Перейти к содержимому


AHMADIYYE

Регистрация: 07 июл 2008
Offline Активность: Скрыто

#100299 ALLAH cəmi dünyalarını dəyişənlərə rəhmət eləsin!

Написано AHMADIYYE 23 января 2014 - 18:17

SALAM ALEYKUM, əziz bacı-qardaşlarım.

Bu gün daha bir əziz bəndəmı Haqq dünyasına yola saldım.

Nəzirova Elmira Mirzərza qızı. Azərbaycanın görkəmli bəstəkarı (ilk xanum bəstəkar), pianoçu, əməkdar incəsənət xadimi, professor, Anamın və mənim müəlliməm və mənəvi Anamız..

ALLAH rəhmət eləsin, günahlarını bagışlasın, Cənnət ilə müjdələsin.

1990-cı ildən Vətənində yaşamasa belə, hər daim bura sevgi ilə baglı biri olub. Bilirəm ki qürbətdə onun üçün bu hədiyyəni edən olmayacag, buna görə sizlərdən rica edirəm: imkanı olan bu Xanum üçün vəhşət namazı gılsın. Öncədən dərin minnətdarlıgımı bilirəm hər birinizə.

İnnə lilləhi va innə ileyhi raciun!

http://harmony.musig...p?txtid=322&s=1

  • tatar. это нравится


#100223 Vüqar qardaşımız üçün vəhşət namazı

Написано AHMADIYYE 14 января 2014 - 16:26

1.jpg

İnnə lilləhi va innə ileyhi raciun!

İnsan yaxınını Haqq dünyasına yolcu etdiyində özünü necə hiss etdiyini tək özü və Yaradan Bilir. Bu gün qardaşımız Sərxan və ailəsinin yanında hədsiz çox insan var iydi. ALLAH hamısının ürəyinə görə hacətlərini versin. Yenə də ALLAH qarşılarına qoydugları bu agır sınagda hər bunu keçən bəndə kimi yalnız iydilər.

İnsan nə qədər MƏN YAŞADIM, MƏN BİLİRƏM deyib təsəlli etməyə çalışsa belə - nafilə. Hər kəs dərdini özünə məxsus şəkildə yaşayır.

Bu gözəl ailəyə tək arzu-duam: qoy bu sınagı verən ALLAH səbrinizi versin. Haqq dünyasında bitəcək cəmi ayrılıglar. Gedən balanızın xətri, qalan balanızın, əzizlərinizin nuru ilə ömrünüz işıglansın İnşaALLAH. AMİN!

ALLAH rəhmət eləsin, CƏNNƏT nəsib eləsin.


İmkanı olan ALLAHA xatir bu gecə qardaşımız Vüqar Qasım oglu üçün vəhşət namazı gılsın.

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

  • tatar. это нравится


#98205 Fatime ucun dualarinizi esirgemeyin

Написано AHMADIYYE 25 февраля 2013 - 09:22

Əhmədiyyə bacı,Allah ata və anasına səbr versin. İnşəAllah cənnətin qapısında valideynlərinə şəfaət edər.Allah onlara övlad payı versin.Bu gün məndə bacımın yeni dünyaya gəlmiş 1 günlük oğlan övladını öz əllərimlə qoydum onu xırdaca məzarına.Hüseyn balamız Cənnət quşuna bənzəyirdi.Bircə gün uçdu bu dünyaya və təzədən qayıtdı öz diyarına.Xoş hallarına bu dünyadan günahsız getdilər.Və əbədi səadətə qovuşdular.Xahiş edirəm ki,valideynlərinə dualarınızı əsirgəməyəsiz.

ALLAH cümlə balalarını itirən valideyinlərə səbr və güc versin, Bacınıza ayrıca duaçıyam. Dünən dostlarımın Fatimə balaların bütün əşyalarını körpələr evinə toplayıb apardıg. Qapıcıdan həkimə qədər hər kəs oradakı analı-atalı yetimlərin adından təşəkkür edib o qədər dua etdilər ki..

Bu yalnız valideyinlərin deyil, amma hər birimizin sınagıdır məncə. Bunların heç biri səbəbsiz deyil.

İNŞALLAH, ALLAH bizim payımıza ayırdıgı sınaqları Yaradana layıq şəkildə keçə bilərik. İNŞALLAH.

Cümlə dualarınıza AMİN deyirəm, əziz bacı-qardaşlarım.

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!



#98158 Fatime ucun dualarinizi esirgemeyin

Написано AHMADIYYE 21 февраля 2013 - 23:10

SALAM ALEYKUM,

Eziz baci-qardashlarim, bu gun yaxin dostlarimin korpe balalari dunyasini deyishib.

Haqq dunyasina bu yashda qovushan korpeler meleklere benzer. Yene de imkani olan bu Meleyimiz ucun vehshet namazi qilsin bu gece.

FATIME HACI qizi

ALLAH cemi dunyalarini deyishenlere rehmet, qalanlara rehm elesin. Gunahlarimizi bagishlasin. ALLAH verdiyi her sinaqda bir hikmet ve gozellik var. Yene de her kese arzu-dileyim odur ki Yaradanimiz bizleri evlad acisi ile sinamasin. Qoy evladlarimiz bizi Haqq dunyasina dogru buralarda yola salsinlar. AMIN!

ILTIMASI DUA


#96497 AHMADIYYE bacimizin atasi vefat edib

Написано AHMADIYYE 22 ноября 2012 - 15:02

Salam Ahmadiyya baci necesiz?

sizden artiq derecede uzr isteyirem, bir Allah wahiddir ki,men bu xeberi bu gun foruma daxil oldum bildim.coxdandi umumiyyetle forumada daxil olmurdum mueyyen sebeblerden ve belede heckimden de ewitmemiwdim,cunki aciqi uwaqlarinda hec biriynen elaqem olmayib uzun muddetdi.cox pis oldum:(Allah rehmet elesin,Allah her ikisininde yerini cennetde bir evde qerar versin inwallah bir birlerinden ayirmasin.Allah sizede sebr versin.



WA ALEYKUME SALAM Hacı qardaşım

SALAM olsun cəmi qardaş-bacılarıma

Sizlərə duaçıyam. Dualarınıza AMİN deyirəm. ALLAH cəmi dünyalarını dəyişənlərə Rəhm edib, günahlarımızı bagışlayıb, zamanımızda qovuşdursun.

Bu iki movzuda daima qeyd etmək istədiyim daha bir qardaş var iydi ki ona ailəmiz adında dualarımızı yollayıram:
Gunahkar qardaş, bir necə il öncə Hacı Faiq ilə bu forumun xanımları üçün Kərbəla ziyarətinizdən gətirdiyiniz möhürləri yolladınız. Xeirlisini tək ALLAH Bilir. İki il sonra öz payıma düşən o müqəddəs torpagın bir parçasını Anamızın qəbrinə qoydum. Torpaga tapşırmaga getdiyimizdə əlimdə aparmışdım, Anama nəsib oldu. Başqa bir qardaş isə Həccdən gətirdiyi Məkkə torpagını Atamızın bu dünyadakı son yuvasına qoydug, onun torpagına qarışdı.

Sabah Atamızın Dünyasını dəyişən gündən tam 3 ay, Anamızın isə 4 ay 15 gün keçir. Zaman uçur və bunda şübhəsiz ki ALLAHIN hikməti var. Bu dünyamızdan azalır, Haqq dünyamıza, sevdiklərimizə İNŞALLAH daha yaxın oluruq. ƏLHƏMDULİLLAHİR RƏBBİL ALƏMİN. AMİN

ALLAH sizlərdən razı olsun. Cəmi savablarınızın bəhrəsini HAQQ Dünyasında Yaradanımızdan alasınız İNŞALLAH. AMİN

ALLAH AMANINDA



#96309 AHMADIYYE bacimizin atasi vefat edib

Написано AHMADIYYE 02 ноября 2012 - 12:10

SALAM ALEYKUM,

Bir daha cəmi bacı-qardaşlara ürəkdən ailəmizin adından minnətdarlıgımızı bildirmək istəyirəm. ALLAH hər iki dünyada sizlərdən razı olsun.

İNŞALLAH bu bazar günlərində ata-anamızın adına qurbanlar kəsiləcək. Bu barədə hər zaman oldugu kimi hamımıza yardım edib, yol göstərən Böyük Qardaşımıza, Hacı Faiqə çox sagol deyirəm.

Gələn həftə həm dünyalarını bu yayda dəyilşən valideyinlərimizin, həm daha bir qardaşımızın ehsanı var ki, onu Suraxanı və Zabratdakı ehtiyacı olan uşaqlara aparılacag.

Bu tədbirə qoşulmag istəyənlər - buyurun, Faiq qardaş ilə əlaqə saxlayın (Həci, halal edin, yeni Sizi əziyyətə salırıq).

ALLAH cəmi dua-ibadətlərinizin, gözəl niyyət-əməllərinizin mükafatını hər iki dünyada versin.

Bu sınaqlı günlərdə yanımızda olub dəstək verdiyiniz üçün bir daha ALLAH razı olsun.

Gedənlər Yaradanın Haqq dünyasında, biz isə İNŞALLAH zamanımızda onlara qovuşarıq. Yolunuz acıq, sorgu-sualınız asan, yolunuzun sonunda yurdunuz CƏNNƏT olsun. AMİN!

ALLAH AMANINDA

  • tatar. это нравится


#95899 AHMADIYYE bacimizin atasi vefat edib

Написано AHMADIYYE 05 октября 2012 - 11:15

SALAM ALEYKUM,

15.08.2012 anamizin 40 günündə, 29.08.2012 atamızın 7 günündə və 28 sentyabr atamızın 40 günündən 3 gün öncə ehsanı bu balalara apardıg. Keşlə bazarı yolunda "mantu +" (yani vərəmə meyli olan) uşaqların gecə-gündüz baxçasıdır. Daima ətə və ət məhsullarına ehtiyacları var. Beləcə ailəmiz ilə ora üz tutmaga qərar verdik.

ALLAH Faiq qardaşdan və onun ailəsindən razı olsun ki oranı bizə tanıtdırdılar.

İNŞALLAH Oktyabr ayı ərzində valideyinlərimizn adına daha bir ehsan aparmaq niyyətindəyik. Bu dəfə daha öncə birgə getdiyimiz Zabratdakı kardiolojı uşaq sanatoriyasına (3-6 yaş arası olan uşaqlar üçün). Kimin ürəyi istəsə bizlərə qoşula bilər.

Bir daha ailəmizin adından cəmi bacı və qardaşlarımıza bu sınaqlı günlərimizdə bizlərə verdikləri dəstəkləri üçün ürəkdən təşəkkür edib ALLAH HƏR İKİ DÜNYADA SİZLƏRDƏN RAZI OLSUN deyə dua edirik. AMİN!

*******************************************************************

САЛАМ АЛЕЙКУМ,

15.08.2012 на 40 день нашей мамы, 29.08.2012 на 7 дней папы и 28 сентября буквально за три дня до папиных 40 дней мы отвезли их ехсан этим деткам. По дороге к базару Кешла есть круглосуточный детский сад для детей "манту +" (то есть склонных к туберкулёзу). Там всегда есть необходимость в мясе и мясных продуктах. Так мы семьей и решили туда съездить.

Дай АЛЛАХ здоровья Фаик меллиму и его семье за то, что показали нам это место.

ИНШАЛЛАХ в течении октября мы хотим отвести еще один эхсан наших родителей, в этот раз в кардиологический детский санаторий в Забрате (дети от 3 до 6 лет), который мы не раз посещали все вместе. Если кто-то хочет присоединиться - всегда рады.

От имени нашей семьи еще раз сердечно благодарю всех братьев и сестер, так искренне поддержавших нас в эти дни, полные испытаний. Да будет доволен вами АЛЛАХ во всех двух мирах. АМИН!


1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg


#95566 Vusal114 Gardashimizin atasi dunyasini deyishib

Написано AHMADIYYE 12 сентября 2012 - 20:51

Vusal Qardash, ALLAH rehmet elesin atamiza. Size, qardashlariniza, baciniza, cemi ezizlerinize sebr versin.

Qoy ALLAH bu dunyada cekdiyi cemi eziyyet-sinaqlarin mukafatini Cennetde versin INSHALLAH.

Cumle ailemiz ile duaciyiq.



#94224 Ahmariyya bacimizin anasi dunyasini deyishib.

Написано AHMADIYYE 19 июля 2012 - 09:54

‎SALAM ALEYKUM,

Faiq qardaş, Behnam qardaş, Emil qardaş, Fuad qardaş, Elvin qardaş, Vüsal qardaş, Rüfət qardaş, Rəşad qardaş, Mir Mustafa qardaş, Ramin qardaş, Sərxan qardaş, İmran qardaş, Samirə bacı ailələri ilə və cəmi dualarini edib, anamızın ilk gecəsində Vəhşət namazını qılan, əziyyət çəkib gələn, baş saglıqlarını dünyanın hər bir yerindən çatdıram bütün əziz bacı-qardaşlarımdan ALLAH hər iki dünyada razı olsun. Bu dünyanız salamat, Axirətiniz yüngül olsun. AMIN!

Anam laylay, Canım laylay..

“Ana olanda anlarsan evlad şirindir necə”
Deyərdi o gözəl dilin, öyrədərdi incə-incə
Ana oldum.. nazladıq ailəlikcə gündüz-gecə
Söylərdim ki, Nurunu əvəz edər Xanım (S.A.) bircə..

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Dağa bənzər Qəlbini, uca, böyük Ürəyini
Gözlərində parlayan o diləgəlməz böyüklüyünü
O güclü mücadələni..de unudaq necə?
Bilsən bunların cavabın, yuxumda anlat gizlicə

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Fani Dünyada aldıgın son sınagınla cihad etdin
Uzun döyüşdə bizlərə səbri-təmkini öyrətdin
Son anında belə balanın başına sıgal çəkdin..
De, SALAVAT, YASİNDƏN sənə başqa nə göndərim?

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Bu ömrünü yaşadıgın kimi gedişin də GÖZƏL oldu.
Qurban oldugum AZAN, YASİN sənə yoldaş oldu..
QURANIN Ürəyini dinləyərək gözün doldu..
Haqq Dünyanı özlədiyin gözlərindən bəlli oldu

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Tək AH çəkmədən köçdün..doyduğun burdan, aşkar oldu..
Son laylayın olan YASİN sənə tək payımız oldu
Ürəyimdən dediyim tək ƏLHƏMDULİLLAH oldu
Biz burda qaldıg qonaq, sən yurdunda Mələk oldun..

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Mələyimiz, bizlərə Haqq Dünyada duaçı ol,
Peygəmbər (S), Əhlibeyti (A) ilə Axirətdə məşhur ol,
İNŞALLAH Fatimədən özün kimi arxayın ol,
Ruhun şad olsun, Ana
Daima ALLAH AMANINDA ol.



#62230 Bu an nə dinləyirsiz?

Написано AHMADIYYE 29 сентября 2010 - 16:23


  • Almir это нравится


#62098 Faiq Ağayev təcavüzə məruz qaldı-bıcaqlandı

Написано AHMADIYYE 28 сентября 2010 - 17:06

burda heç kim heç kimi qadağan etmir ki yazı (post) öz fikirlərini yazsın. 3-cü dəfədir ki deyirsiz fikrimi bildirirəm, mən də 3-cü dəfədir ki deyirəm mövzu barədə ətraflı fikir sahibi olmadan o üzdənirağın tərəfini tutmağa dəyməz.

Edə də bilməz, bu bir.

İkincisi: anlatdım, bir daha anlatıram - mən ümumən bu cürə əməllərə (digərin canına qəsd etmək kimi) bəraət qazandıra bilmirəm, qazandıranları da anlamıram.

Bu da mənim haqqım ki mənə bunu QURAN öyrədir.

Sadəcə bu qədər.

  • Shale это нравится


#61974 Faiq Ağayev təcavüzə məruz qaldı-bıcaqlandı

Написано AHMADIYYE 28 сентября 2010 - 12:49

Əgər fikriniz kimnsə haqqına girirsə onda bu fikirləri özünüzdə saxlayın desəm doğru olar .

Buna də qərarı özüm verəcəm İNŞALLAH, hər kimsənin haqqına qirmış olsam isə (Kİ, BUNU SİZDƏN BAŞQA HƏLƏ QÖRƏN OLMADI) yenə də özüm ALLAHIN qarşısında cavab verəcəm.


#61969 Faiq Ağayev təcavüzə məruz qaldı-bıcaqlandı

Написано AHMADIYYE 28 сентября 2010 - 12:39

Söhbəti tam bilmədiyimə görə deyə bilmərəm hərəkər quldurvari olub ya yox! Sizədə məsləhət bilərdim ki tam bilmədiyiniz şey haqqında fikir yürütməyin.

Məsləhətiniz üçün təşəkkür edirəm, amma öz fikirlərimi yürütməyə mənə kimsə (ALLAHDAN Başqa) qadaga qoya bilməz.

Anlayışınız üçün sag olun.

ALEYKUME SALAM (bu arada bu gün SALAM ilə camaatın arası heç yaxşı deyil) :)



#61965 Faiq Ağayev təcavüzə məruz qaldı-bıcaqlandı

Написано AHMADIYYE 28 сентября 2010 - 12:30

Yaxşı oğlan Faiqi müdafiə eləməz :) Bu mənim şəxsi fikrimdir.

Nə Faiqi burada müdafiə edən yoxdur, nə də bu cürə qulduryana hərəkətlərə bəraət qazandıran.

MirMustafa 17ci postunda hər şeyi mükəmməl dərəcədə izah etdi.

SALAM ALEYKUM



#61887 Предназначение женщины

Написано AHMADIYYE 27 сентября 2010 - 15:36

Дорогая сестра! Все о чем вы написали- прекрасно. Но это выше понятия многих мужчин. Сейчас никто не видит в женщине себе помощь. ДЛя них женщина - это символ хамбализма, которая пашет весь день дома и не имея при этом права высказываться. Так как противоположный пол считает это за дырдыр. Это во-первых. А во-вторых, вы сказали, что каждый пусть занимется тем, что ему предназначено. И это некоторые мужчины уже подумали. Это тоже оставили в качестве долга женщины. Мол пусть домой газандж гетирмелидир. Не обязательно откуда. Главное, чтоб живот был сытым. Чтоб были сигареты и телевизор. Об остальныом уже молчу.

P.S. Пусть братья-форумчане не осуждают меня. Все о чем я написала - это факты. Мои наблюдения из жизни людей.

Не думаю, что кто-то решиться Вас осуждать, дорогая сестра.

Ведь у каждого свое мнение, которое наверняка основано на тех или иных событиях, наблюдениях и т.д.

К сожалению, все вышеуказанное Вами имеет место быть.

Но все способны на перемены (главное - захотеть), и даже самые консервативные головы добреют, когда подрастает дочь или стареет мама. Тогда на многое смотрят иначе.

Так что давайте добавим немного ярких красок надежды к этому серо-буро-малиновому "ПРЕДНАЗНАЧЕНИЮ" :) и скажем в душе, что все будет хорошо ИНШАЛЛАХ.

АМИН

  • tatar. это нравится




Рейтинг@Mail.ru