Şərh yazanda da öz nəfsinizə uyğun yozursunuz.
Mən heç kimin əməlini yaxşı kimi yozmamışam və bəraət qazandırmamışam, yazdıqlarımı bir də diqqətlə oxuyun. Sadəcə tatar-a eyham ilə izah etmək istəmişəm ki, bütün camaatlarda imanı güclü olanlar və imanı zəif olanlar var.
İmanı güclü olanlar imanın dərəcəsindən asılı olaraq fərz və nafilə ibadətlərini gözəl şəkildə yerinə yetirir, daha çox dini elm ilə məşğul olur, Peyğəmbərin (s) sünnəsinə daha çox əməl edir, günahlardan daha çox çəkinir.
İmanı zəif olanlar isə yenə imanın dərəcəsindən asılı olaraq fərz ibadətlərini çətinliklə yerinə yetirir, elmlə az məşğul olur, daha çox günahlar edir.
İstər şiələrdə olsun, istər sələfilərdə olsun həm imanı zəif olanlar, həm də imanı güclü olanlar var.
Ceyvvullah, təkcə etnik olmayan elə məscid əhli olan şiələrin arasında da haram işlər görənlər var. İçki içəni də var, zina edəni də var, rüşvət alanı da var, qeybət edəni də var, yalan danışanı da var və s.
Sələfilərdən də imanı zəif olanlar var ki, günahlar edirlər. Məsələn bankda işləyən sələfilər - onlar arasında elələri İslama yeni gəlib, elələri var çoxdan gəlib, ancaq imanı zəifdir. Onlar bilirlər ki, bu iş haramdır. Ancaq imanları zəif olduğundan işi tərk edə bilmirlər. Qorxurlar ki, işi tərk etsələr işsiz qalarlar.
Sələfilər arasında imanı güclü olanlar da var ki, heç fikirləşmədən haramdan çəkinirlər. Məsələn bir qardaş var idi ki, əvvəl bankda kredit şöbəsinin müdiri idi. İslama gəldikdən sonra tövbə elədi, işdən çıxdı. sonra çayxana işlətməyə başladı.
Belələri də çoxdur.
Bu məsələni sələfilərə eyib kimi göstərmək özü gülüncdür. Çünki indiyənə qədər bütün dini camaatlar arasında belə imanı zəif olanlar və günah edən şəxslər olub.
Bunu mən tatara eyhamla başa salmaq istədim ki, verdiyi gülünc suala görə biabır olmasın. Tatar isə israr edir, yox açıqla.
Ümumiyyətlə, mən bu forumda tatar-ın verdiyi suallara diqqət edirəm, mənasız və gülünc suallar verir. Özünü dar ağlı ilə guya sələfilərə istehza edir. Ancaq fikirləşmir ki, belə gülünc suallar verməklə özünün savadsızlığını və başıboşluğunu götərir. Əksinə özü gülünc hədəfinə çevrilir.