Mərhumlar üçün ağlamaq
#31
Отправлено 04 августа 2009 - 18:53
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
#32
Отправлено 06 августа 2009 - 11:46
1 dene Shie Sheyxi axtariramki mene aglamag orgetsinSalafi aglamagi bacarirsan?
Sizde aglmag kurslari var tatar?
Onlarin bashlari xereb olmushdu
sizinde bashiniz xereb olub?
Ömərin də başı xarab olmuşdu?
Aşura məclisi İslama, peyğəmbər s.a.s.-ə, ailəsinə qarşı düşmənçilik edənlərə, sünnəsini alt-üst edənlərə, Yezid cinayətinə, Yezid sünnəsinin davamçılarına, vəhşi terrorlara qarşı bizim şüarimizdır. Biz bu şuarı o zamandan bu günə kimi yaşatmışıq. Kimlərəsə bu xoş gəlməsə belə.
Eger dediklerin kimidirse,niye tek meherremlikde edirsiz,butun il boyu dushmenlere qarshi shuarinizi davam etddirin,birdeki niye mehs Huseyn(r.a).Ali(r.a)-in shehadetinide shuar edin,Hemze(r.a( ve bashqalarini.
Təəssüf ki, bə`zən avam kütlənin ifratı səbəbinə bu məclislər xoşə gəlməz formaya düşür. Lakin inşaALLAH müsəlmanlar mə`lumatlandıqca məclislərimiz daha gözəl şəkillər alacaq.
Yeni ozunu doymey kimi emellere tessuflendin?ve xosha gelmez adlandirdin?
ne bilmek olar,belke bir gun mende seninle birikde ishtirak etdim?Lakin sizləri narahat edən bu deyil. Hətta bu məclislər sizin istəklərinizə uyğun keçırılsə belə əminəm ki, siz orada iştirak etməyəcəksiniz. Odur ki, sizin bəhanələr quru sözlərdən başqa bir şey deyil.
tembole tatar mene muellim axtarir aglamag orgetmekchun.
aglamagi basha dushmushem,baxdimki Resul(s.a.v) aglayib.mende aglaram.ama ozunu doymeyib axi.ozude xususi zincirle.basha dushe bilmirem.Ağlamağın normal hal olduğunu başa düşdüyün kimi bir az fikirləşsən mərsiyə, sinə vurmaq və zəncirin də mahiyyətini anlaya bilərsən. Yetər ki, bunu istəyəsən, inad göstərməyəsən.
Hz Hamzaya niye yas tutmursuz?Resul neche gun yas tutdu?3 gun yoxsa 23 il?
siz qavrayibsiz yas saxlamagi?1400 ilde yas olar?
#33
Отправлено 06 августа 2009 - 16:02
Bu o anlama gəlmir ki biz hər gün oturub ağlayırııq,söhbət həm də qəlbdə tutulan yasdan gedir,ağlamığın da öz yeri var.Bir məsəl varee_Ürek ağrimasa gözdən yaş çıxmaz,sizin məsələ də ona oxşayırHz Hamzaya niye yas tutmursuz?Resul neche gun yas tutdu?3 gun yoxsa 23 il?
siz qavrayibsiz yas saxlamagi?1400 ilde yas olar?
#34
Отправлено 06 августа 2009 - 18:52
Hz Hamzaya niye yas tutmursuz?Resul neche gun yas tutdu?3 gun yoxsa 23 il?
siz qavrayibsiz yas saxlamagi?1400 ilde yas olar?
Trrix kitablarında qeyd olunub ki. Hz Həmzə (as) və Peygəmbər (s) dünyalarını dəyişəndən sonra heç kim xanım Fatimənin (sa) üzünün güldüyünü görən olmadı.. Hətta, Mədinənin qadınları xanım Fatiməyə (sa) irad tuturdular.
SuaL..Nə uchun Hz Yəqub (as) olgu Yusif uchun özləri kor olana qədər agladı???
Yusif surəsi
(Bu sözlərdən sonra Yəqub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu iş onun
yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: “(Heyf sənə) yazıq Yusif!” – dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yəqubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).
(Oğlanları Yəquba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”
#35
Отправлено 06 августа 2009 - 18:59
Salafi salam.1 dene Shie Sheyxi axtariramki mene aglamag orgetsinSalafi aglamagi bacarirsan?
Sizde aglmag kurslari var tatar?
Shiyalarin icinde yashamirsan?Gir mecide yaxinlash shiyeleri onlar sani neca lazimsir agladar sheyxi neynayirsen?
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
#36
Отправлено 07 августа 2009 - 00:49
Aglamaga hechne demirem,menim sozum zincirle vurmagadir.
Aleykum salam tatar!Salafi salam.
Shiyalarin icinde yashamirsan?Gir mecide yaxinlash shiyeleri onlar sani neca lazimsir agladar sheyxi neynayirsen?
men istemirem meni doyub agladsinlar.seni agladiblar ?
#37
Отправлено 07 августа 2009 - 09:10
Bu o deməkdir ki həmən müsübəti indi də yaşayır şiyələr (Çox ağır səhnədir Vallah.O hissi yaşamaq lazımdır)Nezaket ve palchiq
Aglamaga hechne demirem,menim sozum zincirle vurmagadir.
#38
Отправлено 07 августа 2009 - 10:39
1 dene Shie Sheyxi axtariramki mene aglamag orgetsin
Sizde aglmag kurslari var tatar?
Selefi qardaş, neynirsiz kurslari, en yaxshi kurslar ele sizin şeyxler veren fetvalari oxumaqdir. Siz hele bir oxuyun sonra Tatar qardaşdan desmal da isteyeceksiz. Men oxuyanda oturub-durub şukur edirəm ki, şiəyəm.
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.
Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.
#39
Отправлено 07 августа 2009 - 22:44
Ali(r.a)nin shehadet gununde bashniza qilinc vurursuz?Bu o deməkdir ki həmən müsübəti indi də yaşayır şiyələr (Çox ağır səhnədir Vallah.O hissi yaşamaq lazımdır)
vurmursuzsa niye?
belke vurub yashayasiz o musibeti?
Fidan xanim,gel atmacalari qoyaq bir kenara.dogurdan niye zincir vurursuz onu mene basha salin.Selefi qardaş, neynirsiz kurslari, en yaxshi kurslar ele sizin şeyxler veren fetvalari oxumaqdir. Siz hele bir oxuyun sonra Tatar qardaşdan desmal da isteyeceksiz. Men oxuyanda oturub-durub şukur edirəm ki, şiəyəm.
#40
Отправлено 08 августа 2009 - 10:49
Salafi meger men dedim ki shiyeler seni doymeg isteyir? Bu selefiler ne ucun shiyeni bela taniyirlar.??Aleykum salam tatar!
men istemirem meni doyub agladsinlar.seni agladiblar ?
Eger shiyeler bela aglashandilarsa bes ne ucun butun dunyada zulme garshi shiyelerin sesi cixir salafilerin yox??
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
#41
Отправлено 10 августа 2009 - 12:00
Ali(r.a)nin shehadet gununde bashniza qilinc vurursuz?Bu o deməkdir ki həmən müsübəti indi də yaşayır şiyələr (Çox ağır səhnədir Vallah.O hissi yaşamaq lazımdır)Nezaket ve palchiq
Aglamaga hechne demirem,menim sozum zincirle vurmagadir.
vurmursuzsa niye?
belke vurub yashayasiz o musibeti?
Bir şey ki sən o hissi yaşaya bilmirsən,artıq mən sənə nə deyim (nə desəm faydasızdır səninçün).
#42
Отправлено 10 августа 2009 - 20:17
Ali(r.a)nin shehadet gununde bashniza qilinc vurursuz?
vurmursuzsa niye?
belke vurub yashayasiz o musibeti?
Çox maraqlı suallardır və bu cür suallar hər bir müsəlmanı düşünməyə vardar edir. Niyə görə məhz məhərrəmlik günün də Şilər matəm mərasimi keçirirlər.??
Amma, inanmiram ki, Müaviyyə və Yezidə beyet edenlər bu suala cavab tapa bilsinlər.
Сообщение отредактировал palchiq: 10 августа 2009 - 20:19
#43
Отправлено 10 августа 2009 - 23:07
axi Muaviyeye(r.a) o beyet edenlerdendir
bir xristiana men desemki niye bute ibadet edirsen?mene deseki bu hissi sen yashaya bilmirsen,men sene ne desem faydasizdir.sence men onun bu ucuz sozunden sonra qebul edimki bute ibadet etmek lazimdir?Bir şey ki sən o hissi yaşaya bilmirsən,artıq mən sənə nə deyim (nə desəm faydasızdır səninçün).
#44
Отправлено 11 августа 2009 - 00:23
Onların arasında müqavilə imzalanıb. Bu müqavilənin şərtləri əsasında Müaviyyə sətənətə sahib olub.
Müqavilə olan yerdə beyet etməkdən söhbət gedə bilməz.
"Müqavilə" və "Beyət" ayrı-ayrı şeylərdir.
(yəni, beyət olan yerdə müqavilə olmaz , müqavilə olan yerdə də beyət olmaz.) vəssalam.
#45
Отправлено 13 августа 2009 - 16:48
#46
Отправлено 15 августа 2009 - 04:00
1 dene Shie Sheyxi axtariramki mene aglamag orgetsin
Sizde aglmag kurslari var tatar?
Güldürən də, ağladan da Odur!(Ən-Nəcm-43)
Ağlamaq ilahi bir rəhmətdir ki, yuxarıda özün peyğəmbər s.a.s-in dilindən bunu müşahidə etdin. Yə`ni Allah lütf etsə bu ne`məti istədiyi bəndəsinə əta edər. Kursa filana ehtiyyac yoxdur.
Eger dediklerin kimidirse,niye tek meherremlikde edirsiz,butun il boyu dushmenlere qarshi shuarinizi davam etddirin,birdeki niye mehs Huseyn(r.a).Ali(r.a)-in shehadetinide shuar edin,Hemze(r.a) ve bashqalarini.
Məgər şiyələrdə məşhur "Hər gün Aşuradır, hər yer Kərbəladır" hədisini eşitməmisən? Bu şüarı şiyə öz qəlbində bütün il boyu yaşada bilsə xoş onun halına! Digər tərəfdən zaman və məkan anlayışının mövcud olduğu bir aləmdə yaşadığımız üçün məxsusi vaxtlar və məxsusi zamanlar bizə öz tə`sirini göstərir. Yə`ni məxsusən məhərrəm ayı olanda və xüsusən məhərrəm ayının 10-cu günündə bu hadisə daha çox yada düşür. Necə ki, qış olanda isti paltar, qar, soyuq və s. yay olanda isə bunun əksi. Ümidvaram ki, fikrimi çatdıra bildim.
Nəyə görə məhz İmam Huseyn a.s. və digər 72 şəhid. Qisa olaraq:
Əvvəla məhz İmam Huseyn a.s. bərədə şiyə və sünnü mənbələrində Rasulallah s.a.s.-dən çoxlu hədislər varid olmuşdu. Yə`ni bu qətlin baş verəcəyini Rasulallah s.a.s. İmam Huseyn a.s. doğulduğu gündən xəbər verib ağlamışdı və onun nəvəsi üçün göz yaşını əsirgəməyənin əcrinin ALLAH yanında olduğunu bildirmişdi. Bunun üçün türklər tərəfindən nəşr olunmuş "Kərbala gülləri" kitabına nəzər salmağın yetər.
İkincisi şiyələrə görə məhz İmam Huseyn a.s.-ın qiyamı İslamı məhv olub aradan getmək təhlükəsindən xilas etdi. Necə ki, peyğəmbər buyurmuşdu: "Huseyn məndəndir, mən də Huseyndənəm". Hədisin birinci hissəsi başa düşülür. İkinci hissəsində Peyğəmbər s.a.s-in mən deməsini "İslam" kimi izah olunur. Yə`ni İslamı yaşadan Huseyn a.s.-dır. Tarixə baxsan məhz bu qətldən sonra müsəlman ümmətində yeni canlanmanın baş verdiyini müşahidə edə bilərsən. Məhz bu qiyam İslamı Əməvilərin murdar caynağından xilas etdi. Kimin kim olduğunu üzə çıxartdı. Bir sözlə məhz bu qətl hadisəsi İslama yeni həyat bəxş etdiyindən, İslam tarixində mühüm dönəm olduğundan şiyələrin nəzərində bu qətlin xatirələri və dərsləri digərlərindən daha öndə durur.
Yeni ozunu doymey kimi emellere tessuflendin?ve xosha gelmez adlandirdin?
Xeyr, teessüf hissi doğuran mərsiyələrdə və s.-də olan ifratlar, yə`ni bu hadisədə baş verməyən səhnələrin və insanlarda sevdiklərini əfsanələşdirməyə olan meyl nəticəsində bə`zi şişirtmələr. Həmçinin bə`zi avam kütlələr tərəfindən digərlərində ikrah hissi doğuracaq yersiz hərəkətlərin edilməsi. İnsanların ruhiyyəsi və reaksiyaları fərqli olduğundan bu hərəkətlər yeni müşahidəçilərə heç də xoş təsir bağışlamır. Odur ki, məhz buna görə Şiyə müctəhidləri insanlarda ikrah hissi yaradan yersiz əməllərdən çəkinməyə çağırırlar.
Əlbəttə bilmək olmaz. Hürr İmam Huseyn a.s. qətlə yetirməyə gədiyi halda ilahi lütf ilə məsələnin mahiyyətinin anladıqdan sonra ölümü gözünün önünə alaraq İmam a.s. tərəfində döyüşərək şəhid oldu.ne bilmek olar,belke bir gun mende seninle birikde ishtirak etdim?
tembole tatar mene muellim axtarir aglamag orgetmekchun.
aglamagi basha dushmushem,baxdimki Resul(s.a.v) aglayib.mende aglaram.ama ozunu doymeyib axi.ozude xususi zincirle.basha dushe bilmirem.
Ağlamaqda da kiməsə təqlid etməyi mən başa düşmürəm. İnsanın atifə hissləri onun fitrəti ilə bağlıdır kiməsə baxıb etməklə yox. Yə`ni sevinc, kədər və nifrət zamanı ağlamaq üçün hökmən peyğəmbərdən nümunə götürməlisən? Səncə bu zaman hisslərin sün`i olmayacaq və buda riyaya səbəb olmayacaq? Məni düzgün başa düş. Mən demirəm peyğəmbər s.a.s-dən nümunə götürmə. Yalnız məsələn sənə xoş xəbər gəldiyi zaman sənin ilk reaksiyan sevinc olmasınin peyğəmbər s.a.s.-lə bağlılığı yoxdur.
İndi isə İnşaALLAH mərsiyə, sinə vurmaq və zəncir məsələsinə keçək
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#47
Отправлено 15 августа 2009 - 06:05
Davamini sabah oxuyaram.
#48
Отправлено 16 августа 2009 - 03:58
Yuxarıda qısa da olsa bildirdiyim kimi bu hadisənin şiyələrin əqidəsində böyük əhəmiyyəti var. (Əgər lazım olsa bunu bir az da açıqlamaq olar)Bu səbəbə də şiyələr nəyin bahasına olursa olsun bunu yaşadacaqlar. Biz bu hadisəni mütaliə vasitəsilə öyrənirik. Lakin insan fitrətinə nəzər saldıqda bu kifayət etmir. Mücərrəd elm bu hadisəni qəlblərdə, yaddaşlarda yaşatmağa imkan vermir.
Sadə bir misal: Maşın ilə qaranlıqda yol ketmək üçün təkcə fənərin işıqları bəs etmir. Həmçinin mühərrikin işləyərək maşını hərəkətə gətirməyi labüddür.
Bu hadisə barədə elmi mə`lumatlar İslam tarixinin qaranlıq səhnəsinə işıq salıb yolu göstərən bir fənərdir. Bəs hərəkətə gətirən mühərrik? İnsanın mühərriki Allah tərəfindən fitrətində qoyulmuş hissləridir.
Təsəvvür edək ki, kimsə bizə hər hansı bir yerdə kasıb bir fəqirin olduğu barədə mə`lumat verir. Bu mücərrəd mə`lumat bizə o qədər də tə`sir etmir. Lakin öz gözlərimizlə onun halını müşahidə etdikdə daxili hisslərimiz oyanır və bunun tə`siri xatirəmizdən uzun müddət silinmir.
Hər hansı bir qidanın faydalı olduğunu bilirik. Lakin bu mücərrəd mə`lumat bizə o qədər də fayda vermir. Fayda o zaman olur ki, bu qidanı yemək üçün bizdə iştaha hissi olsun.
Müharıbədəki dəhşətləri öz gözləri ilə görüb daxili hisslər keçirənlə bu səhnələri kitablarda oxuyub, söhbətlərdə eşidənlərin xatirəsində olan mə`lumatların nə qədər fərqli olduğu gizli bir şey deyil.
Xülasə insan fitrəti bu cürdür ki, mə`lumatlarla daxili hisslər vəhdət təşkil edəndə yaddaşlarda daha möhkəm iz qoyur və hər cəhətdən daha tə`sirli olur.
Aşuranın şüarları da bu cürdür. Sadəcə olaraq mə`lumata malik olmaq ki, indi məhərrəm ayıdır və bu ayda Peyğəmbər ailəsinə qarşı vəhşicəsinə cinayət törədilib, bu o qədər də tə`sirli olmur. Lakin məhərrəm ayında çölə çıxdıqda qara bayraqları və yazıları gördükdə insan beynində istər-istəməz bu hadisə daim xatırlanır.
Ağlamaq. Bildiyimiz kimi bu qətl hadisəsidir və normal insan fitrəti qətl hadisəsini xatırladıqda itkiyə kədərlənir, qatilə qarşı isə nifrət bəsləyir. İnsan kədəri və nifrətini göz yaşları və ağılarla bildirir.
Mərsiyə. Nəzmin və şe`rin insana necə tə`sir bağışlaması da gizli bir şey deyil. Məxsusən bura gözəl intonasiyanı əlavə etdikdə. Mərsiyədə həmçinin yanıqlı səslə və nəzmlə deyildikdə insanın yaddaşında dərin iz buraxır və uzun müddət qulaqlarda səslənir.
İnsanın əli ilə özünü vurmaq da fitri bir məsələdir və insanın daxili hisslərinin təzahürüdür. Zəncir və buna bənzər şeylərdə acını yaşadan və xatırladan amillərdir. Yaddan çıxartmamalıyıq ki, insanlar müxtəlif təbəqələrə bölünürlər və hisslərini müxtəlif formada büruzə verirlər.
Lakin şeç bir halda ifrata yol vermək olmaz. Məxsusən də əvvəldə qeyd etdiyim kimi əgər zəncir və buna bənzər əməllər kənardan müşahidə edənlərin ikrahına səbəb olursa bunu etməmək daha düzgündür. Məqsəd bu mərasim də zəncir vurmaq və s. deyil məqsəd müsəlmanların diqqətini bu gündə baş verən hadisəyə yönəltməkdir və bu hadisənin xatirələrini müsəlmanların qəlbində yaşatmaqdır.
- Raykard это нравится
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#49
Отправлено 18 августа 2009 - 08:39
Количество пользователей, читающих эту тему: 0
0 пользователей, 0 гостей, 0 скрытых пользователей