Перейти к содержимому


сталь

Регистрация: 29 апр 2010
Offline Активность: 14 янв 2011 11:15

#68490 Умар выпил алкогольный напиток при смерти ...

Написано сталь 10 января 2011 - 12:12

Типичный Насибитские идеи, даже язык не поворачивается читат это грязь. Как могут эти ваххабиты говорить что любят имам Али???



Вы считаете грязью аят ниспосланный Али ( да будет доволен им Аллах )по поводу того, что он из числа тех, кого Аллах называет "О те, кто уверовал"??? Что же тут плохого, пусть даже Умар или кто-то другой. Какая разница? Ведь вино в то время не было запретным и Аллах не порицает за это, а наоборот называет их верующими, так как они не являются ослушниками.

  • Guest это нравится


#68433 Təvəssul və onun hokmləri

Написано сталь 09 января 2011 - 14:02


Aaaa?! Akaziviyimsə, İslam dini daş-divarı yalayıb meşdibad olmaq üçün gəlib.


AAAAA????????? Akazimicka Hacilar müşrükdür sənin fikrincə?Cünkü onların hamısı Məkkədə olarkən Kəbə evinin daş divarını yalayırlar,indi deyirsən onlar müşrükdür?
Siz və sizin bütün alimlərinizdə belə edir,deməli sizdə müşrüksüz.Başa düşmədim,onda sən özün müşrük ola ola başqasına neyə görə müşrük deyirsən?


P.S.Sizin kimi gedib yəhudilərin... yalayınca elə daş divarı yalamaq yaxşıdır.
Sizin Ərəb şeyxləriniz buşu,klintonu,obamanı və s. görəndə bilmirdilər ki,harasını öpüb yalasınlar.



Özünüzü güldürməyin! Harada görülüb ki, Kəbənin daş-divarını yalamaq caizdir? Bu yalnız sizin nağıl və yuxularnızda varid olub. Hə, az qala yaddan çıxsın, bir də sizə oxşarlarınızın. Mən demirəm, Allah Təalə öz kitabında deyir. Əgər göndərilmiş nəbi və ya yaxın mələkə belə Allahla yanaşı təzim və ibadət sevgisi bildirmək olmazsa, onda gör daş-divara qarşı necə?! Daş-divar yalayan əlbəttdə ki, bunu Allah sevgisindən deyil, daş-divar sevgisindən ötəri edir. Peyğəmbərimiz qara daşı yalamayıb, öpüb biz də öpürük.Sizdən fərqli olaraq bu Peyğəmbərin əməlidir ki, biz edirik. Siz isə həmin bu daşları özünüzə büt etmisiniz. Peyğəmbər qara daşı sizin tutduğunuz bu niyyətlə öpməyib. Deməli bizim əməlimiz sizin əməlinizndən fərqlidir. Biz çalışırıq Allah rəsulunun sünnətini yaşadaq, siz isə cahiliyyə dövrünün sünnətini dirildirsiniz ( Lat, Manat və Üzzə kimi salehlərin qəbir və məkanlarını təzim edərək daş-divarına sarılmaq ).



#68387 Təvəssul və onun hokmləri

Написано сталь 08 января 2011 - 14:42

Omarın qılıncı ,

Böyük sələfi alimi İbn Həbbanın İmam Əli ibn Musa Rzanın (ə) qəbrinə təvəssül etməsi


Mənbə: Siqat, cild 8, səh. 456
Müəllif: İbn Həbban

“Əli ibn Musa Rza (ə) - Əbu Talib oğlu Əlinin oğlu Hüseynin (ə) oğlu Əlinin oğlu Muhəmmədin oğlu Cəfərin oğlu Musanın oğludur. Əl ibn Musa Rza (ə) Tus vilayətində xəlifə Məmunun ona içirtdiyi zəhərli şərbət nəticəsində dünyasını dəyişmişdir. Mən onun məzarını dəfələrlə ziyarət etmişəm. Bir dəfə mən Tusda olarkən bir narahatçılığım yarandı. Əli ibn Musa Rzanın qəbrini ziyarət etdim və Allahdan həmin narahatçılğımın aradan qalxmasına dua etdim. Duam müstəcəb oldu və narahatçılığım aradan qalxdı. Mən bunu dəfələrlə təcrübədən keçirtmişəm. Hər dəfə də hacətim yerinə yetib. Allah bizi Peyğəmbər və onun ailə üzvlərinin məhəbbəti ilə bu dünyadan aparsın!”

Bismillah,oy-yoy-yoy)) sələfə bax eeee...bax buna deyərəm sələf(məhzəb kimi yox,ardıcıl mənasında)!Bir dəfə sidq ürəklə Məşhədə getsələr görərlər nə olan şeydi."ves" aləm qurban olsun İmam Rzanın(ə) zəhərdən alışıb,yanan dilinə,dodağına!!!Allah lənət etsin məmuna və atası Haruna...(Museyi Kazım(ə)-ı 27il zindanda saxlayıb,yeri gəlmişkən bu ağa da Babəl Həvaic-Hacətlər qapısı adlanır)



Aaaa?! Akaziviyimsə, İslam dini daş-divarı yalayıb meşdibad olmaq üçün gəlib. Nə yaxşı, nə yaxşı?!! Akaziviyimsə, müşriklərlə 23 il mübarizədən sonra İslam həmin hərəkətləri özüdə icazə verdi?! Akaziviyimsə, nicat Allaha yox, ölülərə dua etməklədir, çünki Allah bəndənin duasını qəbul etməyir və onu ölünün üstünə göndərir ki, "get filan ağadan istə,haaacətlər qapısıdır" ?????!!!!! Elə gül kimi Lat Manat Üzzədən istəyirdilər də, nə ehtiyac var idi yeni salehlərə?! Elə İsadan,Uzeyirdən, Məryamdan və s. şəfaət diləyirdilər də. Özüdə İsa(əleyhisalam) onlara görə öldürülüb, bizə görə isə vapşey sağdır və Allah dərgahında qeybdədir..Onda İsadan istəməyə nə manea var ki?



#68384 Qaçmaq Allahın sifətlərindəndirmi?

Написано сталь 08 января 2011 - 14:11

Ay taxtabash,bizim Allahimiz but deyilki eli ayagi olsun,mentiq-mentiqdanishirsan amma mentiqden xeberin yoxdu.Allah Qurani-Kerimde buyurur ki Allahin ipinden yapishin,ve o cumleden deyirki ozunuzu Allahin rengine boyayin,indi mene de ay taxtabash,Allah ne rengdedi mende gedim ozumu o rengle kraskalayim,ve de gorum Allahin ipi hardadi men gedim yapishim o ipden:)Firlatmaga chalishma,konkret cavab ver mene!



Guya siz bilmirsiniz söhbət nəydən gedir?! Allahın ipinin bura nə adiyətı var? Mövzu Allahın vəsflərindəndir. İp vəsf deyil, həmçinin boya da vəsf deyil, necə ki, Allahın evi də vəsf deyil, həmçinin Allahın qulu, Allahın dəvəsi və s. Amma əl, özüdə iki əllər və o əlin sağ olması və o əllərlə yaratması, bunlar hamısı onu görsədir ki, o əl həqiqi əldir, vəsfdir, sifətdir, keyfiyyəti isə bizə bəlli deyil.Sadəcə deyirik Allahın calalına yaraşan şekildədir, varid olduğu kimi qəbul edirik, inkar etmədən, təhrif etmədən(fırlatmadan),oxşatmadan və keyfiyyət vermədən.Allah Təalə bizə özünü belə tanıdıb və Peyğəmbərimiz əlavə şərh verməyib və səhabələrdə soruşmayıblar, çünki məsələ o qədər asan və bəllidir
ki, hətta buna yunan müşriklərinin fəlsəfəsiylə yanaşmağa ehtiyac yoxdur.



#65155 Təvəssul və onun hokmləri

Написано сталь 06 ноября 2010 - 22:55


Bu səfeh cavabı ilk dəfə 2-3 il bundan qabaq Abdulaziz222 nikli əqidədaşın yazmışdı. Sözündən belə çıxır ki, yəni daha Peyğəmbərə(s) heç kəs deməyib ki, mənim bağışlanmağımı istə yoxsa Allah Peyğəmbərə(s) ancaq həmin vaxtı başqalarını dua etməyi icazə vermişdir. Yəni Allah bildirir ki, Peyğəmbərin(s) yanına gəlib Ona deyə bilərsiz ki, məni dua elə. Yoxsa Peyğəmbərdən(s) bunu istəmək şirk sayılır?


Peyğəmbərdən bunu istəmək, Lat, Manat və Üzzədən istəmək kimidir.Əgər Peyğəmbərin vəfatından sonra ondan istəməl caizdirsə, onda bu salehlərin vəfatından sonra da problem deyil. Lakin biz sarih şekildə bilirik ki, Peyğəmbər özü bu işi edənlərlə 23 il ərzində mübarizə aparıb.Elə əslində Peyğəmbərin təbliği bu olub..



#64153 Quranda məcaz varmı?

Написано сталь 22 октября 2010 - 03:38

Nə cavab? sn nə yazmısan ki orda?? Mənasız yazıdı. Mən sənə və sənin əqidə yoldaşlarıva deyirəm ki, Allah təalanın Quranda dediyi bu ayə (Sənə Mənim iki əlimlə yaratdıgıma səcdə etməyə mane olan nə oldu?) niyə məcazidir?? Niyə "əl" ləfzinə məcaz demisiniz? Cavab verində, niyə vermirsiniz?? kor kor gör gör deyin görüm kimsə buna cavab verib? kim cavab verə bilər? niyə boş boş danışırsınız??? biriviz gəlin cavab verrində


"Yəhudilər dedilər: “Allahın Əli bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, (Öz lütfündən) istədiyi kimi sərf edir..." Maidə -64. Burada hansı əldən danışılır ki? Bəyəm yəhudilərin qəsdi kəndirlə Allahın əli bağlı olmasına idi? Yaxud Allah bu cavabla demək istəyir ki, mənim əlim kəndirlə yaxud qandalla bağlı deyil? Yəni Allah bunu edə bilməz. Yəni qüdrət və güc. Ayədən əlin elə bu əl oduğunu deyirsənsə, onda cavab ver görüm yəhudilərin əllərinin bağlınmağından məqsəd nədir?



Əl elə həqiqi əldir,çünki əli olmayana(məsələn:daş,divar,günəş və s.)heç bir mənada ərəblər əl nisbət etməyiblər,hətta məqsəd qudrəti bildirmək olsa belə əl orada həqiqi,lakin simvolik mənadadır.yəni həqiqətən ələ malik olana,simvolik əl deyib qudrət qəsd etmək olar.Lakin o şeylər ki,məsələn camad adlanır,onlarda əlin hətta simvolik mənası ışlədilmir və bu də zahirdir...



#64130 Əhli-sünnənin səhabələr barəsində etiqadı

Написано сталь 22 октября 2010 - 01:01


Diqqətlə temanı izləsən gətirdiyimiz hədislərə əsasən сталь nikli yuzerin əshabın başqa mənada olmağı iddiasının nə qədər gülməli olduğunu görəcəksən.



Gülmək üçün yazmamışıq. Yazmışıq ki, bunu yazmışıq ki, oxuyub ağlayasınız ki, böyük ehtimal ki, o hovuzdan siz qovulacasınız.
Lakin bu hədisləri diqqətlə oxu, dediyimiz məsələ elə hədisin mətnindən bilinir. artıq şərhə ehtiyac yoxdur.


Özünüzü güldürməyin. Hədis ap-açıq əshab kəlməsi işlədir. Peyğəmbər(s) gələcəkdəki möminləri isə qardaş adlandırır səhabə yox. Həmçinin bu mövzuda əshabın özünün etirafları olan hədisi və Əmmar Yasiri də ölkdürənin səhabə olduğunu qeyd etdik. Əmmarın vaqeəsini niyə qeyd edirəm? Yadınıza o hədisi salın ki, Peyğəmbər(s) Əmmarı öldürənlərin Cəhənnəmlik olduğunu bildirib.




Bəli hədis ap-açıq əshab kəliməsi işlədir və gələcək möminləri də qardaş adlandırır.Lakin,baxaq görək Peyğəmbər kimi qəsd edir:

“Siz mənim sahabələrimsiz,qardaşlarımiz isə hələm gəlməyiblər.”Dedilər:
“Ümmətindən hələm gəlməyənləri necə tanıyacaqsan ya Rəsulullah?”Dedi...

“Bax beləcədə onlar üzləri və əl-ayaqları dəstəmaz almaqdan ağarmış şəkildə gələcəklər,mən isə onları hovuzun yanında qabağlayacağam.And olsun!Azmış dəvələr ahıldan uzaqlaşdırıldığı kimi,hovuzumdan insanlar uzaqlaşdırılacaq və çağıracaqam: “Gəlin bura!” Deyiləcək: “Onlar səndən sonra deyişdirdilər(döndülər).”Və deyəcəyəm: “Uzaqlaşdırın!Uzaqlaşdırın!”

Burada ap-açıq əshabların o zümrəyə girməməsi bilinir.Lakin sizə digər hədis də təqdim etdim ki,məsələ daha zahir olsun,çünki səhabə sözü ümmət kimi də işlənə bilər,bu zaman məqsəd Peyğəmbəri görənlər deyil,sadəcə onun ümmətindən olanlardır.Və tekrarən sizə hədisi gətirim:


Allah rəsulu dedi: “Bir kişi başqasının dəvələrini öz dəvələrindən ayırdığı kimi,mən də insanları hovuzdan ayıracağam.Bu zaman yanıma ümmətim yetişəcək”.Dedilər:
“Ey Allahın peyğəmbəri!Məgər sən bizi tanıyacaqsan?”Dedi: “Əlbətdə.Sizin elə əlamətiniz olacaq ki,başqa birisində yoxdur.Siz dəstəmaz izləriylə yanıma yetişəcəgsiniz.
Və and olsun ki,sizlərdən bir taifə məndən uzaqlaşdırılacaq mən isə deyəcəyəm: “Ey Rəbbim,bunlar axı mənim sahabələrimdi?!”
Mənə Mələk hay verərək deyəcək: “Bilirsən mi səndən sonra nə uydurdular?”




#64111 Zamanın İmamı kimdir ?

Написано сталь 21 октября 2010 - 23:41

Hindi kimdi sizin imamınız? Adını deyə bilərsən?


Sizin deyəndə ki burda konkretliy yoxdur. Mümkündür mən filankəsi özümə imam bilim digəri isə başqasını.


Zəhmət olmasa, imamlarınızın hamısının adlarını sayın! Görək onlar neçə nəfərdirlər? Onların hökmləri, fətvaları insanlara necə çatdırılır? Ümumiyyətlə hazırda sizin alimlərdən və hakimlərdən ibarət neçə imamınız var?
Omar, şəxsən sən alim və hakimlərdən hansılarını imam olaraq qəbul edirsən? Zəhmət olmasa adını elə qeyd elə ki, hamımız tanıya bilək?

P.S. Birdən imamın ölüb eləsə, sənə başsağlığı verə bilək!


Chox maraqlidir, goresen Omar bu suallara ne vaxtsa cavab verecek.......


Cavab istəyirsiz?Özüdə konkret?Axı özünüz də konkret bilmirsiniz kimdir imamınız.Göstərin görək hədislərinizdə imamınız barıdə nə kimi vəsflər var,bizdə bilək ki,şiyələr öz imamlarını tanıyır.



#62711 Əhli-sünnənin səhabələr barəsində etiqadı

Написано сталь 04 октября 2010 - 16:36

Sahabələrim göydəki ulduzlara bənzəyir,hanısını yol tapmaq üçün tutsanız,nicata yetişərsiniz.


Sən,müaviyyəni səhabə sayırsan?Sayırsansa deməli oda göydəki ulduza bənzər sizin əqidəyə görə düzdür?
Bəs nəyə görə onu rəşidi xəlifələrdən hesab etmirsiz?
Axı hədisdə deyilir ki,səhabələrimin hansının arxasıyca qetsəz nicat taparsız.
Əslində isə bu hədisi dəıyişib "Əhli beyt" yerinə səhabə soxuşdurublar sizin alimlər.

Bir dənə onu düz deyirsən ki,səhabələr haqqında coxlu ayələr nazil olub,o ayələrdə də onlardan bəzilərinin münafiq olduqları acıq aşkar aydındır.

İndi deməli siz münafiqləri ulduz adlandırıb arxalarıyca qedəcək və nicat tapacaqsız?





Siz istəməsəniz belə,Müaviyyə® sahabə olub,özüdə Peyğəmbərin(Salləllahu aleyhi va alihi va səlləm)Quran katibi.Sizcə Allah Rəsulu bu böyük məsuliyyəti,əminli,ədalətli olmayan bir kəsə həvalə edərdi?Onun ədalətinə tən etmək Peyğəmbərin hikmətinə tən etməkdir,və ümumən İslam ümmətini şübhə altına atmaqdır.Bəli,hansınınsa arxasınca getsək nicat taparıq,necə ki tapdılar da.İslam Müaviyyənin dövründə bir az da yayıldı,bir az da qüvvətləndı.Siz isə hələdə zənn və şübhə içindəsiniz,görəsən Allah Təalə münafiqin vasitəsiylə İslamı niyə izzətləndirdi?Hətta Müaviyyə tərəfdən döyüşənlər də nicat tapdılar(sössüz ki,hədlərini aşmayanlar) və yuxarıda keçən ayənin məfhumuna daxildirlər(yəni iki mömin taifəsindən biridirlər).Lakin uğur tapmayanlar isə kimlər oldu?Ortada gezən xavariclər,nə Muaviyyə tərəfə əsaslandılar,nə də Əli tərəfə.Və görürsən ki,onlar tərəfdə bir sahabə belə yox idi.Sonra çıxdı iki tərəfdar qrup,biri Əlini lənətlədi,o biri isə Muaviyyəni.Və hər ikisidə azdılar haq yolundan.Çünki,nə birincisi Muaviyyənin yolunu tutdu,nə də ikincisi Əlinin.Çünki,Əli və Muaviyyə öz aralarında ixtilaf olmasına baxmayaraq bir-birlərinə qardaşdırlar.Bu belə olub Peyğəmbərin dövründə və ondan sonra.Allah Təalə deyir möminlər bir-birinə qardaşdırlar.Rəsul öz sağlığında Muaviyyəni öz qardaşı bilirdi.

Münafiqlər heç bir halda sahabə adlanmırlar.Onları Allah Təalə Peyğəmbərin sağlığında ifşa etmişdir.Tövbə 101 sizin üçün hüccət deyil,çünki ondan qabaq 100-də məsələ həl olunmuşdur.Lakin qıraqda-bucaqda və bədəvilərin içində elələri var idi,Peyğəmbər onları ilk dönəmdə tanımırdı.Sonra isə Allah Təalə onları bildirdi,hətta Huzayfa bin Yəmənə onların hamısının adlarını bildirmişdi.Onlar ildə iki dəfə bəlayə düşürdülər,digər ayədə Allah Təalə buyurur ki,onları sözlırinin ləhni ilə tanıyacaqsan.Başqa yerdə buyurur:"münafiqlər sənin yanına gəlsə..de..",başqa yerdə:onlar öldükdə onlara cənazə qılma,istiğfar diləmə və s.,harada ki qeyd olunur ki,Rəsul onları tanıyırdı,ələxsus da ki öz ən yaxın sahabələrindən şübhə belə olmazdı,çünki 10 nəfər,bədr əhli,beyət əhli,mühacirlər,ənsarlar,fəthdən qabaq və sonrakilər hamısı cənnətlə müjdələniblər.




#62547 Əhli-sünnənin səhabələr barəsində etiqadı

Написано сталь 02 октября 2010 - 03:19

Yuxarıdakı hədisdə Peyğəmbər (s) buyurur ki, mən onları tanıyacam. Bu cümləni necə izah edirsiniz?


عَنْ أَبِي هُرَيْرَةَ
أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَتَى الْمَقْبُرَةَ فَقَالَ السَّلَامُ عَلَيْكُمْ دَارَ قَوْمٍ مُؤْمِنِينَ وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لَاحِقُونَ وَدِدْتُ أَنَّا قَدْ رَأَيْنَا إِخْوَانَنَا قَالُوا أَوَلَسْنَا إِخْوَانَكَ يَا رَسُولَ اللَّهِ قَالَ أَنْتُمْ أَصْحَابِي وَإِخْوَانُنَا الَّذِينَ لَمْ يَأْتُوا بَعْدُ فَقَالُوا كَيْفَ تَعْرِفُ مَنْ لَمْ يَأْتِ بَعْدُ مِنْ أُمَّتِكَ يَا رَسُولَ اللَّهِ فَقَالَ أَرَأَيْتَ لَوْ أَنَّ رَجُلًا لَهُ خَيْلٌ غُرٌّ مُحَجَّلَةٌ بَيْنَ ظَهْرَيْ خَيْلٍ دُهْمٍ بُهْمٍ أَلَا يَعْرِفُ خَيْلَهُ قَالُوا بَلَى يَا رَسُولَ اللَّهِ قَالَ فَإِنَّهُمْ يَأْتُونَ غُرًّا مُحَجَّلِينَ مِنْ الْوُضُوءِ وَأَنَا فَرَطُهُمْ عَلَى الْحَوْضِ أَلَا لَيُذَادَنَّ رِجَالٌ عَنْ حَوْضِي كَمَا يُذَادُ الْبَعِيرُ الضَّالُّ أُنَادِيهِمْ أَلَا هَلُمَّ فَيُقَالُ إِنَّهُمْ قَدْ بَدَّلُوا بَعْدَكَ فَأَقُولُ سُحْقًا سُحْقًا

ƏbuHüreyrədən® rəvayət olunur ki,Allah rəsulu(salləllahu aleyhi və alihi və səlləm) qəbirstanlığa gəlib dedi:”Salam olsun sizə,ey mömin qövmü olanlar!Bizdə inşəAllah sizə qovuşacağıq!
Mən istərdim qardaşlarımızı görək.”Sahabələr dedilər:
“Məgər biz sənin qardaşların deyilik,ey Rəsulullah?!”Dedi:
“Siz mənim sahabələrimsiz,qardaşlarımiz isə hələm gəlməyiblər.”Dedilər:
“Ümmətindən hələm gəlməyənləri necə tanıyacaqsan ya Rəsulullah?”Dedi:
“Məgər görmürsən ki,bir kişinin xalis qara atlar içində alnı və əl-ayaqı ağ atı olsa,onu tanıyar?” Dedilər:
“Əlbətdə ki,tanıyar,ya Rəsulullah.”Dedi:
“Bax beləcədə onlar üzləri və əl-ayaqları dəstəmaz almaqdan ağarmış şəkildə gələcəklər,mən isə onları hovuzun yanında qabağlayacağam.And olsun!Azmış dəvələr ahıldan uzaqlaşdırıldığı kimi,hovuzumdan insanlar uzaqlaşdırılacaq və çağıracaqam: “Gəlin bura!” Deyiləcək: “Onlar səndən sonra deyişdirdilər(döndülər).”Və deyəcəyəm: “Uzaqlaşdırın!Uzaqlaşdırın!”

Göründüyü kimi hədisdə sahabələrdən söhbət getmir.Sadəcə,peyğəmbər ümmətinə də sahabə demək olar,necə ki,aşağıda qələn hədisdə qeyd olunur:




عَنْ أَبِي هُرَيْرَةَ قَالَ
قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَرِدُ عَلَيَّ أُمَّتِي الْحَوْضَ وَأَنَا أَذُودُ النَّاسَ عَنْهُ كَمَا يَذُودُ الرَّجُلُ إِبِلَ الرَّجُلِ عَنْ إِبِلِهِ قَالُوا يَا نَبِيَّ اللَّهِ أَتَعْرِفُنَا قَالَ نَعَمْ لَكُمْ سِيمَا لَيْسَتْ لِأَحَدٍ غَيْرِكُمْ تَرِدُونَ عَلَيَّ غُرًّا مُحَجَّلِينَ مِنْ آثَارِ الْوُضُوءِ وَلَيُصَدَّنَّ عَنِّي طَائِفَةٌ مِنْكُمْ فَلَا يَصِلُونَ فَأَقُولُ يَا رَبِّ هَؤُلَاءِ مِنْ أَصْحَابِي فَيُجِيبُنِي مَلَكٌ فَيَقُولُ وَهَلْ تَدْرِي مَا أَحْدَثُوا بَعْدَكَ
Allah rəsulu dedi: “Bir kişi başqasının dəvələrini öz dəvələrindən ayırdığı kimi,mən də insanları hovuzdan ayıracağam.Bu zaman yanıma ümmətim yetişəcək”.Dedilər:
“Ey Allahın peyğəmbəri!Məgər sən bizi tanıyacaqsan?”Dedi: “Əlbətdə.Sixin elə əlamətiniz olacaq ki,başqa birisində yoxdur.Siz dəstəmaz izləriylə yanıma yetişəcəgsiniz.
Və and olsun ki,sizlərdən bir taifə məndən uzaqlaşdırılacaq mən isə deyəcəyəm: “Ey Rəbbim,bunlar axı mənim sahabələrimdi?!”
Mənə Mələk hay verərək deyəcək: “Bilirsən mi səndən sonra nə uydurdular?”


Demək,onları peyğəmbər(salləllahu aleyhi va alihi va səlləm)necə tanıyacaq?ƏLAMƏTLƏ.






#50373 Peyğambərin zövcələri barədə

Написано сталь 17 мая 2010 - 00:35

Bu ayənin şəni-nüzulu barədə təfsirçilər buyururlar ki, Təlhə, Peyğəmbər(s) Aişə ilə evləndikdən sonra narahat olur. Belə ki, o Aişəni sevirdi. O qədər çox istəyirdi ki, hətta deyirdi ki, Peyğəmbər(s) ölən kimi Aişə ilə evlənəcəyəm. Peyğəmbərə(s) bu xəbər çatanda iki səbəbdən bərk narahat olur. Əvvəla ona görə ki, öz səhabəsi Onun ölümünü istəyir. İkincisi isə bir kişi kimi ölümündən sonra qadının başqası ilə evlənəcəyi heysiyyatına toxunur. Amma necə deyərlər sən saydığını say, gör fələk nə sayır. Allah bu ayəni nazil edir və Peyğəmbərin(s) ölümündən sonra hamıya Onun zövcələrilə evlənməsinə qadağa qoyur. Yəni bu ayənin nazilolma səbəbi yalnız budur. Təfsiri isə necə insanın anası ilə evlənməsi haramdır, həmçinin Peyğəmbərin(s) zövcələri də Peyğəmbərin(s) rehlətindən sonra evlənmək hamıya haramdır.



Bu məsələyə toxunarkən çox diqqətli olmaniz gərəkdir.Peyğəmbər(s)Aişə xanumla® evlənərkən,o hələ uşaq idi.Təlhənin® ona sevqisi o yaşında bir çox şübhələr doğurur.Bu da bir kanara.Bu barədə Peyğəmbərin(s) xəbəri olarkən niyə sağlığında onu boşamadı?Axı Allah Təalə izn vermişdi:

Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: “Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım!

Ehtiyatlı olun! Peyğəmbər(s) və onun zövcələri® barədə tənə yolverməyəsiz.


#49597 Şiə mə`budunun sifətləri

Написано сталь 08 мая 2010 - 16:47

bəlı,və bunuda əlavə etmək istəyirəm ki,"cism" sözünü Allahin özü özünü vəsf etdiyi sifətəri inkar etmək üçün işlədirlər. Oxşadmaqdan qaçarak özləri oxşadib inkar etdilər.Və bununla həm oxşadmak,həm də inkar etmək cinayətlərini etdilər.Halbuki,gəldiyi kimi qəbul etməlıydırlər.

Allah Təalə buyurur:Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” -deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.


“Allah bu məsəllə nə demək istəyir?”yəni, alınmır,necə yozaq.


Рейтинг@Mail.ru