Перейти к содержимому


AHMADIYYE

Регистрация: 07 июл 2008
Offline Активность: Скрыто

Мои сообщения

В теме: Qəlbimdən süzülən sözlər

01 октября 2014 - 12:49

Anam laylay, Canım laylay..

“Ana olanda anlarsan evlad şirindir necə”
Deyərdi o gözəl dilin, öyrədərdi incə-incə
Ana oldum.. nazladıq ailəlikcə gündüz-gecə
Söylərdim ki, Nurunu əvəz edər Xanım (S.A.) bircə..

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Dağa bənzər Qəlbini, uca, böyük ürəyini
Gözlərində parlayan o diləgəlməz böyüklüyünü
O güclü mücadələni..de unudaq necə?
Bilsən bunların cavabın, yuxumda anlat gizlicə

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Fani Dünyada aldıgın son sınagınla cihad etdin
Uzun döyüşdə bizlərə səbri-təmkini öyrətdin
Son anında belə balanın başına sıgal çəkdin..
De, SALAVAT, YASİNDƏN sənə başqa nə göndərim?

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Bu ömrünü yaşadıgın kimi gedişin də GöZƏL oldu.
Qurban oldugum AZAN, YASİN sənə yoldaş oldu..
QURANIN ürəyini dinləyərək gözün doldu..
Haqq Dünyanı özlədiyin gözlərindən bəlli oldu

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Tək AH çəkmədən köçdün..doyduğun burdan, aşkar oldu..
Son laylayın olan YASİN sənə tək payımız oldu
ürəyimdən dediyim tək ƏLHƏMDULİLLAH oldu
Biz burda qaldıg qonaq, sən yurdunda Mələk oldun..

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Mələyimiz, bizlərə Haqq Dünyada duaçı ol,
Peygəmbər (S), Əhlibeyti (A) ilə Axirətdə məşhur ol,
İNŞALLAH Fatimədən özün kimi arxayın ol,
Ruhun şad olsun, Ana
Daima ALLAH AMANINDA ol.

Рейтинг@Mail.ru