Отправлено 16 января 2016 - 12:00
بسم الله الرحمن الرحيم السلام عليكم ورحمة الله وبركاته
Qardaşlar, birincisi, bu vəhhabilərin nə qədər cahil olduqları tutduqları iradlardan, atdıqları iftiralardan məlumdur. Əlhəmdu lilləh qardaşlarımız bu mövzuya kifayət qədər tutarlı cavablar veriblər. Allahın izni ilə başa düşülməyən, yaxud çətin başa düşülən mövzular da izah ediləcək. Vəhhabilərin beyinlərinə doldurublar ki, guya şiələr bilirlər ki, alimləri təhrifə inanıb, sadəcə söhbəti fırladırlar, etiraf etmək istəmirlər. Halbuki, belə deyil. Bütün bunlar vəhhabilərin məntiq, üsul və s. zəruri dini elmlərdən bilgisizliyindən irəli gəlir. Təəssüf ki, bir çox qardaşlarımız da bu zəruri elmləri bilmirlər, yaxud, həmin məlumatlar haqqında az bilgilidirlər. Sadə müsəlmanların üsul elmi kimi zəruri elmlərdən xəbərdar olmaması təbiidir. Odur ki, bu mövzuların daha rahat başa düşülməsi üçün mütləq üsul elmi və s. elmlər haqqında ən azından mövzuyla əlaqədar olan qədərini bilmək zəruridir, ən əsas şərtdir.
İkincisi, Bir daha Arif qardaşımdan üzr istəyirəm. Onu xəbis bir vahhabi ilə səhv saldığım üçün. Vahhabilərin şiə forumlarında özlərini şiə kimi təqdim etməkləri məşhur məsələdir. Bir ara bir xəbis vəhhabi hər cür səviyyəsiz metodlara əl ataraq öz aləmində müsəlmanlara istehza edir, yalan və iftiralar ilə insanları çadırmağa çalışırdı. Ona görə də, Forumda insanlarla birbaşa ünsiyyyət mümkün olmadığı üçün, yəni, belə hallarda kimin həqiqətən də şiə, kimin vəhhabi olduğunu təyin etmək çətin olduğu üçünbelə bir iştibaha yol vermişəm. Haqqını halal elə qardaşım.
Сообщение отредактировал N_ن_N: 16 января 2016 - 12:03
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.