Sənin sualına bir daha cavab verirəm.
Quranı Kərimdə “əl” sifəti üç şəkildə gəlmişdir. Birinci tək olaraq gəlir:
وَقَالَتْ الْيَهُودُ يَدُ اللَّهِ مَغْلُولَةٌ“Yəhudilər dedilər ki, Allahın əli bağlıdır.”
Digər ayələrdə isə “musənnə” olaraq gəlmişdir:
لِمَا خَلَقْتُ بِيَدَيَّ“İki əlimlə yaratdığıma…”
بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ“Əksinə iki əli də açıqdır..”
Başqa ayələrdə isə cəm şəklində gəlmişdir:
مِمَّا عَمِلَتْ أَيْدِينَا“Əllərimizin etdiklərindən...”
Sual verən soruşdu ki, nə üçün Allah əllər sözünü cəm şəklində işlədir və onun dediyinə görə “cəm” şəkli ərəb dilində ən az üç sayına dəlalət edir.
Bunun cavabı belədir: Kəlimənin musənnə şəklində gəlməsi açıq bir nassdır. Mufrəd şəkildə gəlməsi isə “cins” ifadə edir və ərəblər mufrəd şəklini sayca daha çox şey üçün istifadə edərkən bununla cins qəsd olunur.
“Əl” sözü isə cəm şəklində gəlməsinə baxmayaraq, yenə də “iki” sayına dəlalət edir. Bunu iki yöndən izah etmək olar.
Birinci: Lüğət alimlərindən bir qrupa görə cəm şəkli say etibarı ilə ən azı “iki”yə dəlalət edir. Yəni, onlara görə ikini qəsd edərək cəm şəklini istifadə etmək olar və bunun üçün Qurandan bəzi ayələri dəlil gətirirlər: məs Allahu Taələ Quran Aişə və Hafsa barəsində deyir:
إن تتوبا إلى الله فقد صغت قلوبكما “Əgər Allaha tövbə etsəniz. Çünki qəlbləriniz meyl etmişdir..”
Burada Allah iki qəlbə cəm şəkli istifadə etmişdir. Aydındır ki, Aişənin bir qəlbi və Hafsanın da bir qəlbi mövcuddur və iki nəfərin iki qəlbi olacaqdır. Alimlərin bu qrupuna görə cəm şəkli ən az “iki” sayına dəlalət edir. Lakin lüğət alimlərinin əksəriyyəti onlarla razılaşmırlar. Onlara görə yuxarıdakı ayə və digər bəzi ayələr nəhv illətinə görə cəm şəklində gəlmişdir. Onlar deyirlər: Əgər müsənnə cəm damirinə və ya müsənnə damirinə izafə olunarsa, sözü müsənnə deyil, cəm şəklində söyləmək daha fasihdir, lakin müsənnə olaraq da söyləmək olar. Yəni “
قلوبكما” daha fasihdir və bu, Quranda gəlmişdir. Lakin “
قلباكما” şəklində də söyləmək olar.
Əgər birinci qrup alimlərin sözünə dayansaq, ortada heç bir işkal qalmır, çünki onlara görə cəm şəkli ən az “iki” sayına dəlalət edir. Lakin lüğət alimlərinin əksəriyyətinə əsaslansaq, onların izah etdikləri kimi “
أَيْدِينَا” sözündə də “iki əlimiz” anlaşılmalıdır. Bunun cəm şəklində gəlməsinin səbəbi isə yuxarıda söylədiyim kimi, cəm damirinə izafə olması səbəbilədir. Yəni “bizim iki əlimiz” sözü daha fasih dildə “
أيدينا” şəklində deyilir. Lakin “
يدانا” şəklində də söyləmək olar.
Bu izah etdiklərim lüğət baxımından yanaşmadır. Şəri yanaşma isə fərqli mövzudur.
Daha sonra isə sual verən başqa bir ayəni ortaya atmışdır.
والسماءَ بَنيناها بأيْدٍ“Səmanı da qüvvəmizlə bina etdik!”
Onun iddiasına görə buradakı “
أيد” sözü “əl” sözünün cəm şəklidir. Mən isə belə bir iddianın qafillik olduğunu dedim və ona qısa bir izah verdim. Əksinə o, mənim dediyim izah üzərində düşünsəydi heç bir problemi qalmazdı. Lakin öz adəti üzərinə inadkarlığına davam etdi. “Abu Sufyan ordusu” daha sonra öz sözünü dəstəkləmək üçün lüğət alimlərindən olan əl-Cövhərinin sözünü gətirmiş və daha sonra böyür-başını düzəltmək üçün Vasif Məmmədəliyev ilə Ziya Bünyadovun tərcüməsini misal vermişdir.
Qaldı ki, “əl-Cövhəri” məsələsinə...Abu Sufyan ordusu yenə bununla elə təəssürat oyatmaq istəyir ki, sanki bu məsələdə alimlər arasında ixtilaf vardır. Lakin həqiqət belədir ki, alimlər arasında məsələdə ixtilaf yoxdur. Bunu bir neçə cür izah edəcəm inşəAllah!
Lüğət alimləri əl-Cövhərinin “əs-Sihəh” əsərini çox tərifləmişlər, lakin bununla belə orada xətaların və vəhmlərin də olduğunu qeyd ediblər. Əlsində “əs-Sihəh” əsərinə iyirmidən çox alim haşiyə və ixtisarlar yazaraq düzəlişlər ediblər.
Və “Kəşf əz-Zunun” sahibi deyir: “İmam Əbu Muhamməd Abdullah bin Bəri “əs-Sihah” kitabına haşiyə yazmış və bu haşiyəsində “şin” hərfinə qədər çatmışdır. Deyirlər: Adını “ət-Tənbih val-İfsah ammə vaqaə min əl-Vəhm fi Kitəb əs-Sihəh” qoymuşdur.”
İmam ibn Bəri bu kitabını yazaraq əl-Cövhəri’nin bir çox xətalarına düzəliş etmişdir. “əs-Sihəh” kitabına ondan başqa alimlər də haşiyələr yazmışdır. Bu alimlərin adları üçün “Kəşf əz-Zunun” kitabında əl-Cövhəri’nin tərcümeyi halına müraciət et. Bu kitabı bir də İmam Muhamməd bin Əbi Bəkr bin Abdulqadir ər-Razi ixtisar etmiş və adını “Muxtar əs-Sihəh” qoymuşdur. Kitaba bir çox düzəlişlər etmiş və vəznləri tədbit etmişdir. əl-Cöhhəri’nin “əs-Sihəh” kitabında etdiyi xətalardan biri də məhz sənin gətirdiyin sözlərdir və İmam ər-Razi yuxarıdakı sözlərdən sonra deyir:
قلت قوله تعالى { بِأَيْد } أي بقوة وهو مصدر آد يئيد إذا قوي وليس جمعا ليد ليذكر هنا بل موضعه باب الدال وقد نص الأزهري على هذه الآية في الأيد بمعنى المصدر ولا أعرف أحدا من أئمة اللغة أو التفسير ذهب إلى ما ذهب إليه الجوهري من أنها جمع يد“Deyirəm: Allahu Təalənin “biƏydin” sözünün anlamı “qüvvətimlə” deməkdir. Və bu söz bir şeyin güclənməsi üçün istifadə olunan “آد” və “يئيد” felinin məsdəridir. “Əl” sözünün cəm şəkli deyildir ki, burada qeyd olunsun, əksinə onun yeri “dəl” babındadır və əl-Əzhari bu ayə barəsində “əlƏyd” sözündə bir mənalı olaraq bunun məsdər olduğunu qeyd etmişdir. Lüğət və təfsir alimlərindən hər hansı birinin əl-Cövhərinin dediyi kimi bunun “əl” sözünün cəm olması görüşünü qəbul etdiyini bilmirəm.”Məsələ aydındır, əl-Cövhəri xəta etmişdir. Çünki ərəb dilində belə bir şey ya məsmu’ olaraq, ya da qiyas olaraq bilinə bilər, lakin belə bir iddia heç bir qayda ilə uyğun gəlmir. Bu şübhələr bəzi avam mötəzili, qədəri, cəhmi firqələri tərəfindən ortaya atılmışdır. İmam Əbul-Həsən əl-Əşari – rahiməhullah – “əl-İbanə” adlı kitabında deyir:
وقد اعتل معتل بقول الله تعالى ( 1 / 130 ) : ( والسماء بنيناها بأيد ) من الآية ( 47 / 51 ) قالوا : الأيد القوة فوجب أن يكون معنى قوله تعالى : ( بيدي ) بقدرتي قيل لهم : هذا التأويل فاسد من وجوه :
أحدها : أن الأيد ليس جمع لليد لأن جمع يد أيدي وجمع اليد التي هي نعمة أيادي وإنما قال تعالى : ( لما خلقت بيدي ) من الآية ( 75 / 38 ) فبطل بذلك أن يكون معنى قوله : ( بيدي ) معنى قوله : ( بنيناها بأيد“Allahu Təalənin “Səmanı da qüvvəmizlə bina etdik” ayəsinin dəlil gətirərək deyirlər ki, ayədəki “əlƏyd” sözü qüvvət anlamındadır, o zaman Allahın “iki əlimlə” sözü də “qüdrətimlə” mənasında olmalıdır. Onlara belə cavab verilir: Belə bir təvil bir neçə yöndən fasiddir:
Birinci: “əlƏyd” əl sözünün cəm şəkli deyildir, çünki “əl” sözünün cəm şəkli “أيدي“ -dir və nemət mənasında olan “اليد” sözünün cəm şəkli isə “أيادي” dir. Allahu Təalə “iki əlimlə yaratdığıma” deyərkən bununla “iki əlim” sözünün “qüvvət ilə bina etdik” sözündəki məna olması batil bir izahdır.” (əl-Əşari, “əl-İbanə” 1/129
)
Sual verə bilərlər ki, necə olur ki, əl-Cövhəri kimi alim belə xətaya yol verə bilir?! Buna belə cavab vermək olar:
Ola bilsin ki, bu xəta onun xətası deyildir, lakin tələbələrinin xətasıdır. Çünki məlumdur ki, əl-Cövhəri həyatının sonunda dəli olmuş və bu şəkildə vəfat etmişdir. Vəfat etdikdə “əs-Sihəh” kitabı vərəqlərdə qara-qura içində idi və onun tələbəsi bunu yenidən qələmə almışdır. “Əbcəd əl-Ulum” sahibi deyir (3/8) “Öldükdən sonra “əs-Sihəh” kitabı qaralama içində qaldı və onun tələbəsi İbrahim bin Salah bunu yenidən köçürdü və bir çox yerdə xətalar etdi.”
Digər səbəb isə alimlərin öz etiqadlarına uyğun olaraq lüğət elmində xətalı ictihadlar etməsidir. Belə misallar çoxdur və bunların ən çoxu isə əz-Zəməxşari kimi mötəzili alimin lüğət elminə mötəzilənin fikirlərini daxil etməsidir. Məsələn “bismilləh” sözündəki “bə” hərfinin istianə yoxsa musahəbə üçün olması barədə görüş. Əz-Zəmaxşari “əl-Kəşşaf”da bunun musahəbə üçün gəldiyini deyir, çünki mötəziləyə görə insan əməllərində sərbəstdir və buna görə də əz-Zəmaxşəri bunun istianə üçün olmasını uyğun görməmişdir. Yaxud da ona görə “
لن” təbid ifadə edir, bu isə yenə onun mötəzili əqidəsi ilə bağlı olaraq lüğətə daxil etdiyi fikirlərdəndir. Ona görə də əl-Bilqini deyir ki, “əl-Kəşşaf” kitabından itizalat fikirlərini maqqaşla bir-bir çıxarmışdır.
Eyni şey əl-Cövhərinin şanı üçün də mümkündür, o da digər alimlər kimi etiqadına əsasən lüğət elmində xətalar edə bilər, xüsusilə də əgər bu sözü ondan başqa lüğət aliminin demədiyini bildikdən sonra xəta etməsində şübhə qalmır. Məlumat üçün onu da qeyd edim ki, əl-Cövhəri əqidədə mötəzili olmuşdur və ona təşəyyu nisbət olunur.
Lakin bütün bunları yazmağa daha əvvəldən ehtiyac yox idi, çünki mən sənə açıq-aydın bir dəlil verdim. Sənə dedim ki, heç bir alim bu ayəni mütəşabih ayələrdən saymır. Sən deyəsən mənim bu sözümü anlamamısan, sözümün mənası budur ki, əgər ayədəki “əlƏyd” sözü əl sözünün cəm şəkli olsaydı, o zaman alimlər bunu mütəşabih ayələrdən sayardılar, necəki “əl” sözünün keçdiyi digər ayələri mütəşabihlərdən sayırlar. Sənə dediyim bu izah mövzunun əvvəlindən sənə kifayət etməli idi, lakin görürəm ki, kifayət etməmişdir.
Daha sonra isə “yəd” sözünün “məhmuzul-fə” olub olmaması barədə ixtilaf olduğunu qeyd edirsən. İlk növbədə bunu nə üçün ortaya atdığını anlamıram, çünki “məhmuzul-fə” olsa da, olmasa da ixtilaf sözün ilk hərfində deyildir. İkincisi isə, bu sözün “məhmuzul-fə” olması barədə heç bir ixtilaf yoxdur. Əgər sən bununla ərəblərin “
قَطَعَ اللهُ أَدَيْه” sözünü qəsd edirsənsə, bununla heç bir ixtilaf ortaya çıxmır. İbn Cinni rəvayət edərək Əbi Əli’nin belə dediyini nəql edir: “Bu bir şey deyildir!” Yəni, bunda heç bir dəlil yoxdur...Bunun üçün “Lisanul-Arab” kitabına bax.
Bir də burda "əl" sözünün haradan əmələ gəlməsi barədə bir dastandan danışdın, nəzərə alsaq ki, onsuzda vaxtının çoxunu boş-boş şeylər yazmaqla yazılarını çoxaldırsan, o zaman gəl tənbəllik etmə və həmin dastanı da yerləşdir. Görək nə dastanıdır...
Artıq bütün mövzunu qarışdırmısan bir-birinə və həmin dastanı burada yazmasan səninlə davam etmək fikrim yoxdur...
Üzümü tutub səmimi kəslərə bir söz demək istəyirəm. Mövzu boyu həs kəs göstərməyib ki, əhli-sünnət alimləri təşbihə və ya təcsimə inanırlar. İndi mən əhli-sünnət olaraq bu iddianı inkar etdim və bu barədə izah yazdım. Əgər kimsə bunun əksini sübut edə bilirsə, buyursun...onu da deyim ki, internete tez-tez gire bilmirem...vaxt olan kimi cavab yazaram. Lakin bu hayküyçü "Abu Sufyan ordusu" kimi etməməyi xahiş edirəm.
Allah amanında!
Qırmızı rənglə yalmız administrasiya yaza bilər. Sizə xəbərdarlıq edirəm! Qaydaları oxuyun.