Перейти к содержимому


AbdulXaliq

Регистрация: 08 июл 2013
Offline Активность: 30 авг 2013 10:15

Мои темы

Əhli Sünnə mənbələrinə atılan şübhələrinin bəzilərinə cavablar

22 августа 2013 - 12:34

Mərhəmətli və Rəhmli Allahın adı ilə.

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

Bundan sonra:

Allahın izni ilə bu mövzuda Əhli Sünnə mənbələrinə atılan şübhələrin bəzilərinə cavablar yerləşdirəciyik. Bu mövzunu açmağımızın səbəbi bəzən internetdə Əhli Sünnə mənbələrinə və hədis kitablarına atılan elə iftiralara rast gəlirsən ki, insanı lap dəhşətə gəlir. Çünki

1)Peyğəmbər (s) və səhabələrlə bağlı elə əxlaqsız və pozğun iftiralara rast gəlinir ki, Əhli Sünnə alimlərindən və ya camaatından kiminsə elə bir əməl etdiyini və ya icazə verdiyinin nə eşitmiş, nə də görmüş olursan.

2)Bəzən görürsən ki, bu iftiralar hətta sənin özüvün oxuduğun və ya bildiyin hədislərlə bağlı olur. Sən özün həmin hədisi dəfələrlə oxuyubsan. Heç vaxt bu iftiraçının yozumu ağlının ucundan belə keçməyib. Heç bir Əhli Sünnə alimi həmin hədisi belə yozmuyub. Ancaq qəlbi xəstə və özü əxlaqsız olan şəxs bu hədisi belə əxlasız mənaya yozaya bilər.

3) Bu iftiralarla sanki elə qələmə verirlər ki, ya Əhli Sünnə alimləri və camaatı öz kitablarından xəbərləri yoxdur, burdakı rafizilərin isə xəbərləri var. Ya da Əhli Sünnə alimləri öz kitablarını oxuyurlar başa düşmürlər ancaq burdakı rafizilər oxuyub başa düşür. Ya da Əhli sünnə əxlaqsız əqidədədirlər, burdakı rafizilər isə yüksək əxlaqa sahibdirlər.

Açıq aşkar aydın olur ki, bu iftiralar savadsız insanlara hesablanmış addımlardır. Çünki burdakı insanların böyük əksəriyyəti Əhli Sünnə kitablarından xəbərsizdirlər. Bundan bəziləri istifadə edirlər.

Moderatorlardan xahiş edirəm, "Şiə-Sünni dialoqu" forumunda alt forum yaratsınlar adını da "Rafizilərə cavab" qoysunlar. bu mövzunu da həmin alt foruma yerləşdirsinlər. Allahdan qorxub ədalətli olsunlar çünki, Allah (subhənə və təalə) buyurur:

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

Əgər "Nasibilərə cavab" alt forumu varsa "Rafizilərə cavab" alt forumu olsun.

Ramazanı gözəl şəkildə dəyərləndirək

16 июля 2013 - 13:45


Рейтинг@Mail.ru