Перейти к содержимому


Malik Eshter

Регистрация: 25 сен 2008
Offline Активность: 27 дек 2012 12:37

#59932 Ərəb qrammatikası dərsləri

Написано Malik Eshter 03 сентября 2010 - 11:06

Çalışma:

Aşağıdakı ayələri Qurani Kərimdən tapın və bu ayələrdən cəhd, nəhy, nəfy, istifhamı müəyyən edin.


1.Yasin-60

2.Ənfal-20

3.Munafiqun-9

4.Nisa-43

5.Səf-10,11

Cavablarını mənə LS (şəxsi məktubla) göndərin.







  • cafari это нравится


#59268 Hansı imamın dövründə yaşamaq istərdiniz?

Написано Malik Eshter 27 августа 2010 - 09:15

Səlamun aleyküm!
Mənə elə gəlir ki, İmam Zaman (ə.f)-nın dövrü bütün imamların dövrlərini birləşdirir. Yəni bu dövrdə şiə adını qoruyub saxlayan insan o dövrlərdə öz şiə adını qoruyub saxlaya bilərdi. Nə cür ki, əgər İmam Əli (ə.s)-ın dövründə şiələrdən ədalət, İmam Hüseyn (ə.s)-ın dövründə zülmə boyun əyməmək, İmam Sadiq (ə.s)-ın dövründə olan elm tələbkarlığı, İmam Rza (ə.s)-ın dövründə olan əziyyətlərə imanla qalib gəlmə kimi xüsusiyyətlər tələb olunurdusa, bu günləri şiələrdən bunlar cəm şəkildə tələb olunur. İmam Zamanın (ə.f) dövrü bunların hamısını əhatə edir. Və mənə elə gəlir ki, biz şiələr elə öz dövrümüzdə layiqli şiə ola bilsək, bu kifayətdir.
Və rahmətullahi və bərəkatuhu!


#59151 Ərəb qrammatikası dərsləri

Написано Malik Eshter 25 августа 2010 - 18:11

İstifham
Sual bildirən müzari felinə istifham deyilir. Müzari felin əvvəlində "هَلْ - həl" və ya " أَ-
ə" (istifham ədatı- 4) qoyulur. Axırıncı hərfin hərəkəsi dəyişmir.

məs:

زَيْدٌ يَكْتُبُ - "Zeydun yaktubu - Zeyd yazır " cümləsini sualda işlətdikdə aşağıdakı kimi olur:

هَلْ زَيْدٌ يَكْتُبُ ؟

أَ زَيْدٌ يَكْتُبُ ؟ - - "Həl zeydun yaktubu - Ə zeydun yaktubu -Zeyd yazır?" Bu sualdır.

Həmçinin bunu müzari feldə özünüz üçün təsrif edib şəxslər və cəm halında istifadə edə bilərsiniz.

Tapşırıq: يَعْلَمُ - Yaləmu felini istifham halıda təsrif edin.

  • cafari это нравится


#59117 Kimin Xutbelerine Qulaq Asiriq???

Написано Malik Eshter 25 августа 2010 - 12:14

Və əleykəs səlam!

Zənnimcə iman məsələlri ilə bağlı hər hansı əhli-sünnət aliminin xütbə və söhbətlərinə qulaq asmaqda heç bir bəis yoxdur.
Xüsusən də mən türkiyədəki alim Mustafa İslamoğlunun xütbələrini tövsiyyə edirəm.
Onun söhbətlərini tefsirdersi.com saytından əldə edə bilərsiniz.

  • Shemsi это нравится


#58892 Ərəb qrammatikası dərsləri

Написано Malik Eshter 23 августа 2010 - 12:32

Nəfy
Müzari felin inkarına nəfy deyilir:
Nəfy bir işin və ya hərəkətin inkarını bildirir.

زَيْدٌ يَضْرِبُ - Zeydun yadribu - "Zeyd vurur" cümləsi nəfy-də aşağıdakı kimi olur:

زَيْدٌ لَا يَضْرِبُ - Zeydun la yadribu - Zeyd vurmur.
Yalnız müzari felin əvvəlinə bir "Lə" - kəliməsi artrmaqla düzəlir və onun axırı olduğu imi qalır. Məs:

Nəhy ilə Nəfy-in fərqi:
Nəhy bir işin qarşısını almaq üçün əmr edir:
məs:

لا يَكْتُبْ - ləyəktub- yazmasın,

Nəfy isə əmr etmir, yalnız bir işin omamasını bildirir:Məs:

لَا يَكْتُبُ - Lə yəktubu - yazmır.

  • cafari это нравится


#58323 Ramazan 2010

Написано Malik Eshter 13 августа 2010 - 08:54

Əssəlamü aleyküm!
Əziz müsəlman qardaş və bacılar.
Allah orucunuzu qəbul etsin.
Heç nəyin faydasının yetişməyəcəyi gündə orucunuzu sizə qalxan və sipər etsin.
İlahi!
Heç nəyə ləyaqətimizi çatmadığı vaxt bizə nemət verdin. Can verdin, əql verdin.Düşüncə, tanımaq, hiss etmə verdin. Bizə bilmədiklərimizi öyrətdin. Bu qədər sayıb qurtarmaqla bitməyən nemətlərinə qarşı günahlarla cavab verdik. Nankorluqla əvəzlədik.Qəlblərimiz səndən qeyri istəklərlə doludur. Qəlblərimizdən sən xəbərdarsan.
Amma yenə də Sənin qapına gəldik. İzzətinə sığındıq.Böyüklüyünə güvəndik. Heç nəyin bizə fayda verməyəcəyini başa düşüb gəlmişik. Bizə qapına gələn dilənçini boş qaytarma deyə öyrətdin. Bizi qapının dilənçisi, nökəri, qulu bil. Bizi aciz, fəqir, zəlil və zəif bil.Rəhmətindən məğfirətindən bizə bəxş elə.Əllərimizi geri çevirmə.
Bizi günahları başğılayacağıq vədinə məzhər eylə.
Məsumların şəfaətinə nail eylə!
Amin!
Amin!
Ya Muin!



#57497 Ərəb qrammatikası dərsləri

Написано Malik Eshter 30 июля 2010 - 16:04

Əssəlamu aleyküm əziz Müsəlman qardaş və baclarım!
Bu forumda sizi yenidən xoş gördük.
Bəzi şəxsi məsələlər səbəbindən forumda iştirak edə bilmirdim.
Bunun üçün də sizlərin hər birinizdən haqqınızı halal etmənizi istəyirəm.
Başladığımız dərsləri sonacan müvəffəqiyyətlə bitirməmiz üçün uca Allahdan inayət diləyirəm.
Və sizlərin də xeyir - duanızla yenidən Bismillah deyirəm!
  • Şair это нравится


#47345 Ərəb qrammatikası dərsləri

Написано Malik Eshter 10 апреля 2010 - 10:49

Qeyd: Bundan əvvəlki fel babı 9-cu idi
Babların ardI:

10. اِفْعَوْعَلَ- ifavələ(mazi-keçmiş) يَفْعَوْعِلُ- yəfəvilu(muzari-indiki-gələcək))


Bu baba gedən fel mübaliğə və çoxluq mənasını ifadə edir.

misal.

اِعْشَوْشَبَ- işavşəbə- çox bitdi, göyərdi

az rast gələn fel babıdır.
  • Şair это нравится


#34309 Ərəb qrammatikası dərsləri

Написано Malik Eshter 26 января 2010 - 15:18

Və əleykümə salam, dərsləri davam etdirdiyinizə görə təşəkkür edirik. tələffüzdə çətinliklərim var, bəzən a səsi əvəzinə ə tələffüz edirəm. zəhmət olmasa deyərdiz bunu necə ayırd etmək olar? təşəkkür edirəm.

Sualınızın cavabı şəxsi məktuba göndərildi.
Mövzu ilə bağlı sualları burada, mövzudan kənar sualları isə şəxsi məktubla göndərsəniz mövzudan yayınmarıq.
Təşəkkür edirəm




Рейтинг@Mail.ru