Перейти к содержимому


Malik Eshter

Регистрация: 25 сен 2008
Offline Активность: 27 дек 2012 12:37

#82059 Sələfilərə suallar

Написано Malik Eshter 11 октября 2011 - 10:16

Bismillah,var qardaş,var))) Onlara görə Buxaridəndir səhv etmirəmsə...(başqa hədis)GUYA Peyğəmbər(s) Allaha dua edib kiii,mən birini söysəm,hirslənsəm,acıqlansam bunu o şəxs üçün rəhmət bil
İndi bir dəfə Nəbi(S) bu lənətliyi çağırır (səhabəyə deyir çağırsın) bu deyir yemək yeyirəm,"vopşim" 3dəfə çağırır "ADİL","ÜMMƏTİN XƏLİFƏSİ","SƏHABƏ" Muaviyə-lə- də gəlmir.Axırda Nəbi(S) deyir kii,"Allah onun qarnını doydurmasın" (ya da buna oxşar nəsə,dəqiq yadımda deyil)...Bax Nəbinin(s) bu sözünü Muaviyəyə rəhmət(o biri hədisə nəzərən),Nəbinin(s) rəhməti də təbii ki insana fəzilətdir,bu rəhməti də fəzilət bilirlər,qısası SUPER hədis fırlatma ülusu


Səhihi Müslimdə (Birr, 96, 2604-cü hədis-"Qarnını doyurmasın hədisi") həmin hədislərin toplandığı babın adı da belədir:
"Peygamber (Sallallahü Aleyhi ve Sellem) Bir Kimseye Hak Etmediği Halde Lanet Eder Veya Söver Yahut Beddua Ederse, Bu Onun, O Kimse İçin Zekat, Ecir ve Rahmet Olacağı Babı" dır.

Fikir verin " Peygember bir kimsəyə haqq etmədiyi halda" sözünə.
Peyğəmbərin "ədalətsiz" olduğuna baxın (nəuzu billəh)

  • cafari это нравится


#81758 Vəhabi Adilin yalanı

Написано Malik Eshter 05 октября 2011 - 09:29

sen videoya baxib,Adilin arxasinca niye qeybet edirsen?fikirlesh gor,bu muselmana yarashan ishdirmi?


Oğru elə qışqırdı doğrunun bağrı yarıldı, sən bir həyasızlığa bax.
Sübhanallah!
Əxilərin bu faylı qayçılayıb 10 dənə hissəyə bölüb youtube-ya qoyanda Şiələri qardaş bilərək etmişdilər, ya rüsvay etmək üçün?
Əlbəttə, rüsvay etmək üçün.


Niyə Əxiniz Adil bunun əleyhinə çıxıb bunu internetdən tam olaraq götürmür.


O zaman oda onda şərikdir bu məsələdə.


Mən də yaxşı edirəm sizə cavab olaraq bunu internetə qoyub hamıy bəyan edirəm və sizin iç üzünüzü aşkarlayıram.
gedin dərdinizə kiə deyirsinizsə, deyin.


#81757 Vəhabi Adilin yalanı

Написано Malik Eshter 05 октября 2011 - 09:24

2-cisideki eger bu yalan sohbetini qabartmaq lazim olsa idi orda boyuk qardashlariniz var idi,onlar bu sohbeti qaldirardilar ve Adili rusvay ederdiler orada.onlar orada Adille uz-beuz ola-ola bunu meslehet bilmeyiblerse ,sen videoya baxib,Adilin arxasinca niye qeybet edirsen?fikirlesh gor,bu muselmana yarashan ishdirmi?


Mən səni kimi həyasız adam day görməmişəm.


Bəhsdən:


Hacı Elxan deyir: "Orada ayədə deyilir ki, ölüdən istəməyin, diridən istəyin?"


Adil: Deyir.


Samin: deyir:


Hacı Elxan: "Yalan deyənə Allah lənət etsin.


Adil: Amin.


Burada bizim tərəfdən böyük qardaş Hacı Elxandır, bəyəm o Adilin yalan deməyini aşkar eləmir. Siz nə qədər həyasızsınız.
  • Fajr это нравится


#81756 Vəhabi Adilin yalanı

Написано Malik Eshter 05 октября 2011 - 09:17

temani acmisan,bohtani atmisan indide calishirsanki bunu isbat edesen.sen dolashmisan.senin cavabin menim yuxaridaki postumda artiq verilib.bohtanin batildir.
birde tekrar edirsenki Samin tesdiqledi.Samin xeta deyirse sen niye yalan deyirsen?


Saminin əslində yalana "xəta" deməsi mənim üçün heç bir höccət deyildir. Birinci dəfə deyil ki, siz alimlərinizə bəraət etdirmək məqsədilə günahlarını, yalanlarını, təəssübkeşliklərini başqa -başqa adlarla malalamaqla, yuyasınız. Bunu biz dəfələrlə görmüşük.
Xəta o zaman olur ki, onu öz boynuna alasan və bağışlanmaq istəyəsən.
Amma fakt odur ki, ayədə "ölü-diri" söhbəti keçmədiyi halda Adil yalandan deyir ki, bu ayədə ölü söhbəti var.


  • Fajr это нравится


#81681 Vəhabi Adilin yalanı

Написано Malik Eshter 03 октября 2011 - 14:18

http://www.youtube.com/watch?v=A9ji5jdYUyc

Salamun aleykum qardaşlar!

Bir neçə ay bundan öncə vəhabilər bu faylı 10 hissəyə bölüb qoymuşdular youtube-ya. Orda mən baxdım və gördüm. Sonra nədənsə Adil halallıq vermədi öz əxilərinə ki, bunu qoymayın bura.
Ondan sonra götürmüşdülər bunu saytdan.
2-ci dəfə sayta qoyanda əxilər montaj edib qoyublar ola bilsin, Adilin sifarişi əsasında ediblər.

Mən indi onu qardaşlar üçün düzəltdim və konkret olaraq qoydum bura.
Sırf mübahilə hissəsidir və Samin də Adilin yalanını orada "xəta" kimi qələmə verir.



#81469 İmamətin dinin əslindən olması

Написано Malik Eshter 28 сентября 2011 - 15:43

bax ,sizin sozlerinizle Eli ra-nun bu ifadeleri duz gelmir axi. Deyirsinizki xilafet onun haqqi idi. Ozude bu Allah terefinden verilmish bir haqdir.Amma o bu haqdan imtina edir. bu nece ola biler axi?
senin yazin ya sehvdir,yada tam deyil,yada sen dolgun izah ede bilmirsen ,eks teqdirde uzlashmir. Eli ra ilhi teqdire qarshi cixmaz.birce bu cumle sizin imamet iddianizi puc edir.cavab yazmaga telesmeyin,daha biliklilerden sorushun,meneim sizinle qesdim yoxdu,amma cox maraqli veziyyetdir.
bu cavabim Malik Eshter-ede aiddir.


Hər şeydən öncə deyək ki, Ümmət Əlini (ə) imam seçdiyi zaman fitnəyə düşdüyü üçün seçir. Bunu tarix sübut edir. Osmanın qətlindən sonra fitnə yaranıbdır. Bu zaman başsız qalan camaat xəlifə axtarır. Onlar Əli (ə.s)-ı "Peyğəmbərin tərəfindən təyin olunan CANİŞİN olduğu üçün" seçmirlər. Əksinə loru dildə desək "işləri zibilə düşdüyü" üçün seçirlər. Əli (ə.s) da onlara o cür ihticac edir, yəni onlarla "onların 3 xəlifəni seçmə" qaydalarıyla davranır.
Məhşur Şiqşiqiyyə xütbəsinin bir hissəsini oxuyaq:
"Agah olun! Dənəni yaran və insana ruh verən Allaha and olsun. Əgər o camaat hazır olmasaydı və onların hüzur və köməklərinə görə höccət mənə tamamlanmasaydı; həmçinin Allahın alimlərin öhdəsinə "zalımın tox olmasına, məzlumun aclığına dözməyin" deyə bir vəzifə qoymasaydı, şübhəsiz, onun (xilafətin) cilovunu onun öz boynun atar, onun axırını əvvəlinin camı ilə sirab edərdim.Siz də yaxşı başa düşmüsünüz ki, sizin bu dünyanız mənim nəzərimdə dişi keçinin burnundan gələn su qədər dəyərsizdir"

İmam şərt qoydu:
1) Camaat hazır olması;
2) Xilafətə gəlməsi üçün höccətin tamamlanması;
3) Alimlərin öhdəsində olan vəzifə;

Sual verə bilərsən niyə burada "imamətə mənim haqqım çatmasaydı" gəlməzdim demir?

Amma burada xütbəni dinləsən buna cavab verir.
Xilafətin axırını əvvəlinin camı ilə sirab edərdim.
Yəni əvvəldə (haqqım ola ola ) necə davranmışdımsa o cür də davranardım.
Həm də xütbənin əvvəlində deyir ki, mənim haqqım ola ola filankəs onu köynək kimi geyindi.
Sonda da deyir ki, sizin bu dünyanız mənim üçün dəyərsizdir.
Bunu niyə deyir?

Onun üçün ki, sonra "Osmanın qatilini axtaranlar" Osmanı Əli (ə.s) xilafətə çatmaq üçün öldürdü deyəcəkdilər və dedilər.


#81421 İmamətin dinin əslindən olması

Написано Malik Eshter 27 сентября 2011 - 15:45



İmamətin dinin əslindən olması barədə kiçik bir araşdırma

Əhli-sünnə üləmasından Seyyid Şərif Cürcani və Təftəzaniyə görə imamət ve xilafət dininəsl məsələsi olmayıb fəri məsələlərindəndir. Yəni etiqadi deyil, əməli hökmlərindəndir.”1
Əhli-sünnə üləması xalqın seçimi ilə, Şiə is əxilafətin təyin etmə yolu ilə olacağını iddia edir. Peyğəmbərin bir vəzifəsi dəözündən sonrakı xəlifəni təyin etməsidir. Əgər bunu etməzsə, vəzifəsini tamşəkildə icra etməmiş sayılır.2
Buna cavab olaraq Şiə məzhəbinin bir çox dəlilləri mövcuddur. Bunlardan məşhur“Qədir-Xum” hadisəsi və bu barədə nazil olmuş “Təbliğ”3 ayəsinigöstərmək olar. Vahidi Əsbabun-nuzul kitabında Əbu Səid əl-Xudriyə istinadedərək demişdir: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğet. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlikvəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq.” ayəsi Əli (ə.s) haqıında nazil olmuşdur.Əllamə Əmini yazdığı məhşur “Əl-Qədir” kitabında bu ayənin Qədiri-Xum gününazil olması ilə bağlı 30 ayrı mənbədən dəlil göstərmişdir.
QədirXum günü xütbəsini haqqıyla təhqiq edən hər bir insan bu qənaətə gəlir ki,Əli(ə.s)-ın vəlayəti din üsullarındandır.4
Əhli-Sünnə məzhəbinin bəzi alimlərinin görüşünə əsasən İmam seçmək əqlən, bəzilərinə görə isə şəri vacibdir.5

Təftəzaniyə görə mü'yyən edilmiş vəsflərlə imam seçmək vacibi kifayədir.6

Bununla bağlı İslam alimləri “Ey İman edənlər!Allaha itaət edin, peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin7 ayəsini və “Kim zəmanəsinin imamını tanımadan ölürsə cahiliyyə ölümü ilə ölmüş olur8hədisini göstərmişlər. Peyğəmbərimizin (s.ə.ə) vəfatından dərhal sonra Əbubəkr “Ey müsəlmanlar! Şübhəsiz Mühəmməd (ə.s) öldü. Bu dini ayaqda tutacaq bir kişi mütləq lazımdır9 buyuraraq idarəçi seçiminin önəmini dilə gətirmişdir. Həmçinin vacibliyini və imama itaətin də vacib olduğu vurğulanmışdır.

Hər iki nəzəriyyə tərəfdarları öz müddəalarının isbatı üçün müxtəlif dəlillər gətirmişlər. Burada araşdırılmalı olan əsas məsələ risalət əsrinə hakim olan şəraitin təhlil olunmasıdır. Bu da öz növbəsində iki nəzəriyyədən birini isbat edə bilər.Risalət əsrində islamın daxili və xarici siyasəti Peyğəmbər (s)-in canişininin Allah tərəfindən və məhz Peyğəmbərin özünün vasitəsi ilə təyin olunmasını tələb edirdi. Çünki islam cəmiyyəti həmişə ciddi bir xətərlə, yəni xaricdən Roma və Iran imperiyaları, eləcə də daxildəki münafiqlər tərəfindən müharibə, fəsad və anarxiya törənməklə təhdid olunurdu. Həmçinin, ümmətin mənafeyi də bunu tələbedirdi ki, Peyğəmbər (s) siyasi bir rəhbər təyin etməklə bütün cəmiyyəti xaricidüşmənlər qarşısında vahid bir cəbhədə birləşdirsin və daxili ixtilafların daona kömək etdiyi düşmənin nüfuz edib hakim olması zəminini aradan qaldırsın.10

Elə bu səbəbdən, Peyğəmbər (s.a.a) elə islamın ilkgünlərindən öz canişinini təyin etmişdir. Təfsirçilər və hədis alimləriarasında bu hədis "Hədisi yovmüd-dar" və ya "Hədisibədəd-dəvət" adı ilə məşhurdur. Peyğəmbər (s) təkcə risalətin əvvəlindəyox, eləcə də müxtəlif yerlərdə:–həm səfərdə, həm də qeyri yerlərdə–Əli (ə)-ınvilayət (rəhbərlik) və canişinliyini aşkar şəkildə demişdir.

Həmçinin“əmr sahibləri” ayəsi elə əhli-sünnənin nəzərinin əelyhinədir. Çünkü Allah vəPeyğəmbərə (s) itaətlə eyni səviyyədə zəruri sayılan itaət yalnız mə’sum imamlara itaət ola bilər. Lakin digərlərinə itaət həmişə müəyyən qeyd-şərtlə məhdudlaşır və onlara mütləq itaət əsla mövcud deyil.11

Qəribəsi budur ki, Fəxr Razi yazır: "Bizim nəzərimizcə, bu ayə («özünüzdən olanəmr sahibləri») ümmətin (yekdil fikrinin) höccət, mö’təbər olmasına dəlildir! Allah-taala əmr sahiblərinə itaəti qeyd-şərtsiz əmr etdiyindən, onlar günahsız və xətadan uzaqdırlar. Əgər belə olmasaydı,xətaya yol verə biləcəkləri təqdirdə mütləq itaət əmrinə şübhə yaranardı. Xəta etdikləri zaman harama düşdükləri üçün bir işdə həm əmr, həm də qadağa qarşıya çıxı. Bu isə qeyri-mümkündür. Mə’lum olur ki, əmr sahiblərinə itaətin mütləq şəkildə qeyd edilməsi onların mə’sum və günahsız olduğunu göstərir."

Sonra əlavə edərək belə yazır: "Bu mə’sumlar ya ümmətin hamısı,ya da onların bir qismidir. İkinci ehtimal düzgün deyildir, çünki biz mütləq o qismi tanımalı və onlardan faydalanmalıyıq. Halbuki mə’sum imamı tanımaqda acizik. Buna əsasən, qeyd-şərtsiz itaəti vacib olan mə’sum şəxs bir fərd, yaxud müəyyən bir qrup yox, bütün ümmətdir."12

Bu da bir daha bizim fikrimizi təsdiq edir və itaət edilməsi vacib olan şəxslərin məsum olmasının sübutudur. Amma təəsübkeşlik üzündən alim nədənsə məsələni axıracan doğru-düzgün söyləmiş, sonda özünü çıxımaz vəziyyətə salmışdır.

Əgər əhli-sünnənin ikinci dəlili olan “zamanın imamı” hədisinə diqqət yetirsək, maraqlı bir məqam ortaya çıxır. Onların iddiasına görə zamanın imamı da xalq tərəfindən seçilməlidir. Əgər imam zalım olarsa da, ona itaət vacibdir. Guya, bu rəvayətlərin birində Yezid Co’fi Peyğəmbəri-əkrəmdən (s) "Ya Peyğəmbər, əgər haqqımızı əlimizdən alan, onu bizə qaytarmayan (zalım) hakimlər bizə rəhbərlik etsə, ondanə edək" soruşduqda, o həzrət buyurmuşdur: "Onların əmrinə qulaq asın və itaət edin!"13

Həmin kitabda qeyd olunan başqa bir rəvayətdə Əbuzərin belə dediyi nəql olunur:

Mənim dostum (Peyğəmbər)mənə (hakim və əmirlər) əl-ayaq kəsən olsalar belə, tabe olmağı tövsiyəetdi."14

(Bə’ziləri hədisdəgöstərilən “mücəddəul-ətraf” ifadəsini“əl-ayaq kəsən şəxs” deyil, “alçaq və çirkin ailədə dünyaya gələn şəxs”mə’nasında təfsir etmişlər.)

Şübhəsiz,əziz İslam peyğəmbərinin (s) əql və şəriətlə uyğun gəlməyən belə bir göstəriş verməsi qeyri-mümkündür.

Buda Quranın aşkar ayəsi ziddir, “Allah (c.c) buyurur:

“Eyiman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun!”. 15

Burada açıq aşkar tabelilik zülmə deyil,haqqa, doğruluğa nisbət edilir.

Həmçinin, digər ayədə beləbuyurulur:

(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi birneçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini)tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) “Səni insanlara imam (dinirəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə: ) “Nəslimdən necə?” – deyəsoruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə(imamlığıma) nail olmazlar, -buyurdu.

Buda imamın zalımlara çatmayacağının birbaşa sübutudur.

Bu ayə imamət barədəmüəzzəm bir ayədir. Bir çox sualların cavabını ehtiva edərək imamətinhəqiqətini bizə bəyan edir. Ayədən çıxan nəticələr aşağıdakılardır:

1) İbrahim (ə.s)-ın imamətə imtahanlardan sonrayetişməsi;

2) İmamın insanlar tərəfindən deyil, Allahtərəfindən təyin olunması;

3) İmamətin əhd adlandırılması;

4) İmamətin İbrahim (ə.s)-ın zürriyyətindəndavam etməsi;

5) İmamətin zalimlərə yetişməməsi;

Sonda “niyə imamət üsuldan olduğu halda” Quranda bu barədə ayələr, tövhid, nübüvvət və s.-dən fərqli olaraq, azlıq təşkil edir” sualınlının cavabında deyirik:

Əvvəla, bir şeyin üsulidindən olması üçün ayələrin çoxluğu şərt deyil, amma mümkündür ki. çox olsun. İkincisi baxmayaraq ki, Quranda ayətül-kürsi cəmi bir yerdə işlənmişdir, amma “Bismilah”dan sonra ən böyük ayə sayılır və o da üsuliddinin tərkib hissəsi olan tövhidlə bağlı ayədir.



İstifadə edilmiş mənbələr.

1) Təftəzani,Şərhull-Məqasid, 2 cild, səh.271; Cürcani, Şərhul-Məvaqıf, 3-cü cild, səh.261

2) Ayətullah Xomeyni,İslam Fiqhində dövlət, Türkcə tər. Hüseyn Hatəmi, 1979

3) Maidə-67

4) Seyid ŞərafuddinAmuili, Əl-Müraciat, 54-cü məktub

5) Mavərdi, Əhkamı-ı Sultaniyə,

6) Təftəzani, ŞərhulMəqasid, 2 cild, səh.271

7) Nisa-59

8) Seyyid Əhsən, NəsəfiƏqaidi, səh.188

9) İbni Səd, Təbəqat,3-cü cild, səh.129

10)Vilayət günəşi, CəfərSübhani, 1-ci cild, səh.59.

11)İmamət haqqın dili ilə,Ayətullah Məkarim Şirazi, səh.30

12)"Kəbir” təfsiri, 10-cucild, səh. 144.

13)"Səhihi-Müslim", 3-cü cild, "əmarə" kitabı, "vücubutaətil-uməra..." bölümü, səh. 474.

14)Həminyer.

15)Tövbə-119

16)Bəqərə-124


#79460 Abu Zeyd Kəzzab Və Ocaq Nicatin "kufrleri"

Написано Malik Eshter 17 августа 2011 - 17:11

Nəsə mən də ağanın "Kərbəla" adlı kitabını tapa bilmədim, yalnız bu 3 kitabı tapdım

Videoda Abu Zeyd Kəzzabın bir yalanını da qeyd edim - "şiə" alimi Musəvi haqda danışır. Onun və kitabı haqda saytımızda məqalə var: Hüseyn Musavi kimdir?

Onun dediyi Əhli-Beytin (ə) məqamı kitabındandır.
  • Unit это нравится


#79381 Sad 75

Написано Malik Eshter 17 августа 2011 - 04:10

Tabersinin tefsirini oxu orda var


Mənbəni göstər və bura yaz deiklərini tərsümə et!
  • N_ن_N это нравится


#78845 Sad 75

Написано Malik Eshter 09 августа 2011 - 09:59

Salamun aleykum!
Bütün sələfilərə bu sualı verirəm.
Sad 75

قال يا ابليس ما منعك ان تسجد لما خلقت بيدي استكبرت ام كنت من العالين


(Allah) dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”- Əlixan Musayev

Sual: Burada Allah(c.c) "böyüklər" deyərkən nəyi nəzərdə tuturdu?

Və bir də ayənin mahiyyətinə diqqət etsək görərik ki, bu böyüklər adəmə səcdə etməkdən istisna olunmuşdular.


#77663 Abu Zeydin 12 imam əqidəsi altında növbəti yalanlarının ifşası

Написано Malik Eshter 18 июля 2011 - 14:05

http://www.youtube.com/watch?v=RiX3zqDzYo8

Abu Zeyd deyir: 1-cisi Tarixdə şiəlik yarananda 12 imamçılıq əqidəsi, zadı yox idi. Deyəcəksən iddiadır, iddia deyil. Şiə kitablarında var. Məsələn, Növbəxtinin kitabı var. Firəquş Şiə və Abbas Qumminin əl-farqu beynəl firaq (firqələr arasında fərq) kitabı. Şiə firqələrindən danışan kitabdır. Ged elə orada yazılıb. Yəni nə? Şiəlik çıxanda 12 imamçılıq əqidəsi, zadı yox idi. 1-ci 3 imam əqidəsi var idi. Həsən, Hüseyn və Əli (ə.s).
Mən bunu araşdırdım və gördüm ki, bunun elə 1-ci səhvi Şeyx Abbas Qumminin adını zikr etməsidir. Çünkü o barədə məsələ Şeyx Abbas Qumminin deyil, Səd ib Abdullah əl Qumminin əl-Məqalət vəl Firaq kitabında yazılmışdır. Buna da İbn Səba (l.ə) haqqında olan hədislər bölməsində mənbə: http://313news.net/f...hp?/topic/3466/ - Elməddin qardaş bəzi izahlar vermişdir.

Gələk şübhəyə:

Şübhənin mətni:
"Həsən və Hüseyn (ə.s)-dan sonra İmamətin qardaşdan-qardaşa keçməsi icazəsinin mümkünsüzlüyü və imamətin davam etməsinin vacibliyi" sözü zəifdir və imami şələr bunda icma etməmişlərdir.

Şübhənin rəddi:
Əksinə İsmail ibn Əli Növbəxtini ət tənbih fil imamə kitabında və onun bacısı oğlu Həsən ib Musa Növbəxtinin firaquş şiə kitabında, həmçinin Səd ib Abdullah əl Qumminin əl-Məqalət vəl Firaq kitabında da nəql olunduğu kimi bu elə imami şiələrin cümhurunun sözüdür onlar arasında hələ İmam Mehdi (ə.s)-ın viladətindən öncə məşhur sözdür, mütəvatirdir.
İkmalud Din - Şeyx səduq - 92-ci səhifə.



#70385 Ərəb qrammatikası dərsləri

Написано Malik Eshter 11 марта 2011 - 10:37

Salamu aleykum qardaş. Azərbaycan dilində bir neçə ərəb dili dərsliyi məsləhət görə bilərsən? Müstəqil dili inkişaf etdirmək üçün köməkçi olsun



Aleyküm salam qardaş!

1.Ələsgər Məmmədov - Ərəb dili
2.Seyyid Səid Rəşadi - Sərf və Nəhv


  • Şair это нравится


#69706 Ərəb qrammatikası dərsləri

Написано Malik Eshter 15 февраля 2011 - 10:14

Aşağıdakı kəlmələri təyin edin, həmzələri vəsl və ya qət olmasını müəyyən edin.

اِثْنَتَانِ - اِثْنَانِ- اَحْمَرَ - اِسْتَخْرَجَ

اِنَّ - اِبْرِيقْ - اَكَلَ - اَنْكَسَرَ

اِمْرَءَ - اِبْرَاهِيم - اَنَا - اَمَرَ

اَلْحَمْدُ- اَقْبَلَ - اَنْتَ - اَكْرَمَ

  • Şair это нравится


#69438 Ərəb qrammatikası dərsləri

Написано Malik Eshter 04 февраля 2011 - 11:09

Çalışma:

Aşağıdakı kəlmələrin hansıları mütəəddi və hansıları lazımdır?

1) غَفَرَ - bağışladı

2) كَتَبَ - yazdı

3) جَلَسَ - oturdu

4) خَلَقْتُ - yaratdım

5)نَسْتَعِينُ - Kömək diləyirik






#64218 Əli ayağı.

Написано Malik Eshter 22 октября 2010 - 13:15

"Əli ayağı" piri ilə bağlı isə həm də oxumuşam ki, kənd möminlərindən biri yuxuda görüb ki, Həzrəti Əli ə.s. həmin yerə gəlib. Bu piri ziyarət edirəm, məni aparan Həzrəti Əli (ə) sevgisidir.

Xurafat. Hər şey elə belə başlayır.Tarixi , mənbəsi olan bir yeri ziyarət eləmiyiniz bir qırağa olmayan bir şeyi isə ziyarət eləmiyiniz adamı təəcübləndirir.


Bu vəhabilərin imkanı olsa , Kəbənin rükni-yəmani hissəsindəki Əli (ə.s) doğulduğu yerin yarıq izləri var, oranı da bitişdirərlər ki bilinməsin. Camaat oranı ziyarət etməsin. Amma neyləsinlər ki, gücləri çatmır. Onu Allah qoruyub saxlayır.






Рейтинг@Mail.ru