Deməli dünen getmişdim cənab Sadiq
Shirazinin dəftərinə. Istədim bəzi suallar
şəxsən özünə ünvanlayam. Dedim ağacan,
sizi sevən həmvətənlərimin salamını
catdərıram, əgər icazə versəniz bəzi
məsələlər barədə fikirini öyrənmək
istəyirəm.
Ağa dedi ki, mən suallara cavab vermirəm,
oğlum qapının ağzında oturub get nə
sualın var o cavab versin. (Halbuki,
məndən öncə gələnlərin suallari
cavablandırılırdı) Dedim ağa, bu suallar
sizin barədədir fiqhi sual deyil ki, dəftərin
nümayəndəsindən soruşum.
Ağa dedi ki, oğlum nə dəsə odur, o hər
şeyi bilir. Kör peşman xudahafizləşib
getdim oğlunun yanına. Inanın ki oğlu da
biləndə ki bir-iki dənə qeyri adi suallarım
var dedi ki, bax o tərəfdə fiqhi suallara
cavab verən var, suala cavab vermək onun
vəzifəsidir.
Dedim ağacan heç yerə də gedən deyiləm,
atan məni sənin yanına yollayıb suallarımı
cavablarmasan əl çəkməyəcəm. Sualım
fiqhi deyil atanın fikirləri barədədir. Gördü
əl çəkmirəm bir təhər 2-3 dəqiqəlik vaxt
verdi. Təbii ki mən bu dəqiqələri bir az
uzatdım...)) Sədəcə o suallardan birini
(hamısının səs yazısı var "lazim gələrsə"
onu da paylaşacam...) və ona verilən
cavabı burada qeyd edirəm. -Atanızın
Yasir əl Həbib və əminiz Müctəba Şirazi
barədə düşuncələri nədir? Onlar Islam
dünyasının dahi islam alimlərini təhqir,
təkfir edirlər və üstəlik atanı da təbliğ
edirlər...
- Atam şəxslər barədə fikir bildirmir. Şəxs
barədə fikir bildirmək müctehidə
yaraşmaz... (Halbuki Seyyid Sadiq Şirazi,
öz ictihad icazənaməsində Yasir Əl-Həbibə
"əllamə" və "Fəzilət sahibi" titulu verir.
nəysə...)
- Yasiri və əminizi qoyaq bir qirağa,
ümumiyyətlə atanız böyük din alimlərini
təhqir etməyə necə baxır. Bu bir
müsəlmana yaraşan hərəkətdirmi? bəs
şəxsen sizin buna münasibətiniz nəcədir?
(Inanin verdiyi cavab məni şoka saldı)
-Bilirsən hərənin öz fikiri var. Bunların öz
"ictihadlarıdır" öz çatdıqları nəticədir.
( yəni bu nəticəyə catıblar ki kafirdirlər və
söyüləsi adamlardı...) mən bu barədə bir
söz deyə bilmərəm. Xudahafiz... Ps:
Özünüz qəzavət edin... Ps: Bunların
təkfirçilik planının etaplarını kəşf etmişəm.
Bu barədə inşallah sonra geniş şəkildə
yazacam...
Əkrəm Hacızadə
www.islamtimes.org/az/doc/interview/445991/
Ceywullah
Регистрация: 29 апр 2013Offline Активность: Скрыто