Перейти к содержимому

Фотография

Quran təhrİf olunmayıb

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 433

#1 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 14 июля 2008 - 15:29

ALLAHIN ADI İLƏ
ÖN SÖZ

Sonuncu Peyğəmbərin (s) əbədi möcüzəsini, əzəli və əbədi həqiqətlər dolu geniş süfrəni, yaradılışın ən böyük əmanətini, yəni Quranı (böyük bir məsuliyyət olaraq) öhdəsinə götürmək ləyaqətini verdiyi üçün uca Tanrıya minnətdaram. Həqiqətən, insan kəraməti, onun mütləq kəramət sahibi tərəfindən nazil olması ilə reallaşmışdır. Bu sonsuz ümman öz alçaq-hündür dalğalarında ən böyük hidayət sirlərini və ən doğru səadət yollarını gizləmişdir. Bu, daim bəşər yoluna işıq saçan hidayət çırağıdır. Bu, əbədi nur, bütün hallarda rəhbər və hər an zikrdir. Bu, elə bir kitabdır ki, Allah onun əbədi qorunacağını vəd etmişdir və o, öz vədinə daim vəfadardır.

أَلاَ إِنَّ وَعْدَ اللّهِ حَقٌّ

"Xəbəriniz olsun ki, Allahın vədi haqdır".

Bu kiçik topluda diqqətinizə çatdırılanlar Quranın təhrif olunmadığı haqqında ən mühüm məqamlardır. Bu mövzu Quran elmlərində əsaslı məsələlərdən biridir. Təhrif mövzusunun əhatəli və ətraflı araşdırılması bu kitab üzərində araşdırmalar aparan tədqiqatçıların üzərinə düşür. Əslinə qalsa, təhrif nəzəriyyəsini islam məzhəblərinə aid etməkdə ifrata varılmışdır. Belə ki, etiqadlarının özülünü təhrif nəzəriyyəsinin inkarı təşkil edən bir məzhəbin təhrifə əqidə bəsləməsini söyləmişlər. Biz bu məsələnin müxtəlif cəhətlərini araşdırmaqla yanaşı sübuta yetirəcəyik ki, Şiə məzhəbi nəinki təhrif nəzəriyyəsini qəbul etmir, prinsipcə qəbul edə də bilməz. Çünki bu müddəa qəbul edildiyi təqdirdə, Şiə əqidəsinin əsasları aradan gedəcəkdir.

Gəlin, böyük elm adamlarının, görkəmli şəxsiyyətlərin iştirakı ilə keçirilən bu konfransda[2]birgə bəyanat verək və bununla bütün dinlərə, məzhəblərə və millətlərə Quranın Peyğəmbər (s) dönəmindən bu günədək təhrif olunmadığını və qiyamətə qədər də olunmayacağını elan edək.

Biz bu məsələni, Quranin bu günə qədər təhrif olunmadığı şəklində qoymuruq. Əksinə, biz iddia edirik ki, bu müqəddəs kitabın təhrif olunmayacağı Allahın qəti iradəsidir. Belə ki, heç bir şəxs və ya qrup bu kitabı təhrif etmək iqtidarında deyil. Bu əbədi möcüzə əsrlər boyu ona düşmən kəsilmiş yağıları mübarizəyə çağıraraq özünü təhrifdən qorumuşdur.

Biz bu yazımızda təhriflə bağlı bütün məsələləri təfərrüatı ilə, geniş şəkildə araşdırmaq əzmində deyilik. Çünki bu tədqiq yalnız cildlərlə kitaba sığa bilər. Burada qarşıya qoyduğumuz məqsəd, təhrif məsələsini aydınlaşdırmaq üçün bir neçə mühüm məqamı qısa şəkildə araşdırmaqdır.

MÜƏLLİF:ŞEYX MƏHƏMMƏDCAVAD FAZİL LƏNKƏRANİ
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#2 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 15 июля 2008 - 09:51

Əhli sünnədə tilavəti nəsx deyilən bir şey var.Heç bir məzhəb nə şiyə nədə əhli sünnə Qurani Kərimin təhrifinə inanmır.Bu məzhəblərdən çıxan bəzi şəxslər təhrifə inansada alimlər tərəfindən cavablarını alıblar.
  • Bacı это нравится
Факты не перестают быть фактами, когда их игнорируют

#3 Master

Master

    Император

  • Imam
  • 110 сообщений

Отправлено 15 июля 2008 - 09:58

Əhli sünnədə tilavəti nəsx deyilən bir şey var.Heç bir məzhəb nə şiyə nədə əhli sünnə Qurani Kərimin təhrifinə inanmır.Bu məzhəblərdən çıxan bəzi şəxslər təhrifə inansada alimlər tərəfindən cavablarını alıblar.

Allah razı olsun qardaş. Görünür siz insaflı adamsız.

#4 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 16 июля 2008 - 14:05

Əhli sünnədə tilavəti nəsx deyilən bir şey var.Heç bir məzhəb nə şiyə nədə əhli sünnə Qurani Kərimin təhrifinə inanmır.Bu məzhəblərdən çıxan bəzi şəxslər təhrifə inansada alimlər tərəfindən cavablarını alıblar.

Salam qardaşım.
Mən heç vaxt deməmişəm ki, əhli-sünnət quranın təhrifinə inanır və bunu heç müzakirə də etmək istəmirəm.
Amma mən Sizdən bir şeyi dəqiqləşdirmək istəyirəm. Konkret nəsx məsələsini. Sizin bəzi səhih hədislərinizdə deyilir ki, Quranda Bəqərə surəsindən də böyük surələr var idi, amma indi onlar orada yoxdur. Bu mümkündürmü ki, bu qədər ayə nəsx olunsun? Onda belə çıxır ki, Quranın yarısına yaxını nəsx olunub?

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#5 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 16 июля 2008 - 14:25

Niyədə mümkün olmasın?Kim dedi ki bu mümkün olan bir şey deyil?
Факты не перестают быть фактами, когда их игнорируют

#6 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 17 июля 2008 - 15:11

Niyədə mümkün olmasın? Kim dedi ki bu mümkün olan bir şey deyil?

Bu mümkün deyil, çünki Allah-təala quranda deyir:
Bəqərə 106 - Biz hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!

əgər o ayələr nəsx olunubsa onda onun əvəzi necə oldu? Niyə Allah-təala onun əvəzini, ondan da gözəlini nazil etməyib?

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#7 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 17 июля 2008 - 15:30

Bu mümkün deyil, çünki Allah-təala quranda deyir:
Bəqərə 106 - Biz hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!

əgər o ayələr nəsx olunubsa onda onun əvəzi necə oldu? Niyə Allah-təala onun əvəzini, ondan da gözəlini nazil etməyib?

Deməli qəbul edirsən ki AllAH Təala hər hansı bir ayəni nəsx edib.Səni sadəcə maraqlandırır ki həmin ayələrin əvəzini Allah hansı ayə ilə verib düzdür?
Факты не перестают быть фактами, когда их игнорируют

#8 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 17 июля 2008 - 15:50

Deməli qəbul edirsən ki AllAH Təala hər hansı bir ayəni nəsx edib.Səni sadəcə maraqlandırır ki həmin ayələrin əvəzini Allah hansı ayə ilə verib düzdür?

Qardaş mən (yəni şiə) nəsxi rədd etmirəm, mən qəbul edirəm ki, nəsx var, amma bizim əqidəyə görə həm nəsx olunmuş, həm də onu əvəz edən ayələrin ikisi də quranda qalıb! Qurandan heçnə çıxarılmayıb.

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#9 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 17 июля 2008 - 16:16

Qardaş mən (yəni şiə) nəsxi rədd etmirəm, mən qəbul edirəm ki, nəsx var, amma bizim əqidəyə görə həm nəsx olunmuş, həm də onu əvəz edən ayələrin ikisi də quranda qalıb! Qurandan heçnə çıxarılmayıb.

:) Mən başa düşmürəm nəsxdən danışırsan və Qurandan Bəqərə 106 dəlil gətirirsən sonrada naməlum səbəbdən özün özüvü inkar edirsən.
Gəl biraz loru dildə başa salım.
Nəsx haqqında dəlil kimi bu ayəni gətirirsən.

Bəqərə 106 - Biz hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!

Gördüyün kimi ayədə unutmaqdan söhbət gedir.Unudulan şey necə Quranda ola bilər bunu mənə izah edə bilərsən?
  • Bacı это нравится
Факты не перестают быть фактами, когда их игнорируют

#10 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 17 июля 2008 - 16:40

:) Mən başa düşmürəm nəsxdən danışırsan və Qurandan Bəqərə 106 dəlil gətirirsən sonrada naməlum səbəbdən özün özüvü inkar edirsən.
Gəl biraz loru dildə başa salım.
Nəsx haqqında dəlil kimi bu ayəni gətirirsən.

Gördüyün kimi ayədə unutmaqdan söhbət gedir.Unudulan şey necə Quranda ola bilər bunu mənə izah edə bilərsən?

Qardaşım mən bayax Sizə yazdım ki, gəlin bir-birimizə hörmət edək. Niyə məni ələ salırsız? Mən məgər uşağam ki, Siz məni belə sadə yolla aldatmaq istəyirsiz?
Məgər elə ayələr var ki onları unudublar? Deməli Quran təhrif olunub?
Ay qardaş, məgər Siz başa düşmürsüz ki, unutmaq - ləğv olunmaq deməkdir? Yəni "sərhoş halda namaza durmayın" ayəsi nəsx olunub (unutdurulub) və onun yerinə "Məst edən hər bir şey haramdır" ayəsi nazil olunub.

Ayəyə diqqət yetirin:

Biz hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!

Niyə Siz söhbəti fırladmaq üçün "və ya unutdururuqsa" sözünə ilişirsiz? əsl cümlə axı "Biz hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk" - belədir! Bax buna da cavab verin.

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#11 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 17 июля 2008 - 16:48

Əstəğvirullah qardaş niyə səni aldatmalıyam ki?
1-ci Səbrli olun mən heç kəsi nə fırlatmaq fikrim var nədə aldatmaq.
2-ci Ayənu yarımçıq oxumayın.Ayə iki qismə bölünüb.
Biz hər hansı bir ayəni ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!
İndi mənə başa sal ayənin ləğvi deyəndə nə nəzərdə tutulur?
Ayənin unudulması deyəndə nə nəzərdə tutulur?
Факты не перестают быть фактами, когда их игнорируют

#12 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 17 июля 2008 - 16:57

Əstəğvirullah qardaş niyə səni aldatmalıyam ki?
1-ci Səbrli olun mən heç kəsi nə fırlatmaq fikrim var nədə aldatmaq.
2-ci Ayənu yarımçıq oxumayın.Ayə iki qismə bölünüb.
Biz hər hansı bir ayəni ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!
İndi mənə başa sal ayənin ləğvi deyəndə nə nəzərdə tutulur?
Ayənin unudulması deyəndə nə nəzərdə tutulur?

Məna eynidir. Ətraflı sabah yazaram. İndi getməliyəm
Salam aleykum

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#13 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 17 июля 2008 - 17:00

Məna eynidir. Ətraflı sabah yazaram. İndi getməliyəm
Salam aleykum

Aleykum salam İnşallah sabah görüşüb ətraflı söhbət edərik.
Факты не перестают быть фактами, когда их игнорируют

#14 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 17 июля 2008 - 17:40

al-Fath Inşallah bu ayənidə izah eləsən yaxşı olar.

“(Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan; Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!” (87: 6-7).

Факты не перестают быть фактами, когда их игнорируют

#15 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 18 июля 2008 - 10:30

al-Fath Inşallah bu ayənidə izah eləsən yaxşı olar.

“(Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan; Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!” (87: 6-7)

Siz bu ayeni nece basha dushursuz? Ve bu ayenin izahini istemekle ne demek isteyirsiz?

«لبيــــــــك خــــــــامنئي »

#16 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 18 июля 2008 - 11:16

Bu sualı AL-Fatha versəydiniz daha yaxşı olardı.Çünki nəsx aid dəlil kimi o Bəqərə 106 dəlil gətirib.Məndə əlavə olaraq 87: 6-7 ayələridə gətirdim ki orda Unutmaq kəlməsini mənə izah eləsin.
Факты не перестают быть фактами, когда их игнорируют

#17 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 18 июля 2008 - 11:25

Bu sualı AL-Fatha versəydiniz daha yaxşı olardı.Çünki nəsx aid dəlil kimi o Bəqərə 106 dəlil gətirib.Məndə əlavə olaraq 87: 6-7 ayələridə gətirdim ki orda Unutmaq kəlməsini mənə izah eləsin.

Yani siz demek isteyirsniz ki, Allah teala nesx olunmush ayeni Peygamberine unutdurur. Eger bunu demek isteyirsinizse o zaman siz izah edin gorek bu untdurmaqliq nece olur? Peygamber dogurdanmi evvelki, ayeni unudur? yoxsa nece.......?

«لبيــــــــك خــــــــامنئي »

#18 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 18 июля 2008 - 11:28

Yani siz demek isteyirsniz ki, Allah teala nesx olunmush ayeni Peygamberine unutdurur. Eger bunu demek isteyirsinizse o zaman siz izah edin gorek bu untdurmaqliq nece olur? Peygamber dogurdanmi evvelki, ayeni unudur? yoxsa nece.......?

:)Əzizim bu sualı mən al-Fatha vermişəm və ondanda cavab gözdəyirəm.İnşallah qardaş öz fikrini bildirəndə sonra bu ayəyə məndə öz münasibətimi bildirərəm.
Факты не перестают быть фактами, когда их игнорируют

#19 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 18 июля 2008 - 11:34

Omar
Siz bu suali Al-Fath niye vermisniz? Onun hansi sozunun muqabilinde siz bu ayenin izahini ondan isteyirsiniz?

«لبيــــــــك خــــــــامنئي »

#20 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 18 июля 2008 - 11:36

nardarani olmadı axı.Mövzunu başdan ayağa oxuyun.
Факты не перестают быть фактами, когда их игнорируют

#21 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 18 июля 2008 - 11:50

Omar
Sizin Al-fathle sohbetinizden bele basha dushdum ki, siz Qurandan nesx olunmush ayelerin artiq Quranda olmadigini iddia edirsiniz. Ve subut olaraq 87-ci surenin 6-7 ci ayelerini delil kimi, getirirsiz. Duz basha dushmushem?

«لبيــــــــك خــــــــامنئي »

#22 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 18 июля 2008 - 13:11

Omar
Sizin Al-fathle sohbetinizden bele basha dushdum ki, siz Qurandan nesx olunmush ayelerin artiq Quranda olmadigini iddia edirsiniz

Mən sübut kimi hələm heç nə gətirməmişəm.Əksinə nəsx haqqında sübut kimi al-Fath Qurandan ayə gətirib.Məndə həmin ayənin izahını ondan istəyirəm.
Görək qurandan unutmaqləğv etmək deyəndə nə başa düşülür?
Факты не перестают быть фактами, когда их игнорируют

#23 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 18 июля 2008 - 14:54

Mən sübut kimi hələm heç nə gətirməmişəm.Əksinə nəsx haqqında sübut kimi al-Fath Qurandan ayə gətirib.Məndə həmin ayənin izahını ondan istəyirəm.
Görək qurandan unutmaqləğv etmək deyəndə nə başa düşülür?

Әһli sünnә alimlәrinin bir çoxu «Peyğәmbәr (s) dөvründә mөvcud olan Qur`an bir qәdәr fәrqli idi» rәvayәtinә istinad edәrәk, bә`zi ayәlәrin müxtәlif sәbәblәr üzündәn Qur`anda yazılmadığını iddia etmişlәr. Bunu nәzәrә alaraq bilmək istərdim sizdə həmin fikirdəsiniz?

«لبيــــــــك خــــــــامنئي »

#24 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 18 июля 2008 - 15:11

Omar
O ki, qaldi 87-ci surənin 6-7 ci ayələrinə. Mən anlaya bilmirəm həmin surənin təfsirini niyə məhz Al-Fathdan eşitmək istəyirsiz? Bəlkə təfsir kitablarımıza əsasən mən cavab verim. Yoxsa sizin üçün fərqi var? Bəlkə siz haqqı yalnız Al-Fathdan öyrənmək istəyirsiz? Belkə mən yazdığıma inanmırsız, Bəlkə, onu rus demişkən neprav çıxarmaq istəyirsiz? Belkə, onu zəif görmüsüz?

«لبيــــــــك خــــــــامنئي »

#25 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 18 июля 2008 - 15:17

Omar
O ki, qaldi 87-ci surənin 6-7 ci ayələrinə. Mən anlaya bilmirəm həmin surənin təfsirini niyə məhz Al-Fathdan eşitmək istəyirsiz? Bəlkə təfsir kitablarımıza əsasən mən cavab verim. Yoxsa sizin üçün fərqi var? Bəlkə siz haqqı yalnız Al-Fathdan öyrənmək istəyirsiz? Belkə mən yazdığıma inanmırsız, Bəlkə, onu rus demişkən neprav çıxarmaq istəyirsiz? Belkə, onu zəif görmüsüz?

Mənim üçün fərq etməz buyu izah elə.Unutmaq və ləgv etmək deyəndə nə nəzərdə tutulur.
Факты не перестают быть фактами, когда их игнорируют

#26 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 18 июля 2008 - 15:18

Belkə mən yazdığıma inanmırsız, Bəlkə, onu rus demişkən neprav çıxarmaq istəyirsiz? Belkə, onu zəif görmüsüz?

suizənn eləmək müsəlmana yaraşmaz.
Факты не перестают быть фактами, когда их игнорируют

#27 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 18 июля 2008 - 15:39

Mənim üçün fərq etməz buyu izah elə.Unutmaq və ləgv etmək deyəndə nə nəzərdə tutulur.

سَنُقْرِئُكَ فَلا تَنْسى‏

"Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan;"

Bu ayədə söhbət Allahın qüdrətindən gedir. Peyğəmbər ona vəhy olunandan sonra tələsirdi ki, ayə yadınnan çıxa bilər və istəyirdi ki, onu ümmətə tez çatdırsın. Bu səbəbdən Allah təala Onu sakitləşdiri ki, darıxma sən ayəni yaddan çıxaran deyirlsən. Buna şahid başqa ayələrdə var. O cümlədən Taha -114 cü sürədə də buna işarə edilib.
بِالْقُرْآنِ مِنْ قَبْلِ أَنْ يُقْضى‏ إِلَيْكَ وَحْيُهُ وَ قُلْ رَبِّ زِدْنِي عِلْماً: Tərcüməsi: Haqq Hökmdar olan Allah ucadır! Onun (ayələrinin) vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de.
Budan əlavə Qiyamət surəsində oxuyuruq:
16- Onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!
17- Şübhəsiz ki, (sənin qəlbində) onun qərar tutması və (dilinlə) onun oxunması Bizə aiddir
.

İNDİ İSƏ KEÇƏK NÖVBƏTİ AYƏYƏ

إِلاَّ ما شاءَ اللَّهُ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَ ما يَخْفى‏

"Yalnız Allahın dilədiyindən başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!"

Bu ayədə Allah təala öz qüdrətini dahada nümayöş etdirmək üçün deyir ki, Yalnız mən istədiyim zaman və istədiyimi unada bilərsən. Bu sözün mənası o deyil ki, Peyğəmbər Allahın ayəsini unuda bilər. Xeyr, əsla helə deyil! Belə olmuş halda Peyğəmbərin sözünə inam azalmış olar. Sadəcə Allah təala demək istəyir ki, ayənin yadda qalmasıda
unudulmasıda Onun əlindədir. Yəni Sən peyğəmbər özünü çox yorma. İstəsəndə unuda bilməyəcəksən ve yaxud əksinə...

«لبيــــــــك خــــــــامنئي »

#28 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 18 июля 2008 - 17:15

İmkan varsa Bəqərə 106 ayədədə unutmaq kəlməsini izah edəsən
Факты не перестают быть фактами, когда их игнорируют

#29 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 18 июля 2008 - 18:39

İmkan varsa Bəqərə 106 ayədədə unutmaq kəlməsini izah edəsən

Qardaşım Təbatabai ağanın tefsir kitabı türkçedir, ona göre onu açmadım. Bizim digər kitabdan həmin ayənin təfsirin gətirdim.

106-107-ҸИ АЈӘЛӘР
مَا نَنْسَحْ ُمِنْ آيَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ (106) أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا لَكُم مِّن دُونِ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ (107)

ТӘРҸҮМӘ:
106- ”Биз һәр һансы бир айәни нәсх едириксә (һөкмүнү гүввә-дән салырыгса), йахуд онун нәсх олунмасыны тә’хирә салырыгса, он-да һөкмән ондан йахшысыны, йахуд онун охшарыны (һәмин айәнин йеринә) ҝөндәриририк. Мәҝәр Аллаһын һәр ишә гадир олдуғуну бил-мирсән?!”
107- ”Мәҝәр билмирсән ки, асиманларын вә йерин сәлтәнәти (һакимиййәти) Аллаһа мәхсусдур? (Вә О, мәсләһәтә уйғун олараг Өз һөкмләриндә һәр нөв дәйишиклик етмәкдә мүтләг ихтийар саһи-бидир). Вә сизин үчүн Аллаһдан башга һеч бир башчы вә көмәкчи йохдур (вә сизин мәсләһәтинизи билиб, тә’йин едән йалныз Одур).”

ТӘФСИР:
НӘСХИН МӘГСӘДИ

Бу айәләрдә дә йәһудиләрин мүсәлманлар әлейһинә апар-дыглары әкс тәблиғатлардан сөһбәт ачылыр. Онлар әввәлҹә дейирдиләр ки, дин йалныз йәһуди дини, гиблә дә йалныз йәһу-диләрин гибләсидир. Буна ҝөрә дә сизин Пейғәмбәр (с.ә.в.в) бизим гибләйә тәрәф (Бейтул-мүгәддәсә) намаз гылыр. Амма гибләнин дәйишдирилмәси барәсиндәки һөкм назил оланда, (“Бәгәрә” сурәсинин 144-ҹү айәсинин һөкмүнә әсасән) мүсәл-манлар Кә’бәйә доғру намаз гылмаг тапшырығы алдылар. Бу-нунла да йәһудиләрин бәһанәләринин гаршысы алынды. Он-лар йени бәһанәләр ҝәтириб дедиләр ки, әҝәр биринҹи гиблә дүзҝүн идисә, онда икинҹи һөкм нә мә’на дашыйыр? Әҝәр икинҹи һөкм дүзҝүндүрсә, онда сизин әввәлдәки әмәлләри-низ батилдир.
Гур’ан бу айәләрдә онларын бу ирадларына ҹаваб вериб мө’-минләрин гәлбинә тәскинлик вә айдынлыг ҝәтирир. Айә буйурур: “Биз һәр бир һөкмү нәсх етсәк, йахуд онун нәсх олунмасыны тәхирә салсаг һөкмән ондан йахшысыны, йахуд онун охшарыны һәмин айәнин йе-ринә ҝәтирәрик.” مَا نَنسَحْ مِنْ آيَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَا أَوْ مِثْلِهَا
Бу иш Аллаһ үчүн чох-чох асандыр. “Мәҝәр билмирсән ки, Аллаһ бүтүн шейләрә гадирдир?!” أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ
“Мәҝәр билмирсән ки, асиманларын вә йерин һакимиййәти йалныз Аллаһа мәхсусдур?!” أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ
О, мәсләһәтә уйғун олараг өз һөкмләриндә һәр нөв дәйишик-лик етмәйә һаглыдыр вә О, бәндәләринин мәсләһәтини һамыдан даһа йахшы билир.
“Мәҝәр билмирсән ки, сизин үчүн Аллаһдан башга һеч бир көмәкчи йохдур?” وَمَا لَكُم مِّن دُونِ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ
Һәгигәтдә биринҹи ҹүмлә Аллаһ-тааланын һөкмләрдәки һакимиййәт һаггыны вә Онун бәндәләрин мәсләһәтинин айырд едилмәсинә гадир олмасыны чатдырыр. Буна әсасән мө’мин-ләр һөкмләрин нәсх едилмәси мәсәләсиндә е’тираз вә тәрәд-дүддә, шәккдә олан гәрәзчи шәхсләрин йерсиз сөзләринә әһә-миййәт вермәмәлидирләр.
Икинҹи ҹүмлә исә өзләри үчүн Аллаһдан башга арха, сығынаҹаг сечән кәсләрә хәбәрдарлыг верир. Чүнки, дүнйада Аллаһдан башга һәгиги сығынаҹаг йохдур. Лүғәтдә нәсх сөзү арадан апармаг, шәриәт истилаһында исә бир һөкмү дәйиш-дириб башга һөкмү онун йеринә гоймаға дейилир. Бу мәсәләнин изаһы ҝәләҹәкдә гейд олунаҹагдыр.

#30 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 18 июля 2008 - 18:46

Şair bilmirəm sən hansı tərcümədən həmin ayəni gətirdin.Sənin gətirdiyin tərcümə ilə bu tərcümə tamam fərqlidir.

Bəqərə 106 - Biz hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!

Gördüyün kimi burda 2 şeydən danışılır bir ləğvdən bidə unutmaqdan.
Факты не перестают быть фактами, когда их игнорируют

Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru