Перейти к содержимому


Фотография

Vəhhabilərin "allah"ı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 329

#1 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 Май 2009 - 22:36

Прикрепленный файл  2016427715722436.jpg   85,05К   202 Количество загрузок: Прикрепленный файл  211827714662436.jpg   53,33К   189 Количество загрузок: Прикрепленный файл  2016427720542436.jpg   59,96К   135 Количество загрузок: Прикрепленный файл  20062427852202436.jpg   47,25К   114 Количество загрузок:

Yuxarıda şəkillərdə muşahidə etdiyiniz kitab "İbtalut-Tə`vilat li Əxbaris-Sifat" adlanır. Kitabın muəllifi Abu Ya`lə b. Muhamməd b. Huseyn b. Muhamməd b. Əl-Fərradır. Bu kitabin 143-cü səhifəsində olan bir hədisi nəzərinizə çatdırmaq istəyirəm.

Qatadə Ikrimədən, Ikrimə İbn Abbasdan rəvayət edir: Rasulallah buyurdu: "Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşıl bağda gördüm".

144-cü səhifəsində:

Əbu Bəkr Əhməd b. Muhamməd b. Abdullah b. Sədəqə Əl-Bağdadi dedi: "Ikrimənin hədisinə iman etməyən şəxs zındığdır".

Əbu Zər`ə Ər-Razi dedi: "Kim Qatadənin Ikrimədən, Ikrimənin İbn Abbasdan rəvayət etdiyi "Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşil bağda gördüm" hədisini inkar etsə mu`təzilidir".

145-ci səhifəsində:

Əhməd b. Hənbəl (bu hədis barədə) dedi: "Kim hədisə və ya hədisdə olan bir şeyə şəkk etsə cəhmidir. Onun şəhadəti qəbul olunmaz, ona salam verilməz, xəstələndikdə ziyarətinə gedilməz".


Bu hədisdə təsvir edilən mə`buda iman gətirənlərdən xahiş edirik, aşağidakı suallara cavab verin:

1. Mə`budunuz üzü tüksüz, sallanmış qıvrım saçlı, göyçək oğlandırsa Sizin bütpərəstlərdən fərqiniz nədir?

2. Nəyə görə onun timsalını düzəldib evinizə qoymayırsınız? Bunun vasitəsilə Siz kiçik yaşlı uşaqlarınıza mə`budunuzu daha tez tanıda bilərsiniz.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#2 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 Май 2009 - 00:33

Прикрепленный файл  exista1.gif   19,96К   78 Количество загрузок:

Yuxarıda gordüyünüz yazı İbn Baza məxsusdur.

ALLAH əzzə və cəllə hər yerdədirmi?

Sual: Allah hər yərdədir deyənə necə cavab verək və həmin şəxsin hökmü nədir?

Cavab: Birincisi Əhli-sunnə vəl-cəmaətin eqidəsinə gorə Allah zati ile öz ərşinə ucalmışdır. O, (Allah) bu aləmdə deyil, əksinə ondan ayrıdır. O, hər şeydən xəbərdardır. Nə yerdə olanlar, nə də ki göydə olanlar ondan gizli deyil. Allah buyurur: "Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır". ".....Ər-Rəhman Ərşə ucaldı." "............sonra da Ərşə ucaldı. O, ər-Rəhmandır. Bunu biləndən soruş!" "O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı." "...............Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur." Onun yaratdıqlarından ucada olmağına Quranın ondan nazil olmağı dəlalət edir. Nazil olmaq yalniz yuxarıdan aşağiya doğru olur. Allah buyurur: "Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik."...........................................................................
......

İkincisi. Kim Allahın hər yerdə olduğuna etiqad etsə "Hululi"dir. Ona əvvəldə gələn Allahın ucada olduğu, Öz ərşinə ucaldığı, yaratdıqlarından ayrı olduğu kimi dəlillər ilə cavab vermək lazımdır. Əgər (yuxarıda gətirdiyimiz) kitab və sünnədəki dəlillərə tabe olsa oldu, əks halda o, kafir ve islamdan çıxmışdır.
___________________
Xatirladım ki, Quran ayələrinin tərcuməsi Əlixan Musayevə məxsusdur. (Onların iddiaları ilə uyğun olması üçün mənz onun tərcuməsindən istifadə etmişəm)

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#3 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 07 Май 2009 - 00:51

Bes dem vururlar ki, biz Allahı heç neye benzetmirik...Bundan artıq şirk nece olur?

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#4 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 Май 2009 - 10:59

Yuxarıda yazılanları yə`ni cavan oğlan, yuxarıda olmaq, aləmdən ayrı olmaq ve hələ yazmadığım uz, ayaq, əl, barmaq, qaçmaq və s. kimi sifətləri nəzərə alaraq vəhhabilərin mə`budlarının foto kopyasını nəzərinizə зatdırıram. Səhvimiz olsa xahiş edirik vəhhabilər demiş "ozunə layiq" duzəlişlərini etsinlər.

Прикрепленный файл  3arsh.jpg   9,55К   170 Количество загрузок:

Сообщение отредактировал al-Fath: 04 Август 2010 - 12:51

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#5 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 11 Май 2009 - 13:23

Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz
Biz inanırıq ki, Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözlə görülmək cismin xüsusiyyətlərindəndir. Gözlə görülən hər bir varlıq, məkan və zaman hüdudlarında qərarlaşmalı, müəyyən bir rəngə və surətə malik olmalıdır. Bütün bu xüsusiyyətlər Allahın yaratdığı cisimlərə, varlıqlara məxsus olan xüsusiyyətlərdir. Allah-təala isə öz yaratdığı məxluqların maddi xüsusiyyətlərindən uzaq və pakdır. (Çünki məxluqatın malik olduğu bu sifətlər, birbaşa onların naqis və öz məkan, zaman forma və rənglərinə ehtiyaclı olduğunu yetirir. Allah-təala isə hər növ miqyas və ölçüdən uzaqdır, ehtiyacsızdır.)
Deməli, Allah-təalanı görməyə, müşahidə etməyə olan etiqad, bir növ şirkə düçar olmaq deməkdir. Qurani-kərim buyurur; “Gözlər Onu görməz. Lakin O, bütün gözləri görür. O, bağışlayan və mehribandır.” (Ənam, 103)
Məhz elə buna görə də, Bəni-İsrail qövmünün bəhanə axtaran baş bilənləri Musa (ə)-a Allahı görmək istədiklərini bildirdilər. Və ondan Allahı onlara göstərməsini tələb etdilər; “Əgər Allahı aşkar olaraq görməsək, sənə iman gətirməyəcəyik!” (Bəqərə, 55) Musa (ə) onları Tur dağına apardı və onların tələblərini Allaha söylədi. Allah-təala isə onlara belə cavab verdi:
“Əsla (heç vaxt) məni görə bilməyəcəksən! O dağa bax. Əgər o, yerində salim qalarsa, sən də, məni görəcəksən. Sonra Rəbbi dağa təcəlli edib, onu yerlə-yeksan etdi. Musa bayılıb yerə düşdü. O, özünə gələrkən dedi: “Ey Tanrım, Sən gözlə görülməkdən uzaq və paksan! Sənə tərəf qayıtdım (tövbə etdim). Mən iman gətirənlərin ilkiyəm.” (Əraf, 143).
Əziz oxucu, bütün bunlar Allahın gözlə görülməsinin qeyri-mümkünlüyünə bir dəlildir.
Bizim etiqadımıza əsasən, əgər bəzi ayələrdə və İslami rəvayətlərdə “Allahı görməkdən” söhbət olunursa da, bundan məqsəd Allah-təalanı batini gözlə görməkdir. Onu qəlbən “görüb” dərk etməkdir.
“Bir nəfər Həzrət Əli (ə)-dan soruşdu: “Ey möminlərin ağası, söylə görüm, həç öz Allahını görmüsənmi?” İmam Əli (ə) belə cavab verdi: “Görmədiyim varlığamı ibadət edim? (Yəni mən görmədiyim varlığa ibadət etmərəm!) Sonra isə buyurdu: “Əsla Onu gözlər görməz, müşahidə edə bilməz. Amma qəlblər Onu iman gözü ilə dərk edər.” (“Nəhcul-bəlağə”, 179-cu xütbə).
Biz inanırıq ki, məxluqatın xüsusiyyətlərini (məkan, zaman, cismiyyət, gözlə görülmək, forma, quruluş və s.) Allaha nisbət vermək, bir daha Onu düzgün tanımadığımızdan xəbər verir. Və bu iş bir növ şirk sayılır. O, bütün varlıqlardan və onlara nisbət verilən sifətlərdən uca və pakdır. Heç bir varlıq Ona bənzəməyir. O, bənzərsiz bir xaliqdir.

#6 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 17 Май 2009 - 01:45

Əhməd b. Hənbəl (bu hədis barədə) dedi: "Kim hədisə və ya hədisdə olan bir şeyə şəkk etsə cəhmidir. Onun şəhadəti qəbul olunmaz, ona salam verilməz, xəstələndikdə ziyarətinə gedilməz".


abu sufyan ,əhməd bin hənbəl hansı kitabında bu hədisə fikrini bildirir?
2 ci bu "İbtalut-Tə`vilat li Əxbaris-Sifat" Kitabının muəllifi Abu Yə`lə b. Muhamməd b. Huseyn b. Muhamməd b. Əl-Fərra ola bilıəz ki, bu hədisi özü uydurub yazıb kitabında kı,
filan alim bu hədisə səhih dedi ve sair . yəni belə ehtimal var ?
çünkü bu alimin hədis alimi kimi adını 1 ci dəfə eşidirəm .
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#7 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 29 Май 2009 - 17:33

abu sufyan ,əhməd bin hənbəl hansı kitabında bu hədisə fikrini bildirir?


Əhməd b. Hənbəlin hansı kitabda rəvayət etdiyini bilmirəm. Tapsam bura yerləşdirərəm. Abu Ya`lə öz kitabında bunu qeyd edib.

2 ci bu kitabın müəllifi "İbtalut-Tə`vilat li Əxbaris-Sifat" adlanır. Kitabın muəllifi Abu Ya`lə b. Muhamməd b. Huseyn b. Muhamməd b. Əl-Fərra ola bilıəz ki, bu hədisi özü uydurub yazıb kitabında kı,
filan alim bu hədisə səhih dedi ve sair . yəni belə ehtimal var ?

çünkü bu alimin hədis alimi kimi adını 1 ci dəfə eşidirəm .



Xeyr. Belə bir ehtimal yoxdur. Abu Ya`lə Al-Fərra Əl-Bağdadi Hənbəli məzhəbinin böyük alimlərindən hesab olunur.

Onun barədə bir iki kəlmə yazım qalan materiyala isə ssilka verirəm.

Qazi Əbu Ya`lə Muhammad b. Huseyn b. Muhammad b. Xələf b Əhməd Əl-Bağdadı Əl-Hənbəli Əl-Fərra. İmam, əllamə, hənbəli məzhəbinin şeyxi və s. Hicri 380-ci illərin əvvəlində anadan olub hicri 458-ci ildə isə vəfat edib. Guya öz zamanında İraqın alimi olub. Fiqh, usul, Quran və təfsir elmini bilirmiş. Alimlər ilə onun arasında fitnə olur.
"Əhkamul-Quran", "Məsailul-Quran", "Uyunul-Məsail" və s. kitabların müəllifidir.....

Əbu Ya`lə Muhammad Əl-Fərra

Həmçının bu hədisin dıgər versiyasının hansı hədis alimlərinin rəvayət etdiklərini bilmək üçün Zəhəbinin məşhur "Siyər Ə`lamin-Nubəla" kitabına baxa bilərsən.

"Siyər Ə`lamin-Nubəla" 10/602,603

Сообщение отредактировал Abu Sufyan ordusu: 30 Июль 2009 - 18:56

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#8 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 30 Май 2009 - 02:55

Hədisin digər versiyası dedikdə Ummut-Tufeyldən olan hədisi nəzərdə tuturam. Zəhəbi bu hədisin Tirmizi və s. rəvayət etdiyini yazır. Albani İbn Abu Asimin sünnəsinə təliqəsində bu hədisin səhih olduğunu bildirib. Təəssüf ki, internet versiyasını tapa bilmədiyimdən ssılka verə bilmirəm. Albani aşiqlərindən xahiş etsək bəlkə taparlar.

سمعت رسول الله صلى الله عليه و سلم يذكر أنه رأى ربه عز وجل في المنام في أحسن صورة : شابا ، موفرا ، رجلاه في خضرة ، عليه نعلان من ذهب ، على وجهه فراش من ذهب

Eşitdim ki, Rasulallah s.a.s rəbbini yuxuda ən gözəl surətdə: cavan, uzun sallanmış saçları, ayaqlarında qızıl şəp-şəpilər yaşıl otluqda dayanmış, üzündə qızıldan örtük var ikən gördüyünü deyir.

Сообщение отредактировал Abu Sufyan ordusu: 03 Июль 2009 - 07:23

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#9 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 30 Май 2009 - 03:06

Deyləmi "Firdovsul-Əxbar" kitabının 1-cild 219-cu səhifəsində İbn Ömərdən rəvayət edərək yazır:

إن الله عز وجل ملء عرشه يفضل منه كما يدور العرش أربعة أصابع بأصابع الرحمن عز وجل

Allah ərşini elə doldurmuşdur ki, ərş ondan(Allahdan) Ər-Rəhmanın(Allahın) 4 barmağı qədər böyükdür.


Təəssüf ki, bunun da hələ ki, internet versiyasını tapmamışam ki, ssılka verim.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#10 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 30 Май 2009 - 03:36

Təbəri öz təfsirində "Onun kürsüsü göyləri və yeri əhatə etmişdir(2-255)" ayəsinin təfsirində kürsünü Allahın iki ayaqlarını qoyduğu yer mə`nasında olduğunu deyənlərdən rəvayətlər yazıbdir. Mən bir neçəsini tərcümə edim qalanlarına isə ssilka verirəm. Buyurun baxın.

5790
حدثني موسى بن هارون قال : حدثنا عمرو قال : حدثنا أسباط ، عن السدي : " وسع كرسيه السماوات والأرض " فإن السموات والأرض في جوف الكرسي ، والكرسي بين يدي العرش ، وهو موضع قدميه .

Kürsü ərşdədir və onun(Allahın) 2 ayaqlarının olduğu yerdir.


5791
حدثني المثنى قال : حدثنا إسحاق قال : حدثنا أبو زهير ، عن جويبر ، عن الضحاك قوله : "
وسع كرسيه السماوات والأرض " قال : كرسيه الذي يوضع تحت العرش ، الذي يجعل الملوك عليه أقدامهم .

Onun (Allahın)kürsüsü hansı ki, padşahların ayaqlarını üzərinə qoymaları üçün taxtın aşağısına qoyulandır.

"Təfsirut-Təbəri" 5/398,399




فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#11 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 30 Май 2009 - 03:46

Həmçinin elə oradaca yuxarıdakı rəvayətlərdən sonra bir neçə rəvayətdə ALLAHın kürsüsündə oturduğu bəli məhz oturduğu və kürsünün ALLAHdan 4 barmağı qədər böyük olduğu bildirilir.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#12 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 30 Май 2009 - 04:31

Hələ bə`zi kitablarda Allahın taxtını 4 heyvanın daşıdığı, heyvanların 2-sinin Allahın sağ ayağının altında 2-sinin isə sol ayağının altında olduğu bildirilir. İnşəALLAH internet versiyasını tapsam ssılka verəcəm.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#13 tatar

tatar

    Mulazzim – lieutenant

  • Murid
  • 360 сообщений

Отправлено 30 Май 2009 - 12:14

Hələ bə`zi kitablarda Allahın taxtını 4 heyvanın daşıdığı, heyvanların 2-sinin Allahın sağ ayağının altında 2-sinin isə sol ayağının altında olduğu bildirilir. İnşəALLAH internet versiyasını tapsam ssılka verəcəm.

Gozleyirik gardashim
Я пёс у дверей Имама Али (А).

#14 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 31 Май 2009 - 02:39

Deyləmi "Firdovsul-Əxbar" kitabının 1-cild 219-cu səhifəsində İbn Ömərdən rəvayət edərək yazır:

إن الله عز وجل ملء عرشه يفضل منه كما يدور العرش أربعة أصابع بأصابع الرحمن عز وجل

Allah ərşini elə doldurmuşdur ki, ərş ondan(Allahdan) Ər-Rəhmanın(Allahın) 4 barmağı qədər böyükdür.


Təəssüf ki, bunun da hələ ki, internet versiyasını tapmamışam ki, ssılka verim.


əgər əhli-sünnə buna etiqad edirsə, çox təəssüflər.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#15 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 31 Май 2009 - 02:46

Buna el arasında biabırçılıq deyirlər. İmamları (a) buraxıb, digərlərini özlərinə rəhbər bilməyin axırı bundan artıq olmayacaq ki...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#16 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 01 Июнь 2009 - 00:35

Buna el arasında biabırçılıq deyirlər. İmamları (a) buraxıb, digərlərini özlərinə rəhbər bilməyin axırı bundan artıq olmayacaq ki...



Gecə-gündüz bunların"alim"ləri şiyəni yəhudilikdə ittiham edirlər, cahilləri də tutuquşu kimi onların sözünü təkrarlayırlar. İndi baxın görün əsl yəhudi əqidəsi kimdədir.


حَدَّثَنَا آدَمُ، حَدَّثَنَا شَيْبَانُ، عَنْ مَنْصُورٍ، عَنْ إِبْرَاهِيمَ، عَنْ عَبِيدَةَ، عَنْ عَبْدِ اللَّهِ ـ رضى الله عنه ـ قَالَ جَاءَ حَبْرٌ مِنَ الأَحْبَارِ إِلَى رَسُولِ اللَّهِ صلى الله عليه وسلم فَقَالَ يَا مُحَمَّدُ، إِنَّا نَجِدُ أَنَّ اللَّهَ يَجْعَلُ السَّمَوَاتِ عَلَى إِصْبَعٍ وَالأَرَضِينَ عَلَى إِصْبَعٍ، وَالشَّجَرَ عَلَى إِصْبَعٍ، وَالْمَاءَ وَالثَّرَى عَلَى إِصْبَعٍ، وَسَائِرَ الْخَلاَئِقِ عَلَى إِصْبَعٍ، فَيَقُولُ أَنَا الْمَلِكُ‏.‏ فَضَحِكَ النَّبِيُّ صلى الله عليه وسلم حَتَّى بَدَتْ نَوَاجِذُهُ تَصْدِيقًا لِقَوْلِ الْحَبْرِ ثُمَّ قَرَأَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم ‏{‏وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ‏}

.......Abdullah (İbn Məs`ud) dedi: Yəhudi alimlərindən biri peyğəmbərin yanına gəlib dedi:
Ya Muhammad, biz deyirik ki, Allah göyləri bir barmağında, yerləri bir barmağında, ağacları bir barmağında, suyu və torpağı bir barmağında, digər məxluqları bir barmağında saxlayır və deyir: "Padşah Mənəm"

Peyğəmbər onun sözlərini təsdiqləyərək elə güldü ki, dişləri göründü. sonra isə bu ayəni oxudu:
"Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır".

"Səhihul-Buxari" 4859-cu hədis

"Fəthul-Bari" hədisin şərhi



333-.......Abdullah ibn Məsud ® belə demişdir: Rəsulullahın hüzuruna Yəhudilərdən bir alim gəldi və:

- Ya Məhəmməd, biz (kitablanımızda) Allahın belə vəsfləndiyini tapırıq: "Allah göyləri bir barmağında, yerləri də bir barmağında, bütün ağaclan bir barmağında, suları və torpaqları bir barmağında, o biri məxluqları da (beşinci) bir barmağında tutarak: Mən bütün kainatın Məlikiyəm! deyər" deyə nəql etdi.

Peyğəmbər (S) Yəhudi aliminin (Tövratdan nəql etdiyi) bu xəbəri təsdiq edərək, dişləri görünənə qədər güldü. Bundan sonra Rəsulullah: "Allahı/ haqq (və layiq) olduğu vəchilə təqdir etmədilər..." ayəsini oxudu


"Səhihul-Buxari" türk dilində "Zumər" surəsinin təfsiri

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#17 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 03 Июль 2009 - 05:16

Əssəlamu aleykum

Əbu Sufyan ordusu!
Sənin bunları gətirməklə nəyi isbat etmək istəyirsən?
Sənin burda yazdıqların içində bir çox savadsız iddialar var...məsələn, əl-Qadi Əbu Yalə - rahiməhullah - vahabi deyil, onu vahabi alimi saymaq cahillikdir. Bilən səbəbini çox gözəl bilir.
Sənin öyrənmək istədiyin nədir? Bu hədislər haqqında əhli-sünnət alimlərindən muhaqqiqlərin görüşü nədir?
Onların hədisin səhihliyi haqqında dedikləri sözləri öyrənmək istəyirsən?
Bu hədisləri qəbul edənlər onları zahiri mənasındamı qəbul edir, yoxsa təvil edirlər?
Yəni, sən nəyisə iddia edirsənsə, həmin iddianı bir qədər ətraflı yaz ki, oxuyan nə istədiyini anlasın!
Yazın tökürsən, ətrafında da bir iki çırtma çalanların var..özünü xoşbəxt hiss edirsən!
Əvvəla bilmək lazımdır ki, əl-Qadi Əbu Yalə mühəddis deyildir, fiqh alimdir və xüsusilə də onun İbtal ət-Təvilət kitabı tənqid olunmuş bir kitabdır, içində münkər hədislər rəvayət etmişdir. əz-Zəhəbi deyir: (Siyər Əaləm ən-Nubələ, 18/90) "Kitabında zəif və uydurma hədislər topladığı üçün aimlər ona qarşı çıxdılar..."
Qaldı ki, İmam Əhmədin sözlərinə və sən həmin sözləri burada tərcümə etmisən, lakin əziyyət olmasaydı kitabın təhqiqinə də baxıb görərdin ki, orada muhaqqiq yazır ki, sənədində tanımadığı ravı vardır. Ədalətli ol və tam araşdır.
İmam Əhmədə gəldikdə isə "əl-Muntəxab min İləl əl-Xalləl" (səh: 285)də İmam Əhməddən gələn rəvayətdə hədisin münkər olduğunu demişdir.
Qısacası...sənin burada yazdıqlarının hamısının gözəl cavabı vardır, lakin cədəldən qaçmaq istəyirəm...Nəyi sübut etmək istəyirsənsə aydın yaz!

#18 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 03 Июль 2009 - 07:20

Əssəlamu aleykum

Əbu Sufyan ordusu!
Sənin bunları gətirməklə nəyi isbat etmək istəyirsən?
Sənin burda yazdıqların içində bir çox savadsız iddialar var...məsələn, əl-Qadi Əbu Yalə - rahiməhullah - vahabi deyil, onu vahabi alimi saymaq cahillikdir. Bilən səbəbini çox gözəl bilir.


Aleykuməs-salam!

Məgər mən nəyisə isbat etdiyimi yazmışam? Yoxsa kiminləsə cədəl etdiyimi görürsən? Mən gözəl bilirəm o kimdir. Başını bir az yuxarı qaldırıb baxsan onun haqqında kiçik mə`lumat və ərəb dilində sılkada vermışəm. Bilirəm onunla alimlər arasında münaqişə olub və bunu da yuxarıda qeyd etmişəm. Hamı çox gözəl bilir sizlər son dövrün nümayəndələrisiniz. Təəssüf ki boynunuza almaq istəmirsiniz. Sizə sərf edəndə vəhhabi, etməyəndə sələfi olub yapışırsınız sələf alimlərinin ətəyindən. Sənə zəhmət bizə vəhhabi alimlərinin siyahısını ver!


Sənin öyrənmək istədiyin nədir? Bu hədislər haqqında əhli-sünnət alimlərindən muhaqqiqlərin görüşü nədir?
Onların hədisin səhihliyi haqqında dedikləri sözləri öyrənmək istəyirsən?
Bu hədisləri qəbul edənlər onları zahiri mənasındamı qəbul edir, yoxsa təvil edirlər?
Yəni, sən nəyisə iddia edirsənsə, həmin iddianı bir qədər ətraflı yaz ki, oxuyan nə istədiyini anlasın!
Yazın tökürsən, ətrafında da bir iki çırtma çalanların var..özünü xoşbəxt hiss edirsən!


Mən istəyirəm ki, sənin kimi Hənbəlilər (və yaxud vəhhabilər, sələfilər, əhli-sünnə vəl-camaa fərq etməz hansından olursunuz olun) gəlib öz alimlərinin fikrini bildirsinlər. Yoxsa bunu da mən sizin əvəzinizə etməliyəm? Oxuyana bu yetər ki, onlarda vəhhabi tör-töküntülərinin şiyə mənbələrindən gecə-gündüz gücənib tapdıqları zəif hədislər və ya əqidəyə aid olmayan məsələrə müqabil qəlblərində rahatlıq üçün mə`lumat olsun. Sizin torunuza düşməsinlər.
Yazı tökən sənin din qardaşlarındır. Görünür sizin ulu alimlərinizin yazdığı meyxana və boş şeylərdir ki, bizimkilər çırtma çalırlar. Siz öz əqidənizi çırtmalıq mənbələr üzərində qurmusunuz?
Mən Allahın lütfü ilə əhli-beyt kimi ne`məti tanıdığım gündən xöşbəxtəm.


Əvvəla bilmək lazımdır ki, əl-Qadi Əbu Yalə mühəddis deyildir, fiqh alimdir və xüsusilə də onun İbtal ət-Təvilət kitabı tənqid olunmuş bir kitabdır, içində münkər hədislər rəvayət etmişdir. əz-Zəhəbi deyir: (Siyər Əaləm ən-Nubələ, 18/90) "Kitabında zəif və uydurma hədislər topladığı üçün aimlər ona qarşı çıxdılar..."
Qaldı ki, İmam Əhmədin sözlərinə və sən həmin sözləri burada tərcümə etmisən, lakin əziyyət olmasaydı kitabın təhqiqinə də baxıb görərdin ki, orada muhaqqiq yazır ki, sənədində tanımadığı ravı vardır. Ədalətli ol və tam araşdır.
İmam Əhmədə gəldikdə isə "əl-Muntəxab min İləl əl-Xalləl" (səh: 285)də İmam Əhməddən gələn rəvayətdə hədisin münkər olduğunu demişdir.
Qısacası...sənin burada yazdıqlarının hamısının gözəl cavabı vardır, lakin cədəldən qaçmaq istəyirəm...Nəyi sübut etmək istəyirsənsə aydın yaz!

Bəlkə siz ədalətli olub öz tör-töküntülərinizin əlinə verilən yarımçıq materialları tam araşdırıb onları məlumatlandırasınız. Mən yuxarida onun fiqh, usul alimi olduğunu yazmışam. Zəhmət çək diqqətlə oxu! Əhmədinizi, İbn Teymiyyənizi, Əbdul-Vəhhabınızı, Albaninizi, Kalbaninizi zəhmət çəkin siz müdafiə edin. Onların dərdini mənmi çəkəcəm?


Sənə zəhmət 8-ci posta da öz fikrini bildir. Zəhəbinin kitabındakı Ummu Tufeylin hədisini nəzərdə tuturam.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#19 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 03 Июль 2009 - 08:02

Прикрепленный файл  1239744765.jpg   382,42К   54 Количество загрузок:
"Əz-Zeylu əla Təbəqatil-Hənabilə" müəllif İmam Hafız Əbdurrəhman b. Əhməd b. Rəcəb


Əbul-Qasim b. Əs-Sumər Qəndiy deyirdi: Əbu Bəkr b. Xadibə İbn Fa`usu Həcəri adlandırırdı. Çünki İbn Fa`us deyirdi: Həcərul-əsvəd (Kə`bədəki qara daş) Allahın həqiqi əlidir.
(İbn Rəcəb)Deyirəm: İbn Fa`usun "Həcərul-əsvəd Allahın həqiqi əlidir" deməsi doğrudur.
Bunun əsli bizim alimlərdən və digərlərinin Quranda məcazın olduğunu inkar etməsidir. Lakin onlardan kiminsə lüğətdə məcazı inkar etməsi barədə mə`lumat yoxdur.


Qeyd.(User Hənbəlinin xətrinə) Səhifənin aşağısında bildirilir: Hafiz Zəhəbi buna özünün "Tarixul-İslam" kitabında rədd yazıbdır. Hənbəlilər (və ya vəhhabilər, sələfilər, Əhli-sünnə vəl-camaa) zəhmət çəkib bizi məlumatlandırsınlar.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#20 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 03 Июль 2009 - 09:13

Hənbəli userimizin şərəfinə: Hənbəlilər Allahın sol əlinin boş olduğunu deyirlər. :)

Прикрепленный файл  1205608136.jpg   397,9К   27 Количество загрузок:



ثنا مُعَاذ بْن هِشَام , قَالَ : ثني أَبِي , عَنْ قَتَادَة , قَالَ : ثنا النَّضْر بْن أَنَس , عَنْ رَبِيعَة الْجَرَسَيّ , قَالَ : { وَالْأَرْض جَمِيعًا قَبْضَته يَوْم الْقِيَامَة وَالسَّمَوَات مَطْوِيَّات بِيَمِينِهِ } قَالَ : وَيَده الْأُخْرَى خُلُوّ لَيْسَ فِيهَا شَيْء

"Muaz bin Hişam bizə rəvayət etdi; dedi: atam mənə Qatadədən rəvayət etdi; dedi: ən-Nədr bin Ənəs bizə Rabia əl-Cərşi'dən rəvayət etdi: "Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir" (əz-Zumər, 67) (Rabia əl-Cərşi) dedi: "Digər əli isə boş olacaq, onda heç bir şey olmayacaq."

Qeyd: Bu işdə köməyinə görə dostumuz sələfi Salahuddinə təşəkkürümü bildirirəm. Salahuddin yazır: Burada isə Allahu Təalənin əlinin həqiqi mənada olduğuna dair isbat vardır və bu isə əlin qüdrət və ya nemət anlamında olmadığını göstərir.
Rabia bin Amr əl-Cərşi zamanının məşhur imamlarındadır. Tabii nəslinin böyüklərindən olmuşdur. əl-Vaqidi onun hətta səhabə olduğunu da söyləmişdir. Lakin digərləri bunu inkar ediblər. Şam əhlindəndir. Hicri 64-cü ildə vəfat etmişdir.

Yəqin Allahıniz o biri əlini sizə qapaz vurmaq üçün saxlayır :flowers1:

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#21 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 03 Июль 2009 - 09:33

حدثني أبي رحمه الله ، نا أبو المغيرة ، حدثتنا عبدة ، عن أبيها ، خالد بن معدان ، قال : « إن الله عز وجل لم يمس بيده إلا آدم صلوات الله عليه خلقه بيده ، والجنة ، والتوراة كتبها بيده »

"Mənə atam - rahiməhullah - rəvayət etdi; Əbu əl-Muğira bizə xəbər verdi; Ubədə bizə atası Xalid bin Mədandan rəvayət etdi; dedi: "Həqiqətən Allah - Azzə və Cəllə - yalnız Adəmə, Cənnətə və Tövrata əli ilə toxunmuşdur. Adəmi - salavatullahi aleyh - əli ilə yaratdı, Tövratı isə əli ilə yazdı."


"Əl-sünnə" Abdullah b. Əhməd 497-ci hədis


قرأت على أبي ، نا إبراهيم بن الحكم بن أبان ، قال حدثني أبي ، عن عكرمة ، قال : « إن الله عز وجل لم يمس بيده شيئا إلا ثلاثا : خلق آدم بيده ، وغرس الجنة بيده ، وكتب التوراة بيده


"Atam üçün qiraət etdim; İbrahim bin əl-Hakəm bin Əbən rəvayət etdi: atam mənə İkrimədən rəvayət etdi; dedi: "Allah - Azzə və Cəllə - üç şeydən başqa heç bir şeyə əl vurmamışdır. Adəmi əli ilə yaratmış, Cənnəti əli ilə əkmişdir və Tövratı əli ilə yazmışdır."


Həmin mənbə 496-ci hədis

Fikir verin əzizlərim əhli-sünnə Yəhudilərin kitabının yalnız Allah əli ilə yazıldığını iddia edirlər. Niyə? Cünki bu sözləri Əbu Hureyrənin ustadı Yəhudi Kə`b deyib. Əhli-sünnə alimləri də tez bu hədisi götürüb yazıblar.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#22 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 03 Июль 2009 - 09:42

حدثني سعيد بن أبي مريم عن نافع بن عمر الجمحي قال سألت ابن أبي مليكة عن يد الله أو احدة أو اثنتان قال بل اثنتان

"Said bin Əbi Məryəm mənə Nafi bin Ömər əl-Cəmhidən rəvayət etdi; dedi: İbn Əbi Muleykədən Allahın əli barədə soruşdum: "(Allahın əli) bir dənədir, yoxsa iki dənədir?" Dedi: "Xeyr, iki dənədir."

"Nəqdul-İmam Əbi Səid Osman b. Səid əla ......." Əbu Səid Osman b. Səid
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#23 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 03 Июль 2009 - 10:06

Bu siyahını uzatmaq olar. Məhz buna görə Əş`ərilər Hənbəliləri təcsimdə(Allahı cism bilmək) ittiham edib onlarla daim qırışıblar. Vəhhabiliyin əsasını məhz Hənbəlilər təşkil edir. Həmçinin Müaviyə və Yezidə məhəbbət və müdafiədə məhz Hənbəlilər xüsusilə aktivlik göstəriblər.

Ümumiyyətlə Abdullah b. Əhmədin atası İmam Əhməddən yazdığı"Əl-Sunnə" kitabı fısqırıqdır. Oxuduqca User Hənbəli demiş çırtma çal oynadır.
Прикрепленный файл  1205607799.jpg   463,69К   25 Количество загрузок:

Xalid b. Mə`dan Ər-Rəhman (Allah) günortanın əvvəlində ərşıni daşıyanlara ağır olur.


Yəqin bu hədisi rəvayət edənin Allahı nahar yeməyi yeyir. :) Yox deyəsən bu qəzəblənəndə baş verir.

Ənəs rəvayət edir: Peyğəmbər s.a.s-dən soruşdular: Ərş onun daşıyıcılarına ağır olur?
Buyurdu: Bəli, məni haqq olaraq göndərənə and olsun ki, ərş onun daşıyıcılarına ağır olur.
Dedilər: Bu nə zaman baş verir?
Buyurdu: Müşriklər şirk edəndə Allahın qəzəbi şiddətlənir və ərş onun daşıyıcılarına ağırlaşır. O zamana kimi ki, ümmətimdən biri deyir: "Əşhədu ən la ilahə illa Allah, vəhdəhu lə şərikə ləh", Allahın qəzəbi sakitləşir və ərş daşıyıcılara yüngülləşir. Ərşin daşıyıcıları deyirlər: "Allahım bu sözləri deyəni bağışla!"


"Mucəmuş-Şuyux" Əs-Seydavi 355-ci səhifə, "Tarixu-Dəməşq" 19/362......................

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#24 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 03 Июль 2009 - 10:27

Yenə Hənbəlilərin fisqırıq kitabı olan "Əl-Sünnə"dən

Прикрепленный файл  4.jpg   86,03К   108 Количество загрузок:
Abdullah İbn Ömər İbn Abbasdan Muhəmməd s.a.s-in Allahını görüb-görmədiyi və necə gördüyü barədə sual edir. İbn Abbas cavabında:

O, (Allah) qızıldan bir kürsünün üstündə oturub. Kürsünü 4 mələk daşıyır. Birincisi kişi, ikincisi aslan, üçüncüsü öküz, dördüncüsü isə qartal surətindədir.

Elə həmin kitabda 79-cü səhifədə 402-ci hədisdə Abdullah b. Ömər atası Xəlifə Ömərdən rəvayət edir:

(Ömərin Allahı) Kürsüsünə oturanda təzə yəhərdən çıxan cırıltı səsi kimi səs gəlir.

Bu şəkil ilə müqayisə edin: Şəkildə də 2 əllər, əl ilə yazılmış kitab, qızıl taxt, buruq saçlar, insan, aslan, buynuzlu heyvan və qartal surətində mələklər təsvir olunub .
Прикрепленный файл  waw.jpg   474,2К   159 Количество загрузок:


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#25 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 03 Июль 2009 - 14:20

‏حَدَّثَنَا ‏ ‏سَعِيدُ بْنُ مَنْصُورٍ ‏ ‏حَدَّثَنَا ‏ ‏يَعْقُوبُ يَعْنِي ابْنَ عَبْدِ الرَّحْمَنِ ‏ ‏حَدَّثَنِي ‏ ‏أَبُو حَازِمٍ ‏ ‏عَنْ ‏ ‏عُبَيْدِ اللَّهِ بْنِ مِقْسَمٍ ‏
‏أَنَّهُ نَظَرَ إِلَى ‏ ‏عَبْدِ اللَّهِ بْنِ عُمَرَ ‏ ‏كَيْفَ يَحْكِي رَسُولَ اللَّهِ ‏ ‏صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ‏ ‏قَالَ يَأْخُذُ اللَّهُ عَزَّ وَجَلَّ سَمَاوَاتِهِ وَأَرَضِيهِ بِيَدَيْهِ فَيَقُولُ ‏ ‏أَنَا اللَّهُ وَيَقْبِضُ أَصَابِعَهُ وَيَبْسُطُهَا أَنَا الْمَلِكُ حَتَّى نَظَرْتُ إِلَى الْمِنْبَرِ يَتَحَرَّكُ مِنْ أَسْفَلِ شَيْءٍ مِنْهُ حَتَّى إِنِّي لَأَقُولُ أَسَاقِطٌ هُوَ بِرَسُولِ اللَّهِ ‏ ‏صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ

"Said bin Mənsur bizə rəvayət etdi: Yaqub, yəni İbn Abdurrahmən bizə rəvayət etdi; Əbu Hazim mənə Ubeydullah bin Miqsəmdən rəvayət etdi ki, o, İbn Ömərin Allah Rasulunun necə danışmasını izah edərkən gördü; (Allah Rasulu) dedi: "Allah Azzə və Cəllə (yaratdığı) səmaları və yeri əlinə alacaq və deyəcək: "Mən Allaham!" Barmaqlarını sıxacaq və sonra açacaq: "Mən Məlikəm!" " O dərəcəyə gəlmişdi ki, minbərə baxaraq onun aşağıdan bir qədər tərpəndiyini gördüm. Beləki öz-özümə dedim: "Allah Rasulu - salləllahu aleyhi va səlləm - üstündə durduğu halda bu minbər aşağı düşməsə yaxşıdır!"
"Sahih Muslim", 2788

Burada isə sıxmaq və açmaq kimi Allahın sifətlərinin təsdiqi yer almışdır və bu, məxluqun sifətinə bənzəmədən həqiqi mənadadır. Bu əqidədə olanlar Allahın bu sözlərini bilmirlər?

Ona bənzər heç bir şey yoxdur. (Şura 11)


Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#26 geogrd

geogrd

    Naqib – Captain

  • Emir
  • 751 сообщений

Отправлено 04 Июль 2009 - 11:40

Yenə Hənbəlilərin fisqırıq kitabı olan "Əl-Sünnə"dən
Bu şəkil ilə müqayisə edin: Şəkildə də 2 əllər, əl ilə yazılmış kitab, qızıl taxt, buruq saçlar, insan, aslan, buynuzlu heyvan və qartal surətində mələklər təsvir olunub .
Прикрепленный файл  waw.jpg   474,2К   159 Количество загрузок:


lap məsihi ikonalarina oxşayır...

اللَّهُمَّ الْعَنْ أَوَّلَ ظَالِمٍ ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ آخِرَ تَابِعٍ لَهُ عَلَى ذَلِكَ
О Аллах. Прокляни первого отнявшего право Мухаммада и его семьи, а также каждого, последовавшему его примеру.


#27 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 04 Июль 2009 - 23:08

Allaha şükür ki, öz məzhəbimi öz alimlərimdən öyrənirəm və heç bir şiədən məzhəbim haqqında məlumat almağa ehtiyac yoxdur.
Sənin yazdıqlarının cavabı vardır, Allahın iznilə qarşıda bu cavabını burada yerləşdirəcəm.
Amma qısa olaraq burda bir şeyi aydınlaşdırmaq istəyirəm.
Heç bir əhli-sünnət alimi Allah haqqında sizin zənn etdiklərinizi söyləmir...Haşa, Allahı bundan tənzih edirlər. Əgər kimsə deyilən sözlərin məğzini anlamırsa, bu onun öz qafilliyidir. Bu məsələdə bir neçə məzhəb var. Quranda və Sünnətdə gələn sifətlər haqqında bir neçə yanaşma mövcuddur.
1. Bir qrup ümumiyyətlə Allahı hər bir şeydən tənzih edirlər, tənzihdə o qədər ifrata varıblar ki, Allahın həm sifətlərini, həm də isimlərini inkar edirlər. Açıq aydın Allahın "əs-Səmi" və ya "əl-Basir" olmadığını deyirlər və bu isimləri elə təvil edirlər ki, sanki Allahın Quranda özünü vəsf etməsi faydasız olur.
2. Digər qrup isə yalnız sifətləri inkar edir, isimləri isbat edirlər.
3. Sifətlərdən bəzilərini qəbul edir, digərlərini nəfy edirlər...qəbul etdikləri sifətləri isə təvil edirlər.
4. Bir digər qrup isə sifətlərdə Allahı məxluqa bənzədirlər.
5. Hənbəlilər isə səhih sünnətdə və Quranda gəlmiş sifətlərin hamısını qəbul edirlər və bir əsl olaraq onları zahiri mənalarına həml edirlər. Əgər bir başqa dəlil təvilə imkan verirsə, təvil edirlər. Lakin xüsusilə qeyd edirlər ki, bu sifətlərin arxasındakı həqiqət bizlərə məlum deyildir, onların keyfiyyətini biz bilə bilmərik. Biz sadəcə Allahın özü haqqında bizə xəbər verdiklərini təsdiq edir, öz əqlimizə tabe olaraq hər hansı bir sifəti inkar etməkdən qorxuruq. Çünki bu məsələlər ağıl ilə dərk olunmaz. Ona görə də alimlərimiz açıq şəkildə deyir ki, Allahın iki əli, iki gözü, danışması, eşitməsi Onun Özünə məxsus, Özünə yaraşan kamil sifətləridir. Biz bunların həqiqətini dərk etməkdən acizik və qəti olaraq bildiririk ki, bu sifətlər nə orqanlardır, nə də Allah hissələrdən ibarət deyildir, Allah məxluqa bənzəməz...Alimlərimiz bunu eynilə Allahın hakim olması ilə, qullarından kimlərinsə hakim olması kimi izah edirlər. Allahın sağ olması, Onun bizim sağ olmağımız kimi sağ olması anlamına gəlməz. Allahın nəfzi bizim nəfsimiz kimi deyildir. İsa - aleyhissələm - deyir: "Mən Sənin nəfsindəkini bilmirəm, Sən mənim nəfsimdəkini bilirsən!" Biz bununla Allahın nəfsinin olduğuna, lakin bu nəfsin Allaha layiq bir nəfs və bu sifətin kamillik sifəti olduğuna, naqislik sifəti olmadığına etiqad edirik.
Ona görə də bu hədisləri bura muncuq kimi düzüb elə təsəvvür oyatmayın ki, əhli-sünnət alimləri məxluqa bənzər bir ilaha etiqad edirlər. Kim belə düşünürsə ya şirrir, pis niyyətli biridir, ya da cahildir!
İndi heç kəs bundan sonra durub yalandan iddia etməsin ki, sünnilər məxluqa bənzər bir ilaha ibadət edirlər. Belə bir iddia onun tərəfindən iftiradır...əgər sadəcə hədis nəql etməklə nəyisə isbat etdiyini zənn edirsə, biz onun açdığı o qapıdan içəri girib öz taktikası ilə onun özünü biyabır etməyə qadirik. Çünki öz kitabları bundan da münkər hədislərlə doludur! Özü də elə hədislər ki, bunların ilk dövr alimləri bu hədislərin səhihliyində ittifaq edirlər.
Lakin əgər kimisə xüsusi olaraq mövzudakı ilk hədislər haqqında əhli-sünnətin fikri maraqlandırırsa, normal dildə sualını versin və biz ona lazım olan məlumatı çatdıraq.
Hələlik!

#28 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 017 сообщений

Отправлено 04 Июль 2009 - 23:36

Salam gardashim.
Siz umumiyyetle Hanbalide zaif hedis olmasini gabul edirsiz?
Imam Kurtubini ve ya imam Beyhagini gabul edirsiz?
Imam hanbali ozu gazi olmayib bas na ucun onun mazhabi var?

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#29 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 04 Июль 2009 - 23:47

Allah ozunu niye insana oxsadib?

Sənin sözlərindən Allaha pənah aparıram! Allah özünü insana oxçatmayıb. Allahı insana oxşadanlar ancaq insafsız və küfr içincə boğulan tayfalardır. Özləri Tövhiddən dəm vururlar, amma "tövhid"-ləri bərbad gündədir.

Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (112:4)


İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#30 geogrd

geogrd

    Naqib – Captain

  • Emir
  • 751 сообщений

Отправлено 04 Июль 2009 - 23:54

Allaha şükür ki, öz məzhəbimi öz alimlərimdən öyrənirəm və heç bir şiədən məzhəbim haqqında məlumat almağa ehtiyac yoxdur.

Əlhəmdu Lillah!
öz məzhəbini öz alimlərindən Misirdə alırsan!!!
ehtiyacsız yalnız Allahdır...

İndi heç kəs bundan sonra durub yalandan iddia etməsin ki, sünnilər məxluqa bənzər bir ilaha ibadət edirlər. Belə bir iddia onun tərəfindən iftiradır...əgər sadəcə hədis nəql etməklə nəyisə isbat etdiyini zənn edirsə, biz onun açdığı o qapıdan içəri girib öz taktikası ilə onun özünü biyabır etməyə qadirik.


Aqil!!! mövzunun adına birdə bax.

Lakin əgər kimisə xüsusi olaraq mövzudakı ilk hədislər haqqında əhli-sünnətin fikri maraqlandırırsa, normal dildə sualını versin və biz ona lazım olan məlumatı çatdıraq.


diyəsən, çox iddialı adamlara bənzəyirsiz? buyurun:

abu bekr omer osman muminleridir, abu bekr omer osman muminleridir

Quranda siganin haramliqi, Quranda siganin haramliqi

zəhmət olmasa, mövzunu dəqiq mütaliə et. təkrarlamaq etməmək üçün...

Hələlik!


hələlik, inşəAllah tez bizləri "tərk" edən deyilsən...

اللَّهُمَّ الْعَنْ أَوَّلَ ظَالِمٍ ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ آخِرَ تَابِعٍ لَهُ عَلَى ذَلِكَ
О Аллах. Прокляни первого отнявшего право Мухаммада и его семьи, а также каждого, последовавшему его примеру.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru