həmişə bəllidir. Gözü zəyif görənlər üçün bir daha təkrarlayıram. İbn Teymiyyə tör-töküntüləri və nasıbılər o, zamandan ki, elmi bəhsləri buraxıb bazar metoduna keçiblər o, gündən özlərini bəlaya salıblar. Çünki acgöz səhabələrdən və Əməvilərdən qalma sünnələrində Suraxanı dərələrini doldurmağa yetəcək qədər tullantı var.

Bir az mə`lumatı olan kəs əlbəttə bilir ki, hədis geniş və ümum anlayışdır əqidə isə məhdud və xüsus. Lakin nədənsə bunu bizə xatırladan tərəf özləri buna əməl etmir. Hələ bir təhdid edir ki, "biz onun açdığı o qapıdan içəri girib öz taktikası ilə onun özünü biyabır etməyə qadirik". Təkəbbürlü olma hər şeyə qadir olan Allahdır. Böhtan və iftirada, bir sözlə bazar metodunda siz mahirsiniz, buna şübhə yox.


Çünki öz kitabları bundan da münkər hədislərlə doludur!


Demək istəyirsən ki, yuxarida sizin kitablardan olan hədislər münkərdirlər? Bizmkilər isə daha da münkərdir? Yenə tipik sizin metod. Publikaya işləmə. Görürsən əslində Allahın sənə bəxş etdiyi fitrət yuxarıdakı hədislərin mətnlərinin qəbul olunmaz olduğunu deyir. Yalnız tipik sünnü təəssübkeşliyi bunu e`lan etməyə sənə imkan vermir.

Özü də elə hədislər ki, bunların ilk dövr alimləri bu hədislərin səhihliyində ittifaq edirlər.
Lakin əgər kimisə xüsusi olaraq mövzudakı ilk hədislər haqqında əhli-sünnətin fikri maraqlandırırsa, normal dildə sualını versin və biz ona lazım olan məlumatı çatdıraq.
Hələlik!

Əlindən gələni ardına qoyma. Biz haqq tərəfdarıyıq təssübkeş deyilik. Yuxarıda kifayət qədər sual verilib. Zəhmət çək aydınlıq gətir. Bildiklərini bölüş. Daha burada bizə səhih-səhih deyib xox gəlmə! Sən bilmirsən ki, Şiyələrdə ictihad qapısı hər zaman açıq olub? Bir alimin nəzəri fəqət onun öz nəzəri, ictihadı olaraq qalır. Bir və ya bir neçə alimin nəzəri və yaxud səhih hədis hələ şiyə əqidəsi demək deyil. Hədisin əqidəyə dəlalət etməsi üçün İlk növbədə ən azından mütavatir olmalıdır.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#33 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 июля 2009 - 02:20

Allahın 2 əli var deməklə yəni kəmiyyətdən istifadə etmək səncə artıq sayıla bilən cism təsəvvür etmək deyil?
Sağ əl, sol əl, ayaq, barmaq, göz ............deməklə qismlərə böldükdə cism təsəvvür etmək deyil? Ən azından Allahınızı sadalanan qismlərə bölməmisiniz?

أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُمْ مِمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ

Məgər Bizim öz əllərimizlə onlar üçün davarlar(mal-qaranı) yaratdığımızı və özlərinin de onlara sahib olduqlarını görmürlərmi?!(Yasin-71)

Burada Allah 2 əlimlə yox, əllərimizlə yaratdıq deyir. Ərəb dilində bildiyin kimi cəm 3 və 3-dən artığa şamil olur. Siz isə deyirsiniz ki, Allahın məhz 2 əli, sağ əl və sol əli var. Bəs onda yuxarıdakı ayəni nəzərə alanda ən azından 3-cü əl barədə nə deyə bilərsən?

وَالسَّمَاء بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

Biz göyü əl ilə yaratdıq ve Biz onu genişlendiririk.(51-47)

Burda nə deyəcəksən?Allah tək əl ilə yaradıb?

Allahı unutqanlıqla, istehza etməklə, utanmaqla, xəstələnməklə və s. ilə vəsf edirsinizmi? Bu barədə ayə və hədislər var. Hələlik bunlara sənin tə`birinlə desək normal dildə cavab ver. İnşaAllah sonrası da olar.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#34 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 05 июля 2009 - 16:28

Allahın 2 əli var deməklə yəni kəmiyyətdən istifadə etmək səncə artıq sayıla bilən cism təsəvvür etmək deyil?
Sağ əl, sol əl, ayaq, barmaq, göz ............deməklə qismlərə böldükdə cism təsəvvür etmək deyil? Ən azından Allahınızı sadalanan qismlərə bölməmisiniz?

أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُمْ مِمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ

Məgər Bizim öz əllərimizlə onlar üçün davarlar(mal-qaranı) yaratdığımızı və özlərinin de onlara sahib olduqlarını görmürlərmi?!(Yasin-71)

Burada Allah 2 əlimlə yox, əllərimizlə yaratdıq deyir. Ərəb dilində bildiyin kimi cəm 3 və 3-dən artığa şamil olur. Siz isə deyirsiniz ki, Allahın məhz 2 əli, sağ əl və sol əli var. Bəs onda yuxarıdakı ayəni nəzərə alanda ən azından 3-cü əl barədə nə deyə bilərsən?

وَالسَّمَاء بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

Biz göyü əl ilə yaratdıq ve Biz onu genişlendiririk.(51-47)

Burda nə deyəcəksən? Allah tək əl ilə yaradıb?

Allahı unutqanlıqla, istehza etməklə, utanmaqla, xəstələnməklə və s. ilə vəsf edirsinizmi? Bu barədə ayə və hədislər var. Hələlik bunlara sənin tə`birinlə desək normal dildə cavab ver. İnşaAllah sonrası da olar.


Burada iki sual vermisən. Birinci sualına əsasən guya Allah "iki əl" sözünü zikr etmir, lakin əllərim sözünü zikr edir. Bunun üçün ayəni misal g
tirmisən. Lakin deyəsən digər ayəni unutmusan? Allahu Təalə İblisə deyir: ما منعك أن تسجد لما خلقت بيدي "İki əlimlə yaratdığıma səcdə etməyə sənə nə mane oldu?" Bu ayədə Allahu Təalə özü "iki əl" işlədərək məhdud say bildirmişdir.
Qaldıki/ cəm siğəsində gəlməsinə...bunda heç bir ziddiyət yoxdur/ bu ərəblərin dilində geniş yayılmışdır. Onlar "əllərimiz" deyirlər, lakin hamı bilir ki/ ərəblərin də digər millətlər kimi iki əli mövcuddur.

İkinci sualına gəldikdə isə, gətirdiyin ayədə ümumiyyətlə "əl" sözü işlənməmişdir. Ya sən ərəb dilindən qafilsən, ya da qafil olan biri səni aldatmışdır. "أيد" kəliməsi ilə "يد" kəliməsi arasındakı fərqi də bilmirsən. Birincisi "dəstək,qüvvə" anlamındadır...ikincisi isə "əl" deməkdir. Ona görə də heç bir alim sənin gətirdiyin həmin ayəni "mütəşabih"lər sırasına aid etməmişdir. Çünki ərəb dili baxımından orada heç bir işkal yoxdur.

Bir də qeyd edim ki, Abu Sufyan ordusu, sən məni tanımırsan...ona görə də yazılarında bir qədər tonunu aşağı sal! Sən mövzunu açanda elə bərk getmisən ki, sanki mövzu ilə nəyisə isbat edirsən. Nasibi və bunun kimi adlardan uzaq ol...nasibilik küfrdür, əgər belə edəcəksənsə, onda mən də sənin kimilərə rafizi adını yapışdıraram. Amma hələ ki, sənə heç bir şey demək istəmirəm, sənin ədalət və insafını gprmək istəyirəm.
"Fath" təkıb edir ki, mövzu normal diskussiya olsun!
Bir də xahişim budur ki, bir məsələ bitməmiş o biri məsələləri ortaya qatmayın. Linkləri orya atmayın, içinizdən insaflı, adil və elmli biriləri müzakirədə iştirak etsin ki, aləm bir-birinə qarışmasın! Bir də qərəzlilikdən uzaq olmağa çalışaq, bu haqqı axtaranların sifətidir. Ədəb və əxlaq normalarını gözləyək...müzakirəmiz belə davam edərsə, oxuyanlar yazılarımız xoşluqla oxuyar.

#35 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 05 июля 2009 - 16:38

al-Fath'in salamını almağı unutdum, çox üzr diləyirəm. Əleykum əssələm va rahmətullahi va bərakətuh

Abu Sufyan adlı user elə zənn edir ki, mən hədislərin münkər olduğunu deyə bilmirəm. Bu mənanı haradan çıxardığını anlamıram, amma nəsə... burada alimlərimizin bu hədislər haqqındakı fikirlərini yazıram, alimlərimiz bu hədisləri münkər sayırlar. Aşağıda təfsilatı ilə izah etmişəm.

İbn Abbasdan gələn rəvayətlər Həmməd bin Sələmə ətrafında dövr edir. Onun bu rəvayətlərinə etimad olunmayacağını bir neçə tərəfdən isbat etmək olar.
1. əl-Beyhəqi’nin dediyi kimi Həmməd bin Sələmə yaşlandıqda hafizəsi korlanmışdır və bu hədisləri nə zaman rəvayət etməsi məlum deyildir.
2. İmam əl-Buxari onun hədislərini tərk etmişdir, çünki ona görə Həmməd bin Sələmə çoxlu xəta edən ravidir, lakin Muslim ictihad edərək Sabit’in ondan hafizəsi korlanmamışdan əvvəl rəvayət etdiyi hədislərini qəbul etmişdir. Bu hədislərin sayı isə on iki dənədir və şahid qismində rəvayət olunmuşdur.
3. İbn Sad “ət-Tabəqat əl-Kubra” əsərində (7/282) onun haqqında deyir: “Münkər hədislər rəvayət edir” və İmam əz-Zəhəbi “əl-Mizan” kitabında (2/364) rəvayət yollarını qeyd etdikdən sonra deyir: “Bu, Həmməd’in rəvayət etdiyikləri içində ən münkəridir.” Daha sonra deyir: “Əgər bu rəvayətlər səhih olsaydı, yuxuda görmək kimi bir görmə olardı.”
4. Həmməd bin Sələmə sifətlər haqqında tək başına bir çox hədis rəvayət etmişdir və bu hədisləri ondan başqa heç kəs rəvayət etməmişdir. İbn Adiy “əl-Kamil” əsərində bu hədislərdən bir neçəsini qeyd etmişdir və bu hədisi də onların arasında zikr etmişdir.
5. Həmməd bin Sələmə’nin Basra əhlindən rəvayətlərində zəiflik vardır. Ona görə də İbn Tahir “Şurut əl-Əimmə əl-Xamsə” əsərində (bax: əl-Ğumari, “Qavlul-Əsəd”, səh: 27) deyir: “Buna əsasən Muslim, Həmməd bin Sələmə’nin hədislərini rəvayət etməkdə üzrlü görülür, çünki o, onun Sabit əl-Bənani, Əyyub əs-Səxtəyani kimi məşhurlardan rəvayət etdiklərini kitabına almışdır. Çünki Hamməd daim Sabit’in yanında olmuş və onunla uzun müddət dostluq etmişdir, beləki Sabit’in səhifəsi, hafizəsi korlanmamışdan əvvəl olduğu kimi hafizəsi korlandıqdan sonra da onun zikrində və hifzində qalmışdır. Lakin onun basralılardan rəvayət etdiyi hədislərə gəldikdə isə, Muslim onlardan rəvayət etdiyi hədislərdən heç birini kitabına almamışdır, çünki onun basralılardan rəvayətlərində çoxlu ğarib hədislər vardır. Bu isə onların hədisləri üzərində çox az çalışması səbəbilədir.” Bu hədisi isə o, Qatədə’dən rəvayət etmişdir, Qatədə isə Basra əhlindəndir və hədis isə həmin ğariblərdəndir. İmam Muslim “ət-Təmyiz”də deyir: “Hamməd bin Sələmə, Qatədə’dən rəvayətlərində çoxlu xəta edir.” (bax: İbn Racəb, “Şərh İləl ət-Tirmizi”, 2/508)
6. Hamməd elmdə böyük bir alim olmasına baxmayaraq, bir çox vəhmləri olmuşdur. əz-Zəhəbi onun haqqında deyir: “Onun vəhmləri vardır.” Bu isə siqa və böyük alim olmasına baxmayaraq, bir çox kəsin qurtula bilmədiyi bir şeydir.
Vəhm və xəta belə alimdən gözlənilə bilər. Onun məhz bu hədislərdə xəta etməsini isbat edən dəlillərlə qarşılaşdıqda isə xəta etdiyini əminliklə söyləyə bilərik. Bu dəlillərdən biri onun Sabit’dən, onun da Ənəsdən rəvayət etdiyi hədisdir. əd-Dəraqutni “əl-Əfrad”da deyir: “Əbu Bəkr Əhməd bin İsa əl-Xavvas bizə rəvayət etdi, Sufyan bin Ziyad bin Adəm bizə rəvayət etdi, Əbu Rabiə Fəhd bin Auf bizə rəvayət etdi; Hamməd bin Sələmə bizə Sabit’dən, o da Ənəsdən rəvayət etdi: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Rəbbimi ən gözəl surətdə gördüm.” Lakin bu hədisi Hamməd bin Sələmə’dən rəvayət edən Fəhd bin Auf’dur və o, zəifdir. Bura qədər dediklərimiz Hamməd bin Sələmə ilə bağlı idi.
Sənədin digər illəti isə Qatədə’dir. Qatədə isə tədlis etməyinə görə məşhurdur. əl-Hafiz İbn Hacər onu “Tarif Əhlit-Təqdis bi Məratibil-Məfsufin bit-Tədlis” adlı kitabında (səh: 102, Dar əl-Kutub əl-İlmiyyə, hicri 1405) müdəllislərin üçüncü təbəqəsinə aid etmişdir. Bu təbəqələr arasındakı fərqi bilməyən müsəlmanlar üçün bunu elə əl-Hafiz İbn Hacərin öz sözləri ilə izah edək: “Bu kəslər çox tədlis edənlərdir və açıq şəkildə hədisi eşitdiklərini bildirmədikcə imamlar onların hədislərini dəlil olaraq qəbul etmirlər. İmamlardan bəziləri ümumiyyətlə onların hədislərini rədd edir, bəziləri isə qəbul edir.” əş-Şubə deyir: “Qatədə’nin ağzına baxardım və əgər “həddəsənə” desə hədisini yazardım, əks təqdirdə yazmazdım.” (bax: əl-Ğumari, “Qavlul-Əsəd”, səh: 29) Bu hədisdə də Qatədə bu hədisi eşitdiyini bildirməmişdir, əksinə “ananə” ilə rəvayət etmişdir.
Digər illət isə hədisin iztirablı olmasıdır. İkrimə bəzən bunu İbn Muaz bin Afra’dan rəvayət edir. İbn Muaz isə məchuldur. Elə əl-Qadi Əbu Yalə özü “İbtal ət-Təvilət” kitabında İmam Əhmədin bu barədə sözünü nəql etmişdir. Əhməd deyir: “İsnadında iztirab vardır.” (bax: “İbtal ət-Təvilat”, 1/140)
Bu hədis həm də başqalarının İbn Abbasdan rəvayət etdikləri hədisdən çox fərqlidir. Buna görə də Şeyx Nasiruddin əl-Albani – rahiməhullah – “Muxtəsar əl-Uluv”da (səh: 118) İmam əz-Zəhəbi’nin hədisin sənədini “ceyyid” saymasına etiraz edərək deyir: “Müəllif – rahiməhullah – isnadın zahirinə baxmış və onu güclü saymışdır, çünki onu Əhməd yolu ilə gətirmişdir; Əsvad bizə rəvayət etdi; Hamməd bin Sələmə bizə Qatədə’dən, o İkrimədən, o da İbn Abbas’dan rəvayət etdi. Bütün ravilər siqadır, hamısı Muslim’in raviləridir. Lakin Hamməd bin Sələmənin böyüklüyü və qüdrətinə baxmayaraq, Sabit’dən başqasından rəvayət etdikləri hədislərdə problem vardır. Buna görə də Muslim onun yalnız Sabit’dən rəvayət etdiklərini kitabına almışdır. Buna görə də əl-Hafiz “ət-Təqrib”də deyir: “Siqadır, abiddir, Sabit’dən rəvayətdə insanların ən güclüsüdür.” Həyatının sonunda hafizəsi dəyişmişdir və Hişam əd-Dustavai’nin rəvayətinə həm sənəd, həm də mətn baxımından müxalif olmuşdur...”
Hədis İbn Abbas’dan başqa yolla da rəvayət olunmuşdur. ət-Tabərani “əs-Sünnə”də deyir: “Əli bin Said ər-Razi bizə rəvayət etdi: Əhməd bin İbrahim əd-Duruqi bizə rəvayət etdi; Həccac bin Muhamməd bizə İbn Cureyc’dən, o da Dahhək’dən, o da İbn Abbas’dan rəvayət edir...”
Bu hədis bir neçə səbəbə görə səhih deyildir.
1. ət-Tabərani’nin şeyxi Əli bin Said ər-Razi hafiz olsa belə, alimlər onu zəif saymışdır. İbn Yunus deyir: “Alimlər onu zəif saymışlar.” Həmzə bin Yusuf deyir: “əd-Dəraqutni’dən onun haqqında soruşdum, dedi: “Hədisində bir şey yoxdur, elə hədislər rəvayət etmişdir ki, onları mutabi qismində belə istifadə etmək olmaz.” Sonra dedi: “Nəfsimdə ona qarşı bir şey vardır. Misirdəki əshabımız onu zəif sayıblar” və əli ilə işarə edərək dedi: “o, belədir...belədir...” və əlini silkələyərək “o, siqa deyildir” dedi. (bax: əl-Hafiz İbn Hacər, “Lisənul-Mizən”, 4/231)
2. İbn Cureyc mudəllisdir. əd-Dəraqutni deyir: “İbn Cureycin tədlisindən uzaq durulmalıdır, çünki onun tədlisi çox qabihdir. Yalnız zəif ravilərdən eşitdiyi hədislərdə tədlis edir.” Tədlis etdiyi zəif ravilərə İbrahim bin Əbi Yəhya, Musa bin Ubeydə və digərlərini aid etmək olar. Bu hədisin sənədində də “ananə” ilə rəvayət etmişdir. İmam Abdullah bin Əhməd deyir: “İbn Cureycin rəvayət etdiyi hədislərdən bəziləri uydurma hədislərdir, çünki İbn Cureyc kimdən hədis rəvayət etdiyinə fikir verməzdi.” əl-Xalləl bu sözlərin eynisini əl-Əsrəmdən nəql etmişdir.
3. Həccac bin Muhamməd ömrünün axırında hafizəsi korlanmışdır. Yəhya bin Main onun hafizəsinin korlandığını görmüş və oğluna demişdir: “Onun yanına heç kəs getməsin!”

Keçək Umm Tufeyl’in rəvayətinə.
əl-Xatib “Tarix Bağdad” kitabında (13/311) Nueym bin Hamməd’in tərcümeyi-halında deyir: “əl-Həsən bin Əbi Bəkr və Osman bin Muhamməd bin Yusuf əl-Alləf bizə xəbər verdi; onların ikisi də dedi: Muhamməd bin Abdullah bin İbrahim əş-Şafi bizə xəbər verdi; Muhamməd bin İsmayıl – və o, ət-Tirmizi’dir – bizə rəvayət etdi; Nueym bin Hamməd bizə rəvayət etdi; İbn Vəhb bizə rəvayət etdi; Amr bin əl-Haris bizə Said bin Əbi Halal’dan, o da Mərvan bin Osman’dan, o da Uməra bin Amir’dən, o da Ubey bin Kəb’in xanımı Umm Tufeyl’dən rəvayət edir ki, peyğəmbəri – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitmişdir: “Rəbbini yuxuda ən gözəl surətdə, gur saçlı gənc, ayağında xuf və üstündən qızıl ayaqqabı, üzündə qızıl örtük olaraq görmüşdür.” Bunu ət-Tabərani “əl-Kəbir”də (25/143), əl-Beyhəqi “əl-Əsma vas-Sifat”da (səh: 446-447) və İbnul-Cəvzi “əl-Məvduat”da (1/125) rəvayət etmişdir. əl-Buxari (bax: əl-Buxari’nin “ət-Tarix” əsəri; 6/500), Əhməd bin Hənbəl, Yəhya bin Main, ən-Nəsai (bax: “Tarix Bağdad”, 3/311) və İbn Hibban (“əs-Siqat”, 5/245) bu hədisi tənqid etmişlər. əl-Hafiz İbn Hacər “Təhzib ət-Təhzib”də (10/95) deyir: “Bu hədisin mətni münkərdir.”
Yəhya bin Main bu hədisi rəvayət etdiyinə görə Nueym bin Hamməd’i tənqid etmişdir. Abdulxaliq bin Mənsur deyir: “Yəhya bin Main’i gördüm, sanki Nueym bin Hamməd’i Umm Tufeyl’in ruyə hədisinə görə ayıblayırdı. Belə deyirdi: “Belə bir hədisi rəvayət etməsi ona yaraşmır.”
Bu hədisin sənədində Mərvan bin Osman vardır. əl-Xatib “ət-Tarix” əsərində (13/311) ən-Nəsai’nin Umm Tufeyl’in bu hədisi eşitməsindən sonra dediyi sözləri nəql etmişdir: “Əbu Bəkr Muhamməd bin Əhməd əl-Həddad deyir: Əbu Abdurrahmən ən-Nəsai’ni belə deyərkən eşitdim: “Mərvan bin Osman kimdir ki, onun Allah Azzə və Cəllə haqqındakı rəvayəti doğru sayılsın?!”
əz-Zəhəbi “əl-Mizən” əsərində (3/160) Mərvan bin Osman haqqında deyir: “Onu Əbu Hatim zəif saymışdır. Əbu Bəkr Muhamməd bin Əhməd əl-Həddad əl-Fəqih deyir: Əbu Abdurrahmən ən-Nəsai’ni belə deyərkən eşitdim: “Mərvan bin Osman kimdir ki, onun Allah Azzə və Cəllə haqqındakı rəvayəti doğru sayılsın?!” Bunu Umm Tufeyl’in hədisi barəsində söyləmişdir.“
İbnul-Cəvzi “əl-İləl əl-Mutənəhiyə” kitabında (1/15) deyir: “Əbu Bəkr əl-Xalləl “əl-İləl” kitabında zikr edərək deyir: Muhamməd bin Əli mənə xəbər verdi; Muhənnə mənə rəvayət etdi; dedi: Əbu Abdullah bin Hənbəl’dən bu hədis haqqında soruşdum. Üzünü məndən çevirdi və dedi: “Münkər bir hədisdir” dedi: “Tanınmır, bu adam isə məchuldur, bununla Mərvan bin Osmanı qəsd edir. Eləcədə Umarə bin Amir də tanınmır.”
əl-Hafiz İbn Hacər “əl-İsabə fi Marifətis-Sahabə” kitabında (8/246) Umm Tufeyl’in tərcümeyi halını verərkən bu hədisi zikr edir və deyir: “Mərvan tərk olunmuşdur.”
Uməra bin Amir haqqında isə əz-Zəhəbi deyir: “Tanınmır” və əl-Buxari onu zəif ravilər arasında qeyd etmişdir. (bax: “ət-Tarix əl-Kəbir” 6/500)
əl-Hafiz İbn Hacər “əl-Lisan” (4/278) əsərində deyir: “İbn Hibban “əs-Siqat” əsərində Uməra bin Amir’in Umm Tufeyl’dən rəvayət etdiyi ruyə haqqındakı hədisi zikr edir və deyir: “Münkər bir hədisdir, Uməra heç zaman Umm Tufeyl’dən hədis eşitməmişdir. Bu hədisi zikr etməkdə məqsədim budur ki, hədisə baxan aldanmasın və hədisi dəlil olaraq qəbul etməsin.”
Buna bənzər bir digər hədis Ənəs’dən rəvayət olunur. Bunu əl-Xatib əl-Bağdadi “ət-Tarix”də (10/134) və İbnul-Cəvzi “əl-Məvduat”da (1/115) rəvayət etmişdir. Bu hədisin sənədində Qasim bin İbrahim əl-Malati vardır. əd-Dəraqutni onun haqqında deyir: “Yalançıdır”. əl-Xatib deyir: “Əcaib və batil şeylər rəvayət edir.” (bax: “Tarix Bağdad, 12/446; “Lisanul-Mizən”, 4/456)
Bu hədislər uydurmadır, ən yaxşı halda çox zəifdir. İmam əs-Subki “ət-Tabəqat” əsərində (2/58) hədislərin münkər olduğuna hökm etmişdir. İmam əd-Darimi “ən-Nəqd” əsərində (səh: 163) deyir: “Bu hədisi və illətini Allaha daha yaxşı bilir! Lakin mən bunu çox münkər sayıram, çünki bu hədis Əbu Zərrin hədisinə ziddir, beləki o, Allahın Elçisindən - salləllahu aleyhi va səlləm – soruşmuşdur: “Rəbbini gördünmü?” Dedi: “Nurdur, necə görüm?!” Eləcədə Aişənin – radiyallahu anhə - sözü də buna ziddir, beləki demişdir: “Kim Muhammədin Rəbbini görməsini iddia edərsə, Allaha böyük bir iftira atmışdır” və sonra “Onu gözlər dərk etməz!” ayəsini oxudu. Bizim bu barədə görüşümüz budur!”
əl-İmam İbn Quteybə əd-Dinəvari “Müxtəlif əl-Hədis”də (38, 89) bunu zəif saymışdır. İmam əz-Zəhəbi “Siyər Əaləm ən-Nubələ”də (10/113) deyir: “Bu münkər bir xəbərdir, Allahdan dinimizdə salamatçılıq diləyirik. Hədis nə əl-Buxari, nə də Muslim’in şərtinə uyğun deyildir. Raviləri ittiham olunmasa belə, xəta və unutqanlıqdan məsum deyillər.”
əl-Hafiz Muhamməd bin Əhməd bin Abdulhadi “Risalə Latifə fi Əhədis Mutəfərriqa Daifə” əsərində (səh: 57) bunu zəif saymışdır.
Lakin bu hədisləri burada qeyd etməklə və bəzi nəqllər gətirib hədislərin səhihliyinin əhli-sünnət alimləri tərəfindən qəbul edildiyini iddia etməklə nəyin isbat olunduğu qaranlıq qalır! Ortaya belə bir sual çıxır? Şiələrin iddia etdiyi kimi əhli-sünnətdən bu hədisləri qəbul edənlər Allahı məxluqa bənzədirmi? Yəni, Allahın hissələrdən və ya orqanlardan ibarət olduğuna inanırmı? Elə tutaq ki, “İbtal ət-Təvilət” kitabının sahibi məşhur hənbəli alimi əl-Qadi Əbu Yalə’nin hədislər haqqında fikrinə baxaq! əl-Qadi – rahiməhullah – bu hədisləri qeyd etdikdən sonra (1/146) deyir:
“Biz bu hədisləri Allahın orqanlara sahib olması və hissələrdən ibarət olması, halının dəyişməsi mənasında qəbul etmirik, sadəcə zat, nəfs, vəch, iki əl və göz və digər bunun kimi sifətləri dilimizdə söylədiyimiz kimi eynilə bu sifətləri də dilimizdə işlədirik. Hədisdəki “üzündə tük bitməmiş, buruğ saçlı gənc” sözü ilə Allahın məxluqa bənzər olması isbat olunmur, biz bu sözləri sadəcə xəbərlərdə gəldiyi kimi dildə tələffüz etməklə təsdiqləyirik və mənalarını anlamırıq...” əl-Qadi Əbu Yalə bu sözləri ilə bir daha təsdiqləyir ki, hədisdəki təsvirlər Allaha aiddir və heç cür bizim ağlımıza gələn gənc oğlan surəti deyildir. Qısaca desək, əl-Qadi burada sadəcə hədisin sözlərini təsdiqləmiş və mənasının bilinmədiyini söyləmişdir. Bu, əl-Qadi Əbu Yalə’nin məzhəbidir.
Alimlərdən bəziləri də bu hədisləri sadəcə röya olaraq izah etmişlər, necəki Yusuf – aleyhissələm – yuxusunda valideynlərini və qardaşlarını Günəş, ay və ulduzlar şəklində görmüşdür. İmam İsmayil əl-Acluni – rahiməhullah – “Kəşful-Xafə” əsərində (2/392) deyir: “Rəvayətlərdən bəzilərində “qəlbi ilə gördü” şəklində rəvayət olunmuşdur. Əgər hədis yuxuda röya kimi yozularsa ortada heç bir problem qalmır, lakin ayıq olduğu hala həml olunarsa, buna İbnul-Humməm belə cavab vermişdir ki, bu, surətin hicabıdır. (Əli) əl-Qari dedi: Sanki bununla qeyri həqiqi təcəllini qəsd etmişdir və Allahu Təalənin zat və sifət baxımından bir çox növ təcəllisi vardır, lakin Allah Təalə cism və zat baxımından surətdən münəzzəhdir.”
Hədisin səhihliyinə hökm vermək Allahı məxluqa bənzətmək anlamına gəlmir. Çünki alimlər bunu sizin qələmə verdiyiniz kimi qəbul etmirlər.
Lakin əhli-sünnətin muhaqqiq alimlərinin dedikləri kimi bu hədislər münkərdir. Hədislər münkər olduqdan sonra ortada heç bir problem qalmır.
əl-Qadi Əbu Yalə’nin bu hədisləri bir kitaba toplayıb onları isbat etməsi ilə məqsədi qarşı tərəfdə təfritə varmış firqələri rədd etmək idi, çünki qarşı tərəf istər Quran, istərsə də səhih hədislərdə gəlmiş Allahın sifətlərini ya inkar edir, ya da dəlilsiz təvil edirlər. Hər kəsə məlumdur ki, insanlar çox zaman qarşı tərəfi rədd edərkən öz məzhəbində ifrata varırlar, ona görə də deyirik ki, əl-Qadi Əbu Yalə - rahiməhullah – bu münkər hədisləri isbat etməklə ifrata varmışdır. Alimlər isə bunda hədis əhlindən olmadığına görə üzrlü görürlər.
Bu hədisləri rəvayət etdiklərinə görə bizim alimlərə dil uzatmaq məncə əsassızdır, çünki hədislərin zahirlərini təqdiqləməklə yanaşı, onlar təşbihi və təcsimi inkar edirlər. Lakin sizin öz imamlarınızın əshabından bəziləri açıq şəkildə təcsimə inanıblar və imam Rida bunu onların əleyhinə inkar etmişdir. Əbul-Həsən Əli bin İbrahim bin Haşim dedi: atam mənə Əhməd bin Muhamməd bin Əbi Nasr’dan, o da Əli bin Musa ər-Rida’dan – aleyhissələm – rəvayət etdi: (ər-Rida) dedi: “Ey Əhməd! Sizinlə Hişam bin əl-Həkəm’in əshabı arasında tövhiddəki ixtilaf nədir?” Dedim: “Sənə fəda olum! Biz Allahın surəti olduğunu dedik, çünki rəvayət olunan hədisdə Allahın Elçisi – salləllahu aleyhi va alihi – Rəbbini gənc bir oğlan surətində görmüşdür. Hişam bin əl-Həkəm isə cismi inkar edir.” Dedi: “Ey Əhməd! Peyğəmbər – salləllahu aleyhi va alihi – Səmaya götürüldükdə və Sədratul-Muntəha’ya yetişdikdə hicabda iynə ucu boyda deşik açıldı və Əzəmətli nurdan Allah ona gostərmək istədiyi qədərini gördü. Siz isə bənzətmək istəyirsiz. Tərk et bunu ey Əhməd! Bunu anlaya bilməzsən, bu böyük bir məsələdir! (bir başqa rəvayətdə isə deyir: "Bunu tərk et ki, böyük bir məsələyə düşməyəsən!” Bunu əl-Məclisi “Bihərul-Ənvar”da (3/307), Əli bin İbrahim əl-Qummi “Təfsir əl-Qummi”də (1/20), Şeyx əl-Huveyzi “Təfsir Nur əs-Səqaleyn”də (5/155), Şeyx ət-Tarihi “Məcmə əl-Bəhreyn”də (2/116) rəvayət edir. Maraqlı tərəf budur ki, İmam ər-Rida – radiyallahu anhu – bu hədisi inkar etmir, sadəcə bunun anlaşılmaz olduğunu deyir. Bizim hənbəli alimlərimizdən bir çoxu bu yöndə gəlmiş bir çox batil hədisi qəbul ediblər, lakin onlardan heç biri cism, orqan və buna bənzər təşbih etiqadında olmayıblar. Sadəcə bunları Allahın sifətləri kimi qəbul edib, iman gətirib, keyfiyyətini düşünməyə çalışmayıblar və həqiqətini Qiyamət gününə saxlayırlar. Görəsən bunun harası təşbihdir?! Əgər sizin məntiqinizlə getsək gərək İmam ər-Rida haqqında da eyni cür danışaq, haşa, onlar belə şeydən uzaqdırlar. Kitablarınız da bundan da münkər sözlər gəlmişdir, üstəlik ilk alimləriniz həmin hədisləri qəbul edirlər. Misal vermək istərdim, lakin misala ehtiyac yoxdur...

#36 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 05 июля 2009 - 16:59

al-Fath soruşur:
"Qardaşım, əgər ilk dövrün alimləri bu hədisləri səhih adlandırıblarsa bu o demək deyil ki, biz də bu gün onları o cür qəbul edirik. Bizdən fərqli olaraq Siz hədis əhlisiz və aqidənizi hədislər üzərində qurursuz. Bəs nəyə əsasən Siz Quran ayələrinin zahiri mənasını götürürsüz, amma hədisləri şərh edirsiz?"

Əgər sizin ilk dövr alimləriniz hədisləri qəbul edirsə və sizə görə bu problem deyilsə, o zaman nə üçün eyni məntiqi bizim üçün də tətbiq etmirsiz?! Yəni, Abu Sufyan burada bir iki şey nəql edir və bütün sünnilər Allahının sanki "cavan, üzü tüksüz, gur və buruq saçlı" olmasına etiqad etdiyini qələmə verir. Yoxsa burda yazdıqlarının nə faydası var ki?
Əhli-sünnət alimlərində belə bir qayda var. İstər Quran ayələri olsun, istərsə də səhih sünnət olsun! Qaydaya əsasən mütəşabih dəlilləri zahirinə görünə qəbul etmək lazımdır, lakin əgər dəlillər bunların təvilinə imkan verirsə, o zaman təvil edirik. Yəni, biz etiqad edirik ki, məhdud əqlimiz ilə Allahın dərk edə bilmərik və məhdud əqlimiz ilə Allahın özünü vəsf etdiyi şeyləri həqiq mənalarına oturda bilmərik. Belə şeylər yalnız dəlillərlə isbat olunur. Ona görə də qarşımızda bu gün mütəşabihlər haqqında saysız firqələr vardır və hər biri öz ağlına görə təvil edirlər. Biz isə ən əmin və ən arxayın yola üstünlük veririk. Bu isə daha yuxarıda izah etdiyim yoldur. Yəni, bütün bunların hamısına iman gətiririk...Allah iki əlimlə yaratdım deyirsə, biz də deyirik ki, Allah iki əli ilə yaratmışdır...Eyni zaman da çox güclü vurğu ilə vurğulayırıq ki, bu əl keyfiyyətini, həqiqətini bilmədiyimiz bir sifətdir. Şəkksiz, şübhəsiz ki, Allah cism deyildir, orqanlardan, hissələrdən ibarət deyildir. Heç bir şeyə bənzəməz...Kim onu məxluqa bənzədərsə küfr etmişdir və millətdən çıxmışdır. Bu çox sadə bir şeydir, lakin problem bizim ağlımızdadır... "əl" deyən kimi ətdən, sümükdən ibarət bir əl ağlımıza gəlir. Necəki şeytan deyən kimi ağlımızı iki buynuzlu, quyruqlu əcaib bir məxluq gəlmir. Çünki daha əvvəl belə bir şey görməmişik və öz ağlımıza uyğun şəkildə təsəvvür edirik. Necəki hal hazırda dünyanın ən fantaziyalı mütəfəkkirləri, yazarları science-fiction sahəsində kitab yazarkən yeni bir şey gətirə bilmirlər. Hamısı bir-birinə bənzəyir, şünki ağıl daha əvvəl gördüklərinə əsaslanır. Daha əvvəl dediyim kimi, bu sadəcə ağlımızın məhdud olmasından ibarətdir. İnsan öz ağlına əsasən Allahın ayələrini inkar etməkdən qorxmalıdır. Görəsən kim deyə bilər ki, Allah Adəmi iki əli ilə yaratmamışdır? Halbuki Allah özü bunu bizə xəbər verir. Əgər əl qüdrət mənasında olsaydı, o zaman 1. Allah nə üçün sayla məhdudlaşdırmışdır. 2. O zaman Allahın sözündə heç bir fayda qalmır, o zaman Adəmin yaradılşı ilə digər yaradılışlar arasında heç bir fərq qalmaz. Elə ona görə də İblis Allaha deyə bilər ki, "Məni də iki əlinlə yaratmısan?!" Bu ərəb dilini bilənlər üçün aydın bir məsələdir...
Bizim məzhəbimiz budur, bunda təşbih və təcsim yoxdur.
Userlərdən biri soruşdu ki, yuxarıda yazdığım məzhəblərin hamısı mı, əhli-sünnət məzhəbləridir? Cavab budur ki, xeyr...yalnız sonda qeyd etdiyim məzhəb əhli-sünnətin məzhəbidir və ilk dövr alimlərə nəzər salan bunu görəcəkdir. Daha sonradan isə bəzi alimlər dəlilsiz təvilə baş vurmuşdur. Lakin cəhmiyyə, mötəzilə və mücəssimə məzhəbləri əhli-sünnətdən sayılmaz. Bəzi alimlər ümumi mənada əşariləri əhli-sünnətə daxil edir, lakin xüsusi mənada isə əhli-sünnətə aid deyillər.

#37 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 05 июля 2009 - 17:06

Salam gardashim.
Siz umumiyyetle Hanbalide zaif hedis olmasini gabul edirsiz?
Imam Kurtubini ve ya imam Beyhagini gabul edirsiz?
Imam hanbali ozu gazi olmayib bas na ucun onun mazhabi var?


Əleykəssələm
Birinci sualı anlamadım. Əgər sən hənbəli məzhəbinin zəif hədisi qəbul edib etməməsini soruşursansa, bunun cavabı budur ki, hənbəlilər zəif hədisi müəyyən şərtlərlə qəbul edirlər.
1. Birinci şərt budur ki, hədis gərək çox zəif olmasın, yəni hədisin raviləri içində mətruk və ya bənzəri ravilər olmasın. Əgər ravilərdən kimsə hifzi zəifdirsə, o zaman bu hədis ihticaca yarayır. Bir də hədisin mətni münkər olmamalıdır.
2. Hənbəlilər, Quran və Sünnətdən məsələ barədə dəlil olmadıqda, səhabə görüşlərinə müraciət edirlər. Əgər səhabə görüşlərindən bir dəlil yoxdursa, belə bir hədisi o zaman qəbul edirlər. Əgər zəif hədis də olmazsa, əqli dəlillərə yönəlirlər.
Alimləri qəbul edirik...alimləri qəbul etmək onları hər bir nöqtədə qəbul etmək deyildir. Mən hənbəliyəm, lakin bu o demək deyil ki, hər bir hənbəli aliminin sözü mənim üçün hüccətdir.
Sonuncu sualın isə qəribədir. Əbu Hənifə də qazi olmamışdır, əksinə qazilik vəzifəsindən boyun qaçırmışdır. Bir də alimin məzhəbi qaziliyinə görə deyil, elminə görə qəbul olunur və yayılır.

#38 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 05 июля 2009 - 17:16

Kürsi ilə Allah arasında dörd barmaq fərq olması barədə gələn hədislər də münkərdir. Bunu Şeyx əl-Albani – rahiməhullah – münkər hədislərdən saymışdır. Şeyx əl-Albani həm də “əs-Silsilə əd-Daifə” əsərində (rəq: 867) Allahın kürsidə oturması barədəki hədis barədə deyir: “ Uydurmadır” və sonrakı səhifədə deyir: “Xülasə budur ki, hədis bu məzmunla uydurmadır və hədisdə çox münkər bir söz vardır və bu, Allahın Tabərakə va Təalə kürsidə oturmasıdır. Belə bir sözün səhih bir hədisdə gəldiyini bilmirəm.”

#39 geogrd

geogrd

    Naqib – Captain

  • Emir
  • 751 сообщений

Отправлено 05 июля 2009 - 17:30

Bir də qərəzlilikdən uzaq olmağa çalışaq, bu haqqı axtaranların sifətidir. Ədəb və əxlaq normalarını gözləyək...müzakirəmiz belə davam edərsə, oxuyanlar yazılarımız xoşluqla oxuyar.


salam.

rusların bir sözü var: какой привет, такой ответ.
qərəzlik və təəsüblə söhbətə varid oldun: "Allaha şükür ki, öz məzhəbimi öz alimlərimdən öyrənirəm və heç bir şiədən məzhəbim haqqında məlumat almağa ehtiyac yoxdur.", indidə Ədəb və Əxlaq normalarını tələb edirsən? eybi yoxdur şükür Allaha ki, anladın hansı kriterilərlə mübahisəyə girişməlisən, sən bizləri tanımırsan... ona görə də yazılarında bir qədər tonunu aşağı sal! və elədə saldın inşəallah.


Bir də xahişim budur ki, bir məsələ bitməmiş o biri məsələləri ortaya qatmayın. Linkləri orya atmayın, içinizdən insaflı, adil və elmli biriləri müzakirədə iştirak etsin ki, aləm bir-birinə qarışmasın!


mövzunun adı "Vəhhabilərin ALLAHına iman gətirməyənlərin hökmü"-dir. əgər bu mövzu sənin nəzərində bitmişsə, başqa mövzu aç bu ad ılə "Hənbəlilərin ALLAHına iman gətirməyənlərin hökmü" və ya başqa ürəyin istədiyi adla...
linkləri verdim, və dalıyca xahiş etim ki, oranı mütaliə et və iddiana sadiq olaraq ("normal dildə sualını versin və biz ona lazım olan məlumatı çatdıraq") cavab ver, zəhmət olmasa. əlbəttə ki, orada cavab verməli idin ki, "aləm bir-birinə qarışmasın!"


sonda, tam məmnuniyyələ şərtlərini qəbul edərək, çəkilirəm kənara birimizlə mübahisə et.


اللَّهُمَّ الْعَنْ أَوَّلَ ظَالِمٍ ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ آخِرَ تَابِعٍ لَهُ عَلَى ذَلِكَ
О Аллах. Прокляни первого отнявшего право Мухаммада и его семьи, а также каждого, последовавшему его примеру.


#40 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 июля 2009 - 20:04

Burada iki sual vermisən. Birinci sualına əsasən guya Allah "iki əl" sözünü zikr etmir, lakin əllərim sözünü zikr edir.Bunun üçün ayəni misal gətirmisən.


Birincisi mən bu yazımda 2 sual yox 3 sual vermişəm. Sən isə ikisinə guya cavab verdin. Publikaya işləmə metodu da öz yerində. Guyaları azaldıb həqiqətlərə üstünlük ver.

Lakin deyəsən digər ayəni unutmusan? Allahu Təalə İblisə deyir: ما منعك أن تسجد لما خلقت بيدي "İki əlimlə yaratdığıma səcdə etməyə sənə nə mane oldu?" Bu ayədə Allahu Təalə özü "iki əl" işlədərək məhdud say bildirmişdir.


Olmadı ki, bazar metoduna keçmə! Ayəni unutmamışam. Sadəcə olaraq sizlərin şablon kimi mə`nasını bilmədən yapışdığınız ayələri təkrarlamağa lüzum görmədim. Bir az da aydınlıq gətirim. Siz 2 əl deyəndə bu bizim beynimizdə həmin ayəyə dəlalət edir. 2 əl sözü ilə o, ayə Azərbaycanda vəhhabilər ortaya çıxandan sonra artıq o qədər istifadə olunub ki, kimsə 2 əl deyəndə artıq bizim yadımıza bu ayə düşür.
Məhdud saya gəldikdə isə siz Allahınızın əllərini saymaqda olun və dildə bu ona layiqdir deyib canınızı qurtarın, mən isə inşaALLAH bu barədə Quranın zahiri və batini mə`nasına sahib olan mə`sum İmamların (ALLAHın salamı onlara olsun) sözlərini xatırladım.

عن محمد بن مسلم، قال: سألت أبا جعفر عليه السلام فقلت
قوله عز وجل: (يا إبليس ما منعك أن تسجد لما خلقت بيدي)(2)؟ فقال: اليد في كلام العرب القوة والنعم..... ويقال: لفلان عندي أيادي كثيرة أي فواضل وإحسان، وله عندي يد بيضاء أي نعمة


Muhəmməd b. Muslim rəvayət etdi: Əbu Cə`fər a.s.-dan "Ey İblis, iki əlimlə yaratdığıma səcdə etməyə sənə nə mane oldu?" ayəsini soruşdum.
Buyurdu: Əl ərəb kəlamında qüvvət
və ne`mətdir (burada İmam a.s. qüvvət mə`nasına misallar çəkir. Bu hissəni sənə sürpriz saxlayıram :umnik2: ).............. Deyilir: Məndə filankəsin çoxlu əlləri var yə`ni ne`mətləri və yaxşılıqları. Məndə onun ağ əli var yə`ni ne`məti var.
(Tərcümədə qəsdən iki əl yazmışam ki, sənin iddian ilə düz gəlsin)


Bir az da aydınlıq gətirirəm.

محمد بن عبيدة، قال: سألت الرضا عليه السلام عن قول الله عز وجل لإبليس (ما منعك أن تسجد لما خلقت بيدي أستكبرت)؟ قال: يعني بقدرتي وقوتي

Muhəmməd b. Ubeydə rəvayət etdi: (İmam) Rza a.s.-dan Allah a. və c.-nin İblisə ki əlimlə yaratdığıma səcdə etməyə sənə nə mane oldu?" dediyi sözü soruşdum. Buyurdu:Yə`ni qüdrət qüvvəti

Qaldıki/ cəm siğəsində gəlməsinə...bunda heç bir ziddiyət yoxdur/ bu ərəblərin dilində geniş yayılmışdır.


Nooldu ayrı vaxt deyirsiniz ki, ayədə necə gəlib elə də zahiri mənasına həml edirik. İndi mənə ərəb dilində geniş yayılmaqdan dəm vurursan? Nə yaxşı indı ərəb dilinin xüsusiyyətləri yadınıza düşdü? Allah Quranda sizin nəzərinizə görə əllər deyib siz də deyin əllər daha iki əl deyib durmayın. Sən ki, ərəb dilini Allahdan daha yaxşı bilmirsən.

Onlar "əllərimiz" deyirlər, lakin hamı bilir ki, ərəblərin də digər millətlər kimi iki əli mövcuddur.


Allah quranda sizə görə 1 əl, 2 əl, 3 və daha çox əllər deyir, lakin müsəlmanlar bilirlər ki, ayənin zahirindən yapışıb Allaha əl nisbət vermək küfrdür.
Allah Quranı ərəb dilində nazil etdi. Onu bəyan etməyi isə ərəb dilini ən gözəl bilən Peyğəmbər s.a.s və ondan sonra İmamlara a.s. tapşırdı. Sizlər ki, dar düşüncəli, elmsiz yalançı səhabələrdən yapışdınız nə Quran anladınız nə də ki, hədis. Biz isə Əlhəmdulillah, elm şəhərinə onun qapısından girdik, səqəleyn hədisinə tabe olub dinimizi Quran və əhli-beytdən(İmamlardan a.s.) öyrəndik və küfrdən uzaq olduq.

İkinci sualına gəldikdə isə, gətirdiyin ayədə ümumiyyətlə "əl" sözü işlənməmişdir. Ya sən ərəb dilindən qafilsən, ya da qafil olan biri səni aldatmışdır. "أيد" kəliməsi ilə "يد" kəliməsi arasındakı fərqi də bilmirsən. Birincisi "dəstək,qüvvə" anlamındadır...ikincisi isə "əl" deməkdir. Ona görə də heç bir alim sənin gətirdiyin həmin ayəni "mütəşabih"lər sırasına aid etməmişdir. Çünki ərəb dili baxımından orada heç bir işkal yoxdur.


Sən Misirdə Afrikalıların içində oturmaq ilə deyil, Allah Şükürlər olsun bizi də ne`mətsiz qoymayıb. Burada bu sözün kökləri tarixi və s. barədə yorucu dastan yazmadan sənə yumşaq formada bir şey təqdim edəcəm və təhsilində müvəffəqiyyətlər arzu edəcəm!

واليدُ: القوَّةُ، وأيَّدَهُ، أي قوَّاه. وما لي بفلان يَدانِ، أي طاقةٌ. قال تعالى: "والسماءَ بَنيناها بأيْدٍ". وقوله تعالى: "حتَّى يُعْطوا الجزيةَ عن يَد"، أي عن ذِلَّةٍ واستسلام، ويقال: نَقداً لا نسيئةً. واليَدُ: النعمة والإحسان

Gözlərini ovxala yaxşı bax! Tərcüməni oxuyuculara sən edəcəksən. Covhəri Özünün "Əs-sihah fil-luğə" sində yəd sözünün qüvvət mə`nasında məhz mənim yazdığım ayəni gətirir. Sən ərəb dilini İmam a.s-dan və Covhəridən yaxşı bilirsən? Mən qəsdən tərcümədə əl sözü yazmışam. Sizin iddianızla düz gəlməsi üçün. Ona qalsa sənin 2 əl kimi tərcümə etdiyin ayəni biz 2 əl kimi tərcümə etmirik. Odur ki, rahat ol! Sənə kömək üçün Azərbaycanda ərəb dilinin ustadları olan mərhum Z. Bünyadov və V. Məmmədəliyevin tərcüməsini təqdim edirəm:"Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq"

Səni öyrədənlər bilmirlər ki, bu sözün kökünün "məhmuzul-fa" olduğunu deyənlər də var?

Bir də qeyd edim ki, Abu Sufyan ordusu, sən məni tanımırsan...ona görə də yazılarında bir qədər tonunu aşağı sal! Sən mövzunu açanda elə bərk getmisən ki, sanki mövzu ilə nəyisə isbat edirsən. Nasibi və bunun kimi adlardan uzaq ol...nasibilik küfrdür, əgər belə edəcəksənsə, onda mən də sənin kimilərə rafizi adını yapışdıraram. Amma hələ ki, sənə heç bir şey demək istəmirəm, sənin ədalət və insafını gprmək istəyirəm.



Bəs sən tanımadığın müsəlmanları çırtma çalmaqla, adam dilində yazın kimi sözlərlə vəsf edəndə bu məsləhətin yadına düşmədi? Yoxsa Şiyələrə dil uzada bilərsən? Mən neçə dəfə təkrar edim ki, mövzunu bazar üslubunu seçmiş vəhhabilərə rədd olaraq açmışam? Sən özünü bura layiq gördünsə məndə günah yoxdur.

Nasibilik küfrdürsə bizə görə nasibinin lap böyüyü olan Müaviyə və Yezidi müdafiə etməkdə seçilən hənbəlilərdən uzaq ol!
Rafizi dedin ya demədim mənim üçün fərq etməz. Sən artıq zəhərli sudan içirsən. Dilində bunu deməsən də qəlbində şeyxeynə və səhabəyə münasibətimə görə sənin üçün mən artıq rafiziyəm. Mən nə ədalət nə də insaf təcəssümüyəm. Səhvləri olan sıradan biriyəm. Allah günahlarımızı bağışlasın!


"Fath" təkıb edir ki, mövzu normal diskussiya olsun!
Bir də xahişim budur ki, bir məsələ bitməmiş o biri məsələləri ortaya qatmayın. Linkləri orya atmayın, içinizdən insaflı, adil və elmli biriləri müzakirədə iştirak etsin ki, aləm bir-birinə qarışmasın! Bir də qərəzlilikdən uzaq olmağa çalışaq, bu haqqı axtaranların sifətidir. Ədəb və əxlaq normalarını gözləyək...müzakirəmiz belə davam edərsə, oxuyanlar yazılarımız xoşluqla oxuyar.



Sualımı təkrar edirəm:

Allah unudur, Allah istehza edir, Allah xəstələnir kimi cümlələr işlədirsənmı,hə ya yox?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#41 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 05 июля 2009 - 23:20

Nasibi və bunun kimi adlardan uzaq ol...nasibilik küfrdür

Yani nasibilər kafirdir? Mən biləni axı əhli-sünnət onları müsəlman sayır, hətta Buxari və s. onlardan hədislər də rəvayət edirlər.

əgər belə edəcəksənsə, onda mən də sənin kimilərə rafizi adını yapışdıraram.


Belə etməyin və heç kimə heç nə yapışdırmayın. Bu forumun qaydalarına ziddir və buna görə cəza tətbiq olunur. Mən isə Sizi cəzalandırmaq istəmirəm və bu forumda yazmağınızın tərəfdarıyam.

"Fath" təkıb edir ki, mövzu normal diskussiya olsun!

Mən bu temaya özüm nəzarət edəcəyəm və mənim üçün fərq etməz qaydaları kim pozub, şiə ya sünni. Qaydaları pozan cəzalandırılacaq (reytinqi artırılacaq). Qaydaları oxuyun!
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#42 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 июля 2009 - 23:36

Yazdıqlarında mənə qaranlıq qalan bə`zi məqamlara aydınlıq gətirməni rica edirəm:

Bu hədis həm də başqalarının İbn Abbasdan rəvayət etdikləri hədisdən çox fərqlidir. Buna görə də Şeyx Nasiruddin əl-Albani – rahiməhullah – "Muxtəsar əl-Uluv"da (səh: 118) İmam əz-Zəhəbi'nin hədisin sənədini "ceyyid" saymasına etiraz edərək deyir: "Müəllif – rahiməhullah – isnadın zahirinə baxmış və onu güclü saymışdır, çünki onu Əhməd yolu ilə gətirmişdir; Əsvad bizə rəvayət etdi; Hamməd bin Sələmə bizə Qatədə'dən, o İkrimədən, o da İbn Abbas'dan rəvayət etdi. Bütün ravilər siqadır, hamısı Muslim'in raviləridir.


İkrimə Muslimin ravisidir? Ondan neçə hədis rəvayət etdiyini bilirsənsə zəhmət olmasa yaz.


İmam əz-Zəhəbi "Siyər Əaləm ən-Nubələ"də (10/113) deyir: "Bu münkər bir xəbərdir, Allahdan dinimizdə salamatçılıq diləyirik. Hədis nə əl-Buxari, nə də Muslim'in şərtinə uyğun deyildir. Raviləri ittiham olunmasa belə, xəta və unutqanlıqdan məsum deyillər."


Bu yazdığının ərəbcə mətnini mənə göstər.
Həmçinin sənə zəhmət bunu tərcümə et!

فأما خبر أم الطفيل ، فرواه محمد بن إسماعيل الترمذي وغيره ، حدثنا نعيم ، حدثنا ابن وهب ، أخبرنا عمرو بن الحارث ، عن سعيد بن أبي هلال أن مروان بن عثمان حدثه عن عمارة بن عامر ، عن أم الطفيل امرأة أبي بن كعب : سمعت رسول الله - صلى الله عليه وسلم - يذكر أنه رأى ربه في صورة كذا . فهذا خبر منكر جدا ، أحسن النسائي حيث يقول : ومن مروان بن عثمان حتى يصدق على الله ! ؟

وهذا لم ينفرد به نعيم ، فقد رواه أحمد بن صالح المصري الحافظ ، [ ص: 603 ] وأحمد بن عيسى التستري ، وأحمد بن عبد الرحمن بن وهب ، عن ابن وهب . قال أبو زرعة النصري : رجاله معروفون .

قلت : بلا ريب قد حدث به ابن وهب وشيخه وابن أبي هلال ، وهم معروفون عدول ، فأما مروان ، وما أدراك ما مروان ، فهو حفيد أبي سعيد بن المعلى الأنصاري ، وشيخه هو عمارة بن عامر بن عمرو بن حزم الأنصاري .

ولئن جوزنا أن النبي - صلى الله عليه وسلم - قاله ، فهو أدرى بما قال ، ولرؤياه في المنام تعبير لم يذكره عليه السلام ، ولا نحن نحسن أن نعبره ، فأما أن نحمله على ظاهره الحسي ، فمعاذ الله أن نعتقد الخوض في ذلك بحيث إن بعض الفضلاء قال : تصحف الحديث ، وإنما هو : رأى رئيه بياء مشددة . وقد قال علي - رضي الله عنه : حدثوا الناس بما يعرفون ، ودعوا ما ينكرون . وقد صح أن أبا هريرة كتم حديثا كثيرا مما لا يحتاجه المسلم في دينه ، وكان يقول : لو بثثته فيكم لقطع هذا البلعوم وليس هذا من باب كتمان العلم [ ص: 604 ] في شيء ; فإن العلم الواجب يجب بثه ونشره ، ويجب على الأمة حفظه ، والعلم الذي في فضائل الأعمال مما يصح إسناده يتعين نقله ويتأكد نشره ، وينبغي للأمة نقله ، والعلم المباح لا يجب بثه ولا ينبغي أن يدخل فيه إلا خواص العلماء .

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#43 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 июля 2009 - 00:37



Alimlərdən bəziləri də bu hədisləri sadəcə röya olaraq izah etmişlər, necəki Yusuf – aleyhissələm – yuxusunda valideynlərini və qardaşlarını Günəş, ay və ulduzlar şəklində görmüşdür. İmam İsmayil əl-Acluni – rahiməhullah – "Kəşful-Xafə" əsərində (2/392) deyir: "Rəvayətlərdən bəzilərində "qəlbi ilə gördü" şəklində rəvayət olunmuşdur. Əgər hədis yuxuda röya kimi yozularsa ortada heç bir problem qalmır,


Yusif a.s. valideynləri və qardaşları məxluqdurlar, Xaliq deyildirlər. Məxluqa bu sifətləri həml etmək küfrə səbəb olmaz əksinə normal qəbul olunan bir şeydir. Filankəsin üzü ay kimi, ulduz kimi parlayır və s. ......
Xaliqə isə bunu həml etmək küfrdür. Yə`ni bunun fərqi dərk edilmir?

lakin ayıq olduğu hala həml olunarsa, buna İbnul-Humməm belə cavab vermişdir ki, bu, surətin hicabıdır. (Əli) əl-Qari dedi: Sanki bununla qeyri həqiqi təcəllini qəsd etmişdir və Allahu Təalənin zat və sifət baxımından bir çox növ təcəllisi vardır, lakin Allah Təalə cism və zat baxımından surətdən münəzzəhdir."


Bunu bir az ətraflı izah et. Təcəllinin növlərini say! Surət nədir?

Hədisin səhihliyinə hökm vermək Allahı məxluqa bənzətmək anlamına gəlmir. Çünki alimlər bunu sizin qələmə verdiyiniz kimi qəbul etmirlər.


Yə`ni demək istəyirsənki, bu hədis səhihdir. Çox gözəl bəs onda yuxarıda niyə əziyyət çəkmisən?


Lakin sizin öz imamlarınızın əshabından bəziləri açıq şəkildə təcsimə inanıblar və imam Rida bunu onların əleyhinə inkar etmişdir


Burda sən deyəsən ifrata vardın. Biz İmam a.s.-ın əshabından kiminsə tutduqları səhv yolu yox İmam a.s.-ın yolunu qəbul edirik. Hişam b. Həkəmin e`tibarı ilə Əhmədin e`tibarı birdirmi? Hətta sənədlərinin belə düz olduğunu fərz etsək Quranla ziddiyyət təşkil etdiyi üçün onu po dalşe atmağa mə`muruq. Peyğəmbər s.a.s-in adından uydurma hədislərdən birini Əhməd eşidib səhv edib. İmam Rza a.s. düz yolu əshabına izah etdiyikdən sonra problem nədir?
Bəs bu hissəni niyə yazmamısan? Zəhmət olmasa tərcümə et!

بيان : بالنفي أي نفي الصورة مع القول بالجسم ، والمراد بالحجب أما الحجب المعنوية وبالرؤية الرؤية القلبية ، أوالحجب الصورية ، فالمراد بنورالعظمة آثارعظمته برؤية عجائب خلقه


Suallar:

1.Albani Ummu Tufeylin hədisini səhih bilir, hə ya yox?

2.Bir səhih rəvayət yaza bilərsən ki, orada səhabə hədisin zahiri mənasına iman gətirirdiyini və necəliyini təfviz etdiyini bildirsin?




فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#44 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 июля 2009 - 01:35

"Biz bu hədisləri Allahın orqanlara sahib olması və hissələrdən ibarət olması, halının dəyişməsi mənasında qəbul etmirik, sadəcə zat, nəfs, vəch, iki əl və göz və digər bunun kimi sifətləri dilimizdə söylədiyimiz kimi eynilə bu sifətləri də dilimizdə işlədirik. Hədisdəki "üzündə tük bitməmiş, buruğ saçlı gənc" sözü ilə Allahın məxluqa bənzər olması isbat olunmur, biz bu sözləri sadəcə xəbərlərdə gəldiyi kimi dildə tələffüz etməklə təsdiqləyirik və mənalarını anlamırıq..." əl-Qadi Əbu Yalə bu sözləri ilə bir daha təsdiqləyir ki, hədisdəki təsvirlər Allaha aiddir və heç cür bizim ağlımıza gələn gənc oğlan surəti deyildir. Qısaca desək, əl-Qadi burada sadəcə hədisin sözlərini təsdiqləmiş və mənasının bilinmədiyini söyləmişdir. Bu, əl-Qadi Əbu Yalə'nin məzhəbidir.


Əl-Qadi Əbu Yalə "üzündə tük bitməmiş, buruğ saçlı gənc"
sözlərinin mə`nasını anlamır?
Bu təsvirlər Allaha aiddir? Yə`ni bu sözlərlə Allahı təsvir etmək olar?

əl-Qadi Əbu Yalə'nin bu hədisləri bir kitaba toplayıb onları isbat etməsi ilə məqsədi qarşı tərəfdə təfritə varmış firqələri rədd etmək idi, çünki qarşı tərəf istər Quran, istərsə də səhih hədislərdə gəlmiş Allahın sifətlərini ya inkar edir, ya da dəlilsiz təvil edirlər. Hər kəsə məlumdur ki, insanlar çox zaman qarşı tərəfi rədd edərkən öz məzhəbində ifrata varırlar, ona görə də deyirik ki, əl-Qadi Əbu Yalə - rahiməhullah – bu münkər hədisləri isbat etməklə ifrata varmışdır. Alimlər isə bunda hədis əhlindən olmadığına görə üzrlü görürlər


Çox gözəl bəhanələrdir. Yəqin ki, bu sözlərin müəllifinin məzhəbi rədd yazarkən ifratdır. Necə ki, nasibi ruhlu əhli-sünnə alimləri şiyələrə rədd yazanda bu məzhəblə gediblər.


Sual:

ألزموني ما شئتم فاني التزمه إلا اللحية والعورة Bu sözlər, yə`ni Allaha saqqal və övrətdən(cinsiyyət orqanı) başqa nə istəyirsiniz nisbət verin Əl-Qazi Əbu Yalə məxsusdur, hə ya yox? Əgər iftiradırsa sübut nədir?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#45 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 июля 2009 - 03:19

لما قضى الله الخلق. كتب كتابا فهو عنده فوق العرش إن رحمتي غلبت غضبي
Allah xəlqi yaratdığı zaman öz yanında, ərşin üzərində olan kitabda "rəhmətim qəzəbimə qalib gəldi" yazdı.
Buxari "Səhih" 3230-cü hədis "كتاب بدء الخلق "


اللَّهُ أَفْرَحُ بِتَوْبَةِ عَبْدِهِ
Allah qulunun tövbəsi ilə fərəhlənir
Buxari "Səhih" 6382-ci hədis " كتاب الدعوات "

لاَ أَحَدَ أَغْيَرُ مِنَ اللَّهِ

Buxari "Səhih" 4679-cu hədis "Təfsir" kitabı

إِنَّ اللَّهَ يَغَارُ وَغَيْرَةُ اللَّهِ

Buxari "Səhih" 5278-ci hədis "كتاب النكاح "

إِنَّ اللَّهَ يُدْنِي الْمُؤْمِنَ فَيَضَعُ عَلَيْهِ كَنَفَهُ، وَيَسْتُرُهُ فَيَقُولُ أَتَعْرِفُ ذَنْبَ كَذَا أَتَعْرِفُ ذَنْبَ كَذَا فَيَقُولُ نَعَمْ أَىْ رَبِّ‏

Buxari "Səhih" 2481-ci hədis "كتاب المظالم فِي الْمَظَالِمِ وَالْغَصْبِ "

جَاءَ حَبْرٌ مِنَ الأَحْبَارِ إِلَى رَسُولِ اللَّهِ صلى الله عليه وسلم فَقَالَ يَا مُحَمَّدُ، إِنَّا نَجِدُ أَنَّ اللَّهَ يَجْعَلُ السَّمَوَاتِ عَلَى إِصْبَعٍ وَالأَرَضِينَ عَلَى إِصْبَعٍ، وَالشَّجَرَ عَلَى إِصْبَعٍ، وَالْمَاءَ وَالثَّرَى عَلَى إِصْبَعٍ، وَسَائِرَ الْخَلاَئِقِ عَلَى إِصْبَعٍ، فَيَقُولُ أَنَا الْمَلِكُ‏.‏ فَضَحِكَ النَّبِيُّ صلى الله عليه وسلم حَتَّى بَدَتْ نَوَاجِذُهُ تَصْدِيقًا لِقَوْلِ الْحَبْرِ ثُمَّ قَرَأَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم ‏{‏وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ‏}

Buxari "Səhih" 4859-cu hədis " كتاب التفسير

يَقْبِضُ اللَّهُ الأَرْضَ، وَيَطْوِي السَّمَاءَ بِيَمِينِهِ، ثُمَّ يَقُولُ أَنَا الْمَلِكُ أَيْنَ مُلُوكُ الأَرْضِ

Buxari "Səhih" 6598-ci hədis " كتاب الرقاق "

لاَ تَزَالُ جَهَنَّمُ تَقُولُ هَلْ مِنْ مَزِيدٍ حَتَّى يَضَعَ رَبُّ الْعِزَّةِ فِيهَا قَدَمَهُ فَتَقُولُ قَطْ قَطْ وَعِزَّتِكَ‏.‏ وَيُزْوَى بَعْضُهَا إِلَى بَعْضٍ

Buxari "Səhih" 6742-ci hədis " كتاب الأيمان والنذور "


فَأَمَّا النَّارُ فَلاَ تَمْتَلِئُ حَتَّى يَضَعَ رِجْلَهُ فَتَقُولُ قَطٍ قَطٍ قَطٍ‏

Buxari "Səhih" 4899-cu hədis "كتاب التفسير


إِذَا قَاتَلَ أَحَدُكُمْ أَخَاهُ فَلْيَجْتَنِبِ الْوَجْهَ فَإِنَّ اللَّهَ خَلَقَ آدَمَ عَلَى صُورَتِهِ

Muslim "Səhih" 6821-ci hədis " كتاب البر والصلة والآداب

يَكْشِفُ رَبُّنَا عَنْ سَاقِهِ فَيَسْجُدُ لَهُ كُلُّ مُؤْمِنٍ وَمُؤْمِنَةٍ

Buxari "Səhih" 4968-ci hədis "كتاب التفسير "

إِنَّكُمْ سَتَرَوْنَ رَبَّكُمْ كَمَا تَرَوْنَ هَذَا الْقَمَرَ لاَ تُضَامُّونَ فِي رُؤْيَتِه

Buxari "Səhih" 553-cü hədis "كتاب مواقيت الصلاة "

يَضْحَكُ اللَّهُ إِلَى رَجُلَيْنِ يَقْتُلُ أَحَدُهُمَا الآخَرَ يَدْخُلاَنِ الْجَنَّةَ

Buxari "Səhih" 2863-cü hədis " كتاب الجهاد والسير "

فَاَتَيْتُهُ بِهَا فَقَالَ لَهَا ‏"‏ اَيْنَ اللَّهُ ‏"‏ ‏.‏ قَالَتْ فِي السَّمَاءِ

Muslim "Səhih" 1227-ci hədis "كتاب الْمَسَاجِدِ وَمَوَاضِعِ الصَّلاَةِ "

يَتَنَزَّلُ رَبُّنَا تَبَارَكَ وَتَعَالَى كُلَّ لَيْلَةٍ إِلَى السَّمَاءِ الدُّنْيَا

Buxari "Səhih" 7586-cı hədis "كتاب التوحيد "

مَا مِنْكُمْ مِنْ أَحَدٍ إِلاَّ سَيُكَلِّمُهُ اللَّهُ لَيْسَ بَيْنَهُ وَبَيْنَهُ تُرْجُمَانٌ

Muslim "Səhih" 2395-ci hədis "كتاب الزكاة "

إِنَّ قُلُوبَ بَنِي آدَمَ كُلَّهَا بَيْنَ إِصْبَعَيْنِ مِنْ أَصَابِعِ الرَّحْمَنِ

Muslim "Səhih" 6921-ci hədi "كتاب القدر "

قَالَ اللَّهُ عَزَّ وَجَلَّ الْكِبْرِيَاءُ رِدَائِي وَالْعَظَمَةُ إِزَارِي

Əbu Davud "Sünən" 4092-ci hədis " كتاب اللباس "

Peyğəmbərin adından rəvayət olunan bu hədislərin zahiri mənalarına baxaq:

1. Cəhət və məkan
2. Fərəhlənmək
3.Qeyrət
4.Məxluqat ilə bir-başa danışmaq
5. Barmaqlar və Peyğəmbər s.a.s.-in yəhudinin sözlərini təsdiqləməsi
6. Sağ əl sol əl
7.Qədəmlər
8. Ayaq
9.Adəmin surətinin Allahın surəti olmağı
10.Baldır
11.Allahı göz ilə görmək
12. Gülmək.
13.Səmada bir məkan
14. Hər gecə aşağı enməsi
15.Gələcəkdə insanlar ilə vasitəsiz danışmaq
16.Paltara sahib olmaq

Bu sayılanları Allaha nisbət verin və nəticə əldə edin!
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#46 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 июля 2009 - 09:09

İbn Abbasdan gələn rəvayətlər Həmməd bin Sələmə ətrafında dövr edir. Onun bu rəvayətlərinə etimad olunmayacağını bir neçə tərəfdən isbat etmək olar.
1. əl-Beyhəqi'nin dediyi kimi Həmməd bin Sələmə yaşlandıqda hafizəsi korlanmışdır və bu hədisləri nə zaman rəvayət etməsi məlum deyildir.

قال البيهقي في "الخلافيات" : مما جاء في كتاب "الإمام" لشيخنا ، بعد إيراد حديث : ألا إن العبد نام لحماد بن سلمة ، قال : فأما حماد ، فإنه أحد أئمة المسلمين .

Əl-Beyhəqi "Əl-Xilafiyat" da dedi:.................................amma Həmməd (bin Sələmə) isə şübhəsiz ki, müsəlmanların imamlarından biridir




2. İmam əl-Buxari onun hədislərini tərk etmişdir, çünki ona görə Həmməd bin Sələmə çoxlu xəta edən ravidir, lakin Muslim ictihad edərək Sabit'in ondan hafizəsi korlanmamışdan əvvəl rəvayət etdiyi hədislərini qəbul etmişdir. Bu hədislərin sayı isə on iki dənədir və şahid qismində rəvayət olunmuşdur.


Bəlkə yazılarında bir az diqqətli olasan?

وَقَالَ لَنَا أَبُو الْوَلِيدِ حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ، عَنْ ثَابِتٍ، عَنْ أَنَسٍ، عَنْ أُبَىٍّ، قَالَ كُنَّا نَرَى هَذَا مِنَ الْقُرْآنِ حَتَّى نَزَلَتْ ‏{‏أَلْهَاكُمُ التَّكَاثُرُ‏}‏

Əbul-Vəlid bizə dedi: Həmməd bin Sələmə bizə Səbitdən rəvayət etdi,...........................


Buxari "Səhih" 6516-cı hədis "كتاب الرقاق "

Gördüyün kimi Buxari Həmməd bin Sələmədən hədis rəvayət edib.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#47 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 июля 2009 - 10:15

3. İbn Sad "ət-Tabəqat əl-Kubra" əsərində (7/282) onun haqqında deyir: "Münkər hədislər rəvayət edir"


Olmadı ki, Sən belə başladınsa heç nə. İbn Sa`din yazdıqlarını niyə təhrif edirsən? İbn Sa`d 7-ci cilddə onun barəsində yazır:

حماد بن سلمة ويكنى أبا سلمة وكان أبوه سلمة يكنى أبا صخرة وهو مولى لبني تميم وهو بن أخت حميد الطويل قال أخبرنا موسى بن إسماعيل قال سمعت حماد بن زيد يقول ما كنا نأتي أحدا نتعلم منه شيئا بنية في ذلك الزمان إلا حماد بن سلمة ونحن نقول اليوم ما نأتي أحدا يعلم بنية غيره قالوا وكان حماد بن سلمة ثقة كثير الحديث وربما حدث بالحديث المنكر أخبرنا أبو عبد الله التميمي قال أخبرني أبو خالد الرازي عن حماد بن سلمة قال أخذ إياس بن معاوية بيدي وأنا غلام فقال لا تموت أو تقص أما إني قد قلت هذا لخالك يعني حميدا الطويل قال فما مات حتى قص قال أبو خالد فقلت لحماد بن سلمة فقصصت أنت قال نعم


...........Dedilər: Həmməd bin Sələmə siqədir(güvəniləndir, e`tibarlıdır, fısqırıqdır :rolleyes: ). Çoxlu hədis rəvayət edib. Hərdən bir münkər hədis rəvayət edib..................


Qalanlarını zəhmət olmasa sən tərcümə edib bizə ərəb dili biliklərini nümayiş etdir.

Sən heç İbn Sa`din "Təbəqat"ını görmüsən? Orada Həmməd bin Sələmədən bilirsən nə qədər hədis rəvayət olunub? Bu boyda ravini heç nə etmisən.

P.S. Əgər kitab səndə yoxdursa internet versiyasını göndərə bilərəm.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#48 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 июля 2009 - 11:08

Görürəm sən qərəzli şəkildə bu kişini ancaq pis tərəfdən göstərmək istəyirsən. Təki bütün ravilərinizə bu cür ədalətlə yanaşaydınız.
Rahat ol! Sən hədisi ört-basdır etmək üçün öz dilinlə Hənbəli məzhəbinin Şeyxi Əbu Ya`lənin ifrat etdiyini dedinsə(yə`ni tipik əhli-sünnə kimi həqiqəti yox özünü sübut etmək istəyib) bu mənə yetər. Əhli-beyt ilə düşmənçiliyinizə görə Müaviyə və Yezid müdafiəsində də ifrata vardınız. Yəqin bu ikisinə dil uzadanda ürəyin az qala yerindən çıxsın?
Vəhhabilər kimdir ki,? Hənbəlilərin ifratçıları. Yoxsa belə deyil?

Zəhəbinin yazdığı kimi Əbu Hureyrə kimilərəri camaatdan hədis gizlədirmişlər. İnşaAllah sənin üçün qoyduğum mətni tərcümə edərsən feyziyab olarıq.
Hənbəlilər isə gizlədə bilmədi. Hələ bə`ziləri ifrata vardılar. İndi isə məcbur olub müxtəlif yollarla müdafiəyə keçmisiniz.

Qısa olaraq İbn Həcər "Ət-Təhzib" 3-cü cilddində Həmməd bin Sələmə barədə yazdığının qaymağını təqdim edirəm. Qalanını istəsən bura yerləşdirərəm sən tərcümə edərsən.

لم يخرج عنه البخاري معتمدا عليه بل استشهد به في مواضع ليبين أنه ثقة وأخرج أحاديثه التي يرويها من حديث

Buxari ona e`timad etdiyi halda ondanrəvayət etməyib, Lakın digər yerlərdə isə onun siqə(güvənilr, etimadlı, fısqırıq) olduğunu bəyan etmək üçün onu şahid kimi gətirib və ondan hədislər rəvayət edib......................



Birdə ulu şeyxiniz Əhməd b. Hənbəlin adından deyiləni nəzərinə çatdırmaq istəyirəm.

وقال محمد بن مطهر : سألت أحمد بن حنبل ، فقال : حماد بن سلمة عندنا من الثقات

Muhammad b. Mutəhhər dedi: Əhməd b. Hənbəldən soruşdum. Cavabında dedi: Həmməd bin Sələmə bizim nəzərimizdə siqədir(güvənilir, etimadlı, fısqırıq)


Həmməd bin Sələmə



فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#49 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 07 июля 2009 - 19:41

İnsanlarla mübahisə etdikdə iki növ insanla qarşılaşmışam. Birinci növ insan cahilliyini boynuna alır, lakin öz bildiyini tərk etmək istəmir..müəyyən səbəblərə görə. İkinci növ insanlarda isə mürəkkəb cahillik müşahidə etmişəm, onlar nəyisə bildiklərini zənn edirlər, belə insanlarla mübahisə etdikdə onların dəlili yalnız qışqırmaq, hay-küy qoparmaq, dəxli olmayan şeyləri ortaya atmaq və ya sadəcə çox danışmaqla qarşı tərəfi yormağa çalışmaqdır. Abu Sufyan, sən də elə onlar kimi hərəkət edirsən! Səbrli ol və bir məsələni bitirməmiş yazıb tökürsən ortaya...kopyalayıb doldurursan, elə zənn edirsən ki, nə qədər çox yazsan o qədər sözün güclü olacaq! Bir də mən sənin üçün tərcümə bürosu açmamışam burda ki, sənin yazılarını tərcümə edim. Arada bir internetə girib yazılarına göz atıram və imkan daxilində ortaya atılmış şübhələrə cavab verirəm.
Elə düşünmə ki, sənin çaldığınla oynamağa həvəsliyəm...əgər bu şəkildə davam edəcəksənsə, o zaman məncə bu müzakirəni elə burdaca dayandırmaq məsləhətlidir. Çünki bütün mövzunu yazılarınla korlayırsan, əgər elm tələbəsisənsə yazılarında elm ədəbini gözlə və ortaya söz atıb “bunun tərcüməsini sən elə!”...”bunun sənin üçün saxlamışam..” deyərək sözlərlə oynama. Bura show deyil. İnanıram ki, bir çox müsəlmanlar bura haqqı axtarmaq üçün gəlirlər. Elə deyilmi?!

Yaxşı keçək əsas məsələlərə!

Birinci: Hamməd bin Sələmə...

Yazılarımda heç bir yerdə Hamməd bin Sələmə’nin zəif ravi olduğunu deməmişəm. Açıq şəkildə yazmışam ki, Hamməd bin Sələmə Muslimin ravilərindəndir, bu isə o deməkdir ki, siqadır.
İkincisi isə ravinin siqa olması onun rəvayət etdiyi hədislərin hamısının qəbul olunması anlamına gəlmir. Hədis elmini bilən bunu bilir!
Allaha şükür ki, yazılarımda diqqətliyəm və nə yazdığımı bilirəm...Hamməd bin Sələmə elə bir ravidir ki, onun haqqında mövcud olan şübhələr səbəbi ilə əl-Buxari onun rəvayətini tərk etmişdir. Yəni, onu ihticac üçün tərk etmişdir, lakin mutabiatda istifadə etməsi isə onu rəvayətlərinin qəbul olunması anlamına gəlmir. əl-Buxari kitabında tənqid olunmuş raviləri mutabiatda istifadə edir. Sənin əl-Hafiz İbn Hacərdən gətirdiyin sözlər də mənim dediyimi təsdiq edir. Sən belə yazmısan:
لم يخرج عنه البخاري معتمدا عليه بل استشهد به في مواضع ليبين أنه ثقة وأخرج أحاديثه التي يرويها من حديث
Buxari ona e`timad etdiyi halda ondanrəvayət etməyib, Lakın digər yerlərdə isə onun siqə(güvənilr, etimadlı, fısqırıq) olduğunu bəyan etmək üçün onu şahid kimi gətirib və ondan hədislər rəvayət edib......................

Tərcüməni oxuyan elə başa düşür ki, əl-Buxari Hamməd bin Sələməyə etimad edir, lakin İbn Hacər ərəbcə belə demir. İbn Hacər deyir ki, “əl-Buxari ondan etimad etdiyi bir ravi kimi heç bir hədis rəvayət etməmişdir, lakin bəzi yerlərdə onu şahid qismində gətirmişdir ki, onun siqa olduğunu bəyan etsin!” Aydın olur ki, əl-Buxari bir ravi kimi ona etimad etməmişdir, çünki ətrafında çox şübhələr vardır. Muslim isə onun Sabit’dən rəvayətlərini qəbul etmişdir. Məncə yuxarıda bunu geniş şəkildə izah etmişəm. Bir də əl-Buxari’nin Hamməd bin Sələməni tərk etməsi mənim sözüm deyil, İbn Tahir və digər hədis alimlərinin sözüdür. Əgər Hamməd haqqında mövzu açmaq istəyirsənsə, buyur başqa bir mövzu aç və sənə orada daha geniş material verim!
Amma elə atmosfer yaratmağa çalışma ki, guya mən Hammədi zəif çıxarmışam və hədisi buna görə zəif saymışam. Əgər belə düşünürsənsə, o zaman mənim yazdıqlarımdan bir şey anlamamısan.
Qısaca desək, Hamməd siqa ravidir (baxmayaraq ki, bəziləri onu yalanda ittiham ediblər, lakin mən onun siqa olduğunu qəbul edirəm) və onun siqa olması hədisi səhih çıxarmır. Problem onun basralılardan rəvayətindədir və onun hafizəsinin korlanmasındadır.
İkincisi isə yuxarıda hədis alimlərimizin hədis haqqındakı hökmlərini yazdım və sitat gətirdim ki, ravilərin hamısı siqa olsa da, hədis münkərdir.
Bir də hədis yalnız Hamməd bin Sələmə ilə bağlı deyil, ortada digər problemlər də vardır.

Yazılarından görmək olar ki, sənin hədis elmi haqqında özünəməxsus anlayışın var. Nə vaxtdan hansısa ravinin çox hədis rəvayət etməsi onun rəvayətlərinin güclü olması anlamına gəlir?! O qədər ravi var ki, çoxlu hədislər rəvayət edib, lakin bununla belə hədis uydurmada ittiham olunub...bunu bilmən lazımdır!

Bir mövzuya bir anda on mövzu qatırsan. Bilmək olmur ki, sən burada nəyi müzakirə etməyə çalışırsan?
Bu mövzuda ortaya çıxan suallar bunlardır:
1.Əhli-Sünnət həqiqətən də Allahın məxluqa bənzəməsinə etiqad edirmi? Bəs qəbul etdikləri o hədislər haqqında nə deyirlər?
2. əl-Qadi Əbu Yalə kimdir? Nədə ittiham olunub? Onun haqqında deyilənlər doğrudurmu?
3.Hamməd bin Sələmənin rəvayət etdiyi bütün hədislər qəbul olunmalıdırmı?
4.Ortaya o qədər Quran ayələri gətirib hamısı haqqında aydınlıq tələb olunur!
5. Əl məsələsi Quranda necə gəlib, niyə bəzi yerdə mufrəd, bəzi yerdə musənnə, bəzi yerdə isə cəm siğəsi ilə gəlmişdir?
6. əl-Əydu sözü əl kökündənmi əmələ gəlir? əl-Cövhəri deyir ki, ayədəki əl-əyd sözü “yəd” sözünün cəmidir. Yəd sözünün “fə”sinin həmzəli olduğunu da deyənlər vardır! Bütün bunlara necə cavab vermək olar?

Bu ağlımda olan suallardır...dediyim kimi bu metod hay-küy salanların metodudur. Niyə normal şəkildə müzakirə edə bilmirsən?! Hər bir mövzunu ayrılıqda müzakirə etməyə hazıram. Lakin hər bir mövzuda belə qarmaqarışıqlıq olacaqsa, indidən deyirəm ki, faydasız şeylərə girməyi xoşlamıram...

Bu mövzunun məğzi budur ki, əhli-sünnət alimləri sifətlər və ya mütəşabihlər haqqında nə deyirlər? Onlar həmin sifətləri qəbul etməklə Allahı məxluqa bənzədirlərmi? Əsl sual budur!
Sualın da cavabı yuxarıda verildi. Qısaca izah etdim ki, heç bir əhli-sünnət alimi Allahı məxluqa bənzətmir, onlar ilk növbədə həmin sifətləri anlamağa çalışmırlar, qaldı ki, bu sifətləri məxluqa bənzətsinlər.
Onların kitablarında tez-tez bu sözlərlə qarşılaşırsan: “Bütün bu sifətlər Allaha layiq kamillik sifətləridir...” “Bizim bu sifətləri anlamamız onları inkar etməyə səbəb ola bilməz!” “Bu sifətləri dəlil olmadan təvil etmək olmaz!” “Allaha bənzər, tay, misal ola biləcək heç bir şey yoxdur.” “Allah hissələrə bölünməz, orqanlardan ibarət deyildir, onu heç bir şey əhatə etməz, nə məkan, nə də zaman...və sair və ilə axir...”

#50 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 07 июля 2009 - 20:20

Sənin sualına bir daha cavab verirəm.
Quranı Kərimdə “əl” sifəti üç şəkildə gəlmişdir. Birinci tək olaraq gəlir:
وَقَالَتْ الْيَهُودُ يَدُ اللَّهِ مَغْلُولَةٌ
“Yəhudilər dedilər ki, Allahın əli bağlıdır.”
Digər ayələrdə isə “musənnə” olaraq gəlmişdir:
لِمَا خَلَقْتُ بِيَدَيَّ
“İki əlimlə yaratdığıma…”
بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ
“Əksinə iki əli də açıqdır..”
Başqa ayələrdə isə cəm şəklində gəlmişdir:
مِمَّا عَمِلَتْ أَيْدِينَا
“Əllərimizin etdiklərindən...”
Sual verən soruşdu ki, nə üçün Allah əllər sözünü cəm şəklində işlədir və onun dediyinə görə “cəm” şəkli ərəb dilində ən az üç sayına dəlalət edir.
Bunun cavabı belədir: Kəlimənin musənnə şəklində gəlməsi açıq bir nassdır. Mufrəd şəkildə gəlməsi isə “cins” ifadə edir və ərəblər mufrəd şəklini sayca daha çox şey üçün istifadə edərkən bununla cins qəsd olunur.
“Əl” sözü isə cəm şəklində gəlməsinə baxmayaraq, yenə də “iki” sayına dəlalət edir. Bunu iki yöndən izah etmək olar.
Birinci: Lüğət alimlərindən bir qrupa görə cəm şəkli say etibarı ilə ən azı “iki”yə dəlalət edir. Yəni, onlara görə ikini qəsd edərək cəm şəklini istifadə etmək olar və bunun üçün Qurandan bəzi ayələri dəlil gətirirlər: məs Allahu Taələ Quran Aişə və Hafsa barəsində deyir:
إن تتوبا إلى الله فقد صغت قلوبكما
“Əgər Allaha tövbə etsəniz. Çünki qəlbləriniz meyl etmişdir..”
Burada Allah iki qəlbə cəm şəkli istifadə etmişdir. Aydındır ki, Aişənin bir qəlbi və Hafsanın da bir qəlbi mövcuddur və iki nəfərin iki qəlbi olacaqdır. Alimlərin bu qrupuna görə cəm şəkli ən az “iki” sayına dəlalət edir. Lakin lüğət alimlərinin əksəriyyəti onlarla razılaşmırlar. Onlara görə yuxarıdakı ayə və digər bəzi ayələr nəhv illətinə görə cəm şəklində gəlmişdir. Onlar deyirlər: Əgər müsənnə cəm damirinə və ya müsənnə damirinə izafə olunarsa, sözü müsənnə deyil, cəm şəklində söyləmək daha fasihdir, lakin müsənnə olaraq da söyləmək olar. Yəni “قلوبكما” daha fasihdir və bu, Quranda gəlmişdir. Lakin “قلباكما” şəklində də söyləmək olar.
Əgər birinci qrup alimlərin sözünə dayansaq, ortada heç bir işkal qalmır, çünki onlara görə cəm şəkli ən az “iki” sayına dəlalət edir. Lakin lüğət alimlərinin əksəriyyətinə əsaslansaq, onların izah etdikləri kimi “أَيْدِينَا” sözündə də “iki əlimiz” anlaşılmalıdır. Bunun cəm şəklində gəlməsinin səbəbi isə yuxarıda söylədiyim kimi, cəm damirinə izafə olması səbəbilədir. Yəni “bizim iki əlimiz” sözü daha fasih dildə “أيدينا” şəklində deyilir. Lakin “يدانا” şəklində də söyləmək olar.
Bu izah etdiklərim lüğət baxımından yanaşmadır. Şəri yanaşma isə fərqli mövzudur.
Daha sonra isə sual verən başqa bir ayəni ortaya atmışdır.
والسماءَ بَنيناها بأيْدٍ
“Səmanı da qüvvəmizlə bina etdik!”
Onun iddiasına görə buradakı “أيد” sözü “əl” sözünün cəm şəklidir. Mən isə belə bir iddianın qafillik olduğunu dedim və ona qısa bir izah verdim. Əksinə o, mənim dediyim izah üzərində düşünsəydi heç bir problemi qalmazdı. Lakin öz adəti üzərinə inadkarlığına davam etdi. “Abu Sufyan ordusu” daha sonra öz sözünü dəstəkləmək üçün lüğət alimlərindən olan əl-Cövhərinin sözünü gətirmiş və daha sonra böyür-başını düzəltmək üçün Vasif Məmmədəliyev ilə Ziya Bünyadovun tərcüməsini misal vermişdir.
Qaldı ki, “əl-Cövhəri” məsələsinə...Abu Sufyan ordusu yenə bununla elə təəssürat oyatmaq istəyir ki, sanki bu məsələdə alimlər arasında ixtilaf vardır. Lakin həqiqət belədir ki, alimlər arasında məsələdə ixtilaf yoxdur. Bunu bir neçə cür izah edəcəm inşəAllah!
Lüğət alimləri əl-Cövhərinin “əs-Sihəh” əsərini çox tərifləmişlər, lakin bununla belə orada xətaların və vəhmlərin də olduğunu qeyd ediblər. Əlsində “əs-Sihəh” əsərinə iyirmidən çox alim haşiyə və ixtisarlar yazaraq düzəlişlər ediblər.
Və “Kəşf əz-Zunun” sahibi deyir: “İmam Əbu Muhamməd Abdullah bin Bəri “əs-Sihah” kitabına haşiyə yazmış və bu haşiyəsində “şin” hərfinə qədər çatmışdır. Deyirlər: Adını “ət-Tənbih val-İfsah ammə vaqaə min əl-Vəhm fi Kitəb əs-Sihəh” qoymuşdur.”
İmam ibn Bəri bu kitabını yazaraq əl-Cövhəri’nin bir çox xətalarına düzəliş etmişdir. “əs-Sihəh” kitabına ondan başqa alimlər də haşiyələr yazmışdır. Bu alimlərin adları üçün “Kəşf əz-Zunun” kitabında əl-Cövhəri’nin tərcümeyi halına müraciət et. Bu kitabı bir də İmam Muhamməd bin Əbi Bəkr bin Abdulqadir ər-Razi ixtisar etmiş və adını “Muxtar əs-Sihəh” qoymuşdur. Kitaba bir çox düzəlişlər etmiş və vəznləri tədbit etmişdir. əl-Cöhhəri’nin “əs-Sihəh” kitabında etdiyi xətalardan biri də məhz sənin gətirdiyin sözlərdir və İmam ər-Razi yuxarıdakı sözlərdən sonra deyir:
قلت قوله تعالى { بِأَيْد } أي بقوة وهو مصدر آد يئيد إذا قوي وليس جمعا ليد ليذكر هنا بل موضعه باب الدال وقد نص الأزهري على هذه الآية في الأيد بمعنى المصدر ولا أعرف أحدا من أئمة اللغة أو التفسير ذهب إلى ما ذهب إليه الجوهري من أنها جمع يد
“Deyirəm: Allahu Təalənin “biƏydin” sözünün anlamı “qüvvətimlə” deməkdir. Və bu söz bir şeyin güclənməsi üçün istifadə olunan “آد” və “يئيد” felinin məsdəridir. “Əl” sözünün cəm şəkli deyildir ki, burada qeyd olunsun, əksinə onun yeri “dəl” babındadır və əl-Əzhari bu ayə barəsində “əlƏyd” sözündə bir mənalı olaraq bunun məsdər olduğunu qeyd etmişdir. Lüğət və təfsir alimlərindən hər hansı birinin əl-Cövhərinin dediyi kimi bunun “əl” sözünün cəm olması görüşünü qəbul etdiyini bilmirəm.”
Məsələ aydındır, əl-Cövhəri xəta etmişdir. Çünki ərəb dilində belə bir şey ya məsmu’ olaraq, ya da qiyas olaraq bilinə bilər, lakin belə bir iddia heç bir qayda ilə uyğun gəlmir. Bu şübhələr bəzi avam mötəzili, qədəri, cəhmi firqələri tərəfindən ortaya atılmışdır. İmam Əbul-Həsən əl-Əşari – rahiməhullah – “əl-İbanə” adlı kitabında deyir:
وقد اعتل معتل بقول الله تعالى ( 1 / 130 ) : ( والسماء بنيناها بأيد ) من الآية ( 47 / 51 ) قالوا : الأيد القوة فوجب أن يكون معنى قوله تعالى : ( بيدي ) بقدرتي قيل لهم : هذا التأويل فاسد من وجوه :
أحدها : أن الأيد ليس جمع لليد لأن جمع يد أيدي وجمع اليد التي هي نعمة أيادي وإنما قال تعالى : ( لما خلقت بيدي ) من الآية ( 75 / 38 ) فبطل بذلك أن يكون معنى قوله : ( بيدي ) معنى قوله : ( بنيناها بأيد

“Allahu Təalənin “Səmanı da qüvvəmizlə bina etdik” ayəsinin dəlil gətirərək deyirlər ki, ayədəki “əlƏyd” sözü qüvvət anlamındadır, o zaman Allahın “iki əlimlə” sözü də “qüdrətimlə” mənasında olmalıdır. Onlara belə cavab verilir: Belə bir təvil bir neçə yöndən fasiddir:
Birinci: “əlƏyd” əl sözünün cəm şəkli deyildir, çünki “əl” sözünün cəm şəkli “أيدي“ -dir və nemət mənasında olan “اليد” sözünün cəm şəkli isə “أيادي” dir. Allahu Təalə “iki əlimlə yaratdığıma” deyərkən bununla “iki əlim” sözünün “qüvvət ilə bina etdik” sözündəki məna olması batil bir izahdır.”
(əl-Əşari, “əl-İbanə” 1/129
)
Sual verə bilərlər ki, necə olur ki, əl-Cövhəri kimi alim belə xətaya yol verə bilir?! Buna belə cavab vermək olar:
Ola bilsin ki, bu xəta onun xətası deyildir, lakin tələbələrinin xətasıdır. Çünki məlumdur ki, əl-Cövhəri həyatının sonunda dəli olmuş və bu şəkildə vəfat etmişdir. Vəfat etdikdə “əs-Sihəh” kitabı vərəqlərdə qara-qura içində idi və onun tələbəsi bunu yenidən qələmə almışdır. “Əbcəd əl-Ulum” sahibi deyir (3/8) “Öldükdən sonra “əs-Sihəh” kitabı qaralama içində qaldı və onun tələbəsi İbrahim bin Salah bunu yenidən köçürdü və bir çox yerdə xətalar etdi.”
Digər səbəb isə alimlərin öz etiqadlarına uyğun olaraq lüğət elmində xətalı ictihadlar etməsidir. Belə misallar çoxdur və bunların ən çoxu isə əz-Zəməxşari kimi mötəzili alimin lüğət elminə mötəzilənin fikirlərini daxil etməsidir. Məsələn “bismilləh” sözündəki “bə” hərfinin istianə yoxsa musahəbə üçün olması barədə görüş. Əz-Zəmaxşari “əl-Kəşşaf”da bunun musahəbə üçün gəldiyini deyir, çünki mötəziləyə görə insan əməllərində sərbəstdir və buna görə də əz-Zəmaxşəri bunun istianə üçün olmasını uyğun görməmişdir. Yaxud da ona görə “لن” təbid ifadə edir, bu isə yenə onun mötəzili əqidəsi ilə bağlı olaraq lüğətə daxil etdiyi fikirlərdəndir. Ona görə də əl-Bilqini deyir ki, “əl-Kəşşaf” kitabından itizalat fikirlərini maqqaşla bir-bir çıxarmışdır.
Eyni şey əl-Cövhərinin şanı üçün də mümkündür, o da digər alimlər kimi etiqadına əsasən lüğət elmində xətalar edə bilər, xüsusilə də əgər bu sözü ondan başqa lüğət aliminin demədiyini bildikdən sonra xəta etməsində şübhə qalmır. Məlumat üçün onu da qeyd edim ki, əl-Cövhəri əqidədə mötəzili olmuşdur və ona təşəyyu nisbət olunur.
Lakin bütün bunları yazmağa daha əvvəldən ehtiyac yox idi, çünki mən sənə açıq-aydın bir dəlil verdim. Sənə dedim ki, heç bir alim bu ayəni mütəşabih ayələrdən saymır. Sən deyəsən mənim bu sözümü anlamamısan, sözümün mənası budur ki, əgər ayədəki “əlƏyd” sözü əl sözünün cəm şəkli olsaydı, o zaman alimlər bunu mütəşabih ayələrdən sayardılar, necəki “əl” sözünün keçdiyi digər ayələri mütəşabihlərdən sayırlar. Sənə dediyim bu izah mövzunun əvvəlindən sənə kifayət etməli idi, lakin görürəm ki, kifayət etməmişdir.
Daha sonra isə “yəd” sözünün “məhmuzul-fə” olub olmaması barədə ixtilaf olduğunu qeyd edirsən. İlk növbədə bunu nə üçün ortaya atdığını anlamıram, çünki “məhmuzul-fə” olsa da, olmasa da ixtilaf sözün ilk hərfində deyildir. İkincisi isə, bu sözün “məhmuzul-fə” olması barədə heç bir ixtilaf yoxdur. Əgər sən bununla ərəblərin “قَطَعَ اللهُ أَدَيْه” sözünü qəsd edirsənsə, bununla heç bir ixtilaf ortaya çıxmır. İbn Cinni rəvayət edərək Əbi Əli’nin belə dediyini nəql edir: “Bu bir şey deyildir!” Yəni, bunda heç bir dəlil yoxdur...Bunun üçün “Lisanul-Arab” kitabına bax.

Bir də burda "əl" sözünün haradan əmələ gəlməsi barədə bir dastandan danışdın, nəzərə alsaq ki, onsuzda vaxtının çoxunu boş-boş şeylər yazmaqla yazılarını çoxaldırsan, o zaman gəl tənbəllik etmə və həmin dastanı da yerləşdir. Görək nə dastanıdır...
Artıq bütün mövzunu qarışdırmısan bir-birinə və həmin dastanı burada yazmasan səninlə davam etmək fikrim yoxdur...
Üzümü tutub səmimi kəslərə bir söz demək istəyirəm. Mövzu boyu həs kəs göstərməyib ki, əhli-sünnət alimləri təşbihə və ya təcsimə inanırlar. İndi mən əhli-sünnət olaraq bu iddianı inkar etdim və bu barədə izah yazdım. Əgər kimsə bunun əksini sübut edə bilirsə, buyursun...onu da deyim ki, internete tez-tez gire bilmirem...vaxt olan kimi cavab yazaram. Lakin bu hayküyçü "Abu Sufyan ordusu" kimi etməməyi xahiş edirəm.
Allah amanında!

Qırmızı rənglə yalmız administrasiya yaza bilər. Sizə xəbərdarlıq edirəm! Qaydaları oxuyun.

#51 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 июля 2009 - 08:19

İnsanlarla mübahisə etdikdə iki növ insanla qarşılaşmışam. Birinci növ insan cahilliyini boynuna alır, lakin öz bildiyini tərk etmək istəmir..müəyyən səbəblərə görə. İkinci növ insanlarda isə mürəkkəb cahillik müşahidə etmişəm, onlar nəyisə bildiklərini zənn edirlər, belə insanlarla mübahisə etdikdə onların dəlili yalnız qışqırmaq, hay-küy qoparmaq, dəxli olmayan şeyləri ortaya atmaq və ya sadəcə çox danışmaqla qarşı tərəfi yormağa çalışmaqdır. Abu Sufyan, sən də elə onlar kimi hərəkət edirsən!


Siz əhli-sünnənin növlərinin isə sayı hesabı yoxdur. Amma inadkarlıq və təəssübkeşlik xüsusiyyətlərtində müştərəksiniz. Səndən fərqli olaraq biz alim olduğumuzu iddia etməmişik. Mən cahilliyim ilə bir iki məsələ ilə sənin yalançı və təhrifçi olduğunu, hər şeyi özünüzə sərf edən kimi fırlatdığınızı sənə çatdırdım. Buda səni görürəm yaman yandırıb.
Cəhli mürəkkəbə gəldikdə isə sən və sənin Hənbəli müəllimlərin tovhid məsələsində məhz cəhli mürəkkəbdədirlər. Diliniz ilə Allaha bədən üzvləri nisbət verirsiniz hələ bir utanmaz utanmaz qarşı tərəfi ittiham edirsiniz.
Normal ağlı başında olan insan(sizin torunuza düşməyən, cəhli mürəkkəbdə olmayan) eşidəndə ki, özünü alim hesab edən birisi Xaliqə əl, ayaq, göz, məkan və s. nisbət verir daxili aləmində narahatlıq keçirir. Elə bilirsən cümlənin sonunda özünə layiqdir demək ilə küfrünüz ört-basdır olur?

Sizin ulu əcdadınızın fikirlərini imamların əshabları onlara çatdıranda cavab olaraq buyurmuşlar:


حدثنا محمد بن الحسن بن أحمد بن الوليد رحمه الله، قال: حدثنا محمد بن يحيى العطار، قال: حدثنا الحسين بن الحسن بن أبان، عن محمد بن أورمة، عن ابن محبوب، عن صالح بن حمزة، عن أبان، عن أسد(1)، عن المفضل بن عمر، عن أبي عبد الله عليه السلام، قال: من زعم أن الله في شئ أو من شئ أو على شئ فقد أشرك، لو كان الله عز وجل على شئ لكان محمولا، ولو كان في شئ لكان محصورا، ولو كان من شئ لكان محدثا.

Əbu Abdullah a.s. buyurdu: Kim Allah bir şeyin içində,bir şeydən, bir şeyin üzərində desə şirk etmişdir. Əgər Allah bir şeyin üzərində olsa idi onda daşınan, bir şeyin içində olsaydı hasara alınmış, bir şeydən olsa idi onda sonradan yaranmış olardı.



ابن المتوكل ، عن السعد آبادي ، عن البرقي ، عن داود بن القاسم قال : سمعت علي بن موسى الرضا عليه السلام يقول : من شبه الله بخلقه فهو مشرك ، ومن وصفه بالمكان فهو كافر ، ومن نسب إليه ما نهى عنه فهو كاذب

İmam Rza a.s. buyurdu: Kim Allahı yaratdığına bənzətsə müşrikdir, kim onu məkanla vəsf etsə kafirdir, kim (Allaha) nisbət verilməsi qadağan olan şeyi Allaha nisbər versə yalançıdır

Sizin (sizin deyəndə bütün əhli sünnəni nəzərdə tutmuram)ərəb dilinin xüsusiyyətlərini nəzərə almadan quru nəssdən yapışaraq Allahı bu cür təsvir etmənizin, Allaha surət vermənizin xarab əqlin məhsulu olmasını başa düşmək üçün alim olmağa ehtiyyac yoxdur.

Səbrli ol və bir məsələni bitirməmiş yazıb tökürsən ortaya...kopyalayıb doldurursan, elə zənn edirsən ki, nə qədər çox yazsan o qədər sözün güclü olacaq! Bir də mən sənin üçün tərcümə bürosu açmamışam burda ki, sənin yazılarını tərcümə edim. Arada bir internetə girib yazılarına göz atıram və imkan daxilində ortaya atılmış şübhələrə cavab verirəm.


Nəzərinə çatdırım ki, mənimdə vaxt etibarilə məhdudiyyətlərim var. Bir neçə həftəlik buraları tərk edəcəm. Və ona görə də bacardığım qədər fürsətdən istifadə edib çox yazıram.
Sizin kitablarda olan yəhudi əqidəsindən qaynaqlanan hədisləri tərcümə etməkdə məqsədim isə millət nə qədər ki, əqli yerindədir görüb dərk eləsin. Sizin torunuza düşməmiş nəyin nə olduğunu bilsin.
Tərcümələr isə bəlkədə sənə sərf etmədi ona görə aradan çıxdın.

Elə düşünmə ki, sənin çaldığınla oynamağa həvəsliyəm...əgər bu şəkildə davam edəcəksənsə, o zaman məncə bu müzakirəni elə burdaca dayandırmaq məsləhətlidir. Çünki bütün mövzunu yazılarınla korlayırsan, əgər elm tələbəsisənsə yazılarında elm ədəbini gözlə və ortaya söz atıb "bunun tərcüməsini sən elə!"..."bunun sənin üçün saxlamışam.." deyərək sözlərlə oynama. Bura show deyil. İnanıram ki, bir çox müsəlmanlar bura haqqı axtarmaq üçün gəlirlər. Elə deyilmi?!


Səni zor ilə burda saxlayan yoxdur. Bəli bizə haqq lazımdır. Əqidənizdə mövzumuz ilə bağlı nə varsa aç qoy ortalığa. Başa düşməyəcəyimizdən qorxub gizlətmə. Həqiqi mə`budunuzun kim olduğunu bizə anlat.

Yaxşı keçək əsas məsələlərə!

Birinci: Hamməd bin Sələmə...

Yazılarımda heç bir yerdə Hamməd bin Sələmə'nin zəif ravi olduğunu deməmişəm. Açıq şəkildə yazmışam ki, Hamməd bin Sələmə Muslimin ravilərindəndir, bu isə o deməkdir ki, siqadır.
İkincisi isə ravinin siqa olması onun rəvayət etdiyi hədislərin hamısının qəbul olunması anlamına gəlmir. Hədis elmini bilən bunu bilir!
Allaha şükür ki, yazılarımda diqqətliyəm və nə yazdığımı bilirəm...Hamməd bin Sələmə elə bir ravidir ki, onun haqqında mövcud olan şübhələr səbəbi ilə əl-Buxari onun rəvayətini tərk etmişdir. Yəni, onu ihticac üçün tərk etmişdir, lakin mutabiatda istifadə etməsi isə onu rəvayətlərinin qəbul olunması anlamına gəlmir. əl-Buxari kitabında tənqid olunmuş raviləri mutabiatda istifadə edir. Sənin əl-Hafiz İbn Hacərdən gətirdiyin sözlər də mənim dediyimi təsdiq edir. Sən belə yazmısan:
لم يخرج عنه البخاري معتمدا عليه بل استشهد به في مواضع ليبين أنه ثقة وأخرج أحاديثه التي يرويها من حديث
Buxari ona e`timad etdiyi halda ondanrəvayət etməyib, Lakın digər yerlərdə isə onun siqə(güvənilr, etimadlı, fısqırıq) olduğunu bəyan etmək üçün onu şahid kimi gətirib və ondan hədislər rəvayət edib......................

Tərcüməni oxuyan elə başa düşür ki, əl-Buxari Hamməd bin Sələməyə etimad edir, lakin İbn Hacər ərəbcə belə demir. İbn Hacər deyir ki, "əl-Buxari ondan etimad etdiyi bir ravi kimi heç bir hədis rəvayət etməmişdir, lakin bəzi yerlərdə onu şahid qismində gətirmişdir ki, onun siqa olduğunu bəyan etsin!" Aydın olur ki, əl-Buxari bir ravi kimi ona etimad etməmişdir, çünki ətrafında çox şübhələr vardır. Muslim isə onun Sabit'dən rəvayətlərini qəbul etmişdir. Məncə yuxarıda bunu geniş şəkildə izah etmişəm. Bir də əl-Buxari'nin Hamməd bin Sələməni tərk etməsi mənim sözüm deyil, İbn Tahir və digər hədis alimlərinin sözüdür. Əgər Hamməd haqqında mövzu açmaq istəyirsənsə, buyur başqa bir mövzu aç və sənə orada daha geniş material verim!
Amma elə atmosfer yaratmağa çalışma ki, guya mən Hammədi zəif çıxarmışam və hədisi buna görə zəif saymışam. Əgər belə düşünürsənsə, o zaman mənim yazdıqlarımdan bir şey anlamamısan.
Qısaca desək, Hamməd siqa ravidir (baxmayaraq ki, bəziləri onu yalanda ittiham ediblər, lakin mən onun siqa olduğunu qəbul edirəm) və onun siqa olması hədisi səhih çıxarmır. Problem onun basralılardan rəvayətindədir və onun hafizəsinin korlanmasındadır.
İkincisi isə yuxarıda hədis alimlərimizin hədis haqqındakı hökmlərini yazdım və sitat gətirdim ki, ravilərin hamısı siqa olsa da, hədis münkərdir.
Bir də hədis yalnız Hamməd bin Sələmə ilə bağlı deyil, ortada digər problemlər də vardır.

Yazılarından görmək olar ki, sənin hədis elmi haqqında özünəməxsus anlayışın var. Nə vaxtdan hansısa ravinin çox hədis rəvayət etməsi onun rəvayətlərinin güclü olması anlamına gəlir?! O qədər ravi var ki, çoxlu hədislər rəvayət edib, lakin bununla belə hədis uydurmada ittiham olunub...bunu bilmən lazımdır
!


Həmməd b. Sələmə üzərində dayanmağım ona olan marağımdan deyil, sənin təhrifçi olduğunu göstərmək istəyimdən idi. Buna qismən də olsa nail oldum.
Mən onun çox rəvayət etdiyinə görə siqə olduğunu yazmamışam.
Mən yazmışam ki, sənin ravi barədə təhrif edərək gətirdiyin yazını götürdüyün kitabda Yə`ni İbn Sa`din "Təbəqat"ında Həmməd b. Sələmənin adına çox rast gəlmək olur.
Kəmiyyətin çoxluğunun keyfiyyətə dəxli olmadığını bilirəm. Həmçinin kəmiyyətin ə`ləmliyə də dəxli olmadığını bilirəm. Və xüsusilə də oxuyanda ki, muksirunun birincisi Əbu Hureyrənin çox rəvayət etməsinə baxmayaraq Əbu Bəkr və s. sünnəni ondan daha yaxşı bilirdilər məni gülmək tutdu. Belə demək düz olarsa bu daha çox şəraitlə bağlıdır.

Bir mövzuya bir anda on mövzu qatırsan. Bilmək olmur ki, sən burada nəyi müzakirə etməyə çalışırsan?


Mən burada İbn Teymiyyə dininin nümayəndələrinə rədd olaraq hənbəlilərin kitabların möhtəviyyatını bacardığım qədər oxuyuculara çatdırmaq istəyirəm.


Sənə bir daha suallarımı təkrar edirəm:

1.Vəhhabi alimlərinə kimləri aid edirsiniz?

2.Albanı Ummu Tufeylin hədisini səhih bilir hə ya yox?

3.Nəzərə alsaq ki, siz hamınız özünüzü əhli-sünnəyə nisbət verirsiniz bu hədisləri kimlər münkər bilmir?

Əbu Yalə kitabında yazır ki, "Əbu Bəkr Əhməd b. Muhamməd b. Abdullah b. Sədəqə Əl-Bağdadi dedi: "Ikrimənin hədisinə iman etməyən şəxs zındıqdır". Mühəqqiq Əhməd ilə Razinin rəvayətində məchul ravilərin olduğunu yazıb. Amma Bağdadi barədə bir şey görmədim.

4.İndi bunlardan kim yalançıdır? Əbu Yalə, Əl-Bağdadı yoxsa sən?

Bu mövzuda ortaya çıxan suallar bunlardır:
1.Əhli-Sünnət həqiqətən də Allahın məxluqa bənzəməsinə etiqad edirmi? Bəs qəbul etdikləri o hədislər haqqında nə deyirlər?
2. əl-Qadi Əbu Yalə kimdir? Nədə ittiham olunub? Onun haqqında deyilənlər doğrudurmu?
3.Hamməd bin Sələmənin rəvayət etdiyi bütün hədislər qəbul olunmalıdırmı?
4.Ortaya o qədər Quran ayələri gətirib hamısı haqqında aydınlıq tələb olunur!
5. Əl məsələsi Quranda necə gəlib, niyə bəzi yerdə mufrəd, bəzi yerdə musənnə, bəzi yerdə isə cəm siğəsi ilə gəlmişdir?
6. əl-Əydu sözü əl kökündənmi əmələ gəlir? əl-Cövhəri deyir ki, ayədəki əl-əyd sözü "yəd" sözünün cəmidir. Yəd sözünün "fə"sinin həmzəli olduğunu da deyənlər vardır! Bütün bunlara necə cavab vermək olar?


Həmməd b. Sələmədən başqa digər suallara yavaş-yavaş aydınlıq gətir!

Bu ağlımda olan suallardır...dediyim kimi bu metod hay-küy salanların metodudur. Niyə normal şəkildə müzakirə edə bilmirsən?! Hər bir mövzunu ayrılıqda müzakirə etməyə hazıram. Lakin hər bir mövzuda belə qarmaqarışıqlıq olacaqsa, indidən deyirəm ki, faydasız şeylərə girməyi xoşlamıram...

Bu mövzunun məğzi budur ki, əhli-sünnət alimləri sifətlər və ya mütəşabihlər haqqında nə deyirlər? Onlar həmin sifətləri qəbul etməklə Allahı məxluqa bənzədirlərmi? Əsl sual budur!
Sualın da cavabı yuxarıda verildi. Qısaca izah etdim ki, heç bir əhli-sünnət alimi Allahı məxluqa bənzətmir, onlar ilk növbədə həmin sifətləri anlamağa çalışmırlar, qaldı ki, bu sifətləri məxluqa bənzətsinlər.
Onların kitablarında tez-tez bu sözlərlə qarşılaşırsan: "Bütün bu sifətlər Allaha layiq kamillik sifətləridir..." "Bizim bu sifətləri anlamamız onları inkar etməyə səbəb ola bilməz!" "Bu sifətləri dəlil olmadan təvil etmək olmaz!" "Allaha bənzər, tay, misal ola biləcək heç bir şey yoxdur
."


Sən mövzuya normal şəkildə girmədin ona görə.
"Bütün bu sifətlər Allaha layiq kamillik sifətləridir..."

Sual:

Barmaq, əl, ayaq, baldır, qədəm, göz nə vaxtdan kamil sifətlər olub? Nəssdə cinsiyyət üzvü gəlsə idi onu da kamillik sifəti kimi qəbul edəcəkdiniz?

Sizdə dəlil yoxdur tə`vil etmirsiniz bizdə isə şükür ALLaha həm bu barədə rəvayətlər var həm də başında ağıl kimi gözəl ne`mət olan alimlərimiz.

"Allah hissələrə bölünməz, orqanlardan ibarət deyildir, onu heç bir şey əhatə etməz, nə məkan, nə də zaman...və sair və ilə axir..."


Dedim axı sizin hamınız özünüzü əhli-sünnətə nisbət verirsiniz. At izi it izinə qarışıb. Allaha barmaq, əl, ayaq, qədəm, baldır kimi insan əzalarını nisbət verirsiniz deyirsiniz ki, orqan demirik, hissələrə bölmürük. Bəs orqan necə olur? Deyirsiniz ki, o, yuxarıdadır, bu aləmdən ayrıdır, gecənin axırıncı 1/3-də Allahın zatı aşağı səmaya enir. Sonra da məkan nisbət vermədiyinizi deyirsiniz. Daha məkan necə olur?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#52 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 июля 2009 - 09:49

)اليد ) من أعضاء الجسد وهي من المنكب إلى أطراف الأصابع ( مؤنثة ) ومن كل شيء مقبضه ومنه يد السيف والسكين والفأس والرحى ومن الثوب ونحوه كمه والنعمة والإحسان تصطنعهما والسلطان والقدرة والقوة يقال مالي بهذا الأمر يدان والجماعة يقال هم يده أنصاره وهم يد على غيرهم مجتمعون متفقون والملك يقال هو في يدي أي ملكي وحوزتي والكفالة في الرهن والطاعة والانقياد والاستسلام يقال هذه يدي لك وأعطى بيده استسلم وخضع ويقال أعطى الجزية عن يد عن ذل واستسلام ( ج ) أيد ويدي وأياد ويقال ضرب يده في كذا شرع فيه واليد العليا خير من اليد السفلى أي المعطية خير من الآخذة وخرج من تحت يده فلان خرجه وعلمه ورباه والأمر بيد فلان في تصرفه وهو طويل اليد سخي كطويل الباع واستعمله المولدون بمعنى المختلس ويقال هو أطول يدا منه أكرم وأجود ومشى بين يديه قدامه وسقط في يده أو في يديه ندم وتحسر أو أخذ يقلب كفيه على ما فات وبعته يدا بيد حاضرا بحاضر ويقال جاء فلان بما أدت يد إلى يد مخفقاا خائبا ولا أفعله يد الدهر أبدا ولقيته أول ذات يدين أول شيء وابتعت الغنم ونحوها اليدين أو باليدين بثمنين مختلفين غال ورخيص وباعها اليدان أسلمها بيد وأخذ ثمنها بيد وأعطاه مالا عن ظهر يد تفضلا ليس من بيع ولا قرض ولا مكافأة ويقال في الدعاء على المرء لليدين وللفم أي يسقط لليدين وللفم

"Əl-Yəd" sözünün "Mucəmul-Vasit" İbrahim Mustafa, Hamid Əbdul-Qadir......... kitabında gələn mə`nalarına nümunə:

من أعضاء الجسد
Cəsədin əzalarındandır.

النعمة والإحسان
Ne`mət və ehsan

والسلطان والقدرة والقوة
Sultan(hökmranlıq), qüdrət və qüvvət

يقال مالي بهذا الأمر يدان
Mənim bu işdə iki əlim yoxdur. Bu nə deməkdir?


والملك يقال هو في يدي أي ملكي
Mülk. Deyilir O, mənim əlimdədir yə`ni mənim mülkümdədir.


ج ) أيد
Cəm forması . Burada necə oxunur?

Lüqətin sonunda 2 əl sözünün işlənmə formalarına bax. 2 əl yazılmasına baxmayaraq mənası 2-yə dəlalət eləmir.



ذكر اليدين لتحقيق الإضافة لخلقه إلى نفسه و هو قول مجاهد و مثله قوله و يبقى وجه ربك أي ربك و قيل معناه خلقته بقدرتي عن أبي مسلم و غيره و العرب كما تطلق لفظ اليد للقدرة و القوة فقد تطلق لفظة اليدين قال

2 əl deyə zikr etmək (Allahın) yaratdığını özünə izafə etmək üçündür. Bu Mücahidin sözüdür. Buna oxşar rəbbinin üzü qalacaq yə`ni rəbbin qalacaq. Həmçinin deyirlər ki, onu qüdrətimlə yaratdım. Bu Əbu Muslim və s. sözüdür. Ərəb əl sözünü qüdrətə və qüvvətə şamil etdiyi kimi 2 əl sözünü də qüdrətə və qüvvətə şamil edir.
Bunu təsdiq edən şe`rlərdən bir parça nəzərinə çatdırıram:

تحملت من ذلفاء ما ليس لي به و لا للجبال الراسيات يدان


أ نابغ إنكم لم تبلغونا و ما لكم بذلكم يدان

فإن تحملي ودي و ودك تفدحي و ما لك بالحمل الثقيل يدان


Zəhmət olmasa tərcümə bürosunu işə sal! Bunlardan hansı 2 əl mə`nasını verir?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#53 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 июля 2009 - 12:18

"Lisanul-Ərəb" İbn Əl-Mənzur. (bə`zi hissələri kopyalamışam)
والجمع أَيْدٍ
"Yəd"in cəmi "Əyd"dir.

Birinci: "əlƏyd" əl sözünün cəm şəkli deyildir, çünki "əl" sözünün cəm şəkli "أيدي" -dir və nemət mənasında olan "اليد" sözünün cəm şəkli isə "أيادي" dir. Allahu Təalə "iki əlimlə yaratdığıma" deyərkən bununla "iki əlim" sözünün "qüvvət ilə bina etdik" sözündəki məna olması batil bir izahdır." (əl-Əşari, "əl-İbanə" 1/129)


Bunlardan hansı yalan danışır?


واليَدُ: القُوَّةُ. وأَيَّدَه الله أَي قَوَّاه.
Qüvvət. Allah onu qüvvətləndirdi.

وفي التنزيل العزيز: والسَّماءَ بَنَيْناها بأَيْدٍ؛ قال
Quranda: Cövhərinin səhv yazdığını iddia etdiyin ayə. (Bu sözlər səhv etmirəmsə Sibəveyhindir)

ابن بري: ومنه قول كعب بن سعد الغَنَويِّ فاعمِدْ لِما يَعْلُو، فما لكَ بالذي لا تستَطِيعُ من الأُمورِ يَدانِ
Kə`b b. Sə`din cümləsindəki 2 əl sözünü sən tərcümə et!

وفي التنزيل العزيز: مما عملت أَيدينا،
Quranda: Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı......

والجمع أَيْدٍ
Cəmi "Əyd"dir. (Buda səhv etmirəmsə İbn Bərrinin sözüdür)

وفي الحديث: عليكم بالجماعةِ فإِنَّ يدَ اللهِ على الفُسْطاطِ؛ الفُسْطاطُ: المِصْرُ الجامِعُ، ويَدُ اللهِ كناية عن الحِفظ والدِّفاع عن أَهل المصر
Hədisdə Allahın əli hifz və müdafiədən kinayədir...

وفي التنزيل العزيز: أُولي الأَيدي والأَبْصار؛ قيل: معناه أُولي القُوَّة والعقول.
Quranda: Əllər və bəsirət sahibləri. Deyilir: Qüvvət və bəsirət sahibləri

والعرب تقول: ما لي به يَدٌ أَي ما لي به قُوَّة، وما لي به يَدانِ، وما لهم بذلك أَيْدٍ أَي قُوَّةٌ،
Ərəb deyir: Mənim ona əlim yoxdur, yə`ni mənim ona qüvvətim yoxdur. Mənim ona 2 əlim (qüvvətim)yoxdur. Onların buna əli yoxdur, yə`ni qüvvələri.

ابن الأَعرابي: اليَدُ النِّعْمةُ، واليَدُ القُوَّةُ، واليَدُ القُدْرة، واليَدُ المِلْكُ، واليَدُ السُلْطانُ، واليَدُ الطاعةُ، واليَدُ الجَماعةُ،
İbn A`rabi: "Əl-yəd" ne`mət, qüvvə, qüdrət, mülk, sultan,...........

. وفي الحديث: أَنه، صلى الله عليه وسلم، قال في مناجاته ربه وهذه يدي لك أَي اسْتَسْلَمَتُ إِليك
Hədisdə: Peyğəmbər s.a.s. rəbbi ilə munacatında deyir: Bu əlim sənindir yə`ni sənə təslim oldum.

في حديث يأْجُوجَ ومأْجُوجَ: قد أَخْرَجْتُ عِباداً لِي لا يَدانِ لأَحَدٍ بِقِتالِهمْ أَي لا قُدْرَةَ ولا طاقَة
Yə`cuc və Mə`cucun hədisdə: Qullarımdan eləsinin xaric etdim ki, onlarla vuruşmağa heç birinin 2 əli yoxdur. Yə`ni qüdrəti və bacarığı.

ابن سيده: وقولهم لا يَدَيْنِ لك بها، معناه لا قُوّة لك بها
İbn Seydə: Sənin ona 2 əlin yoxdur, mə`nası sənin ona qüvvətin yoxdur.


İbn Əsir dedi:

وكل ما جاء في القرآن والحديث من إضافة اليد والأَيدي واليمين وغير ذلك من أَسماء الجوارح إلى الله عز وجل فإنما هو على سبيل المجاز

Quran və hədislərdə əl, əllər, sağ əl və s. kimi orqan adları Allaha izafə olunanda hamısı mə`cazi mə`nadadır.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#54 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 июля 2009 - 13:13

تفسير القرطبي
[url="http://"/"]محمد بن أحمد الأنصاري القرطبي[/url]


قوله تعالى : قال يا إبليس ما منعك أي صرفك وصدك " أن تسجد " أي عن أن تسجد لما خلقت بيدي أضاف خلقه إلى نفسه تكريما له ، وإن كان خالق كل شيء ، وهذا كما أضاف إلى نفسه الروح والبيت والناقة والمساجد . فخاطب الناس بما يعرفونه في [ ص: 204 ] تعاملهم ، فإن الرئيس من المخلوقين لا يباشر شيئا بيده إلا على سبيل الإعظام والتكرم ، فذكر اليد هنا بمعنى هذا . قال مجاهد : اليد هاهنا بمعنى التأكد والصلة ، مجازه لما خلقت أنا كقوله : ويبقى وجه ربك أي : يبقى ربك . وقيل : التشبيه في اليد في خلق الله تعالى دليل على أنه ليس بمعنى النعمة والقوة والقدرة ، وإنما هما صفتان من صفات ذاته تعالى . وقيل : أراد باليد القدرة ، يقال : ما لي بهذا الأمر يد . وما لي بالحمل الثقيل يدان . ويدل عليه أن الخلق لا يقع إلا بالقدرة بالإجماع . وقال الشاعر :

تحملت من عفراء ما ليس لي به ولا للجبال الراسيات يدان

وقيل : لما خلقت بيدي لما خلقت بغير واسطة



التحرير والتنوير
[url="http://""]محمد الطاهر ابن عاشور[/url]


وحكي هنا أن الله قال له لما خلقت بيدي أي : خلقته بقدرتي ، أي : خلقا خاصا دفعة ومباشرة لأمر التكوين ، فكان تعلق هذا التكوين أقرب من تعلقه بإيجاد الموجودات [ ص: 303 ] المرتبة لها أسباب تباشرها من حمل وولادة كما هو المعروف في تخلق الموجودات عن أصولها . ولا شك في أن خلق آدم فيه عناية زائدة وتشريف اتصال أقرب . فاليدان تمثيل لتكون آدم من مجرد أمر التكوين للطين بهيئة صنع الفخاري للإناء من طين إذ يسويه بيديه . وكان السلف يقرون أن اليدين صفة خاصة لله تعالى لورودهما في القرآن مع جزمهم بتنزيه الله عن مشابهة المخلوقات وعن الجسمية


التفسير الكبير المسمى البحر المحيط
[url="http://"/"]أثير الدين أبو عبد الله محمد بن يوسف الأندلسي[/url]


( خلقت بيدي ) ، على الإفراد ; والجمهور : على التثنية ; وقرئ ( بيدي ) كقراءة ( بمصرخي ) ; وقال تعالى : ( مما عملت أيدينا ) بالجمع ، وكلها عبارة عن القدرة والقوة ، وعبر باليد ، إذ كان عند البشر معتادا أن البطش والقوة باليد .
وذهب
القاضي أبو بكر بن الطيب إلى أن اليد صفة ذات . قال ابن عطية : وهو قول مرغوب عنه



فتح القدير الجامع بين فني الرواية والدراية
[url="http://"/"]محمد بن علي بن محمد الشوكاني[/url]

قال يا إبليس ما منعك أن تسجد لما خلقت بيدي أي : ما صرفك وصدك عن السجود لما توليت خلقه من غير واسطة ، وأضاف خلقه إلى نفسه تكريما له وتشريفا ، مع أنه - سبحانه - خالق كل شيء كما أضاف إلى نفسه الروح ، والبيت ، والناقة ، والمساجد . قال مجاهد : اليد هنا بمعنى التأكيد والصلة مجازا كقوله : ويبقى وجه ربك [ الرحمن : 27 ] .
وقيل : أراد باليد القدرة ، يقال : ما لي بهذا الأمر يد ، وما لي به يدان أي : قدرة ، ومنه قول الشاعر :

تحملت من ذلفاء ما ليس لي يد ولا للجبال الراسيات يدان


وقيل : التثنية في اليد للدلالة على أنها ليس بمعنى القوة والقدرة ، بل للدلالة على أنهما صفتان من صفات ذاته - سبحانه - ، و " ما " في قوله " لما خلقت " هي المصدرية أو الموصولة .


Yuxarıda kopyaladığım 4 əhli-sünnə təfsirlərini sonra vaxtım olanda tərcümə edəcəm. Hələlik isə:

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir.( Allah) onu torpaqdan yaratdı, sonra isə ona "Ol!"– dedi, o da oldu.


Sual:


Allah İsa a.s.-ı da 2 əli ilə yaradıb?
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#55 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 09 июля 2009 - 22:12

Heç olmasa əvvəlki xətanı əl-Cövhəri ilə yola verirdin, amma sonuncu xətan isə müsibətdir. İki söz arasındakı fərqi də bilmirsən:Sənə bir qədər daha aydın göstərim. Birinci söz:
أيدٍ əlif-ləm ilə yazıldıqda: الأيدي yəni, bu söz يد sözünün cəmidir.
İkinci söz:
أيدٌ əlif-ləm ilə yazılanda da eyni şeydir: الأيدُ bu söz isə sadəcə "qüvvət" deməkdir.

Nəsə, sənə nəsihətim vardır. Hər şeydən əvvəl normal şakildə müzakirə etməyi öyrən, çünki sənin müzakirə metodun budur ki, bacardığın qədər çox şey yazmaqdır və nəyin mövzuya aidiyyatı olub olmaması sanki əhəmiyyət kəsb etmir.
Sözümü sənə dedim, bəzi şeylərdə düzəliş et...sonra səninlə məmnuniyyətlə müzakirə edərik...

#56 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 09 июля 2009 - 22:25

Maraqlı tərəf budur ki, İmam ər-Rida – radiyallahu anhu – bu hədisi inkar etmir, sadəcə bunun anlaşılmaz olduğunu deyir. Bizim hənbəli alimlərimizdən bir çoxu bu yöndə gəlmiş bir çox batil hədisi qəbul ediblər, lakin onlardan heç biri cism, orqan və buna bənzər təşbih etiqadında olmayıblar. Sadəcə bunları Allahın sifətləri kimi qəbul edib, iman gətirib, keyfiyyətini düşünməyə çalışmayıblar və həqiqətini Qiyamət gününə saxlayırlar. Görəsən bunun harası təşbihdir?! Əgər sizin məntiqinizlə getsək gərək İmam ər-Rida haqqında da eyni cür danışaq, haşa, onlar belə şeydən uzaqdırlar. Kitablarınız da bundan da münkər sözlər gəlmişdir, üstəlik ilk alimləriniz həmin hədisləri qəbul edirlər. Misal vermək istərdim, lakin misala ehtiyac yoxdur...

henbəli icazənlə sual vermək istərdim.bəri başdan deyim ki,mən indiki şiyələrdən deyiləm
1.imam rza deyəndə şiyələrin imamını nəzərdə tutursan?yəni o qıvrım saç hədisinin zahiri mənasını qəbul ebib ?
2.hənbəli alimləriviz bu hədisi qəbul edəndə cahil olublar ? yəni sən bu hədisin batil olduğunu bildin,lakin alimlər bilmədi ?
3.sənə elə gəlmir ki,Allah sənə daha çox furqan verib ? yəni sən alimlərdən üstün olduğu üçün Allah sənə bunu verib,əks halda bu o alimlərdə də olardı.

Qeyd: Bu işdə köməyinə görə dostumuz sələfi Salahuddinə təşəkkürümü bildirirəm. Salahuddin yazır: Burada isə Allahu Təalənin əlinin həqiqi mənada olduğuna dair isbat vardır və bu isə əlin qüdrət və ya nemət anlamında olmadığını göstərir.
Rabia bin Amr əl-Cərşi zamanının məşhur imamlarındadır. Tabii nəslinin böyüklərindən olmuşdur. əl-Vaqidi onun hətta səhabə olduğunu da söyləmişdir. Lakin digərləri bunu inkar ediblər. Şam əhlindəndir. Hicri 64-cü ildə vəfat etmişdir.

Yəqin Allahıniz o biri əlini sizə qapaz vurmaq üçün saxlayır

birdəki abu sufyan ordusu bu din kiməsə məzələnmək üçün gəlməyib.
əksinə sənin bu cür yazmaqun insanların sənin və şiyələrin ciddi olmadığını göstərir ,yəni qapaz,çırtma
sözlərini deyirəm.
və bəlkədə bu bir səbələrdən biridir ki, insanlar sənin yazılarını haqq kimi qəbul etmırlər
Ancaq doğurdanda yazılarında hardasa haqqı deyirsən,yəni hənbəli adlı yuzer imam rzanın sözlərinə görə cahil müşrük hökmündədır
yəni bir az ciddi ol kı,haqqı axtaranlar sənin cəddı olduğuvu qəbul etsin
əgər sən müşrüklərin üzərində olan Allahın qəzəbini hiss etsəydin öz qəlbində sən bu Allah qapaz vurur sözünə peşman olardan deməyinə
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#57 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 09 июля 2009 - 22:57

Ahmed
Mən İmam Ridadan gətirilən o söhbətə inanmıram, lakin misal olaraq Əbu Sufyana gətirdim ki, heç olmasa dayanıb yüz dəfə ölçsün sonra biçsin! Mən ona dedim ki, bu barədə öz kitablarından başqa hədislər də gətirə bilərəm və sizin öz alimlərinizin həmin hədislərin səhihliyinə etiqad etdiyini də isbat etmək olar. Sonra eynilə sənin metodunla sual verə bilərəm ki, sizin alimləriniz cahil idi? Yoxsa sən öz alimlərinizdən daha yaxşı bilirsən...

İkincisi isə mən alimlərimizdən bəzilərinin sözlərini digərlərinin sözləri inkar etmişəm...

Qısacası, Ahmed, mövzu barədə yazacağın bir şey varsa buyur...

#58 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 09 июля 2009 - 23:19

Ancaq doğurdanda yazılarında hardasa haqqı deyirsən,yəni hənbəli adlı yuzer imam rzanın sözlərinə görə cahil müşrük hökmündədır

Sözlərinizə diqqət edin və qaydaları yenidən oxuyun. Bu forumda kiməsə bu cür sözləri aid etmək qadağandır. Bir dəfə Sizə artıq xəbərdarlıq etmişdim. Bunu təkrarlamayın.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#59 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 09 июля 2009 - 23:22

Sözümü sənə dedim, bəzi şeylərdə düzəliş et...sonra səninlə məmnuniyyətlə müzakirə edərik...

Salam aleykum. Vaxtınız olsa mənim verdiyim suala da cavab yazın. Сообщение #43
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#60 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 09 июля 2009 - 23:33

Mən nasibiliyin küfr olduğunu yazdım, lakin millətdən çıxaran küfr olduğunu yazmadım. Küfr olduğunu yazdım çünki səhih hədislərdə sabit olmuşdur ki, Əliyə qarşı kin və nifrət nifaq əlamətidir.
Əgər kimsə əhli-beytə onların peyğəmbərin - salləllahu aleyhi va səlləm - sevimliləri olduğuna görə düşmənçilik edərsə, belələrinin kafir olmasında heç bir alim ixtilaf etmir.
Lakin kimsə Əhli-Beytdən hər hansı birilə şəxsi zəmində düşmənçilik edərsə...belə biri doğru görüşə görə kafir deyildir. əl-Buxarinin raviləri içində nasibilikdə ittiham olunan ravilər vardır və onlar nasibilikdə ona görə ittiham olunurlar ki, Həzrəti Əliyə qarşı ədavətləri olub, bunun isə səbəbi Həzrəti Əlinin onların qohumlarını döyüşdə qətl etməsidir. Ona görə də Şam əhli arasında bu şəkildə nasibilik yayılmışdı.
Əhli-Sünnət alimlərin İmam əş-Şəvkani "İrşadul-Ğabi" kitabında nasibiləri mütləq olaraq təkfir etmişdir.
Bir də əl-Buxari əs-Səhihində şiyələrdən də rəvayət etmişdir, əl-Buxari belələrindən rəvayəti caiz görür, əl-Buxariyə görə təvil ilə bidətə düşən kəs və bununla belə sözündə ədalətli və hifzində sabit biri ilə havasına tabe olan bidət əhli arasında fərq vardır. Doğrusunu Allah bilir!




Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru