Перейти к содержимому


Фотография

İbn Əbil-Hədid kimdir?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 87

#1 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 17 июля 2009 - 22:02

İbn Əbil-Hədid kimdir?
Bu forumda və digər forumlarda bu zat əhli-sünnətə qarşı dəlil gətirilir və guya sünni alimidir. Bilənlər bunun yalan olduğunu bilirlər. Lakin inadkarlar inad edirlər. Ona görə də inşəallah onun haqqında əhli-sünnət kitablarından və şiə kitablarından nəql gətirərək onun şiə deyil, sünni olduğunu isbat edəcəyik, inşəAllah!
Ümid edirəm ki, bundan sonra mövzumuz yekun bir söz olar...daha bundan sonra bu İbn Əbil-Hədid gözümüzə girməsin!

#2 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 18 июля 2009 - 00:24


Yox bəlkə hələ bir burda "zakon" qoyasan. Kimnən istəsək ondan da dəlil gətirəcəyik, bu hər bir iştirakçının ixtiyarıdır. İndi sən qəbul etmirsənsə bu sənin öz işindir. Sizin alimlərinizin İbni Əbil-Hədid barədə nəzərləri şəxsən məni bir o gədər də narahat etmir. Dedim axı, Hakimə "rafizilik" damğası vurandan sonra, day İbni Əbil Hədidi şiə adlandırmağınıza nə var ki. Siz sərf eləməyəndə alimin xəta etdiyini bildirirsiz və bununla da onun bir savab qazandığınını iddia edirsiz, lap dərindən sərf eləməyəndə isə "rafizi", "sufi" və s. adlandıraraq öz ört-bastır üzərində qurulan əqədənizi təmizə çixartmaq istəyirsiz. Nəyi dəlil gətirəcəksiz? Əl-Alqami məsələsini? :rolleyes:

1. "Mötəzilə şiəsi" nə deməkdir? Sən bunu dəfələrnən təkrar etmisən. Şiə icmasının "mötəzili şiəsi" anlyaşı barədə nəzəriyyəsin gətir. Əks halda sözlərin "vozdux"-dur...
2. Əgər İbni Əbil-Hədidin bir çox yerdə şiə əqidəsindən kənar olan və bir başa Əhli-Sünnə əqidəsinə aid olan sözlərini dəlil kimi gətirsəm, yenə iddia edəcəksən ki o şiə olub?

  • Shemsi это нравится

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#3 SAHIB

SAHIB

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 15 сообщений

Отправлено 18 июля 2009 - 00:51

İbn Əbil-Hədid kimdir?
Bu forumda və digər forumlarda bu zat əhli-sünnətə qarşı dəlil gətirilir və guya sünni alimidir. Bilənlər bunun yalan olduğunu bilirlər. Lakin inadkarlar inad edirlər. Ona görə də inşəallah onun haqqında əhli-sünnət kitablarından və şiə kitablarından nəql gətirərək onun şiə deyil, sünni olduğunu isbat edəcəyik, inşəAllah!
Ümid edirəm ki, bundan sonra mövzumuz yekun bir söz olar...daha bundan sonra bu İbn Əbil-Hədid gözümüzə girməsin!



:rolleyes: "Dil chashar sozun duzunu deyer. "
Yaxshi meseledi, amma ish burasindadir ki, evvel gerek sunni deyende kim nezerde tutulur onu aydinlashdirasan. Chunki bu adin ustunde dava-dalash choxdu. Hami ozunu ESL ehli-sunne sayir, bashqalarini ise saymir. Subhani de yazib, duz deyir. Ahli-sunne bir balaca Ali (a) barede chox danishan adami rafizi damgasi vurub atir qiraga. Be yaziq Nisaini ele buna gore doyub chole atmayiblar Sham mescidinden?
Hetta belke de bir az shishirdib deyirem, amma inan ki, Ibn Teymiyye ile Muhemmed ibn Abdilvahhabdan bashqa "hamiya" az-chox shiye ittihami ireli surulub. Gedib rical kitablarinda "yetesheyye" kelmesini axtarsan gorersen ki, kimlerin baresinde shiye olmaq ittihami yoxdur? Ona gore de ele sen bize minnet qoy bir evvel de gorek sunni deyende kimi nezerde tutursan, sonra Ibn Abilhedidi qoyaq hemin tereziye. Bele bir atalar misali var ki: "Evvel qardashligini subut ele, sonra irs davasi ele".
Sen de evvel de gorek kimdi sunni, sonra hemin meyarlara tetbiq edek Ibn Abilhedide gorek o ne olub?

Сообщение отредактировал SAHIB: 18 июля 2009 - 00:53


#4 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 18 июля 2009 - 01:20

Mən biləri o şafii olub. Nardarani bu haqda yazmışdı forumda, amma tapa bilmədim.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#5 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 18 июля 2009 - 12:36

Mötəzilə ilə əhli ünnənin fərqini bilməyən insanlara təəcüb edirəm.Ən azı mötəzilənin Qurani Kərimə olan baxışı ilə əhli sünnənin baxışı tamam fərqlidir.Mötəzilə Qurani Kərimi məxluq bilirlər.Bu fikir əhli sünnəyə görə küfrdür.
Факты не перестают быть фактами, когда их игнорируют

#6 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 18 июля 2009 - 13:38

Mən biləri o şafii olub. Nardarani bu haqda yazmışdı forumda, amma tapa bilmədim.

nardarani özü öz yazısını tapa bilməyənən sonra sən necə tapasan? hənbəli mövzunun əvvəlində biraz səhvə yol verib. SAHİB demişkən dil çaşar düzünü deyər. Allah kərimdi birdə gördüz gətirdiyi dəlillərdə onun sünnü olmasını göstərdi :angry: :angry: :gizildish:

«لبيــــــــك خــــــــامنئي »


#7 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 18 июля 2009 - 15:21

İbn Əbilhədin Nəhcül Bəlağəyə şərhinin əvvəlində belə deir. Həmd olsun oO allaha ki, məfzulu(əbu Bəkr) fazildən(Əli) qabağa saldı. hansı şiə bu sözləri deyər?

PS. dünən bu sözləri yazmışdım amma bir hərfi unudub Əbilhədidin də sözlərini təhrif etmişdim.. qardaşlar mənə xatırlatdılar ona görə köhnəni silib bunu yazmağa lüzum gördüm.


Omar, mötəzililər sünnü olublar. yəni onların fiqhi sünnü fiqhi olub. bəli, əqidələri indiki sünnü əqidəsilə düz gəlmir. amma sən deyə bilməzsən ki, buna görə onlar sünnü olmayıblar. mötəzililərin əqidə olaraq yaşamamasına səbəb Məmundan sonrakı xəlifələrin mötəzili deyil əks əqidədə olmaqları olub. bildiyimiz kimi hakimlər həmişə özləri hansı əqidədə olublarsa, onu təbliğ edib hakim əqidə ediblər. Məmunun adını niyə qeyd etdim. çünki, Məmun Quranın məxluq olmasına inanıb. yəqin Əhməd ibn Hənbəlini nəyə görə dustaq etməsini eşitmisən. qısası, eşitmisən ki, kimsə desin Məmun sünnü olmayıb?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#8 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 18 июля 2009 - 17:32

1.Bəyəm Məmunun sünnü olmasını deyən olub? A kişi bir şeyi yadda saxla mötəzilə ilə əhli sünnə arasında yerlə göy arasında fərq var.Mən Qurani Kərim haqqında onların görüşünü nəql etməklə ən xırda misal çəkdim.
2.Mötəzililər fiqhdə əhli sünnə olsalarda bu o demək deyil ki onlar əhli sünnədən hesab olunur.Ona qalsa Zeydilərdə hənəfi fiqhinə tabe olurlar.İndi gərək deyək ki onlar hənəfidir?
3.Mötəzili əqidəsi bir başa əhli sünnə əqidəsinə ziddir.Onlar Qiyamət günü Allahın görünə bilməsini inkar edirlər.Halbuki əhli sünnə alimləri bu barədə icma ediblər.Qısaca mötəzilə əqidəsi şiələrə daha yaxındır nəinki əhli sünnəyə.
Факты не перестают быть фактами, когда их игнорируют

#9 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 18 июля 2009 - 17:56

Məmun sunnu deyil? Onda Məmunun dövründə yaşayanlar? Məmun şəhər valilərinə məktublar göndərib butun qazilərin Quranin məxluq olmasina eqidesini ebul etdirir və əmr edir ki, Quranin məxluq olmasına inanmayanların şehadətlərin qəbul etməsinlər.
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#10 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 18 июля 2009 - 23:13

omar

sənə sual verildi ki, sünni alimlərindən kimi priznavat edirsiz ?
yada kı ,bir firqə adı çək ki, sünni sayılsın sizə görə ,misal üçün sufilər?
ancaq onlarda sizin əqidəyə zidd sözləri.
Allahın göznən görünməyini qəbul etmirlər,
və ya quranın məxluq olduğunu onlarda deyir.
əgər onlarda şiyədirlərsə sizə görə , onda kimdir sünnı ?

bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#11 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 19 июля 2009 - 01:01

1.Bəyəm Məmunun sünnü olmasını deyən olub? A kişi bir şeyi yadda saxla mötəzilə ilə əhli sünnə arasında yerlə göy arasında fərq var.Mən Qurani Kərim haqqında onların görüşünü nəql etməklə ən xırda misal çəkdim.
2.Mötəzililər fiqhdə əhli sünnə olsalarda bu o demək deyil ki onlar əhli sünnədən hesab olunur.Ona qalsa Zeydilərdə hənəfi fiqhinə tabe olurlar.İndi gərək deyək ki onlar hənəfidir?
3.Mötəzili əqidəsi bir başa əhli sünnə əqidəsinə ziddir.Onlar Qiyamət günü Allahın görünə bilməsini inkar edirlər.Halbuki əhli sünnə alimləri bu barədə icma ediblər.Qısaca mötəzilə əqidəsi şiələrə daha yaxındır nəinki əhli sünnəyə.



mənə lazım deyil sən Məmun üçün sünnü deyəsən. bunu sən deməsən də tarix deyir. bəyəm tarix Məmuna kafir deyir? sən də yadında saxla ki, indiki sünnü əqidəsinin formalaşması heç də srazu olmayıb. müsəlman ümmətinin arasında o qədər əqidələr məzhəblər olub ki, onlardan da biri mötəzilə olub. sadəcə mötəzililər Məmunun xəlifəliyini şıxmaq şərtilə heç vaxt əqidə baxımından hakimiyyətdə olmayıblar. və buna görə də onların əqidəsi hakim əqidə olmayıb. Məmuna qədər və sonra hakimiyyətdə əhli-hədis əhli olduğundan bu əqidə daha çox sünnülüyə sirayət edib. mötəzililərin əqidəsinin müasir sünnü əqidəsindən nə ilə fərqləndiyini mən də bilirəm.
müasir zeydilər ola bilsini hənəfi fiqhinə tabedilər. amma qeyd etmək lazımdır ki, zeydilər özləri bir neçə firqəyə bölünmüşlər ki, hərəsi bir fikrə qail olmuşlar. məs: Salehiyyə, Təbəriyyə, Süleymaniyyə, Careudiyyə, Nəimiyyə və s. əslində bu zeydiyyə məsələsini misal gətirməklə düz etməmisən. necə ki, sünnülər mötəzililəri əhli-sünnədən hesab etməyiblər, elə də şiələr zeydiləri şiə hesab etmməyiblər.
əlbəttə yaxinliq hansisa mənada var. bu da onunla izah olunur ki, onlar şiələr kimi əqlə, əqli dəlillərə və əqli yolla nəticə almağa üstünlük vermişlər. bu da bəlkə mötəzililərin banisi Vasil ibn Ətanın vaxtilə Hz.Əlininin(ə) oğlu Hənəfiyyənin nəvəsinin şagirdi olması ilkə əlaqədardır. amma şiə əqidəsi mötəzilə əqidəsndən xeyli fərqlənir
.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#12 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 19 июля 2009 - 16:31

İbn Əbil-Hədid kimdir?
Hər şeydən əvvəl şiə alimlərinin onun haqqındakı fikrinə baxaq!
هو عز الدين بن ابي الحسن بن ابي الحديد المدائني صاحب شرح نهج البلاغة المشهور وهو من أكابر الفضلاء المتتبعين وأعاظم النبلاء المتبحرين مواليا لأهل العصمة و الطهارة …… وحسب الدلالة على علو منزلته في الدين وغلوه في امير المؤمنين عليه السلام شرحه الشريف الجامع لكل نفيسة وغريب ، والحاوي لكل نافحة ذات طيب
“Onun adı İzz əd-Din bin Əbil-Həsən bin Əbil-Hədid əl-Mədəini’dir. “Nəhcul-Bələğə” kitabının məşhur şərhini yazan odur. O, araşdırmacı alimlərin böyüklərindəndir, elmdə dərya sayılan alicənabların ən alilərindəndir. İsmət və təharət əhlini (yəni əhli-beyti) dəstəkləyənlərdəndir...Onun bütün gözəllikləri özündə toplayan və inciləri cəm edən şərəfli şərhi (yəni Şərh Nəhcul-Bəlağa) onun dindəki uca məqamına və möminlərin-əmiri Əlinin – aleyhissələm – şanında ğuluv etməsinə dəlalətdə kifayət edir... ”
(əl-Xavanəsəri, “Ravdatul-Cənnət”, 5/20-21)

əl-Qummi isə “əl-Kunə val-Əlqab” kitabında deyir:
ولد في المدائن وكان الغالب على أهل المدائن التشيع و التطرف والمغالاة فسار في دربهم وتقيل مذهبهم و نظم العقائد المعروفة بالعلويات السبع على طريقتهم وفيها غالي و تشيع
ثم خف الى بغداد وجنح الى الاعتزال واصبح كما يقول صاحب نسخة السحر معتزلياً جاهزيا في اكثر شرحه بعد ان كان شيعياً غالياً

“əl-Mədəin şəhərində doğulmuşdur və bu şəhərin əhalisinin çoxu şiə idi, şiəlikdə radikal idilər və etiqadlarında ğuluv vardı. O, da onların bu yolu ilə getmişdir. Onların əqidələrini "əl-Uluviyyət əs-Səbu" adı ilə tanınmış nəzmində qeyd etmişdir və həmin bu beytlərində ğuluv və təşəyyu vardır...(daha sonra həmin bu beytlərdən bəzilərini qeyd edir...) ...Sonra Bağdada getmiş və mötəzili əqidəsinə meyl etmişdir və “Nəsmətus-Səhar” kitabının sahibinin dediyi kimi ifrat şiə olduqdan sonra mötəzili cahizi olmuşdur. Bağdad’da 655-ci ildə vəfat etmişdir. Ayətullah əl-Hilli öz atası vasitəsilə ondan rəvayət etmişdir.”
(əl-Qummi, “əl-Kunə val-Əlqab”, 1/185)

Yusuf İlyən Sirkis “Mucəm əl-Mətbuat əl-Arabiyyə” kitabında (1/29) deyir:
عبد الحميد بن هبة الله بن محمد بن محمد بن أبي الحديد عز الدين المدائني الحكيم الاصولي المعتزلي هو من أكابر الفضلاء المتشيعين .
وأعاظم النبلاء المتبحرين مواليا لاهل بيت العصمة والطهارة وان كان في زي أهل السنة والجماعة

“Abdulhəmid bin Hibbətullah bin Muhamməd bin Muhamməd bin Əbil-Hədid İzz əd-Din əl-Mədəini əl-Həkim əl-Usuli əl-Mötəzili, o, təşəyyu əhlinin fəzilətlilərinin ən böyüklərindəndir. Əhli-sünnət və camaatın cildində olsa da, ismət və təharət əhlini dəstəkləyən elm əhlindən olan alicənabların ən alilərindəndir.”

#13 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 20 июля 2009 - 02:14

İndi yazdığların nəyə dəlalət edir? Hələlik şiəliyini ümümiyyətlə sübüta yetirmir. Ğuluv hara, şiə hara? Müasir şiə alimlərindən olan Məhəmməd İştihardi, onun bəzi fikilərinə öz kitabında rəddiyələr yazmışdır. Sən ən uzağı deyə bilərsən ki, o Əhli-Beytə (a) meyilli olmuşdur.

Сообщение отредактировал Subhani: 20 июля 2009 - 02:15

  • Shemsi это нравится

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#14 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 20 июля 2009 - 13:45

hənbəli
Yenə nəsə var?

«لبيــــــــك خــــــــامنئي »


#15 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 22 июля 2009 - 16:48

hənbəli
Yenə nəsə var?

Sən hələm yazılanlara cavab ver sonra davam edək.

vusal114 sənin belə inadkar olduğuvu bilmirdin.Sözün açığı çox dərinə gemədim elə adi şiə saytından bu barədə oxusan maraqlı olar.
Məmun kimdir?

Beləliklə, Mə`munun şiə olmasında heç bir şübhə yoxdur. Lakin ona imam öldürən şiə deyərlər. Kufə əhalisi şiəliyə maraqlı olduqları halda İmam Hüseyn (ə)-ı öldürmədilərmi?!

Bu fikirlər Mütəhərriyə aiddir!!!

Сообщение отредактировал Abu Sufyan ordusu: 04 июня 2010 - 15:15

Факты не перестают быть фактами, когда их игнорируют

#16 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 22 июля 2009 - 21:14

Omar, Məmunun və Harun ər-Raşidin bu sözləri deyir ki, bəyəm o şiə əqidəsində olub? Məmun bəyəm şiə namazı qılıb? bir az qərəyanı cavab idi amma neyləmək olar. sizlərlə hərdən gərək belə danışaq. bəli, İmam Hüseynin(ə) üstünə gələn Yezid qoşununda şiələr olub. amma Məmunu bu sıraya aid etmək olmaz. əvvəla, ona görə ki, bu heç bir tarixi kitabda öz əksini tapmamışdır. tarix kitabları Məmunun şiələri özünə çəkmək üçün İmam Rzanı(ə) öz vəliəhdi təyin etməyindən yazır. və Quranı məxluq hesan etmək kafirlikdirsə, Buxarini niyə möhtərəm sayırsız? halbuki, o da Quranı məxluq bilib.

http://313news.net/f...amp;#entry10425

Mütəhhəri(ə) böyük ustad olub. amma onun sözləri mənə dəlil deyil. bundan qabaq da mən Mütəhhərinin bəzi fikirləri ilə razılaşmırdım. bu da olsun onlardan biri.

ibn Əbilhədidin sözlərini keçən postumda gətirmişdim. o sözlərə diqqət etsən yaxşı olar. çünki, heç bir şiə bunu deməz və ümumiyyətlə, o sözlər mötəzili əqidəsində olan insanın sözləri də ola bilməz. çünki, mötəzili əqidəsinə görə insan ixtiyar sahibidir.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#17 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 22 июля 2009 - 22:05

vusal114 daha sənə sözüm yoxdur.
Факты не перестают быть фактами, когда их игнорируют

#18 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 22 июля 2009 - 22:19

vusal114 daha sənə sözüm yoxdur.


əlhəmdu lillah

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#19 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 22 июля 2009 - 22:38

Abdul birr yazir ki Mamun ozunu Aliye yaxin olmag ucun bunu yazib

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#20 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 23 июля 2009 - 00:54

və Quranı məxluq hesan etmək kafirlikdirsə, Buxarini niyə möhtərəm sayırsız? halbuki, o da Quranı məxluq bilib.

http://313news.net/f...amp;#entry10425


Buxari belə bir şey deməyib və belə bir şeyə inanmayıb, sənin verdiyin linkdə də belə bir şey yoxdur. Sən sadəcə olaraq yalan danışırsan!

Mövzuda da öz aliminizdən sitatlar gətirdim, öz alimləriniz deyir ki, İbn Əbil-Hədis bir ğulati şiə kimi böyüyüb və ömrünü elə keçirib, ömrünün sonunda Bağdadda mötəzili Cahizin fikirlərindən təsirlənib. Bir insanın şiə olması üçün şiə namazı qılması şərt deyil.
Əgər yuxarıdakı öz alimlərinizin şahidliyini qəbul etmirsizsə, sizə başqa cür kömək edə bilmərəm....

#21 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 23 июля 2009 - 01:03

Sən qardaşuva şəkk edirsən? ;)

«لبيــــــــك خــــــــامنئي »


#22 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 23 июля 2009 - 01:09

Buxari belə bir şey deməyib və belə bir şeyə inanmayıb, sənin verdiyin linkdə də belə bir şey yoxdur. Sən sadəcə olaraq yalan danışırsan!

Mövzuda da öz aliminizdən sitatlar gətirdim, öz alimləriniz deyir ki, İbn Əbil-Hədis bir ğulati şiə kimi böyüyüb və ömrünü elə keçirib, ömrünün sonunda Bağdadda mötəzili Cahizin fikirlərindən təsirlənib. Bir insanın şiə olması üçün şiə namazı qılması şərt deyil.
Əgər yuxarıdakı öz alimlərinizin şahidliyini qəbul etmirsizsə, sizə başqa cür kömək edə bilmərəm....



Buxari deyir deməmişəm, müəllimi deyir demisən. ikisindən biri yalançıdır. pəs, Səhih Buxari oldu hər nə istəyirsən Buxari amma səhih yox.;)

bəli, şiə olmaqçün şiə namazı qılmaq şərt deyil. gərək şiə kimə deyilir ona baxaq. pəs, ibn Əbilhədid də şiə olmayıb.

köməkliyinizə ehtiyacım yoxdur.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#23 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 23 июля 2009 - 01:21

Buxarinin müəllimi də belə bir şey deməyib...görürsən, sən mövzunu belə əməlli başlı oxuyub Allah sənə verdiyi ağıl ilə əməlli başlı bir nəticə çıxara bilmirsən. əz-Zuhli deyir ki, kim Quran məxluqdur deyərsə kafirdir və mənim Quran ləfzim məxluqdur deməsi bidətdir. əl-Buxari ilə əz-Zuhli arasındakı problem isə birinci məsələ deyil, ikinci məsələ haqqındadır. Bir dəfə sənə düzəliş elədim, lakin anlamadım...indi ikinci dəfə sənə düzəliş edirəm. Ümid edirəm ki, bu səfər anlayarsan və bu yalanından əl çəkərsən. Bir də kimisə ittiham etmək üçün hər əlinə keçəni atmağın yaxşı bir əlamət deyil, çünki bəzən çaşıb əlinə qeyri-münasib bir şey keçə bilər, nəticədə özünü murdarlamış olarsan...
gələn dəfə ehtiyatlı ol!


deyəsən sən anlamadın. Əz-Zuhli deyir ki, Muhəmməd ibn Yəhya deyir: .............................................Hər kəs Quranın məxluq olduğunu desə küfr etmiş və imandan çıxmışdır. Zövcəsi ondan ayrılmalıdır. Ondan tövbə etməsi tələb olunmalıdır. Tövbə etməsə boynu vurulmalıdır, malı müsəlmanlar arasında bölüşdürülməlidir, müsəlman qəbristanlığında basdırılmamalıdır.........................................onunla bir məclisdə oturulmaz, danışılmaz. Kim bizim bu məclisimizdən sonra Muhəmməd İbn İsmayıl əl-Buxarinin yanına getsə onun ittiham edin. Həqiqətən onun (Buxarinin) məclisində onun məzhəbindən olandan başqa heç kəs oturmaz. səncə, əz-Zuhli kim barədə danışır?

Buxari isə deyir: "Her kim benim "Lâfzî bi'l-Kur'ânı mahlûkun" dediğimi iddia ederse o bir yalancıdır". Buxari bunu kim barədə deyir?

xahiş edirəm tələsmədən cavab verəsən. yəni əz-zuhli kim barədə danışır və Buxari kim barədə danışır.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#24 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 23 июля 2009 - 01:43

Sənin əqidə qardaşın Əbu Sufyan ordusu bir adət olaraq ərəbcə yerləşdirdiyi mətni tam tərcümə etməyib və sən də onun tərcüməsinə əsaslanırsan. Ona görə də mən sənin xətrinə onun tərcümə etmədiyi yerləri də əlavə edib təqdim edəcəm:

ومن زعم ان القران مخلوق فقد كفر وخرج عن الايمان وبانت منه امرأته يستتاب فان تاب والا ضربت عنقه وجعل ماله فيئا بين المسلمين ولم يدفن في مقابر المسلمين ومن وقف وقال لا أقول مخلوق أو غير مخلوق فقد ضاهى الكفر ومن زعم ان لفظي بالقران مخلوق فهذا مبتدع لا يجالس ولا يكلم ومن ذهب بعد مجلسنا هذا إلى محمد بن إسماعيل البخاري فاتهموه فإنه لا يحضر مجلسه الا من كان على مثل مذهبه


"Kim iddia edərsə ki, Quran məxluqdur küfr etmişdir və imandan çıxmışdır, xanımı ondan ayrılmalı, tövbəyə dəvət edilməlidir. Tövbə edərsə (çox gözəl), əks təqdirdə boynu vurular. Malı müsəlmanlar arasında qənimət kimi bölünər, müsəlman qəbrində basdırılmaz və kim tərəddüd edərsə və "məxluq və ya qeyri-məxluq olduğunu demirəm" deyərsə küfrə yaxınlaşmışdır və kim "mənim Quran oxuyarkən ləfzim məxluqdur" deyərsə, bidətçidir. Onunla oturulmaz, onunla danışılmaz və kim bizim məclisdən sonra Muhamməd bin İsmayıl əl-Buxari'nin yanına gedərsə, onu ittiham edin, çünki onun məclisinə onun məzhəbində olandan başqa heç kəs getməz."


Bax, qırmızı ilə işarələdiyimi Abu Sufyan tərcümə etməyib. Qırmızı ilə işarələdiyim də isə əz-Zuhli digər iki qrup insanları zikr etmişdir. Birinci qrupu kafir görür, ikincisini hər han küfrə düşə biləcəyini deyir, üçüncüsünü isə sadəcə bidət adlandırmışdır. Bax, əl-Buxari ilə əz-Zuhlinin arasındakı ixtilaf bundadır. Yəni əz-Zuhliyə görə kim ümumiyyətlə bu sözü deyərsə, özündən əvvəlkilərin açmadığı bir məsələni açmışdır. Ona görə də əz-Zuhli buna bidət demişdir. Lakin hamı bilir ki, əl-Buxarinin dediyi sözlər haqqdır...

Nəsə...indi sənə artıq bunu üçüncü dəfə izah etmiş oldum. Ümid edirəm ki, bundan sonra artıq bir şübhən qalmaz.


#25 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 23 июля 2009 - 01:44

məncə, buna cavabınız yalnız bu olacaqı:Allah hər iksindən razı olsun. çünki bu hədisi "Allahın Peyğəmbəri(s) buyurmuşdur ki, Əmmar zalım bir qövm tərəfindən öldürüləcək. o onları Cənnətə, onlar isə onu Cəhənəmə çağıracaqlar" Bildiyiniz kimi Əmmar Siffeyn döyüşündə öldürülmüşdür. döyüş isə Əli və Müaviyyə (Allah hər iksindən razı olsun) baş vermişdir." belə şərh edirsiz. yəni Cənnətə dəvət edəndən də, Cəhənnəmə dəvət edəndən də Allah razı olsun. ;)

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#26 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 23 июля 2009 - 01:50

Sənin əqidə qardaşın Əbu Sufyan ordusu bir adət olaraq ərəbcə yerləşdirdiyi mətni tam tərcümə etməyib və sən də onun tərcüməsinə əsaslanırsan. Ona görə də mən sənin xətrinə onun tərcümə etmədiyi yerləri də əlavə edib təqdim edəcəm:
ومن زعم ان القران مخلوق فقد كفر وخرج عن الايمان وبانت منه امرأته يستتاب فان تاب والا ضربت عنقه وجعل ماله فيئا بين المسلمين ولم يدفن في مقابر المسلمين ومن وقف وقال لا أقول مخلوق أو غير مخلوق فقد ضاهى الكفر ومن زعم ان لفظي بالقران مخلوق فهذا مبتدع لا يجالس ولا يكلم ومن ذهب بعد مجلسنا هذا إلى محمد بن إسماعيل البخاري فاتهموه فإنه لا يحضر مجلسه الا من كان على مثل مذهبه
"Kim iddia edərsə ki, Quran məxluqdur küfr etmişdir və imandan çıxmışdır, xanımı ondan ayrılmalı, tövbəyə dəvət edilməlidir. Tövbə edərsə (çox gözəl), əks təqdirdə boynu vurular. Malı müsəlmanlar arasında qənimət kimi bölünər, müsəlman qəbrində basdırılmaz və kim tərəddüd edərsə və "məxluq və ya qeyri-məxluq olduğunu demirəm" deyərsə küfrə yaxınlaşmışdır və kim "mənim Quran oxuyarkən ləfzim məxluqdur" deyərsə, bidətçidir. Onunla oturulmaz, onunla danışılmaz və kim bizim məclisdən sonra Muhamməd bin İsmayıl əl-Buxari'nin yanına gedərsə, onu ittiham edin, çünki onun məclisinə onun məzhəbində olandan başqa heç kəs getməz."

Bax, qırmızı ilə işarələdiyimi Abu Sufyan tərcümə etməyib. Qırmızı ilə işarələdiyim də isə əz-Zuhli digər iki qrup insanları zikr etmişdir. Birinci qrupu kafir görür, ikincisini hər han küfrə düşə biləcəyini deyir, üçüncüsünü isə sadəcə bidət adlandırmışdır. Bax, əl-Buxari ilə əz-Zuhlinin arasındakı ixtilaf bundadır. Yəni əz-Zuhliyə görə kim ümumiyyətlə bu sözü deyərsə, özündən əvvəlkilərin açmadığı bir məsələni açmışdır. Ona görə də əz-Zuhli buna bidət demişdir. Lakin hamı bilir ki, əl-Buxarinin dediyi sözlər haqqdır...

Nəsə...indi sənə artıq bunu üçüncü dəfə izah etmiş oldum. Ümid edirəm ki, bundan sonra artıq bir şübhən qalmaz.


diqqətlə o mövzunu oxusaydın görərdin ki, sünnü saytına link verilib. orda da nə dediyi yazılıb. və bu boyda zıppıltı yazmağa ehtiyac olmazdı.
amma Buxari yalançı dedikdə kimi nəzərdə tuturdu onu yazmadın a. ay xatakar!

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#27 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 23 июля 2009 - 14:54

Nə zıppıltısı? Əgər link verilmişdisə və sən həmin linkə girib oxuya bilirdinsə, o zaman burda nə üçün yalan yazırdın? İddia edirsən ki, guya əz-Zuhli əl-Buxarini kafir sayıb... sənə deyiləndə ki, yalan deyirsən, inadkarlıq edirsən...axırda yalanın göstəriləndə yenə də bizi günahkar çıxarırsan...qəribə adamsan!!!
Sənin hər hərfinə cavab vermək borcundayam?! Buxari ilə əz-Zuhlinin məsələsini mövzusunda cavablandıracam inşəAllah...amma ondan da vacib məsələlər var...səbrli ol!

#28 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 23 июля 2009 - 15:07

İbn Əbil Hədidin məzhəbi.

Əhlis sünnə alimlərinin sözlərinə inansaq ibn Əbil Hədidin şafi məzhəb olduğunu görərik.
1.ibn Xəlakan deyir:

- عز الدين ابن أبي الحديد : وقال ( ابن الشعار ) : عبد الحميد بن أبي الحديد كاتب فاضل أديب ذو فضل غزير وأدب وافر وذكاء باهر، خدم في عدة أعمال سواداً وحضرة، آخرها كتابة ديوان الزمام. تأدب على الشيخ أبي البقاءالعكبري ثم على أبي الخيرمصدق ابن شبيب الواسطي، واشتغل بفقه الإمام الشافعي وقرأعلم الأصول، وكان أبوه يتقلد قضاء المدائن، وله كتاب العبقري الحسان في علم الكلام والمنطق والطبيعي والأصول والتاريخ والشعر؛ وراجع صفحات متفرقة من الحوادث الجامعة.

وفيات الأعيان ج 7 ، ص 342 ، رقم 283



2.فوات الوفيات kitabının müəllifi yazır:


عز الدين ابن أبي الحديد :عبد الحميد بن هبة الله بن محمد بن محمد بن أبي الحديد، عز الدين المدائني المعتزلي الفقيه الشاعر....ومن تصانيفه ..... وشرح نهج البلاغة في عشرين مجلد . در حاشيه رقم 1 مي گويد : وقال فيه ابن الشعار: ((خدم في عدة أعمال سواداص وحضرة آخرها كتابة ديوان الزمام، تأدب على الشيخ أبي البقاء العكبري ثم على أبي الخير مصدق ابن شبيب الواسطي، واشتغل بفقه الإمام الشافعي وقرأ الأصول ، وكان أبوه يتقلد قضاء المدائن))

فوات الوفيات ج2، ص 259، ذيل ترجمه عز الدين ابن أبي الحديد



3.Əbil Hədiddən bir qəsidə. Burada onun şıə olmaması aşkar məlum olur.


ورأيت دين الاعتزال وأنني أهوى لأجلك كل من يتشيع

شرح نهج البلاغة - ابن أبي الحديد - مقدمة المحقق ، ج 1، ص 14


"Hz.Əliyə xitabən deyir: Məzhəbi itizal özüm üçün din olaraq seçdim ----- Və sənə görədə şiələri sevirəm."

Əbil Hədidin etiqadı.


ومن تأملها وأنصف ، علم أنه لم يكن هناك نص صريح ومقطوع به لا تختلجه الشكوك ولا تتطرق إليه الاحتمالات ، كما تزعم الامامية فإنهم يقولون إن الرسول ص نص على أمير المؤمنين ع نصا صريحا جليا..... ولا ريب أن المنصف إذا سمع ما جرى لهم بعد وفاة رسول الله ص ، يعلم قطعا أنه لم يكن هذا النص ، ولكن قد سبق إلى النفوس والعقول أنه قد كان هناك تعريض وتلويح ، وكناية وقول غير صريح ، وحكم غير مبتوت ، ولعله ص كان يصده عن التصريح بذلك أمر يعلمه ، ومصلحة يراعيها ، أو وقوف ، مع إذن الله تعالى في ذلك

شرح نهج البلاغة - ابن أبي الحديد - ج 2 - ص 59



"Hər kəs insafla fikirləşsə görərki, (Hz.Əlinin bilafasilə xəlifəliyinə) sərih və aşkar bir rəvayət (ki, onda şəkk şübhə olmaya) yoxdur. İmamiyələrin xilafina ki, onlra güman edirlər ki, Rəsuli Əkrəm aşkar və fasiləsiz olaraq Hz.Əlini xəlifə təyin edib.....(O arınca deyir:) Şəkk yoxdur ki, insanflı adam Rəsuli Əkrəmin vəfatından sonra baş verən hadislərər diqqət etsə görərə ki, heç bir aşkar rəvayət ortda yox idi. Lakin zehnə bu gəlir ki, Rəsulı Əkrəmin bu məsələdə barədə rəvayəti kinayə,işarə və qeyri sərih həddində olub. Və qəti höküm şəkilində olmayıb.
Aşkar olmamasının səbəbinidə yəqin özləri bilir, Yada məsləhət belə olub, Və yaxud aşkar etməməsinin səbəbi Allah təala tərəfdən bir göstərişin gəlməsinə bağlı olub."

Bundan əlavə biz İBN Əbil Hədidin Zəhranın evinə hucum edənlərdən difa etdiyini görürük. Və həmçinin Əbu Talibin imanına toxunaraq belə deyir:


واختلف الناس في إيمان أبى طالب فقالت الامامية وأكثر الزيدية : ما مات إلا مسلما .

وقال بعض شيوخنا المعتزلة بذلك ، منهم الشيخ أبو القاسم البلخي وأبو جعفر الإسكافي وغيرهما

"Müsəlmanlar Əbu Talibin imanında ixtilaf ediblər: Bütün İmamiyə və Zeydiyi məzhəbinin əksəriyyəti qaildilər ki, O, müsəlman dünyadn gedib. Və bizim mötəziliyə ustadlarımızdan bəziləri məsələn Şeyx Əbul Qasim Bələxi və Əbu Cəfər Əskafi və bu iki nəfərdən başqalarıda bu əqidədə olub. "


شرح نهج البلاغة - ابن أبي الحديد - ج 14 - ص 65 - 66





Bütün bu yazılar İbn Əbil Hədidin öz fikirləridir. Onun kim olmasını onun özündən başqa heçkəs yaxşı bilə bilməz. Tarix boyu Onun bəzi həqiqətləri dediyinə görə onu şiə zənn edənlər olub. Lakin yazılarına azacıq diqqət etdikdə onun İmamiyə yox mötəziliyə olduğu aşkar olur.

«لبيــــــــك خــــــــامنئي »


#29 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 23 июля 2009 - 15:42

Sənin məntiqinlə getsək sən şiəliyi yalnız imamiyyə ilə bağlayırsan...Sənin bu yazdıqlarının cavabı belədir:
1. Şiəlik sadəcə imamiyyə ilə məhdud deyildir. Şiələrin arasında Əlinin nas ilə təyin olunduğunu (və bu, imamiyyə, ismailiyyə və digərlərinin görüşüdür), digərləri isə tərid və işarə ilə təyin olunduğuna etiqad edirlər. (bu isə bir çox zeydi firqələri və digər mötədil şiələrin görüşüdür)
2. İbn Əbil-Hədid həmin sözlərində Əlinin nass ilə deyil, tərid və təlvih (dolayı və işarə ilə) ilə təyin olunduğuna inanır. bu da şiələrin etiqadıdır, əhli-sünnət belə şeyə etiqad etmir.
3. İbn Əbil-Hədid Əlinin peyğəmbərdən sonra ən fəzilətli olduğuna inanır, bu isə şiəlik etiqadıdır.
4. İbn Əbil-Hədid'in şafi fiqhi ilə məşğul olması onun əhli-sünnətdən olması anlamına gəlmir. Bir çox zeydi imamları fiqhdə hənəfi fəqihləri olublar, lakin bununla belə zeydi alimləridir...ya da bir çox xavariclər maliki fiqhi ilə məşğul olublar, lakin xavariclərdir, əhli-sünnətdən sayılmırlar...

Bütün bunlardan anlayırıq ki, İbn Əbil-Hədid şiə olub, lakin imamiyyə şiəsi olmayıb. Fikrimcə zeydilərin məzhəbinə yaxın olub, çünki zeydilər də əqidədə mötəzilidirlər.

#30 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 23 июля 2009 - 16:48

1. Özündə qeyd edirsən ki, bu bəzi zeydiyyə firqəsinin görüşüdür. Daha dəqiq desək Carudiyyə firqəsinin. İbn Əbil Hədidin isə Zeydiyyə olması harda yazılıb? və yaxud Carudiyyə olması? Bəli, Əbu Carud belə bir əqidəyə əsaslanmışdır ki, Peyğəmbər (s) həzrət Əlini qeyri-aşkar olaraq (yə’ni, adını çəkmədən), imamətə tə’yin etmişdir, lakin o həzrətin vəfatından sonra camaat başqa birisinə bey’ət edərək yollarını azmış və nəticədə kafir olmuşlar. Lakin bütün tarixi mənbələrdə İbn Əbil Hədidin motəzil olduğu deyiir. Daha Zeydi yox. Bunlar tamam başqa əqidələrdir.
2.واختلف الناس في إيمان أبى طالب فقالت الامامية وأكثر الزيدية : ما مات إلا مسلما .

وقال بعض شيوخنا المعتزلة بذلك ، منهم الشيخ أبو القاسم البلخي وأبو جعفر الإسكافي وغيرهما
"Müsəlmanlar Əbu Talibin imanında ixtilaf ediblər: Bütün İmamiyə və Zeydiyi məzhəbinin əksəriyyəti qaildilər ki, O, müsəlman dünyadn gedib. Və bizim mötəziliyə ustadlarımızdan bəziləri məsələn Şeyx Əbul Qasim Bələxi və Əbu Cəfər Əskafi və bu iki nəfərdən başqalarıda bu əqidədə olub.
Fikir ver Zeydiyyə ilə İmamiyyəni ayrıca deyir və özünü onlara yox. Mötəzil ustadlarına ayıd edir.
3.Xeyr, Əhli-Sünnə imamlarından olan Hənbəli bunun əksini düşünüb.
Əbdullah ibn Əhməd ibn Hənbəl deyir:
فقلت: يا أبة! ما تقول في التفضيل؟ قال: في الخلافة أبو بكر و عمر و عثمان. فقلت: فعلي بن أبي طالب؟ قال: يا بني! علي بن أبي طالب أهل البيت، لا يقاس بهم أحد.
"Mən Atamdan soruşdum. Səhabələr arasında ən fəzilətli şəxs kimdi? Dedi: Əbu Bəkr hamıdan əfzəldi sonra Ömər sonra Osman. Soruşdum bəs Əli necə oldu? Dedi: Əli Əhli Beytdəndir və heç kəs onlarla müqayisə oluna bilməz."

مناقب احمد لابن الجوزي، ص163



Başqa yerdə:
ما لأحد من الصحابة من الفضائل بالأسانيد الصحاح مثل ما لعلي رضي الله عنه
"Səhabələrdən heç biri, Səhih sənədlə Əli qədər fəziləti yoxdur"

مناقب احمد لابن الجوزي، ص163


4.Onun Zeydiyyə olmaması subut olundu. Digər açıqlamama ehtiyac yoxdur!

«لبيــــــــك خــــــــامنئي »





Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru