Перейти к содержимому


Фотография

İbn Əbil-Hədid kimdir?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 87

#61 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 26 июля 2009 - 15:33

İndi onun həqiqi şiə, yoxsa zay olması haqqındakı söhbət sizin öz məsələnizdir. Fakt budur ki, bu insan sünni deyildir. Heç bir sünni Əlini şeyxeyndən üstün saymır, heç bir sünni Əlinin digərlərindən xilafətə layiq olduğunu söyləmir, ümumiyyətlə heç bir sünni İbn Əbil-Hədid kimi səhabələrə dil uzatmaz...
Qaldı ki, nuseyrilərin və ələvilərin şiə olub olmamasına, sözsüz ki, onlar Əlinin şiələridir, lakin ifrata varıb kafir olublar...necəki sizin öz alimləriniz belə bəzi ğulati şiələri kafir sayıblar...

#62 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 26 июля 2009 - 15:53

Ay əhli şiə bir mövzunu diqqətlə oxuyun biz əhli sünnə iddia eləmirik ki bu şəxs imamiyyə şiəsidir.Ona görə söhbəti uzatmayın və sübutunuzu gətirin ki bu insan əhli sünnədir.Əks halda alimlərinizə başa salın ki bu şəxsi kitablarında əhli sünnə alimi kimi qələmə vermək düzgün deyil.
Факты не перестают быть фактами, когда их игнорируют

#63 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 26 июля 2009 - 16:00

Bura bax alim, bəlkə ventelyatoru söndürüb verilən suala cavab verəsən?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#64 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 26 июля 2009 - 16:11

Eger siz mutazilaliri sunni saymirsizsa bes na ucun onlarin alimleri sizin mashur alimlerin muallimi oldugunu gabul etmirsiz?Hatta mutazili alimleri bazileri sunni fighinde xeyrleri de olub.

Əcəb məntiqiniz var sizin.Kimsə kiminsə ustadı olubsa bu o deməkdir ki bəyəm həmin insan 100% ustadının məzhəbində olmalıdır?Bu fikir hardan ağlıva gəldi... Bir neçə şiə alimi olub ki ustadları əhli sünnə olub.İndi biz həmin şiə alimlərini gərək əhli sünnə adlandıraq???

Omar gardash salafi alimlerinin sozunu deyirsiz?

Əzizim get bir aç oxuginən gör əhli sünnə əqidəsi ilə mötəzili əqidəsi arasında nə qədər fərq var.
Факты не перестают быть фактами, когда их игнорируют

#65 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 26 июля 2009 - 16:23

Axi men size (siz) ile danishiram san ile yox?
motazili alimlerinin sunni fighinde xeyri olmayib?
shiye acig deyibki man siyeyem ve sunni alimi ona ders deyib. yada shiye tegiyye edib sunni kimi ozunu gosterib. Amma sunna mazhablarina baxsan motazili shafiiye ders deyib shafii motaziliye ders deyib.
sunni mazhablari hamisi bir birine ders deyib.
bu o demakdir ki get dikce formalashib. ve 4 mazhab indi sabit galib

Сообщение отредактировал Abu Sufyan ordusu: 03 мая 2010 - 09:00

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#66 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 26 июля 2009 - 16:49

Zeydi şiəliyinin banisi Zeyd bin Əli bilirsən kimdən elm alıb? Vasil bin Ata'nın kim olduğunu bilirsən? Məhz mötəzilənin banisi odur. Ona görə də zeydilərin etiqadda, yəni tövhid məsələlərində mötəzilə olduğunu görəcəksiz. Bir qədər yaxşı araşdırma apar. Mötəzililər əhli-sünnət deyildir, lakin səhabələr və xilafət məsələlərində sünnidirlər. İbn Əbil-Hədid isə səhabələr və xilafət məsələsində şiədir. Yuxarıda göstərdiyim səbəblərə görə...

#67 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 26 июля 2009 - 17:13

Meger Zeydiler 12 imamcidirlar?
Manim demayim budur ki Moteziliyin axir vaxtlar xususan salafiler saymirlar ahli sunna kimi.
Motazili zamaninda onlar ahli snna kimi olub va alimleri olub maktablari olub. Yani sunni mazhabin bela problemi yox idid.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#68 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 26 июля 2009 - 17:17

Meger Zeydiler 12 imamcidirlar?
Manim demayim budur ki Moteziliyin axir vaxtlar xususan salafiler saymirlar ahli sunna kimi.
Motazili zamaninda onlar ahli snna kimi olub va alimleri olub maktablari olub. Yani sunni mazhabin bela problemi yox idid.

tatar sözüvə dəlil nədir? Əhli sünnə heç vaxt mötəziləri öz məzhəblərindən saymayıblar.Bu barədə qədim alimlərin kitablarını mütailə eləsən görəsən
Факты не перестают быть фактами, когда их игнорируют

#69 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 26 июля 2009 - 17:21

Meger Zeydiler 12 imamcidirlar?
Manim demayim budur ki Moteziliyin axir vaxtlar xususan salafiler saymirlar ahli sunna kimi.
Motazili zamaninda onlar ahli snna kimi olub va alimleri olub maktablari olub. Yani sunni mazhabin bela problemi yox idid.


Tatar, sən axı ağıl sahibi bir Allah bəndəsisən...burda kim İbn Əbil-Hədidin imamiyyə firqəsindən olduğunu deyir? Yoxsa sizə görə imamiyyədən başqa firqələr şiə sayılmır? Sözsüz ki, onlar da şiədir...lakin ola bilsin ki, sizə görə həqiqi şiə deyildir...bu isə başqa bir məsələdir.

#70 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 26 июля 2009 - 17:27

Eksine man ibn Abul Hadidin sunni mazhabi olmasini oz dovrune gore olub.Artig yazmisham.
Salafilere gore ashariler necadir ahli sunnadir?(bagishlayin temadan girag)

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#71 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 26 июля 2009 - 17:30

Eksine man ibn Abul Hadidin sunni mazhabi olmasini oz dovrune gore olub.

tatar imkan varsa bir neçə əhli sünnə alimin adını çək.Görək İbni Əbil Hədidin dövründə yaşamış hansı əhli sünnə alimi onu bu məzhəbdən bilib?
Факты не перестают быть фактами, когда их игнорируют

#72 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 26 июля 2009 - 17:58

Suala suaala sorushursuz?
1-Men yazdimki bir cox sunni alimlerinin muallimi motazili olub
2-O dovurde motazili xalifalig edib ve sunni egidesine gore zamanin xalifesine tabe olmalisiz. Eger motazili musalman deyilse yaxud sunni deyilsa ona neca tabe olublar?
3- ahli sunne o dovrde yegane shiyeleri gabul etmirdiler galan motazili ashari va ya hafilik bunlar arasinda bela ixtilaf yox idi ki biri o birine desin ki san sunni deyilsen.

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#73 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 26 июля 2009 - 18:12

Tatar yorulmadın? Görürüsən ki, həmişəki kimi söhbəti fırladırlar. Bunlara belə baxıram mö`təzilədən bi xəbərdirlər. Suala cavab vermirlər. Elə ehli-sünnə deyib durublar. Halbuki həqiqi sünnülər ilə bunların əqidələri arasında böyük fərq var. Mö`təzilə olanda bunların ulularından heç əsər-əlamət yox idi.
Yenə də deyirəm sünnü alimlərindən kimsə Əlinin fəzilətinin nəzərə çarpacaq dildə priznavat edibsə bunlar onu şiyəlikdə ittiham ediblər.
Bunların ulularından olan İbn Kəsir əgər deyibsə ki, Əbn Əbil-Hədid şiyədir onlar üçün söhbət orada qurtarırı. İndi istər ibn Əbil-Hədid özü xortlayıb gəlsin xeyri yoxdur vəssalam.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#74 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 26 июля 2009 - 18:36

tatar imkan varsa bir neçə əhli sünnə alimin adını çək.Görək İbni Əbil Hədidin dövründə yaşamış hansı əhli sünnə alimi onu bu məzhəbdən bilib?


Omar imkan varsa Nəhcul-Bəlağənin şərhini oxu mötəzilə və İbn Əbil-Hədid barədə mə`lumatı ordan al. Yox əgər yoxdursa onda Hənbəli adlı yuzerdən xahiş et lütf göstərib Əz-Zəhəbinin sözlərini tərcümə etsin.

ابن أبي الحديد

العلامة البارع موفق الدين قاسم بن هبة الله بن محمد بن محمد بن حسين بن أبي الحديد أبو المعالي المدائني الأصولي الأديب الكاتب البليغ .

أجاز له عبد الله بن أبي المجد .

أخذ عنه علي بن أنجب ، والدمياطي ، وله باع مديد في النظم والنثر ، وكان ابن العلقمي يكرمه وينوه بذكره كثيرا وبذكر أخيه الأوحد عز الدين أبي محمد عبد الحميد ، فمات الوزير ابن العلقمي فتوفي بعده الموفق بأربع ليال في نحو اليوم الخامس من جمادى الآخرة سنة ست وخمسين بعد مقاساة تلك الشدائد فرثاه أخوه العز ، فقال :

أبا المعالي هل سمعت تأوهي ولقد عهدتك في الحياة سميعا عيني بكتك ولو تطيق جوانحي
وجوارحي أجرت عليه نجيعا ووفيت للمولى الوزير فلم تعش
من بعده شهرا ولا أسبوعا وبقيت بعدكما فلو كان الردى
بيدي لفارقت الحياة جميعا

فما عاش العز بعد أخيه إلا أربعة عشر يوما .

وفي معجم شيخنا الدمياطي
أن موت الموفق في رجب ، والأول أصح .


"Siyər" Əz-Zəhəbi

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#75 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 26 июля 2009 - 19:17

Hənbəli, Yusif b. yəhya Əs-Sən`aninin "Nəsmətus-səhar" kitabından qırmızı rəngdə yalandan Qummiyə nisbət verdiyin yarımçıq cümləni bütöv şəkildə yazıram:


وكانت حالة عز الدين المذكور عجباً بيّناً ، هو شيعي متعصب كما في القصائد المشار إليها _ السبع العلويات _ إذ صار معتزلياً جاحظياً أو أصمعياً كما في أكثر شرحه

....................Mötəzili Cahizi yaxud Əsməi oldu necə ki, əksər şərhlərində (bu bilinir)


İndi de görək mö`təzili cahizi və əsməi nədir?

Mən yazım səndə oxu:

أبو عثمان الجاحظ من معتزلة البصرة ، وهم أشد تعصباً للسلف من معتزلة بغداد ، حتى كان بينهما نقد ورد خصوصاً مع الجاحظ في عثمانيته

Əbu Osman Əl-Cahiz Bəsrə mötəzililərindəndir. Onlar sələf barədə Bağdad mö`təzililərinə nisbətdə daha çox təəssübkeşdirlər. Hətta onların (yə`ni Bağdad və Bəsrə mö`təzililərinin) arasında, xüsusəndə Əl-Cahizlə onlar arasında Osman (b. Əffan)barəsində razborka olmuşdu.



Bağdad mö`təzililərindən fərqli olaraq Bəsrə mö`təzililəri Osmanı belə Əli a.s.-dan üstün bilirdilər.
Həmçinin görürük ki, hər iki tayfa sələfin təssübünü çəkiblər.


الأصمعي وهو عبد الملك بن قريب الأصمعي ، كان من المنحرفين عن الأمام أمير المؤمنين ( عليه السلام ) ، روى الخطيب في تاريخ بغداد 10 : 419 عن أبي العيناء ، قال : كنّا في جنازة الأصمعي سنة ( 215 هـ ) ، فحدثني أبو قلابة الجرمي الشاعر وأنشدني لنفسه : لعن الله أعظماً حملوه أعظماً تبغض النبي وأهل الـ نحو دار البلى على خشبات ـبيت والطيبين والطيبات وفي معجم الأدباء 12 : 153 : عن أبي العيناء ، قال لي المتوكل : بلغني أنك رافضي؟ فقلت : ياأمير المؤمنين وكيف أكون رافضياً وبلدي البصرة ، ومنشأي مسجد جامعها ، واستاذي الأصمعي

Əl-Əsməi, Əbdül-Məlik b. Qərib Əl-Əsməidir. İmam Əmirul-Muminindən inhiraf edənlərdəndir. ...............................



Əgər Əs-Sən`aninin yazdığı düzdürsə sənin gətirdiyin dəlilə əsasən İbn Əbil-Hədidin şiyəlikdən zərrə qədər də olsun payı yoxdur.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#76 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 26 июля 2009 - 20:00

Həmçinin Nəhcül-bəlağədən kiçik nümunələr çox gətirmək olar:

اختلفت الروايات في قصة السقيفة ، فالذي تقوله الشيعة ـ وقد قال قوم من المحدّثين بعضه ورووا كثيراً منه ـ : إنّ علياً ( عليه السلام ) امتنع من البيعة حتى أخرج كُرهاً

Səqifə hadisəsi barədə olan rəvayətlər müxtəlifdir. Şiyələrin dediyinə görə..........................


Nəyə görə İbn Əbil-Hədid burada özünü şiyələrə nisbət vermədən şiyələri ayrılıqda zikr edir?
Həmçinin buna oxşarını Nardaranı də yazmışdır. Bu adam özünü şiyələrdən ayrı bilir.
İkincisi mö`təzlilə nə vaxtdan şiyə əqidəsi olub? Temboleye füru`da Hənəfi, bə`zilərinə görə Şafii olub.

Bu adam 3 nəfərin xilafətinin şər`i xilafət olduğunu deyib. Hansı ki, şiyə bu sözü demir.

Burda isə İmam Əli a.s.-ın onların (şiyələrin) fətva verən imamı olduğunu deyir. Hətta peyğəmbər s.a.s.-in onu xəlifə olaraq tə`yin etdiyini qəbul etmir.
يجوز أن يريد أنه إمامهم في الفتوى فهو كالفقيه لا انّه إمامهم بمعنى أنّ الرسول نصّبه خليفة


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#77 Koti

Koti

    Arif – Corporal

  • Murid
  • 96 сообщений

Отправлено 27 июля 2009 - 00:53

Koti,
yazını diqqətlə oxusaydın...görərdin ki, sözlərimi Abu Sufyanın təhqirlərinə qarşı yazmışam...bir də nə məğlubiyyətindən danışırsan!
Səninləki mənim söhbətim düşməyib, yuyulmamış çömçə kimi özünü ortaya nə soxursan... Ümumiyyətlə kimin burda təhqirlərə başladığı kimin isə cavab verdiyi ortadadır...mənim yazılarımı oxumağı səndən xahiş eləməmişəm...

Yazilari diqqetle oxuyuram mende exin Omer kimi kor deyilemki kimin tehqirle bashladigini,agzini n suyunu ora bura tokduyunu gormeyem.Abu Sefyan ordusu niki ile yazan mominden bashqada,muxaliflerinin hamisi ile ya tehqirle yadaki qaba danishibsan.Meglubiyyetden dnaishmagimda budurki,senin kor gozlerine her ne qeder delil soxsalarda inkar etmeye chalisjhirsan oz seviyyene munasib.Doyulen qadinlar hemishe senin kimi edir.oturur arxadan qanzig itkler kimi hurur.



Bu adam sözsüz şiədir, ona görə də onun şiə-sünni arasındakı söhbətlərdə sünni kimi ortaya atmaq sizin hiylənizdən başqa bir şey deyil!

Bu adam shie iolsa idi,lenetullah ebu bekrle omeri desteklemezdi.hech bir shie bu irgenci hereketi etmezdi.
demek sunnudur,demek seni kimi zindiglar onu shie adlandirib sohbetin altindan qachmag isteyirsiz.
beledeki ozun getiridiyin delilde senin ozune bir cavabdir.Telesme deyim nece:
sen deyirsenki moteziledir o.ve motezile sunnu deyil.motezile hech shiede deyil bunu hami bilir ichindede sen.

Yusuf İlyən Sirkis “Mucəm əl-Mətbuat əl-Arabiyyə” kitabında (1/29) deyir:
عبد الحميد بن هبة الله بن محمد بن محمد بن أبي الحديد عز الدين المدائني الحكيم الاصولي المعتزلي هو من أكابر الفضلاء المتشيعين .
وأعاظم النبلاء المتبحرين مواليا لاهل بيت العصمة والطهارة وان كان في زي أهل السنة والجماعة
“Abdulhəmid bin Hibbətullah bin Muhamməd bin Muhamməd bin Əbil-Hədid İzz əd-Din əl-Mədəini əl-Həkim əl-Usuli əl-Mötəzili, o, təşəyyu əhlinin fəzilətlilərinin ən böyüklərindəndir. Əhli-sünnət və camaatın cildində olsa da, ismət və təharət əhlini dəstəkləyən elm əhlindən olan alicənabların ən alilərindəndir.”

Demeli motezile olmaq ehli sunne vel camatin simasidir,amma ibni ebil hedid zahirde motezile idi,daxilde shie idi.yeni motezile deyildi,yeni ehli sunne deyildi.
shie idi.indi aydindir balacan?






Abu Sufyan ordusu, sən ümumiyyətlə cahil birisən, sənin cahilliyinin də nə olduğunu göstərmişəm...sən bir daha mənim alimlərimə və ya məzhəbimə təhqir edici sözlər atsan və əgər görməsəm ki, bu səfər də moder sənin ədəbsizliyinə göz yumur...sənin bütün alimlərini qarşında biyabır edəcəm...ona görə də dilini qısa tutdun!


zindig,mushrik henbeli,sene kechen defe demsihdimki agilli apar ozunu.cahilde ozunsen hele uze duran arvadlar kimi istedada maliksen.amma sen helede arvadyana xasiyyetlerinden el chekmemisen.yene xeberdarliq edirem,agilli ol!

moderde senin edebsizliyine goz yumub hele mene reytinq verir.edaletsiz zindig exin omerdir.hech olmasa sen edaletsizlikden danishma!
Men Sen olmusham ey dust !

#78 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 27 июля 2009 - 03:10

Koti, burda sərt postlar olur, amma heç bir konkret useri təhqir etmək olmaz! Əslində reytingini 30% qaldırmalı idim, amma 40% qaldırıram ki, birdə heç bir şəxsə təhqir yönəltməyəsən! Mənim gündə 30 mözvuya nəzarət etməyə imkan yoxdur. PM-ə gələn şikayətlərin sayı isə aşıb-daşır.

Сообщение отредактировал Subhani: 27 июля 2009 - 03:10

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#79 Koti

Koti

    Arif – Corporal

  • Murid
  • 96 сообщений

Отправлено 27 июля 2009 - 04:20

Koti, burda sərt postlar olur, amma heç bir konkret useri təhqir etmək olmaz! Əslində reytingini 30% qaldırmalı idim, amma 40% qaldırıram ki, birdə heç bir şəxsə təhqir yönəltməyəsən! Mənim gündə 30 mözvuya nəzarət etməyə imkan yoxdur. PM-ə gələn şikayətlərin sayı isə aşıb-daşır.

Subhani qardashim faiz verdin ozude 40 faiz,eceb eledin.
Amma qardashim bu zindig sene sənin gözündə qatığ da qaradır, bala deyende mene xosh tesir etdi ele bildin?
bu mushrik kimdirki sene bala deye xitab elesin?
ve yaxud Abu Sufyan ordusu nikli momine tehqirleri,yaxud nardaraniye,yaxud el Fethe.indi onlar ehli beyt exlaqini numayish etdirib sebr edib layiqince cavab yazmadilar.mendeki o exlaqdan yoxdur,onlarin layiq olduglari dilde yazdimde,olmaz?shikayet movzusundada omerin edaletsizliyini gostermishem.teref tutmagida goz qabagindadir.mene isteyirsen 80 faiz ver,yenede incimerem inanki,amma bu mushriklerinde faizi verilmelidir,sen faiz vermesen,men oz variantimla faiz verecem onlara! :blink:
Men Sen olmusham ey dust !

#80 Omar

Omar

    Muslim

  • Emir
  • 1 140 сообщений

Отправлено 28 июля 2009 - 00:04

Kimin zındıq kimin isə mömin olduğu Allaha məlumdur.Səni isə biraz istrahətə yollayıram.Dincəl. 3 günlük ban!
Факты не перестают быть фактами, когда их игнорируют

#81 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 28 июля 2009 - 15:09

Kimin təhqirə başladığı və kimin cavab verdiyinə Allah şahiddir.

#82 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 30 июля 2009 - 02:27

İndi onun həqiqi şiə, yoxsa zay olması haqqındakı söhbət sizin öz məsələnizdir. Fakt budur ki, bu insan sünni deyildir. Heç bir sünni Əlini şeyxeyndən üstün saymır, heç bir sünni Əlinin digərlərindən xilafətə layiq olduğunu söyləmir, ümumiyyətlə heç bir sünni İbn Əbil-Hədid kimi səhabələrə dil uzatmaz...
Qaldı ki, nuseyrilərin və ələvilərin şiə olub olmamasına, sözsüz ki, onlar Əlinin şiələridir, lakin ifrata varıb kafir olublar...necəki sizin öz alimləriniz belə bəzi ğulati şiələri kafir sayıblar...


Əbdullah ibn Əhməd ibn Hənbəl deyir:
فقلت: يا أبة! ما تقول في التفضيل؟ قال: في الخلافة أبو بكر و عمر و عثمان. فقلت: فعلي بن أبي طالب؟ قال: يا بني! علي بن أبي طالب أهل البيت، لا يقاس بهم أحد.
"Mən Atamdan soruşdum. Səhabələr arasında ən fəzilətli şəxs kimdi? Dedi: Əbu Bəkr hamıdan əfzəldi sonra Ömər sonra Osman. Soruşdum bəs Əli necə oldu? Dedi: Əli Əhli Beytdəndir və heç kəs onlarla müqayisə oluna bilməz."
مناقب احمد لابن الجوزي، ص163


Nə zıppıltısı? Əgər link verilmişdisə və sən həmin linkə girib oxuya bilirdinsə, o zaman burda nə üçün yalan yazırdın? İddia edirsən ki, guya əz-Zuhli əl-Buxarini kafir sayıb... sənə deyiləndə ki, yalan deyirsən, inadkarlıq edirsən...axırda yalanın göstəriləndə yenə də bizi günahkar çıxarırsan...qəribə adamsan!!!
Sənin hər hərfinə cavab vermək borcundayam?! Buxari ilə əz-Zuhlinin məsələsini mövzusunda cavablandıracam inşəAllah...amma ondan da vacib məsələlər var...səbrli ol!


əz-Zuhliynən Buxari o qədər qəliz danışıblar ki, Məşədi İbad demişkən mən Tarixi Nadiri yarıya qədər oxumuşam bir şey anlamadım.

bnir dənə onu de görüm Buxari əz-Zuhliyə yalanşı deyib ya yox?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#83 Koti

Koti

    Arif – Corporal

  • Murid
  • 96 сообщений

Отправлено 12 сентября 2009 - 20:49

Kimin zındıq kimin isə mömin olduğu Allaha məlumdur.Səni isə biraz istrahətə yollayıram.Dincəl. 3 günlük ban!

Mene ban vermekle,haqqinda dediklerimin dogru oldugunu bir daha subut etmish oldun!
Men Sen olmusham ey dust !

#84 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 02 мая 2010 - 16:29

Yusif İlyan sirkis şiədirmi?




#85 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 04 июня 2010 - 15:05

Yusif İlyan Sirkis şiədirmi?


Bildiyim qədər O, şiə deyil. Müəllifi olduğu kitaba verdiyim ssılka əhli-sünnəyə məxsusdur. Öz kitabında 1919-cu ilə qədər çap olunmuş kitabları müəlliflərinin adı ilə zikr etmişdir.

İslam ümməti aşağıdakı dörd cərəyanla qarşılaşır:
1. Sünnülük;
2. Şiəlik;
3. Xəvaric;
4. Sufilik.

DÖRDLÜK TƏŞKİL EDƏN MƏZHƏBLƏRİN FİRQƏLƏRİ
Yuxarıdakı dörd cərəyandan hər biri öz növbəsində müxtəlif firqələrə bölünür. Bu dərsin mövzusunu təşkil edən ən mühüm firqələr aşağıdakılardır:
1. Sünnü firqələri:
a) Əhli-hədis;
f) Əş᾿ərilik;
v) Mö᾿təzilə;
q) Matüridiyyə;
ğ) Sələfilik;
d) Vəhhabilik.
2. Xəvaric firqələri:
a) Əzariqə;
f) Buxdat;
v) Beyhəsiyyə;
q) Ücaridə;
ğ) Əbaziyyə;
d) Səfəriyyə;
ə) Şəbihiyyə.
3. Şiə firqələri:
a) Keysaniyyə;
f) Zeydiyyə;
v) İsmailiyyə;
q) Fətəhiyyə;
ğ) İmamiyyə;
d) Qadiyaniyyə;
ə) Babiyyə.
4. Sufi firqələri:
a) Nurbəxşiyyə;
f) Nəqşbəndiyyə;
v) Ticaniyyə;
q) Sənusiyyə;
ğ) Bektaşiyyə;
d) Şazliyyə;
ə) Səfəviyyə;
i) Ne᾿mətullahiyyə.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#86 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 04 июня 2010 - 15:24

Mö᾿təzilə məzhəbi Hicri tarixi ilə ikinci əsrin əvvəllərində Vasil ibni Ətanın (80-131 H.q.) vasitəsilə tə᾿sis olunmuşdur. Bu məzhəbin özündən əvvəlki əqidəvi məktəblərlə müqayisidə ən səciyyəvi xüsusiyyəti budur ki, onlar əqlə, əqli dəlillərə və əqli yolla nəticə almağa üstünlük verir, xəbər və rəvayətlərin məfhum və məzmunlarının qəbul olunmasını əqlin qəbul olunması ilə şərtləndirirlər.
Vasil ibni Əta, Həsən Bəsrinin şagirdi idi. Onun barəsində nəql edirlər ki, bir gün ustadlardan birinin hüzurunda bir şagird ayağa qalxdı və ustada xitab edərək dedi: Bizim dövrümüzdə bir dəstə yaranıb ki, böyük günahlara mürtəkib olanları kafir və İslam dinindən çıxmış hesab edirlər (onun məqsədi xəvaric idi). Başqa bir dəstə də belə şəxslərin qurtuluşuna ümid bəsləyir və inanırlar ki, həqiqi imanın kəbirə günahla ziddiyyəti yoxdur. Bu dəstə (onun məqsədi mürciə firqəsi idi) əməli, imanın bir hissəsi hesab etmir və inanırlar ki, ibadətin kafirə heç bir faydası olmadığı kimi, günahın da mö᾿minə heç bir ziyanı yoxdur. Sizin nəzəriniz nədir?
Həsən Bəsri azacıq fikirləşdi; cavab vermək istədikdə Vasil ibni Əta ayağa qalxıb dedi: Mənim əqidəmə görə, böyük günah edən bir şəxs nə mütləq şəkildə kafir və nə də mütləq şəkildə mö᾿mindir. O, imanla küfr arasında yerləşən bir məqamdadır. «Mənzilətun beynəl-mənziləteyn»də (iki mənzilin arasında olan bir mənzildə) qərar tutur.
Vasil bu sözü deyib məscidin bir küncünə çəkildi (onun ustadı da orada idi) və ustadın ətrafına yığışan bir dəstə şagird üçün öz əqidəsini bəyan etdi. Əvvəllər qəza-qədərə inanan, ilahi sifətləri inkar etməkdə Vasil ilə eyni fikirdə olan Əmr ibni Ubeyd də ona qoşuldu. Bu zaman Həsən Bəsri Vasilə nəzər salıb dedi: «Kənara çəkil və bizdən uzaqlaş.» Bundan sonra Vasil ibni Əta və onun ardıcılları mö᾿təzilə (yəni kənara çəkilənlər) adlandırıldı.
MÖ᾿TƏZİLƏ DÜŞÜNCƏSİNİN BÜNÖVRƏ VƏ ƏSASLARI
Həsən Bəsrinin dərsində baş verən hadisə mö᾿təzilə firqəsinin yaranmasına və genişlənməsinə səbəb oldu. Amma bu cərəyanın yaranması o demək deyildi ki, mö᾿təzilə təfəkkürünün əsası «mənzilətun beynəl-mənziləteyn»dir. Çünki mö᾿təziləçilərin ondan əvvəlki sair İslami firqələrin əqidələri ilə fərqlənən başqa e᾿tiqadları da var ili. Bu ixtilafların ən ümdəsi əqidəvi bəhslərdən və araşdırmalardan yaranırdı. İslam aləmində fəlsəfi, əqli bəhslərin yayılması nəticəsində mö᾿təzilə mütəfəkkirləri arasında yeni təfəkkür tərzi meydana gəlmişdir. Mö᾿təzilə firqəsi yaranmazdan əvvəl, rəsmi məzhəblərin e᾿tiqad və təfəkkürünün əsasını rəvayətlər və xəbərlər təşkil edirdi. Bu dövrdə təkcə Peyğəmbərdən (s) nəql olunan səhih hədislərə istinad edilmirdi; hədis sahəsində heç bir səriştəsi olmayan şəxslər vasitəsilə İslam cəmiyyətində minlərlə hədis yayılmışdı və onlar fikri-e᾿tiqadi, fiqhi fətvaların mənşəyi sayılırdı.
Buna əsasən, mö᾿təziləçilər inanırdılar ki, hər hansı bir xəbər və rəvayətin doğruluğu və ona əməl edilməsinin məqbul sayılması onun əqli yolla isbatının mümkünlüyündən asılıdır. Əks təqdirdə, onların heç bir əhəmiyyəti olmayacaqdır.
Mö᾿təziləçilər həmin üslubdan Qur᾿an təfsirində də istifadə etdilər. Belə ki, hər yerdə Qur᾿an ayələri əqli dəlillər vasitəsi ilə araşdırılıb isbat oluna bilirdisə, onların zahirinə əməl edirdilər, belə olmadıqda isə həmin ayələri tə᾿vil edirdilər.
MÖ᾿TƏZİLƏ FİRQƏSİNİN TANINMIŞ ŞƏXSİYYƏTLƏRİ
1. Vasil ibni Əta;
Qeyd olunduğu kimi, mö᾿təzilə firqəsinin banisi Vasil ibni Əta idi. O, Mədinədə doğulmuş, Bəsrə şəhərində böyüyüb boya-başa çatmışdır.
Deyilənlərə görə o, çox gözəl söz ustası idi. Onun sözləri hamının qəlbinə nüfuz edirdi. Vasil, Həsən Bəsridən əlavə, Əbu Haşim Əbdüllah ibni Məhəmməd ibni Hənəfiyyənin də şagirdi idi. (Məhəmməd Hənəfiyyə Əli ibni Əbi Talib (ə)-ın oğludur.)O, imamət məsələsində onunla müxalifətçilik edirdi.
Vasil ibni Əta aşağıdakı üç kitabı yazaraq öz e᾿tiqadını bəyan etmişdi: (Bu kitabları Həsən Bəsridən ayrıldıqdan sonra yazmışdır.)
1. «Əl-mənzilətun beynəl-mənziləteyn»;
2. «Əl-fütya»;
3. »Ət-tohid».
Şəhristani «Əl-miləl vən-nihəl» kitabında Vasil ibni Ətanın düşüncələrinin aşağıdakılardan ibarət olduğunu deyir:
1. Allah-taalanın sifətlərinin inkar edilməsi;
2. İnsanın yaxşı və ya pis işləri seçməkdə ixtiyar sahibi olması;
3. Böyük günahları görən şəxslər üçün «mənzilətun beynəl-mənziləteyn» e᾿tiqadına malik olmaq;
4. «Cəməl» və «Siffeyn» müharibələrində iştirak edən iki dəstədən, eləcə də üçüncü xəlifə ilə onun qatilləri arasında çarpışan iki düşmən tərəfdən qeyri-müəyyən olaraq birinin hökmən xətakar və fasiq olmasına e᾿tiqadlı olmaq.
2. Əmr ibni Əbid;
O, Vasil ibni Ətanın köməkçilərindən idi və 144-cü ildə vəfat etmişdir. Əslən iranlı idi və Həsən Bəsrinin dərslərində iştirak edirdi. O, öz dövründə mö᾿təziləçilərin başçısı və əmriyyə firqəsinin rəhbəri olmuşdur. Onun tərcümeyi-halında qeyd olunur ki, o, çox abid və zahid bir şəxs idi; həmişə vaxtını ibadət, zikr və dua etməklə keçirərdi.
Əmr ibni Əbid təfvizə və qədərin inkar olunmasına inanırdı. O, mö᾿təzilənin beş məşhur əqidəsini, yə᾿ni tövhid, ədl, və᾿d və vəid, əl-mənzilətun beynəl-mənziləteyn və əmr be mə᾿ruf və nəhy əz münkəri tə᾿sis və bəyan etmişdir.
3. Əbul Hüzeyl Əllaf;
O, mö᾿təzilə firqəsinin məşhur kəlam alimlərindən biridir ki, 226-cı Hicri ilində vəfat etmişdir. O, xitabə və münazirə fənlərində çox məharətli idi. Deyirlər o, münazirə yolu ilə üç min nəfəri müsəlman etmişdi. Əbul Hüzeyl ilahi sifətləri Allahın zatından ayrı deyil, Onun zatı ilə eyniyyət təşkil etdiyinə əqidə bəsləyirdi. Onun nəzərincə, Allah-taala zatla eyniyyət təşkil edən elm ilə alim, qüdrətlə qadir, diriliklə diridir və s. Onun digər bir nəzəri də ilahi iradə barəsindədir. O, belə deyir: İlahi iradə məhəlli olmayan bir iradədir. Əbul Hüzeylin ardıcıllarına hüzeyliyyə deyirlər.
4. Əbu İshaq İbrahim ibni Səyyar; (Nəzzam adı ilə məşhurdur).
O, mö᾿təzilə firqəsinin digər böyük şəxsiyyətlərindən, Əbul Hüzeyl Əllafın şagirdi və nəzzamiyyə firqəsinin başçısıdır ki, 231-ci Hicri ilində vəfat edib. Əbu İshaq yunan fəlsəfəsində mühüm araşdırmalar apararaq, ondan tə᾿sirlənmiş və bu fəlsəfənin İslami düşüncələrlə qarışmasında mühüm rol oynamışdır. Nəzzamın əqidəsinə görə, Allahın günah və şər iş görməyə heç bir qüdrəti yoxdur. Nəzzamın bu nəzəriyyədə sair mö᾿təzilə alimləri ilə ixtilafı var idi. Çünki, sairləri Allahın şər işlər görməyə qüdrətini inkar etmir, sadəcə olaraq, Allahın bu qüdrəti şər işdə işlətmədiyinə inanırdılar.
5. Bişr ibni Mö᾿təmir;
O, Əbu İshaq Nəzzamın məşhur tələbələrindən idi və Hicri tarixi ilə 210-cu ildə vəfat etmişdi. Bişr ibni Mö᾿təmir mö᾿təzilə məzhəbində «tovlid» nəzəriyyəsini irəli sürən ilk şəxs idi. Mö᾿təzilə firqəsi insanın ixtiyari işlərinə inandığından, insanın özünü ixtiyari işlərin xaliqi hesab edir və deyirdilər ki, bunların bə᾿zisi birbaşa insan tərəfindən icad olunur. Yə᾿ni insanın birbaşa istək və iradəsinə bağlıdır. Bə᾿zi işlər isə onun ixtiyari fe᾿llərinin zəruri və qaçılmaz nəticəsidir. Misal üçün, insanın daşı suya atması birbaşa fe᾿l və suyun üzərində dalğa yaranması isə həmin ixtiyari fe᾿lin zərurətidir. Çünki, həmin şəxs suyun üzərində dalğa yaranmasını iradə etməməsinə baxmayaraq, bu dalğalar zəruri olaraq icad olunur. O, ikinci qismdən olan fe᾿lləri «tovlid» adlandırmışdır.
6. Müəmmər ibni Əbbad Əsləmi;
O, Məhəmmədiyyə firqəsinin rəisi, həmçinin mö᾿təzilə firqəsinin böyük şəxsiyyətlərindən idi və 228-ci ildə vəfat etmişdir. Onun iki əqidədə sair mö᾿təzilə alimləri ilə nəzərəçarpacaq dərəcədə ixtilafı var idi:
1. İlahi sifətlər barəsində bəhs;
2. İlahi iradənin inkar edilməsi.
Onun əqidəsinə görə, ilahi sifətlərə e᾿tiqad və onların isbat olunması ilahi zatın çoxluğu mə᾿nasınadır. Buna görə də o, bütün sifətləri inkar edirdi. İradə barədə də inanırdı ki, insanın öz iradəsindən başqa heç bir işi yoxdur.
7. Səmamət ibni Əşrəs Numeyri;
O, səmamiyyə firqəsinin rəhbəri və mö᾿təzilə alimlərindən biridir və 213-cü ildə vəfat edib. İbni Əşrəsin əqidəsinə görə, Allahı tanımaq əqli nəzərdən vacibdir, hətta əgər peyğəmbərlər bizi bu işə də᾿vət etməsəydilər belə, əql onu bizə vacib edərdi. Çünki Allah xeyirdir və xeyirlə şər zəruri olaraq əql vasitəsilə bizə mə᾿lum olur.
Səmamət həm də inanırdı ki, aləm Allahın icad etməsi ilə yarandığından, Allah kimi əzəli və əbədidir. O, Bişr ibni Mö᾿təmərin tovlid nəzəriyyəsini qəbul etmir və deyirdi ki, əgər hər hansı bir əməlin insanın vəfatından sonra yaranmasını fərz etsək, onda ölü insanı bu əməlin faili hesab etməliyik. Digər tərəfdən də Allahı bu fe᾿llərin faili hesab etmək olmaz. Çünki, fe᾿llərdən bə᾿ziləri şərdir və şər Allaha aid edilməz.
8. Əmr ibni Bəhr; (Cahiz adı ilə məşhurdur).
O, Müəmmərin müasirlərindən və Nəzzamın şagirdlərindən idi; 255-ci Hicri ilində vəfat etmişdir. Əmr ibni Bəhr mö᾿təzilənin məşhur rəhbərlərindən idi və cahiziyyə firqəsinin rəisi sayılırdı. Cahiz də Nəzzam kimi yunan fəlsəfəsindən çox istifadə etmişdi. Belə ki, yunan fəlsəfsi onun təfəkkürünün formalaşmasında əsas rol ifa etmişdir.
Cahiz inanırdı ki, günahkarlar cəhənnəmdə əbədi qalmayacaq, təbii olaraq atəşə döndəriləcəklər. Həmçinin inanırdı ki, Allah heç kəsi Cəhənnəmə göndərməyəcək; öz təbiəti ilə günahkarları özünə tərəf çəkən məhz cəhənnəmdir.
9. Əbu Əli Cəbai.
O, məşhur mö᾿təzilə alimlərindəndir və 235-ci Hicri ilində vəfat etmişdir,. Əbu Əli, Əbul Həsən Əş᾿ərinin ustadı idi. Əş᾿əri uzun illər Əbu Əlinin hüzurunda elm öyrənmişdi. Amma onunla ustadı arasında baş verən mübahisə nəticəsində ustadı cavab verməkdən aciz qalmış və bu zaman Əş᾿əri ondan uzaqlaşaraq əşairə məzhəbini yaratmışdır.
Adları qeyd olunanlar mö᾿təzilə firqəsinin ən məşhur və tanınmış alimlərindəndir ki, onların hər biri mö᾿təzilə məzhəbində müstəqil bir firqə yaratmışdır. Bu məzhəblər ümumi şəkildə Bəsrə və Bağdad məktəbi kimi iki yerə bölünür. Bu iki məktəb ümumi prinsiplərdə və fikri üslublarda müştərəkdir, amma e᾿tiqadi məsələlərin bə᾿zilərində bir-biri ilə ixtilafları var. Belə ki, Bağdad məktəbi imamiyyə məktəbinə uyğundur, bə᾿zən də onunla tam müvafiqdir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#87 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 09 июня 2010 - 23:39

Vəhhabilərin iftira və yalanlarının ardı-arası kəsilmir. Dəyərli oxucuları forumumuzda iştirak edən bir vəhhabinin iftirası ilə tanış etmək istərdik. O, yazır:

İbn Əbil-Hədid kimdir?
Bu forumda və digər forumlarda bu zat əhli-sünnətə qarşı dəlil gətirilir və guya sünni alimidir. Bilənlər bunun yalan olduğunu bilirlər. Lakin inadkarlar inad edirlər. Ona görə də inşəallah onun haqqında əhli-sünnət kitablarından və şiə kitablarından nəql gətirərək onun şiə deyil, sünni olduğunu isbat edəcəyik, inşəAllah!
Ümid edirəm ki, bundan sonra mövzumuz yekun bir söz olar...daha bundan sonra bu İbn Əbil-Hədid gözümüzə girməsin!



Burada qeyd etmək istərdik ki, vəhhabi "onun şiə deyil, sünni olduğunu isbat edəcəyik, inşəAllah!" sözlərini səhvən söyləmişdir. Əslində isə onun məqsədi sözlərinin tam əksi idi.

Sonra vəhhabi yazır:

İbn Əbil-Hədid kimdir?
Hər şeydən əvvəl şiə alimlərinin onun haqqındakı fikrinə baxaq!
هو عز الدين بن ابي الحسن بن ابي الحديد المدائني صاحب شرح نهج البلاغة المشهور وهو من أكابر الفضلاء المتتبعين وأعاظم النبلاء المتبحرين مواليا لأهل العصمة و الطهارة …… وحسب الدلالة على علو منزلته في الدين وغلوه في امير المؤمنين عليه السلام شرحه الشريف الجامع لكل نفيسة وغريب ، والحاوي لكل نافحة ذات طيب
“Onun adı İzz əd-Din bin Əbil-Həsən bin Əbil-Hədid əl-Mədəini’dir. “Nəhcul-Bələğə” kitabının məşhur şərhini yazan odur. O, araşdırmacı alimlərin böyüklərindəndir, elmdə dərya sayılan alicənabların ən alilərindəndir. İsmət və təharət əhlini (yəni əhli-beyti) dəstəkləyənlərdəndir...Onun bütün gözəllikləri özündə toplayan və inciləri cəm edən şərəfli şərhi (yəni Şərh Nəhcul-Bəlağa) onun dindəki uca məqamına və möminlərin-əmiri Əlinin – aleyhissələm – şanında ğuluv etməsinə dəlalətdə kifayət edir... ”
(əl-Xavanəsəri, “Ravdatul-Cənnət”, 5/20-21)


Burada vəhhabi kitabından sitat gətirdiyi əl-Xansarinin adını səhv yazmaqla yanaşı sitatın mətnində nöqtələr qoyulan yerdə müəllifin sözlərini silərək təhrifə yol vermişdir. Həmin nöqtələrin yerində yazılmışdır:


وان كان في زي أهل السنة والجماعة
Əhli-sünnət və camaatın cildində olsa da,


Deməli vəhhabinin iddia etdiyi kimi əl-Xansarının sözlərindən heç də İbn Əbil Hədidin şiə olduğu anlaşılmır.

Sonra isə vəhhabi yenə yazır:

əl-Qummi isə “əl-Kunə val-Əlqab” kitabında deyir:
ولد في المدائن وكان الغالب على أهل المدائن التشيع و التطرف والمغالاة فسار في دربهم وتقيل مذهبهم و نظم العقائد المعروفة بالعلويات السبع على طريقتهم وفيها غالي و تشيع
ثم خف الى بغداد وجنح الى الاعتزال واصبح كما يقول صاحب نسخة السحر معتزلياً جاهزيا في اكثر شرحه بعد ان كان شيعياً غالياً
“əl-Mədəin şəhərində doğulmuşdur və bu şəhərin əhalisinin çoxu şiə idi, şiəlikdə radikal idilər və etiqadlarında ğuluv vardı. O, da onların bu yolu ilə getmişdir. Onların əqidələrini "əl-Uluviyyət əs-Səbu" adı ilə tanınmış nəzmində qeyd etmişdir və həmin bu beytlərində ğuluv və təşəyyu vardır...(daha sonra həmin bu beytlərdən bəzilərini qeyd edir...) ...Sonra Bağdada getmiş və mötəzili əqidəsinə meyl etmişdir və “Nəsmətus-Səhar” kitabının sahibinin dediyi kimi ifrat (ğuluv etmiş) şiə olduqdan sonra mötəzili cahizi olmuşdur. Bağdad’da 655-ci ildə vəfat etmişdir. Ayətullah əl-Hilli öz atası vasitəsilə ondan rəvayət etmişdir.”
(əl-Qummi, “əl-Kunə val-Əlqab”, 1/185)


Burada isə vəhhabi əl-Qummiyə açıq-aydın iftira atır. Sitatın son 2 cümləsindən başqa heç bir söz əl-Qummiyə məxsus deyildir. əl-Qumminin "əl-Kuna val-Əlqab" kıtabının onlayn ssılkası ilə bunun çox asanlıqla şahidi ola bilərik:

əl-Qummi "əl-Kuna val-Əlqab" 1/193

Vəhhabi bir az diqqətli olsa idi əl-Qumminin sözləri kimi təqdim etmək istədiyi, əslində isə İhsan İlahi Zahirin kitabından olan "“Nəsmətus-Səhar” kitabının sahibinin dediyi kimi ifrat (ğuluv etmiş) şiə olduqdan sonra mötəzili cahizi olmuşdur." sözləri onun özünə qarşı açıq-aydın dəlil olduğunu görərdi. Mö`təzili cahizilər Bəsrə mötözilələrindən olub Əbu Bəkr, Ömər və hətta Osmanı belə Əlidən (a)üstün bilirdilər.



Vəhhabi sonda yazır:

Yusuf İlyən Sirkis “Mucəm əl-Mətbuat əl-Arabiyyə” kitabında (1/29) deyir:
عبد الحميد بن هبة الله بن محمد بن محمد بن أبي الحديد عز الدين المدائني الحكيم الاصولي المعتزلي هو من أكابر الفضلاء المتشيعين .
وأعاظم النبلاء المتبحرين مواليا لاهل بيت العصمة والطهارة وان كان في زي أهل السنة والجماعة
“Abdulhəmid bin Hibbətullah bin Muhamməd bin Muhamməd bin Əbil-Hədid İzz əd-Din əl-Mədəini əl-Həkim əl-Usuli əl-Mötəzili, o, təşəyyu əhlinin fəzilətlilərinin ən böyüklərindəndir. Əhli-sünnət və camaatın cildində olsa da, ismət və təharət əhlini dəstəkləyən elm əhlindən olan alicənabların ən alilərindəndir.”


Əvvəla Yusif İlyan Sirkisin şiə məzhəb olmasının dəlilə ehtiyyacı vardır. İknci məsələ isə bu kitabın orijinalı ilə tanış olanda ortaya çıxır. Əvvəcə "Mucəm əl-Mətbuat əl-Arabiyyə" kitabı haqqında. Kitabın 1-ci səhifəsində yazılıb:


معجم المطبوعات العربية والمعربة وهو شامل لاسماء الكتب المطبوعة في الاقطار الشرقية والغربية مع ذكر اسماء مؤلفيها ولمعة من ترجمتهم
"Mucəm əl-Mətbuat əl-Arabiyyə" kitabı müəlliflərin adı və tərcümeyi-halından bir parça bildirilmiş, şərq və qərbdə çap olunmuş kitabların adlarına şamil olunur.

"Mucəm əl-Mətbuat əl-Arabiyyə"

Müəllif İbn Əbil Hədid haqqında qısa mə`lumatı yuxarıda vəhhabinin sitat gətirdiyi əl-Xansarinin “Ravdatul-Cənnət” kitabından götürmüşdü. Hər iki mətni tutuşdurduqda uyğunsuzluğun şahidi oluruq:


هو من أكابر الفضلاء المتتبعين وأعاظم النبلاء المتبحرين مواليا لأهل العصمة و الطهارة ……
O, araşdırmacı alimlərin fəzilətlilərinin ən böyüklərindəndir. İsmət və təharət əhlini dəstəkləyən elm əhlindən olan alicənabların ən alilərindəndir. ..." ("Rovdatul-Cənnət")

هو من أكابر الفضلاء المتشيعين . وأعاظم النبلاء المتبحرين مواليا لاهل بيت العصمة والطهارةوالطهارة وان كان في زي أهل السحة والجماعة ( روضات الجنات )
O, təşəyyu əhlinin fəzilətlilərinin ən böyüklərindəndir. Əhli-sünnət və camaatın cildində olsa da, ismət və təharət əhlini dəstəkləyən elm əhlindən olan alicənabların ən alilərindəndir. ("Mucəm əl-Mətbuat əl-Arabiyyə")


Gördüyümüz kimi Yusif İlyan Sirkisin kitabındakı sitat əl-Xansarinin "Rovdatul-Cənnət" kitabından nəql olunmasına baxmayaraq "araşdırmaçı" əvəzinə "təşəyyu"(şiə) yazılmışdır. Artıq bu təhrifdirmi yoxsa çap səhvidir doğrusunu Allah bilir.


İbn Əbil Hədid özünün əqidəsini "Nəhcul-Bəlağə"nin şərhində açıq aydın bildirib:

وأكثر المحدثين على أنه من ولد فاطمة عليها السلام وأصحابنا المعتزلة لا ينكرونه ، وقد صرحوا بذكره في كتبهم واعترف به شيوخهم . إلا أنه عندنا لم يخلق بعد وسيخلق . وإلى هذا المذهب يذهب أصحاب الحديث أيضاً
Mühəddislərin əksəriyyətinin görüşünə görə O, (İmam Mehdi(a)) Fatima (a) öbladlarındandır. Bizim əshabımız mö`təzilə isə bunu inkar etmir, onun haqqında öz kitablarında açıq-aydın yazmış, şeyxlər bu məsələni e`tiraf etmişlər. Lakin (fərq ondadır ki,) bizə görə o, doğulmayıb, gələcəkdə doğulacaq. Əshabul-hədis də elə bu görüşdədirlər.

  • Şair это нравится
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#88 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 15 июня 2011 - 20:21






Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru