Перейти к содержимому


Фотография

İmadəddin Nəsiminin həyat və yaradıcılığı


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 34

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 21 июня 2009 - 12:07

N__601_simi.jpg
Nəsimi 1370-ci ildə Şamaxı*da dünyaya gəlib. Bə'zi tədqiqatçılar onun Bakıda doğulduğunu iddia edir.

Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şe'rlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı mə'lumdur. İslam*dan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şe'r və musiqi məclisləri fəaliyyət göstərir, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqaninin əmisi-alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Şamaxıdan bütöv bir şair və alimlər pleyadası çıxmışdır ki, onların da arasında böyük sənətkar Əfzələddin Xaqani*ni xüsusi qeyd etmək lazım gəlir. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.

Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şe'rlər yaza bilirdi. Onun azərbaycanca şe'rlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şe'ri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərə bilərik.

Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsimini Təbrizi nisbəsində təqdim edən İbn əl-İmad Hənbəli yazır: “O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi.”

Nəsimi 3 dildə yazıb. O, öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o artıq işlənib hazırlanmışdı.


Mənbə: Vikipedia.
Azərbaycanın bu dahi şəxsiyyəti barədə bildiklərinizi inşallah bölüşün. Şeirlərindən, qəzəllərindən də sonda yazmağı unutmayın :gizildish:


#2 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 21 июня 2009 - 20:48

Merhabâ hoş geldin ey rûh-i revânım merhabâ
Ey şeker-leb yâr-ı şirîn lâ-mekânım merhabâ

Çün lebin câm-ı Cem oldu nefha-i Rühu’l-Kudüs
Ey cemilim ey cemâlim bahr u kânım merhabâ

Gönlüme hîç senden özge nesne lâyık görmedim
Sûretim aklım ukûlüm cism ü cânım merhabâ

Ey melek sûretli dil-ber cân fedâdır yoluna
Çün dedin lahmike lahmi kana kanım merhabâ

Geldi yârım nâs ile sordu Nesîmî neçesin
Merhabâ hoş geldin ey rûh-i revânım merhabâ

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#3 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 июня 2009 - 13:29

Nəsiminin fəlsəfi şerlərin çox xoşlayiram


Daldım yenǝ bir bǝhrǝ ki, ümman dǝxi bilmǝz,
Küfrün sözünü dünyada iman dǝxi bilmǝz.

Buldum vücudun sübhi-ǝzǝl vǝhy ilǝ münzil,
Vǝchin sözünü dünyada bürhan dǝxi bilmǝz.

İblis ǝzǝli lǝ'nǝt olub lǝnǝtǝ qaldı,
Lǝnǝt sözünü dünyada şeytan dǝxi bilmǝz.

Musa ǝzǝli qıldı vücudimi ǝsa çün,
Musa sözünü dünyada İmran dǝxi bilmǝz.

Müşkil oluban çün bu sözü bilmǝdi kimsǝ,
Müşkil sözünü dünyada asan dǝxi bilmǝz.

İnsan oluban camǝ geyib dünyaya gǝldim,
İnsan sözünü dünyada ehsan dǝxi bilmǝz.

Lölöi-ǝzǝl şöylǝ könül dopdolu oldu,
Lölǝ sözünü dünyada mǝrcan dǝxi bilmǝz.

Düxan ǝzǝli kim, sözünü vermǝdi yarǝ,
Düxan sözünü dünyada düxan dǝxi bilmǝz.

Gǝnci-ǝzǝli şöylǝ könül daşdı töküldü
Gǝncüm sözünü dünyada viran dǝxi bilmǝz.

Ey badi-sǝba, var, xǝbǝri yarǝ ilǝt kim,
Hüdhüd dilidir bunu Süleyman dǝxi bilmǝz.

Zülfünǝ başın top edibǝn qoydu Nǝsimi,
Zülfün sözünü dünyada çövkan dǝxi bilmǝz.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#4 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 июня 2009 - 16:39

Ey könül, hər bivücuddan can umarsan, nə əcəb!
Bikərəmdən lütf ilən ehsan umarsan, nə əcəb!

Bişəriətlər nə bilsin ənbiyanın şərtini,
Bitəriqətdən rəhi-ərkan umarsan, nə əcəb!

Bibəsərdən məniyi-şövqü kamali-mərifət,
Bixəbərdən söhbəti-irfan umarsan, nə əcəb!

Hər qayanın ləli olmaz, hər dənizin gövhəri,
Hər sədəfdən lölöi-mərcan umarsan, nə əcəb!

Çün əzazil əhsəni-təqvimə baş endirmədi,
Anda sirri-Kəbeyi-hənnan umarsan, nə əcəb!

Divi-naməhrəm ki, tutmaz ismi-əzəmdən xəbər,
Əhriməndən rəhməti-rəhman umarsan, nə əcəb!

Hiç imiş zöhdü vü zərqü, zahidin əfsanəsi,
Şol fəqihdən məniyi-Quran umarsan, nə əcəb!

Umma hər qəlbi zəğəldən aşiqin əsrarını,
Kafirin könlündə sən iman umarsan, nə əcəb!

Ey Nəsimi, bivəfadan ummagil rəsmi-vəfa,
Bivəfadan əhd ilə peyman umarsan, nə əcəb!
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#5 Zerger

Zerger

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 200 сообщений

Отправлено 25 июня 2009 - 12:17

Ýüz müň jefa kylsaň maňa, men senden ýüz döndermenem, Janym dahy gurban kylar, men senden ýüz döndermenem.

Duşman geler garşymyza, umyduwar özi duşa, Duşmanlaryň körlügine men senden döndermenem.

Men seni söwdüm jan ile, gul olmuşam gurban ile, Ant içerem Kuran ile, men senden ýüz döndermenem.

Isamysyň, Musamysyň ýa Ýusuby Kenganmysyň, Walla, janym janymysyň, men senden ýüz döndermenem.

Eý, Nesimi, aşykmysyň, Hak ýoluna sadykmysyň, Közerdigiçe ýanarmysyň, men senden ýüz döndermenem.


Сообщение отредактировал Zerger: 25 июня 2009 - 12:19

Baxiram yollara.....

#6 Black knight

Black knight

    Aqid – Colonel

  • Emir
  • 2 006 сообщений

Отправлено 08 августа 2009 - 22:52

Menim en chox sevib hormet etdiyim shairdir Nesimi. Heyif ki, sovet vaxtlarinda onu kafir kimi qeleme veribler.
Я сам себе судья и никто на этом Свете не может меня судить

#7 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 08 августа 2009 - 23:33

orta əsrlərdə iki şair Nəsimi yaşamışdır. bəzən bir nəsiminin şerlərini digərinə nisbət verirlər.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#8 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 09 августа 2009 - 00:53

Nasimi hegigeten duha shairdi.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#9 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 06 ноября 2009 - 21:39

Daim enel-heq soylerem, necunku mensur olmusham
Kimdur meni berdar eden, bu shehre mensur olmusham

qiblesiyem sadiqlerin, meshuqiyem ashiqlerin
mensuriyem leyiqlerin, men beyte memur olmusham

Musa menem ki heqqile dayim munacat eylerem
konlum tecela Turudur onun ucun Tur olmusham

irdim qashin mehrabina kim qabi qovsun ordadur
veslet shebinde gor meni, ser ta qedem nur olmusham

bezmi ezelde ichmishem vehdet meyin peymanesin
ol curedur ki ta ebed sermest-o mexmur olmusham

ey ay uzundur val-zeha ve leyl-imish sachun qara
lelun mene dar-ul-shefa, oldur ki rencur olmusham

her yane ki doner uzum, orda gorur heqqi gozum
chun bu qeminden qem yedim, shadan-o mesrur olmusham

ol shahidi qeybi menem ki kainatin eyniyem
ol nutqi rebbani menem ki dilde mezkur olmusham

chun on sekkiz min aleme, oldu vucudum ayine
ol sureti rehman menem ki dilde mezkur olmusham

ol gizli gencin sirriyem ki zahir oldu gozlerim
ol govherem ki gun kimi alemde meshhur olmusham

chun men Nesimi govherem, gencim size fash eylerem
men bu doli viranede gor ki ne memur olmusham

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#10 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 декабря 2009 - 12:35

Üzünü məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi bixaniman etmək dilərsən, etməgil!

Qaşların qövsündə müjganın xədəngin gizləyib,
Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!

Canımı vəslin şərabından ayırdın, ey gözüm,
Eynimi gövhərfəşan etmək dilərsən, etməgil!

Qoymuşam eşqində mən kövnü məkanın varını,
Can nədir kim, qəsdi-can etmək dilərsən, etməgil!

Bürqəi üzündən açarsan məgər naməhrəmə,
Gizli əsrarı əyan etmək dilərsən, etməgil!

Yandırırsan könlümü eşqində, mə’lum oldu kim,
Anı risvayi-cahan etmək dilərsən, etməgil!

Doğruyam eşqində oxtək, kirpigin tanıqdurur,
Qəddimi neyçün kaman etmək dilərsən, etməgil!

Çünki eşqin məskənidir könlümün viranəsi,
Həsrətə anı məkan etmək dilərsən, etməgil!

Çün yəqin bildi Nəsimi ağzının var olduğun,
Ol yəqini sən güman etmək dilərsən, etməgil!
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#11 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 января 2010 - 12:04

Ey xəstə könül, dərdinə dərman tələb eylə,
Gər can dilər isən, yeri, canan tələb eylə.

Çün Xizr həyati-əbədi bulmağ umursan,
Can təndə ikən çeşmeyi-heyvan tələb eylə.

Ey bülbülı-qüdsi, nə giriftari qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə.

Təhqiq xəbərdir bu ki, "əl-cins min-əl-cins"
Zinhar, gəl ey adəmi, insan tələb eylə.

Div ilə müsahib olanın dinə xətadır,
İnsanə iriş, söhbəti-rəhman tələb eylə.

Gər bəndeyi-talibsənü mətlub dilərsən,
Fərmanə boyun sun, ulu sultan tələb eylə.

Ərkansız olanlara rəfiq olma, Nəsimi,
Yol əhli gözət, sən ədəb-ərkan tələb eylə.

Сообщение отредактировал fidan: 22 января 2010 - 12:05

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#12 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 января 2010 - 16:23

Safavü zövqı-dünyayə, könül aldanma, al eylər,
Səni salar bu sevdayə, özü qeyri-xəyal eylər.

Əgər beş gündə bu dövran sənə əl versə, ey aqil,
Ki, şadlıq göstərər bir dəm, dönər yüz min məlal eylər.

Yığınca bunca əsbabı, yeri, sən bir kəmal istə,
Əcəl yeli əsər bir gün ana çox-çox zəval eylər.

Əgər aşiq isən tərk et, nedərsən munca əsbabı,
Olar ki, eşqə qərq oldu, qaçan sevdayi-mal eylər.

Günəş tutuldu dedilər, nəzər qıldım cəmalına,
Üzünə zülfüdür düşmüş, bu el yanlış xəyal eylər.

Yığıb yedirməyən kişi sinində mar olur malı,
Saqi, söz ki, assı varsa boynunda vəbal eylər.

Nəsimi xəstəyə sənsiz Süleyman mülkünü versən,
Ol anı bir çöpə saymaz, təmənnayi-vüsal eylər

Сообщение отредактировал fidan: 22 января 2010 - 16:25

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#13 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 октября 2010 - 11:13


Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#14 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 22 октября 2010 - 11:39

orta əsrlərdə iki şair Nəsimi yaşamışdır. bəzən bir nəsiminin şerlərini digərinə nisbət verirlər.


İnetdən bu şeri oxudum, amma bilmədim hansı Nəsimiyə aiddir. Müəllif Seyyid Nəsimi kimi verilib. Amma bizim dildə olan cildlərdə bu şer yoxdur

Hâr içinde biten gonca güle minnet eylemem.
Arabi Farisi bilmem, dile minnet eylemem.
Sırat-i müstakim üzre gözetirim rahimi,
iblisin talim ettiği yola minnet eylemem.

Bir acaip derde düştüm herkes gider kârına,
Bugün buldum bugün yerim, Hak kerimdir yarına.
Zerrece tamahım yoktur şu dünyanın varına,
Rızkımı veren Huda'dır kula minnet eylemem.

Oy nesimi, can Nesimi ol gani mihman iken,
Yarın şefaatlarım ahmed-i muhtar iken,
Cümlenin rızkını veren ol gani settar iken
Yeryüzünün halifesi hünkara minnet eylemem.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#15 Djafarit

Djafarit

    Naqib – Captain

  • Murid
  • 783 сообщений

Отправлено 22 октября 2010 - 22:53

Nesimi yoldan azmayib?onun malimi Fazlallah kim olub?Mujtahidlar olaryn barasinda na deyirlar?
Удивительное дело, права на наследство лишены незаконнорожденные и дети пророков

#16 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 30 ноября 2010 - 20:47

İmadəddin Nəsimi

Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,

Könlümü qıldı münəvvər, merhimanımdı Əli,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.


Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,

Həmdülillah biz gədanı məhrəmi raz etdilər,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,

Nuri çeşmimdir İmam Zeynul-İbad,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Zanu dildən bəndəkye Baqir qulami Cəfərəm,
Museyi-Kazım İmam Rzaya kəmtərəm,

Şah Təqi Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır bu gün layiq dir onlar hörmətə,

Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Mühəmməd , səcdəgahımdır Əli.

Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,

Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Mühəmməd, səcdəgahımdır Əli.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#17 Scriber

Scriber

    Arif – Corporal

  • Murid
  • 54 сообщений

Отправлено 28 октября 2011 - 16:31

Ta əzəldən bil mənim könlümdə Sultandır Əli,
Həm əlif, həm nüqteyi, həm hərfi Qurandır Əli.
Bağladı ifritə divan dəstini Gəhvarədə,
Həm duran ərşin yolunda şiri-Yəzdandır Əli.
Bir nəzər qıldı Mədinədən şəhi-düldül-səvar,
Asiyabanlara bek şəbbürdə kəşandır Əli.
Museyi-İmran həm odur, Yusifi kənan həm,
Həm Xəlilin narinə dəfi-gülüstandır Əli.
İsmi Heydər şahi-Qəmbər gör nəsiri çün dedi:
Yetmiş iki narə qıldı dedi sübhandır Əli.
Həm qopartdı qopusini Xeybərin ol dəmdə kim,
Həm olan ruhil əminə pirü xəndandır Əli.
Ol Mühəmməd Mustafadur, həm kilidi cənnəti,
Saqeyi kosər həm odur cümleyi-candır Əli.
Şah Həsən xəlqi rizadır, həm Hüseyni Kərbəla,
Həm dini izhar edən, həm kəşfi pünhandır Əli.
Həm Mühəmməd Baqir, Həm Cəfər Sadiqi deyim,
Həm həqiqət Kəbəsi, həm qibleyi-imandır Əli.
Kazim ol sultan Əli, Musa Rzadır cümlədə,
Kəşfi-ərbabi-vilayət, nuri-rəhmandur Əli.
Şah Təqidir bu cahan, mülkünə sultan bu Nəqi,
Həm vilayət şəhridir, həm bəhri-ümmandır Əli.
Həm Mühəmməd Mehdi Sahib Zaman oldur tamam,
Həm Məsihanın dəmi, həm Xizri dövrandır Əli.
Həm görən, həm göstərən nizə səkan və həm kaman,
Həm xəvaric gözlərinə tiri-peykandır Əli.
Həm kəvakib, həm qəmər, həm afitabi-xavəri,
İsmi rəsmi, fövqi təhti, mədəni-kandır Əli.
Bu Nəsimi məddahı Heydər, qulami-Heydəri,
Zülfüqari xarici boynunda bürrandır Əli.
"Я с момента принятия ислама приготовил себя к смерти. Этим меня не испугать!" (Малкольм X)

#18 Umm Maryam

Umm Maryam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 549 сообщений

Отправлено 23 февраля 2013 - 17:11

Nesimi ozunu Allah sayan deyildi?Sheiri var:"Mende sigar iken cahan,men bu cahana sigmazam.Ay-menem,gunesh-menem" ve s.Birde,o-xurufi idi.Birdene de sheiri var.Sheirin adi:"Men Ilaham".Auzu biLlah.Onun:"Men Allaham" deyen sheirleri choxdur

#19 mashadi vuqar

mashadi vuqar

    Mulazzim – lieutenant

  • Murid
  • 360 сообщений

Отправлено 24 февраля 2013 - 05:26

[quote name='Umm Maryam' timestamp='1361625108' post='98169']
Nesimi ozunu Allah sayan deyildi?Sheiri var:"Mende sigar iken cahan,men bu cahana sigmazam.Ay-menem,gunesh-menem" ve s.Birde,o-xurufi idi.Birdene de sheiri var.Sheirin adi:"Men Ilaham".Auzu biLlah.Onun:"Men Allaham" deyen sheirleri choxdur
[/quote



men Allaham sozunu ondan bawqa coxlari deyib))neuzubiLLAH...........Sufilerde bu batil eqidede olub ki, Allah tecelli edir guya insanda ....ne ise Alaha penah bele fikirlerden....amma Nesiminin bu sozu hansi menada deyilmesi barede ve onun eqidesi barede kifayet qeder elmim yoxdu....qardawlar yaqinki aydinlig getirer inwaLLAH..
Изображение أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ (46)


Разве они не странствовали по земле, имея сердца, посредством которых они могли разуметь, и уши, посредством которых они могли слушать? Воистину, слепнут не глаза, а слепнут сердца, находящиеся в груди. 22,46

#20 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 24 февраля 2013 - 11:12

hər kəs özünü bilmiş olsa Allahi ni da bilmiş olar ..bu butun Əhli beyt ə.s

nümayəndələrinin sözüdür ki ... biz özümüzdən başqa nə desən bildik )

Сообщение отредактировал Arif: 24 февраля 2013 - 11:17

ваххабизм – это дистилированный суннизм

#21 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 24 февраля 2013 - 11:14

Canda ki, еşq olmadı, dildə хəbər nə faidə?
Gözdə ki, görmək olmadı, nuri-bəsər, nə faidə?
Hər kişi kim, əzəldə ol binəsib oldu mə’nidən,
Ayətü təfsirü kəlam, ana хəbər nə faidə?
Gövhərin üştə qiymətin sərraf olan arif bilir,
Ol ki, mübəssir olmadı görə göhər nə faidə?
Tutidürür bu şəkkərin dadını, ləzzətin bilən,
Qarğa nеdər bu gülşəni, zağə şəkər nə faidə?
Dərd ilə sən Nəsiminin gövhərini gəl almağıl,
Aşiq olan kişilərə еşqə süpər nə faidə?

ваххабизм – это дистилированный суннизм

#22 Umm Maryam

Umm Maryam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 549 сообщений

Отправлено 24 февраля 2013 - 17:23

/quote

men Allaham sozunu ondan bawqa coxlari deyib))neuzubiLLAH...........Sufilerde bu batil eqidede olub ki, Allah tecelli edir guya insanda ....ne ise Alaha penah bele fikirlerden....amma Nesiminin bu sozu hansi menada deyilmesi barede ve onun eqidesi barede kifayet qeder elmim yoxdu....qardawlar yaqinki aydinlig getirer inwaLLAH..
[/quote]



Bəli,sufilik ən yoldan azan təriqətdir.Daha aydın-mistisizmdir.Islam ilə heç əlaqəsi yoxdur.Hətta deyirlər,ki Nəsimi öləndə belə şəhadət dedi:"Lə iləhə illə Allah,Fəzlullah rəsulAllah",əuzu billəh.Bir dənə də şeiri var,harada deyir:"Mən-qibləyəm".Belə sözlərdən sonra insan kafir yox,hətya müşrik olur,Allahdan başqa ilahları saymağ ilə.Hələ də sufilər özlərini müsəlman sayırlar.Birdə,çox qəribə zikrləri var onların

#23 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 24 февраля 2013 - 17:29

Mesele orasidir ki Sheyx Shamilde sufi terigetinden olub amma peygambari sevib ve islami yayib.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#24 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 24 февраля 2013 - 18:53

Bir dənə də şeiri var,harada deyir:"Mən-qibləyəm".Belə sözlərdən sonra insan kafir yox,hətya müşrik olur,

vəhabilər də deyir Allahin əli var ,siz onlari müşrik sayirsiz ? )

Сообщение отредактировал Arif: 24 февраля 2013 - 18:57

ваххабизм – это дистилированный суннизм

#25 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 24 февраля 2013 - 19:04

Həcciəkbər qılmaq istərsən gəl,eyzahid,bəri,
Aşiqin qəlbi içində sən bu Beytüllahi gör

ваххабизм – это дистилированный суннизм

#26 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 24 февраля 2013 - 19:15

]hədisi qudsidə belə bir məhşur və şərif hədis var və bunu əqidəsindən asili olmayaraq hami bilir- Mənim varlığım yerlərə, göylərə sığmadığı

halda möminin qəlbinə yerləşir,bir cox mənbələrdə mominin qəlbi Allahin evidir hədisi məhşurdur ,indi Nəsimi də deyir Mən

gibləyəm )) problem Nəsiminin sözündədir ?bəlkə bizim imanimizin zəifliyindəndir ?

Сообщение отредактировал Arif: 24 февраля 2013 - 19:16

ваххабизм – это дистилированный суннизм

#27 Umm Maryam

Umm Maryam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 549 сообщений

Отправлено 24 февраля 2013 - 19:24

vəhabilər də deyir Allahin əli var ,siz onlari müşrik sayirsiz ? )





Bele deyim,eger hansisa shexs Allahi insana benzedir-he.Amma onlar le ilaha ille Allah,Muhammadan rasulAllah deyirler ve ozlerini hech vaxt ilah saymirdilar.Hetta Fezlullahi ya bashqa bir insani Allahin resulu oldugunu qebul etmirler.Eger hansisa shair,yaxud da insan deyir,ki:"Men-ilaham",onun Firaon (l) ve Nimrudun arasinda ferqi azdir.Halbuki,onlar da bilirdiler,ki Allah her sheyi yaradib ve Firaona olum yaxinlashanda dedi,ki iman getirdi ve Musa (aleyhi sallam) onlara achiq-aydin mocuzeler gosterdi.Amma hansisa "muselman" ozune :"Men Allaham" ve s. deyirse,o dinden chixir.O qeder tekebbur olmalidir insanlarda,dehshet)))Auzu biLlah.Onun tekce bir sheiri bele deyil,chox sheirlerinde yazilib,ki guya o-Allahdir.Men getire bilerem onlari,amma rus dilindediler.Onu defelerle tovbe etmek chagirirdilar,amma tovbe etmeyib oz yazdiglarindan,uz donderib ve cezaya razi oldu.Yene de tekebburlukden

#28 Umm Maryam

Umm Maryam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 549 сообщений

Отправлено 24 февраля 2013 - 19:27

]hədisi qudsidə belə bir məhşur və şərif hədis var və bunu əqidəsindən asili olmayaraq hami bilir- Mənim varlığım yerlərə, göylərə sığmadığı

halda möminin qəlbinə yerləşir,bir cox mənbələrdə mominin qəlbi Allahin evidir hədisi məhşurdur ,indi Nəsimi də deyir Mən

gibləyəm )) problem Nəsiminin sözündədir ?bəlkə bizim imanimizin zəifliyindəndir ?





Tekce qible haqqinda yazmir axi)Chox sheirlerinde defelerle yazib,ki o-Allahdir.Sufiler ele dushunurler,ki Allah insanlarin ozundedir.Demirem,ki hamisi,amma choxusu

#29 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 24 февраля 2013 - 19:55

Kim Məhəmmədi Əlidən ayrur lənət ona, Ləhmikə ləhmi deyilmi, ya Əli səndən mədəd

Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi
ваххабизм – это дистилированный суннизм

#30 Arif

Arif

    Naqib – Captain

  • Murid
  • 944 сообщений

Отправлено 24 февраля 2013 - 19:57

Eşq əlindən yandı canım, ya Əli səndən mədəd.
Mən qəribe binəvayam, ya Əli səndən mədəd.
Sən mənə lütf və kərəmdən dərdimə bir çarə qıl,
Şah sənsən mən gədayəm, ya Əli səndən mədəd.
Həq Təala öz nurundan xoş yaratmış şahım,
Qüdrəte sirri xudasan, ya Əli səndən mədəd.
Kim Məhəmmədi Əlidən ayrur, lənət ona,
Ləhmikə ləhmi deyilmi, ya Əli səndən mədəd.
Həm Xədicə Fatimə ibni bəni binti Əsəd,
Mədəne dürre həqiqət, ya Əli səndən mədəd.
Bəndeye xəlqe Həsən oldum əzəldə ta əbəd,
Nure eyne Mustafasan, ya Əli səndən mədəd.
Hər Rəcəb ayında gördüm neçə möcüz göstərir,
Şah Hüseynin səduqində, ya Əli səndən mədəd.
Cümlə övlaye dini səndən zühur oldu tamam,
Adı Zeynəlabidindür, ya Əli səndən mədəd.
Baqir və Sadiq yolunda öyündüm mən canimi,
Musa Kazım inayət, ya Əli səndən mədəd.
Bər təvafe kəbə Şahe Xorasan eylədim,
Yetmiş iki həcce Əkbər, ya Əli səndən mədəd.
Həm Təqi və həm Nəqi və varise dine Nəbi,
Dövləte Ali-əbasan, ya Əli səndən mədəd.
Ol İmam Əsgəridir yəni ki, xəlqe Həsən,
Könlüm onda şad oldu, ya Əli səndən mədəd.
Ol Məhəmməd Mehdi Sahibe Zəman ilə zühur,
Aləmi kəffar tutdu, ya Əli səndən mədəd.
Səd hezaran lənət dadar davər hər zaman,
Bər Yezid toxme mərdan, ya Əli səndən mədəd.
Ey Nəsimiye şekəste, Həqdən istərsən nicat,
Coreye tövhid meyindən, ya Əli səndən mədəd.

ваххабизм – это дистилированный суннизм




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru