Allahın salamı həqq əhlinə olsun.
"Şiə məbudunun sifətləri" mövzusunda bir çox bəhslər açıldı və demək olar ki, hamısı da yarıda qaldı. Arada cavablandırılmamış suallar da çox oldu. Onların biri də Allahın zatı ilə bağlı edilmiş söhbət idi.
Qardaw adlı user belə bir iddiada çıxış elədi ki, Allahın zatı onun özü demək deyil. Və hətta dedi ki, Allahın zatını onun özü bilmək küfrdür.
Bu isə sitatlar:
Bunu sən demisəndə, deməli ”Zat” Allahdırsa, onda belə çıxır ki, “ZAT”-dan nəsə istəmək olar. Bax bu sənin əqidəndir.
Sən bu qədər ponyatkasızsan? Köməyi kimdən istiyirlər? Allahdan, düzdür? Sənində əqidən budur ki, “Zat” Allahdır, deməli bu cür dua etmək olar, “Ey zat məni bagışla”. Küfür. Təbrik edirəm.
. Day səni kimi demirəm ki, “əl” Allahdır, Zat Allahdır. Bax buna görə də Əhli sünnə alimləri sizi islam dinindən görmüyüb, elə düz eliyiblər.
Bəli gördüyünüz kimi bu user Allahın zatını onun özü saymağı küfr bilir. Yəni kim desə ki, Allahın Zatı onun elə özüdür həmin adam Qardaw-a görə küfr edib. Hətta bu şey onu islamdan da çıxarır..
İndi isə qardaşın əqidədaşlarının saytından "Allah barədə Quran və sünnədə varid olmuş sifətlər" adlı kitabdan sitat:
يصح إضافة لفظة (الذات) إلى الله عَزَّ وجَلَّ ؛ كقولنا : ذات الله ، أو : الذات الإلهية ، لكن لا على أنَّ (ذات) صفة له ، بل ذات الشيء بمعنى نفسه أو حقيقته
Zat ləfzini Allaha izafət etmək səhihdir. Necə ki, deyirik: Allahın zatı yaxud ilahi ZAT. Lakin ZAT Allahın sifəti deyil. Əksinə bir şeyin zatı yəni onun özü yaxud həqiqəti.
Mənbə:
صفات الله عز وجل الواردة في الكتاب والسنة
Həmçinin Əl-Qazi əl-İyaz adlı sələf alimi də buyurur:
فذات الشيء نفسه،
Zat şeyin özüdür!
مشارق الأنوار، 1/272
Məşariqul Ənvar cild 1 səh 272
İndi isə QARDASH nikli istifadəçiyə sual:
Sənə görə bu şəxslər də küfrmü edib? Yoxsa sənin bu barədə mənə yazdığın xəta idi?
P.s. Ama xahiş edirəm əlavə sözlər və təhqirlər olmasın. Normal şəkildə yazışaq...