Belə görürəm ki, aləm deyib bir-birinə. Qardaşlar, əzizlər,möhtərəmlər
1. Şiələrdən heç kəs Quranın təhrif olunduğunu deməyib. Amma...
Amması budur ki, sayısı barmaq hesabı qədər az olan bəzi əxbari alimlərinin sözünün zahirindən başa düşülən budur ki, onlar Quranın təhrif edildiyi fikrini səsləndiriblər. Lakin, qəti deyil! Sadəcə sözlərinin zahirindən başa düşülən budur.
Bunu da izah edim: Təhrifin müxtəlif növləri var. lakin, müxaliflərin əsas iddiası budur ki, guya şiə alimləri ayələrin əsas mətnindən hansısa sözün, cümlənin, yaxud ümumiyyətlə Qurandan hansısa ayənin çıxarıldığını, yaxud əlavə edildiyini iddia ediblər. Halbuki, şiə alimləri belə bir şey deməyib. GƏlin, asan başa düşülsün deyə elə konkret olaraq Kufelinin gətirdiyi cümləyə diqqət edək!
Baxın vəhhabi yazır:
" اعلم أن الحق الذي لا محيص عنه بحسب الأخبار المتواترة الآتية وغيرها أن هذا القرآن الذي في أيدينا قد وقع فيه بعد رسول الله صلى الله عليه وسلم شيء من التغييرات ،
Bil ki, mütavatir xəbərlərə görə haqq budur ki, hansı ki qaçmağa yer yoxdur ki, əlimizdə olan Quranda, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra dəyişiliklər baş vermişdir."
Fərqi yoxdur bu cümləni kim deyib. Baxın görün heç burda açıq aşkar "peyğəmbərdən (s) sonra ayələrin əsas mətnindən ( yəni, mötərizənin içində yazıla biləcək şərhlərdən yox) bir söz, bir cümlə çıxardıldı", yaxud, "Quranın əsas mətnində bir ayə çıxarıldı" deyilib ya yox? Məlumdur ki, belə bir söz deyilmir. Əksinə, "əlimizdə olan Quranda peyğəmbərdən (s) sonra dəyişikliklərdən (müəyyən) şey(lər) baş verdi", yəni, "müəyyən dəyişikliklər baş verdi" deyir.
Bu hamımıza məlumdur ki, peyğəmbərdən (s) sonra əlimizdə olan Quranda müəyyən dəyişikliklər baş verdi. Məgər bunu inkar eədn hansısa müsəlman var ki?
Deməli, burda nəzərdə tutulan mənada təhrif iddiasından açıq-aşkar bir şey yoxdur. Odur ki, bəzi alimlərin bəzi sözləri barədə deyilir ki, "sözünün zahirindən başa düşülən budur ki... belə deyib". Amma, burda qəti bir şey yoxdur.
Xülasə, bəzi əxbari alimlərin sözünün zahirindən belə başa düşülür ki, onlar təhrifə inanıblar. Belə əxbari alimlərindən biri də mərhum əl-Cəzairidir (r.a). Halbuki, Mərhum əl-Cəzairi öz təfsirində açıq-aşkar Quranın təhrif edilmədiyini bildirir.
2. Əzizlərim ƏXbari alimlər də on iki imami şiə alimləridir. Allah hamısına rəhmət eləsin. Lakin, xəta xətadır. Bir alim hansısa məsələdə xəta edirsə o tamamilə etibardan düşmür. Əxbari alimlər də istisna deyillər.
3. Əxbari alimlərinin hamısının sözünün zahirindən təhrifə inandıqları başa düşülmür.
Həə. Gələk əsas mətləbə. FƏRZ EDƏK Kİ, hansısa alim əlimizdə olan Quranın təhrif edildiyini deyir. O zaman, kafir sayılırmı? Əgər şübhə üzərindən bunu deyibsə kafir sayılmır. Niyə?
Bunu başa düşmək üçün əvvəlcə küfrün, imanın nə demək olduğuna baxaq.
Küfrdən çıxıb İslama girmək üçün nə etmək lazımdır? ŞƏhadəteyni demək. Yəni, "lə ilahə illəllah, Muhəmmədən rasulullah". Buİslamdır. Bəs küfr nədir? Bu şəhadəteynin əksidir. Yəni, kim bunları inkar etsə, yaxud inkar edəcək bir söz desə kafir olar. Məsələn, nəuzubilləh kim desə ki, ALlah, yaxud, peyğəmbər (s) yalan danışır, yalançıdır, o zaman kafir olar.
Halbuki, hansısa alimin müəyyən şübhə üzərindən əldə olan Quranın ondan (əsl mətnindən) bir şey çıxarılmadı səbəbi ilə təhrif edildiyini desə məqsəd Allahı, yaxud, peyğəmbəri (s) yalançılıqda ittiham etmək deyil. Yaxud, onlara tənə etmək yoxdur. Bu sadəcə şübhə üzərindən baş vermiş bir xətadır. ƏLBƏTTƏ BU AÇIQ-AŞKAR XƏTADIR, YALNIŞDIR. LAKİN, küfrə səbəb olmur. Yəni, şəhadəteyni inkar etmir, inkara gətirib çıxaracaq, yaxud, Allah və rəsulunu açıq-aşkar təhqirə gətirib çıxaracaq bir fikir səsləndirmir. İSTƏYƏN OLSA BU MÖVZUNU BİR AZ DA GENİŞ AÇMAQ OLAR.
Ona qalsa İbn Məsud iki surənin Qurandan surə olduğuna inanmırdı. İndi duraq deyək ki, İbn Məsud kafir olmuşdu?
Yaxud Aişə Quranın müəyyən hissəsinin keçi tərəfindən yeyildiyini, Qurana salınmadığını deyir. İndi duraq deyək ki, Aişə kafir olmuşdu?