Перейти к содержимому

Фотография

Şiələrə suallar

  • Закрытая тема Тема закрыта
Сообщений в теме: 2322

#241 lezqin

lezqin

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 18 сообщений

Отправлено 16 декабря 2008 - 16:57

xahiw ederdim, suala fikir vererdiz, onlar deyir ki, allahin oqlu deyende mecazi me'na qesd edirik, neceki, allahin wiri sizler demirsiz, bizde oyle !
yani demek isteyirsiz ki, kim deseki, allahin wiri kafir olmur, lakin kim deseki allahin oqlu kafir olur !?

Gardashim eger onlar hegigeten Isa (a) Allahin oglu mecazi formadaki kimi gebul edirse, onda onlardan sorush Adem (a)da mecazi formada Allahin oglu kimi gebul edirsiz??? Eger onlar duz danishirsa onlar bunu da gebul ederler. Eger onu gebul etseler demeli butun besherin insanlari mecazi formada Allahin ogullaridir chunki onlari yaradan Allahdir.
Bu ise onlarin egidesine ziddir, chunki Isa (a) onlarin fikirince neinki adi insanlardan, hetta Peygemberlerden ustundur, ve onun ustunluku mes ele Allahin oglu olmagdir.

Umudvaram bu cavab size gani eder. Ugurlar

#242 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 16 декабря 2008 - 18:50

Ümumiyyətcə müsəlmandan başqa hamısı kafirdir.

onlarda mene qarwi deyirelr ki, (xristinalar) onda sizde muwruk sayilirsiz, chunki,
sizlerde insanalr uchun deyirsiz ki, "allahin qilinci " allahin wiri " ve sair ......
eslinde ise allah ozune ne wir goturub yer uzunde, nedeki oqul !
bu xristianlarin cavabidir !

Əvvəla hər şey Allahındı, bəndə də, qılınc da, şir də, aslan da, ev də və s. Amma Allahın aslanı, Allahın evi dedikdə və s. dedikdə Allah maddiləşmir. Fərq ondadır ki, İsaya Allahın oğlu dedikdə, Allahın Özünü Quranda tərif etdiyinin əksi iddia olunur (İxlas surəsi). Allahı maddiləşdirilir, cismləşdirilir, Ona şərik qoşulur.

Sualınızla imkan yaradırsız ki, sizin haqqınızda zənnə qapılaq. Sətiraltı nəsə demək istəyirsiz sanki...
:)

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#243 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 16 декабря 2008 - 23:23

Incilde tek Isa(a) yox, butun insanlar da Allahin oqlu kimi adlandirilir. Ehde Etiqde bele Beni Israil Allahin ovladlari adlandirilir. onlardan soruwsaq ki, hamimiz Allahin ovladlariyiq deyecekler yox, yalniz Hz.Isa(a). bu onu gosterir ki, burda mecazilikden bir az kenar sohbetler var.
umumiyyetle, Ehde Etiqle Ehde Cedidi oxumaqi hamiya meslehet grurem.
PS. bu sohbetlerin bu temada ne yeri var?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#244 elmar

elmar

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 14 сообщений

Отправлено 01 января 2009 - 19:57

1 de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);2Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)3O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)4Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”
menim sualim bu aye haqqindadi, sufiler deyir ki, bu ayede me'nasi odur ki, allahnan bir yerde hechne ola bilmez, ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ve sonra bu sohbetin axirinda deyirler
Eger kim ise, ne vaxtsa Allahi ozunden kenarda/xaricde gormek isteyirse hemin insan shirkdedir, “tanri gavramindan” temizlenmemiwdir! Xeyalinda ozunden kenarda, yuxarida, goylerde, umumiyyetle haradasa bir “tanri” yaratmish ve ona iman elemiwdir!
ve yaxud da deyirler ki, möv¬cud yal¬nız «Al¬lah»dır!. Ki, baş¬qası əs¬la möv¬cud de¬yil¬dir!.
yani allahdan bawqa eslinde hechne yoxdur,
buna wiyeler nece izah ede biler ? qebul edirler bu anlayiwi,?

#245 elmar

elmar

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 14 сообщений

Отправлено 01 января 2009 - 22:16

daha doqrusu bunu bildirmek isteyirler

Bu anlayışda «Hz. MƏHƏMMƏDIN AÇIQLADIĞI AL-LAH» adlı kitabımızda bəhs etdiyimiz mə'nada Təkliyi qavra-malı və bunun nəticəsində də «mən» deyə var olaraq zənn edilən, var deyə vəhm edilən mənliyin var olmadığı anlaşılmalıdır!…

Bax bu, işin «xəv¬vas»a xi¬tab edən tə¬rəfi, «xəv¬vas» sə¬viy¬yə-sin¬dəki an¬la¬yı¬şı¬dır.

Əgər sən, «mənliyinin var olmadığını» anlasan, «var» sandığın mənliyinin şərtlənmələrdən və öz zənnindən irəli gəldiyini ortaya çıxarsan, vücudunun «yox»

dan var olmuş bir «yox» olduğunu qavrasan, o zaman varlıqda hər bir zərrədə var olan «TƏK» varlığın «Allah» olduğunu dərk edərsən.

«ÜZÜNÜ HANSI TƏRƏFƏ DÖNDƏRSƏN, ALLAH VƏCHİNİ GÖRƏRSƏN»

ayəsinin sirri açılır...

O zaman, düşmən, pis, əbəs, çirkin ortadan qalxar, hər biri ayrı bir qayə ilə var olmuş gözəl və mükəmməllər qalar... Tikan başqa cür gözəldir, kaktus başqa cür gözəldir, qızılgül, qərənfil başqa cür gözəldir, sənin gözündə!...

buna munasibesitiniz

#246 elmar

elmar

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 14 сообщений

Отправлено 03 января 2009 - 23:53

Bu anlayışda «Hz. MƏHƏMMƏDIN AÇIQLADIĞI AL-LAH» adlı kitabımızda bəhs etdiyimiz mə'nada Təkliyi qavra-malı və bunun nəticəsində də «mən» deyə var olaraq zənn edilən, var deyə vəhm edilən mənliyin var olmadığı anlaşılmalıdır!…

Bax bu, işin «xəv¬vas»a xi¬tab edən tə¬rəfi, «xəv¬vas» sə¬viy¬yə-sin¬dəki an¬la¬yı¬şı¬dır.

Əgər sən, «mənliyinin var olmadığını» anlasan, «var» sandığın mənliyinin şərtlənmələrdən və öz zənnindən irəli gəldiyini ortaya çıxarsan, vücudunun «yox»

dan var olmuş bir «yox» olduğunu qavrasan, o zaman varlıqda hər bir zərrədə var olan «TƏK» varlığın «Allah» olduğunu dərk edərsən.

«ÜZÜNÜ HANSI TƏRƏFƏ DÖNDƏRSƏN, ALLAH VƏCHİNİ GÖRƏRSƏN»

ayəsinin sirri açılır...
O zaman, düşmən, pis, əbəs, çirkin ortadan qalxar, hər biri ayrı bir qayə ilə var olmuş gözəl və mükəmməllər qalar... Tikan başqa cür gözəldir, kaktus başqa cür gözəldir, qızılgül, qərənfil başqa cür gözəldir, sənin gözündə!...

menim sualim bu aye haqqindadi, sufiler deyir ki, bu ayede me'nasi odur ki, allahnan bir yerde hechne ola bilmez, ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ve sonra bu sohbetin axirinda deyirler
Eger kim ise, ne vaxtsa Allahi ozunden kenarda/xaricde gormek isteyirse hemin insan shirkdedir, “tanri gavramindan” temizlenmemiwdir! Xeyalinda ozunden kenarda, yuxarida, goylerde, umumiyyetle haradasa bir “tanri” yaratmish ve ona iman elemiwdir!
ve yaxud da deyirler ki, mövcud yalnız «Allah»dır!. Ki, başqası əsla mövcud deyildir!.sen men eslinde yoxuq !!!!
yani allahdan bawqa eslinde hechne yoxdur,
buna wiyeler nece izah ede biler ? qebul edirler bu anlayiwi,?

#247 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 05 января 2009 - 22:29

Sufilər deyəndə ki, yəgin Siz onların alimlərini nəzərdə tutursuz. Buna belə cavab vermək çətindir, gərək tam mətnə baxılsın.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#248 elmar

elmar

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 14 сообщений

Отправлено 11 января 2009 - 01:54

al fath salam aleykum

men onlarin esas fikirlerini yazmiwdim

Əgər sən, «mənliyinin var olmadığını» anlasan, «var» sandığın mənliyinin şərtlənmələrdən və öz zənnindən irəli gəldiyini ortaya çıxarsan, vücudunun «yox»

dan var olmuş bir «yox» olduğunu qavrasan, o zaman varlıqda hər bir zərrədə var olan «TƏK» varlığın «Allah» olduğunu dərk edərsən.

eger tam fikirlerini bilmek isteyirsense, buyur bu onlarin kitablari her biri hardasa 120 SEHIFEDIR;lakin 5-10 SEHIFE oxuduqdan sonra mence bir wey bawa duwmek olar !
http://www.ahmedbaki.com/azeri/

Qısaca, yasadığımız kainata aid оlaraq məlum оlan hər şеy, əslində vücud, varlıq sahibi оlmayıb, yalnız və yalnız «ALLAHIN ЕLMİNDƏ» mövcud, bəsit anlayışımıza daхil оlmuş ifadəsi ilə «хəyal olan» varlıqlardır!..

Əfal aləmi dеyilən hərəkətlər aləmi, yəni mələklərin, cinlərin və insanların da içində yеr aldığı kainat isə bu varlıqların qəbul еtmə vasitələrinə, duyğularına görə mövcud оlub,
ALLAHIN «ЕLMİN»də isə, ALLAHIN «YANINDA» mövcud «ЕLMİ SURƏTLƏR»dir..
Ya da başqa bir ifadə tərzi ilə, var olan hər şеy, həqiqətdə «ЕLMİ SURƏTLƏR»dir...... «Ki bunlar əsla vücud qoхusu almamışdır»...

yavaw yavaw kitabin maraqli yerlerinden sitatlat getirecem ,sizdeki deyin gorek bu e'qide batildi yoxsa ki haqqdi !
ardi var

#249 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 11 января 2009 - 02:19

O saytda 3 kitab var. Siz bu yazıları onların hansından götürmüsüz? Kitabın adını və səhifəsini yazın zəhmət olmasa.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#250 elmar

elmar

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 14 сообщений

Отправлено 11 января 2009 - 14:32

men yazdiqim o setir bu kitabda 20 SEHIFEDEDIR
HƏZRƏTİ
MƏHƏMMƏDİN
AÇIQLADIĞI ALLAH
http://www.ahmedbaki.com/azeri/
ve daha sonra

Parçalara, zərrələrə bölünüb parçalanması mümkün olmayan «ƏHƏD», ya sonlu hüdudlu bir Birdir ki, bu təqdirdə Kainatın hər hansı bir yеrində оturub (!), ya da sonsuz, hüdudsuz, parçalara ayrılmaz TƏKDİR ki, bu təqdirdə də ancaq və yalnız, təkrar еdrəm, an¬caq və yalnız «ÖZÜ» mövcuddur!.
ƏHƏD» olan «ALLAH» adı ilə işarə еdilən хaricində hər hansı bir varlığın mövcudiyyətini irəli sürmək əvvəlcə ağıl və məntiqə, sonra da izan və insafa sığmaz!.
Düşünək...
Əgər «ALLAH» Adı ilə İşarə Еdiləndən ayrı, «ALLAH»ın хaricində bir varlıq varsa... Bu varlıq ilə «ALLAH» arasındakı sərhəd haradadır?... Bu sərhəddi harada çəkəcəksiniz?...

Bizə görə, yəni bеş duyğulu fərdlərə görə, içində yaşadığımız bir Kainat və makro-mikro saysız-hеsabsız aləmlər mövcuddur!.. Ancaq diqqət еdək, bütün bunlar həmişə gözlə qəbul еtdiyimiz siqnallara görə bеlədir!.
Halbuki...
Bu içində оlduğunuz məkanı alsalar, tavanını açaraq, оlduğu kimi 60 milyard dəfə böyütmə imkanı olan еlеktron mikroskopunun lamına oturtsalar...
Və sonra da siz kеcib o mikroskopun üzərindən, az əvvəl içində оlduğunuz məkana baхsanız...
Görəsən nə görəcəksiniz?.
Bir milyard dəfə böyütmə ilə biz bir cismi dеyil, o cismin atom nüvələrini görürük!... Hələ bu say 60 milyarda çatanda... Gözümüzdə bütün insanlar, əşyalar, stullar, dəftərхanalar və ya оtaqdakı digər cisimlər tamamilə itəcək, bеynimizin vеrəcəyi hökm bütünlüklə dəyişəcəkdir!... Və..
Qеyri-iхtiyari ağzımızdan bu sözlər çıхacaqdır... «Aaa, burada hеç bir şеy yoх imiş!.. Bura baх, yalnız atomlardan, onların ətrafında fırlanan еlеktronlardan başqa bir şеy görə bilmirik!.. Bəs hara gеtdi bu qədər insan və əşya!?..»

Əgər bеynimiz altmış milyard böyütmə imkanına sahib bir еlеktron mikroskopu yеrinə, 10 trilyon dəfə böyütmə imkanına sahib bir еlеktron mikroskopu ilə Kainata baхmaq vəziyyətinda olsaydı, biz yеnə, ayrı ayrı cisimlərin, insanların varlığından danışa biləcəkdikmi?..
Yохsa, qəbul еdəcəyimiz, mövcud, bölünməz, parçalanmaz, davam еdən sonsuz, hüdudsuz TƏK olacaqdımı?..

Sən «O»na, istər «Zahir» dе, istər «Batin» dе, istər «Aхır» dе, istər «Əvvəl» dе dеdiyin, işarə еtdiyin, tərif еtdiyin еlə «O»dur!.
Çünki, «zahir-batin» ayrımı sənin bеş duyğu üzvündən qaynaqlanır!.. Bеş duyğu ilə qəbul еdə bildiyinə «zahir» dеyirsən, qəbul еdə bilmədiyinə «batin»!..
Halbuki altı, yеddi, on iki duyğu ilə qəbul еtmə vəziyyətində olsaydın, sənin üçün zahirlər də dəyişəcəkdi, batinlər də!.. Və sən, bu gün zahir dеdiyinə batin, batin dеdiyinə də zahir, dеməli olacaqdın.(sehife 26-29)
ardi var

#251 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 11 января 2009 - 16:16

Ahmed Hulusinin adi kechen kitabini bu yaxinlarda oxudum. Heqiqeten maraqli ve dushundurucu kitab idi. Elmarin qeyd etdiyi hisse en cox diqqet celb eden hissedir ve inandiricidir. Allah haqqinda dusuncelerim zenginleshdi. Sonda bele qerara geldim ki, men hech neyem, men yoxam ve menim gorduklerim, hiss etdiklerim hec ne yoxdu ve yaxud varliq dediyimiz alem ele Eheddir... ne ise... :kavkaz:
Heqiqeten movzuya Shie alimlerinin fikirleri mene de maraqlidi.

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.

#252 elmar

elmar

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 14 сообщений

Отправлено 20 января 2009 - 21:39

Parçalara, zərrələrə bölünüb parçalanması mümkün olmayan «ƏHƏD», ya sonlu hüdudlu bir Birdir ki, bu təqdirdə Kainatın hər hansı bir yеrində оturub (!), ya da sonsuz, hüdudsuz, parçalara ayrılmaz TƏKDİR ki, bu təqdirdə də ancaq və yalnız, təkrar еdrəm, an¬caq və yalnız «ÖZÜ» mövcuddur!.
ƏHƏD» olan «ALLAH» adı ilə işarə еdilən хaricində hər hansı bir varlığın mövcudiyyətini irəli sürmək əvvəlcə ağıl və məntiqə, sonra da izan və insafa sığmaz!.
Düşünək...
Əgər «ALLAH» Adı ilə İşarə Еdiləndən ayrı, «ALLAH»ın хaricində bir varlıq varsa... Bu varlıq ilə «ALLAH» arasındakı sərhəd haradadır?... Bu sərhəddi harada çəkəcəksiniz?...

Bizə görə, yəni bеş duyğulu fərdlərə görə, içində yaşadığımız bir Kainat və makro-mikro saysız-hеsabsız aləmlər mövcuddur!.. Ancaq diqqət еdək, bütün bunlar həmişə gözlə qəbul еtdiyimiz siqnallara görə bеlədir!.
Halbuki...
Bu içində оlduğunuz məkanı alsalar, tavanını açaraq, оlduğu kimi 60 milyard dəfə böyütmə imkanı olan еlеktron mikroskopunun lamına oturtsalar...
Və sonra da siz kеcib o mikroskopun üzərindən, az əvvəl içində оlduğunuz məkana baхsanız...
Görəsən nə görəcəksiniz?.
Bir milyard dəfə böyütmə ilə biz bir cismi dеyil, o cismin atom nüvələrini görürük!... Hələ bu say 60 milyarda çatanda... Gözümüzdə bütün insanlar, əşyalar, stullar, dəftərхanalar və ya оtaqdakı digər cisimlər tamamilə itəcək, bеynimizin vеrəcəyi hökm bütünlüklə dəyişəcəkdir!... Və..
Qеyri-iхtiyari ağzımızdan bu sözlər çıхacaqdır... «Aaa, burada hеç bir şеy yoх imiş!.. Bura baх, yalnız atomlardan, onların ətrafında fırlanan еlеktronlardan başqa bir şеy görə bilmirik!.. Bəs hara gеtdi bu qədər insan və əşya!?..»

Əgər bеynimiz altmış milyard böyütmə imkanına sahib bir еlеktron mikroskopu yеrinə, 10 trilyon dəfə böyütmə imkanına sahib bir еlеktron mikroskopu ilə Kainata baхmaq vəziyyətinda olsaydı, biz yеnə, ayrı ayrı cisimlərin, insanların varlığından danışa biləcəkdikmi?..
Yохsa, qəbul еdəcəyimiz, mövcud, bölünməz, parçalanmaz, davam еdən sonsuz, hüdudsuz TƏK olacaqdımı?..

Sən «O»na, istər «Zahir» dе, istər «Batin» dе, istər «Aхır» dе, istər «Əvvəl» dе dеdiyin, işarə еtdiyin, tərif еtdiyin еlə «O»dur!.
Çünki, «zahir-batin» ayrımı sənin bеş duyğu üzvündən qaynaqlanır!.. Bеş duyğu ilə qəbul еdə bildiyinə «zahir» dеyirsən, qəbul еdə bilmədiyinə «batin»!..
Halbuki altı, yеddi, on iki duyğu ilə qəbul еtmə vəziyyətində olsaydın, sənin üçün zahirlər də dəyişəcəkdi, batinlər də!.. Və sən, bu gün zahir dеdiyinə batin, batin dеdiyinə də zahir, dеməli olacaqdın.(sehife 26-29)

men sufilerin alimlerinin yazilarindan ziddiyyetden bawqa bir wey gormurem, chunki aliden gelen revayete gore allahi achiqladiqda o deyir
-- allah her weydedi, lakin madde maddenin ichinde olduqu kimi yox !allah her weye yaxindi,ustunde lakin madde maddenin
yuxarisinda olduqu kimi,ichinde olduqu kimi yox,,,,,,,,,,,,,,,,,

demek isteyirem ki, eger sifilerin dediyi kimidirse onda ali deyerdi ki,"" umumen sen men eslinde yoxuq, ancaq allah var"" !
daha yuxarida dediyi kimide achiqlamazdi,
daha sonra hemen kitabin 35 CI SEHIFRSINDE sufiler deyir
Hz. Məhəmmədin «Еlmin qapısı» оlaraq qеyd еtdiyi Hz. Əlinin yanına gələrək sözləri еynən nəql еdirlər və ondan bir açıqlama gözləyirlər...
Hz. Əli bu öz cümlə ilə cavab vеrir:
«Əl an kəma kan!.»
Bu cümləni bеlə tərcümə еdə bilərik:
«Hələ, o an¬dakı ki¬mi¬dir!.»
Bu dеməkdir ki, o anda еlə idi, o andan bu ana qədər kеçən zamanda hеç bir şеyi dəyişdirmədi, hələ də еlədir!.

ancaq bu tercumeni men bawqa kitabda bawqa me'nada oxumuwdum
orda deyilir ki, allah var idi, indi de onun elmine hech bir wey elave olunmayib, ...........

#253 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 10 февраля 2009 - 20:33

bu gunlerde bir shiyenen sohbetde mene dediki, imam rzanin bele bir kitabi var ki, orda allaha mekan verenleri tekfir edir !
Imam Rza Tovhidi-Sadiqda demishdir ki:Allahin xususi bir mekanda olduqunu deyenler mushrikdir.

doqurdan da bu kitabda allaha mekan verenleri tekfir edirse ,onda goresen bu umumi tekfirdir yoxsa ki, xususi ?
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#254 Aykut_555

Aykut_555

    Arif – Corporal

  • Заблокированные
  • 74 сообщений

Отправлено 10 февраля 2009 - 22:27

AHMED ilk once bu sufiler allahin her yerde oldugun diyor bir esasa gore allah deyir men her yerdiyem bunun tefsiri ibn kesir getirir bir gun peygamber sefere cixir ve devenin ustunde namaz qilir sahabelerde deyir ki nece ola biler peygamber uzun qibleye cevirmeyib bunu deyen sahabeler rasullah namazinin quramaqin gozlediler,hele namazin ustune aye geldi ve peygamberimiz buyurdu ki,allah teala buyurur men heryerdeyem (yani deve ustunde qilinanda qible sadece senin getdiyin yol olacakdir buda delildirki bu aye sahablerin deve ustunde her bir terefe namaz qila bileler bu ayenin tefsiri budur.
QALDI ALLAH MEKAN vermek bu kuran ve sunnede subhallah var bunu inkar eden hele kafirdir bizler esidib itayet edmeliyik tehrif etmeli deyilik bir mena vermeli deyilik onsuzda hec bir mena bu deliler qarsindan sehih deyilr bax qardas bor allah nece defe deyib ve azerbyacnadn dili ile sene basa salacam.....İstiva – Allah – subhanəhu və təala – nin feli sifətlərindəndir. İstiva – üstə olmaq, yüksəlmək, çıxmaq deməkdir. Allahın yeddi səmanın üstündə yaratdıqlarından ayrı olaraq Ərşin üzərinə istiva etdiyinə və elmi ilə hər bir şeyi əhatə etdiyinə iman gətirilməlidir. Qatadə b. ən-Numan – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyururdu: «Allah yaratmağı qurtardıqdan sonra ərşin üzərinə istiva etdi».
Bu kəlməni Müxaliflərin yozduqları kimi zəbt etdi, hökmü altına aldı, qüdrəti ilə və s. mənalar ilə dəyişməməliyik. İstiva – məlumdur, keyfiyyəti isə məchuldur. Ona iman gətirmək isə vacibdir. Əbu Nuaym Cəfər b. Abdullah deyir ki, biz imam Məlik – rahmətullahi aleyhi – nin yanında idik. Bir nəfər: «Ey Abdullahın atası! Allah Ərşə necə istiva etdi?» İmam Məlik – rahmətullahi aleyhi – bu sualı eşidəndə bərk qəzəbləndi. Başını aşağı salaraq, əlindəki çubuqla yerə sürtərək fikrə daldı. Sonra başını qaldırıb əlindəkini atdı və: «Necəliyi ağılla dərk olunmaz. İstiva Allah üçün məlumdur. Buna iman vacib, bu haqda sual vermək bidətdir. Səni də bir bidətçi kimi görürəm və bu adamın qovulmasını əmr etdi».
Allah – subhanəhu və təala – Qurani Kərimdə yeddi yerdə: əl-Əraf 54, Ta ha 5, ər-Rad 2, Yunus 3, əs-Səcdə 4, Furqan 59, əl-Hədid 4-də ALƏ – üzərinə ön qoşması ilə, «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). İki yerdə isə: əl-Bəqərə 29, Fussilət 11-də İLƏ – tərəf ön qoşması ilə, «Sonra səmaya tərəf üz tutaraq». (əl-Bəqərə 29) –də İstiva etdiyini bəyan etmişdi.
Müxaliflər İstiva kəlməsini bir çox mənalar ilə dəyişmişlər. Bunlardan ən məşhuru İSTİVA – sözünə LƏ – şəkilçisi artıraraq İSTƏVLƏ – zəbt etmək, hökmü altına almaq mənasıdır. Heç bir qrammatika alimləri bu sözlərin eyni məna ifadə etdiklərini qeyd etməmişlər. İSTİVA – felin səkkizinci fəslinə aiddir və kökü Sin, Vav, Və – dən ibarətdir. Əlif və Tə artırılaraq əmələ gəlib. İSTƏVLƏ – felin onuncu fəslinə aiddir və kökü Vav, Ləm, Və – dən ibarətdir. Əlif Sin artırmaqla düzəlir.
Həmçinin bizə Qurani – Kərimdən göründüyü kimi, sonra ərşə yüksəldi. Muxaliflərin dediyi kimi olsa, sonra hökmü altına aldı – belə çıxır ki, əvvəl Ərş Allahın hökmü altında deyildi, həmçinin hökmü altına almaq acizliyin əlamətidir. Allah əvvəl aciz olub, sonra güc toplayaraq öz hökmü altına alıb. İkinci tərəfdən əgər Allah, onların dediyi kimi Ərşi hökmü altına alıbsa bəs qalan məxluqlar necə? Biz bilirik ki, Allah göyləri və yeri yaratmamışdan əlli min il əvvəl də her bir şey Allahın hökmü altında olub və olacaqdır.

adice bir sual verim sene
1sual:sen niye dua edende elini goye qaldirib deyirsenki ya rabbim mene yardim et eyer sen allah mekan vermirse senin elini qaldirib dua etmeyin dogurdu deyil niye elinin goye qadlirib dua edirsen?
adice balca usaaqa deyirsen allah hardadir usaq deyir allah goydedir:)hetta dua edendede deyir bir insan ki goyteki tek allah hakki bu seyler insan yaradilisdan beyninde var niye hz ibrahimin dusmanin nemrud dedi men allahi oxum ile vuracaqam ve goye niye ox atdi sebeb hz ibrahim demisdir ki allah goyden sizim emelinize baxar ve hec bir seyi unutmaz.

#255 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 10 февраля 2009 - 22:50

aykut men bu suallı sənə verıədim
bu sual şiyələrə aidir
zehmet deyilsə şiyələr bunu cavablandırardı

bu gunlerde bir shiyenen sohbetde mene dediki, imam rzanin bele bir kitabi var ki, orda allaha mekan verenleri tekfir edir !
Imam Rza Tovhidi-Sadiqda demishdir ki:Allahin xususi bir mekanda olduqunu deyenler mushrikdir.

doqurdan da bu kitabda allaha mekan verenleri tekfir edirse ,onda goresen bu umumi tekfirdir yoxsa ki, xususi ?
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#256 Aykut_555

Aykut_555

    Arif – Corporal

  • Заблокированные
  • 74 сообщений

Отправлено 10 февраля 2009 - 22:55

qardas imam rizanin bu quran delilinden sonra bele bir sey demesi uyduram bir seydir cunki delilszidr

#257 geogrd

geogrd

    Naqib – Captain

  • Emir
  • 751 сообщений

Отправлено 19 февраля 2009 - 11:14

zz79 :sehf etmiremse,bu bolmenin adi "Вопросы шиитам" kimi gedir...

какая великолепная отмазка от ответа! :loool:

zz79 задает провокационный вопрос :rolleyes: , ожидает ответа :blushL: , чтоб им воспользоваться :295: :rtfm: , но уупсс не получилось :(

я еще буду...

اللَّهُمَّ الْعَنْ أَوَّلَ ظَالِمٍ ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ آخِرَ تَابِعٍ لَهُ عَلَى ذَلِكَ
О Аллах. Прокляни первого отнявшего право Мухаммада и его семьи, а также каждого, последовавшему его примеру.

#258 Salman farsi

Salman farsi

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 25 сообщений

Отправлено 11 марта 2009 - 07:47

Belə bir sual məni maraqlandırır.
1.Əhli şiyədə Qurani Kərimin təhrifinə inanan insanın hökmü nədir?
2.Quarni Kərimə iman gətirmək sizdə üsullidindən sayılır?

Allah inanan Lent elesin,Bohtan atanada lenet elesin.
Подпись удалена!
Запрещается использовать в подписи большие шрифты.

#259 mety_ety

mety_ety

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 18 сообщений

Отправлено 08 апреля 2009 - 18:03

Salam aleykum ...
Men ozum ehli sunnedenem,,,,,ve bir nece sualim var...zehmet olmasa bu yazimi oxuyanlar cavablandirsin...

1)Şiə əqidəsində ilk yazılan kitab hansıdır.Müəllifi kimdir.(necenci əsrdə yazılıb?)(bu kitabi mənə gondərsin azeri ve ya turkce)

2)Bu hədis şiə əqidəsində səhihdir mi?...Salman, Miqdad və Əbuzərdən başqaları dönük çıxdı...(hədisi tam bilmədiyimdən təxmini yazdim...tan bilən bura yerləşdirsin...)əgər hədis səhihdirsə zəhmət olmasa bu hədisi izah edin...

3)Şiə əqidəsində ən mötəbər hədisçi kimdir?Yani hədis toplayan ...bunu nəzərdə tuturam...məsələn əhli sunnədə Buxari hesab olunursa ahli şiada kim hesab olunur?neçənci əsrdə yasayib həmin insan və kitabının adı nədir?(bu kitabi mənə gondərsin azeri ve ya turkce)

4)Hasan, Huseyn , Zeynalabdin, Cefer Sadiq, Muhammed Bagir, Museyi Kazim, Rza, Taqi, Naqi, Hesen el Askeri(Allah hamisindan razi olsun) ....bu insanlarin oz kitablari var mi?Yani oz elleri ile yazdiqlari?eger hansi birininse özü yazdığı kitabi varsa mənə gondərsin (azeri ve ya turkce)

5)bu hedisi nece basa düşüm: Cabir belə dedi:Əbu Cəfərin belə dediyini eşitdim. “Kim ki, Quranın Allahın endirdiyi kimi bütöv şəkildə olduğunu bildirərsə o yalan deyib. Quranı tam şəkildə toplayan sadəcə Əli(ra) və ondan sonra gələn imamlar olmuşdur.”(Usuli Kafi 1/284)
və ya bu hədisi ; İndiki mövcud olan Qur’anın tam və nöqsansız olduğunu deyən adam yalançıdır. Çünki tam və nöqsansız Qur’an Ali ibn Abu Talibin Qur’ani idi. (Nuri Tibri, Fasl-ul-Xitab fi təhrifi kitab Rabb-ul-Ərbab, səh. 4)
və ya bunu; . Münafiqlər (yə’ni Səhabələr) Qur’andan bir çox ayəni çıxarıblar. (İhticaci-Tibri, səh. 382)

6)bu hədisi isə əl-Məclisi Miratul-Ukul (12/525) adlı kitabında bu rəvayəti sağlam hesab edir və deyir ki “Hədisə inanmaq olar. Xəbərin səhih olması ortadadır. Bu Quranın dəyişdirilməsi və əksildilməsinə dair bir çox səhih hədislərdən biridir...” Hişam b. Saleh Əbu Abdullah aleyhsalam-dan rəvayət edir : “Şübhəsiz Cəbrayıl (əs)-ın Muhamməd(sav)-ə endirdiyi Quran on yeddi min ayə idi.”(Usuli Kafi 2/634) şşşbunu da izah edin....

7)Usuli Kafi kitabinda bu 2 hedis var?
Allah tez-tez səhv edir və yalan deyirdi. (Yaqub Kuleyni, Usuli-Kafi, cild I, səh. 328)
Allah başlanğıc (bəda’a) keyfiyyətinə malikdir. (Usuli-Kafi, cild I, səh. 283)
eger varsa Sehih ve ya Zeif oldugunu bildirin.....eger ZEİFdirsə hansi şiə alimi bu hədisə zəif deyib ..bunu bildirin...

8)Bu hədis var ?
“Əbu Cəfər (Məhəmməd Baqir əleyhissalam) belə buyurdu: “Ey Əbu Ubeydə! Məhəmmədin (s)ın nəslindən bir imam (Mehdi) qalxdığı (zaman) və Davud Süleymanın hökmü ilə hökm verdiyi zaman, ondan qətiyyən dəlil istənilməz ”. (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 694, hədis № 1033). Həmçinin eyni kitabda başqa bir rəvayətdə belə qeyd olunur: “Əban belə rəvayət etmişdir: Əbu Abdullahın (Cəfəri Sadiq əleyhissalam): “Mənim nəslimdən bir adam (Mehdi) gəlib, Davud oğullarının hökmü ilə hökm verib, özündən hər hansı bir dəlil istəməyərək hər kəsə haqqını vermədən qiyamət qopmaz” dediyini eşitdim”. (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 694, hədis № 1034)
Əgər bu hədis varsa fikir bildirin, zəif və ya səhih oldugunu qeyd edin, əgər zəifdirsə hansi alim buna zəif, səhihdirsə hansi alim buna sehih deyib....

9)Əhli şiada Mehdi zühur edecek...
1) Bu zühur edeceyi hansi kitablardadır?

bir də zühur etmeyeceyi kitablara baxın!..bunlara ne deye bilersiniz..yani DOGULACAQ!

“Məhəmməd b. Yəhya və başqaları belə rəvayət edirlər: “Bu, Həsən əl-Əsgəridir. Öz əcəli ilə və yatağında ölmüşdür. Öldüyü zaman, yanında Əmirul – mömininin xidmətçilərindən və güvənilən adamlarından filankəs və filankəs, qazilərdən filankəs və filankəs, təbiblərdən filankəs və filankəs var idi. Sonra (Həsən əl-Əsgərinin) üzünü örtdülər və cənazəni qaldırdılar. Cənazə evin ortasından götürüb atasının dəfn edildiyi otağa basdırıldı. Dəfn etdikdən sonra bir müddət mirasın paylaşdırılmasına da ara verdilər. (Çünki) Hamilə olduğu zənn edilən cariyənin (Nərgizin) başında dayananlar, hələ də gözləməkdə idilər. Lakin cariyənin (Nərgizin) hamilə olmadığı bilindi. Onun hamilə olmadığını başa düşəndə, (Həsən əl-Əsgərinin) mirası anası və qardaşı arasında paylaşdırıldı.” (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1-ci cild, səh 900, hədis № 1323).

və bu kitablarda da zühur edeceyi şübhə altina salır
(“Əl-Qeybət” ət-Tusi, səh, 74. “Əl-İrşad” əl-Müfid səh, 345. “Ə’lamül-vəra” əl-Fədlə ət-Təbərsi, səh, 380. “Əl-Məqalət vəl firəq” Əl- Əş`əri, əl-Qummi səh, 102).

bunlara da aid dolgun fikirlerinizi bilmek isterdim...konkret hamisini da delille....helelik bu qeder amma suallarim coxdu...yene qoyacam inşaAllah...helelik bunlari cavablayin...

#260 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 08 апреля 2009 - 18:27

mety_ety yenə qoyarsan, amma öz buildiklərivü qoy ordan burdan copy paste eləmə. Nəzərə al sən hazırca bura qoyursan, qardaşlar isə min bir çətinliklə özlərinə zəhmət verib cavablandırırlar. Ona görə də nəyi bilirsən ondan sual et! Vəssəlam
İnşallah qardaşlar cavablandırar.

#261 mety_ety

mety_ety

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 18 сообщений

Отправлено 08 апреля 2009 - 22:37

Salam aleykum mən şiə əqidəsində olan kitablardan(məqalələrdən) oxumuşam və oxuduqlarımdan(bir azını) bura qoyuram...yəni əziyyət vermək istəməzdim..başa düşürəm sual vermək su içmək kimi asandı ...cavab isə çətindi...yəni bu yazımı oxuyanlar bilsinlər ki, tələsdirmirəm...təki dəqiq cavablar gəlsin...

#262 mety_ety

mety_ety

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 18 сообщений

Отправлено 10 апреля 2009 - 17:34

Salam aleykum

Şiələrə suallar...

1)Zəhmət olmasa Buxaridən sizə qəribə gələn hədisləri bura yazın...yəni , tutaq ki, əhli sünnə və ya əhli şiyə digərinin hədisini qəbul etmir...və mən də sual verirəm ki, hansı hədislər Buxaridə sizə qəribə gəlir və ya qəbul etmirsiniz?

2)Şiə alimlərindən hansıları Əbubəkr, Ömər, Osman(Allah hamısından razı olsun)ı lənətullah qəbul etmir?

3)Hazırda həyatda olan əsas şiyə alimləri hansılardır?

#263 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 10 апреля 2009 - 21:23

Salam aleykum

Şiələrə suallar...

1)Zəhmət olmasa Buxaridən sizə qəribə gələn hədisləri bura yazın...yəni , tutaq ki, əhli sünnə və ya əhli şiyə digərinin hədisini qəbul etmir...və mən də sual verirəm ki, hansı hədislər Buxaridə sizə qəribə gəlir və ya qəbul etmirsiniz?

Siz səhv edirsiz deyəndə ki, şiələr əhli-sünnətin hədislərini qəbul etmir. Bu belə deyil, şiə bir çox sünni (Qurana, sünnətə və loqikaya zidd olmayan, səhih olan) hədislərini qəbul edir. Əhli-sünnət isə ümumiyyətlə şiə hədislərini qəbul etməyərək onları zəyif və uydurma sayır.
Buxaridə qəridə hədislər çoxdur, bu böyük bir mövzudur və əgər Siz bunu müzakirə etmək istəsəz yaxşı olar ki, yeni tema açasız:

Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər. Hədisdə deyilir: “İsrail övladları çimərkən tamamilə soyunar və fitədən istifadə etməzdilər. Onlar (çimərkən) bir-birlərinin övrətinə baxdıqları üçün Musa (ə) daim onlardan uzaqda çimərdi. Günlərin biri o su kənarına gəlib çimmək istədi. Yəhudilər onu uzaqdan görüb dedilər: And olsun Allaha, bu kişinin övərtində (xayalarında) mütləq bir eyb (şiş) vardır, yoxsa o bizdən uzaqda çimməzdi! Musa (ə) paltarlarını soyunub bir daşın üzərinə qoydu. Elə suya girmək istəyirdi ki, daş hərəkətə gəlib qaçmağa başladı. Daş qaçır, Musa (ə) da onu tə”qib edirdi. Bəni İsrail Musa(ə)-ın övrətinə baxıb deyirdilər: Allah bilir ki, biz onda heç bir eyb görmədik. O, tamamilə sağlamdır. Daş onların yanına çatıb dayandı. Musa (ə) paltarlarını geyinib daşı qəzəblə vurmağa başladı”. Əbu Hüreyrə sonra deyir: And olsun Allaha ki, daş yeddi və ya səkkiz yerə bölündü.

2)Şiə alimlərindən hansıları Əbubəkr, Ömər, Osman(Allah hamısından razı olsun)ı lənətullah qəbul etmir?

Şiə yalnız Allahın və Onun peyğəmbərinin düşməni olanlara lənət edir. Müasir şiə alimləri (müctəhidlər) bu şəxslərə vəhdət naminə lənət etməyi qadağan edirlər.

3)Hazırda həyatda olan əsas şiyə alimləri hansılardır?

Əsas müctəhidləri sadalamaq olar, amma onlardan başqa alimlərdə var və onların sayı çoxdur. Misal üçün Bin Bazın keçmiş şagirdi, şiəliyi qəbul etmiş İsam İmadı gətirmək olar.

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#264 mety_ety

mety_ety

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 18 сообщений

Отправлено 13 апреля 2009 - 18:22

Salam aleykum...

1)Şiə əqidəsində ən mötəbər kitab hansı sayılır....???....və onun hədislərinin hansı miqdarı SƏHİH sayılır....???
bunu ya faizlə və ya sayla qeyd edin....

2)Şiə əqidəsində bir hədisin SƏHİH və ya ZƏİF olduğu necə aşkar edilir?
(ahli sünnədə ən əsas 5 xüsusiyyətə görədir....)

3)Nəhcül Bəlağada xütbələrin hamısı SƏHİH olaraq Hz.Əli(radyallahu)yə aid edilir..???

Cavablandirsanız xoş olardı....

bu isə ancaq FATH qardaşa: Kitabda nə isə nasazlıq var....yenədə(emailimə göndərdiyin) açmadı...(tələsirdim ona görə bura yazdım...sənin özündə açır?)

#265 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 13 апреля 2009 - 21:02

1)Şiə əqidəsində ən mötəbər kitab hansı sayılır....???....və onun hədislərinin hansı miqdarı SƏHİH sayılır....???
bunu ya faizlə və ya sayla qeyd edin....

Quran. Digər kitablarda həm səhih, həm də zəif məlumatlar var.

2)Şiə əqidəsində bir hədisin SƏHİH və ya ZƏİF olduğu necə aşkar edilir?
(ahli sünnədə ən əsas 5 xüsusiyyətə görədir....)

Ən əsası gərək hədis Qurana, sünnəyə və əqlə zidd olmasın. Qalanı elə əhli-sünnəttə kimidir.

3)Nəhcül Bəlağada xütbələrin hamısı SƏHİH olaraq Hz.Əli(radyallahu)yə aid edilir..???

Bəli

bu isə ancaq FATH qardaşa: Kitabda nə isə nasazlıq var....yenədə(emailimə göndərdiyin) açmadı...(tələsirdim ona görə bura yazdım...sənin özündə açır?)

O açmırsa worddə göndərirəm.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#266 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 15 апреля 2009 - 23:42

1)Zəhmət olmasa Buxaridən sizə qəribə gələn hədisləri bura yazın...yəni , tutaq ki, əhli sünnə və ya əhli şiyə digərinin hədisini qəbul etmir...və mən də sual verirəm ki, hansı hədislər Buxaridə sizə qəribə gəlir və ya qəbul etmirsiniz?

Qardaş, zeif hedis ne müellife, nede ki mezhebe baxır. Zeif hedisler her bir kitabda ola biler ve bu hedislere şie ehli müellifinden asılı olmayaraq eyni cür baxır. İster bu hedis şie kitablarında olsun, ister - sünni.

Merhum Ellame Mürteza Eskeri [r.a] demişken:

"Əhli-beyt məktəbinin alimləri həm "Üsuli-kafi", həm də "Səhihi Buxari" kitablarında mövcud olan zəif hədislərə eyni dərəcədə nəzər salır və səhih hədisləri hər iki kitabdan əxz edirlər."

"Mealimul-Medreseteyn", c.2, seh. 187

Şie ehlinin digerlerinden fergi bundadır ki, biz heç bir gedim hedis kitabını sehih saymırıq ve onlarda olan zeif hedislere eyni cür münasibet besleyirik. Lakin Ehli-Sünne "Sehiheyn"-de gelen her bir hedisi tam sehih sayır. Kimese göre Buxari höccet ola biler, lakin bizim üçün o diger hedis alimlerinden biridir ve kitabında da onlarnan zeif hedisler var.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#267 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 15 апреля 2009 - 23:48

3)Nəhcül Bəlağada xütbələrin hamısı SƏHİH olaraq Hz.Əli(radyallahu)yə aid edilir..???

Beli. Bu barede ayrıca bir mövzu da açmışdım.

Nehcul Belağe. Senedleri barede kiçik bir araşdırma...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#268 mety_ety

mety_ety

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 18 сообщений

Отправлено 17 апреля 2009 - 22:31

Salam aleykum....

Yene de sual...

men 1 seyi bilmek isterdim....bezi shiyeler cume namazina getmir...bezileri gedir....

konkret olaraq sualim beledir...

Cume namazi shie eqidesinde ferzdir?...yani onu terk etmek BOYUK gunahdir?

#269 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 17 апреля 2009 - 22:46

Salam aleykum....

Yene de sual...

men 1 seyi bilmek isterdim....bezi shiyeler cume namazina getmir...bezileri gedir....

konkret olaraq sualim beledir...

Cume namazi shie eqidesinde ferzdir?...yani onu terk etmek BOYUK gunahdir?

Sual: 605. Cümə namazında iştirak etmək barədə Sizin rəyiniz nədir? Biz İmam Zamanın (ə) qaib olduğu əsrdə yaşayırıq. Əgər imam cümənin ədalətinə etiqadı olmayan şəxslər olsa, cümə namazında iştirak etmək onların boynundan düşürmü?

Cavab:: Cümə namazı hərçənd hal-hazırda belə ixtiyari-vacibdir və onda iştirak etmək vacib deyildir, lakin cümə namazında iştirak etməyin fayda və əhəmiyyətini nəzərə alsaq, bu halda möminlər üçün özlərini belə bir namazda iştirak etməyin bərəkətlərindən məhrum etmələri (sadəcə olaraq imam cümənin ədalətində şəkk etməklə, yaxud digər yersiz üzrlərlə) yaxşı bir iş deyildir.

Risaleler - Ayatullahul Al-Uzma Seyyid Ali Xamenei
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#270 mety_ety

mety_ety

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 18 сообщений

Отправлено 18 апреля 2009 - 07:07

Fətvanı oxudum....dəqiqləşdirmək üçün sual verirəm...Cümə namazını qılmayan günah qazanır ya yox....

hə cavabı...
və ya yox cavabı...
konkret bunu bilmək istərdim....

Количество пользователей, читающих эту тему: 5

0 пользователей, 5 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru