Перейти к содержимому


Фотография

Любимые стихи


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 320

#121 Xanim Zainab Vurgunu

Xanim Zainab Vurgunu

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 15 сообщений

Отправлено 06 января 2010 - 05:06

EH SENE NE VAR KI

Men seni gec tapib, itireceyem
Ozumde bilmirem necisen, kimsen?
Belke bir xeyalsan gozegorunmez,
Bes, onda qelbime nece girmisen?

Sevirem soyledin sukut icinde,
Deyirem yuxuymus belke o anlar.
Seheri hesretle gozleyirem ki,
Acim gozlerimi-yuxum cin olar.

Dodaqi catlamis susuz torpaqam
Ustume elenmez yaqis olmusan
Gelende min istek, min arzu idin
Gedende bilmedin gunah olmusan.

Sen meni duymadin duya bilmedin
Belkede bilmedin mehebbet nedir?
Menim unvanima dediyin yalan
Meni unutmaqa bir behanedir.

Meni xatirlayib, dusunub herden,
Bilirem qeherden boqulacaqsan.
Eh sene ne var ki gunes kimisen
Kiminse bextinde doqulacaqsan.

Rüstem Behrudi

#122 Xanim Zainab Vurgunu

Xanim Zainab Vurgunu

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 15 сообщений

Отправлено 06 января 2010 - 05:08

UNUTMAQ ISTEREM!!
Unutmaq isteren!....
ozum ozumden,
Bir daha ayrilib hacalanmayim.
Geceler yatiram bir fikirle men;
Seni dushunmeyim seni anmayim!....

Bu ele qaygiki,bu ele qem ki,
Azdirar yuz illik yolundan seni,
Seher de, axsham da duhsunurem ki,
Gerek dushunmeyim hehc zaman seni.

Unudar fikirde,xeyalda tekce
Unutmaz urekde seven-seveni.
Men ozum-ozume unut dedikce,
Ozumu unudub tapiram seni....

<<Unutdum>>-deyirem,ancaq ne fayda,
Yadimdan cixmamish dushursen yada!
Eshqimin Odunu sondure bilmir,
Qezebim sel kimi ashib dashsada
BEXTIYAR VAHABZADE

#123 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 10 января 2010 - 19:33

Məmməd Arazın ən sevdiyim şeirlərindən biri

Ey daşlaşan, torpaqlaşan
ulu babam,
Bu günümdən dünənimə uzaqlaşan,
ulu babam,
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur səninləyəm!
Səs getməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə san:
Sənə gələn, səndən ötən
nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?!
Bununlamı neçə dəfə
Ata - oğul qardaş hissi haçalandı,
Bir şəhərin,
Beş qardaşın xanlığına parçalandı?!
O zamanmı bitdi bizim dilimizin
<<sənin>>, <<mənim>> qabarı da?
O zamanmı bitdi bizim dilimizin
<< Haralısan >> damarı da?..
Səninləyəm, ulu babam?
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi,
Ataların imzasını
Çəkib ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma qıyma doğrayaram,
Qara Çoban,
Ulu Babək,
Dəli Domrul,
Ey Xan Eyvaz,
Giziroğlu Mustafabəy.
Əgər ki, siz
Bu məsələ qol çəkdiniz!
Sonra, sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi,
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi,
Məndən ötdü!..
Məndən ötdü!..
Sevincə bax, qeyrətə bax!
Bunu yazan xilqətə bax!
Məndən ötdü ...
Qulağımdan getmir bu səs,
Zərbələri qardaşına,
Sirdaşına ötürən kəs
Elə bil ki bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna qəh - qəh çəkdi.
Sonra, sonra
Səhərəcən başına yüzqədəh çəkdi.
O qəh -qəhin dalğasından,
O məstliyi baş fırladan
Havasından qopan daşdı---
Azərbaycan torpağında
Araz boyda şırım açdı.
Məndən ötdü...
Bunu dedi Şəki xanı,
Bunu dedi bakı xanı,
Bunu dedi İbrahim xan,
Fətəli xan, Kəlbəli xan...
Qəza ötsün - məndən, - dedi;
Ötən kimi <<mən-mən>> dedi;
<<Mən-mən>> deyən bir ölkədə
Nə qədər xan.
Onlar mən-mən deyən yerdə
Sən olmadın Azərbaycan!
Səni səndən alıb belə
Yüz illərlə uyutdular,
Səni səndə ələdilər.
Səni səndə üyütdülər.
Dibək oldun öz duzunla,
öz daşınla.
Ögey oldun,
doğma, ekiz qardaşınla---
Məndən ötdüde yənlərin qeyrətindən,
Namusunu yeyənlərin qeyrətindən!
Ey daşlaşan, torpaqlaşan ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan ulu babam!
Ayağa dur!
Dəfn etdiyim məsələnin
Başdaşına
Bir təəssüf xatirəsi yazıb, yondur:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi,
Səndən, məndən ötən zərbə
Vətən, Vətən, sənə dəydi...

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#124 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 января 2010 - 20:45

DAĞ LÖVHƏSİ

21 yanvar 2010. Müəllif: Rovzat
Çəmənlər çağırır mehman olmağa,
Külək hara qovur dumanı, çəni?
Dağlar öz döşünü gərib qabağa --
Tufanlar düzü yox, qoy döysün məni!

Qalın buludlardan keçməyir günəş,--
Buludlar torpağa vurur min naxış;
Dağ var - kürəyini yandırır atəş,
Amma sinəsini isladır yağış.

Çəmənlik - təpənin güllü yorğanı,
Cığırla sırınıb, örtüyü aydır.
Şimşək zərbi ilə çökən yarğanın
Məlhəmi gül-çiçək, sarğısı çaydır.

Diksinib zirvəyə baxdı bir maral,--
Yamyaşıl vadidə gül topa-topa.
Sıldırım qayadan ayrılan marxal
Qaranlıq dərəni basdı qartopa.

Uçurum yüz ordu basdırıb yerə,
Bahar ömürləri qışa döndərib.
Salıb vahiməyə ilanlı dərə --
“Mənəm” deyənləri daşa döndərib.

Təpə əyməyəni dağlar əyibdi,
Təpələr dağların balası kimi.
Babalar yadlara əyilməyibdi
“Gələrsən—Görərsən” qalası kimi.

Bulud yarğanların dibi görünməz,
Orda süzə qırğı xəyallar gərək.
Hər kəs dağ başında qəlbi görünməz-
Zirvəyə yaraşan qartallar gərək.

Diş kimi durarsan kaha ağzında,
Misra cığırın da sənsən nidası.
Burda iki qarşı dağ arasında
Səsinə səs verər “eheyy!” sədası.

Dənizdə üzmüşəm,- deyib gülmə, dost,
Köpüklü sulara baxıb gedərsən.
Kiçik dağ çayını sakit bilmə, dost,
Ayağın büdrəsə, axıb gedərsən.

Hərdən radiolun dillənməyəndə
Vəhşi təbiətin səsini dinlə;
Zirvələr düşdümü şimşək kəməndə,
Sellab gumbuldanır qəzəblə, kinlə.

Dolu qayalarla toqquşan zaman
Zireh mağaranı geyin əyninə.
Sal daşlar sel ilə tutaşan zaman
Qədim pəhləvanlar gələr fikrinə.

Dağa qədəm qoyan hər an yüksəlir,
Burda rəqiblə də görüş olacaq;
Hər cığır bir yandan baş alıb gəlir,
Dağların başında qovuşur ancaq.

İmport ayaqqabın toxunar daşa,
Pozular sığalın, qarışar telin.
A qardaş, çatınca qarlı bir qaşa
Dağın beli kimi əyilər belin.

Ayağın altında büdrəyən daşlar
Sınayan dözümü, yoxlar cürəti.
Dözsən hər çətinə, sənə bağışlar:
Dünyaya ucadan baxmaq ləzzəti.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#125 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 января 2010 - 20:48

Ləpələr


Bəm-bəyaz, köpüklü, şıltaq ləpələr,
Bənzərsiz bəlkə də insan ömrünə,
Dəniz həyat kimi sizi səpələr,
Ayrılıb, qovuşub küsərsiz yenə.

Bəzən şaha qalxıb çırpılarsınız,
Ayrılıq bilməyən qumlu sahilə,
Gecələr sübhədək pıçıldaşırsız,
Sevgilin gecikir gözlə sən hələ.

Ləpələr, ləpələr, oynaq ləpələr,
Çatdırın yarımdan xoş xəbər mənə,
Dənizdə çırpınar, dənizdə sevər,
Qoşa üzənləri ləpələr görsə!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#126 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 января 2010 - 20:59

Ahəstə yatıb ruhini cənnətdə görən var!
Sanma hərifik hurini kuində görən var!

Hərdən alışıb sanki səməndərə dönəndə,
Gülü-xəndana girib bülbülü meydanda görən var!

Bəlkə çalışıb məsti-xumar olsa bu aşıq,
Eşq əhlini meyxana dühasında görən var!

Şair demə hər kəs ola sözündə günahkar,
Tiri görməz, tüküsə gözdə görən var!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#127 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 23 января 2010 - 21:01

Sanma ey gül, bu gecə eşqinə yandım,
Ol səbəb ki yenə kor bəxtimə yandım!

Atəşin yaxsa da hər danəmə bir qor,
Qızmayıb istinə hey tüstünə yandım.

Şair olar hər qisməti qara gəlsə zara,
Görməyib hüsnünü bəd halıma yandım.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#128 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 28 января 2010 - 02:05

Gərək zühur edə həqq, səc`o vəzn`o qafiyədən

Və gər nə, şair`o şer`o şüəra ar olsun.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#129 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 04 февраля 2010 - 13:39

Hara atım bu kədəri,
Yox hesabı, yox qədəri,
Görünür məndən ötəri
Hardasa ölüm darıxır

R.Rövşən
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#130 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 17 февраля 2010 - 16:41

Chiskin yagish yagirdi,
Qonshum inek sagirdi,
Qiz meni sevmese de
Inek mene baxirdi..


Автор : Препод. доц. БГУ фак. меж отношение . Адын язмырам .
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!


#131 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 17 февраля 2010 - 16:43

Nene nene ay nene
Lapatkəni ver mənə
Gedim bağda işdiyim
Gəlim ........(bura lyuboy söz qoya bilersiz ) dişdiyim.



Müəllif Əllamə Seyid Vaytulqani.
Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!


#132 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 17 февраля 2010 - 16:44

heç bele şey yxdur, şeri silmirem

Amma indi mene deyin görüm, əsərin qəhrəmanı inəkdir yoxsa qız?
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#133 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 17 февраля 2010 - 16:47

FORUMDA TƏRCÜMƏSİZ MATERİALLARIN YAYINLANMASI QADAĞANDIR!

Сообщение отредактировал Şair: 25 февраля 2010 - 17:32

Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!


#134 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 17 февраля 2010 - 16:50

Боройлоп турмуш кыш болсо
Жалындап оттой жагылгын эне
Тирилуу кэгер куш болсо
Канатын болом кагылган эне
Омурдун болуп тилеги
Дуйного тынчтык тилегим
Эн назик эне журогун
Оруутпай эле журолу
Жылдызды карай канатын самай
Кайталап ырдай берем мен уктабай
Энекебай коп жаша
Жанда жургонун береке
Сага болойун колоко
Жаралган жалын журооктон, аруу тилектен
Ырмды ушул кабыл алгын эне

Doxdur qardaş, nəzərinizə çatdırım ki, forumun kurallarına görə tərcüməsiz materiallar yerləşdirmək olmaz ))
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#135 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 17 февраля 2010 - 17:36

Oğru olmaq istəyirəm

Qoy milislər eşitməsin,
Qorxulu bir sirr deyirem:
Çoxdandir ki, bir arzum var,
Oğru olmaq istəyirem!...

Insanlarin arasindan
Eqidəsiz adamlari,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!

Bu torpagin gündən-günə
Niyə artir dərdi-səri...
Dövlətlərin arasindan sərhədləri
Oğurlamaq istəyirem!

Axi, ne iş gormüşem ki,
Oğurluq da isdi bari.
Men anamin sifətinə
Vaxtsiz dusmus qırışları
Oğurlamaq istəyirem!

Birisini yixmaq uçun
Ikisinin ülfetini,
Insanlarin ürəyindən
Hər kinini, nifretini,
Yalanini bundan ona,
Ondan buna satanlari,
İki seven arasindan
O üçünçü adamlari
Oğurlamaq istəyirem!

Araz axir...
O taydan da insan baxir,
Bu taydan da insan baxir,
Neçə milyon gözüyaşli əzizimi,
O həsretli Təbrizimi
Oğurlamaq istəyirem!

İndi neçə dovletlerden
Məzlumlarin ah-zarini,
Yad torpaqda yatib qalan,
Esrlerin arxasindan
Qollarini catib qalan
Kərbələdan Füzulinin,
Hələbdense Nəsiminin məzarini
Oğurlamaq istəyirem!

Ne gizledek, bilir hami
Tonqal catib yandirirlar
bu cahani.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadina sal:
“Ogrudan-ogruya halal...”
Prometey ogurlayib
Insanlara veren odu
Ogurlamaq isteyirem!

Lap qəzəbi tutsa belə
Yerin mene, göyün mənə
Ne deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!


Nüsrət Kəsəmənli
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#136 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 17 февраля 2010 - 21:45

Боройлоп турмуш кыш болсо
Жалындап оттой жагылгын эне
Тирилуу кэгер куш болсо
Канатын болом кагылган эне
Омурдун болуп тилеги
Дуйного тынчтык тилегим
Эн назик эне журогун
Оруутпай эле журолу
Жылдызды карай канатын самай
Кайталап ырдай берем мен уктабай
Энекебай коп жаша
Жанда жургонун береке
Сага болойун колоко
Жаралган жалын журооктон, аруу тилектен
Ырмды ушул кабыл алгын эне

Doxdur qardaş, nəzərinizə çatdırım ki, forumun kurallarına görə tərcüməsiz materiallar yerləşdirmək olmaz ))


Boci, olmadıki?! NƏ tərcümə? Eşitməmisiz ki ya - ÖZBEK,TÜRKMEN,UYGUR,TATAR,AZER BİR BOYDUR, KARAKALPAK, KİİRKİZ, KAZAK HAMSI BİR SOYDUR! :rolleyes:

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#137 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 февраля 2010 - 13:04

Boci, olmadıki?! NƏ tərcümə? Eşitməmisiz ki ya - ÖZBEK,TÜRKMEN,UYGUR,TATAR,AZER BİR BOYDUR, KARAKALPAK, KİİRKİZ, KAZAK HAMSI BİR SOYDUR! :loool:

Eh qardaş.... Dərdim deyiləsi döyül. doxdur qardaş bu şeri yazandan sonra çatda Şəmsi mənimlə doxdura dedi ki, əgər şerin tərcüməsin yerləşdirməsəz Qiyamətdə ikinizin də yaxanizdan tutacam :tommy: canıma qorxu düşüb, moderatorluqdan istefaya hazırlaşıram ))))
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#138 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 февраля 2010 - 03:35

Dayanmadan əsən kuləkdir omur,
Yoxdur onun həmdəmi,təkdir omur,

Xeyli vaxtdir,cəkib həsrət,intizar,
Bəxş edir ovlad sənə pərvərdigar,
Goznu yumub-acirsan,nəvən də var,
Nə tez gedəndir,nə zirəkdir omur,

Dayanmadan əsən kuləkdir omur,
Yoxdur onun həmdəmi,təkdir omur

10,15,20 yaşa nə vardı,
30-un 40,40-ın 50-di ardı,
Həyat bir dənə fani laləzardi,
Orda acıb –solan cicəkdir omur,

Dayanmadan əsən kuləkdir omur,
Yoxdur onun həmdəmi,təkdir omur

Yaş nizam –intizam ilən duzuldi,
Fərq eləməz 8—ildi,100-ildi,
Cətini pilləkəndən ayaq uzuldi,
Onda bilirsən nə deməkdir omur,

Dayanmadan əsən kuləkdir omur,
Yoxdur onun həmdəmi,təkdir omur

Elşən.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#139 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 февраля 2010 - 03:35

İstəyirsən ki bu aləmdə əyər var olasan,
Sən gərək kor olasan.lal olasan,kar olasan.

Gordun kim kullə atir,kim-kimə şəmşir sənə nə,
Kim kimi tərif edir,kim-kimi təhqir,sənə nə,
Kimdir haqq,kimdi nahaqq,kimdədi təqsir,sənə nə,
Sən gərək duz kecəsən,o yoldan kənar olasan,

İstəyirsən ki bu aləmdə əyər var olasan,
Sən gərək kor olasan.lal olasan,kar olasan.

Demirəm dinmə-danişma,elə hər vaxt lal otur,
Deyirəm yəni bir az mərdimazardan dal otur,
Sənə lazimdi mənim tək 5-10 il iş al otur?
Nəyə lazim duşəsən turmələrə,xar olasan

İstəyirsən ki bu aləmdə əyər var olasan,
Sən gərək kor olasan.lal olasan,kar olasan

Sən gorursən necədir indi bu dovran dəyişib,
Qalmayıb hormət izzət,cunki musəlman dəyişib,
Nəzər etsən gorəcəksən dəxi hər yan dəyişib,
Ayiq ol,yatmiyasan,sən gərək huşyar olasan,

İstəyirsən ki bu aləmdə əyər var olasan,
Sən gərək kor olasan.lal olasan,kar olasan

Nə qədər cavan indi salsa ozun yaxşi işə,
Tapginən bir ozunə,qəlbinə layiqli peşə,
Gorsələr şər-xəta işlərdən uzaqsan həmişə,
Səni kim vadar edər,pis yola vadar olasan?

İstəyirsən ki bu aləmdə əyər var olasan,
Sən gərək kor olasan.lal olasan,kar olasan

Mənim niyyətim xeyirdir,sənə duznu soyləyirəm,
Sənə ərz etdiyimi,ozumə də ərz eyləyirəm,
Yıxilan kimsəni qaldırma,nə ucun deyirəm?
Qorxuram qaldırasan sonda gunahkar olasan,

İstəyirsən ki bu aləmdə əyər var olasan,
Sən gərək kor olasan.lal olasan,kar olasan

Sən gorursən necədir dovru-zaman,mən nə deyim,
Sənə məlumdu itib əqli-iman,mən nə deyim,
Sən ozun secməlisən yaxşı-yaman,mən nə deyim,
Uşaq deyilsən , ozun gərək xəbərdar olasan,

İstəyirsən ki bu aləmdə əyər var olasan,
Sən gərək kor olasan.lal olasan,kar olasan.

MƏŞƏDİBABA MAŞTAĞALI.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#140 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 февраля 2010 - 03:36

Sevmə konlum oylə canan ki,cəfa versin sənə,
Sevginən oylə canan ki,səfa versin sənə,
Sev o yari,az da olsa onda bir insaf ola,
Gozləri dərd versə də,ləbdən bəla versin sənə,
Bunca yar incitməsin konlum səni,tapşır ona,
Ya canim bir dəfəlik alsin ,ya versin sənə,
Tək qacib səhralara etmə fəqan Məcnun kimi,
Tap ozun tək birsini,hərdən məla versin sənə,
Ey məni peşman edib ,gul uzlu yardan eyləyən,
Peşman etsin həm səni,hər gun bəla versin sənə,
Saxla konlum nəfsini ,hec vaxt əyilmə bir kəsə,
Gozlə daim ruzuni ancaq XUDA versin sənə.
Sevgidəndir BABA daim sozun VAHİD kimi,
Səndə vallah xəstəsən,ALLAH şəfa versin sənə.
MƏŞƏDİBABA MAŞTAĞALI.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#141 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 февраля 2010 - 03:37

Tərk etmə məni,sevgili canan,mənə tovbə,
Bocdur qaytarmalıyam can,mənə tovbə,

Aldatdi məni topladığım gəldi-gedər pul,
Hardan bileydim ki,o pul,ciynimə bir cul,
Dunya bəzəyi hec də deyilmiş bizə məqbul,
Dərk eyliyərək ,şukr edirəm,mən sənə bir qul,
Sən qil kərəmi Xaliqi- Subhan,mənə tovbə,

Tərk etmə məni,sevgili canan,mənə tovbə,
Bocdur qaytarmalıyam can,mənə tovbə,

Dunyaya vida eyliyəndə ,uzumu ağ eylə,
İmanla apar ruhumu,parlaq cıraq eylə,
Sorğu-sualda,qəbr əzabından uzaq eylə,
Qıl korpusundə Məhəmməd hummətin şad eylə,
Fursət var ikən ayeyi-Quran,mənə tovbə,

Tərk etmə məni,sevgili canan,mənə tovbə,
Bocdur qaytarmalıyam can,mənə tovbə,

Quran buyurub,vəd eləyib gor necə goycək,
Tovbə edən insan pak olur,korpə uşaq tək,
Dur sozunun arxasında, zinadan daha əl cək,
Bəh-bəh nə gozəldir,bu əqidə,belə məslək,
Acılan qapısdir cənnətə hər an, mənə tovbə,

Tərk etmə məni,sevgili canan,mənə tovbə,
Bocdur qaytarmalıyam can,mənə tovbə,

Şahın adına tovbə desən,tovbə duz olmaz,
Şah oynənininə,bəndədə yumşaq uz olmaz,
Bir xeyli kitab gəlsə də Quran ucuz olmaz,
Yuz varlığa Allah desə yox,onda guc olmaz,
Oldum O tək varliğa heyran,mənə tovbə,

Tərk etmə məni,sevgili canan,mənə tovbə,
Bocdur qaytarmalıyam can,mənə tovbə,

Vuqar Qobulu.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#142 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 февраля 2010 - 03:38

Gulzar uzunu yar mənə gostərsə bəsimdi,
Konlum oradan bir dənə gul dərsə bəsimdi,
Mən neyniyirəm başqa gozəllər məni sevsin,
Oz yarım əyər xətrimi istərsə bəsimdi.

Yoxdur fikirim xalca olum yad başi ustə,
Kandarda həsir tək yar məni sərsə,bəsimdi,
Mən istəmərəm səsim tutsun covru zamani,
Allah mənə zumzumə gondərsə bəsimdi,

Coxdur necə il dərsə gedib alim olanlar,
Bir dəfə gedib-gəlsəm əyər dərsə ,bəsimdi
Adəm baba tək şeytana aldanmaram əsla,
Bir dəfə duşubdur işimiz tərsə,bəsimdi,

Mən cahi-cəlal istəmərəm ey BABA səndən,
Hər qun mənə bir loxma corək gəlsə,bəsimdir,

MƏŞƏDİBABA MAŞTAĞALI
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#143 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 февраля 2010 - 03:39

Yanar evlad fəraqində,cəkər mohnət atam yazıq,
Gecə-gunduz edər nalə,gorər firqət atam yazıq,
Butun aləm işıqlansa,konullər nurə qərq olsa,
İşıqlanmaz bir an qəlbən,qalar zulmət atam yazıq.

Yanar hər gun cəhənnəm atəşində,qatlaşar zulmə,
Bizim ucun bu dunyani edər cənnət,atam yaziq,
Geca dərddən yata bilməz,yerindən hovlnak qalxar,
Durub mənlə urəyində,edər sohbət ,atam yazıq.

Oğul dərdi bukub qəddin,ağardıb sacların bivaxt,
Alib piranilərdən də bəhər-surət ,atam yazıq,
Atam cəkmiş musibətlər,deyil kari hər insanın,
Bilir Tanrım nələr cəkmiş uzun muddət,atam yazıq.

Gələr bəzən xəbər məndən,pulu olmaz girər borca,
Ozundən qat-qat əskikdən cəkər minnət,atam yazıq,
Baba Allah rəhimkardır,edər bir gun səni azad,
Bitər bir gun bu mohnətlər,olar rahat atam yazıq.

MƏŞƏDİBABA MAŞTAĞALI.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#144 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 февраля 2010 - 03:40

Sənə cox can dedim ey can,can olub neyləmisən,
Demə canan ozunə,canan olub neyləmisən,
Getmisən daimə biganəni şad eyləmisən,
Aşiqin həsrət ilə viran olub,neyləmisən.

Demə imkanım olanda səni yad eyliyərəm,
O qədər fursət olub,imkan olub, neyləmisən,
Dərmanim olsada səndə.olərəm istəmərəm,
Səndə hər dərdimə dərmanim olub,neyləmisən.

Bivəfasan gozəlim.səndə vəfa gorməmişəm,
Urəyim həsrət ilə uryan olub ,neyləmisən,
Bir dəfə mehmanim oldun,azi min dəfə dedin,
Mənə guyaki,gəlib mehman olub neyləmisən,

Baba biz insaniq,insan ilə insanlıq edək,
Deməsinlər bizə qoy,insan olub neyləmisən.

MƏŞƏDİBABA MAŞTAĞALİ
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#145 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 февраля 2010 - 03:43

Insan var ki, onun dovləti vardir,gozu toxdur,
Hormət eliyirlər indi ona ki,pulu coxdur,
Baxsan nə vucudu nə də insanliği yoxdur,
Gər ki kecir hər sozu,hər sohbəti pulnan.

İNSANA EDİRLƏR BU SAAT HORMƏTİ PULNAN
QİYMƏTSİZ ADAMLAR QAZANIR QİYMƏTİ PULNAN.

Neycun belədir dovran ay ALLAH,yanıram mən,
Yoxdur kasiba hormət edən,aah,yaniram mən,
Gordukcə belə şeyləri VALLAH yanıram mən,
Cox hadisələr it-bat olur, xəlvəti pulnan,

İNSANA EDİRLƏR BU SAAT HORMƏTİ PULNAN
QİYMƏTSİZ ADAMLAR QAZANIR QİYMƏTİ PULNAN.

Getdi Qarabağda necə ismətli oğullar,
Duşmənlə duran uz-uzə quvvətli oğullar,
Bir yanda qalıb indi də qeyrətli oğullar,
Dağ başna qoyublar, necə cur qeyrəti pulnan,

İNSANA EDİRLƏR BU SAAT HORMƏTİ PULNAN
QİYMƏTSİZ ADAMLAR QAZANIR QİYMƏTİ PULNAN.

Ruşvətxor adamlar coxalib gor necə qat-qat,
Pul varsa edərlər necə min insani it-bat,
Kimdir danişan?ruşvəti ver,aləmi al-sat,
Lap dalna minib,taptala kec milləti pulnan,

İNSANA EDİRLƏR BU SAAT HORMƏTİ PULNAN
QİYMƏTSİZ ADAMLAR QAZANIR QİYMƏTİ PULNAN.

Bir gun MƏŞƏDBABA,sən o dunyaya gedəndə,
Kimdir sənə cənnət verən uryan bədəndə,
Mutləq ki gərək,pulun olsun ki,kəfəndə,
Cunki,ola bilsin ki,satalar cənnəti pulnan.

İNSANA EDİRLƏR BU SAAT HORMƏTİ PULNAN
QİYMƏTSİZ ADAMLAR QAZANIR QİYMƏTİ PULNAN.

MƏŞƏDİBABA MAŞTAĞALI.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#146 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 февраля 2010 - 03:44

Olmasinn dəhridə hec bir nəfər evlad atasiz,
Olmariq inan aləmdə bir an şaad atasız,

Atadır qəlbə fərəh,arxa-dayaq evladə,
Ata tək kim olacaqdir bizə imdad ,atasiz?
Ataya sağliğında hormət elə,qədrini bil,
Fərqi yox,qəbrinin ustə elə fəryad ,atasiz.

Ata uzunə bizə hormət eliyirlər cox vaxt,
Ata getsə,bizə coxlar olacaq yad ,atasız.
Atasiz ev nəyə lazim,necə abad olsa,
Gozə bərbad gorunər,olsada abad,atasiz,

Ata ilə yola salliq həyatın ləzzətini,
Alamariq biz ki,cahannan bir dad ,atasız,
Həyat MƏŞƏDBABA ucun əbədi zindan olar,
Olmaram mən bu cahanda dəxi azad,atasız.

MƏŞƏDİBABA MAŞTAĞALI
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#147 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 21 февраля 2010 - 03:45

Sənsən aləmdə mənim şohrəti –şanim anacan,
Məni sənsən yaşadan cismidə canim anacan,
Yatmayıb subhə qədər sən mənə laylay demisən,
Nəfəsinlə isinib nəbzidə qanım anacan,

Oz canindan mənə sən sud verərək bəsləmisən.
Sənə ağ olsam əyər,odlara yanım anacan,
Dolanib başıma sən cəkmisən hər zəhmətimi,
Otur indi başına mən də dolanım anacan,

MƏŞƏDİBABA MAŞTAĞALI.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#148 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 21 февраля 2010 - 15:00

MIROTVORES,
qardaş, əla şeirlərdi!

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#149 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 21 февраля 2010 - 20:24

HÜSEYİN DİYOR



Bu gün ben bir yerden geçtim

Eller Hüseyin, Hüseyin diyor

Doldurdular bade içtim

Diller Hüseyin, Hüseyin diyor



Eller açılmış Sema’ya

Bakarlar nurlu sima’ya

Tevessül Zehra ana’ya

Kullar Hüseyin, Hüseyin diyor



Baktım gördüm gül bahçesi

Hayran ediyor herkesi

Kokladım çektim nefesi

Güller Hüseyin, Hüseyin diyor



Kan kırmızı güle bakın

Yağmur yağdığında sakın

Sallamayın siz bırakın

Dallar Hüseyin, Hüseyin diyor



Arıya ilham edildi

Topladığı, çiçek gül’dü

Nahl suresi ona geldi

Ballar Hüseyin, Hüseyin diyor



Esen rüzgâr yüzün okşar

Bu işte bir güzellik var

Durmadan ediyor tekrar

Yeller Hüseyin, Hüseyin diyor



Aşkı nerden aldın öyle

Aşkına yandır kül eyle

Kor ateşte bilsin söyle

Küller Hüseyin, Hüseyin diyor



Yeşeren tüm ağaçları

Tane, tane yağan kar’ı

İnceledim zamanları

Yıllar Hüseyin, Hüseyin diyor



Medine’den çıktı yola

Nerde verdi ise mola

Bastığı yer geldi dile

Yollar Hüseyin, Hüseyin diyor



Çevirdiler etrafını

İstediler pak canını

Dökerken masum kanını

Kollar Hüseyin, Hüseyin diyor



Fırat’a akan gözyaşı

Sürüklüyor koca taşı

Böyle görülmedi eşi

Seller Hüseyin, Hüseyin diyor



Dua’ya açılan eller

Hakkı zikrederken diller

Kerbela’da şahit kullar

Çöller Hüseyin, Hüseyin diyor



Mehmet DEMİRER

#150 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 февраля 2010 - 17:52

Mirotvores qardaş yaxşı şerlərdir, amma bu mövzuda öz şerləriniz yerləşdirin. :flowers1:

Xoşladığınız şerləri isə Любимые стихи mövzusunda yazsaniz çox sevinərəm)))
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru